Heftruz л &1 's s L b e h r u z h ə q q I TÜrk deyiMLƏRİ


Daşdan  səs  çıxdı,  ondan  səs  çıxmadı



Yüklə 17.08 Mb.
Pdf просмотр
səhifə16/43
tarix31.01.2017
ölçüsü17.08 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   43

Daşdan  səs  çıxdı,  ondan  səs  çıxmadı  -  qorxudan, 
utancaqlıqdan səsini  çıxarmamaq,  susmaq.
Daşdan yaranmaq -  kimsəsi olmamaq.
Aşiqəm aşdan  mən,
Sən kiprikdən,  qaşdan mən,
Nə  atam yox,  nə anam 
Yaranmışam  daşdan  mən  (59,  S.177).
Daş-daşa  söykənmək -  toqquşmaq,  üz-üzə gəlmək.
Çaylar  daş  olmasa daş-daşa  söykənməyib  çağraq  yaratma­
sa,  çağraq  lili,  palçığı udmasa,  sular durulmaz (142,  s.335).
Daş  dığırlatmaq  -  birinə  maneə  törətmək,  inkişafının, 
işlərinin qabağını  almaq.
Bədxahlar yoluna daş dığırladı 
Daşları fırlanıb  başına dəydi (  190,  s. 113).
Daş  döyər  -  ayaqqabı  haqqında  orıun  möhkəmliyinə  işarə 
kimi işlənir.
Bu  dağlar,  daş döyər,
Ağlar gözü yaş döyər.
Dağçı,  dağa çıxanda,
Bir çarıq gey,  daş döyər (  S.Çaylı).
182
Daş  düşdüyü  yerdə  ağır  olar  -  adam  adət  etdiyi  yerdə, 
yaxşı bildiyi işdə hörmətli olar.
Çağır, Qaracoğlan çağır,
Daş düşdüyü yerdə ağır.
Gözəl sevmək günah deyil,
Dörd kitabda yerin gördüm (179).
Daşı  daş  üstə  yığmaq  -  yaratmaq,  düzəltmək,  nizama 
salmaq.
Asandırsa başqasının  evini yıxmaq,
Çox çətindir amma daşı  daş üstə qoymaq (  Vazeh,  s.60). 
Daşı daş üstündə qalmamaq - viran olmaq,  alt-üst olmaq. 
H ər  kəs  öz iddiasını  həqiqət  sayarsa,  onda heç  bir  daş  daş 
üstdə qalmaz (246,  s.17).
İnqilab  istəyirəm,  müqəddəs bir inqilab,
Sovrulsun ümmanlara gövdə,  bacaq, bilək-baş,
Yerə keçsin  Kremlin,  qalmasın daş üstə daş ( 7,  s.14). 
“Ölülər”  komediyasında  m üəllif  yalnız  mövhumat  və 
cəhaləti  deyil,  köhnə  cəmiyyətin  sarsılmaqda  olan  ictimai 
əsaslarını,  çürük  əxlaq  normalarını  baltalayır.  Bir  sözlə,  daşı  daş 
üstə  qoymayır ( A.Zamanov).
Daşı  dilə  gətirmək  -   çox  qəmli  mahnı,  çalğı  səsi, 
ağlamaq.
Ayrı nəşəsi var bəzəıı qəmi var,
Musiqi daşları gətirir dilə (337, c.I,s.32).
Daşı ətəyindən tökmək -  bu yoldan,  bu  işdən əl götür.
Sən bu daşı ətəyindən tök,  qız ağacı,  qoz ağacı,
Çaldılar,  çapdılar daha geri qaytarmaq  olmaz (11,  s.63).
O necə deyərlər,  day həvəsdi bəsdi.  Gəl  bu daşı  ətəyindən 
tök (148,  s. 183).
Daşımı başına tökmək -  arxasınca danışmaq.
Daşını atmaq -  ürəkdən silmək.
Atdı camaat daşım, Mirhaşim,
Durma götür,  qaç başını,  Mirhaşim!  (267,  s. 161).
Daşını  qoymaq  -  təməlini  qoymaq,  bir  ictimai  hərəkatın 
öncülü olmaq
183

Turf^jafim bri
Onlar  (m əşrutə  inqilabı  iştirakçıları) 
bizim  bu  günkü 
demokratik  hərəkatımızın  və  bu  gün  tikmək  istədiyimiz  böyük 
azadlıq binasının bünövrə daşmı qoymuşlar.
Daşını  tullamaq,  daşını  atmaq  -  buraxmaq,  əl  çəkmək, 
yadından  çıxartmaq.
M olla əmi,  az ye avam aşını,
Tulla fırıldaqçılığın  daşını  ( Şəhrək).
Atdı camaat daşını, M ir Haşım,
Durma götür qaç başını,  Mirhaşım.
Yardımı  Səttar başını,  Mir Haşım?  ( Sabir).
Daş  qapıdan  baş  qapıyadak - hər yer,  hamı.
Tökülüb daş qapıdan  baş qapıya əcrü -savab,
Yığan  istir görə hinqami-qənimətdir,  oğul!  (168,  s.320). 
Daş  qazan  -  gec  qızıb  gec  soyuyan.  Siyasi  mənada  uzun 
bir  prosesdə  mübarizədən  yorulmayıb  devrimə  əl  vurmaq,  öldü 
var döndü yoxdu demək.
Azərbaycan  bir  daş  qazana  bənzər  ki,  gec  qızar,  gec  də 
soyuyar (Səttarxan).
Daş qızlar bağrına - qəm-qüssəli.
Atalar yaxşı  deyib:  daş  qızlar bağrına 
H ər gecə yalqız yatar (77,  s.8).
Daşlı yol -  çətin yol,  ölümə gedən yol.
Ey könül,  sidq  ilə hər kim  şah  ilən yoldaş ola
Yüz  gərək  döndərməyə,  hər  necə  kim  yol  daş  ola  (150,
s.34).
Daş  səbirli -  səbri çox,  dözümlü.
Dindirərik  susar min-min diliylə
Dünyanın  daş səbri kimi səbir yox (260,  s.140).
Daş...ıııda  qovut  gətirmək  -  elə  bil  xarüqüladə  bir  iş 
görüb.
Daş..ı  şişmək  -  kişilər  haqqında  işlənir.  İncimək,  yaxud, 
haqsız olaraq birindən küsmək.
Daş  ürək -  mərhəmətsiz;.
M ənim daş ürəyim, yoxdur bir soran,
Analıq hissinə bəs necə qıydın? (328,  s.298).
184
Daş üstə daş qoymaq - bir iş görmək.
Yaşının otuzu qalıb arxada,
Hələ bir daş üstə daş qoymamısan.  (285).
Daş  vursan  toz  çıxar  -  nə  var  sənin  evində  -  sənin 
evində nə var? Heç nə yoxdu.
Daş vursan toz çıxar,  nə var sənin evində? (21,  s.624).
Davaçı  əl çəkib,  araçı  əl çəkinir -  ara qızışdıran  adamlar 
haqqında işlənir
Dayısının  yanırıda  işləyir  -şahlıq  zamanında  ölkəni 
işsizlik  folakəti  viranə  qoyduğu  zaman  bu  deyim  yaranmışdır. 
Harda işləyirsən? -Dayımın yanında!
-Dayın nə  iş görür?
-Xiyabanları  ölçür,  yəni  işsizdi.
Dedi  götün  ağırdır,  dedi  bu  daş,  bu  da  tərən   -  biri- 
birinə eyb  çıxardanda deyər ki,  sübut elə.
Dedi-qodu -  başqalarının  dalınca danışmaq.
Bura  sakitlikdir,  mən  də  uşaqlar  da,  dedi-qodu,  qanqaralıq 
nə  olduğunu bilmirik  (197,  s.150).
Dev  -  seçilmiş  adam,  nəhəng  şəxsiyyət.  İslam  hakimiyyəti 
dövründə  başqa dini  inancı olanlara da dev deyilirdi.
Dedim ulu Nazim, mavi gözlü dev.
Devin  canı  şüşədədir  -   hər  bir  qüdrətli  adamın  bir  zəif 
yeri  var.
Ey cavan, o  taxçada bir şüşə var,  bu  divin  canı  o  şüşədədir 
(148,  s.58).
Dev qulağına qurğuşun -göz dəyməsin.
Əmin  bir  müddət  idi  axşam  olan  kimi  yatırdı  və  deyirdi 
çırağı  söndürmə,  m ən  də  işıqda  yata  bilmirdim,  dev  qulağına 
qurğuşun.  İndi  o işi görmür (Əğdəs Haqverdi).
Deyən altına siçan uşaqdır -  səsi  çıxmır,  günah  iş görmüş 
kimi  sakit dayanıb.
Deyən  baş  xəbəri  gətirib  -  M əşhəd  türkləri  arasında  bu 
deyim  öz  sözünün  üstündə  durmaq,  düzlüyündə  israr  etmək 
mənasındadır.
Deyən toyu küllükdə çalınıb - çox tələsir.
185

D eyəsən sən ə qarğa beyni yedirdiblər?  -  ağlın  çatmır?
D eyəsən sənə qarğa beyni yedirdiblər? (129,  с.  I,  s.406).
Deyərsən  quş  lələyi  iistürıdə  yeriyir  -   çox  yavaş, 
ehtiyatla yerimək.
Deyərsən quş lələyi üstündə yeriyir  (84,  sl29).
Deyikli  -   kiçik  yaşından  evlənməsi  nəzərdə  tutulan 
uşaqlar.
Oğul,  qəm   yemə,  o  sənin  deyiklindir,  günü  sabah əminin 
yanma gedərəm,  icazə alaram,  toyunu edərik (46,  s.96).
Deyilən  söz  gələr  başa  -elin   sözü  axır-əvvəl  düz  olur 
(Ə.Saraçlı).
Deyirəm xala, deyir ana  -özünü tez itirən adama deyirlər.
D ədələrinin  qanı  qiyməti-  həddindən 
artıq  baha. 
Keçmişdə,  elə  bu  gün  də  İranda  bir  adam  kiminsə  qohumunu 
öldürəndə  böyük  məbləğdə  pul-qan  pulu  verməklə  barışır  və 
cinayət  məsuliyyətindən  azad  olur.  Buna  görə  qan  qiyməti  çox 
baha deməkdir.
Ya  da  bir  at  filan  qədərə  kirayə  eyləyib  pul  verəcəksən. 
Dədələrinin  qanı  qiyməti (203).
D ədənin  borcuna  vermək  -  birini  təhlükəli  vəziyyətdə 
qoyub  qaçmaq,  bir  yola,  bir  ideologiyaya  imanı  olmadan 
başqalarının dabanım çəkib ölümə vermək.
D ədəm   m ənə  kor  deyib,  gələn  gedəni  vur  deyib  -   kor 
burada,  ümumiyyətlə  türk  mifolojisində  pəhləvan,  yaxud  yer 
Allahı  mənasındadır.  Heç  kəsdən  qorxmayan,  heç  kəslə 
hesablaşmayan,  camaata əziyyət verən.  Mənfi çaları da var.
Dədəsini  dalına  sarımaq/  Dədəsini  dalına  şəlləm ək  -  
atasını yandıraram.
Lap dədəsini dalma şəlləyərəm  onun (9,  s. 191
D ədəsinin köhnə  borcuna  vermək  -  birini  təhlükəli  işə 
sövq etmək, xətərli iş dalısınca göndərmək.
Bir dənə  Hitler çıxar  ki,  20  milyon  adamı  verər dədəsinin 
köhnə borcuna.
D ədə  yağı  bəlləsi 
ən  bö yük  bəllə,  (çörəyə  pendir,  yağ 
sürtərlər ki, ona bəllə deyərlər.)
tüyimfari
Vəl sürənə ver dədə yağ bəlləsin,
Doxtur Abbas mərizlərin əlləsin (“Anamız Qaradağ”, s. 15). 
Dəfi dönmək -   taleyi dönmək.
Dağlar alır, nərə salır, nahəq kəsir dilləri
Dəfi  dönən,  çərxi  çönən  çağı  gözlə  gözlə  sən  (32,  c.II,
s.29).
Dəftəri qara gündə yazılmaq  -   talesiz.
Tənhayi qara gündə,
Oxuram qara gündə,
M ənim  əvvəl dəftərim,
Yazılmış qara gündə (59,  S.69).
Dəxil  düşmək  -  bir  müqəddəs  sayılan  yerə,  yaxud  bir 
adama sığınmaq, pənah aparmaq.
Bir kötükdür nə bərgi var, nə qolu,
Səddü-məbər edib kəsibdir yolu.
Dedilər bu çinarı  sanma zəlil,
Bu imamzadəyə düşübdür dəxil (168,  s.355).
Dələduz - fırıldaqçı,  oğru, əli əyri, hər şeyə göz dikən. 
Allah və din adından  hökm  verən bu müqəddəs dələduzlar 
zəhmətkeş  insanları  cənnət  vədəsi,  cəhənnəm   qorxusu  ilə 
aldadaraq  onları  düşünmək,  dərk  etmək  iqtudarından  məhrum 
edib diri ölülərə çevirmişlər ( A.Zamanov).
Dəli  damarı  tutmaq 
inadkarlıq  etmək,  bir  qələt  sözün 
üstündə durmaq.
Dəli-dəlini  görəndə  çomağını  gizlədər  -   iki  eyni 
xasiyyətli  adam yola gedər.
Dəli  dolu-  əli  açıq,  xeyirxah,  gücsüzləri  müdafiə  edən, 
hirsi  soyuyandan sonra yenə xeyirxahlıq edən
Dəli  inək  balasını  ayaqlayan  kimi  -   çox  qəzəblə, 
şüursuzcasına.
Molla  gördü  bu  hır-zır  qanmır,  bir  az  da  oyan-buyan 
danışsa,  dəli  inək  balasını  ayaqlayan  kimi  onu  ayaqlayacaq  (35, 
s.240).
Dəlikli  daş -  Araz  qırağında  Çayhərzən,  Miyab,  Böbre  və 
Vərzığanın  Əmr abad  kəndində  olan  dəlikli  daşlardan  ad
187

TüT^deyimhri
‘B e h ru ^ b ^
aparmaq  olar.  Köçəri  ellərimizdə  və  tibb  xidmətindən  məhrum 
kəndlərimizdə  göy  öskürək,  boğaz  ağrısı,  ürək  bulanması  olan 
uşaqları, 
sonsuz 
qadınları 
dəlikli 
daşlara 
aparıb 
şəfa 
istəyərmişlər.
Dəlikli  daş  qədimdə  günahkar  və  ya  məzlum  adamların 
pənah gahı  sayılırdı.  Aşıq  Cünun  öz  yerlərinə  getmək  üçiin 
Koroğludan  40  gün  icazə  istəyir.  Koroğlu  qəbul  edir.  Amma 40 
gün  qurtarır,  Aşıq  Cünun  qayıtmır,  Koroğlu  :  Aşıq  Cünun 
hayandasa,  tapın  gətirin,  o  dəlikli  daşa  da  girsə.,  Çənlibelə 
gətirilməlidir-deyir (  87,  s.6-9).
Dəlikli  muncuq  yerdə  qalmaz  -  ləyaqətli,  ərdəmli, 
bacarıqlı  adam sahibsiz qalmaz.
Dəlinin  nə  toyu  olsun,  nə  yası  -  nə  əyləncədə,  nə  də 
çətin gündə  özünü  aparmağı bilmir.
Dəlini  oynadarlar:  yamanından  ötəri  -  birini  təhqir edib 
əziyyət versələr söyüşünə də gərək tablaşasan.
Dəliyə  hel  ver,  əlinə  bel  ver  

  düşünməz  adama  həqsiz 
dayaq  dursan,  dünyanı  xaraba qoyar.
Deli  şeytan  deyir -  qəflətən bir fikrin ağıla gəlməsi.
Bii' gecə də dəli  şeytan,
Yurdumuza matəm qatdı  ( 353).
Dəli  yadına  daş  salmaq  -  təsadüfən  ağılsız  bir  adamın 
əlinə bəhanə  vermək.
Dəm ir ələ yapışır -  nəhayət soyuq,  şaxta.
Dəm ir  əsa  qılçan  ola,  dəmir  çarıq  nalcan  ola  -  nəzərə 
gə İmə yen zaman keçə.
Dəmirin  gedib,  ya  kömürün  -bir  zadı  həddindən  artıq 
baha satanda belə deyirlər.
Demir  ləbləbi-  türklərin  bir  hissəsi  qovrulmuş  noxuda 
ləbləbi deyirlər.
D əmir  ləbləbi  bəmin  noxudların  içində  olan  diş  sındıran 
noxudlara deyilir.  Dərdə dəyməyən adam
Dəm  vurmaq  -  yekə-yekə danışmaq,  boy demək.
Sən bizə  azadəlikdən dəm  vurub dil tökmə heç.
188
Çünki  biz  cəmıət  cəhənnəm  qorxusundan  uzağıq  (43,
s.26).
Dəni  dənlərdən,  suyu  göllərdən  -  başqalarının  hesabına 
hər şeyi havayı gələn.
Özü heç  bii’ əziyyət çəkmədən dolanmaq.
Dənizə  düşən  ilana  dolaşar  -  zor  durumda  qalan  adam 
nicat tapmaq  üçün hər şeyə əl atar.
D əngəsər -  bezdirmək,  boğaza yığmaq.
Mən demədimmi səno etmə bizi dəngəsər 
Cəmləşib xalq  haını  başını birdən əzər?(72, с.III, s.224). 
Dənləm ək -öldürmək; güllələmək, tutub dustaq  etmək. 
Azərbaycanın  ağır  yuxudan  diksinib  ayılan  aycınlarmın 
fədakarlığı  ilə  indi  bir  neçə  türk  dilində  ruznamə,  yaxud  kitab 
çıxmağına 
baxmayaraq, 
hakimiyyətin 
başında  yer  salan 
panfarsistlər fürsət axtarırlar ki,  bu türk aydınlarını  dənləsiıılər. 
Dərd  alıb qəm satmaq -  günü ah-vayla keçmək.
Ah  vaymar» günüm  keçib dünyada,
Dərd  alıb  qəm  satıb  n əf eyləmişəm (32, c.II,  s.9).
Dərdə  düşmək  -  gecə-gündüz  tikiı  çəkmək,  əlacsız  bir 
vəziyyətə  düşmək; xəstələnmək.
Su gəlir bəndər-bəndər,
Dağlardan qarı  əııdər.
Dərmansız dərdə  düşdüm,
Al  dərmanı,  tez göndər (59,  s.180).
Qateq  daşar,  Kür daşar,
Çıxıb  körpüdən  aşar,
Bən dərdimi  danışsam,
Dağlar,  daşlar ağlaşar (59,  S. 181).
Dərd əymək - pis  günə qoymaq.
Dərd əydi,
Dərman əydi,  dərd əydi 
Dərmana gedən təbib,
Gəl,  xəstəmi dərd  əydi (59,  S.67).
Dərdə salmaq -  eşqə  düşmək,  xəstəliyə  düşmək.
Yaralı yaram nədir,
189

H ir^ /eyim bri
Q əm  ilə aram nədir,
Bu dərdə sən salıbsan,
Ç əkm əsəm  çarəm  nədir? (59, S..65).
Dərdi  dərdə  qatmaq  -  dərdli  adamın  dərdini  bir  adama 
danışması, ürəyini boşaltması.
Yaralıyam yatmaram,
H ərfə qələt qatmaram.
M ənim  dərdim  özgədir,
Heç dərdlərə qatmaram (59,  s. 137).
Dərdinə dərd qatmaq -  dərdini artırmaq.
K ərəm  deyər:  qəmə batam,
Bir dərdim ə yüz dərd qatam (35,  s.558).
Dərdim  dəftərə yazmaq -  dərdim  çoxdur.
Yazıram yadigar qala dünyada,
Dərdimi d əftərə yaz indən belə.
Əldə  qələm  yazan oğlan,
O dəftərə məni də  yaz!
D ərədən təpədən danışmaq  -  hər yerdən danışmaq 
Qış  mövsümü  axşam  çağı  idi,  ilk  dəfə  Oxtay Əlirza Nabdil 
ilə  tanış  oldum.  O  məndən  lirik  şerlər  kitabımı  istədi.  Üç  gün 
sonra  gün  batana  yaxın  bizə  gəldi,  oturub  çay  içdik,  dərədən, 
təpədən  danışdıq (353)..
D ərə  xəlvət  tülkü  bəy  /  dərə  xəlvət  tülkü  şah-  siyasi 
mənada  da  işlənir.  Bacarıqlı,  ləyaqətli  adamları  aradan  çıxarıb 
onların yerində  ləyaqətsiz,  bacarıqsız adamların ağalıq etməsi.
M əsəl  vardır  ki,  dərə  xəlvət  oldu,  tülkü  şah  olar.  Seyid 
Ziyaəddin  də  vəziyyətin  xarablığını  və  böhranın  davam 
tapmasını  görüb  məmləkəti  xəlvət  nəzərə  gətirib  səltənət 
fikrinə düşüb ( S.C.Pişəvəri,  “Həqiqət” qəzeti,  1922,  №96).
Dərgah  qapısı  açıq  olanda  köpəyin  yuxusu  gələr  -  
kasıbın bəxti olmaz.
D ərgah  qapısı  açıq  olanda  köpəyin  yuxusu  gələr  (335, 
s.186).
Dəridən-boğazdan  çıxmaq  ■■  əlindən  gələn  hər  şeyi 
etmək; öz mənafeyi üçün hər bir əskikliyə dözmək.
190
‘Behruz  ybqtfi
Qurbanəli  bəy  nahaq  yerə  yaltaqlıq  etmir,  öz  şəxsi 
mənafeyi üçün dərisindən çıxır.
Dəridən,  qabıqdan  çıxmaq  -  əlindən  gələn  hər  şeyi 
eləmək.
Milli  azadlığın  düşməni  olan  boşboğaz  paniranistlər 
dəridən-qabıqdan  çıxırlar  ki,  türklərin  soy-kökünü  bir  gün 
monqollara,  bir  gün  də  guya  farsın  bir  ləhcəsi  olan  azəri  dilinə 
bağlasınlar.
Dəridir,  dürüdür,  ərimdir  -  hər  nə  nöqsanı  da  olsa, 
mənim ömür-gün yoldaşımdır.
Dəridir, dürüdür ərimdir,
Əyridir, üyrüdür, ərimdir.
Dərin adam -  düşüncəli, dözümlü.
Sən  məndən ürəklisən,
Sən məndən bir az dəriıı.
Dərin  çay  səssiz  axar  -savadlı,  dərin  düşüncəli  adam 
qışqır-bağır  salmaz
D ərisi/ gönü  qalın-  anlamaz.
Biz ağ yalanlara çox uymuşuq,  çox,
Deməyin dərisi  qalına vay-vay (328,  s.366).
Dərisi üstündə yanmaq -  bir dəri, bir sümük olmaq.
D əriyə  saman  təpmək  -   keçmişdə  cəza  növü  olub.  İndi 
də hədə  ilə  ağır hədə-qorxu mənasında işlənir.
Sən öləsən, dərinə  saman təpərəm  (148,  s. 116).
Prokopyiisun  əsərlərində  qeyd  olunmuşdur  ki,  neço  dəfə 
Xosrovun(  paniranist  və  panfarsistlər  tərəfindən  yazılan  tarixdə 
Ənuşirəvaııi-Adil  adlanır-B H.)  əmri  ilə  günahkarların  dərisini 
soyub saman təpərdilər (346,  s.604).
Əmr  edib  dedi,  bu  saat  dərvişin  dərisinə  saman  təpin  (46, 
s.205).
Birdən gələr məni burada görər, dərimə  saman təpər (129, 
c.I,  s.40).
D ərisinə sığmamaq-  çox kökəlmək,,  özünü çəkmək.
Piy lend ikcə göbəklərindəkiqatlar,
Dərisinə sığmayan  bürokratlar (337,  c.I,  s. 114).
191

Hir^deymhn
H ər  görən:  bunlara  nə  veribsən  ki  dərilərinə  sığmırlar 
deyirdi (298,  s.33).
Dərisini boğazından  çıxartmaq -  ağır cəzalandırmaq. 
Olsa qumaz nə qədər bir tülkü 
Boğazından çıxacaqdır dərisi(75, c.lV,  s.85).
Dərviş -  alçaq könül;  dünyanın  mal-dövlətinə aldanmayan, 
kiçiyə-böyüyə hörmət qoyan.
Qoyun  kimi  qabaqda  gedən  hər  bir  fırıldaqçı,  dınçi  və  ya 
başqa təfəkkürdə  oları adamın qulu olmaq.
Dəryada daşa dəymək -  uğursuzluq.
Dəryada gəm im  dəydi daşa,  sındı,  dağıldı
Ü zdüm  yenidən doğma gözəl sahilə düşdüm (30, №24).
D əstbədəst olmaq -  əlbəəl, tez tələb etmək.
Ə gər şairsən,  gəl eyləm ə bəhs,
Bii' sözünə min söz deyim dəstbədəst ( Ələsgər). 
Dəstəlatsız - əlsiz-ayaqsız.
Deyərlər quşlar içrə  dəstəlatsız hacıleyləkdir.
Bu  acizlikdə  ney lirsən,  ilan  udmaqda  zirəkdir  (168, 
s.323).
Nc  bədəndə  su  qalıb  işləməyə,
D əstəlat yox gedə bazarə,  bağa (168,  s.29).
Dəryada  balıq  sövdası  -  bir  işə  hazırlaşmamış  onun 
nəticələrindən  danışmaq.
Mən  aşıq  dəm ə  qoymuş,
Dem  əhli dəm ə qoymuş 
Dii yü sünü bul m am ı ş,
Çilovu dəm ə  qoymuş (59,  S. 196).
O,  dəryada balıq  sövdasına oxşayır (1,  s.227).
Dəryada  boğulan  saman  çöpündən  yapışar  -   bir  adam 
yaman günə düşsə, hər kiçik imkandan istifadə edər.
Dəryada boğulan saman çöpündən yapışar (77,  s.  20). 
Dəryaya daş  atmaq  - faydasız bir iş görmək.
İstir  bulanıq  sudan  balıq  tutsun,  amma  bilmir  hər  suyu 
bulandırmaq olmaz (21,  s.63).
D əyənək - quru, kobud, heykəlli adam.
192
Heftruz  jhhqcji
Tür^dafmhri
Dəymişin  dura-dura  kalın  tökiilər  -   ağır,  gözlənilməz 
söz deyərəm.
İbişli:  Sənə  də  bir  gəliş  gələrəm   ki,  dəymişin  dura-dura 
kalın tökülər (9,  s. 155).
Dəvəçi  ilə  dost  olanın  darvazası  gen  gərək  -  ağır  işə 
girənin böyük səbri gərək ola.
Böyük  ailə  ilə  dost olanın  gərək böyük xərclərə do davamı
ola.
Dəvəçi  məhəlləsi  yaxşı  yerdi,  amma  ipəkçilər  gedib 
inəkçilər  qalıb  -  yaxşı  kişilər  yaxşı  atlara  minib  getdilər  -
ipəkdən  mənzur kültürlü,  düşüncəli  adam  və  inəkçidəıı  məıızur 
geriçi və kültürsüz adamdır.
Dəvəçiyə it hürməsi -  it hürər, karvan keçər.
Buna dəvəçiyə  it hürməsi deyirlər (129, c.I,  s.491).
Dövə (dəvə)dama çıxmaz - hər kəs gərək öz yerini  bilə.
Dəvə dəllalı -  “daylaq”  sözü  assimilyasiya  üzündən dəllal 
sözünə  çevrilmişdir.  Ümumiyyətlə,  yekəpər,  uzun  yöndəmsiz 
adama deyilir.  Əslində dəvə daylağı,  yəni dəvənin  bir illik balası 
deməkdir.
Dəvə  dəlləklik  edər,  köhnə  hamam  içində  -  dərə  xəlvət 
,  tülkü bəy.
Dəvə  dəlləklik edər,  köhnə  hamam içində  (148,  S.32).
Dəvə dəlləyi  -  bədqafıyə,  həddindən  artıq uca.
Dəvədən  yıxılıb  höt-hötümi  yerə  qoymur-  özünü 
sındırmır.
Dəvədən yıxılıb  genə lıöt-hötündən  qalmır (103,  s.7).
Dəvə  dəvədən  başlamaq  -hər  şeyin  ən  bahasından 
yapışmaq  (Tərtər).
Dəvə  gördün  görmədin-  dəvə  gördün,  qığın  da  görmə­
dim   -  heç  nə  görməmişəm,  hər  nə  bildim,  bilmirəm  desən 
yaxşıdır.
Tacir  sağ  ol  ki,  məni  ölümdən  qurtardın,  ancaq  dəvə 
gördüm,  qığın görmədim (46,  s.276).

Birinci  sərhəng  yalvarmağa  başlayır:  “Ey  cavanlar,  bizim 
günahımız  yoxdur,  çamadandakı  bu  pullar  da  sizin  olsun,  dəvə 
gördün,  görmədim,  bir daş altda bir daş üstdə” (77,  s.22).
D ə  və  handa,  xəlbir lıanda  -  bir  şeyi  inkar  eləmək,  əli  ilə 
aldığı  borcu danmaq.
Molla  bir  arvaddan  yüz  manat  əl  borcu  alır,  il  tamamında 
arvad  gəlib  molladan  pulunu  istəyir.  Molla  deyir:  dəvə  handa, 
xəlbir handa (43,  s.429-430).
D əvə  kimi  dalıya  işəmək  -  işlərində  tərəqqi  olmayan, 
böyüdükcə düşüncə səviyyəsi aşağı  düşən.
D əvəni  çömçə  ilə  suvarmaq  -  çox  yeyimcil  və  ya  susuz 
olan  adama  balaca  bir  qabda  yemək  və  ya  su  verən  zaman  bu 
deyimi  işlədirlər.  Böyük bir tələbatın qabağında az şey vermək.
-Elə  bir şüşə? Dəvəni çömçə ilə  suvarırsan? (298,  s.44).
D əvəni  satan  köşək ala  bilm əz -  vəziyyət olduqca  pisdir, 
hər zad günbəgün bahalaşır.
D əvəni  yükü  ilə  sarvanı  s..i  ilə  yeyən  adam  --  nəhayət 
dərəcədə  utanmaz,  tamahkar,  alıb verməyən.
D əvəsi ölmüş ərəb - hər şeyini əldən vermiş adam.
D əvəyə şüşəki nə edər?  - qanmaz və gönü  qalın  adam  hər 
təhqiri qəbul edər.
D əvəyə  şüşəki nə edər?  (21,  s.79).
D əvə/ fil qulağında yatıb -  dünyadan xəbəri yoxdu.
Ədə,  get  ədə,  özünü  də  elə  key  yerinə  qoyur  guya,  dəvə 
qulağında yatıb,  dünyadan xəbəri yoxdur (9,  s. 186).
D əvənin  quyruğu yerə dəyəndə ■ heç  vaxt.
Gözlə  dəvənin  quyruğu  yerə  dəyincəyə  qədər,  daş 
göyərənə  qədər (103,  s.8).
Dəvənin  ölüsü  sarvana  bir  yükdür  -  dəvə  bir  zamanlar 
çox böyük  dəyərə  malik  idi,  bununla belə  ölü dəvə karvan üçün 
arzuolunmaz  bir  yük  idi.  Dirisi də,  ölüsü də  sarvan üçün  böyük 
bir faciədir.
D əvə  öldü,  eşşək  zülümə  düşdü  -   böyük  bir  adamın 
yükünün  kiçik bir adamın  boynuna düşməsi
D əvə  öldü,  eşşək zülümə düşdü (103,  s.73).
194
ЪгЬш  Məqtli
Tur)
Dəvəyə dedilər boynun əyridir,  dedi haram düzdür ki  -
çoxlu eybi olan adama bir eybini deyəndə  bununla cavab verir.
Dəyiıb  keçmək  -keçmişdə  ağır  vəziyyətə  rast  gəlsə  də, 
indi onun əsəri qalıb.
Dəyirman  - boş ev
Çalış,  ək biç,  aparsın bəy,  evin qalsın  dəyirman tək,
Ayılma  həqqi  qanma,  xəbərdar  olma  insan  tək  (267, 
s.245).


Поделитесь с Вашими друзьями:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə