Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 4.78 Kb.
PDF просмотр
səhifə1/19
tarix11.06.2017
ölçüsü4.78 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   19

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              1
QAFQAZ MÜSƏLMANLARI IDARƏSI
HACI FUAD İZZƏT OĞLU NURULLAYEV
ŞEYXÜLİSLAMLIQ ZİRVƏSİ: 
HACI ALLAHŞÜKÜR 
PAŞAZADƏ
БАКЫ–2014

2                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Kitab Hacı Allahşükür Paşazadənin 65 illiyinə və  
Bütün Qafqazın 12-ci Şeyxülislamı kimi  
fəaliyyətinin 35 illiyinə həsr olunmuşdur
Elmi redaktor:  
Anar İsgəndərli
tarix elmləri doktoru, professor
Redaktor:  
Şahlar Şərifov
ilahiyyat üzrə fəlsəfə doktoru, BIU-nun müəllimi
Elmi məsləhətçi:
Rəhimə Dadaşova
tarix üzrə fəlsəfə doktoru,  
QMI-nin mətbuat xidmətinin rəhbəri
Korrektor:
Əhliman Rüstəmov
QMI-nin ictimaiyyətlə əlaqələr və  
ailə məsələləri şöbəsinin aparıcı mütəxəssisi
Kitabın üz qabığında Azərbaycan Respublikasının  
Prezidenti İlham Əliyev və Qafqaz Müsəlmanları İdarəsinin sədri  
Şeyxülislam Allahşükür Paşazadənin Mədinədə Peyğəmbərin (s) 
müqəddəs məzarının qarşısındakı şəkli verilmişdir.
ŞEYXÜLİSLAMLIQ ZİRVƏSİ: HACI ALLAHŞÜKÜR PAŞAZADƏ
Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2014. 272 səh.
ISBN - 978 - 9952 - 490 - 50 - 3

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              3
MÜNDƏRİCAT
ÖN SÖZ  ..................................................................................6
MÜƏLLİFDƏN .....................................................................12
I FƏSİL
ŞEYXÜLİSLAMLIQ MƏQAMI VƏ AZƏRBAYCANDA  
ŞEYXÜLİSLAMLIQ ...........................................................18
1.1. Şeyxülislamlıq anlayışı və İslam dünyasında  
şeyxülislamlığın yeri ............................................................18
1.2. Qafqaz Müsəlmanları İdarəsinin təsis olunması ...........21
1.3. Azərbaycan şeyxülislamları ..........................................38
Şeyxülislam Axund Məhəmmədəli Hüseynzadə ..................39
Şeyxülislam Axund Fazil İrəvani .........................................42
Şeyxülislam Fazil İrəvaninin elmi yaradıcılığı ....................46
Şeyxülislam Axund Əhməd Hüseynzadə .............................47
Şeyxülislam Əhməd Hüseynzadənin elmi yaradıcılığı ........50
Şeyxülislam Axund Mirzə Həsən Tahirzadə ........................53
Şeyxülislam Axund Əbdüssəlam Axundzadə .......................55
Şeyxülislam Axund Əbdüssəlam Axundzadənin elmi  
yaradıcılığı ............................................................................58
Şeyxülislam Axund Məhəmmədhəsən Mövlazadə  
Şəkəvi ...................................................................................59
Şeyxülislam Axund Məhəmmədhəsən Mövlazadə  
Şəkəvinin elmi yaradıcılığı ..................................................64
Şeyxülislam Axund Məhəmməd Fərəculla  
Pişnamazzadə .......................................................................75
Şeyxülislam Axund Ağa Əlizadə .........................................82
Şeyxülislam Axund Şeyx Mirmöhsüm Şeyx Əli oğlu  
Həkimzadə ............................................................................91

4                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Şeyxülislam Molla Əliağa Süleyman oğlu  
Süleymanzadə ......................................................................96
Şeyxülislam Axund Mirqəzənfər İbrahimov ........................99
1.4. Osmanlı dövlətində şeyxülislamlıq və  
şeyxülislamlar ....................................................................101
Osmanlı şeyxülislamları .....................................................107
1.5. Qafqaz Müsəlmanları İdarəsində fəaliyyət göstərən 
müftilər ...............................................................................113
Müfti Tacuddin Mustafin ...................................................113
Müfti Osman Əfəndi Vəlizadə ...........................................113
Müfti Məhəmməd Əfəndi Müftizadə .................................113
Müfti Əbdülhəmid Əfəndizadə ..........................................113
Müfti Hüseyn Qayıbzadə ...................................................114
Müfti Hacı İbrahim Əfəndi Əfəndizadə .............................116
Müfti Əsədulla Dibirov ......................................................116
Müfti Şərif Əfəndi Vəlizadə ...............................................116
Müfti Əhməd Əfəndi Bozgəziyev ......................................117
Müfti Hacı İsmayıl Əhmədov ............................................117
Müfti Hacı Salman Əfəndi Musayev .................................118
II FƏSİL 
ŞEYXÜLİSLAM AXUND HACI  
ALLAHŞÜKÜR PAŞAZADƏ VƏ ONUN  
ELMİ-DİNİ VƏ İCTİMAİ FƏALİYYƏTİ ......................119
2.1. Şeyxülislam Hacı Allahşükür Paşazadənin həyatı və 
fəaliyyəti  ............................................................................119
2.2. Şeyxülislam Hacı Allahşükür Paşazadənin elmi  
yaradıcılığı ..........................................................................140
2.3. Seyxülislam Hacı Allahşükür Paşazadənin siyasi  
fəaliyyəti .............................................................................145
2.4. Şeyxülislam Hacı Allahşükür Paşazadə haqqında 
deyilənlər ............................................................................179

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              5
2.5. Şeyxülislam Hacı Allahşükür Paşazadənin layiq  
görüldüyü orden və medallar .............................................182
2.5.1. Dövlət ordenləri:  .....................................................182
2.5.2. Dini İdarələrin ordenləri ...........................................185
2.5.3. Dövlət Medalları ......................................................186
2.5.4 Dini İdarələrin Medalları ...........................................188
2.5.5. Beynəlxalq Təşkilatların orden və medalları ...........189
2.6. Şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən  
“Şeyxülislam ordeni” ilə təltif edilənlər .............................191
III FƏSİL 
ŞEYXÜLİSLAM HACI ALLAHŞÜKÜR PAŞADƏNİN 
RƏHBƏRLİK ETDİYİ QMİ-NİN FƏALİYYƏTİ .........194
3.1. Qafqaz Müsəlmanları İdarəsinin qanunları  
və nizamnaməsi ..................................................................194
3.1.1. Qafqaz Müsəlmanları İdarəsinin Qanunları .............194
3.1.2. Qafqaz Müsəlmanları İdarəsinin Nizamnaməsi .......209
3.2. Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət 
göstərən elmi kitabxana ......................................................224
3.2.1. Əski (qədim) kitablar və onların müəllifləri .............225
3.2.2. Yeni kitablar və onların müəllifləri ...........................253
3.3. Bakı İslam Universiteti ...............................................266
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT ...............................269

6                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
ÖN SÖZ
XX  əsrin  90-cı  illərinin  əvvəlində  Azərbaycan  öz  dövlət 
müs  təqilliyini yenidən bərpa etdikdən sonra ölkədə mənəvi də-
yər lərin təbliğinə, ruhanilik və şeyxülislamlıq təsisatının, elə cə 
də Qafqaz Müsəlmanları İdarəsinin tarixinə olan maraq ye nidən 
artmağa başladı.
Şeyxülislamlıq  institutunun  yaranma  tarixinin  kökləri  çox 
qə  dimlərə gedir və təqribən min illik bir dövrü əhatə edir. Şey-
xülislam – İslam rəhbəri və ya ağsaqqalı mənasını özündə ehtiva 
edir. Məşhur lüğət alimlərindən olan Rağib əl-İsfəhani Qurani-
Kərimdə şeyx sözünün yaşlı insan, müdrik ağsaqqal, təcrübəli 
başçı  mənalarını  ifadə  etdiyini  göstərir  və  dediklərini  sübuta 
ye tirmək məqsədilə aşağıdakı ayələri misal gətirir: “Onun çox 
qo ca bir atası vardır” (“Yusif” surəsi, ayə 78), “Atamız ixtiyar 
bir qocadır” (“Qəsəs” surəsi, ayə 23). əl-İsfəhani da ha sonra əla-
və edir ki, şeyxülislam sözünün başqa mənaları da vardır və bu 
ad xüsusən elmli, həyat təcrübəsi sayəsində müdriklik qazanmış 
şəxsiyyətlərə şamil edilir.
İslam dini yeni yaranan dövrlərdə tayfa və nəsil başçıla rı  na 
aid edilən şeyx ifadəsi İslamın bərqərarından sonra daha də  rin 
bi liyə malik olanlara, ilahiyyat sahəsində böyük nüfuz sa hib lə-
rinə, sufi təriqətinin başçılarına şamil olunmağa baş landı. Artıq 
X əsrdən etibarən bu məfhum bir qədər də tək milləşdi. Belə ki, 
şəhər,  ölkə,  dövlət  və  bölgə  miqyasında  müsəlman  icmasının 
mə nəvi rəhbərinə şeyxülislam deyə mü raciət edilirdi.
İslam dininin inkişafı və geniş əraziləri əhatə etməsi şey   -
xül islamlıq təsisatlarının yaradılmasını zəruri etdi. Bu tə si sat da 
çətin və ziddiyyətli fiqh problemləri, o cümlədən İslam hökmləri, 
şəriət qaydaları ilə bağlı məsələlər həll edilir, cəmiyyət üçün əhə-
miyyət kəsb edən bir çox önəmli tədbirlər şey xülislamın xeyir-

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              7
duası ilə həyata keçirilirdi. Şeyxülislam cə miyyətin həyatında 
mü hüm rol oynayır, insanlar arasında münasibətlərin ədalətli şə-
kildə tənzimlənməsində təsirli amil kimi çıxış edirdi. Elə buna 
görədir ki, Misir və Suriya məmlükləri dövründə şeyxülislamlar 
dövlət strukturlarında bö yük nüfuz sahibi sayılırdılar.
Müsəlmanlar  arasında  yüksək  məqam  sahibi  olmaq  üçün 
şey xülislam dini sahədə dərin bilik, savad və erudisiyaya, həm-
çinin möminlər arasında güclü nüfuz, hörmət və ehtirama sahib 
olmalı idi. Habelə, şeyxülislamı digər din xadimlərindən fərq-
lən dirən əsas xüsusiyyət öz biliyini Allaha, Vətənə və xalqa xid-
mət naminə tətbiq etməsi sayılırdı.
XIV - XV əsrlərdə şeyxülislam müstəqil bir şəxs idi, yəni 
bu və ya digər məsələni həll edərkən heç kəsdən asılı olmaya-
raq müc təhid kimi şərbəst şəkildə fikir yürüdür, yalnız Quran 
və şəriət hökmlərindən çıxış edir, qərəz güdmədən ümumi işin, 
əmin-amanlığın və ictimai sabitliyin xeyrinə hökm çıxarırdı.
XVI əsrdə Osmanlı sultanlarının - Sultan Səlim və Sultan 
Sü   leyman  Qanuninin  hakimiyyətləri  dövründə  şeyxülislamlar 
döv lət idarəçiliyində və qanunların tənzimlənməsində daha bö-
yük rol oynamağa başladılar.
Orta əsrlərdə Azərbaycanda da şeyxülislamlıq institutu mü-
hüm rol oynamışdır. Belə ki, Təbriz və Dərbəndin şeyxülislam-
ları mötəbər, hörmətli din xadimləri sayılır, molla, qazı və ha-
cib lərə göstərişlər verirdilər.
Məlum olduğu kimi, çar Rusiyası XIX əsrin 60-cı illərinin 
or ta la rına qədər bütün Qafqazı, 60 - 80-ci illərdə isə Qazaxıs-
tan və Or ta Asiyanı işğal etdi. Qafqazda şeyxülislamlıq təsisatı 
fəa liyyət gös tərdiyi halda, Orta Asiya və Qazaxıstanda bu qu-
rum öz mövqeyini qoruya bilmədi. Çarizmin Qafqazı işğal et-
mək  siyasəti  torpaqların  ilhaqı  və  yerli  idarəçiliyin  ləğv  edil-
məsi ilə bitmədi. Buna görə də Rusiya imperiyası Qafqazda öz 
qayda-qanunlarını bərqərar etmək, xristianlı ğı yaymaq, bölgədə 
İslamın oynadığı mühüm rolu mümkün qə dər məhdudlaşdırmaq 
siyasəti yürüdürdü. Lakin Qafqazın hər yerində bu siyasət ciddi 
müqavimətlə qarşılandı, xristian Rusiyasına qarşı cihada çağı-

8                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
rışlar eşidilməyə başlandı. Rus işğalı na qarşı çıxış edən başlıca 
qüv və məhz cəmiyyətin savadlı və mü  təşəkkil hissəsini təş kil 
edən  müsəlman  ruhaniləri  oldu.  Azər  baycanın  əksər  böl gə-
lə rində, o cümlədən, Lənkəran, Şu şa, Quba və Nuxada rus iş-
ğalına və İslam dininə qarşı həyata ke   çi rilən zorakılığa etiraz 
əlaməti olaraq üsyanlar baş verdi. Elə bu səbəbdən də çarizm 
müsəlman ruhanilərin gücü ilə he sab   laş maq, cəmiyyətin əxlaqi 
məsələləri və məişətinə ciddi tə sir göstərə bilən, müstəqil so-
sial-siyasi  qüvvə  olan  bu  xüsusi  züm rə yə  olan  münasibətdə 
və  onlara  yönəlik  yeritdiyi  siyasi  xət də  də yişikliklər  etmək 
məcburiyyətində qaldı. 
Çarizm İslam dini və müsəlman ruhaniləri ilə bağlı siyasətini 
eh tiyatla həyata keçirməyə başladı. Bununla da mütləqiyyət üsul-
idarəsi  İslamın  nüfuz  dairəsini  məhdudlaşdırmaq,  xristianlı ğı 
müsəlmanların  yaşadığı  ərazilərdə  yaymaq,  müsəlman  ru ha-
nilərə məqsədyönlü şəkildə təzyiqlər göstərərək dini-siyasi fəal-
lıqlarını  neytrallaşdırmaq  və  onlarla  əməkdaşlıq  əlaqəsinə  gi-
rərək nüfuzlarından imperiyanın mənafeyi na mi nə faydalanmaq 
istəyirdi. Buna görə də çarizm Qafqaz da İslam və müsəlman ru-
haniliyinin nüfuzu ilə barışmaq məcburiyyətində qalaraq 1823-
cü ildə Zaqafqaziya Mü səl manları Ruhani İdarəsini təşkil etdi.
Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin təşkili və şey-
xülislam vəzifəsinin təsis edilməsi Qafqaz üçün yeni və böyük 
hadisə  idi.  Belə  ki, Azərbaycanın  ayrı-ayrı  bölgələrində  uzun 
illər boyu şeyxülislamlar fəaliyyət göstərmişdirlər. Lakin həm 
dindar əhali, həm də dövlət tərəfindən qəbul edilən bu şey xül-
islamların adları tarixə düşməmişdir. Məhz bu baxımdan mü-
təşəkkil,  mər kəzləşdirilmiş  dini  qurum  olan  Zaqafqaziya  Mü-
səlmanları Ru  hani İdarəsi və şeyxülislamlıq təsisatının yaranma 
tarixi 1823-cü ildən hesablanmalıdır. Həmin tarixdən etibarən 
Qafqazın bütün şeyxülislamları Azərbaycandan olmuşdur.
Məhəmmədəli  Hüseynzadə  ilk  şeyxülislam  kimi  fəaliy yə-
ti  dövründə  Qafqazın  müsəlman  ruha ni lə ri nin  mü tə şək kil li y-
ini təmin etdi, bölgə müsəlmanlarının dini iş lə rinin tən zim lən-
məsində xüsusi rol oynadı. 

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              9
Zaqafqaziya  Müsəlmanları  Ruhani  İdarəsi  yaranmasından 
keçən  qısa  vaxtda  müsəlman  əhalinin  maraqlarını  təmin  edən 
xeyli  iş  gördü.  Çarizm  bunu  hiss  edən  kimi  İslamda  məzhəb 
ayrı-seçkiliyini qabartmaq üçün 1832-ci ildə Tiflisdə Qafqazın 
müftisi vəzifəsini təsis etdi və Kazan tatarı Tacuddin Mustafin 
Qafqaza ilk müfti təyin edildi. Lakin bölgənin müsəlman əhalisi 
arasında etibar qazana bilmədiyi üçün 1842-ci ildə onu görkəmli 
Azərbaycan şairi Molla Vəli Vidadinin oğlu, dərin dini bilik sa-
hibi, Qazax müftisi Osman Əfəndi Vəlizadə əvəz etdi.
XIX əsrin 30-cu illərində Tiflisdə Qafqaz müsəlmanlarının 
iki idarəsi –şeyxülislamın başçılıq etdiyi şiə və müftinin rəhbərlik 
et diyi sünni ruhani idarələri fəaliyyətə başladı. İdarələrdən hər 
bi rinin tərkibi on nəfərdən ibarət idi. Hər bir idarəyə hüquqi cə-
hətdən dörd məclis – Tiflis, İrəvan, Yelizavetpol (Gəncə) və Ba-
kı məc lisləri tabe idi. Şiə idarəsinin 20, sünni idarəsinin isə 16 
qazı sı var idi.
Şeyxülislamlıq  və  müftilik  təsisatları  İslamın  təbliği,  dini 
elm   lərin  və  dini  təhsilin  inkişaf  etdirilməsi  ilə  bağlı  olduqca 
fəal iş aparırdı. Şərq tarixi və ədəbiyyatının, İslam elmlərinin 
gö  zəl bilicisi və iyirmiyə qədər əsərin müəllifi olan Şeyxülis-
lam Əb düs səlam Axundzadə təhsildə mütərəqqi meyllərin inki-
şafına  düz gün  istiqamət  verir,  Qori  Müəllimlər  Seminariyası-
na istedad lı gənclərin cəlb olunmasına çalışır, onlara hərtərəfli 
yardım gös tərirdi. Onun dilçiliyə, peyğəmbərliyin tarixinə dair 
həsr edilmiş, İslam ehkamlarının şərhi ilə bağlı əsərləri maraqla 
oxunurdu. 
Şeyxülislam Məhəmmədhəsən Mövlazadə Şəkəvinin əsər-
lə ri, Müfti Hüseyn Qayıbzadənin risalələri, digər ilahiyyatçı və 
ru ha nilərin qələmə aldıqları bu gün də İslam tarixinə dair mü-
hüm qaynaq kimi istifadə olunur.
XX  əsrin  əvvəllərində  şeyxülislamlar  Qafqazda  getdikcə 
güc lənməkdə  olan  dini  missionerliyə,  qeyri-ənənəvi  əqidə  və 
cə rəyanların yayılmasına qarşı fəal mübarizə aparır, təkallahlıq 
mövqeyindən  çıxış  edərək  bir  sıra  təriqətçilərin  təlimlərinin 
dağıdıcı mahiyyətini ifşa edirdilər. Beləliklə də təhsil, ailə və 

10                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
məişət  məsələləri  bütövlükdə  Qafqazın  müsəlman  ruhaniləri 
tərəfindən tənzimlənir, müxtəlif toplantılarda müzakirə edilir və 
birgə rəy çıxarılırdı.
Şeyxülislamlığın  keçdiyi  yol  heç  də  asan  olmamış,  çətin-
lik lər lə, ağrı-acılarla müşayiət olunmuşdur. Lakin çəkilən əzab-
əziyyət şeyxülislamları tutduqları yoldan döndərə bilməmiş, bu 
ali dini rəhbərlər qarşılarına çıxan bütün çətinlikləri Allahın sına-
ğı kimi qəbul etmiş və bu imtahandan üzüağ çıxmağa çalışmışlar.
Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti süqut 
et dikdən sonra Qafqaz Müsəlmanları Ruhani İdarəsi 20 ildən ar-
tıq bir müddət ərzində (1920 - 1944) bağlanaraq faktiki fəaliyyət 
göstərmək  imkanından  məhrum  edilmiş,  müsəlman  ruhanilər 
ağlasığmaz təqib və məhrumiyyətlərə məruz qalmış, həbs edil-
miş, sürgünlərə göndərilmişdir. Məscidlər anbar və müəssisələrə 
çevrilmiş, müqəddəs kitablar yandırılmış, dini hər vəchlə unut-
durmaq, insanları dini köklərindən ayrı salmaq yönündə ciddi-
cəhdlə səy göstərilmişdir. Lakin bütün məhrumiyyətlərə baxma-
yaraq ruhanilərimiz cəmiyyətdəki mövqelərini itirməmiş, mü tə-
şəkkilliklərini qoruyub saxlaya bilmiş, insanların dini həyatına 
rəhbərlik etmişlər.
Bu gün Qafqaz Müsəlmanları İdarəsi bütün dünya dövlətləri, 
dini  mərkəzlər,  nüfuzlu  beynəlxalq  təşkilatlar  tərəfindən  tanı-
nır, fəaliyyətinə yüksək qiymət verilir. Qafqaz müsəlmanlarının 
səsi  ən  mötəbər  beynəlxalq  məclislərdən,  təşkilatlardan  gəlir. 
Bunların sırasında Birləşmiş Millətlər Təşkilatı və YUNESKO-
nun,  İslam  Konfransı  Təşkilatı  (İslam  Əməkdaşlıq  Təşkilatı) 
və “Vicdana Çağırış” Fondunun, həmçinin Ümumdünya Xalq 
İslam  Rəhbərliyi  və  digər  qurumların  adlarını  çəkmək  olar. 
2010-cu ilin aprelində Qafqaz Müsəlmanları İdarəsi Moskva və 
Ümumrusiya  Patriarxı  Kirillə  birlikdə  dünya  dini  liderlərinin 
Bakı Sammitinin təşkil olun ması və keçirilməsini bilavasitə ger-
çəkləşdirmişdir. Bakı Sam mitində 33 ölkənin 300-dən çox din 
xadimi iştirak etmişdir.
Bütün Qafqazın XII Şeyxülislamı Allahşükür Paşazadə geniş 
dünyagörüşünə və dərin zəkaya malik olan şəx siyyətlərdəndir. 

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              11
Həyat və fəaliyyəti haqqında nə qədər yazılsa, neçə-neçə təd qiqat 
işi ərsəyə gəlsə belə, onun genişmiqyaslı, çoxşaxəli fəa liyyətini 
tam əks etdirmək, bütövlükdə əhatə etmək mümkün deyil. Hacı 
Allahşükür Paşazadə həzrətlərinin görkəmli dini lider, ta nınmış 
elm adamı, böyük nüfuza malik ictimai xadim, nəhayət ma raqlı 
tale sahibi kimi həyat yolu, Şeyxülislam qismində fəaliyyəti ol-
duqca əhəmiyyətli tədqiqat predmeti olub və bu gün də böyük 
önəm kəsb edir. 
Səmimi ziyalı, islamın mahir bilicilərindən olan Hacı Fuad 
Nurullahın qələmə aldığı “Şeyxülislamlıq zirvəsi: Ha cı Allahşü-
kür Paşazadə” kitabı şeyxülislamlıq tari xinin, azərbaycanlı şey-
xülislamların həyat və fəaliyyətinin, keç  dikləri məşəqqətli yolla-
rın öyrənilməsi baxımından xüsusi əhə miyyət kəsb edir. Müəllif 
tədqiqat işində Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin 
elmi, dini və ictimai fəa liyyətinin əsas məqamlarını, vacib is ti-
qamətlərini müəyyən et məyi, habelə ətraflı araşdırmağı qarşı-
sına  məqsəd  qoymuş  və  istəyinə  nail  olmuşdur.  Həmçinin, 
əsə rin yazılmasında çox saylı elmi, dini və tarixi ədəbiyyatdan 
is tifadə edilməsi nəş rin sanballı bir elmi tədqiqat işi olmasını 
göstərməklə yanaşı, müəl lifin qaynaqlara yaxşı bələd olmasına 
və onlardan bacarıqla isti fadə etməsinə də dəlalət edir.
Ümidvaram ki, Hacı Fuad Nurullahın qələmə aldığı bu əsər 
geniş oxucu kütləsinin marağına səbəb olacaqdır.
Anar İsgəndərli
tarix elmləri doktoru, professor

12                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
MÜƏLLİFDƏN
Bismillahir-rəhmanir-rəhim
Bütün ömrünü xalqına həsr edən, haqq və ədalətin carçısı 
kimi tanınan, bəşər övladını daim halallıq və təmizliyə səsləyən 
insanlar haqqında yazmaq, həm müasirlərinə, həm də gələcək 
nəsillərə onları tanıtmaq olduqca şərəfli bir işdir. Ona görə ki, 
ləyaqətli insan ömrü başqalarına örnəkdir, nümunədir, mənəvi-
əxlaqi  tərbiyə  məktəbidir.  Elə  bir  məktəb  ki,  burada  hə mişə 
Ulu  Tanrıya,  haqqa,  ədalətə,  xeyirxah  əməllərə,  halallığa  və 
təmizliyə məhəbbət, dinsizliyə, imansızlığa, hər cür naqis key -
fiyyətlərə və qəbahətlərə nifrət motivləri təbliğ olunur. Bu ba -
xımdan Şeyxülislam Hacı Allahşükür Paşazadənin İslam dini-
nin təbliği sahəsindəki xidmətləri təqdirəlayiqdir. 
Şeyxülislam həzrətlərinin uğurlu fəaliyyətlərini nəzərə alan 
Ümummilli  lider,  mərhum  Heydər  Əliyev  cənabları  demişdir: 
“Müqəddəs dinimiz olan İslamın gözəl ənənələrinin ölkəmizdə, 
habelə bütün Qafqaz bölgəsində qorunub saxlanılması və möh-
kəm ləndirilməsində Şeyxülislam Allahşükür Paşazadənin xüsu-
si xidmətləri vardır. Onun Qafqaz Müsəlmanları İdarəsinə rəh-
bərlik etdiyi illər ərzində bu dini qurum İslam dəyərlərinin ge niş 
təbliğ olunması, müsəlmanların dini-mənəvi birliyinin möh kəm-
ləndirilməsi, onların cəmiyyətin həyatında fəallığının ar tı rıl ma sı 
işində böyük rol oynayan mühüm mərkəzlərdən bi rinə çevril miş-
dir. Azərbaycan  xalqının  azadlığı  uğrunda  mü ba rizəsində  Hacı 
Allahşükür Paşazadənin tutduğu əsl vətən daş mövqeyi onun öl-
kədə cərəyan edən mürəkkəb ictimai-siyasi prosesləri obyektiv 
qiy mətləndirmək, yaranmış problemlərin həllində dini amilin gü-
cün dən düzgün istifadə etmək bacarığını nümayiş etdirdi”.
1
1
  Hacı  Xanəli  Babayev.  Şeyxülislam  Allahşükür  Paşazadə:  Elmlə  dinin  vəhdəti. 
Bakı, “Qismət”-2005, səh. 6.

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              13
Şeyxülislam  həzrətləri  bütün  dünyada  tanınmaqla,  şöhrət 
qazanmaqla yanaşı, mənsub olduğu millətin, xalqın, Vətənimiz 
Azərbaycanın, habelə müsəlmanlarının maraq və mənafelərini 
ən  yüksək  səviyyədə  təmsil  etdiyi  Qafqaz  bölgəsinin  qlobal 
miq     yasda tanıdılması, bölgə əhalisinin problem və qayğılarının 
dünya  ictimaiyyətinin diqqətinə  çatdırılması üçün  əlindən  gə-
ləni əsirgəməmiş, bu yolda bütün qüvvə və imkanlarını səfər-
bər  etmişdir.  Şeyxülislam  Allahşükür  Paşazadə  doğma  vətə-
ni   mizin  ən  ağır  günlərində,  millətimizin  taleyüklü  anların da 
hə   mişə qətiyyətli mövqeyini ortaya qoymuş, öz nüfuz və im-
kan     larını xalqımızın haqq işinin təntənəsi yolunda xidmətə sərf 
et  mişdir. Qafqaz xalqlarının sülhməramlı niyyətlərinin tə rəf darı 
və müdafiəçisi olan böyük şəxsiyyət Hacı Allahşükür Pa şa  zadə 
həz rətləri bu sahədə əhəmiyyətli əməli addımlar atmağa mü vəf-
fəq olmuşdur. 
İslam təşkilatlarının fəaliyyəti tarixində ən mühüm və ge-
niş  əks-səda  doğuran  əlamətdar  hadisələrdən  biri  1986-cı  il 
oktyabrın 1-də baş verdi. Həmin vaxt Bakıda İslam Konfransı 
Təş kilatının xətti ilə “Müsəlmanlar sülh uğrunda mübarizədə” 
Beynəlxalq Konfransın keçirilməsi gənc Şeyxülislam Allahşü-
kür Paşazadənin şəxsi nüfuzunun, eləcə də rəhbərlik etdiyi Qaf-
qaz Müsəlmanları İdarəsinin hörmətinin təzahürü kimi qiy mət-
ləndirilməlidir.
Bundan əlavə, Şeyxülislam həzrətləri 1987-ci ildə Moskva-
da keçirilən “Nüvə silahsız dünya, bəşəriyyətin daimi yaşaması 
uğrunda” Beynəlxalq Forumun təşəbbüskar qrupunun başçısı və 
həmsədri olmuşdur.
Təbii ki, Şeyxülislam Allahşükür Paşazadənin fəa  liyyətinin 
ən məhsuldar dövrü Azərbaycan müstəqillik qa zan   dıqdan sonra-
kı mərhələyə təsadüf edir. Keçmiş sovetlər bir li yinin təşkil etdiyi 
70 illik ateist rejiminin çökməsindən sonra Azərbaycanda İslam 
dininin intibahında, dini həyatın düzgün məcraya yönəldilməsi 
işində Hacı Allahşükür Paşazadənin böyük rolu və xidmətləri 
olmuşdur. Qeyd etmək lazımdır ki, məhz Şeyxülislam Allahşü-
kür Paşazadənin şəxsi iradəsi və təş ki latçılıq bacarığı sayəsində 

14                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
postsovet məkanında yalnız Qafqaz Mü səlmanları İdarəsi fəa-
liy yətini nəinki davam etdirməyə, hətta öz nüfuz dairəsini ge-
nişləndirməyə də nail ola bildi. 
Hazırda Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik et-
diyi  Qafqaz  Müsəlmanları  İdarəsinin  fəaliyyətinin  səlahiyyət 
çər çivəsinə Azərbaycan, Gürcüstan, Dağıstan, İnquşetiya, Adı-
gey, Qaraçay-Çərkəz, Kabarda-Balkar, Şimali Osetiya daxildir. 
Bu isə o deməkdir ki, məhz Hacı Allahşükür Paşazadənin uğur-
lu fəaliyyəti nəticəsində Azərbaycan bu gün Qafqazın mənəvi 
mərkəzi olaraq qəbul edilir.
Dini-ictimai xadim kimi beynəlxalq aləmdə malik olduğu 
böyük nüfuzdan istifadə edərək Şeyxülislam Allahşükür Paşa-
za də həzrətləri Azərbaycan həqiqətlərini, xüsusilə Dağlıq Qa-
rabağ probleminin mahiyyətini dünya ictimaiyyətinin diqqətinə 
ən  yüksək  kürsülərdən  çatdırır,  bölgəmizdə  sülhün  və  əmin-
amanlığın möhkəmləndirilməsi ilə bağlı geniş təbliğat işi apa-
rır. Həmişə xalqın içində olan Şeyxülislam həzrətlərinin təkcə 
1990-cı ilin 20 Yanvar faciəsi zamanı göstərdiyi fədakarlıq, ölüm 
təhlükəsinə belə, məhəl qoymadan nümayiş etdirdiyi qətiyyətli 
mövqe və millətimizə dəstək onun adının Azərbaycanın İstiqlal 
ta rixinə qızıl hərflərlə həkk olunması üçün kifayət edər.
2
 Həmin 
mü sibətli anlarda ali dini rəhbər olaraq Hacı Allahşükür Pa şa-
zadə həzrətləri doğma və əziz xalqı naminə öz canından keç-
məyə hazır olduğunu bir daha sübut etdi. 
İstər  Qarabağ  müharibəsinin  ağır  dövrlərində,  istərsə  də 
Azərbaycan  dövlətçiliyinin  daxildən  sarsıldılmasına  yönələn 
zər bələrin  dəf  olunması  məqamlarında  Şeyxülislam  həzrətləri 
heç nədən qorxmadan, heç kimdən çəkinmədən ön cəbhələrdə 
ol  muşdur.
Ateist  sovet  rejimi  dövründə  doğma  dili,  müqəddəs  dini, 
zən gin  mənəviyyatı  təcavüzə,  repressiyaya  məruz  qalmış  xal-
qımız Hacı Allahşükür Paşazadənin şəxsində özünün müqəddəs 
di ni dəyərlərinin təminatçısına sahib oldu. 

Hacı  Xanəli  Babayev.  Şeyxülislam Allahşükür  Paşazadə:  Elmlə  dinin  vəhdəti. 
səh. 10.

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              15
Demokratiyanın  təməl  prinsiplərinə  arxalanan  müstəqil 
döv  lətimizdə vicdan azadlığı və islami dəyərlərin dirçəlişi, mə-
nə vi  intibahımız  Ümummilli  Lider,  mərhum  Heydər  Əliyevin 
və Şeyxülislam Allahşükür Paşazadənin adları, fəaliyyətləri ilə 
sıx bağlıdır. Məhz dahi şəxsiyyət Heydər Əliyevin İslamın nü-
munəsində bütün səmavi dinlərə və dini dəyərlərə mü na si bət-
də  yürütdüyü  müdrik  siyasəti,  həmçinin  Hacı Allahşü kür  Pa-
şa zadənin  gərgin,  məqsədyönlü  fəaliyyəti  sayəsində  öl kə miz 
nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən dünyanın tanınmış 
din xadimləri tərəfindən sülhpərvər, tolerant, qeyri-din nü ma-
yən dələri ilə dialoqa və terrorizm ilə mübarizəyə hazır ölkə ki-
m i qəbul edilir, bu sahədə əldə edilmiş müsbət, uğurlu təcrübə 
təq dir olunur. 
İnkar  olunmayan  bir  həqiqətdir  ki,  müstəqil  Azər bay can 
döv  lətçiliyinin  bərqərar olunması və təməlinin möh kəm lən di-
ril məsi işində Hacı Allahşükür Paşazadə həzrətləri hər zaman 
Ümummilli lider Heydər Əliyevin ən yaxın silahdaşlarından biri 
olmuş, bütün dövrlərdə onun şəxsiyyətinə olan dərin eh tiram və 
inamını birmənalı şəkildə açıqlamış, Ulu Öndəri Azər baycanın 
xilaskarı kimi qəbul etmişdir.
Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin həyata ke-
çirdiyi uğurlu fəaliyyət sayəsində dinimizin Azərbaycan döv lət-
çiliyinin varisi olan xalqımız qarşısında xidməti gücləndi, mə-
nəvi dəyərlərimizin köməyi ilə xalqımızı səfərbər etmək imka-
nın dan  ölkəmizin  taleyüklü  məsələlərinin  həlli  üçün  istifadə 
olun masına münbit şərait yarandı. 
Din-dövlət münasibətlərinin düzgün məcraya yönəldilməsi, 
vətəndaş birliyinin təmin olunması, cəmiyyətdə dini-mənəvi sa-
bitliyin qorunub saxlanılması işində Şeyxülislam həzrətlərinin 
rolu  və  əməyi  əvəzsizdir.  Elə  buna  görə  də  mərhum  Heydər 
Əli yev Şeyxülislam Allahşükür Paşazadənin şəxsiyyətini, xal-
qımız  və  dövlətçiliyimiz  naminə  gərgin  fəaliyyətini  həmişə 
yük sək  qiymətləndirmişdir:  “Azərbaycanın  dini  rəhbəri  bizim 
mü səlman dinimizi nəinki Azərbaycanda, hətta bütün Qafqazda 
təm sil edən ən yüksək vəzifəli şəxsdir. Əgər Azərbaycanın dini 

16                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
rəhbəri bütün Qafqaz müsəlmanlarının Şeyxülislamı adını alıb-
sa, demək bu, bizim üçün böyük iftixar hissidir”.
3
Azərbaycan Respublikasının müstəqilliyinin tanınması yo-
lunda böyük və vacib addımda – 1991-ci ilin axırlarında Se ne-
qalın paytaxtı Dakar şəhərində keçirilən İslam Konfransı Təş-
kilatının VI İclası zamanı ölkəmizin bu beynəlxalq quruma tam-
hüquqlu üzv olunmasında Hacı Allahşükür Paşazadənin əvəzsiz 
rolu və əməyi olmuşdur.
Ulu Öndər Heydər Əliyev cənablarının şəxsi himayəsi, xü-
susi qayğısı, daimi diqqəti, eləcə də Qafqaz Müsəlmanları İda-
rəsinin  sədri,  Şeyxülislam  Allahşükür  Paşazadənin  təşəbbüsü 
və  müstəsna  xidmətləri  sayəsində  XIII  əsrin  yadigarı,  700  il-
lik şərəfli, nisgilli tarixi olan müqəddəs abidənin - Bibiheybət 
məscid-ziyarətgahının  tamamilə  yenidən  qurulması,  Mirmöv-
süm Ağa ziyarətgahının abadlaşdırılması, Təzəpir məscidinin tə-
miri və s. savab işlər xalqın, möminlərin dərin ehtiramına səbəb 
ol du, dinlə dövlətin siyasi anlamda bir-birindən ayrı olsalar da 
mə nəvi  özünüdərk,  dini  dəyərlərin  dirçəldilməsi  məsələlərinə 
ya naşma baxımından vəhdət təşkil etdiyini bariz şəkildə nüma-
yiş etdirdi.
Məhz Ümummilli lider Heydər Əliyevin müstəsna xid mət   -
ləri və Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Al-
lah  şükür Paşazadənin gərgin fəaliyyəti sayəsində dinimiz, mə-
nə viyyatımız özünə etibarlı dayaq qazandı.
Dövrümüzün böyük simalarından biri olan Şeyxülislam Al-
lah şükür Paşazadə bu missiyanı gözəl dərk edən, üzərinə dü şən 
böyük vəzifələrə dərin məsuliyyət hissi ilə yanaşan din xa   dimidir. 
Şeyxülislam yaşadığımız zəmanənin bü tün problemlərinə dair 
öz fikir və düşüncələrini, mövqeyi ni ortaya qoyan, müdrik ba-
xışları ilə cəmiyyətimizi narahat edən məsələlərə münasibətini 
çəkinmədən,  qətiyyətlə  açıqla yan  bir  şəxsiyyətdir.  Dünyanın 
müxtəlif  bölgələrində  baş  ve rən  mürəkkəb,  təzadlı  hadisələri 
daim diqqətlə izləyən Hacı Al lahşükür Paşazadə ideoloji, siyasi 
3  
Hacı  Xanəli  Babayev.  Şeyxülislam Allahşükür  Paşazadə:  Elmlə  dinin  vəhdəti. 
səh. 12.

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              17
maneə və sədlərə, sovet dö nəmində ciddi qadağalara baxmayaraq 
belə məsələlərə öz kons truktiv münasibətini bildirməkdən, qəti 
etiraz və ittihamlar la çıxış etməkdən heç zaman çəkinməmişdir. 
Şeyxülislam, xüsusilə son dövrlərdə Avropa xristian mərkəzçiliyi 
ideyaları  ruhunda  tərbiyə  olunmuş  insanların  çox  vaxt  Şərqin 
mənəvi dəyər və ənənələrinə göz yumaraq İslam haqqında yan-
lış  təsəvvürlər  yaratmalarına,  məharətlə  yalan  uydurmalarına 
qarşı qətiyyətlə mübarizə aparanların önündə gedir.
Tədqiqat işində Şeyxülislam Allahşükür Paşazadənin elmi 
və ictimai fəaliyyətinin əsas məqamlarını, vacib istiqamətlərini 
mü əyyən etməyi və ətraflı araşdırmağı qarşıya məqsəd qoymu-
şuq. Dini və elmi baxımdan alim, fundamental tədqiqatlar mü-
əl lifi, elmin və dinin təbliğinin himayədarı, Qafqazın XII Şey -
xül islamı  Hacı Allahşükür  Paşazadənin  çoxşaxəli,  dərin  məz-
munlu yaradıcılığı, Azərbaycan elminə verdiyi dəyərli töh  fələr 
barədə məlumat vermək, habelə onun Azərbaycan döv lət çiliyi 
naminə əhəmiyyətli ictimai fəaliyyətinin mühüm mə qam larını 
əks etdirmək, diqqətə çatdırmaq qayəsi bizi bu təd qiqata cəlb 
et mişdir.
Hacı Fuad Nurullah 
QMI-nin sədr müavini,  
BIU-nun islamşünaslıq fakültəsinin dekanı

18                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
  1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə