«Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə


Maddə Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi



Yüklə 1,65 Mb.
səhifə32/92
tarix30.12.2021
ölçüsü1,65 Mb.
#18212
1   ...   28   29   30   31   32   33   34   35   ...   92
Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

27

Periferik sinirlərin travmaları və onların nəticələri:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması ilə

C

C

C

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

C

C

B

ç) funksiyaların pozulması olmayan obyektiv məlumatlar olduqda

A-4

A

A, HDQ-də FƏRDİ

 

«a» bəndinə mühüm dərəcədə ifadə olunmuş və davamlı hərəki, hissi, trofiki pozulmalar (birtərəfli proseslərdə kəskin ifadə olunmuş əzələ atrofiyaları: bazuda 4 sm-dən artıq, saiddə 3 sm-dən artıq, budda 8 sm-dən artıq, baldırda 6 sm-dən artıq; xroniki trofiki xoralar, yataq yaraları və s.) olduqda, sinir kökləri və sinir kələflərinin travmaları və ya yaralanmalarının nəticələri, eləcə də güclü ağrı sindromu ilə müşayiət olunan zədələnmələrin nəticələri aiddir.

«b» bəndinə aşağıdakılar aiddir:

əzələ qruplarının və ya ayrı-ayrı əzələlərin parezi ilə əlaqədar ətrafın əsas funksiyasının mülayim dərəcədə pozulması müşahidə edilən sinir kələflərinin zədələnmələrinin nəticələri;

öz sinirinin əsas kötüyünün və ya iri şaxələrinin zədələnməsi nəticəsində mimiki əzələlərin iflici.

«c» bəndinə ətrafın funksiyasının cüzi dərəcədə pozulması ilə müşayiət olunan sinirlərin, sinir kələflərinin zədələnmələrinin nəticələri (əlin açıcı əzələlərinin gücünün zəifləməsi və onun arxa fleksiyasının məhdudlaşması ilə müşayiət olunan təkcə mil və ya dirsək sinirinin zədələnməsi və s.) aiddir.

«ç» bəndinə funksiyası tam bərpa olunan sinir zədələnmələrinin nəticələri və praktiki olaraq ətrafın funksiyasını məhdudlaşdırmayan, zədələnmiş sinirin innervasiya sahəsində cüzi dərəcədə hissiyyat pozuntusu və ya yüngül dərəcədə əzələ zəifliyi şəklində cüzi qalıq təzahürləri aiddir.

Periferik sinirlərin travmalarından və ya cərrahi müalicəsindən sonra şəhadətləndirilmə «Xəstəliklər cədvəli»nin 28-ci maddəsinə əsasən aparılır.



Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

28

Mərkəzi və ya periferik sinir sisteminin kəskin xəstəliklərindən, xroniki xəstəliklərinin kəskinləşməsindən, travmalarından, habelə onların cərrahi müalicəsindən sonrakı müvəqqəti funksional pozulmalar

Ç

Ç

Ç

 

Bu maddə sinir sisteminin kəskin infeksion, parazitar və digər xəstəliklərindən, intoksikasiya zədələnmələri və travmalarından sonrakı halları, habelə baş beynin və onurğa beyninin kəskin damar xəstəliklərindən sonrakı halları nəzərdə tutur.

Hərbi qulluqçulara xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi haqqında hərbi-həkim komissiyasının qərarı astenik halla nəticələnən keçirilmiş kəskin seroz meningit, gənə ensefalitinin meningeal forması, meninqokokk infeksiyasının generalizə olunmuş formaları (meningit, meninqoensefalit, meninqokokksemiya), poliradikulonevritlərin qarışıq formalarının və s. müalicəsi qurtardıqdan və likvor sanasiya olunduqdan sonra çıxarılır. Meninqokokk meningitində likvorun sanasiyasının meyarı — limfositlərin sayının 75% və daha çox olması ilə sitozun 50 hüceyrədən aşağı düşməsidir.

Göstərilən xəstəliklərin tam sağalma ilə nəticələnmiş və fəsadsız gedişlərində hərbi qulluqçuların xidməti vəzifələrinin icrasından azad edilmələri barədə qərar çıxarılır.

Mühüm kliniki təzahürlərlə baş beynin silkələnməsini və ya əzilməsini keçirmiş hərbi qulluqçular şəhadətləndirilərkən, onlara xəstəliyə görə azad edilmə və ya məzuniyyət verilməsinin zəruriliyi haqqında qərar çıxarılır. Xəstəliyə görə məzuniyyətdən sonra ÜH, HDQ-də, DP-də və XQ-də hərbi xidmət keçən hərbi qulluqçular təkrar şəhadətləndirilirlər.

Kəskin radikulitlərdən və xroniki radikulitlərin kəskinləşməsindən sonra hərbi qulluqçuların qismən azad edilməsinin zəruriliyi barədə qərar çıxarılır.

Kəskin radikulitlərin yalnız davamlı kökcük ağrı sindromu ilə müşayiət olunan və orta hesabla 30 — 45 gün stasionar müalicə tələb edən formaları ilə hərbi qulluqçulara xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi barədə qərar çıxarılır.

Meningit, meninqoensefalit keçirmiş vətəndaşlar ilkin hərbi uçota götürülərkən, hərbi xidmətə çağırılarkən və hərbi xidmətə könüllü daxil olarkən, əgər müalicə qurtardıqdan sonra 6 aydan az vaxt keçmişsə, hərbi xidmətə müvəqqəti yararsız sayılırlar.

Rezidual əlamətlərin olmaması və ya yalnız dağınıq üzvi nişanələrin olması ilə təzahür edən, lakin funksiyaların pozulması ilə müşayiət olunmayan hallarda ilkin hərbi uçota götürülən, hərbi xidmətə çağırılan, hərbi xidmətə könüllü daxil olan vətəndaşlar «Xəstəliklər cədvəli»nin 22-ci maddəsinin «ç» bəndi üzrə şəhadətləndirilirlər.

Baş-beynin kəskin qapalı travmasından sonra vətəndaşlar ilkin hərbi uçota götürülərkən, hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən, travmanın ağırlığından və funksiyaların pozulma dərəcəsindən asılı olaraq, 6 və ya 12 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab olunurlar.

«Xəstəliklər cədvəli»nin III qrafası ilə şəhadətləndirilən şəxslər üçün hərbi həkim komissiyası sinir sistemi funksiyalarının bərpası və ya astenik halla nəticələnən ilk dəfə keçirilmiş beyin qan dövranının kəskin pozulmasından sonra xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi haqqında qərar çıxarır.

 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin