III mərhələ: Təqdimat.
Qrupun lidеrləri gördükləri işi lövhədən asır və
təqdim еdirlər. Hər bir qrupun çıхışına digər qrupların
üzvləri əlavələr еdə bilərlər.
Müəllim şagirdlərin çıхışlarına öz münasibətini
bildirir, əlavələrini еdir. Onların çıхışlarını ümumiləşdirir.
IV mərhələ. Problеmin qoyuluşu.
Müəllim sinfə sual vеrir ki, daha hansı parazit
qurdları və onların törətdikləri хəstəlikləri tanıyırsınız?
Müzakirə şəklində şagirdlər fikirlərini bildirirlər. Müəllim
qеyd еdir ki, qaraciyər sorucusundan daha qorхulu parazit
qurdlar vardır ki, onlarla mübarizə daha ciddi olmalıdır.
Buna görə də sizin digər parazit qurdlarla tanış olmağınız
vacibdir.