Hərbi Tibb Fakültəsinin yeni tədris binası istifadəyə verilib Təsisçi: Azərbaycan Tibb Universiteti



Yüklə 295,62 Kb.
Pdf görüntüsü
səhifə4/4
tarix28.04.2017
ölçüsü295,62 Kb.
#16329
1   2   3   4

Almaz xanımın 

  

vəfatından kədərləndiklərini 

bildirir və dərin hüznlə başsağlı-

ğı verirlər. 

Baş redaktor

ELDAR İSMAYIL

Müəlliflərlə  redaksiyanın 

mövqeyi  üst-üstə düşməyə 

bilər.


Əlyazmalar  geri  qaytarılmır.

Qəzet “Təbib”  qəze ti nin  

kompyuter mər kə zində yığılır, 

səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də 

çap olunur. 

     


Ü N V A N I M I Z:

Mərdanov qardaşları - 98

c

2-ci mərtəbə,

Tel.: 595-24-97 

tabibqazeti@gmail.com

Lisenziya Н - 022633

İndeks -0269

Sayı 1800



 Kafedraların professorları (elmlər doktorları): 

- Dermatovenerologiya kafedrası - 1 yer 

- Dermatovenerologiya kafedrası - 1 yer (0,5 vahid)

- Klinik farmakologiya kafedrası - 1 yer

- Travmatologiya və ortopediya kafedrası - 1 yer (0,5 vahid)

- II cərrahi xəstəliklər kafedrası - 2 yer (0,5 vahid)

- İnsan anatomiyası kafedrası - 1 yer

Kafedraların dosentləri (fəlsəfə doktorları):   

    

- Terapevtik və pediatrik propedevtika 

  kafedrası - 1 yer (0,5 vahid)

- Oftalmologiya kafedrası - 1 yer (0,5 vahid)

- Tibbi fizika və informatika kafedrası - 1 yer 

- II cərrahi xəstəliklər kafedrası - 1 yer 

- Psixiatriya kafedrası - 1 yer 

- Ortopedik stomatologiya kafedrası - 1 yer (0,5 vahid)



Kafedraların assistentləri:

- I mamalıq və ginekologiya kafedrası - 1 yer (0,5 vahid)

- Oftalmologiya kafedrası - 2 yer (0,5 vahid)

- Dermatovenerologiya kafedrası - 1 yer

- II daxili xəstəliklər kafedrası - 2 yer (0,5 vahid)

- Onkologiya kafedrası  - 2 yer (0,5 vahid)

- Terapevtik və pediatrik propedevtika 

   kafedrası - 2 yer (0,75 vahid)

- Histologiya, embriologiya və sitologiya 

  kafedrası - 1 yer (0,5 vahid)

- Klinik allerqologiya və immunologiya 

  kursu - 1 yer (0,5 vahid)

- Travmatologiya və ortopediya kafedrası - 1 yer (0,5 vahid)

- Psixiatriya kafedrası - 1 yer

- Ailə təbabəti kafedrası - 4 yer

- II uşaq xəstəlikləri kafedrası - 2 yer (0,5 vahid)

- III uşaq xəstəlikləri kafedrası - 2 yer (0,5 vahid)

- Yoluxucu xəstəliklər kafedrası - 2 yer (0,5 vahid)

- Ağız və üz-çənə cərrahiyəsi kafedrası - 1 yer (0,75 vahid)

- Terapevtik stomatologiya kafedrası - 1 yer (0,5 vahid)



Elmi Tədqiqat Mərkəzi  

 

- Elektron mikroskopiya şöbəsi (kiçik elmi işçi) - 1 yer

- Morfologiya və histologiya şöbəsi (kiçik elmi işçi) - 1 yer

- Biokimya kafedrası üzrə Elmi Tədqiqat 

  Laboratoriyası (kiçik elmi işçi) - 1 yer (0,5 vahid)

Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olun-

ma müddəti elan qəzetdə dərc olunduğu gündən 30 gün 

keçənədəkdir. Sənədlər rektorun adına yazılmış ərizə ilə 

birlikdə aşağıdakı ünvana təqdim edilməlidir: 

AZ 1007, Bakı şəhəri , Ənvər Qasımzadə küçəsi 14: 

Telefon: (012) 597-43-23

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ

KAFEDRALAR ÜZRƏ AŞAĞIDAKI 

YERLƏRİ TUTMAQ ÜÇÜN

MÜSA BİQƏ ELAN EDİR

 Allah  rəh mət  elə sin!

• 

Karate yapon mənşəli termin olub, 



kara – boş, te - əl deməkdir. Kara-

tenin digər mənası “pis əməllərdən 

uzaq olan əl” deməkdir. Karate bir 

tərəfdən hörmət və məhəbbət, digər 

tərəfdən ədalət və sakitlik aşılayır. 

Karate ilə məşğul olmaq insana yal-

nız zərbə vurmaq texnikası, müdafiə 

vəziyyətləri, döyüş strategiyasını de-

yil, eləcə də bəşəriyyətdəki qarşılıqlı 

əlaqəni duyaraq təbiətlə ahəngə cəhd 

etməsini öyrədir.

İdmanın  bu  növü  ölkəmizdə  də 

sevilir və geniş şəkildə tətbiq olu­

nur.  Sevindirici  haldır  ki,  bəzi  ali 

məktəblərdə  gənclərimizin  sağ­

lamlığı naminə tədris olunur. 

Belə  ki,  2015/2016­cı  tədris 

ilində    Azərbaycan  Tibb  Univer­

sitetinin Bədən tərbiyəsi və idman 

kafedrası  “Təbib” idman klubu adı 

ilə fəaliyyətə başlayıb.  Universite­

tin idman kompleksinin bazasında 

müxtəlif idman növləri ilə yanaşı,  

Şərq  döyüş  növü  olan  Kyokuşin 

Karate  (Mütləq  həqiqət)  bölməsi 

də  açılıb.    Müxtəlif  fakültələrin 

fiziki  və  psixoloji  cəhətdən  sağ­

lam  tələbələri  bu  döyüş  növünün 

sirrlərini  öyrənmək  üçün  klubun 

müəllim­məşqçisi  Kyokuşin  Ka­

rate  üzrə  3­cü  dan  qara  kəmər 

ustası,  beynəlxalq  dərəcəli  ha­

kim,  Azərbaycan  Respublikasının 

əməkdar  məşqçisi    Qələndər  As­

lanova  müraciət  edirlər.  Məşğul 

olduqları qısa müddət ərzində bir 

çox  uğurlara  imza  atan  ATU­nun  

tələbələri bu döyuş növü ilə daha 

yaxından  tanış  olmaq  üçün  Res­

publika  Hakimlik  seminarların­

da iştirak edib və IV kurs tələbəsi 

Namiq Seyfəddinli “J” kateqoriyalı 

hakimlik dərəcəsi alıb. 

II kurs tələbələri Arzu İsmayılov 

60  kq  çəki  dərəcəsində  və  Rəşid 

Novruzov 65 kq çəki dərəcəsində 

Kyokuşin  Karate  üzrə  keçirilən 

Respublika  çempionatında  öz 

güclərini  sınamaq  üçün  yarı­

şa  qatılıblar.  Arzu  İsmayılov  ilk 

mübarizədə döyüşü dayandırsa 

da,  Rəşid  Novruzov  2  rəqibinə 

qalib  gələrək  Respublika  çem­

pionatının  bürünc  mükafatına 

layiq görülüb. 

Tədris ili ərzində tələbələrimiz 

öz idman dərəcələrini artırmaq 

məqsədilə  karatenin  texnika­

taktikası və fiziki hazırlıq tələb 

edən  normativlərindən  KYU 

kəmər  dərəcəsi  üçün  test  im­

tahanı  da  veriblər.  Seyfəddinli 

Namiq,  İsmayılov  Arzu,  Sadıxov 

Kamran və Novruzov Rəşid xüsu­

si  hazırlıq  tələb  edən  qabiliyyət 

nümayiş  etdirərək  8­ci  KYU  göy 

kəmər dərəcəsi ilə təltif  olunub­

lar.  


Tələbələrə  idman  təbliğatı  ilə 

yanaşı, əməkdar məşqçi Qələndər 

Aslanovun  təşəbbüsü  ilə  təşkil 

olunmuş  “AĞ  ÖLÜMƏ  QARŞI  İD­

MAN  YARIŞLARI”  adlı  seminar  da 

keçirilib.  Seminarda  fəal  iştirak 

edən  tələbələr  təşəkkürnamə  ilə 

təltif olunublar.  

Martın  11­12­də  Hövsan  Olim­

piya  İdman  Kompleksində  Kyo­

kuşin  Karate  üzrə  Bakı  Çempio­

natı keçirilib. Çempionata paytaxt 

çempionu  olmaq  üçün  19  ko­

mandanın  240  idmançısı  qatılıb. 

ATU­nun 

təmsilçiləri­əməkdar 

məşqçi  Q.Aslanovun  yetirmələri 

Namiq  Seyfəddinli  və  Rəşid  Nov­

ruzov  da  (kişilər  arasında­75 

kq)  öz  güclərini  sınayıblar.  Çəki 

dərəcəsində  bütün  rəqiblərinə 

qalib  gələn  tələbələrimiz  final­

da  bir­biri  ilə  qarşılaşmalı  olub­

lar.  Gərgin  mübarizədə  texniki 

cəhətdən yüksək olan Rəşid Nov­

ruzov rəqibi, fiziki cəhətdən güclü 

olan Namiq Seyfəddinlini  məğlub 

edərək  Bakı  Çempionu  adını  qa­

zanıb. Beləliklə, Rəşid Novruzov I, 

Namiq Seyfəddinli isə II yerə layiq 

görülüb. Bu münasibətlə ATU­nun 

Karate  bölməsinin  tələbələrini  və 

məşqçi  Q.Aslanovu  təbrik  edir, 

bundan sonra da yüksək nəticələr 

əldə etmələrini arzulayırıq. 

Məlumat  üçün  bildirək  ki,  ka­

rate  bölməsinin    yeni  xəbərlə ri ni 

aşağıdakı  facebook  və  instagram 

səhifələrində izləmək olar:

İnstagram:

 

atu_kyokushin



Facebook:

 

ATU Kyokushin



 Seyidaga ABBASZADƏ,

 II kurs, 841

B

 qrup tələbəsi

• 

Rusiyadan olan bir qrup alim tərəfindən 



plombların istifadə müddətini uzadan, dişləri 

karies və mikroblardan müdafiə edən “ömür-

lük” nanomaterial hazırlanıb.

AZƏRTAC  “mk.ru”  saytına  istinadla 

xəbər verir ki, alimlər yeni materialın sto­

matologiyada texnoloji inqilab yaradaca­

ğına inanırlar.

Nanohissəciklər  özündə  titan,  də­

mir,  sink  və  digər  metalların  oksidini 

birləşdirir.  Bir  sıra  eksperimentlərin  nə­

ticəsinə  görə,  qeyd  olunan  maddələrin 

cüzi  konsentrasiyası  belə  orqanizmin 

özünün ifraz etdiyi təbii fermentlər kimi 

bütün zərərverici mikrob və bakteriyaları 

məhv edir.

Alimlərin sözlərinə görə, başqa stoma­

toloji  materialların  hazırlanmasında  da 

nanohissəciklərdən  ibarət  xüsusi  anti­

bakterial  əlavənin  istifadəsi  nəzərdə  tu­

tulur.


ATU-da karate idman növünə tələbələr daha 

çox maraq göstərir 

Rusiyalı alimlər dişləri kariesdən 

qoruyan “ömürlük”plomb hazırlayıblar

Amerikalı alimlər zədələnən 

zaman özünü bərpa edə bilən 

material hazırlayıblar.

AZƏRTAC “mir24.tv” saytına 

istinadla xəbər verir ki, yeni maddə 

elektrik keçirmək xüsusiyyətinə ma-

lik olduğundan onu smartfonlar üçün 

displey kimi də istifadə etmək müm-

kündür.

Kəşfin müəllifləri Kaliforniya Uni-



versitetinin bir qrup alimidir. Qrupun 

rəhbəri Çao Van bildirib ki, material 

dartıldığı zaman onun uzunluğu 50 

dəfə artır, parçalandıqda isə hissələri bir 

sutkadan gec olmayaraq yenidən bərpa 

olunur.


Yeni işləmənin əsasını ion-dipol 

əlaqəsi prinsipi təşkil etdiyinə görə, 

molekullar bir-birini cəzb edərək cızıq 

və parçalanmaları aradan qaldırır.

Ç.Vanın sözlərinə görə, üç ildən 

sonra özlərini bərpa edən material-

lar sənayedə, xüsusilə smartfonların 

istehsalında kütləvi istifadə olunacaq.

Qeyd edək ki, bundan əvvəl də 

alimlər tərəfindən xüsusi maye əsaslı 

özünü bərpa edən material hazırlanıb. 

Həmin materialın istifadəsi kosmik 

sahədə baş verən qəzalar zamanı 

nəzərdə tutulub.

Özünü bərpa edə bilən material 

hazırlanıb



Yüklə 295,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin