Hərbi-həkim ekspertizası haqqında Əsasnamə



Yüklə 1,93 Mb.
səhifə18/21
tarix26.11.2016
ölçüsü1,93 Mb.
#223
1   ...   13   14   15   16   17   18   19   20   21

 

«a» bəndinə aşağıdakılar aiddir:

müalicənin nəticələri qeyri-qənaətbəxş olduqda və ya ondan imtina edildikdə, standart hərbi geyim forması, ayaqqabı və ya sursat gəzdirilməsinə mane olan və ya oynaqlarda hərəkəti mühüm dərəcədə məhdudlaşdıran, boyun, gövdə və ətraf nahiyələrində özündən altdakı toxumalarla bitişmiş, xoralaşan və ya asan yaralanan və tez-tez xoralaşan iri kelloid, hipertrofik çapıqlar;

dəri səthinin 20 faiz və daha çox hissəsini əhatə etmiş və ya böyrəklərin amiloidozu ilə fəsadlaşmış dərin yanıqlardan sonrakı hallar.

«b» bəndinə aşağıdakılar aiddir:

müalicənin nəticələri qeyri-qənaətbəxş olduqda və ya ondan imtina edildikdə, oynaqlarda hərəkətləri mülayim dərəcədə məhdudlaşdıran və ya standart hərbi geyim forması, ayaqqabı və ya sursat gəzdirilməsini xeyli çətinləşdirən, xoralaşmayan kelloid, hipertrofik və atrofik çapıqlar;

müalicənin nəticələri qeyri-qənaətbəxş olduqda və ya ondan imtina edildikdə, üzü eybəcərləşdirən çapıqlar;

aşağı ətrafın dəri səthinin 50 faizinin və daha çox hissəsinin dərin yanıqlarının nəticələri.

«c» bəndinə aşağıdakılar aiddir:

oynaqlarda hərəkətləri cüzi dərəcədə məhdudlaşdıran və ya standart hərbi geyim forması, ayaqqabı və ya sursat gəzdirilməsini cüzi dərəcədə çətinləşdirən, uzunmüddətli yeriş və digər fiziki gərginlik zamanı xoralaşmayan elastik çapıqlar;

yuxarı ətrafın dəri səthinin 70 faizdən çox hissəsinin plastikası ilə dərin yanıqlarının nəticələri.

Oynaqlarda hərəkətlərin həcmini qiymətləndirərkən 2 nömrəli cədvələ əsaslanmaq lazımdır.

Kauzalgiya əlamətləri ilə müşayiət olunan çapıqların uğursuz cərrahi müalicəsindən sonra qərar «Xəstəliklər cədvəli»nin 26-cı maddəsi üzrə çıxarılır.

Gözlərin, əllərin və ya ayaqların zədələnməsi ilə müşayiət olunan yanıqların və ya donvurmaların nəticələri olan şəxslər «Xəstəliklər cədvəli»nin müvafiq maddələri üzrə şəhadətləndirilirlər.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

85

Dərmanlarla və bioloji maddələrlə zəhərlənmələr, qeyri-tibbi təyinatlı maddələrin toksiki təsiri; xarici amillərin (radiasiyanın, aşağı, yüksək temperatur və işığın, havanın və ya suyun yüksək təzyiqinin, digər xarici amillərin) təsiri:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması ilə

C

C

C və ya B FƏRDİ

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

C

C

B

 

Bu maddə dərmanlarla, RYK və digər toksiki maddələrlə zəhərlənmələrin, EMS-nin, lazer şüalarının, ionlaşdırıcı şüalanmanın, digər xarici amillərin kəskin və ya xroniki təsirinin, allergik reaksiyaların nəticələrini nəzərdə tutur.

Şüa xəstəliyi keçirmiş hərbi qulluqçuların şəhadətləndirilməsi zamanı təkcə periferik qanın tərkibindəki dəyişikliklər yox, xəstəliyin digər kliniki təzahürləri də nəzərə alınır. Çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçularda keçirilmiş I dərəcəli şüa xəstəliyindən, «Xəstəliklər cədvəli»nin III qrafası ilə şəhadətləndirilən hərbi qulluqçularda keçirilmiş II dərəcəli şüa xəstəliyindən sonra cüzi qalıq təzahürləri olduqda, şəhadətləndirilmə «Xəstəliklər cədvəli»nin 86-cı maddəsi üzrə keçirilir.

Heç bir patoloji nəticə qalmadan kəskin şüa xəstəliyi keçirmiş şəxslər «c» bəndi üzrə şəhadətləndirilirlər.

RM və İŞM-lə işləyən və illik yol verilən doza həddindən 5 dəfə çox şüalanma almış hərbi qulluqçular stasionar müayinəyə göndərilirlər. Şüa xəstəliyinin əlamətləri olmadıqda, çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular «c» bəndi üzrə RM və İŞM-lə işə yararsız hesab edilirlər. «Xəstəliklər cədvəli»nin III qrafası ilə şəhadətləndirilən hərbi qulluqçuların RM və İŞM-lə işə yararlılığı fərdi qaydada təyin edilir.

Hərbi qulluqçulara təminat normaları üzrə verilən əsas ərzaq məhsullarına kliniki təzahürlü qida allergiyasından (stasionar müayinə ilə təsdiq olunmuş) əziyyət çəkən şəxslər «b» bəndi üzrə şəhadətləndirilirlər. Digər allergiya xəstəlikləri (övrə, pollinoz, allergik rinitlər, dermatitlər və s.) olduqda, zədələnmiş orqanın və ya sistemin funksiyalarının vəziyyətindən asılı olaraq şəhadətləndirilmə «Xəstəliklər cədvəli»nin müvafiq maddələri üzrə keçirilir.

Kəskin zəhərlənmələrdən, toksiko-allergik təsirlərdən, kəskin allergik xəstəliklərdən (anafilaktik şok, zərdab xəstəliyi, Layel, Stivens-Conson sindromları), digər xarici amillərin təsirindən sonra hərbi xidmətə və hərbi-uçot ixtisası üzrə xidmətə yararlılıq kateqoriyası, xəstəliyin nəticəsindən və zədələnmiş orqan və ya sistemlərin funksiyalarının pozulma dərəcəsindən asılı olaraq «Xəstəliklər cədvəli»nin müvafiq maddələri üzrə təyin edilir.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

86

Xəstəliklərin, yaralanmaların, travmaların, zəhərlənmələrin, xarici amillərin digər təsirlərinin nəticələrinin müalicəsindən sonra sümük-əzələ sisteminin, birləşdirici toxumanın, dərinin, dərialtı toxumanın müvəqqəti funksional pozulmaları

Ç

Ç

Ç

 

Oynaqların kəskin iltihabi xəstəliklərini keçirmiş, «Xəstəliklər cədvəli»nin I qrafası üzrə şəhadətləndirilən şəxslər müalicə bitdikdən sonra 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar. Oynaqların iltihabi xəstəliklərinin kəskin formalarını keçirdikdən sonra 6 ay müddətində iltihab əlamətləri olmadıqda, onlar hərbi xidmətə yararlı hesab edilirlər.

Hərbi qulluqçulara xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi haqqında qərar o hallarda çıxarılır ki, stasionar müalicə qurtardıqdan sonra iltihabın kliniki və laborator əlamətləri olmasın, fiziki yükdən sonra oynaqlarda mülayim, keçib gedən ağrı hissləri saxlanılsın və hərbi xidmət vəzifələrini icra etmək qabiliyyətinin bərpası üçün 15 gün və daha artıq müddət tələb olunsun.

Sümüklərdə və oynaqlarda cərrahi əməliyyatlardan, vətərlərin (əl və ayaq barmaqları vətərlərindən başqa) plastikasından və ya tendolizindən sonra hərəkətlərin müvəqqəti məhdudlaşması, sümüklərin sınıqlarından sonra bərkiməmiş sümük döyənəkləri olduqda, hərbi qulluqçulara xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi haqqında qərar o hallarda çıxarılır ki, hərbi xidmət vəzifələrini icraetmə qabiliyyətinin bərpası üçün 15 gün və daha artıq müddət tələb olunsun.

Borulu sümüklərin sınıqlarının nəticələrinin müalicəsi qeyri-qənaətbəxş olduğu hallarda, xəstəliyə görə məzuniyyət verilməsi haqqında qərar çıxarılmır. Bu zaman, «Xəstəliklər cədvəli»nin 82-ci maddəsinin «a», «b» və ya «c» bəndi üzrə hərbi xidmətə yararlılıq kateqoriyası müəyyən edilir.

Əlin, ayağın xırda sümüklərinin və topuqların sınıqları olduqda, «Xəstəliklər cədvəli»nin II qrafası üzrə şəhadətləndirilənlərə xəstəliyə görə məzuniyyət verilməsi haqqında qərar çıxarılmır. Belə hallarda, stasionar müalicə başa çatdıqdan sonra aparılacaq zəruri müalicə tədbirləri göstərilməklə, hərbi xidmət vəzifələrinin icrasından azad edilmə haqqında qərar çıxarılır. Müharibə dövründə bu hərbi qulluqçular sağalanların taboruna (komandasına) göndərilirlər.

Sınıq bitişdikdən sonra borulu sümükdə ştift (lövhəcik) qalmışsa, «Xəstəliklər cədvəli»nin I qrafası üzrə şəhadətləndirilənlər, onun çıxarılması üçün 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Cərrahiyyə əməliyyatından imtina edildikdə, şəhadətləndirilmə «Xəstəliklər cədvəli»nin 82-ci maddəsi üzrə keçirilir.

Fəqərələrin köndələn, tinli çıxıntılarının sınıqlarından, ştiftin, lövhəciyin və digər konstruksiyaların çıxarılmasından sonra hərbi qulluqçuların azad edilməsi haqqında qərar çıxarılır.

Xırda sümüklərin stasionar müalicə tələb etməyən fəsadlaşmamış qapalı sınıqlarında «Xəstəliklər cədvəli»nin III qrafası üzrə hərbi qulluqçuları, məzuniyyət verilməsinin və ya azad edilmənin zəruriliyi haqqında qərar çıxarmaqla, ambulator qaydada şəhadətləndirməyə icazə verilir.

Borulu və digər sümüklərin yalnız gips sarğısı ilə immobilizasiya tələb edən fəsadlaşmamış qapalı sınıqlarında sümük döyənəyi əlamətləri yarandıqdan sonra «Xəstəliklər cədvəli»nin III qrafası üzrə şəhadətləndirilənlər gips sarğısı açılana qədər xəstəliyə görə məzuniyyət verilməsi haqqında qərar çıxarılmaqla, tibb müəssisəsindən ambulator müalicəyə buraxıla bilərlər.



hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarını və dinləyicilərini müalicəni davam etdirmək üçün hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin lazaretinə, çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçuları isə əgər bu xəstələr üçün lazımi şərait yaradılmışsa, hərbi hissənin tibb məntəqəsinə yerləşdirmək və mütləq hospitalın cərrahı (travmatoloqu) tərəfindən ayda ən azı bir dəfə müayinə etdirmək lazımdır. Xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyinin müəyyənləşdirilməsi üçün bu şəxslərin hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilməsi hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin lazaretində, hərbi hissənin tibb məntəqəsində müalicə başa çatdıqdan sonra keçirilir. Zərurət olduqda, hərbi qulluqçular təkrar hospitallaşdırıla bilərlər.

Çənənin, əngin və üzün yumşaq toxumalarının travmalarının nəticələri ilə xəstəliyə görə məzuniyyət verilməsi haqqında qərar çıxarmaq üçün əsas sınıqların ləng bitişməsi, qalın çapıqların, yaxud cərrahi və ya ortopedik müalicənin mürəkkəb metodlarının tətbiq edilməsini tələb edən sınıqların, habelə travmatik osteomielitlə müşayiət olunan sınıqların olmasıdır.

Oynaqlarda hərəkətlərin həcmini qiymətləndirərkən 2 nömrəli cədvəl əsas götürülməlidir.

Kəskin ekzogen təsirlərdən və intoksikasiyalardan sonra qalıq təzahürləri olduqda, «Xəstəliklər cədvəli»nin I qrafası üzrə şəhadətləndirilənlər 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Bundan sonra onların hərbi xidmətə yararlılıq kateqoriyası orqan və sistemlərin funksiyalarının bərpa olunması dərəcəsindən asılı olaraq «Xəstəliklər cədvəli»nin 85-ci maddəsi üzrə təyin edilir.

 

Digər xəstəliklər[33]



 

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

87

Qeyri-kafi fiziki inkişaf:

 

 

 

a) bədən çəkisi 45 kq-dan az və boy 148 sm-dən az olduqda

C

C

C

b) həmin fiziki göstəricilər, ilkin hərbi qeydiyyata alınarkən və ya hərbi xidmətə çağırılarkən ilk dəfə aşkar edildikdə

Ç





 

Yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan, «Xəstəliklər cədvəli»nin I — II qrafaları üzrə şəhadətləndirilən şəxslər hərbi xidmətə yararlı hesab edilirlər və ƏTC-yə müvafiq olaraq Silahlı Qüvvələrin növləri və qoşun növləri üzrə təyin edilirlər.

Bədən çəkisi 45 kq-dan az və (və ya) boyu 148 sm-dən az olan, «Xəstəliklər cədvəli»nin I qrafası üzrə şəhadətləndirilənlər endokrinoloq tərəfindən müayinə edilməlidirlər. Bu şəxslər «b» bəndinə əsasən 12 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Fiziki inkişaf çatışmazlığı saxlandıqda, şəhadətləndirilmə «a» bəndi üzrə keçirilir.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

88

Enurez

C

C

C və ya B FƏRDİ

 

İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən, gecə sidik saxlaya bilməməkdən əziyyət çəkən vətəndaşların, habelə hərbi qulluqçuların müayinə və müalicəsi stasionar şəraitdə aparılır.

Müayinə kompleks olmalı, uroloqun, nevropatoloqun, dermatoveneroloqun və zərurət olduqda, psixiatrın iştirakı ilə aparılmalıdır. Psixonevroloji statusunda patoloji dəyişikliklər olan şəxslər müvafiq profilli şöbələrdə, psixonevroloji statusunda patologiya aşkar edilməyən hallarda isə urologiya şöbəsində (uroloqu olan cərrahiyyə şöbəsində) müayinə olunur və şəhadətləndirilirlər. Müayinə prosesində skeletin (türk yəhəri, onurğanın bel şöbəsi), xarici cinsiyyət orqanlarının (fimoz, fistullar, sidik kanalının inkişaf qüsurları) vəziyyətinə, sidik-cinsiyyət sisteminin inkişaf anomaliyalarının olmasına xüsusi diqqət yetirilir. Bundan başqa, mütləq diurez (gündüz, gecə), sidik kisəsinin həcmi və forması müayinə (sistoskopiya, xromosistoskopiya, sistoqrafiya) edilir.

Sidikburaxmanın müvəqqəti funksional pozulmaları ilə hərbi-həkim komissiyaları hərbi qulluqçuların xidməti vəzifələrinin icrasından qismən azad edilmələri haqqında qərar çıxarırlar.

Müşahidələr və təkrar müayinələrin nəticələri, habelə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrindən, hərbi hissədən alınmış məlumatlar hərbi qulluqçuda gecə sidik saxlaya bilməmənin mövcudluğunu və müalicənin səmərə vermədiyini təsdiq etdiyi hallarda şəhadətləndirilmə keçirilir.

Əgər gecə sidik saxlaya bilməmək hər hansı xəstəliyin əlamətlərindən biridirsə, qərar «Xəstəliklər cədvəli»nin əsas xəstəliyi nəzərdə tutan maddəsi üzrə çıxarılır.

Gecə sidik saxlaya bilməməsi yalnız anamnezində qeyd edilən və son 3 ildə müşahidə edilməyən, «Xəstəliklər cədvəli»nin I qrafası üzrə şəhadətləndirilən vətəndaşlar hərbi xidmətə yararlı hesab edilirlər. Onlar HDQ-də, ÜH-də, DP-də, sərhəd qoşunlarında xidmətə yararsızdırlar.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

89

Nitq pozulmaları:

 

 

 

a) bütün nitq aparatını əhatə edən, tənəffüsün pozulması və nevrotik təzahürlərlə müşayiət olunan yüksək dərəcəli kəkələmə, nitqin çox çətin anlaşılmasına səbəb olan digər pozulmaları

C

C

C

b) nitqin kifayət qədər aydın olmamasına səbəb olan mülayim dərəcədə kəkələmə və digər nitq pozulmaları

B

B

B

 

Nitq pozulmaları ilə şəhadətləndirilənlər nevropatoloq, zəruri hallarda psixiatr və otorinolarinqoloq, imkan daxilində, həm də loqoped tərəfindən dərindən müayinə edilirlər. Hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərar müayinənin nəticələri və hərbi hissədən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrindən, hərbi xidmətə daxil olana qədər təhsil və ya iş yerindən alınmış və onun sağlamlıq vəziyyətini səciyyələndirən sənədlərin müfəssəl öyrənilməsi əsasında çıxarılır.

Kəkələmənin ifadə olunma dərəcəsi müxtəlif şəraitlərdə nitq funksiyasının vəziyyətinin dinamik müşahidəsi yolu ilə təyin edilir və xəstəliyin daha çox ifadə olunma məqamları üzrə qiymətləndirilir. Hərbi xidmətə yararlıq kateqoriyası haqqında qərar kəkələmənin şəhadətləndirilənin hərbi xidmət vəzifələrini icraetmə qabiliyyətinə nə dərəcədə təsir etməsi nəzərə alınmaqla çıxarılır.

Yalnız ifadənin başlanğıcında tələffüzün ləngiməsi, «büdrəməsi», çox da böyük olmayan (bir nəfəsə deyilən) ifadənin qalan sözləri sərbəst və ya azca ləngimiş, lakin sözlər təkrarlanmadan tələffüz olunduğu hallar hərbi xidmətkeçməyə mane olmayan mülayim dərəcəli kəkələmə hesab edilir.

 

1 nömrəli cədvəl



 

Tənəffüs (ağciyər) çatışmazlığı dərəcələrinin göstəriciləri

 


Göstəricilər

Norma

Tənəffüs (ağciyər) çatışmazlığının dərəcələri

I dərəcə (cüzi)

II dərəcə (mülayim)

III dərəcə (mühüm)

1. Kliniki:

 

 

 

 

a) təngnəfəslik

olmur

əvvəllər mümkün olan səylərlə

adi gərginlikdən yaranır

sakit halda həmişə olur

b) sakit halda tənəffüsün tezliyi (1 dəqiqədə)

20-yə qədər

norma daxilində

21 — 28

29 və tez

c) sianoz

olmur

olmur və ya gərginlikdən sonra artan, cüzi

aydın, bəzən çox nəzərə çarpan

kəskin ifadə olunmuş, diffuz

ç) sakit halda nəbzin sayı (dəqiqədə)

80-a qədər

tezləşməyib

tezləşməyə meyillidir

xeyli tezləşib

2. İnstrumental:

 

 

 

 

a) hemoqlobinin oksigenlə doyması (faizlə)

90-dən çox

90 — 80

79 — 60

60-dan az

b) ağciyərlərin həyat həcminin (AHH) faizlə normal həcmə nisbəti

90 — 85

84 — 70

69 — 50

50-dən az

c) ağciyərlərin maksimal ventilyasiyasının (AMV) faizlə normal həcmə nisbəti

85 — 75

74 — 55

54 — 35

35-dən az

ç) 1 saniyədə sürətləndirilmiş nəfəsvermə həcmi (SNH1 ) (faizlə)

85 — 75

74 — 55

54 — 35

35-dən az

d) 1 saniyədə sürətləndirilmiş nəfəsvermə həcminin ağciyərlərin həyat həcminə nisbəti (SNH1 /AHH) tiffno indeksi (faizlə)

70-dən çox

70 — 55

54 — 40

40-dan az

 

2 nömrəli cədvəl

 

Oynaqlarda_hərəkətin_həcminin_qiymətləndirilməsi_cədvəli__(dərəcə_ilə)'>Oynaqlarda hərəkətin həcminin qiymətləndirilməsi cədvəli

(dərəcə ilə)

 


Oynaq

Hərəkət

Norma

Hərəkətin məhdudlaşması

cüzi

mülayim

mühüm

Bazu, çiyin qurşağı ilə

bükmə

180

115

100

80

açma

40

30

20

15

uzaqlaşdırma

180

115

100

80

Dirsək

bükmə

40

80

90

100

açma

180

150

140

120

içəriyə hərlənmə

180

135

90

60

bayıra hərlənmə

180

135

90

60

Əl

bükmə

75

35

20 — 25

15

açma

65

30

20 — 25

15

uzaqlaşdırma:

 

 

 

 

radial

20

10

5

2 — 3

ulnar

40

25

15

10

Bud-çanaq

bükmə

75

100

110

120

açma

180

170

160

150

uzaqlaşdırma

50

25

20

15

Diz

bükmə

40

60

90

110

açma

180

175

170

160

Aşıq-baldır

ayaqaltı bükmə

130

120

110

100

ayaqarxası bükmə (açma)

70

75

80

85

 

 

 



 

 

3 nömrəli cədvəl



 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin