H. M. Mustafayeva Rəyçilər: f e. d., dos. X. H. Orucov f e. n., dos. A. Y.Əhmədova Elmi redaktor



Yüklə 251.32 Kb.
səhifə1/4
tarix19.07.2017
ölçüsü251.32 Kb.
  1   2   3   4
Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət İqtisad Universiteti


P O L İ T O L O G İ Y A

fənnindən seminar məşğələlərinin tədrisinə dair

M E T O D İ K G Ö S T Ə R İ Ş L Ə R

Bakı 2012


Tərtibçi: f.ü.f.d., dos.H.M.Mustafayeva

Rəyçilər: f.e.d., dos.X.H.Orucov

f.e.n., dos. A.Y.Əhmədova



Elmi redaktor: f.e.d., prof.Z.İ.Məmmədov

MÜNDƏRİCAT
I Mövzu. Politologiyanın predmeti .........................................................................4

II Mövzu. Siyasi fikrin inkişafının əsas mərhələləri ..............................................7

III Mövzu. Azərbaycanda siyasi fikrin inkişafı....................................................11

IV Mövzu. Siyasi münasibətlər və mənafelər. İnsan və siyasət ..........................15

V Mövzu. Siyasi hakimiyyət................................................................................19

VI Mövzu . Cəmiyyətin siyasi sistemi ................................................................22

VII Mövzu . Siyasi partiyalar və ictimai kütləvi təşkilatlar ................................25

VIII Mövzu . Demokratiya və siyasi həyatın demokratik əsasları .....................29

IX Mövzu. Sosial qruplar və sosial siyasət ........................................................33

X Mövzu. Siyasi şüur və siyasi mədəniyyət . Siyasi ideologiyalar.............. .. 36

XI Mövzu . Siyasi sosiallaşma ..........................................................................41

XII Mövzu. Milli siyasət...................................................................................45

XIIIMövzu. Cəmiyyətdə siyasi münaqişələr və onların həlli yolları ...............48

XIV Mövzu. Dünya inkişafının müasir doktrinaları ........................................51

XV Mövzu. Müasir dövrdə qlobal siyasi problemlər .......................................55
I Mövzu
Politologiyanın predmeti (2 saat)
Plan:
1.Politologiyanın yaranması və tarixi təkamülü mərhələləri.

2. Politologiya elminin predmeti və tədqiqat obyekti.

3. Politologiyanın kateqoriyaları, metodları və funksiyaları.
Ədəbiyyat


  1. Politologiya. Dərs vəsaiti. ADİU, Bakı, 2004.

  2. X.İbrahimli. Politologiya. Bakı, 2008.

  3. Politologiya (dərslik). Bakı, 2008.

  4. L.S.Sanisteban. Siyasi elmin əsasları. Bakı, 1994

  5. Ə.Tağıyev. Siyasət dərsləri. Bakı, 2007.

  6. Зеленков М.Ю. «Политология». М., 2009.

  7. Джарол Б. Мангейм, Ричард К. Рур. «Политология методы исследования».

М. 2008.

  1. Политология Краткая хрестоматия.M. 2009.

  2. Лебедев М. Мировая политика. М. 2007.

METODIK MƏSLƏHƏT
Politologiyanın yaranması və tarixi təkamülü mərhələləri” adlanan birinci sualı şərh edərkən “politologiya” sözünün mənası aydınlaşdırılır. Politologiyanın tədris fənni kimi XIX əsrin ortalarından qərarlaşmışdır. İlk dəfə ABŞ-ın ali siyasi məktəbində Frensis Leyber tərəfindən tədris olunmuşdur. Müasir dövrdə dünya ölkələrində politoloji tədqiqatlar aparılır. Eyni zamanda müxtəlif dünya ölkələrində və Azərbaycanın alı məktəblərində tədris fənni kimi öyrənilir.

“Politologiya” terminin dar və geniş mənaları şərh edilməlidir. Politologiyanın obyekti və subyekti müəyyənləşdirilir. Qeyd olunmalıdır ki, politologiya elminin obyektini cəmiyyətin siyasi sahəsində baş verən hadisələr və proseslər təşkil edir. Politologiya elminin subyekti dövlət, sinif, etnos, partiya, hərəkat, qrup və fərddir. Politologiya anlayışının mahiyyətini aydınlaşdırarkən onun cəmiyyətin siyasi həyatında siniflərin və sosial qrupların yeri, dövlətlər, millətlər, siyasi təşkilat və hərəkatlar arasında münasibətlərin xarakterinə diqqət yetirmək lazımdır.



Politologiya elminin predmeti və tədqiqat obyekti” adlanan ikinci sualda politologiya elminin predmeti müəyyənləşdirlir. Politologiya elminin predmeti siyasi hakimiyyətin siyasi sisteminin dəyişməsi, fəaliyyəti və bərqərar olma qanunauyğunluqlarıdır. Bu sualda həmçinin politologiyanın üç qrup qanunauyğunluqları siyasi-iqtisadi, siyasi sosial, siyasi-psixoloji qanunauy­ğun­luq­ları müəyyənləşdirilməlidir. Qeyd olunmalıdır ki, politologiya elmi siyasi gerçək­likləri, cəmiyyətin siyasi həyatının inkişaf əməllərini, siyasi hakimiyyətin yaran­ması, fəaliyyət göstərməsini və s. öyrənir.

Politologiyanın kateqoriyaları, metodları və funksiyaları” adlı üçüncü sualın şərhinə başlayarkən tədqiqat predmetini əks etdirən kateqoriyalar: siyasət, siyasi münasibətlər, siyasi fəaliyyət, siyasi hərəkat, siyasi proses, siyasi mənafe, siyasi qrup və s. qeyd olunur.

Politologiya elminin metodları şərh edilir. Bu metodlara daxildir: 1) Ümumi metod 2) Nəzəri metod 3) Sistemli təhlil metod 4) Biheviorçu metod 5) Müqayisəli təhlil metod 6) Qərarların qəbul edilməsi metodu 7) Tarixi metod və s.

Daha sonra politologiyanın funksiyalarının cəmiyyətin siyasi həyatında oynadığı rol araşdırılır. İdrak, idarəetmə, proqnostik qiymətləndirmə, tərbiyəvi, təsvir, izahetmə finksiyalarının bu elmin inkişafı və cəmiyyətdə rolunun olması əhəmiyyətindən söhbət açılır.

II Mövzu
Siyasi fikrin inkişafının əsas mərhələləri (2 saat)
Plan


  1. Qədim dünyada siyasət və hakimiyyət haqqında təsəvvürlər.

  2. Orta əsərlərdə siyasi fikrin inkişafı.

  3. İntibah və Maarifçilik dövrlərinin siyasi ideyaları.

  4. XIX-XX əsrlərin siyasi ideyaları.


Ədəbiyyat


  1. Politologiya. Dərs vəsaiti. ADİU, Bakı, 2004.

  2. A.Tokvil. “Amerikada demokratiya (1835)”. Bakı, 2002

  3. M.Ə.Əfəndiyev. Siyasi elmin əsasları. Bakı, 2004.

  4. Вcя политика. Хрестоматия Сост. Нечаев В.Д, Филиппов А.В.С-p., 2006.

  5. Н. Макиавелли. Избр. cочинения М. 1982.

  6. Теория и методы в современной политической науке Под. pед. С.У.Ларина M.2010.

  7. Политология краткая хрестоматия .M. 2008.

  8. В.И. Лавриненко Политология М., 2006.

  9. С.Л. Монтескье Избранные произведении. М., 1996.

  10. М.Вебер. Избранные произведении. М., 1990.

  11. В. Сафонов. Политические взгляды Платона. Социально- политический журнал № 3, М., 1998.


METODIK MƏSLƏHƏT
“Qədim dünyada siyasət və hakimiyyət haqqında təsəvvürlər” adlı birinci sualın şərhinə başlayarkən qeyd edilməlidir ki, siyasi fikrin inkişaf tarixi qədim dövrdən başlayır. İlk siyasi təlimlər Şərqdə formalaşmışdır. Qədim Misirdə, Babilistanda dini-mifoloji təsəvvürlər insanların siyasi fikirlərinə öz təsirini göstərmişdir. Qədim Çində və Hindistanda siyasi ideyalar quldarlıq quruluşunun müdafiəsinə əsaslanır. Hindistanda e.ə.II-I minilliklərdə siyasi ideyalar, vedlər, brahmanizm, buddizm, Urpanişadlar, Manu qanunlarında öz əksini tapır. Qədim Çində siyasi təlimlər daosizm və konfutsizmdə ifadə olunmuşdur. Konfutsi öz baxışlarında dövlətin idarəolunmasını ierarxik qaydada, zorakılıq olmadan həyata keçirilməsini ifadə edirdi.

Daha sonra qədim Yunanistanda və Romada siyasi fikir şərh edərkən “Yeddi böyük müdrik” Solon, Biant Fales, Periandr, Kleobul, Pittak, Hilon siyasi fikrin təşəkkülündə xüsusi rolu qeyd olunmalıdır. Qədim Yunanıstanda siyasi fikir Sokratla davam edilir. Sokrat aristokratiya tərəfdarı olub, demokratiyaya mənfi münasibət bəsləmişdir. Platonun siyasi fikrin inkişafında xidməti ayrıca qeyd edilməlidir. Onun “Dövlət”, “Qanunlar”, “Politika” əsərlərində siyasət, dövlət, haki­miy­yət və s. haqqında dəyərli fikirlər irəli sürmüşdür. O, aristokratik respub­lika quruluşu kimi dövlət modelinə üstünlük verərək, demokratiya, oliqarxiya, timokratiya, tiraniya dövlət quruluşlarını tənqid etmişdir. Platonun “ideal dövlət” layihəsinin şərtləri bildirilməlidir. Aristotelin siyasi fikirləri şərh olunarkən “Siyasət”, “Afina siyasəti”, “Etika” və s. əsərlərində insanın fəaliyyət və inkişaf imkanları­nın məhdudlaşdırmayan dövlət quruluşundan politiya, monarxiya, aristok­­ratiya düzgün, tiraniya, oliqarxiya, demokratiyanı isə düzgün olmayan dövlət quruluşu kimi qiymətləndirməsi qeyd olunmalıdır. Həmçinin Aristotelin quldar­­lıq quruluşunun müdafiəsi istiqamətində fikirləri, qullara olan münasibəti açıqlanmalıdır.

Qədim Romada siyasi fikrin təşəkkülündən danışarkən bildirilməlidir ki, Mark Tuli Siseronun siyasi baxışlarında qanunlar və qanunçuluq böyük yer tutur. Onun siyasi görüşləri “Respublika”, “Dövlət haqqında”, “Qanunlar haqqında” traktatlarında öz əksini tapır. Romada stoiklər cərəyanı siyasi fikrin inkişafında rol oynamışdır. Onların üzvlərindən olan Zenon, Seneka, Avqustin Avrelin siyasi baxışları – Lenona görə dövləti müdrik filosoflar, Senekaya görə yaranan dövlətlər təsadüfün nəticəsidir və ayrı-ayrı insanlar tərəfindən yaradılır, Avqustin Avreli isə hakimiyyətin iki növdən-kilsə hakimiyyəti və dünyəvi hakimiyyətdən ibarət olduğunu ifadə etmiş, hər şeydən əvvəl Allahdan gələn kilsə hakimiyyətini alı hakimiyyət kimi qəbul etməsi qeyd edilməlidir.

Sualın sonunda Yunanıstan və Romada müxtəlif dövlət quruluşları, idarəetmənin ən keyfiyyətli formaları və s. siyasi fikirlər antik dövr üçün mühüm bir addım kimi qiymətləndirilməlidir.

İkinci sual olan “Orta əsrlərdə siyasi fikrin inkişafı”nı şərh edərkən orta əsrlərdə Qərbdə və Şərqdə siyasi ideyaların inkişaf xüsusiyyətlərini aydınlaşdırmaq lazım­dır. Şərqdə siyasi fikrin inkişafında islam dinin təsiri qaçılmaz bir faktor kimi əks olunmalıdır. Əl-Tarabinin, Əl-Biruninin, İbn-Rösdün, İbn Sinanın, İbn Xaldu­nun orta əsrlər dövründə siyasi ideyaların inkişafında müstəsna rol oynaması qeyd olu­nur. Orta əsrlərdə Avropada siyasi fikrin inkişafında Foma Akvinalıdan məlu­mat vermək lazımdır. O, sosial bərabərlik ideyasına qarşı çıxırdı. Akvinalının siyasi baxışları xristian siyasi məfkurəsinin formalaşmasına ciddi təsir göstərmiş­dir.

İntibah dövrünün siyasi ideyaları” adlı üçüncü sualda Qərbi Avropada siyasi təlimlərdən (XIV-XVII əsrlər) söhbət açılır. İtalyan mütəfəkkiri Nikkolo Makiavellinin siyasi görüşləri araşdırılır. Dövlətin və hakimiyyətin təbiəti, dövlət idarəçiliyinin formaları, hakimiyyətin güc vasitəsilə idarə olunması, cəmiyyətdə formalaşan xüsusi mülkiyyətin insanların həyat və fəaliyyətinə təsiri və s. kimi siyasi baxışları təhlil edilir. Daha sonra Jan Bodenin Fransa dövlət suverenliyi ideyasının irəli sürülməsi, ingilis dövlət xadimi Tomas Morun “Utopiya” əsərində xüsusi mülkiyyətin ləğvi fikirləri, Frensis Bekonun cəmiyyətin iqtisadi-siyasi inkişafında mərkəzləşmiş dövlətin əhəmiyyəti kimi siyasi ideyaları araşdırılır. Daha sonra burjua inqilabları dövrünün siyasi ideyalarından danışarkən Tomas Hobbsun hakimiyyətin ictimai müqavilə əsasında yaradılması fikrindən, xüsusi mülkiyyətin insanın xarakterinə təsiri haqqında, mütləq monarxiya tərəfdarı kimi düşüncələri söylənilir. Pyer Qassendin ictimai müqavilə nəzəriyyəsi, Benedik Spinozanın dövlət və hakimiyyət haqqında siyasi baxışlarından ətraflı bəhs etmək lazımdır. Fərdi azadlıq və burjua liberalizmi ideyalarının müəllifi olan Con Lokkun siyasi ideyaları şərh olunmalıdır. Hakimiyyətin bölünməsi prinsipini ilk dəfə o irəli sürərək konstitusiyalı monarxiya tərəfdarı kimi siyasi hakimiyyətin mənbəyini xalq hesab edirdi. Bu sualda XVIII əsr fransız maarifçilərinin siyasi baxışlarına toxunarkən Şarl Lui Monteskye, Jan Jak Russo, Deni Didro, Klod Adrian Helvetsinin vətəndaşların hüquq və azadlıqları, dövlətin meydana gəlməsi, onun mahiyyəti, hakimiyyətin bölgüsü, hökmdarl xalq arasında münasibətlər və s. haqqında fikirləri nəzərə çatdırılmalıdır. Daha sonra klassik alman fəlsəfi nümayəndələri olan İ.Kantin, G.Hegelin, K.Marksın və F. Engelsin cəmiyyətdə yaranan ziddiyyətlər, ədalətsizliyi doğuran səbəblər, hakimiyyət formaları, dövlət, iqtisadiyyat siyasət münasibətləri və s. haqqında siyasi ideyalara diqqət yetirilməlidir.

Dördüncü sual “XIX-XX əsrlərdə siyasi ideyalari” şərh edərkən yeni iqtisadi və sosial münasibətlərin formalaşması qeyd edilməlidir. Siyasi liberalizmin ideya əsasları və nəzəri şərhi fransız alimi B.Konstanın, A.Tokvillin, ingilis filosofu J.Bentamın, C.Millin və başqalarının siyasi baxışları aydınlaşdırılır. Xüsusilə A.Tokvilin liberal demokratiya konsepsiyası, “Amerikadakı demokratiya barədə” kitabında “milli ruhun formalaşması” ideyası nəzərə çatdırılmalıdır. Bu dövrdə siyasi sahədə liberalizm bütün vətəndaşların qanun qarşısında bərabərliyi, hakimiyyətin bölünməsi, plüralizm, şəxsiyyətin hüquq və azadlıqlarının təminatı məsələlərində əsaslanan hüquqi dövlətin zəruriliyi nəzərə çarpır. XX əsrdə kapitalizm cəmiyyətinin inkişafı, eyni zamanda müxtəlif nəzəriyyələrin yaranmasına və yayılmasına təkan verdi. O.Toffer, E. Kaler, C.Fulbrayt, D.Bellinin futoroloji nəzəriyyələr, “texnokratiya”, “kanverqensiya” nəzəriyyəsi haqqında məlumat verilməlidir. Sualı XXI əsrin əvvəllərində bəşəriyyəti narahat edən siyasi problemlərə, xüsusilə Şərq və Qərb sivilizasiyası arasındakı qarşıdurmaya ötəri bir nəzər salmaqla tamamlamaq lazımdır.



III Mövzu
Azərbaycanda siyasi fikrin inkişafı
Plan:


  1. Qədim dövrdə Azərbaycanda siyasi fikir.

  2. Azərbaycanda orta əsrlərdə siyasi ideyalar.

  3. XIX-XX əsrlərdə siyasi fikrin inkişafı.


Ədəbiyyat
1.Azərbaycan Respublikasının Konstitusiyası. B., 2010

2. H.Əliyev və azərbaycançılıq məfkurəsi. B., 2002.

3. Politologiya. Dərs vəsaiti. ADİU. B., 2005.

4. X.İbrahimli “Politologiya” B., 2008.

5. H.İmanov “Fəlsəfənin əsasları”. B., 2007.

6. N.Tusi “Əxlaqi-nasiri” B., 2003.

7. “Heydər Əliyev yolu Azərbaycan inkişafın yeni mərhələsində” konfrans materialları. B. 2007.

8. C.Həsənli Azərbaycan Demokratik Respublikasının xarici siyasəti (1918-1920). B.2004.

9. M.B.Məmmədzadə. Milli Azərbaycan hərəkatı. B. 1992.

10. H.B.Zərdabi. Seçilmiş əsərləri. B.1960.

11. X. Məmmədov. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan milli azadlıq hərəkatı. B.1997.
METODIK MƏSLƏHƏT
Qədim dövrdə Azərbaycanda siyasi fikir” adlanan birinci sualı şərh edərkən e.ə.VII-VI əsrlərdə meydana gələn Zərdüştlük dininin Azərbaycanda yayılması və Azərbaycanda siyasi tarixinin formalaşmasında “Avesta”nın rolu qeyd edilir. Avestada əks olunan xeyirlə və şərin, qaranlıqla-işığın daimi mübarizəsi, eyni zamanda hakimiyyət, dövlət, idarəetmə formaları və s. haqqında maraqlı fikirlər nəzərdən keçirilməlidir. Həmçinin III əsrdə Azərbaycanda yayılmış Maniçilik təlimi haqqında məlumat verilməlidir. Bu təlimdə də əksliklərin mübarizəsi, dünyanın əsasında dualizmin olması haqqında fikirlər diqqət mərkəzinə gətirilməlidir.

İkinci sual olan “Azərbaycanda orta əsrlərdə siyasi ideyaları” sualını izah edərkən V əsrdə Azərbaycanda yayılmış Məzdəkilər hərəkatına diqqət yetirmək lazımdır. Məzdəkə görə, insanlar Allah tərəfindən dünyaya eyni çür gəliblərsə, hüququları da eyni olmalıdır və Allahın bütün nemətləri bərabər şəkildə hər kəsin arasında bölüşdürülməlidir fikirləri izah olunmalıdır. Daha sonra IX əsrdə Azərbaycanda yayılmış xürrənilər təliminin mahiyyəti şərh olunmalıdır.Orta əsrlərdə Əbülhəsən Bərhmənyarın siyasi görüşlərindən danışarkən bildirilməlidir ki, “İzahat”, “Təhsil” adlı əsərində o, cəmiyyətin səadətə çatmaq yolunu təhsildə, mənəvi təkmilləşmədə görürdü.

Bu sualda XII əsrdə Azərbaycanın dahi sairi Nizami Gəncəvinin siyasi görüşlərinə xüsusi diqqət yetirmək lazımdır. O əsərlərində ədalətli hökmdar obrazını yaradaraq, cəmiyyətin nöqsanlarını yalnız onun köməyilə aradan götürüləcəyini iddia edirdi. Maraqlı məqam burdadır ki, sair “İsgəndərnamə” əsərində Tomas Mordan 600 il əvvəl utopik ideyalarla çıxış etmişdir. Şərqin görkəmli mütəfəkkiri Nəsrəddin Tusinin siyasi görüşləri ətraflı şəkildə isah edilməlidir. N.Tusinin siyasət, dövlət, hakimiyyət, sosial ədalət və sair haqqında baxışları şərh edilməlidir. Qeyd olunmalıdır ki, N.Tusinin “birlik və ittifaq” ideyası ilə, T.Hobbs və C.Lokkun “ictimai müqavilə” ideyası arasında oxşar cəhətlər vardır.

XIX-XX əsrlərdə siyasi fikrin inkişafı” adlı üçüncü sualda ilk növbədə Azərbaycanda siyasi fikrin inkişafında Abbasqulu ağa Bakıxanovun böyük rol oynaması nəzərə çatdırılmalıdır. Onun siyasi baxışlarında cəmiyyətin inkişafı maariflənməkdə, həmçinin maariflənmiş monarxın ədalətli siyasət yürütməsi fikirləri təşkil edirdi. Qeyd etmək lazımdır ki, Mirzə Kazımbəyin Azərbaycanın siyasi ideyalarının formasında mühüm əhəmiyyəti olmuşdur. Mirzə Kazımbəyin müsəlman Şərqində şəriət qanunları ilə dünyəvi hüququn sintezini yaratmaq, çəmiyyət həyatının vacib sahələrinin qanunla tənzimləmək fikirləri tələbələrin diqqətinə çatdırılır. XIX əsrdə Azərbaycanda siyasi fikrin inkişafında demokratik siyasi fikrin nümayəndəsi olan M.F.Axundovun böyük rol oynaması xüsusi qeyd edilməlidir. Şərqdə ilk politoloji lüğəti tərtib edən M.F.Axundov, dövlətin idarəetmə formaları, xalq hakimiyyəti, qadın haqları, konstitusiya islahatları kimi vacib məsələlərin aydınlaşdırılmasında öz sələflərindən kifayət qədər irəli getmişdir. Axundovun materialist fikirləri, dini münasibətə olan baxışları nəzərdən keçirilir.

Azərbaycanda XIX əsrin sonu-XX əsrin əvvəllərində siyasi fikrin inkişafında Həsən bəy Zərdabi mühüm yer tutmuşdur. İlk Azərbaycan dilində olan “Əkinci” qəzetinin banisi, görkəmli maarifçi Həsən bəy Zərdabi müstəmləkəçiliyə qarşı çıxır, millətin formalaşmasında dilin əhəmiyyətini vacib hesab edərək, mətbuat, söz və fikir azadlığına yüksək dəyər verərək, bürokratiyanı, rüşvətxorluğu pisləmişdir.

Azərbaycanda siyasi fikrin inkişafından danışarkən, görkəmli mütəfəkkir C.Məmmədquluzadənin dövlət quruluşu haqqında fikirlərinə geniş vermək lazımdır. C.Məmmədquluzadə rus müştəkəçiliyinə qarşı çıxır, ruhaniləri tənqid edir, cəmiyyətin inkişafını yalnız insanların maariflənməsində görürdü.

XX əsrdə Azərbaycanda siyasi fikrin inkişafında ictimai siyasi xadim M.Ə.Rəsulzadənin böyük rol oynamasını qeyd etmək lazımdır. Şərqdə ilk Azərbaycan Xalq Cumhuriyyətinin yaradıcısı M.Ə.Rəsulzadə söz, mətbuat azadlığı, millətindən, dinindən, cinsindən asılı olmayaraq hər kəsin hüquqlara malik olması və onun qorunması prinsiplərini irəli sürərək, həyata keçirilməsi haqqında fikirləri qeyd edilməlidir.

Daha sonra bu sual N.Nərimanovun siyasi baxışları ilə davam etdirilir. İnqilabçı demokrat kimi N.Nərimanov öz siyasi ideyalarında dövlət formaları, xüsusi mülkiyyətin formalaşması ilə cəmiyyətdə ziddiyyətlərin yaranması, istismar olunanların hüquqlarının müdafiəsi kimi məsələlər nəzərə çatdırılmalıdır.

XX əsrin 80-90-cu illərində Azərbaycanda milli azadlıq hərəkatının oyanması, yeni siyasi ideyaların formalaşması eyni zamanda müasir tipli siyasi təşkilatların və partiyaların yaranması milli ideologiyaya çox böyük təsir göstərdi. Xalqımızın, dövlətçiliyimizin tərəqqisində əvəzedilməz xidmətləri olan ümummilli lider, müstəqil dövlətimizin yaradıcısı böyük dövlət xadimi Heydər Əliyevin siyasi ideyaları Azərbaycan tarixində mühüm yer tutaraq böyük bir epoxanı özündə birləşdirir. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan xalqı üçün dövlətçilik, azərbaycançılıq, müstəqillik, sabitlik, dönməzlik, suverenlik yolunu müəyyənləşdirməsinə diqqəti yönəltmək lazımdır.

Seminar məşğələnin sonunda XXI əsrin siyasi görüşlərinin mühüm xüsusiyyətləri olan müstəqillik, demokratiya, söz və mətbuat azadlığı, aşkarlıq prinsiplərinin formaları təhlil edilir.

IV Mövzu
Siyasi münasibətlər və mənafelər. İnsan və siyasət (2 saat)
Plan:
1.Siyasət: mənafelər, sərvətlər və dəyərlər.

2. Siyasətin subyektləri.

3. İnsan siyasi fəaliyyətin obyekti və subyekti kimi.

4. Siyasi liderlik və onun növləri.


Ədəbiyyat


  1. M.Ə.Əfəndiyev. Siyasi elmin əsasları. B., 2004.

  2. Politologiya (Dərslik). B., 2008.

  3. Siyasi birliklərin əsasları. B., 1999.

  4. Г.М.Гасанов. Формирование гражданского общества условиях трансформации. Б., 2003.

  5. Политология методы исследования. М. 2007.

  6. В.Н. Лавриненко. Политология . М. 2006.

  7. Зеленков М.Ю.Политология. М. 2009.



METODIK MƏSLƏHƏT
Mövzunun “Siyasət: siyasi mənafelər, sərvətlər və dəyərlər” adlanan birinci sualı şərh edərkən qeyd edilir ki, politologiyanın başlıca kateqoriyası olan siyasət çoxmənalı anlayış olub, Aristoteldən başlayaraq müasir dövrədək rəngarəng tərifləri verilmişdir. Siyasət siyasi hakimiyyətindən tutmuş şəxsiyyətin problemlərinə qədər ictimai həyatın bütün sferalarına təsir göstərərək insanlar, təşkilatlar arasında əməkdaşlıq və ya düşmənçilik yaradır. Eyni zamanda qeyd edilməlidir ki, siyasət dövlətə, hüquqa, partiyaya, seçki sferalarına, iqtisadiyyatda, öz təsirini göstərir. Siyasətin məzmunu aparıcı sosial qrupların, zumrələrin maraqları əsasında müəyyənləşir. Həmçinin nəzərə çatdırılmalıdır ki, siyasətin mahiyyəti zamandan, tarixi şəraitdən, cəmiyyətdəki hakim ideologiyadan, dövrün əxlaqi və dini normalarından asılıdır. Siyasət həmçinin hakimiyyət münasibətlərində, hakimiyyət uğrunda mübarizə sosial sferasındada fərqlənir. Fransız politoloqu J.M.Dankenin siyasət anlayışının üç aspektini diqqətə gətirmək lazımdır. 1) siyasət- idarəçilik, 2) siyasət-strategiya, 3) siyasət –mülahizə. Həmçinin müxtəlif mütəfəkkirlərin siyasət haqqında fikirlərdən nümunələr verilir. Məsələn, N.Tusinin siyasətin 4 növə bölməsi və s. Siyasətin funksiyaları da qeyd olunmalıdır: cəmiyyətin tamlığının qorunması və möhkəmlənməsi, ümumi təşkilatı əsasda cəmiyyətin tənzimlənməsi, nizam-intizamın yaradılması, idarəetmə sisteminin formalaşması və s.

Siyasi mənafelər, sərvətlər və dəyərlər daha geniş şərh olunmalıdır ki, belə ki, siyasi mənafelər bir neçə mərhələdən keçir cəmiyyətdə fəaliyyət göstərən subyektin davranışının dərk edilməsi və mənafeyinin təsislənməsi.

Siyasi mənafelərin subyektlər tərəfindən irəli sürülməsi onların təmsil edən orqana, siyasi xəttin xarakterinə və siyasi rejimlərin növlərinə görə həyata keçirilə bilər. Daha sonra nəzərə çatdırılmalıdır ki, siyasi sərvətlər cəmiyyətin mühüm hissəsini təşkil edir. Siyasi dəyərlər cəmiyyətdə insanların müəyyən məqsədlərə, konkret siyasi hərəkətlərə, maraqlara, inkişafa aparan yollara istiqamətləndirir.

Siyasətin subyektləri” adlanan ikinci sualı izah edərkən, ilk növbədə siyasətin subyektləri araşdırılır. Siyasətin subyektləri – zümrələr, millətlər, xalqlar, etnik qruplar, siyasi lider, partiya , təşkilat, hərəkatlar, həmçinin elitlər və lobbilər qeyd olunur. Siyasət subyektlərinin fəaliyyəti siyasi hakimiyyətin əldə olunmasına, möhkəmlənməsinə hakimiyyət strukturlarında təmsilçilik hüququna malik olması, subyektlər arasında asılılıq münasibətlərinin formalaşması izah edilməlidir. Siyasətin subyektlərindən danışarkən siyasətin beynəlxalq subyektlərinidə qeyd etmək lazımdır ki, bura milli dövlətlər, milli dovlət assosiasiyaları, qeyri-hökumət təşkilatları, BMT sisteminə daxil olan beynəlxalq hökumət təşkilatları daxildir.

Mövzunun “İnsan siyasi fəaliyyətin obyekti və subyektidir” sualını izah edərkən ilk növbədə müasir dövrdə elm və texnikanın inkişafı insan problemlərini aradan qaldırmaq üçün əhəmiyyətli rol oynaması haqqında məlumat verilməlidir. İnsan siyasi fəaliyyətin obyekti dedikdə - obyekt-ictimai münasibətlərin istiqamət­ləndiyi, sınaqdan çıxarıldığı sosial sahə olması izahını verir. İnsan siyasi fəaliy­yətin subyektidir dedikdə isə, subyekt-şüurlu şəkildə fəaliyyət göstərən və öz fəaliyyətinə görə məsuliyyət daşıyan şəxsiyyətə deyilir. Əvvəlki mövzulardan aydındır ki, siyasətin subyekti sosial qruplar, siyasi institutlar başa düşülür. Siyasətin ən başlıca subyekti şəxsiyyət hesab edilir. Nəzərə çatdırılmalıdır ki, şəxsiyyəti siyasət özü yetişdirir və şəxsiyyət siyasətin həm obyekti eyni zamanda subyektidir. Şəxsiyyətin siyasətə təsiri haqqında tələbələrə tam təsəvvür formalaşdırmaq üçün şəxsiyyətin modelləri olan tabeetmə, mənafe, plüralizm modelləri izah edilməlidir. Daha sonra isə şəxsiyyətin siyasi fəallığına təsir göstərən partiyalar, ictimai təşkilatlar, nümayiş və mitinqlər onun iştirakı qeyd edilir. Şəxsiyyət və siyasətin qarşılıqlı əlaqəsi geniş şərh olunaraq şəxsiyyətin siyasətə təsiri formaları nəzərə çatdırılır: hakimiyyət orqanlarına keçirilən seçkilərdə, siyasi partiya, ictimai təşkilat və hərəkatlarda fəaliyyətlərdə, müxtəlif siyasi aksiyalarda iştirak, kütləvi informasiya vasitələri ilə təbliğat və təşviqat iş aparmaq və s.

Şəxsiyyətin siyasətə təsiri demokratik cəmiyyətdə daha geniş təzahür etməsi, burada insan hüquqları və azadlıqlarının vacibliyinə xüsusi diqqət yetirmək lazımdır.

Siyasi liderlik və onun növləri” adlanan dördüncü sualı izah edərkən, öncə liderliyin mahiyyəti araşdırılır. Dünya mütəfəkkirlərin liderlik haqqında müxtəlif fikirləri şərh edilir. Siyasi lider təşkilatın, qrupun, cəmiyyətin ən nüfuzlu, aparıcı üzvüdür. Siyasi lider, siyasi hadisələrə və siyasi proseslərə xüsusi istiqamət verərək, hadisələrin gedişatına mühüm təsir göstərir. M.Veber liderliyin üç əsas tipini göstərmişdir. Bunlar ənənəvi liderlik, harizmalı lider, rasional liderdir. Bu tiplərin əlamətləri izah edilməlidir.

Daha sonra “Əxlaqi-Nasiri” əsərində Nəsrəddin Tusinin siyasi liderin əsas xüsusiyyətləri haqqında məlumat verilir.

Siyasi liderliyin obyektinə daxil olan millətlər, xalqları, sosial qruplar və təbəqələr, subyektinə isə siyasi partiya və qruplar qeyd edilir. Həmçinin siyasi liderliyin növləri sadalanır: avtoritar, liberal və demokratik. Qeyd edilməlidir ki, siyasi lider ətrafında baş verən prosesləri analiz edir və buna uyğun olaraq proqram tərtib edir. Müəyyən məqsədə çatmaq üçün xalqı öz ətrafında birləşdirməyi bacarmalıdır.

Sualı yekunlaşdırarkən müasir dövrdə dünyada hər bir xalqın siyasi aktivliyinə təminat verən əsas amillərdən biri hüquqi dövlətin mövcudluğu təhlil edilməlidir.



: images -> metodik
images -> Задачами модуля являются
images -> Сагітальні аномалії прикусу. Дистальний прикус. Етіологія, патогенез, клініка та діагностика дистального прикусу
images -> Мп г. Белгорода «Стоматологическая поликлиника №2» Информированное добровольное согласие на проведение ортодонтического лечения
images -> Мп г. Белгорода «Стоматологическая поликлиника №2» Информированное добровольное согласие на пародонтологическое лечение
images -> Yazılım Eleştirisi
metodik -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «vergi VƏ vergiqoyma»


  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə