Hal-hazırda Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz yataqlarının mənimsənilməsi məqsədilə çoxlu sayda hidrotexniki qurğular istismardadır və yeniləri tikilir



Yüklə 391,31 Kb.
səhifə6/17
tarix13.12.2023
ölçüsü391,31 Kb.
#175146
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   17
Riskin qiymətləndirilməsi mühazirə

Mühazirə №6.
Potensial təhlükələr siyahısının tərtibatı üsulları.
Təhlükələrin identifikasiya üsulları.
Dəniz əməliyyatlarında təhlükələrin identifikasiyası (HAZİD) işçi personalın xəsarət almasına, tələfata, ətraf mühitin çirklənməsinə və sonda maliyyə itkilərinə səbəb ola bilən potensial təhlükələri müəyyən etmək üçün aparılır. Təhlükələr müəyyən olunduqdan sonra ciddilik dərəcəsinə görə sıralanır və beləliklə təhlükələrin siyahısı tərtib olunur.
Təhlükələrin identifikasiyası bir nəfər analitik yaxud komanda şəklində aparıla bilər. Komanda şəklində təhlil aparıldıqda, sistem ayrı-ayrı hissələrə bölünür və hər bir hissə üçün ayrılıqda “beyin şturmu” adlanan fikir mübadiləsi aparıldıqdan sonra potensial təhlükələr barədə fikir yürüdülür.
Təhlükələrin identifikasiyasını aparmaq üçün baxılan obyekt (qurğu, proses) haqqında məlumat əldə olunmalıdır. Buraya bu tip obyektlərdə keçmişdə baş verən qəzalar, zədələnmələr, işdə dayanmalar haqqında məlumat və mövcud qurğulara aparılan vizual baxışların (monitorinqlərin) nəticələri, istifadə olunan təhlükəli materiallar haqqında və sairə məlumat aid oluna bilər. Sözügedən məlumatın olmaması təhlükələrin identifikasiyasını xeyli çətinləşdirir və bu səbəbdən yeni obyektlərdə potensial təhlükələrin identifikasiyası məhdud informasiya şəraitində mümkünsüzdür.
WHAT-IF üsulu (əgər belə olsa, nə baş verəcək?) təhlükələrin identifikasiyasında tətbiq olunan ən geniş yayılmış metodikadır. “Beyin şturmu” yolu ilə həyata keçirilir və nəticədə arzuolunmaz hadisələrin baş verməsi ehtimalı və gedişatının arzuolunmaz ssenariləri haqqında mülahizələr yürüdülür. Bu ekspert üsulu həmçinin potensial təhlükələrin qarşısının alınması üçün hansı tədbirlərin görülməsinə də aydınlıq gətirir.
WHAT-IF metodikası istənilən dəniz hidrotexniki qurğusunun tikintisi və iistismarının ixtiyari dövründə riklərin qiymətləndirilməsi üçün tətbiq oluna bilər. Lakin bu üsulun tətbiqi etirazların baş verməsinin nisbətən sadə ssenariləri ilə məhdudlaşır. Bu metodikanın tətbiqinə dair nümunə aşağıdakı şəkildə gətirilmişdir.


Yüklə 391,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin