İşıq şüalanması İşıq şüaları gözlə görünən ultrabənövşəyi və infraqırmızı şüalar olub, nüvə partlayışında bir neçə saniyə ərzində təsir göstərirlər. İşıq şüalarının təsiri işıq impulsu ilə xarakterizə olunur. İşıq impulsu işıq şüalarının yayılma istiqamətinə perpendikulyar yerləşmiş 1 sm2 səthə düşən işıq enerjisinin miqdarıdır. İşıq impulsu C/m2 və ya kal/sm2 ilə ölçülür:
1 kal/sm2 ≈ 42 kC/m2.
İşıq impulsunun qiymətini aşağıdakı formullar vasitəsilə hesablamaq olar:
hava nüvə partlayışı üçün:
, kal/sm2;
yerüstü nüvə partlayışı üçün:
, kal/sm2 ,
harada E – işıq şüalanmasının enerjisidir, kal:
E = 0,35 ·q;
q – partlayışın gücüdür, t; k – atmosferin şəffaflıq əmsalıdır, atmosferin vəziyyətindən və məsafədən asılı olaraq dəyişir və cədvəldən təyin olunur.
Nüvə partlayışının işıq şüalanmasının insanlara təsiri İşıq şüalarının təsirindən dəri örtüyünün yanması nəticəsində insanların aldığı yanıqlar 4 dərəcəyə bölünürlər.
I dərəcəli yanıq işıq impulsunun I = 80-160 kC/m2 qiymətində baş verir. Dəridə qızartı, kiçik şişlər yaranır.
II dərəcəli yanıq işıq impulsunun I = 160-400 kC/m2 qiymətində baş verir. Dəridə qabarlar (suluqlar) əmələ gəlir.
III dərəcəli yanıq işıq impulsunun I = 400-600 kC/m2 qiymətində baş verir. Dərinin və əzələ toxumalarının ölməsi baş verir.
IV dərəcəli yanıq işıq impulsunun I 600 kC/m2 qiymətində baş verir. Dərinin və toxumaların kömürləşməsi, görmə qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi baş verir.
İşıq şüalanmasının insanlara təsirində dayanıqlıq həddi kimi işıq impulsunun I dərəcəli yanıq əmələ gətirən qiyməti qəbul olunur (İ = 80-160 kC/m2).
Nüvə partlayışınn işıq şüalanmasının gözlərə təsirində aşağıdakılar müşahidə olunur:
müvəqqəti korluq – müəyyən müddətdə (gündüz 5 dəq., gecə – 30 dəq.) görmə qabiliyyətinin itirilməsi;
göz qapağının yanması;
gözün ön hissəsinin (buynuz təbəqəsinin, konyuktivanın, qüzehi qişanın) yanması;