Kəngərlər. Kəngər V əsrdə Cənubi Qafqazda bir neçə bölgədə, o sıradan Quqark əyalətində yaşamış qədim türk mənşəli tayfanın adıdır.Quqark əyalətinin bir mahalının Gəngər adlanması göstərir ki, orada müxtəlif tarixi dövrlərdə gəlmiş türk tayfaları yaşayırdı. Məsələn, Trel tayfası e.ə.VIII əsrdə kimmerlərin tərkibində gəldiyi halda, gəngərlər eranın əvvəllərində məskunlaşa bilərdilər, çünki onlar Cənub-şərqi Avropaya və oradan Cənubi Qafqaza hunların tərkibində gəlmişdilər. X əsrdə Cənub- şərqi Avropada peçeneqlərdə bir tayfanın Çor adlanmasına görə ehtimal etmək olar ki, V11 əsrə aid “Erməni coğrafiyası” adlı mənbədə ermənicə yazılışda Çorapor (“Çor vadisi”, “Çor çökək”) və Kəngər mahalları məhz peçeneqlərlə bir yerdə eranın ilk əsrlərində gəlmişlər.
Əyalətin Ardahan mahalının adı türkcə Ər-Toğan adının təhrifidir. Mə’lum olduğu kimi, Şərqi Türkiyə ərazisində Kars əyalətinin bir nahiyəsi də Ərdahan adlanır.
Əyalətin Klarçet mahal adı da, ehtimal ki, türkcədir. Bəlkə də bu ad Kelarçi kimi səslənmiş və qədim gürcülər sonuna yer bildirən “eti” şəkilçisi əlavə etmişlər. Tarixdən Kilar adlı türk tayfası mə’lumdur.
Deməli, Quqarlar qədim türk mənşəli tayfa olmaq e‘tibarilə Gürcüstan-Ermənistan sərhəd bölgəsində yaşamış azərbaycanlıların ulu əcdadlarından biridir.
Qarqarlar. Gürcüstanda XIX əsrdə Tianeti və Axalsix qəzalarında Qarqar çay və Qarqaris dağ (181,122) adları və əsrdə Kərgər kənd və çay adları göstərir ki, burada Qarqar tayfası da yaşamışdır.
Qarqarlar Azərbaycan xalqının etnik tarixində mühüm rol oynamış qədim tayfalardandır.Azərbaycan tarixşünaslığında qarqarlar Dağıstandilli tayfa hesab edilir. Qarqarlar haqqında bizim araşdırmalarımız isə aşağıdakı nəticələrə gətirib çıxarmışdır: birinci, qarqarlar türkmənşəli tayfadır, onun Qafqazmənşəli sayılması fikri kökündən səhvdir; ikincisi, bu tayfa çox ehtimal ki, e.ə. VII əsrdə sakların içərisində gəlmişdir (bax:13), üçüncüsü, bu etnonimin Dağıstanda, Azərbaycanda, Ermənistanda, Şərqi Türkiyədə və İranda bir sıra toponimlərdə saxlanması (208,77-81 və 208,349) göstərir ki, Qarqar böyük tayfa olmuşdur.
Cənubi Qafqazda Qarqar tayfası qədim dövrdə və erkən orta əsrlərdə Dağlıq Qarabağda, Zəngəzurda, Ermənistanda, Şərqi Anadoluda (Qarqar dağ silsiləsi), Şəki-Zaqatala və Quba Xaçmaz bölgələrində yaşamışdır (208-77-81).
Azərbaycanın şimal- şərqində- Samur-Dərbəndarası bölgədə indi Qarqar dağı vardır və 1X əsr müəllifi İbn Xordadbeh Dərbənd bölgəsində bir şəhərin adını Gərkərə kimi qeyd etmişdir: "Nuşiravan postoril qorod Karkar na zemle Muşkura"(176,43). Samur çayının sol sahilində bir zirvə indi də Qarqardaq adlanır.Diqqəti cəlb edir ki, Cənubi Qafqazda Qarqar, Gərgər, Karkar, Herher və Xarxar formalarında mövcud olan yaşayış məntəqələrinin hamısında türkdilli əhali yaşamaqdadır. Bununla da qarqarları Dağıstandilli ya da Çeçen-İnquş mənşəli sayan tarixçilərimizin yanlış mövqedə dayandıqları sübut olunur.
Şiraklar. Ehtimalımıza görə (13 ) sakların tərkibində şimaldan Cənubi Qafqaza gəlmiş tayfalardan biri də Şirak idi ( bu barədə bax:6,80). Şirakların bir hissəsi Ermənistan ərazisində (Şirakel yaxud Şörəyəl), digər hissəsi isə Azərbaycan-Gürcüstan həmsərhəd bölgəsində yaşayırdı. İndi Ceyrançöl adlanan düz Şirak nahiyəsi idi. Tetristkaro rayonunda Patara Şirak kənd adı vardır.
Uzunlar. Gürcüstanda “Uzun” komponentli bir neçə toponim-yaşayış məntəqə adları vardır. Şübhəsiz ki, bu toponimlər qədim türk mənşəli Usun tayfasının adını əks etdirir. Usunlar Orta Asiya və Qazaxıstan çöllərində yaşayan qədim türkmənşəli sakların bir qoludur. Türk tarixçisi Fəxrəddin Kırzıoğlu usunları sakların qolu hesab edir(237,101). “Kitabi-Dədə Qorqud” eposunda bu etnonim Uşun şəxs adında qalmışdır.
Şarvanlar. Sakların tərkibində Cənubi Qafqaza gəlməsi ehtimal olunan digər türkdilli tayfa Şarvan adlanırdı (13).
Şirvan toponimi geniş areala malikdir. Azərbaycan ərazisində VI əsrdən e‘tibarən tarix səhnəsinə çıxmış və sonra Kürdən Dərbəndə, Xəzər dənizindən Alazana qədər uzanan bir ərazini əhatə etmiş Şirvan dövləti 700 ildən çox yaşamışdır. Əyalət (və onun adı ilə dövlət) Şirvan (Xaqaninin əsərlərində Şərvan) adlı şəhərin adı ilə adlanmışdır. X əsr ərəb coğrafiyaçısı Müqəddəsi Şirvanın düzənlikdə yerləşdiyini yazmışdır.
Şarvan tayfasının adını Ptolemey Qafqazda Suran formasında qeyd etmişdir. Bu tayfanın dəqiq lokalizəsi yoxdur. Lakin Ptolemeyin(Ptolemey,V,8,16) Suran tayfasını Sakan adlı tayfa ilə yanaşı çəkməsinə görə belə nəticə alınır ki, şarvanlar şəkililər (Ptolemeyin mə’lumatında sakanlar ) ilə yanaşı Kür çayından şimalda yaşayırdılar.
Ptolemeydən az sonra Sasani şahı 1 Şapurun 262-cı ilə aid yazısında, onun parf dilində olan variantında indiki Şimali Azərbaycan ərazisində Aran və “Sukn” əyalət adları çəkilir. Həmin “Sukn” sözünü tədqiqatçılar Siran(Sauran) kimi oxumuşlar. V11 əsrə aid erməni mənbəyində Sarmatiyada (Volqanın mənsəbi ilə Kürün mənsəbi arasındakı ərazidə) Şarvan və Kaspi tayfalarının da yaşadığı göstərilir (71,38 ). Şarvan (Şirvan) adlı şəhər xarabalığı Özbəkistanda, Şirvanqala adlı qala Türkmənistanda, İran Kürdüstanında Şirvan adlı nahiyə mə’lumdur. Xəzərin cənub qərbində əhalisi azərbaycanlılardan ibarət Şirvan şəhəri vardır.Şərqi Anadoluda bir əyalət Şirvan adlanır. Qeyd edilməlidir ki, Şirvan adlı toponimlər məhz sakların məskun olduqları yerlərdədir. Bununla əlaqədar olaraq Gürcüstanda Şorapan toponimi diqqəti cəlb edir.Gürcü tarixçilərinə görə V1 əsrdə Gürcüstanda Şorapan şəhəri vardı(180,256).X1X əsrin 11 yarısında Kutaisi quberniyasının bir qəzası Şorapan adlanırdı. Bizcə bu toponim məhz sakların tərkibində gəlmiş şarvan tayfasının adını saxlamışdır.
Gəncək. Son illərdə tədqiqatlar göstərmişdir ki, Gəncə toponimi məhz sakların tərkibində Gəncək tayfası ilə bağlı olmuşdur. Bunu Şimali Azərbaycanda Gəncə şəhərinin Albaniyanın Şakaşen(indiki Gəncə bölgəsi) əyalətində təşəkkül tapması faktı da göstərir. Gürcüstanda X1X əsrin 11 yarısında Kençaidze (Duşeti qəzasında), Kençaşvili(Şorapan qəzasında) və Gençakaro (Qori qəzasında dağ adı) toponimləri vardı.
Deyilənlərdən aydın olur ki, Gürcüstan ərazisində azərbaycanlıların ən qədim əcdadları e.ə. V111-V11 əsrlərdə gəlmiş kəmərlər və saklardır. Gürcü tarixçiləri kimmer-sak tayfaları ilə əlaqədar yazmışlar: “Kimmero-skifskoe vtorcenie sıqral bolğhuö rol v cizni naseleniə Zakavkazğə i Blicneqo Vostoka"(180,1,215).
Kaspilər. Gürcüstanda məskunlaşmış qədim türkdilli etnoslardan biri də kaspilərdir. Orada Kaspi şəhəri gürcü mənbələrində X1 əsrdən çəkilir.
Kaspilər qədimdə üç regionda- Orta Asiyada, Midiya ərazisində və Şimali Qafqazda yaşamışlar. Bu barədə ilk mə’lumat Herodota (e.ə. V əsr) məxsusdur(Herodot.III,92-93).
Sovet tarixşünaslığında kaspilər Qafqazdillilər hesab edilir. Dağıstan tarixçiləri onları hətta Dağıstandillilər sayırlar. Bu fikir inandırıcı deyil, heç olmasa ona görə ki, Midiya ərazisində və Orta Asiyada heç bir Dağıstandilli tayfa ola bilməzdi. Qazaxıstan tarixinə dair ümumiləşdirilmiş əsərdə deyilir:"V VIII-1V vv do i.g. na territorii Kazaxstana voznik rəd plemennıx obğedineniy. Gto bıli soözı sakskix plemen: massaqetı, dai, kaspii, issedonı, pozdnee alanı, savromatı"(137,133).Diqqətəlayiqdir ki, Herodot Orta Asiyada Əhəmənlər dövlətinin XV canişinliyində kaspilərin saklarla yanaşı yaşadığını yazmışdır. Herodotun mə’lumatına görə, kaspilər həm də Cənubi Azərbaycan ərazisində-Midiyada yaşayırdı(Herodot,III,92). Strabon yazır ki, (Strabon,X1,13,1) Madayda Raqa şəhəri Kaspi qapılarından 500 stadiya cənubdadır. Kür çayından isə bu qapılara qədər 56000 stadiyadır (Strabon,X1,8,9). Bu, təxminən min km-dir, odur ki, bu keçidi Dərbənd ya da Gürcüstanda Alan keçidi ilə lokalizə etmək olmaz.
Kaspilər həm də indiki Muğan düzündə yaşayırdılar. Antik mənbələrdə Kaspiana adlanmış bu əyalət haqqında qədim mənbələrdə xeyli mə’lumat vardır.
Kaspilər həm də Gürcüstanın Dəryal keçidi bölgəsində yaşamışlar. Əvvələn,Vəsr erməni tarixçisi yazır ki, Müqəddəs Nina xristianlığı Alan keçidi yaxınlığında kaspilərin hüdudlarına qədər yaymışdır(134,11-ci kitab,86-cı fəsil), ikincisi, Gürcüstanda indi də Kaspi məntəqə adı vardır.
Kaspilərin türkmənşəli olması haqqında faktlarımız isə aşağıdakılardır. Cənubi Azərbaycan ərazisində e.ə. 11 minillikdə yaşamış etnoslardan biri sami mənşəli akkad mənbələrində Kaşşu (tarixşünaslıqda kassit) adlanırdı. “Kaşşu” sözü Kas etnoniminin samimənşəli akkad dilində yazılış formasıdır (Kas etnonimindəki “s” səsi “ş” səsi ilə əvəz edilmiş və qoşaladırılmış, sonuna isə “u” tək halda adlıq hal şəkilçisi əlavə olunmuşdur). Tarixşünaslıqda kasların e.ə. II-minilliyin əvvəllərində Mərkəzi Asiyadan gəlmə olması yazılmışdır. Diqqətəlayiqdir ki, kasların mənbələrdə qeyd olunmuş hökmdar adları (Ulamburiyaş, Karaxardaş, Kadaşman Turqu, Kadaşman Harbe, Kandaş, Kikkiurtaş, Maruttaş, Urziqurumaş, Kudur-Enlil, Abirattaş, Karaintaş, Kuriqalzu və Tiptakzi və b.) qədim türk dillərindəndir(12, 58-62). Maraqlıdır ki, erkən orta əsrlərdə Mərkəzi Asiyada uyğurların 6 tayfası Kas adlanırdı(220,114).Bu fakt kasların Mərkəzi Asiyadan gəlmə olması haqqında Kamal Balkanın fikri ilə səsləşir. Qeyd edilməlidir ki, Kas etnonimi qədim türk mənşəli bir sıra tayfa adlarının (Xəzər, Kazax, Xakas, Qazan və b.) kökünü təşkil edir (12, 64-65). Orta əsrlərdə Sibirdə Kara-Kas, Sarıq-Kas və Kaş tayfaları mə’lumdur. Ona görə də Kaspi etnoniminin Kas etnonimindən və bir sıra qədim türk tayfalarının adları (Syanbi, Tatabi, Nuşibi, Barabi və b.) üçün səciyyəvi “bi” (“bəy” sözünün qədim formalarından biri) sözündən ibarətdir. V.V.Bartold yazmışdır ki, Kaspi etnonimi “Kaslar” mə’nasındadır(83,11,1.662). E.ə. V əsrə aid bir mənbədə sami mənşəli aramey dilinə uyğunlaşdırılmış formada kaspilərin şəxs adları çəkilmişdir (Atarlı, Darğa, Barbari, İppuli, İnbuli, Baqazuşta, Vabil, Vyebul, Azari, Anani, Xeyxe, Bazu, Şatibarzan) (166). Biz bu adların qədim türk dillərində olduğunu müəyyən etmişik(13,s.123-125).
Yuxarıda deyilənlərdən aydın olur ki, “Kaspi” türk mənşəli qədim bir elin adıdır və onun müəyyən hissəsi hələ eradan əvvəl Gürcüstan ərazisində, indiki Alan keçidi bölgəsində yaşayırdı. Gürcüstanda bu tayfanın adı Tbilisidən 40 km aralıda - Kaspi yaşayış məntəqəsini adında qalmışdır. Məntəqənin adı ilə Gürcüstanda bir inzibati rayon indi Kaspi adlanır. Rayonun ərazisində türkdilli əhalinin yaşadığı Aqaiani, Sakadaşalo, İdleti, Xandaki, Saribari, Karakilis, Çanqilari,Rqvali-Çala, Kvemo-Çala, Qamidiskaro (“Həmidli çay” adının gürcücə yazılışı), Qaraqaçi və b. kəndlər vardır.
Buntürklər. Gürcü mənbələrində eradan əvvəlki hadisələrlə əlaqədar olaraq Gürcüstan ərazisində Buntürk adlı tayfanın məskunlaşması qeyd olunmuşdur.Q.A.Melikişvili yazır ki, qədim gürcü mənbələrində buntürklər Kartlinin “ən qədim və yarımvəhşi əhalisi” kimi göstərilmişdir (164,37). Əksər tədqiqatçılar bu etnonimdə “türk” adının əks olunduğunu yazmışlar (161). Belə olduqda buntürklər Cənubi Qafqazda “Türk” etnonimini daşıyan ən qədim türkmənşəli tayfa hesab olunmalıdır. Çünki eradan əvvəlki minilliklərdə Azərbaycan ərazisində və Ön Asiyada türkmənşəli tayfalar yaşayırdılar, lakin onların heç biri özünü “Türk” adlandırmırdı. Gürcü mənbəyində deyilir: “K vladıke bunturkov prişli izqnannıe xaldeyüami (xaldlar dedikdə urartulular nəzərdə tutulmalıdır) xonı (qunnı) i poprosili zemlə dlə poseleniə pod usloviem vıplati dani i oni bıli poseleni v Zanavi, i gto liüı poluçilo nazvanie xarki"(164,37). Bu mə’lumatdan aydın olur ki, buntürklər hələ hunlardan əvvəl burada yaşayırdılar. Q.A.Melikişviliyə görə qədim gürcü mənbələrində fars şahı Key Xosrovun qovduğu 28 ev (qəbilə) türklər gəlib Cənubi Qafqazda məskunlaşmışdı (164,37). Gürcü mənbələrində buntürklərin İsgəndər dövründə (e.ə.1V əsrdə) Kür boyunda Kaspi, Urbnisi, Sarkin və Odzrax şəhərlərində yaşaması göstərilmişdir.
“Buntürk” sözünün özünüadlandırma, yaxud kənardan adlandırılma etnonim olması mə’lum deyil. Bu etnonimin “bun” sözündən və türk etnonimindən ibarət olması aydın olsa da “bun” sözünün mə’nası aydın deyil. “Bun” hissəsini tədqiqatçılar müxtəlif cür izah etmişlər. N.Y.Marra görə buntürk etnonimi “köklü (yerli) türk” mə’nasındadır (161,1-12). Gürcü mənbəyində deyilir ki, Kürün sol sahilində qədimdən yaşayan buntürklər ölülərini yeyən iebuslardır. Bu mə’lumata görə bə’zi Azərbaycan tarixçiləri(xüsusilə İqrar Əliyev) buntürklərin Gürcüstan azərbaycanlılarının əcdadlarından biri olması fikrinə qarşı çıxır. Bu tarixçimiz bilmir ki, söhbət ölü yeməkdən yox, bunturklərin “Bibliya”da yəhudilərin Yerusəlim əyalətinə gəlməzdən əvvəl yerli Xanaan tayfalarından olmuş iebuslara bənzədilməsindən gedir. Başqa sözlə, söhbət gürcü mənbəyinin xristianlığa keçməmiş buntürklərə xristian-gürcülərin münasibətindən gedir. Gürcü tarixçisi E.S. Takayşviliyə görə, buntürklər başqa sözlə türklər, turanlardır(216,7).
Gürcüstanda eramızın ilk əsrlərindən başlayaraq türk tayfalarının yeni dalğası başlanır. Bu tayfalar içərisində cinlər və hunlar mühüm yer tutur.
Cinlər. Qədim erməni mənbələrində indiki Ermənistan ərazisinə III əsrdə Çen adlı tayfanın gəlməsi barədə kifayət qədər mə’lumat vardır.Bə’zi tədqiqatçılar bu ad altında Çindən gəlmiş çinliləri (halbuki çinlilər özlərini “xan” adlandırırdılar) nəzərdə tuturlar. Lakin bu səhvdir. Çin adı ilə gələnlər Çin Türküstanından çıxma türk tayfası idi (qeyd edilməlidir ki, Firdovsinin “Şahnamə” əsərində də Çin “Türk ölkəsi” mə’nasındadır və müəllif bir neçə yerdə “Çin türkləri” ifadəsini işlətmişdir). Fəxrəddin Kırzıoğlu haqlı olaraq cinlərin Çin Türküstanındakı Qaşqar əyalətindən gəldiklərini yazmışdır (237, 188). Ermənistanda erkən orta əsrlərdə Çin türk tayfasından çıxmış ordu komandanları barədə yazmışıq(bax:6). Çin adlı türk tayfası Gürcüstanda da yaşamışdır. Mənbələrdə bu tayfanın (Dəryal keçidi ilə ) şimaldan Çin-Bakur adlı bəyin başçılığı ilə gəldiyi qeyd olunur.XIII əsrə aid mənbədə göstərilir ki, Xəzər dövləti ilə sərhəd ölkədən Çin Bakurun başçılığı ilə Daryal keçidi ilə şimaldan bir tayfa Gürcüstana gəlmişdir(256,78).Müəllif yazır ki, onlar Orbet (gürcücə “Qartal yurdu”) qalasında yerləşdilər və onlardan Orbelianlar nəsli yarandı. XIII əsrə aid digər mənbədə deyilir ki, cinlər Gürcüstana gəldikdən sonra Orbet qalasında oturdular və Orbelianlar nəsli onlardan çıxmışdır(257,2-3).Müəllif qeyd edir ki,orbellər “ranğşe nazıvalisğ dcenaulami,t.e. dcenavüı”(yenə orada).
Nəzərdə tutulmalıdır ki, Gürcüstanda Cinli tayfa adının Çin Türküstanı ilə əlaqəsi yoxdur, bu tayfa elbəyi Çin Bakurun adı ilə adlanmışdır. Çin Bakur şəxs adı isə türk dillərində çin “qüvvətli”, “qüdrətli” sözündən və Bakur adından ibarətdir. K.Patkanov yazır ki, qədim gürcü mənbələri çenləri (cinləri) sadəcə türk adlandırırlar və onlar Volqa sahillərindən gəlmişdilər(186,47).
Gürcüstanda çinlilər xristian dinini qəbul etməmişlər, lakin VII əsrdən sonra islama keçmişlər. Erkən orta əsrlərdə onlar Kür çayının sahillərində yaşamışlar. X əsrə aid mənbədə göstərilir ki, ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd (685-705) Kür çayının sahillərində cinlilərin ölkəsindən xəzərlərlə müharibəyə yola düşmüşdür (136,72). Maraqlıdır ki, bu mənbədə Mərvan ibn Məhəmmədin vaxtında da cinlilərin başçısının Çin-Bakur adlandığı qeyd olunmuşdur (yenə orada).
Sonrakı əsrlərdə cinlilər Gürcüstanda indiki Borçalı bölgəsində yığcam halda yaşamaqda davam etmiş və XVIII əsrdə bir sıra tayfalarla birlikdə Qarabağa köçmüşdür. Goranboy rayonunda Cinli-Boluslu kənd adından görünür ki, cinlilər Bolus (indi Bolnisi) rayonunun ərazisində yaşamışlar.
Qarabağ xanlığının tarixçisi Mirzə Adıgözəl bəy Cinli tayfasını Gürcüstanın məşhur elatlarından biri hesab edir. Əhməd bəy Cavanşirin yazdığına görə Gürcüstandan Cinli, Dəmirçi Həsənli,Qızıl Hacılı, Boy Əhmədli, Saatlı və Kəngərli elləri 1756-cı ildə Qarabağa-Pənah xanın yanına gəldilər(Əhməd bəy Cavanşir. Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair. “ Qarabağnamələr”. Bakı, 1989, s.160).
Azərbaycanın Zəngəzur bölgəsinin qədim adı Sisakan idi. XIII əsrdə bu bölgənin hakimi Stepan Orbelian yazır ki, onun əcdadları Gürcüstana cinlilərin ölkəsindən köçüb gəlmişdir. Orada Orbet ( 1V əsrdə tikilmiş bu qala “qartal yurdu” mə’nasındadır) qalasında yaşadıqlarına görə “Orbeli” adlanmış nəslin bir qolu Sisakana gələrək hakimiyyəti ələ almış və Orbelian sülaləsinin əsasını qoymuşdur. Gürcülərin Bakradze (Çin-Bakurun adı ilə) və Orbelian knyaz nəsilləri mənşəcə cinlilər idi . “Orbelian” nəsil adı onunla əlaqələndirilir ki, onlar Orbet qalasında yaşamışlar. XII əsr gürcü çarı III Georgi (Tamaranın atası) Orbelian sülaləsini qırmağa başladıqda onların nümayəndəsi Liparit iki oğlu ilə Azərbaycan hökmdarı Eldəgizin sarayına gəlmiş və himayə xahiş etmişdir. Maraqlıdır ki, Orbet qalasının yerləşdiyi mahal 1V əsrdən sonra gürcü mənbələrində Samişvilde (erməni mənbələrində “Şammoyte”) adlanırdı ki, bu da “Üç ox”( gürcücə sami “üç” və şvilde “ox”) mə’nasındadır.
XIX əsrdə Gürcüstanda Ciniti, Cinilia, Cinqani, Çinis və b. yaşayış məntəqə adlarında türkmənşəli cinlilərin adı qalmışdır.
Quşçular. Gürcüstan ərazisində bir neçə kəndin adında Quşi və Quşçu etnonimləri əksini tapmışdır. Quşi və ya Quşçu qədim türkmənşəli tayfanın adıdır. E.ə. II-I əsrlərdə Orta Asiyada, onun Toxaristan əyalətində 5 qoldan ibarət bir tayfa ittifaqı yarandı . Çin mənbələrində bu tayfa Quyşuan adlanır ki, bu da Kuşan adının formasıdır.
Hunlar tərəfindən məğlub edilmiş və qərbə sıxışdırılmış tayfalar Çin mənbələrində yueçci adı ilə qeyd olunmuşdur. “Yueçci” isə Quşi və Quşan (Kuşan) tayfa adının Çin dilində yazılışıdır (83,. II,I,172-174). Türküstanın şərqində indiki Turfan şəhərinin yerləşdiyi vilayət o zaman Quşi adlanırdı (83. II. 477-528). N.V.Piqulevskayaya görə, kuşanların özünü adlandırması Kuşi idi(189,32).
Müəyyən tarixi hadisələrlə əlaqədə olaraq kuşilərin (türkcə kuşçuların) müəyyən hissəsi Cənubi Qafqaza gəlmişdir. Məmməd Həsən Baharlıya görə quşçular hunların tərkibində 227-ci ildə gəlmişlər. Müəllif onları qarahunlar adlandırmışdır.
Gürcüstan ərazisində türkmənşəli tayfaların məskunlaşması erkən orta əsrlərdə davam etmişdir. Bunların içərisində hunlar xüsusi yer tutur.
Hunlar. Eramızın ilk əsrlərində Mərkəzi Asiyadan hunlar qərbə hərəkət edərək Cənub- şərqi Avropaya gəlmişdilər. Eranın 160-cı illərində Şimali Qafqaz çöllərində hunların yaşadığını antik müəllif Dionisi Periyeget yazmışdır .
Onlar sonrakı əsrlərdə Şərqi Avropada güclü dövlət yaratmış və Attilanın hakimiyyəti illərində Qərbi Avropaya və Bizansa bir sıra hərbi səfərlər təşkil etmişlər. 453-cü ildə Attilanın ölümündən sonra bu dövlət dağılmışdır.
Eranın ilk əsrlərində hunların Cənub-şərqi Avropadan Cənubi Qafqaza gəlmələri barədə qədim mənbələrdə mə’lumat vardır (Bax: 73,51).
Hunlar, şübhəsiz, çoxlu tayfadan ibarət idilər. Cənub- şərqi Avropada bu tayfaların adları barədə Bizans mənbələrində mə’lumat çoxdur. V əsrdə Hun dövlətinin süqutundan sonra Şərqi Avropada kəngər, peçeneq, suvar, xəzər, onoqur, sarıqur, utiqur və b. tayfalar tarix səhnəsinə çıxmışlar. Bizans müəllifi Prisk Paniyski (Vəsr) onoqurlardan danışdıqda yazır ki, onlar Gürcüstana hərbi səfər etmiş və Kolxidaya qədər çatmışlar(198).Bunlardan başqa Azərbaycan və Ermənistanda qədim toponimlər əsasında hunların içərisində Aran,Bazar, Gerus, Katak və b. tayfaların olduğunu da müəyyən etmişik (bax: 13 ).
Gürcüstanın toponimiyasında hun etnonimi bir sıra məntəqə adlarında öz əksini tapmışdır. Albaniya - Kartli sərhəddində V əsrdə Xunan adlı şəhər-qalanın mövcud olması da hər halda bu regionda hunların göstərilən əsrdən əvvəl məskunlaşdığını göstərir.
Gürcü tədqiqatçılarına görə qədim gürcü dilində hərbi məqsədlə istifadə olunan at “une” adlanır və bu at adı hunlarla əlaqədardır(bax: 170,s.91). Qafqaz Albaniyasının tədqiqatçısı K.V. Trever V əsrə aid ermənicə mənbə əsasında yazır ki, İran Sasanilər sülaləsindən 1 Xosrov (217-238) həmin sülalənin banisi Ərdəşir Papakana qarşı çıxdıqda iberlərin (yə’ni gürcülərin), albanların və hunların birləşmiş hərbi qüvvəsindən istifadə etmişdi(222,193). Bu mə’lumatdan belə nəticəyə gəlmək olar ki, artıq III əsrdə gürcülər hunlarla tanış idilər. N.V. Piqulevskayaya görə 1V əsrin axırlarında ağ hunlar Qafqazda iberlərlə qonşuluqda yaşayırdılar(189,38).
V1 əsr Suriya müəllifi Zaxari Ritor yazır ki, İber çarı Farsman hunların köməyi ilə hakimiyyəti ələ almışdır. “Koqda on voüarilsə nad iberami,on vzəl s soboy belıx qunnov,bıvhix sosedəmi iberov"(189,37).
Hun etnonimi Gürcüstanda Xunani, Xunevi, Xuniya, Xunezazur, Xona və Xoni yaşayış məntəqə adlarında iz qoymuşdur.
Azərbaycanda hun, xun formalarında bu etnonim çox ehtimal ki, Qarabağda Xonaşen və Bakının digər adı olan Xunsar toponimlərində qalmışdır. Bakı şəhərinin adı ilk dəfə 930-cu ilə aid mənbədə çəkilir. Arxeoloji qazıntılar VIII əsrə aid mədəni təbəqə aşkarlamışdır. Ehtimal ki, Bakı məhz hunların yaşayış məntəqəsi kimi təşəkkül tapmışdır. V.İ.Abayev Xunsar toponimini fars sözü hesab etmiş və onu farsca xur-”Günəş” və sar “yer” hissələrindən ibarət olduğunu yazmışdır. Lakin maraqlıdır ki, XIX əsrdə Şimali Qafqazda Ter əyalətində və Dağıstanda da iki Xunsar toponimi vardı (181, 270). Bu toponimlərin hər üçünün mənşəcə farsca olduğu inandırıcı deyildir.
Dağlıq Qarabağda sonralar Martuni adlandırılmış rayonun ərazisi XIX əsrin 80-ci illərinə qədər Xonaşen adlanırdı. (M.Avdeev. Milğsko-Karabaxskaə stepğ, s.130). Ehtimal ki, Xonaşen Bizans mənbələrinin Azərbaycan ərazisində qeyd etdikləri “Hun ölkəsi”dir. Bizans tarixçisi Feofan yazır ki,624-cü ildə imperator İrakli xəzərlərlə ittifaqa girmək üçün ”Hun ölkəsi”ndə görüşmüşdü (72,53). Y.Kulakovski yazır ki, “Hun ölkəsi” qədim Şakaşen, indiki Gəncə bölgəsidir (152,343). M.İ.Artamonov Y.Kulakovskinin bu lokalizasiyası ilə razılaşmışdır(72,54). Xonaşen toponimi hun etnonimindən və türk dillərində tayfa adlarına əlavə olunan “çin“, “sin“,“şin“ şəkilçisindən ibarətdir.XIX əsrdə Qarabağ düzünün 36 min desyatinlik bir hissəsi Xonaşen adlanırdı. Bura maldarlıqla məşğul olan ellər üçün qışlaq idi. Xonaşen adlı kənd (XIX əsr) Şəki qəzasında da vardı.
Gürcü mənbələrində 442-445-ci illərdə Gürcüstanda hunların bir qolu olan onoqur ( təhrif forması hunoğur) türk tayfasının yaşadığı qeyd olunmuşdur. M.İ. Artamonova görə onoğurlar hun və bulqar tayfası idi (73,83-84).Bizans tarixçisi Aqafi (532-582) Kolxidada Onoquris məntəqəsinin adını çəkmiş və hunların Onoqur tayfasının kolxlarla vuruşmasının yadigarı olduğunu yazmışdır(62,73). V1 əsrə aid Bizans mənbəyində Gürcüstan ərazisində Onoquri adlı qalanın adı çəkilmişdir(“Oçerki istorii SSSR,M.1958,s.278).
Gürcüstanda Onqora (Aspinza r-nu) və Unaqiri (Xon r-nu) kənd adlarında Onoqur etnonimi əksini tapmışdır.
VI əsrin 50-60-cı illərdə bir türk tayfası Kartlinni paytaxtı Mtsxeti şəhərinə gəlir və məskunlaşşmaq üçün gürcü hökmdarından ərazi istəyir. Onların məskunlaşmasına icazə verilir. Mənbəyə görə onlar Sarkine adlı şəhər (məntəqə) tikirlər (28, 162). Keçən əsrə qədər Borçalı mahalında Sarkin kəndi qalmaqda idi.
Peçeneqlər. Peçeneq qədim türk tayfalarından biridir. Orta Asiyada sakların bir tayfası e.ə. I minilliyin ikinci yarısına aid qədim yunan mənbələrində Pasian adlandırılır. (Strabon, X1,8,2).Həmin tayfanın bir hissəsi sakların tərkibində hələ e.ə. VII əsrdə Cənubi Qafqaza gəlmişdi. V əsrdə indiki Dağlıq Qarabağın bir mahalı Rot-Pasian adlanırdı. Basinelərin (yaxud basinlərin,pasianların) digər hissəsi Şərqi Anadoluya getmiş və orada məskunlaşmışdı. “Kitabi-Dədə Qorqud” eposunda çəkilən Pasinuk toponimi də məhz həmin basinlərin ərazisinə aiddir. İndi də Şərqi Anadoluda Kars və Ərzurum arasında Basinlər əyaləti vardır.
Orta Asiyada qalmış basinlər e.ə. IV-III əsrlərdə Sır-Dərya çayının orta axınında Kanq qalasının adı ilə adlanmış Kanq dövləti yaratmışdılar. Bu dövlət eranın II əsrinə qədər yaşamışdır. Kanq dövlətinin adı ilə basinelərin bu hissəsi kanqar (yə’ni “Kanq ərləri”) adlanmışdı, bir hissəsi isə basine etnoniminin fonetik forması olan peçeneq adını qəbul etmişdir.
Eranın I əsrində hunlar qərbə hərəkət etdikdə Sır-Dəryanın orta axınında yerləşən Kanq dövlətinin ərazisindən keçmişdilər və onlar kəngər- peçeneqlərin bir hissəsini özləri ilə Cənub- şərqi Avropaya gətirmişdilər.
Tarixşünaslıqda Sır-Dərya hövzələrindən peçeneqlərin Cənub- şərqi Avropaya həm də VIII əsrin ortalarında gəlib yaşadığı fikri vardır. Lakin yuxarıda deyildiyi kimi, peçeneqlər və kəngərlər bu regiona hələ eranın əvvəllərində hunlarla gəlmişdilər. Dağlıq Qarabağda V əsrdə peçeneq etnoniminin adı ilə bir mahalın qədim ermənicə yazılışında Patskank adlandığı mə’lumdur. Dağlıq Qarabağda (Əsgəran r-nu) bir dağ indi də Biçənəxut adlanır.
Dostları ilə paylaş: |