1. Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar
Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar uşaq hüquqlarının müdafiəsi sahəsində
başlıca rola malik olan, uşaqlara qarşı zorakılığın və onların hüquqlarının pozulmasının qarşısını
alan və uşaqlar arasında hüquqpozmaların profilaktikasını həyata keçirən əsas qurumlardan
biridir. Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar hər bir inzibati şəhər və ya rayonda
icra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərir. Yetkinlik yaşına çatmayanlarla iş üzrə
komissiyalar heç bir mərkəzi hökumət qurumunun qarşısında birbaşa hesabatlı olmasa da,
onların hazırladıqları hesabatlar icra hakimiyyəti başçısının müavininə təqdim edilir. İcra
hakimiyyəti isə rüb üzrə hesabatı Nazirlər Kabinetinə – Yetkinlik yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə Respublika Komissiyasına təqdim edir. Lakin, Respublika
Komissiyası rayon və şəhərlərdə fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanlarla iş üzrə
Komissiyalar üzərində bilavasitə rəhbərliyə malik deyil.
Ümumiyyətlə qeyd etmək lazımdır ki, icra hakimiyyətləri uşaq hüquqlarının müdafiəsi sahəsində
əhəmiyyətli rola malikdir və bu sahədə fəaliyyət üç istiqamət üzrə həyata keçirilir: 1) Yetkinlik
yaşına çatmayanlarla iş üzrə komissiya; 2) qəyyumluq və himayə orqanı və 3) tibbi-psixoloji-
pedaqoji komissiya. Burada sadalanan hər üç təsisatın uşaq hüquqları və uşaq məsələləri ilə
məşğul olmalarına baxmayaraq, keçirilmiş monitorinq yalnız Yetkinlik yaşına çatmayanlarla iş
üzrə komissiyaların fəaliyyətini əhatə edib. Monitorinq üçün məhz bu qurumun seçilməsi, onun
11
yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntularının, o cümlədən uşaq
cinayətkarlığının profilaktikası sahəsindəki rolu olub.
Dostları ilə paylaş: |