Hacı Nərimanoğlu turan aşiqləri



Yüklə 24.93 Kb.
Pdf просмотр
səhifə1/13
tarix11.06.2017
ölçüsü24.93 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   13

Hacı Nərimanoğlu 
 
 
 
 
TURAN Aşiqləri 
                                                  
 
 
Müəllifdən: 
 
 
2011-ci il 
 
ÜmumTürk Tarixinə Şərəfli Səhifələr Yazmış; 
 
I. Türkiyə Cümhuriyyətinin qurucusu, adı bəşər tarixinin yetirdiyi ən 
böyük siyasət, dövlət və hərb adamları sırasında öncül yerdə dayanan, 
YUNESKO tərəfindən XX əsrin bir nömrəli şəxsiyyəti elan edilmiş               
 
Qazi Mustafa Kamal Paşa Atatürkün  130, 
 
II. Ulu Öndər Atatürkün “Ətimin və sümüyümün atası Əli Rza 
əfəndidirsə, fikrimin atası Ziya Göyalpdır”-dediyi, “Vətən nə Türkiyədir 
türklərə, nə Türküstan, Vətən böyük və müəbbət bir ölkədir: Turan” 
amalı ilə yaşayıb mücadilə aparmış böyük mütəfəkkir  
 
Ziya Göyalpın  135, 
 
III. Osmanlı İmperatorluğunun sonuncu Hərbi naziri, Ümumtürk birliyi, 
Turan idealı uğrunda mücahid və şəhid olan  
 
Ənvər Paşanın  130, 
 
IV. 93 il əvvəl Azərbaycanın rus-ingilis-erməni işğalından qurtuluşunu 
gerçəkləşdirən qəhrəman sərkərdə, Qafqaz İslam Ordusu Komandanı  
 
Nuru Paşanın   122-ci   
 
                                                                                     Doğum  İlidir. 
 

Azərbaycanın coğrafi-siyasi subyekt, müstəqil dövlət olaraq bu gün 
müasir dünya xəritəsində öz yerini tutmasında hər 3 paşanın və onların 
fikir, məfkurə babasının böyük xidmətləri olmuşdur.  
Onların şəxsi həyatı, amalı həm də tariximizin bütün çətin dövrlərində 
Azərbaycana yeganə etibarlı arxa, dayaq, qardaş olmuş, bunu fikirdə, 
sözdə, əməldə sübuta yetirmiş Osmanlı-Türkiyə dövlətinin Azərbaycana 
əsil qardaşlıq münasibətinin inikasıdır. Mustafa Kamal Paşa, Ənvər 
Paşa, Nuru Paşa, Ziya Göyalp adları  Azərbaycan var olduqca hörmət, 
məhəbbətlə anılacaqdır, onlar xalqımızın qəlbində, yaddaşında özlərinə 
əbədi sevgi yuvası qurmuşlar. Azərbaycan xalqının, dövlətinin hər guşəsi 
şəhid qanı ilə suvarılmış Anadolu torpağına, Türk insanına, bu 
şəxsiyyətlərə əbədi bir vəfa borcu var.  
Türkiyə Cümhuriyyəti Quruluşunun 88-ci və Azərbaycanın Dövlət 
Müstəqilliyinin bərpasının 20-ci ildönümündə həyatları  Türkiyə və 
Azərbaycanın, Türk ulusunun azadlığı, istiqlalı uğrunda çarpışmalarda 
keçən insanların mübarizə dolu ömür yollarına kitab həsr edilməsi bu 
mənada tamamilə təbiidir, xalqımızın Anadolu torpağına sevgisinin 
ifadəsidir.  
Türkiyə və Azərbaycan oxucuları üçün nəzərdə tutulan, həm Anadolu, 
həm Qafqaz türkcəsində materialların yer aldığı bu kitab həmin mənəvi 
borc düşüncəsi ilə, birlik və bərabərliyimizi bu günkündən daha yaxın  
görmək arzusu ilə yazılıb.  
 
 
 
 
 
 
 
Bakı-2011 
 

 
 
 
 
 
 
 
 
 
 
ATATÜRK:  
 
 
Ben herşeyden evvel bir Türk milliyetçisiyim. TÜRK BİRLİGİNİN 
birgün hakikat olacağına inancım vardır. Ben görmesem bile, gözlerimi 
dünyaya onun rüyaları içinde kapayacağım. TÜRK BİRLİGİNE inanıyorum, 
onu görüyorum. Yarının tarihi, yeni fasıllarını TÜRK BİRLİGİYLE 
açacaqdır. Dünya sükununu bu fasıllar içinde bulacakdır. TÜRK” ün varlığı 
bu köhne aleme yeni ufuklar açacaq, Güneş ne demek, ufuk ne demek, o 
zaman görülecek. 
 
 

Azeri Turklerinin dertleri kendi dertlerimiz ve sevincleri kendi 
sevinclerimiz olduğu icin onların muratlarına nail olmaları, hür ve mustakil 
olarak yaşamaları bizi pek ziyade sevindirir. Sovyetler Birligi bugun 
dostumuzdur, müttefikimizdir. Onun bu dostluguna bugün ihtiyacımız vardır. 
Ama bir gun Sovyetler Birligi de Osmanlı gibi Avusturya-Macarıstan 
İmparatorlugu gibi parcalanacaktır. Sovyetler Birligi icinden dini bir, dili bir, 
tarihi bir olan Kardeslerimiz vardır. Biz, o günlere hazır olmalıyız! Hazır 
olmak oturup beklemek degildir. Onlar bize gelemezler, biz onlara gitmeliyiz. 
Köprüler kurmak gerekir. Dil bir köprudur, inanc bir köprüdür, kültür bir 
köprüdür. 
*** 
 
 
 
 
 
 
HEYDƏR ƏLİYEV ATATÜRK HAQQINDA: 
 
ANKARADAKI "ANITKABIR" MƏQBƏRƏSİNDƏ TÜRKİYƏ CÜMHURİYYƏTİNİN 
BANİSİ MUSTAFA KAMAL ATATÜRKÜN MƏZARINI ZİYARƏT ETDİKDƏN SONRA 
XATİRƏ KİTABINA YAZDIĞI ÜRƏK SÖZLƏRİ: 

 "Türk dünyasının əvəzsiz şəxsiyyəti, böyük öndər, dahi Mustafa Kamal 
Atatürkün məzarı önündə, onun ruhu qarşısında hörmətlə baş əyirəm, ona 
Azərbaycan xalqının hədsiz məhəbbət və ehtiramını ifadə edirəm. 
Unudulmaz Atatürkün müqəddəs adı, solmayan siması min illərdən gələn 
Türkiyə və Azərbaycan dostluğunun və qardaşlığının gələcək yoluna parlaq 
işıq saçır."  8 fevral 1994-cü il 
 
“Türkiyə cümhuriyyətinin böyük tarixi var. Böyük öndər, dahi Mustafa 
Kamal Atatürk 70 il bundan öncə indiki böyük, demokratik Türkiyənin 
əəsasını qoymuş, böyük dövlət yaratmışdır. Sonra gələn nəsillər onun işini 
davam etdirərək Türkiyəni bütün dünyada nüfuzlu, əzəmətli bir dövlətə 
çevirmişlər.” 
 
 8 fevral 1994-cü il, Ankarada "Çankaya" köşkündə şərəfinə ziyafətdə 
nitqindən  
 
“Dahi insan, böyük öndər Mustafa Kamal Atatürkün yaratdığı Türkiyə 
cühuriyəti 71 il ərzində türkün, türk dünyasının, türk xalqının nəyə qadir 
olduğunu bütün dünyaya əyani şəkildə nümayiş etdirmişdir. ...Azərbaycan 
xalqı öz milli azadlığı uğrunda mübarizə apararkən, milli istiqlaliyyətinə nail 
olmağa, milli dövlətçiliyini yaratmağa çalışarkən daim Türkiyə xalqının 
dəstəyinə, dayağına arxalanmış, Mustafa Kamal Atatürkün qoyduğu yolla 
gedən Türkiyə cümhuriyyətinin təcrübəsindən bəhrələnmişdir” 
 
 1 noyabr 1994-cü il, Bilkənd Universitetində Məhəmməd Füzulinin 500 
illiyinə həsr olunmuş təntənəli açılışda çıxışından  
“Böyük Mustafa Kamal Atatürk 1918-1920-ci illərdə erməni millətçilərinin, 
daşnaklarının azərbaycanlıların başına nə bəlalar gətirdiklərini yaxşı bilirdi. 
Azərbaycanda nə qırğınlar etmişdilər, yaxşı bilirdi. Məhz Mustafa Kamal 
Atatürkün və onun kimi insanların iradəsi nəticəsində 1918-1920-ci illərdə 
Türkiyənin Qafqaz Ordusu Azərbaycana gəldi, Naxçıvanda, Qarabağda, 
Gəncədə, Bakıda azərbaycanlıları erməni qırğınından xilas etdi. Biz bunları 
unutmuruq. 
 
...Məni sevindirən bir də odur ki, bu mükafat məhz Türkiyə cümhuriyyətinin 
mükafatıdır. Bu, böyük öndər Mustafa Kamal Atatürkün ölkəsinin, onun 
yaratdığı cümhuriyyətin mükafatıdır. Mustafa Kamal Atatürk sizin üçün nə 
qədər əziz və hörmətli olubsa, o qədər də Azərbaycanlılar üçün belədir. Ona 
görə də Türkiyə, demokratik, Atatürk Türkiyə cümhuriyyəti bizim üçün 
doğma bir ölkədir. Biz buranı öz diyarımız, məmləkətimiz hesab edirik.” 
 

13 aprel 1999-cu il,  Türkiyənin ən nüfuzlu mükafatı olan "Atatürk Beynəlxalq 
Sülh Mükafatı"nın təqdimatında çıxışından  
 
“Türkiyədə türk dilinin inkişaf etdirilməsi böyük Atatürkün adı ilə bağlıdır. 
Bugünkü türk dilinin yaranması böyük Atatürkün xidmətləridir. Mən 
Azərbaycanda Atatürk Mərkəzi Yaratmışam. Çünki Atatürk təkcə Anadolu 
türklərinin deyil, o bizim hamımızındır. Mən Anadolu türk dilinin nə qədər 
ağır vəziyyətdə olduğunu bilirdim. Əgər Atatürk dil haqqında qərar qəbul 
etməsəydi bu gün belə gözəl Anadolu türkcəsi olmazdı. Ona görə dil, dil, bir 
də dil.” 
 
6 fevral 2003-cü il, “Türksoy”un XIX toplantısında çıxışından 
 
 
 
 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 
 
«Azərbaycanda Atatürk Mərkəzinin yaradılması haqqında»  
 
Türk dünyasının böyük öndəri, Türkiyə Cümhuriyyətinin banisi və ilk 
prezidenti Mustafa Kamal Atatürkün türk xalqlarının tarixində tutduğu 
mühüm yeri nəzərə alaraq, Atatürk irsinin, ümumiyyətlə türk tarixi və 
mədəniyyətinin daha dərindən öyrənilməsi və təbliğ olunması məqsədilə 
qərara alıram:  
1. Azərbaycanda Atatürk Mərkəzi yaradılsın.  
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Prezidenti Atatürk 
Mərkəzinin fəxri sədridir. 
 3. ... 
 
Heydər Əliyev  
Azərbaycan Respublikasının Prezidenti  
Bakı şəhəri, " 9 " mart 2001-ci il  

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Azərbaycan Prezidenti  İlham Əliyevin Bakıda Atatürk Mərkəzinin açılış 
mərasimində çıxışından: 
 
...Mustafa Kamal Atatürk dünyanın ən görkəmli şəxsiyyətlərindən biridir. 
Böyük dövlət xadimi, siyasi xadimdir. Onun Türkiyə qarşısında, bütün türk 
dünyası qarşısında misilsiz xidmətləri olmuşdur. Ən böyük xidməti isə 
Türkiyə Cümhuriyyətini yaratmasıdır. Müasir Türkiyə Mustafa Kamal 

Atatürkün əsəridir. Necə ki, müasir Azərbaycan Heydər Əliyevin əsəridir. 
Atatürkdən sonra 65 il yaşayan Türkiyənin bütün uğurlarının təməli məhz 
1923-cü ildən qoyulmuşdur. Bu, düzgün, sağlam təməl üzərində qurulmuş 
müasir dövlət inkişaf etmiş, güclənmişdir və bu gün Türkiyə dünyada böyük 
siyasi çəkiyə malik olan bir ölkədir. Türkiyənin dünya birliyində çox önəmli 
yeri vardır. Bu, bizim hamımızı - bütün türk dünyasını sevindirir.  
Mustafa Kamal Paşanın ən böyük xidmətlərindən biri də odur ki, onun 
tərəfindən, bilavasitə onun rəhbərliyi və iştirakı ilə türk ordusu yaranmışdır. 
Bu ordu bu gün güclənmiş və deyə bilərəm ki, bölgədə, regionda sülhün, 
təhlükəsizliyin keşiyində duran bir ordudur. Türkiyə Cümhuriyyətinin, bütün 
türk dünyasının rahat, təhlükəsiz şəraitdə yaşamasında mühüm rol oynayan 
bir amildir. Biz, türk dünyası haqlı olaraq bundan qürur hissi duyuruq.  
Mustafa Kamal Atatürk təkcə Türkiyə haqqında deyil, bütün türk dünyası 
haqqında daim düşünmüşdür. O cümlədən Azərbaycanda yaşanan olaylar da 
onu hər zaman narahat edirdi, düşündürürdü və azərbaycanlı qardaşlarına olan 
məhəbbəti, hörməti, sevgisi bizim hamımıza bəllidir.       
                                                                                          10 aprel 2004-cü il  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Bakıda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün 
abidəsi açılmışdır  
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17 may 2010-cu il. Bakının Nəsimi rayonunda, Səməd Vurğun 
və Bakıxanov küçələrinin kəsişməsindəki parkda Türkiyə 
Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsi 
açılmışdır. Açılış mərasimində Prezident İlham Əliyev və xanımı 
Mehriban Əliyeva, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 

və xanımı Əminə Ərdoğan iştirak etmişlər.  
Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş 
parkda bu əlamətdar hadisə münasibətilə fəxri qarovul dəstəsi 
düzülmüşdü.  
Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm 
adamları, ictimaiyyətin nümayəndələri Prezident İlham Əliyevi 
və xanımı Mehriban Əliyevanı, Türkiyənin Baş naziri Rəcəb 
Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı qarşıladılar.  
Prezident İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib 
Ərdoğan mərasimdə nitq söylədilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
FETHULLAH GÜLENİN ATATÜRK HAQQINDA DÜŞÜNCƏLƏRİ: 
 

  
 
“Atatürk, askeri ve idari bir dahiydi! 
Atatürk müsellem bir dahidir. İnsanüstü bir zekaya sahiptir!  
...O'nun çok önemli bir dönemde bir istiklal mücadelesi vermesi, 
onun bayraktarlığını yapması ve o gün bize musallat olan bir dönemin batı 
zalimleri onlara karşı bir istiklal mücadelesi verip bize bir istiklal 
kazandırması bizim bu günlere ulaşmamıza vesile olması bakımından çok 
önemli bir hadisedir. Bunu görmezlikten gelemeyiz. Bediüzzaman bu 
meseleyi ifade ederken der ki, onlar zaten o zalimler değil mi bazılarını bize 
musallat ettiler. O bakımdan Türkiye'nin bir istiklali, bugünlere gelmesi 
bundan sonra büyüklüğe oynaması için öyle bir mücadele çok önemliydi, çok 
hayatiydi Atatürk bu hayati meseleyi başarmıştır. Atatürk'e Türkiye'de 
düşmanlık yapan insanlar, onu dinin karşısında olmayacak bir şekilde 
göstererek düşmanlık yapmışlardır. Aslında o akılla dini mezc eden çok ender 
yetişmiş insanlardan birisidir. Bazılarını bunları belki ben vesikalarıyla ifade 
edemem ama çok inandığım birisi Şemseddin Günaltay merhumdan naklettiği 
bir husus vardı. Bir gün yanına gittim bana demişti ki Falih Rıfkı şu mevzuda 
şöyle düşünüyor. Sen şu hususta ne diyorsun diye dine karşı. Ben yanlarına 
gittiğimde İsmet Paşayla bir haritanın başındaydılar. Ve ben ne yapıyorlar 
diye dikkatle baktım haritanın başında. Bana döndü dedi ki Hz. Muhammed'in 
harp stratejilerini görüşüyoruz burada. Atatürk, İsmet paşaya döndü dedi ki, 
sen olsaydın bu şartlar altında nasıl hareket ederdin? Aynen böyle hareket 
ederdim diyor. Bu değişik zamanlarda tekrar ettiğimde benim gözlerimi 
yaşartmıştır. Bir insan kendi toplumunca zannediyorum yanlış biliniyor ve 

yanlış takdim ediliyor. Çok manasız bir takdim etme meselesidir bu. 
Atatürk'ün nutkunu dikkatli okuyanlar onun dinine apaçık sahip çıktığını 
görürler. Bizim dinimiz akıl ve mantık dini dediği değişik hutbelerinde çok 
açıktır.  
Onun milliyetçiliği de o ölçüde derindir. Müspet manada milliyetçilik ırkçılık 
değil. Deme damara bağlı bir milliyetçilik değil ama Asya hakkında o da 
belki bir vesika ortaya konamaz ama şimdilerde çok tekerrür ediyor. Bir gün 
Rusya İmparatorluğu dağılacaktır. Türkiye devleti bu mevzuda hazır 
olmalıdır.  
Türkiye Cumhuriyeti Devleti belki yüz defa söylemişimdir, Türk 
milleti için bence Allah'ın büyük bir lütfudur. Türk milleti büyümek istiyorsa 
ancak bu müsait zeminde büyüyebilir. Diyanetine bağlı olan insanlar da ancak 
bu zeminde dinlerini diyanetlerini yaşayabilirler. Cumhuriyet bir fazilet 
rejimidir, bunu Mustafa Kemal Atatürk de söylemiştir. 
Türkiye'nin içinde dışında öyle diyorlar 500'e yakın böyle müesseseler var ve 
hepsi bizim kriterlerimize göre bizim saygı duyduğumuz şeylere göre Atatürk 
köşesi de var, İstiklal marşı da var, Türk büyükleri de var. 
Bunca zaman komünizmin baskısı altında kalmış bu ülkelerde bir 
Atatürk köşesi yapmak, onun kitaplarını bir yere koymak, kendi bayrağımızı 
asmak, istiklal marşımızı söylemek, Türk büyüklerinden bahsetmek, oturup 
düşünülmesi gereken şeylerdir....Hatta yabancı bir ülkede aleyhinde 
konuşulduğundan dolayı ben şimdiye kadar olmuş değildi cami kürsüsünde 
protesto ettim. Bunlar meselenin bilinen yanları.  
Mustafa Kemal Atatürk'ün askeri bir dahi olduğunu, idare bir dahi 
olduğunu, istiklal mücadelesi ile ezilmiş bir milleti yeniden istiklalinin 
kazandırma suretiyle, ona hürriyeti tattırdığını, ve her şey olmaya müsait hale 
getirdiğini defaatle arz ettim. …Atatürk ismini, hem soy ismini, hem de Türk 
milletinin içinden gelerek verdiği o ismi her zaman kullanıyorum. Birilerinin 
onu bir taraflara çekip, dinin karşısındaymış gibi göstermelerine karşılık, hatta 
orada uzun boylu olarak onun çok iyi bir dindar olduğunu, Şemsettin 
Günaltay ile olan bir mülakatı ifade etmek suretiyle, onun başka tarafı 
çekilmeye müsait olmadığını ısrarla ifade ettim. O bu milletin içinden 
çıkmıştır, bu milletin evladıdır, bu millet için yüreği çarpmıştır, bizim 
mukaddes bildiğimiz, saygı duyduğumuz her meseleye saygı duymuş ve 
millet nezdinde, kalbinde saygın bir yeri olan bir insandır. Atatürk …bir 
cumhuriyet kurmuş ve arkasında bir enkaz değil, bir ülke, bir sistem 
bırakmıştır. 
www.tr.fgulen.com
 
Dünya liderlerinin Atatürk hakkında söyledikleri  
 
Atatürk bu yüzyılın büyük insanlarından birinin tarihi başarılarını, Türk 

halkına ilham veren liderliğini, modern dünyanın ileri görüşlü anlayışını ve 
bir askeri lider olarak kudret ve yüksek cesaretini hatırlatmaktadır... Çöküntü 
halinde bulunan bir imparatorluktan özgür Türkiye'nin doğması yeni 
Türkiye'nin özgürlük ve bağımsızlığını şerefli bir şekilde ilan ve o zamandan 
beri ********ası, Atatürk'ün Türk halkının işidir. Şüphesiz ki, Türkiye'de 
giriştiği derin ve geniş inkılaplar kadar bir kitlenin kendisine olan güvenini 
daha basarı ile gösteren bir örnek yoktur.  
John F.KENNEDY 
(A.B.D.Başkanı, 10 Kasım 1963)  
 
Benim üzüntüm, bu adamla tanışmak hususundaki şiddetli arzumun 
gerçekleşmesine artık imkan kalmamış olmasıdır. 
Franklin ROOSEVELT 
(A.B.D.Başkanı, 10 Kasim 1963)  
 
Asker-devlet adamı, çağımızın en büyük liderlerinden biri idi. Kendisi, 
Türkiye'nin, dünyanın en ileri memleketleri arasında hak ettiği yeri almasını 
sağlamıştır. Keza O, Türklere, bir milletin büyüklüğünün temel taşını teşkil 
eden, kendine güvenme ve dayanma duygusunu vermiştir.  
General Mc ARTHUR 
 
Sovyet Rusya Hariciye Nazırı Litvinof ile görüşürken kendisine onun fikrince 
bütün Avrupa'nın en kıymetli ve en ziyade dikkate değer devlet adamının kim 
olduğunu sordum. Bana Avrupa'nın en kıymetli devlet adamının Türkiye 
Cumhurbaşkanı Mustafa Kemal olduğunu söyledi.  
Roozwelt (Franklen D.) 1928 
Birleşik Amerika Cumhurbaşkanı  
 
Dünya sahnesinden tarihin en dikkatli, çekici adamlarından biri geçti.  
Chicago Tribune 
 
Savaş sonrası döneminin en yetenekli liderlerinden biri.  
New York Times 
 
İnsanı teslim alıcı fevkalade önderlik kuvveti vardır. O, tetiktir, hazır cevaptır, 
dikkati çekecek kadar zekidir.  
Gladys Baker(Gazeteci) 
 
Mustafa Kemal hakkındaki bilgiyi O'nu çok iyi tanıyan birisinden edindim. 
Sovyet Sosyalist Cumhuriyetleri Birliği'nin Dışişleri Bakanı Litvinof ile 
görüşürken, onun fikrince bütün Avrupa'nın en değerli ve ilgi çekici devlet 

adamının bugün Avrupa'da yaşamadığını, Boğazların gerisinde, Ankara'da 
yaşadığını, bunun Türkiye Cumhuriyeti Cumhurbaşkanı Gazi Mustafa Kemal 
Atatürk olduğunu söyledi. 
Franklin D. Roosevelt (ABD Başkanı) (Üç Adam: Kemal Atatürk - Roosevelt 
- Mussolini, 1937)  
 
O'nun yaratıcı ruhunun ve ateşli yurtseverliğinin harekete geçmemiş olduğu 
hiçbir alan yoktur...  
Gazeta Polska 
 
Atatürk, tarihte teşkilatçı bir dahi, bir milletin harikalar yaratan yöneticisi ve 
memleketinin kurtarıcısı olarak kalacaktır.  
Independance Romaine Gazetesi(12 Kasım 1938)  
 
Bir milleti, uçurumun kenarından sarsılmaz azmiyle kurtaran, kuvvetlendiren, 
yükselten yöneticiler arasında Atatürk, en birincisidir.  
Timpul Gazetesi(12 Kasım 1938)  
 
Şöhreti bütün cihana yayılmış olan tecrübeli başkanın yönetimi herkesin sevgi 
ve saygısını çeken büyük Türk Milleti'nin milli bağımsızlığını devamlı bir 
başarı ile kuvvetlendirmiş ve yeni milli yapısını yaratmıştır.  
Sovyet Başbakanı Kalinin 
 
Vatanını muhakkak bir parçalanmaktan kurtararak devlet gemisini güvenilir 
bir limana götürdükten sonra milletinden bir taht istemedi. O, kelimesinin 
bütün anlamıyla bir insan, eşsiz bir dahi, kahraman bir asker ve siyaset adamı 
idi...  
Elifba Gazetesi 
 
Atatürk'ün başardığı işler mucize ve harika kabilindedir. Birkaç yıl içinde 
memleketinde yaptığı inkılaplar, birkaç yüzyılda gerçekleştirilmeyecek 
işlerdir.  
El Tekaddum Gazetesi 
 
Atatürk'ün dehası, tarihte Türk Milleti'nin taşıdığı ruhun faziletine en yüksek 
örneklerinden birini teşkil edecektir.  
Branko Aczemovic (Elçi) 
 
Tarih, silinmez harflerle bu devlet adamının ismini hak edecektir. Atatürk bir 
halk adamıdır. Kırılmaz azmi, keskin zekası ve kudreti kendisini yendiği alın 
yazısının önüne getirmiş, böylece yeni Türkiye'nin yaratıcısı olmuştur.  

Politika Gazetesi 
 
Türkiye, dost ve düşmanlarının hayran olduğu bir deha adama, malik 
bulunmak bahtiyarlığına erişmiştir.  
Katimerini  
 
Anıtkabir'i ziyaret eden ABD Başkanı Barak Obama  
 
Şeref Defteri'ne şunları yazdı: "Vizyonu, kararlılığı ve cesaretiyle Türkiye 
Cumhuriyeti'ni demokrasiye yönelten ve mirası tüm dünyaya kuşaklar 
boyunca ilham vermeye devam eden Mustafa Kemal Atatürk'e saygılarımı 
sunmak, benim için bir onurdur. 
ABD'nin 44. Başkanı olarak, Türk-Amerikan ilişkilerini güçlendirmeyi, 
Atatürk'ün, halkına umut veren modern ve müreffeh bir demokrasi olarak 
Türkiye vizyonunu desteklemeyi ve 'Yurtta barış, dünyada barış' ilkesini 
gerçekleştirmeyi sabırsızlıkla bekliyorum."   06.04.2009, Ankara 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ömür yolu 
 
 

 
 
 
 
Mustafa 
Kamal 
Paşa 
Qazi 
Atatürk 
 
 
Mustafa Kamal Atatürk 1881-ci ildə Selanikdə Qocaqasım Məhəlləsi 
İslahhanə Caddəsindəki üç qatlı çəhrayı-pəmbə evdə doğuldu. Babası Ali 
Rıza Əfəndi, anası Zübeydə xanımdır. Baba tərəfindən dədəsi Hafız Əhməd 
Əfəndi XIV-XV yüzillərdə Konya və Aydından Makedoniyaya yerləşdirilmiş 
Kocacık köçərilərindəndir. Anası Zübeydə xanım isə Selanik yaxınlarındakı 
Langaza qəsəbəsinə yerləşmiş əski bir Türk ailəsinin qızıdır. Milis zabiti, 
evkaf (vəqf evləri idarəsi) katibliyi və taxta-şalban ticarəti ilə məşğul olan Ali 
Rıza Əfəndi 1871-ci ildə Zübeydə xanımla evləndi. Atatürkün beş 
qardaşından dördü kiçik yaşlarında öldü, sadəcə bacısı Makbulə (atadan bir) 
1956-cı ilə qədər yaşadı. 
Kiçik Mustafa məktəb yaşına gəlincə Hafiz Mehmet Əfəndinin məhəllə 
məktəbində təhsilə başladı, sonra babasının istəyi ilə Şəmsi Əfəndi Məktəbinə 
keçdi. Bu sırada atasını itirdi (1888). Bir sürə Rapla ferma-ciftliyində 
dayısının yanında qaldıqdan sonra Selanikə dönüb məktəbi bitirdi. Selanik 
Mülkiyə Rüştiyəsinə qəbul oldu. Qısa bir sürə sonra 1893-cü ildə Əsgəri 
Rüştiyəyə girdi. Burada riyaziyyat müəllimi Mustafa bəy ağıl, dərrakə, 
tərbiyəsinə görə onun adına “Kamal”ı əlavə etdi. 1896-1899-cu illərdə 
Manastır Əsgəri İdadisini bitirib İstanbulda Hərbi məktəbdə oxumağa başladı. 

1902-ci ildə teğmen-leytenant rütbəsiylə məzun oldu. Hərbi Akademiyada  
təhsilinə davam etdi. 11 yanvar 1905-ci ildə yüzbaşı rütbəsiylə Akademiyanı 
tamamladı. 1905-1907-ci illər arasında Şamda 5-ci Ordu əmrində vəzifə-
görev aldı. 1907-də yüzbaşı oldu. Manastıra III Orduya dəyişdirildi. 19 aprel 
1909-cu ildə İstanbula girən Hərəkat Ordusunda Kurmay Başqanı olaraq 
görev aldı. 1910-da Fransaya göndərildi. Picardiyə Manevralarına qatıldı. 
1911-də İstanbulda Genel Kurmay Başqanlığı (Baş Qərargah Rəisi) əmrində 
çalışmağa başladı. 
1911-də İtalyanların Trablusgarpa (Liviya, Trablis-qərb) hücumu ilə 
başlayan savaşda Mustafa Kamal bir qrup dostu ilə birlikdə Ənvər Paşanın 
qurduğu ilk türk gizli servisi olan “Teşkilat-ı Mahsusa” tərəfindən düzəldilən 
saxta kimlik, pasportlarla ərəb taciri və müxbir sifətində Liviyaya keçib 
Tobruk və Dərnə bölgəsində görev aldılar. 22 dekabr 1911-də İtalyanlara 
qarşı qızğın döyüşlərdən sonra Tobruk Savaşını qazandılar. Mustafa Kamal 6 
mart 1912-də Dərnə Komandanlığına gətirildi. 
Noyabr 1912-də Balkan Savaşı başlayınca Mustafa Kamal Gəlibolu və 
Bolayırdakı birliklərlə savaşa qatıldı. Dimətoka və Ədirnənin geri 
alınmasında böyük xidmətlər göstərdi. 1913-də Sofya Ataşeliyinə dəyişdirildi. 
Bu görevdə ikən 1914-da podpolkovnik-yarbaylığa yüksəldi. Ataşelik görevi 
dekabr 1915-də sona yetdi. Bu sırada I Dünya Savaşı başlamış, Osmanlı 
İmperatorluğu savaşa girmək zorunda qalmışdı. Mustafa Kamal 19-cu 
Tüməni qurmaq üçün Təkirdağa göndərildi. 
1914-cü ildə başlayan I Dünya Savaşında Mustafa Kamal Çanaqqalada 
bir qəhrəmanlıq dastanı yazıb Antanta (İtilaf) Dövlətlərinə “Çanaqqala 
keçilməz! ” dedirtdi. 18 mart 1915-də Çanaqqala Boğazını keçməyə qalxan 
İngilis və Fransız donanması ağır itkilər verincə Gelibolu yarımadasına əsgər 
çıxarmağa qərar verdilər. 25 aprel 1915-də Arıburnuna çıxan düşmən 
qüvvələrini Mustafa Kamalın komandiri olduğu 19-cu  tümən Conkbayırında 
durdurdu. Mustafa Kamal bu başarı üzərinə polkovnik-albaylığa yüksəldi. 
İngilislər 6-7 avqust 1915-də Arıburnunda təkrar hücuma keçdi. Xüsusi 
təyinatlı, ən döyüşkən Anafartalar Qrubu Komandanı Mustafa Kamal 9-10 
avqustda Anafartalar (çətin keçilən yer adıdır) Zəfərini qazandı. Bu zəfəri 17 
avqustda  Kirəçtəpə, 21 avqustda II Anafartalar zəfərləri ilə davam etdirdi. 
Çanaqqala Savaşlarında təqribən 253.000 şəhid verən Türk milləti qürurunu, 
mətanətini Qərb dövlətlərinə tanıtdı. Mustafa Kamalın əsgərlərinə: “Mən sizə 
hücum  əmri vermirəm, ölməyi əmr edirəm!” əmri cəbhənin qədərini 
dəyişdirmiş oldu. 
Mustafa Kamal Çanaqqala Savaşlarından sonra 1916-da Ədirnə və 
Diyarbəkirdə görev aldı. 1 aprel 1916-da general leytenant-tümgenerallığa 
yüksəldi. Rus qüvvələriylə savaşaraq Muş və Bitlisin geri alınmasını təmin 
etdi. Şam və Hələbdəki qısa sürəli görevlərindən sonra 1917-də İstanbula 

gəldi. Vəlihat Vahidəttin Əfəndiylə Almaniyaya gedərək cəbhədə 
araşdırmalar apardı. Bu səyahətdən sonra xəstələndi. Vyana və Karisbada 
gedərək müalicə aldı. 15 avqust 1918-də Hələbə 7-ci Ordu Komandanı olaraq 
döndü. Bu cəbhədə İngilis qüvvələrinə qarşı başarılı müdafiə savaşları apardı. 
“Mondros Mütarəkəsi”nin imzalanmasından bir gün sonra 31 oktyabr 1918-də 
“Yıldırım Orduları Grubu Komutanlığı”na gətirildi. Bu ordunun ləğvindən 
sonra 13 noyabr 1918-də İstanbula gəlib Hərbi Nəzarət Nazirliyində görevin 
icrasına başladı. 
“Mondros Mütarəkəsi”ndən sonra Antanta Dövlətlərinin Osmanlı 
torpaqlarını işğala başlamaları ilə Mustafa Kamal  9-cu Ordu Müfəttişi olaraq 
19 may 1919-da Samsuna çıxdı. 22 iyun 1919-da Amasyada yayımladığı 
bildirişdə “Millətin istiklalını yenə millətin əzm və qərarının qurtaracağını ” 
elan edib Sivas Konqresini toplantıya çağırdı. 23 iyul – 7 avqust 1919-cu il 
tarixləri arasında Ərzurum, 4 – 11 sentyabr 1919 tarixləri arasında da Sivas 
Konqresini toplayaraq vətənin qurtuluşu üçün izlənəcək yolu göstərdi. 27 
dekabr 1919-ci ildə Ankarada coşqu ilə qarşılandı. 23 aprel 1920-ci ildə 
Türkiyə Böyük Millət Məclisinin açılmasıyla Türkiyə Cümhuriyyətinin 
qurulması yolunda önəmli bir addım atılmış oldu. Məclis və Hökumət 
Başqanlığına Mustafa Kamal seçildi. Türkiyə Böyük Millət Məclisi Qurtuluş 
Savaşının başarıyla sonuclanması üçün gərəkli qərarları qəbul edib həyata 
keçirməyə başladı. 
Türk Qurtuluş Savaşı 15 may 1919-da yunanlıların İzmiri işğalı 
sırasında düşmənə ilk qurşunun atılmasıyla başladı. 10 avqust 1920-də Sevr 
Andlaşmasını imzalayaraq aralarında Osmanlı İmperatorluğunu paylaşan I 
Dünya Savaşının qalib dövlətlərinə qarşı öncə “Kuvâ-yi Milliye” adı verilən 
milis qüvvələriylə savaşıldı. Türkiyə Böyük Millət Məclisinin qərarı ilə 
nizami ordu quruldu, “Kuvâ-yi Milliye” – ordu bütünləşməsini təmin edərək 
savaşı zəfərlə sona çatdırdı. 
Mustafa Kamal komandanlığında Türk Qurtuluş Savaşının önəmli 
mərhələləri bunlardır: 
Sarıkamış (20 sentyabr 1920), Qars (30 oktyabr 1920) və Gümrünün (7 
noyabr 1920) azad edilməsi. 
Çukurova, Gazi Antəp, Kahraman Maraş, Şanlı Urfanın müdafiəsi (1919- 
1921) 
I İnönü Zəfəri (6 -10 yanvar 1921) 
II İnönü Zəfəri (23 mart-1 aprel 1921) 
Sakarya Zəfəri (23 avqust-13 sentyabr 1921) 
Böyük Hücum (Taarruz), Başkomutan Meydan Müharibəsi və Böyük Zəfər 
(26 avqust- 9 sentyabr 1922) 
Sakarya Zəfərindən sonra 19 sentyabr 1921-də Türkiyə Böyük Millət 
Məclisi Mustafa Kamala Marşal rütbəsi və Qazi adı verdi. Qurtuluş Savaşı 24 

iyul 1923-də imzalanan Lozan Andlaşmasıyla sonuçlandı. Beləcə Sevr 
Andlaşmasıyla paramparça edilən Türklərə 5-6 vilayət böyüklüyündə vətən 
buraxıldı. Türkiyə torpaqları üzərində beynəlxalq-ulusal birliyə dayalı yeni 
Türk dövlətinin qurulması üçün heç bir əngəl qalmadı. 
23 aprel 1920-də Ankarada TBMM-nin açılmasıyla Türkiyə 
Cümhuriyyətinin quruluşu müjdələndi. Məclisin Türk Qurtuluş Savaşını 
başarıyla yönətməsi yeni Türk dövlətinin quruluşunu sürətləndirdi. 1 noyabr 
1922-də xilafət və səltənət bir-birindən ayrıldı, səltənət qaldırıldı. Beləcə 
Osmanlı İmperatorluğuyla idarəçilik  bağları qoparıldı. 29 oktyabr 1923-də 
Cümhuriyyət idarəsi qəbul edildi, Atatürk bir səslə ilk Cümhurbaşqanı seçildi. 
1923-cü il 30 oktyabr günü İsmət İnönü tərəfindən Cümhuriyyətin ilk 
hökuməti quruldu. Türkiyə Cümhuriyyəti, “Hegemonluq qeyd şərtsiz 
millətindir” və “Yurdda barış, cahanda barış” təməlləri üzərində yüksəlməyə 
başladı. 
Atatürk Türkiyəni çağdaş tərəqqi yoluna, dövrünə çıxarmaq üçün 
gərəkən bütün sahələrdə inqilabi reformaların həyata keçirilməsinə başladı. 
Bu inqilabi dəyişimləri-devrimləri  beş başlıq altında toplaya bilərik: 
1. Siyasi devrimlər: 
· Səltənətin qaldırılması (1 noyabr 1922) 
 
· Cümhuriyyətin elanı (29 oktyabr 1923) 
· Xəlifəliyin qaldırılması (3 mart 1924) 
2. İctimai-toplumsal devrimlər: 
· Qadınlara kişilərə bərabər haqlar verilməsi (1926-1934) 

· Şapka və qiyafət dəyişimi (25 noyabr 1925) 
· Təkyə bucaq (tekke zaviyə) və türbələrin qapadılması (30 noyabr 1925) 
· Soyadı qanunu ( 21 aprel 1934) 
· Ləqəb və ünvanların qaldırılması (26 noyabr 1934) 
· Uluslararası saat, təqvim və uzunluq ölçülərinin qəbulu (1925-1931) 
3. Hüquq devrimi : 
· Məcəllənin qaldırılması (1924-1937) 
· Türk Mədəni Qanunu və digər qanunların çıxarılaraq dünyəvi hüquq 
nizamına keçilməsi (1924-1937) 
4. Təhsil və kültür sahələrində devrimlər: 
· Tədrisin-Öğretimin birləşdirilməsi (3 mart 1924) 
· Yeni Türk hərflərinin qəbulu (1 noyabr 1928) 
· Türk Dil və Tarix Qurumlarının qurulması (1931-1932) 
· Üniversitetdə tədris düzənləməsi (31 Mayıs 1933) 
· Gözəl sənətlərdə yeniliklər 
5. Ekonomi-iqtisadi sahədə devrimlər: 
· Aşarın qaldırılması 
· Çiftçinin həvəsləndirilməsi-özənlənməsi 
· Örnək çiftliklərin qurulması 
· Sənayeni Təşviq Qanununun qəbulu, sənaye quruluşlarının yaradılması 
· I və II İnkişaf-Kalkınma Planlarının (1933-1937) təsdiqi, yurdun hər tərəfinə 
yeni yolların çəkilməsi 
Atatürk dönəmində Türkiyə Cümhuriyyətinin dış siyasətinin bütün mahiyyəti 
Atatürkün “Yurtta Barış, Dünyada Barış” sözü ilə müəyyən olunmuş, 
uluslararası əlaqələrdə dövlətin rəsmi siyasəti olaraq  bütün dünyaya elan 
edilmişdir.  
Soyadı Qanunu gərəyincə 24 noyabr 1934-də TBMM Mustafa Kamala  
"Türklerin Atası" anlamına gələn “Atatürk” soyadı verdi (2587 sayılı qanun).  
Atatürk 24 aprel 1920 və 13 avqust 1923 tarixlərində TBMM 
Başqanlığına seçildi. Bu başqanlıq görevi Dövlət-Hökumət Başqanlığı 
səlahiyyətini özündə birləşdirirdi. 29 oktyabr 1923-cü ildə Cümhuriyyət elan 
edildi və Atatürk ilk Cümhurbaşqanı seçildi. Anayasaya görə dörd ildə bir 
cümhurbaşqanlığı seçimləri yenilənməliydi. 1927, 1931, 1935-ci illərdə 
TBMM Atatürkü yenidən Cümhurbaşqanı seçdi. 
Atatürk sıx- sıx yurd gəzintilərinə çıxaraq dövlət çalışmalarını yerində 
yoxladı. Geri qalan sahələrlə bağlı bilgilər alıb qərarlar verdi. Cümhurbaşqanı 
sifəti ilə Türkiyəni ziyarət edən yabançı ölkə dövlət başqanlarını, 
başbakanlarını, bakanlarını, komandanlarını qəbul etdi. 

15-20 oktyabr 1927 tarixdə Qurtuluş Savaşını və Cümhuriyyətin 
quruluşunu anladan böyük nitqini, 29 oktyabr 1933-cü ildə 10-cu İl Nitqini 
oxudu. 
Atatürk özəl yaşamında sadəlik içində yaşadı. 29 yanvar 1923-də 
Lətifə xanımla evləndi. Bir çox yurd gəzisinə birlikdə çıxdılar. Bu evlilik 5 
avqust 1925-ci ilədək  sürdü. Çocukları çox sevən Atatürk Afət (İnan), Sabiha 
(Gökçən), Fikriyə, Ülkü, Nəbilə, Rukiyə, Zəhra adlı qızları və Mustafa adlı 
çobanı mənəvi övlad götürdü. Abdurrahim və İhsan adlı çocukları himayəsinə 
aldı. Onlara doğma ata kimi yaxşı bir gələcəyə hazırladı. 
1937-ci ildə çiftliklərini-fermalarını, təsərrüfatlarını xəzinəyə, bir qisim 
daşınmaz əmlaklarını da Ankara və Bursa bələdiyyələrinə bağışladı. 
Mirasından bacısına, mənəvi övladlarına, Türk Dil və Tarix Qurumlarına pay 
ayırdı.  
Atatürk kitab oxumağı, musiqi dinləməyi, rəqs etməyi, ata minməyi və 
üzməyi çox sevərdi. Zeybək oyunlarına, güləşə, Rumeli türkülərinə çox 
sevgisi vardı. Nərd və bilyard oynamaqdan böyük zövq alırdı. Sakarya adlı 
atına, köpəyi Foksa çox dəyər verir, vaxt ayırırdı. Zəngin bir kitabxanası 
vardı. Axşam yeməklərinə dövlət və elm adamlarını, sənətçiləri dəvət edər, 
ölkənin sorunlarını onlarla müzakirə edər, bilgilər alardı. Təmiz və səliqəli 
geyinməyə diqqət göstərirdi. Dovğanı çox sevərdi. Sıx-sıx Atatürk Orman 
Çiftliyinə gedər, çalışmalara özü də qatılardı. Fransızca və almanca bilirdi. 
 
 
 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə