2. 1.
KEŞNİŞ
Xalq t
əsərrüfatı əhəmiyyəti və istifadəsi. Keşniş ətirli səbzə
t
ərəvəz bitkilərindən biri olub, müxtəlif növ xörəklərdə ədvə, dad,
ətir verici kimi işlədilir. Keşniş əsas efir yağlı bitki hesab edilir. O,
efir yağlı bitkilərin əkin sahəsinin 80 % -ni təşkil etməklə, təbii efir
yağlarının 60 - 80%-ni verir. Keşnişin meyvələrində 0,7 - 1,2 % efir
ya
ğı vardır. Efir yağı almaq üçün təkcə Avropa (Rusiya, Voronej
keşnişi) Qərbi Çin və Abxazya keşnişi istifadə olunur. Bunlardan ən
131
C
ədvəl 3
Bitkilərin tərkibindəki piyli və efir yağlarının miqdarı
Bitkilərin
adları
Yağ əldə
olunan
orqan
Efir yağının tərkibi
Piyli
yağın
miqdarı,
%-
lə
Miqdarı,
%-
lə
Əsas tərkib hissəsi
(komponenti)
1
2
3
4
Keşniş
Meyvəsi
(toxumu)
0,7-1,2
Linalol spirti (60-
70%) deşil, aldehid,
terpenlər
17-24
Cirə
“---”
2,5 - 4,0
Anetol (80-90%)
metilhavnikol, anis
turşusu, terpenlər
16-26
Zirə
“---”
4,0 - 6,0
Karvoi (50-
65%) α-
limonen (35%-
ə
qədər)
dihidrokarbon
14-22
Razyana
“---”
0,5 - 6,5
Anetol (50-60%),
metilhavikol,
kamfen
10,5-17
Ajqon
(Hind
zirəsi)
“---”
2,0 -10,0
Timol və karvakrol
(35-67%) dipenten,
α-pinen, α-terpinen
15-30
Acı nanə
Quru yarpağı
və bütün
bitki
1,0 -3,5
Mentol (43,5-
64,7%) mentol efiri
və valeryan turşusu
(4-7%), L
və α
metanol (6-20%)
-
Əsl
lavanda
Təzə çiçək
qrupu
0,7-1,6
Linalilasetat (30-
56%), linalol (10-
20%),
α-pinen bəzi
üzvi turşular
-
132
1
2
3
4
Evqenollu
reyhan
Bitkinin
yaşıl kütləsi
(yarpağı və
çiçək qrupu)
0,3- 0,7
Evqenol (62-80%),
otsimen (10-16%),
linalol (13%), l-
kadinen (10-12%)
-
Sürvə
Çiçək qrupu
0,1- 0,3
Linalilasetat (38-
73%), l-linalol (10-
15%), l
və α tuyon
-
Qırmızı
ətirşah
Yaşıl kütləsi
(yarpaqları)
0,1- 0,8
Sitronelol (55%-
ə
qədər), linalol (10-
12%), qraniol 14%-
ə qədər, mentol (3-
4%)
-
Efiryağlı
qızılgül
Çiçəkləri
0,07- 0,16
Feniletil spirti (40-
50%) qeraniol (5%-
ə qədər), sitronelol
(30-35%) evrenol
(2-3%),
stearoptenlər (5%-ə
qədər)
-
Qara
çörəkotu
(nigella)
Meyvəsi
(toxumu)
0,5 -1,5
-
-
yaxşısı Rusiya keşnişi hesab olunur. Keşniş meyvələrindən efir yağı-
nı su buxarı vasitəsilə alırlar. Bu yağ rəngsiz və bəzən sarımtıl rəngli
maye olub, xoşagələn ətirli iyə və dada malikdir. Onun tərkibində
20-
dən artıq komponent vardır ki, bunlardan da ən əsasları linalool
(60-80 %), heraniol (3-5 %), linalil asetat (5%-
ə qədər) və s. dir. Tər-
ki
bində 18-28 % piy şəkilli yağlardan sabunbişirmədə olein turşuları
alınmasında və metallurgiyada istifadə edilir. Keşnişin tərkibində
orta hesabla 67 mq % С vitamini, 278 mq % A provitamini, toxum-
la
rında 16 %-ə qədər zülal maddəsi vardır
(c
ədvəl 4).
Bundan başqa
keşniş yağının tərkibində 5%-ə qədər geraniol spirti və 20 %-ə qədər
terpen qruplu başqa ətirli maddələr də vardır.
133
Cədvəl 4
Keşniş meyvəsinin kimyəvi tərkibi (quru maddə %-lə)
Komponentlər
Miqdarı %-lə
Efir yağı
0,7-1,2
Piyli yağ
18,0-28,0
Zülali maddələr
16,0
Nişasta
9,0
Pentozanlar
12,0
Sellüloza
32,0
Saxaroza
2,0
Kül elementləri
6,0
Keşnişin toxumları özünə məxsus kəskin iyə malik olub limon
ətrini xatırladır, Bu cəhətdən keşniş toxumlarından çörək-bulka, qən-
nadı məmulatları, marinadlar, pendir, kolbasa məmulatları, likör və
piv
ə istehsalında aromat vermək üçün geniş istifadə edilir. Keşnişin
toxumlarından alınmış efir yağını ətriyyat sənayesində istifadə edir-
l
ər.
Keşniş bitkisinin yarpaqları, zərif zoğu və toxumları insanlar tə-
r
əfindən nəinki ərzaq, dad və ətirverici kimi, eyni zamanda bəzi xəs-
t
əliklərin müalicəsində geniş istifadə edilir. Keşnişin şirəsi ilə ürək
ağrıları və ürək sancmalarını müalicə edirlər.
Keşniş yağı və meyvəsi iştaha artırıcı dərman kimi keçmiş Sovet
Dövlət Farmakopeyasının X nəşrinə daxil edilmişdir. Yağından bir
sıra Qalen preparatlarının (Klavdi Galen Qədim Roma əsilli həkim,
cərrah və filosof, təqribən 130-200-cü illər ) tərkibində (bitkilərdən
hazırlanmış preparatların), meyvələrindən isə müxtəlif yeyinti məh-
sullarına xoş iy verən maddə kimi geniş istifadə edilir. Keşnişdən
alınan şrot (cecə) heyvandarlıqda yaxşı yem kimi istifadə olunur.
Tarixi yayılması və məhsuldarlığı. Keşniş Aralıq dənizi mən-
şəli qədim bitki hesab olunur. Rusiyaya XIX əsrin əvvəllərində gəti-
ril
miş və mərkəzi quberniyalarda becərilməyə başlanmışdır. Hazırda
keşniş əkinləri daha çox Rusiyanın mərkəzi qaratorpaq zonasında,
134
Şimali Qafqazda, orta Volqa boyunda və Ukraynada yayılmışdır.
Toxum m
əhsuldarlığı 0,6-1,0 ton/ha təşkil edir.
Botaniki
təsviri və bioloji xüsusiyyətləri. Keşniş kərəviz (çətir-
çiç
əklilər) ( Apiaceae) fəsiləsinə mənsub olub, onun botaniki adı
Coriandrum sativum-dur. Birillik ot tipli
bitki olub, sıra ilə düzülmüş
uzun saplaqlı və yumurtaşəkilli yarpaqları vardır. Keşniş bitkisi kök
boğazı ətrafında bir-birinə yaxın sıx, lakin növbə ilə düzülmüş yar-
paq qrupları əmələ gətirir. Tez yetişən sortları zəif, gec yetişənləri isə
qüvv
əli yarpaqlar əmələ gətirir. Bitkisi silindrik, üzəri qabırğalı, tor-
paq s
əthində düz duran, yaxud dirsəkvarı buğumlu, əyilmiş gövdəli
o
lur. Hündürlüyü şəraitdən asılı olaraq 130 sm və daha artıq olur.
Xırda, bir evli, ikicinsli çiçəkləri mürəkkəb çətir şəklində gövdəsinin
başında yerləşir. Keşnişin çiçək qrupu mürəkkəb çətirdir. Bir neçə
sadə çətir birləşib mürəkkəb çətir əmələ gətirir.
Çiç
əkləri ilk önсə sa-
d
ə çətirli, sonra isə 3-5-ci sıralarında baş gövdə və budaqların ucla-
rında yerləşən mürəkkəb çətir əmələ gətirir. Çiçək tacı çəhrayı rəng-
dədir. Ləçək yarpaqları 5 ədəd, bir-birindən aralı olur. Ləçəkləri açıq-
ç
əhrayı rəngli olanlar geniş yayılmışdır
(r
əngli şəkil 25).
Dişiciyi iki yuvalı, aşağı yumurtalıqlıdır və hər yuvasında bir yu-
mur
tacığı olur. Toxumları kürəvi uzunsov-yumru formalı olub iki to-
xumcuqdan ibar
ətdir. Toxumlarının diametri 2-7 mm arasında dəyişir
v
ə onların 1000 ədədi 4,5-7,0 qr. olur.
Çarpaz tozlanır. İkipaylı toxumdan ibarət meyvələri avqust-sent-
yabr aylarında yetişir. Meyvəsinin uzunluğu 2,3-4,1 mm arasında də-
yi
şilir. Meyvənin ümumi kütləsinin 34-40%-ni qabıq, 60-66%-ni isə
nüvə təşkil edir. Meyvənin hər iki yarısının içəri tərəfində 2 efir yağı
vəzisi yerləşir. Meyvə bölündükdə və ya qabığı zədələndikdə efir ya-
ğı asanlıqla buxarlanır. Ona görə də yığım vaxtı meyvənin zədələn-
məsinə, xırdalanmasına yol vermək olmaz. Meyvənin əmələ gəldiyi
il
kin dövrlərdə efir yağı xarici yerliklərdə yəni meyvə qabığının üst
qatında toplanır. Yetişdikdə meyvələr sıxılır və xarici yerliklərdəki
efir yağları tamamilə buxarlanır. Meyvələri yetişdikdə xoş ətirli iy
verir.
Keşniş soyuğa davamlı kahı, ispanaq və acıtərəyə nisbətən istili-
y
ə asan dözən, uzun gün bitkisidir. Günün uzunluğuna və istiyə tə-
135
ləbkardır, lakin rozet yarpaqları soyuğa davamlıdır. Qısa və sərin
gün
lərdə rozet yarpaqları yaxşı böyuyür, yüksək məhsul verir. Тo-
xum zoğu əmələ gətirmir və toxum vermir, ona görə də istifadə müd-
dəti uzanır. Rozet yarpaqları 3-5 irikəsimli yarpaqdan ibarətdir. Göv-
də yarpaqları çoxkəsimli, nazik, uzunsovdur. Səbzə kimi əsasən rozet
yarpaqlarından istifadə olunur.
Vegetasiya müddəti (kütləvi cücərmədən texniki yetişməyə qə-
dər olan dövr) səpin vaxtından asılı olaraq dəyişir və 35-40 gündən
başlamış 50-60 günə qədər və daha çox uzana bilir. Bu müddət həm
də sortun xüsusiyyətindən asılıdır. Bitkilərin normal böyüməsi üçün
17-25
0
С temperatur tələb edir, Uzun müddət -2
0
C v
ə qısa müddətdə
-7
0
C temperatura dözür. Soyuğa davamlı olmasına baxmayaraq isti-
likd
ə özlərini qismən asan nizamlaya bilir. Lakin məhsuldarlıq aşağı
dü
şür. Bəzi bitkilərə nisbətən rütubətə xeyli tələbkardır. Onun trans-
pirasiya
əmsalı torpaq tipindən asılı olaraq 500-700 arasında dəyişir,
Torpaq v
ə havanın nisbi rütubətliyi 75- 80%-dən az olmalıdır. Qida
madd
ələrinə olduqca tələbkardır. Keşniş üçün suyu özündən asan sız-
dıran torpaqlar daha əlverişlidir. Torpaq reaksiyası (pH) neytrala ya-
xın olmalıdır.
Sor
tları: Pervomayski. Bu sortun kolunun hündürlüyü orta he-
sabla 50 sm-
ə kimidir, Gövdəsi düzdurandır. Çox budaqlanan və orta
d
ərəcədə yarpaqlayandır. Gövdə və yarpaqları yaşıl rənglidir. Çiçək-
l
əri açıq çəhrayı və çətiri sıxdır. Mərkəzi çətirində orta hesabla to-
xum
ların sayı 30-a qədərdir, Toxumları olduqca iri, yumru-kürəvi
formalı və tutqun boz rənglidir. 1000 ədəd toxumun çəkisi 5-7 qram-
dır. Tez yetişən sort olub, ərzaqlıq yetişkənliyinə kimi 40-50 gün, to-
xum
ların yetişməsinə 80 -100 gün vaxt tələb edir.
26 - B. Bu sortun kolunun hündürlüyü 60 sm-d
ək olub, gövdəsi
düzduran v
ə zəif budaqlanandır. Gövdə və yarpaqları açıq yaşıl,
çiç
əkləri açıq çəhrayı rənglidir. Çətiri olduqca sıx və mərkəzi çəti-
rind
ə 50 ədədə qədər toxum əmələ gətirir. Toxumları xırda, yumru,
kür
əvi formalı, üzəri zəif qabırğalı, rəngi isə sarı-bozumtuldur. 1000
ədəd toxumunun kütləsi 4,76-6,96 qram arasında dəyişilir. Orta ye-
tişən sort olub ərzaqlıq yetişkənliyinə kimi 45-55, fizioloji yetişkən-
liyin
ə kimi 82-102 günədək vaxt tələb edir.
136
247-1.
Bu sortun kolu yığcam olub, hündürlüyü 70 sm-ə kimidir,
Gövd
əsi düzduran, zəif budaqlanan və kifayət qədər sıxdır. Gövdə və
yarpaqları açıq yaşıl rənglidir. Çiçəkləri açıq çəhrayı rənglidir. Çətiri
olduqca sıxdır. Mərkəzi çətirində toxumların sayı 55-ə kimi olur,
Toxumları iri və yumru – kürəvi formalı, rəngi isə açıq-bozumtul
r
ənglidir, Orta hesabla 1000 ədəd toxumun kütləsi 6,4 qramdır. Orta
gecyetişən sortdur, Ərzaqlıq yetişkənliyinədək 73-80 gün, fizioloji
yetişkənliyinə kimi 84-105 gün vaxt tələb edir.
Yerli Gəncə. Bu sortun kolunun hündürlüyü 65 sm olur. Gövdə-
si
əsasən düz duran və orta dərəcədə budaqlanandır. Gövdə və yar-
paqlan tutqun-
yaşıl rənglidir. Qrup yarpaqları kök boğazından olduq-
ca sıx əmələ gəlir, Rəngi tutqun qonuru antosian piqmentliyə çalır.
Qrup yarpaqları demək olar ki, torpaq səthində üfüqi vəziyyətdə
yerl
əşir, Yarpaq və saplaqları bir çox sortlara nisbətən qalın, ətirli,
h
əm də xoşagələn dada malikdir. Ərzaqlıq hissəsi olan saplaq, yarpaq
v
ə zəif zoğunu biçdikdən sonra bir neçə gün təravətini itirmədən yax-
şı qalır, Çiçəkləri cəzbedici ağımtıl-çəhrayı rəngli və çətiri iri həm də
sıx yerləşir. Mərkəzi çətirində toxumların sayı 40-60 ədəd arasında
d
əyişir, Toxumları orta irilikdə olub, əsasən kürəvi formalı və tutqun
q
əhvəyi-boz rəngə çalır. 1000 ədəd toxumun kütləsi 5,2- 6,5 q olur.
Ən tez yetişən sort olub, ərzaqlıq yetişkənliyinədək 35-45 gün,
fizioloji yetişkənliyinə kimi 60-90 gün vaxt tələb edir.
Torpağın seçilməsi. Səbzə tərəvəz bitkiləri torpağın münbitliyi-
nə, strukturuna çox tələbkar olduğundan, bitkiləri peyinlə (və ya di-
gər üzvi gübrə ilə) yaxşı gübrələnmiş və ya üzvi çürüntülərlə zəngin,
yaşayış məntəqələrinə yaxın alaqsız, su ilə təmin olunmuş və bərabər
suvarıla bilən sahələrdə yerləşdirmək lazımdır. Baş soğan, sarımsaq,
xiyar, kartof, paxlalı və bostan bitkiləri keşniş bitkisi üçün ən yaxşı
sələflərdir.
Torpağın hazırlanması. Keşniş səpiləcək torpaq sahəsi sələf
bitkilərindən azad olan kimi, bitki qalıqlarından təmizlənməli və
üzləmə aparılmalıdır. Üzləmədən 15-20 gün sonra hektara 25-30 ton
peyin çürüntüsü, 300-350 kq superfosfat, 100-150 kq
kalium gübrəsi
verilir və 25-30 sm dərinliyində dondurma şumu aparılır. Тorpaq qa-
tının qalınlığı imkan vermədikdə şumun dərinliyi onun qalınlığına
137
uy
ğunlaşdırılır. Erkən yazda tarlaya çıxmaq mümkün olan kimi sahə
dişli mala ilə malalanır və kultivatorla yumşaldılır. Payız-qış müddə-
tində torpaq çox sıxlaşmış olarsa, səpinqabağı ikiləmə aparılır. Sahə
çox kəltənli olduqda kultivasiyadan əvvəl və ya ikiləmədən sonra
diskli mala
ilə kəltənlər əzilməlidir.
Yay və payızda keşniş toxumunu səpmək üçün ayrılmış sahə
sələfdən azad olan kimi suvarılır, torpaq yetişdikdə (arat çıxan kimi)
25-30
sm dərinliyində şumlanır. Sələf bitkisi altına peyin və fosfor
gübrəsi verilməmişsə şum qabağı hektara 25-30 ton peyin çüruntüsü,
300- 350 kq superfosfat
və 100-150 kq kalium gübrəsi verilir. Sələf
bitkisi gübrələnmiş olduqda göstərilən miqdar 40-50% azaldılır.
Hər iki səpin muddətində səpinqabağı hektara 1,5-2,0 sentner
ammo
nium şorası verilib, kultivatorla 10-12 sm dərinliyində torpağa
qarışdırılır və sahə dişli mala ilə malalanır.
Тoxumun hazırlanması və səpin. Səpin üçün ayrılmış toxumun
təsərrüfat yararlılığı hökmən müəyyənləşdirilməlidir. Cücərmə fai-
zin
dən asılı olaraq səpin normasına düzəliş verilir və səpinə 10-15
gün
qalmış qranozan və ya ТMТD ilə quru halda dərmanlanır.
Kiçik sahələrdə keşniş əvvəlcədən hazırlanmış ləklərə əl ilə və
ya əl toxumsəpənləri ilə cərgəvi üsulla səpilir. Geniş sahələrdə toxum
traktora qoşulan səpici maşınlarla 4-6 cərgəli lent üsulu ilə səpilir.
Lentdə cərgəaraları 29 sm, lent araları isə 60-70 sm saxlanır.
İlboyu arası kəsilmədən məhsul almaq keşniş toxumu fevralın
ikinci yarısı-martın əvvəlindən başlayaraq oktyabrın axırınadək hər
10-15
gündən bir səpilir.
Erkən yazda məhsul almaq üçün keşniş toxumunu noyabrın
ikinci
yarısı və dekabr ayında (qışqabağı) da səpmək olar.
Göstərilən səpin müddətləri respublikanın aran rayonlarına aid-
dir. Dağətəyi və dağlıq rayonlarda keşnişin yaz səpini 15-25 gün gec,
yay-
payız səpini isə 10-12 gün tez aparılır.
Keşniş bitkisindən keyfiyyətli məhsul almaq üçün onun toxum-
larının səpin normasına riayət edilməlidir. Birinci sinif toxum keyfiy-
yətlərini nəzərdə tutmaqla hektara səpin norması 12-16 kiloqramdır.
Тoxumlar 1,5-2,0 sm dərinliyə səpilməlidir.
138
Qulluq işləri. Keşniş əkinlərinə qulluq cərgəaralarında torpağın
yumşaldılmasından, alaq otlarının təmizlənməsindən, suvarmadan və
yemləmədən ibarətdir. Cərgəaralarında torpaq yumşaldılmalıdır ki,
torpaqda nəmlik saxlansın və su ilə hava nisbətinin pozulmasına yol
verilməsin. Yumşaltma hər dəfə suvarmadan və güclü yağışlardan
sonra
aparılır. Əkinlər bitkilərin tələbatıia uyğun olaraq optimal nəm-
likdə saxlanmalıdır. Suvarmaq lazım gəldikdə lent aralarında şırımlar
açılır (şırımaçanla) və lentlər ləklərdə olduğu kimi suvarılır. Keşniş
bitki
ləri az su hopdurma üsulu ilə suvarılmalıdır. Bitkilər zəif böyu-
dükdə azotlu və kaliumlu gübrələrin qarışığı ilə yemləmə aparılır.
Kalium güb
rəsi həmdə bitkilərin xəstəliklərə qarşı müqavimətini ar-
tırır. Yemləmə məqsədilə hektara cərgəaralarına 200 kq ammonium
şorası və 100 kq kalium gübrəsinin qarışığı verilir, torpaqla qarışdırı-
lır və sahə suvarılır. Bu iş məhsul yığımına azı 15-20 gün qalmış gö-
rül
məlidir.
Yığım. Keşniş, bitkilərinin boyu 15-18 sm-ə çatdıqda məhsul yı-
ğımına başlanmalı və çiçək zoğu əmələ gələnə qədər qurtarmalıdır.
Bu
bitkilər kök boğazından bir qədər aşağıdan biçilir, torpaqdan və
yararsız yarpaqlardan təmizlənir, 200-250 qr.-lıq dəstələrə bağlanır.
Səliqə ilə təmiz yeşiklərə və ya kisələrə doldurularaq satışa göndəri-
lir. Dəstə bağlayarkən ehtiyatlı olmaq lazımdır ki, bitkilər əzilməsin.
K
eşniş bitkisinin hektardan yaşıl yarpaq məhsuldarlığı orta he-
sabla 90-150 sen.
arasında olur. Lakin, qranulometrik tərkibcə yün-
gül olan münbit torpaqlarda, vaxtında və yaxşı qulluq edildikdə daha
artıq məhsul görürmək olar. Toxum almaq üçün bitkinin yerüstü his-
səsi, meyvəsi yetişən vaxt əllə biçilib, dərz-dərz bağlandıqdan sonra
açıq havada qurudulur və yaxud iri təsərrüfatlarda kombaynla biçilir.
Quru
dulmuş hissələrin döyülüb təmizlənməsi nəticəsində meyvələr
başqa hissələrdən ayrılır və xüsusi kisələrə doldurulub tədarük mən-
təqələrinə təhvil verilir. Toxum məhsuldarlığı 6-10 s/ha təşkil edir.
2. 2. R A Z Y A N A
Xalq t
əsərrüfat əhəmiyyəti. Razyana meyvələri bütöv halda ye-
yinti s
ənayesində və tibdə istifadə olunur. Razyana toxumlarının tər-
139
kibind
ə 4-6% efir yağı vardır. Ona görə də razyana efir yağı almaq
üçün d
ə becərilir. Efir yağının ən qiymətli tərkib hissəsi anetol adla-
nan
ətirli maddədir. Efir yağı və onun tərkibində olan anetol yeyinti,
ətriyyat-kosmetika və əczaçılıq sənayesində işlədilir. Dərman məqsə-
dil
ə meyvələrindən istifadə olunur. Meyvəsini sentyabr ayında yeti-
şənə az qalmış toplayıb açıq havada bir müddət qurudur, xüsusi ma-
şında başqa qarışıqlardan təmizləyib ayırır, aptek anbarına təhvil
verirl
ər. Meyvəsinin tərkibində efir yağından başqa 16-18% piyli yağ
v
ə 27 % zülal maddəsi vardır.
Razyana meyv
əsindən elmi təbabətdə soyuqdəymədən baş ve-
r
ən xəstəliklərdə, xüsusən tənəffüs yollarının iltihabında yumşaldıcı
v
ə bəlğəmgətirici öskürək dərmanı kimi, eləcə də mədə-bağırsaq xəs-
t
əliyində həzm prosesini yaxşılaşdıran və köpmənin qarşısını alan
vasit
ə kimi geniş istifadə olunur. Razyana meyvəsi dəmləmə və bişir-
m
ə şəklində öd kisəsinin iltihabında və böyrək xəstəliklərində də qə-
bul edilir.
Xalq t
əbabətində razyanadan çay kimi dəmləyib uşaqlarda tez-
tez baş verən mədə ağrılarında, spazmı aradan qaldıran və köpmənin
qarşısını alan dərman kimi istifadə edilir. Bu məqsədlə razyana mey-
v
əsini qurudulumuş nanə yarpağı ilə bərabər hissədə qarışdırıb dəm-
l
əmək çox yaxşı nəticə verir.
Tarixi, yayılması və məhsuldarlığı. Razyana yabanı halda ən
çox Aralıq dənizi sahilində yayılmışdır. Razyananın vətəni qərbi
Asiya, Şimali Afrika və cənubi Avropa hesab edilir. Rusiyada onu
XX
əsrin 30 illərindən becərməyə başlamışlar. Azərbaycanda da bu
bitkiy
ə yabanı halda çox rast gəlmək olur. Ukraynada, Krasnodarda,
Voronejd
ə və Şimali Qafqazda razyana geniş miqyasda becərilir.
Hazırda razyana Krasnodar diyarında və Çernovski vilayətində 1000
hektar sah
ədə becərilir. Hektardan toxum məhsuldarlığı 0,5-0,7 ton-
dur.
Botaniki t
əsviri və bioloji xüsusiyyətləri. Adi razyana ( Foeni-
culum vulqare Mill.) k
ərəvizkimilər (Apiaceae) fəsiləsinə daxil olan
birillik, iki illik v
ə çoxillik ot tipli bitkidir. Çoxillik forması becərilir.
Bu formanın kökü ətli mil köküdür. Gövdəsi dairəvi, zəif qabırğalı,
içi boş, güclü budaqlanan 1,5-2 m hündürlükdədir. Yarpaqları növ-
140
b
əli düzülüşlü, iri, qınlı, çılpaq, çoxlu lələklərə bölünmüş, sapşəkilli
hiss
ələrdən ibarətdir. Gövdəsinin aşağı hissəsindəki yarpaqları iri və
uzun saplaqlı, yuxarı hissəsindəkilər isə saplaqsızdır
(r
əngli şəkil 26).
Qiym
ətli olduğu üçün ikillik bitki kimi becərilir.
Çiç
ək qrupu mürəkkəb çətiridir. Xırda, sarı rəngli çiçəkləri göv-
d
əsinin təpəsində çətir formasında yerləşir. Ləçəkləri və erkəkciyi 4
ədəddir. Dişiciyi qabırğalıdır. İki yuvalı, aşağı yumurtalığı vardır.
Meyv
əsi uzunsov silindir formalı, iki toxumludur. 14 mm-ə qədər
uzunluqda olur. Yetişmə zamanı toxumlar tökülür.
Razyana istilik-sev
ən bitkidir. Onun toxumları 6-8
0
C-d
ə cücər-
m
əyə başlayır. Toxumların cücərməsi üçün optimal temperatur 20
0
C
- dir. C
ənub və qərb rayonlarında qışı yaxşı keçirir. Vegetasiya müd-
d
ətində temperatur cəmi 2500
0
C-d
ən artıq olmalıdır. Çiçəkləmə və
yetişmə dövründə istiliyə xüsusilə tələbkarlıq göstərir.
Razyana işıq və nəmlik sevən bitkidir. Kölgəli və tutqun havada
vegetasiya müdd
əti, xüsusən də çiçəkləməsi və toxumun yetişməsi
l
əngiyir. Torpağın nəmliyinə ən çox tələbat toxumun cücərməsi döv-
ründ
ə və gövdələnmənin əvvəlindən tam çiçəkləməyə qədər olan
dövrd
ə göstərir. Çiçəkləmə zamanı quraqlıq arzu olunmayandır.
Razyana üçün
əlverişli torpaqlar yaxşı becərilmiş münbit qara
torpaqlar, su il
ə gətirilmiş, yuyulmuş torpaqlar hesab edilir. Ağır gil-
li, sulu v
ə bataqlaşmış torpaqlar razyana üçün yararsızdır.
Razyananın seleksiya sortu yoxdur. Səpinlərdə Çernovski sortu-
nun populyasiyasından istifadə edilir.
Dostları ilə paylaş: |