H.Z. Tağıyev adına NQÇİ-nin kollektivi 2005-ci ilin tapşırıqlarını uğurla yerinə yetirmişlər
-
2006-cı il yanvar ayının 1-ə olan məlumata görə, N. Z. Tağıyev adına NQÇİ-nin istismar fondu 348 quyu təşkil edir. Bu quyulardan 157-i fəaliyyətdə olan fonda, 189-u fəaliyyyətsiz fonda aiddir. 2 quyu qazmadan sonra mənimsəmədədir. Fəaliyyətdə olan 157 quyudan 134-ü ştanqlı dərinlik nasosu, 14 quyu elektrik dalma nasosu və 9 quyu erlift üsulu ilə işləyir.NQÇİ illik qaz hasilatı planına 106,0 % əməl edərək 9200 min kub metr qaz hasil etmiş, əlavə 550 min kub metr qaz çıxarılmışdır Neft təhvili planı 59900 tona qarşı 61558,571 ton neft təhvil verilmiş, il ərzində plandan əlavə 1658,571 ton neft dövlətə təhvil verilməklə plan 102,8 % yerinə yetirilmişdir.
Illik qaz təhvili planı 4300 min kub metr olduğu halda 4557 min kub metr qaz təhvil verilmiş, NQÇİ plandan əlavə 257 min kub metr qaz təhvil verməklə plana 106,0 % əməl etmişdir.
NQÇİ üzrə il ərzində 100 geoloji tədbirə qarşı 150 geoloji tədbir həyata keçirilmiş və əlavə 15202,4 ton neft çıxarılmışdır.
600 texniki tədbirə qarşı 791 texniki tədbir həyata keçirilmiş 7596,1 ton əlavə neft çıxarılmışdır.
Əsaslı təmirdən 170 quyu təmir olunmuş və 11146 ton neft çıxarılmışdır.
1956 quyu yeraltı təmir olunmuşdur.
Fəaliyyətsiz fonddan 25 quyu istismara daxil edilmiş və bunlardan 2989 ton neft hasil edilmişdir.
Göstərilənlərdən əlavə 2006-cı ilin yanvar ayında Dövlət plan və tapşırıqlarını yerinə yetirmək üçün aşağıda göstərilən geoloji - texniki tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Belə ki, NQÇİ-nin kollektivi 1442 və 1217 nömrəli quyuların fəaliyyətsiz fonddan fəaliyyətdə olan fonda qaytarılması nəzərdə tutlmuşdur.
Bundan əlavə, quyularda izolə işlərinin aparılması, yuxarı horizontların qaytarılması, qəzanın aradan qaldırılması və quyudibi zonaların sulfat turşusu vasitəsilə təmizlənməsi işləri nəzərdə tutulmuşdur.
Dostları ilə paylaş: |