Azərbaycan Respublikası Səhiyyə Nazirinin
19 sentyabr 2012-ci il tarixli 70 nömrəli
əmri ilə təsdiq edilmişdir.
Həkim-epidemioloqun nümunəvi vəzifə
T Ə L İ M A T I
I. Ümumi müddəalar
1. Bu vəzifə təlimatı həkim-epidemioloqun vəzifə öhdəliklərini, hüquq və
məsuliyyətini müəyyən edir.
2.
Həkim-epidemioloq vəzifəsinə baza ali tibb təhsili olan şəxs təyin edilir.
Respublika mərkəzlərində, Elmi-tədqiqat institutlarının klinikalarında, klinik
xəstəxanalarda ali tibb təhsili olan və qanunvericiliklə müəyyən edilmiş qaydada
“epidemiologiya” ixtisası üzrə peşə hazırlığı keçmiş, ixtisası üzrə ən azı 2 il əmək
stajına malik şəxs təyin edilir.
3. Həkim-epidemioloq Azərbaycan Respublikasının qüvvədə olan
qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin olunur
və vəzifədən azad edilir.
4. Həkim-epidemioloq bilavasitə şöbə müdirinin tabeliyində fəaliyyət
göstərməklə tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur.
5. Həkim-epidemioloq aşağıdakıları bilməlidir:
5.1.Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının
səhiyyə qanunvericiliyinin Əmək Məcəlləsinin əsaslarını;
5.2.səhiyyə müəssisələrinin, o cümlədən dövlət sanitariya-epidemioloji
xidmətin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;
5.3. sosial gigiyenanın əsaslarını və sanitariya-epidemioloji xidmətin təşkilini;
5.4. sanitariya qanunvericiliyini, sanitariya epidemioloji xidmətin fəaliyyətinin
hüquqi əsaslarını;
5.5. sanitariya-epidemioloji xidmətin işinin planlaşdırılması prinsiplərini, forma
və metodlarını;
5.6. təşkilati-sərəncamçı sənədləri, kargüzarlıq qaydalarını;
5.7. laboratoriyanın işinin təşkilini;
5.8. gigiyenik tərbiyənin və sağlam həyat tərzinin formalaşdırılmasının məqsəd
və vəzifələrini, forma və metodlarını;
5.9. inkişaf edən orqanizmin anatomik-fizioloji, yaş və cinsi xüsusiyyətlərini,
orqanizmdə patoloji proseslərin baş vermə səbəblərini və onların inkişafı
mexanizmini;
5.10. tədqiqatın epidemioloji, statistik, laborator və instrumental metodlarını;
5.11. epidemiologiyanın ümumi qanun və meyarlarını, yoluxucu xəstəliklərin
bioekoloji xarakteristikasını, epidemiologiyasını və onun inkişafına təsir edən amilləri;
5.12. epidemiya əleyhinə tədbirlər sistemini, yoluxucu xəstəliklərin
profilaktikası prinsiplərini və aradan qaldırılması yollarını;
2
5.13. profilaktik və sağlamlaşdırıcı tədbirlərinin təşkili və aparılmasını;
5.14. xəstəxana və ambulator-poliklinika, təcili tibbi yardım və digər müalicə
profilaktika idarələrində, uşaq-yeniyetmə müəssisələrində müalicə-profilaktika
yardımının təşkilinin əsaslarını;
5.15. dispanserizasiyanın nəzəri əsaslarını, prinsip və metodlarını;
5.16. tibbi fəaliyyətin hüquqi aspektlərini;
5.17. insan orqanizminin orqan və sistemlərinin funksional vəziyyətinin kliniki,
instrumental və laboratoriya diaqnostikasının ümumi prinsiplərini və əsas üsullarını;
5.18. yoluxucu xəstəliklərin və digər əsas xəstəliklərin etiologiyasını,
patogenezini, kliniki simptomlarını, klinikasını və kompleks müalicəsinin ümumi
prinsiplərini;
5.19. yoluxucu xəstəliklərin və digər əsas xəstəliklərin profilaktikası,
diaqnostikası, müalicəsi və reabilitasiyası üzrə müasir üsulları;
5.20. qüvvədə olan epidemiologiya sahəsi üzrə normativ-hüquqi, metodiki-
təlimat sənədlərini;
5.21. tibbi sənədlərin tərtibini, o cümlədən məlumatların yoluxucu xəstəliklərin
elektron müşahidə sisteminə (YXEMS) daxil eidilməsini ;
5.22. epidemioloji xidmətin fəaliyyətinin planlaşdırılmasının və hesabatlarının
prinsiplərini
5.23. xəstəliklərin immunoprofilaktikasının əsaslarını, qeydiyyat və
hesabatların prinsiplərini;
5.24. kompyuter və digər müasir informasiya texnologiyaları vasitələri ilə
işləməyi;
5.25. xəstənin həyatı üçün təhlükə zamanı təxirəsalınmaz tibbi yardımın
göstərilməsi qaydalarını;
5.26. mülki müdafiənin tibb xidmətinin təşkili və fəaliyyəti məsələlərini;
5.27. sanitariya-maarifləndirmənin əsaslarını;
5.28. daxili əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik
texnikası və yanğına qarşı mühafizə qayda və normalarını bilməlidir.
II.
Vəzifə öhdəlikləri
6. Həkim-epidemioloq müasir laborator və ətraf mühitə nəzarət metodlarından
istifadə etməklə sanitariya-epidemioloji tədqiqatlar aparır.
7. Sanitariya qaydalarına, gigiyena normativlərinə riayət edilməsinə, sanitariya
gigiyena və epidemiya əleyhinə (profilaktik) tədbirlərin təşkili və aparılmasında
iştirak edir.
8. Əhali arasında yoluxucu xəstəliklərin baş verməsi, yayılmasının səbəbləri və
şəraitlərini müəyyən edir.
9. Sanitariya-epidemioloji salamatlığın təmin olunmasının məqsədli
proqramlarının işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir.
10. Sanitariya-epidemioloji salamatlığın təmin olunması sahəsində ərazilərin
sosial-iqtisadi inkişafı proqramlarının layihələri üzrə təkliflərin hazırlanmasında iştirak
edir.
3
11. Sanitariya-epidemioloji ekspertizanın, araşdırma, müayinə, tədqiqat, sınaq,
eləcə də mikrobioloji və digər qiymətləndirmə növlərinin təşkilində iştirak edir.
12. Əhalinin gigiyenik tərbiyəsi üzrə işi təşkil edir. Sosial-gigiyenik
monitorinqin aparılmasında iştirak edir.
13. Öz ixtisası üzrə sanitariya-epidemioloji rəylər verir.
14. Başqa bölmələrin həkimlərinə öz ixtisası üzrə məsləhət yardımı göstərir.
15. Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir, öz vəzifə
öhdəliklərinin yerinə yetirilməsində onlara köməklik edir.
16. Cihaz və avadanlıqların istismarının düzgünlüyünə, orta və kiçik tibb heyəti
tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə
nəzarət edir.
17. Tibb heyətinin bilik səviyyəsinin artırılması üzrə məşğələlərin aparılmasında
iştirak edir.
18. Öz işini planlaşdırır və iş fəaliyyətinin göstəricilərini təhlil edir.
19. Yoluxucu xəstəliklərin profilaktikası üzrə tədbirlər planını tərtib edir və
həmin plan əsasında fəaliyyət göstərir.
20. Yoluxucu xəstəliklərin aşkar edilməsinə, qeydiyyatına və hesabatına nəzarət
edir və müvafiq sənədləşmənin aparılmasını təmin edir.
21. Fəaliyyət göstərdiyi ərazi üzrə baş verən yoluxucu xəstəliklər barədə
məlumatların (təcili bildirişlərin) vaxtında qəbul edilməsini təmin edir və vaxtında
verilməsinə nəzarət edir.
22. Təcili bildirişin alındığı vaxtdan ən geci 24 saat ərzində, xüsusi təhlükəli
yoluxucu xəstəliklər, kütləvi yoluxucu xəstəliklər və qida zəhərlənmələri, ictimai
səhiyyə sahəsində fövqəladə hallarda təcili olaraq yoluxucu xəstəlik ocaqlarında
epidemioloji təhqiqat aparır və xəstəlik ocağında epidemiya əleyhinə tədbirləri təşkil
edir.
23. Zəruri hallarda xəstəlik ocağının ləğvi üçün tədbirlər planı hazırlayır və
epidemiya əleyhinə tədbirlərin həyata keçirilməsini təşkil edir.
24. Yoluxucu xəstəliklərin mütəmadi analizini aparmaqla xəstəliklərin baş vernə
və yayılma səbəblərini öyrənir və tədbirlərin görülməsi üçün cavabdeh orqan, idarə və
müəssisə rəhbərləri və şəxslər qarşısında məsələ qaldırır və təkliflər verir.
25. Yoluxucu xəstəliklərə dair əmrlərin, təlimatların, metodik göstərişlərin
yerinə yetirilməsi üçün icrası zəruri olan göstərişlər və təkliflər verir və icrasına
nəzarət edir.
26. Xəstəliklərin immunoprofilaktikasının planlaşdırılmasında iştrak edir,
immunoprofilaktika tədbirlərini təşkil edir, bu istiqamətdə tibb işçilərinə metodik
köməkliyi təmin edir və immunoprofilaktika işlərinin səmərəli aparılmasına nəzarət
edir.
27. Tibb müəssisələrində, uşaq kollektivlərində tibb alətlərinin və avadanlığının
düzgün sterilizasiyası və dezinfeksiya edilməsinə nəzarəti və bu sahədə metodiki
köməkliyi təmin edir.
28. Yoluxucu xəstəliklərin profilaktikası üzrə əhalinin maarifləndirilməsi
işlərinin təşkilində və həyata keçirilməsində iştirak edir.
29. Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında
və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.
4
30. Həkim etikasının qayda və prinsiplərinə riayət edir.
31. Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını, eləcə də öz peşə
fəaliyyəti üzrə normativ hüquqi aktları peşəkar səviyyədə və vaxtında icra edir.
32. Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına,
sanitariya-epidemioloji rejimə riayət edir.
33. Mülki müdafiə işlərinin təşkilində və həyata keçirilməsində iştirak edir.
34. Mütəmadi olaraq öz ixtisasını artırır.
III.
Hüquqları
35. Həkim-epidemioloqun aşağıdakı hüquqları vardır:
35.1 Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi ilə verilmiş, özünə
aid olan səlahiyyətlərdən tam istifadə etmək
35.2. dövlət sanitariya-epidemioloji nəzarətinin təkmilləşdirilməsi, özünün
əmək fəaliyyətinin təşkilinin və şəraitlərinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər
vermək;
35.3. öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət
etmək, göstərişlər vermək və onlardan dəqiq icra tələb etmək, onların
həvəsləndirilməsi və tənbeh edilməsi üzrə rəhbərliyə təkliflər vermək;
35.4. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri tələb etmək, əldə etmək və istifadə etmək;
35.5. onun işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik
konfranslarda və müşavirələrdə iştirak etmək;
35.6. qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə
təkmilləşdirmə kurslarında iştirak etmək;
35.7. müəyyən olunmuş qaydada sertifikasiyadan keçmək;
35.8. müəyyən olunmuş qaydada ixtisas kateqoriyası almaq məqsədilə
attestasiyadan keçmək.
36. Həkim-epidemioloq Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
olaraq bütün əmək hüquqlarından istifadə edir.
IV.
Məsuliyyəti
37. Həkim-epidemioloq aşağıdakılara görə məsuliyyət daşıyır:
37.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata
keçirilməsinə;
37.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-
hüquqi aktların tələblərinin vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə;
37.3. daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına
riayət edilməsinə;
37.4. qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər
xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;
37.5. öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş
qaydada təqdim edilməsinə;
5
37.6. ona tabe işçilərin icra intizamına və vəzifə öhdəliklərinin yerinə
yetirilməsinə;
37.7. tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə və müəssisədə olan digər
şəxslərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya
qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında
məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər həyata keçirilməsinə görə
məsuliyyət daşıyır.
38. Həkim-epidemioloq əmək intizamının, qanunvericilik və normativ-hüquqi aktların
pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, hərəkətin ağırlıq dərəcəsindən
asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər.
Dostları ilə paylaş: |