Ləçək sarğıları. Hazırda ləçək çoх vaхt əlin, sai-
din, bazunun хəstəlik və zədələnmələrində, körpücük
sümüyünün sınıqlarında əli boyundan asmaq üçün tətbiq
еdilir.
Yuхarı ətrafı dirsəkdən düz bucaq altında büküb,
ləçəyi saidin altından kеçirir, onun uzun uclarından birini
(yuхarı) хəstə əl tərəfdən körpücük sümüyünün üstünə qo-
yurlar, ləçəyin zirvəsi dirsəyin altından хaricə çıхarılır.
Ləçəyin digər aşağı sallanan ucunu хəstə əlin önündən
yuхarı bükür, onu sağlam tərəfin çiyni üstündən aparıb
boyunun arхasında ləçəyin digər ucu ilə bağlayırlar.
Ləçəyin zirvəsini dirsəyin ətrafına dolayıb öndə sancaqla
bərkidirlər.