Maddə 46. Toplanışlardan azadetmə
46.1. Aşağıdakı şəxslər toplanışlar keçməkdən azad edilirlər:
46.1.1. hərbi vəzifəlilər ehtiyata buraxıldıqdan sonra (hərbi yoxlama toplanışlarından
başqa) — 1 il ərzində;
46.1.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təxsis edilmiş (bron
edilmiş) hərbi vəzifəlilər;
46.1.3. müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət və azadetmə hüququ verən
əsasları olanlar;
46.1.4. qadın hərbi vəzifəlilər;
46.1.5. mülki aviasiyanın uçuşları bilavasitə təmin edən uçuş və texniki heyəti;
46.1.6. dəniz gəmilərinin üzgü heyəti (Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan zabitləri
istisna olmaqla);
46.1.7. əyani təhsilalma forması üzrə — təhsil müddətində, qiyabi təhsilalma forması üzrə
isə — semestr və sessiya, həmçinin diplom işinin (dissertasiyanın) hazırlandığı və müdafiə
edildiyi müddətlərdə (təhsil müəssisəsinin arayışı əsasında);
46.1.8.
hərbi uçotdan çıxarılaraq qulluq (xidmət) etdiyi müvafiq icra hakimiyyəti orqanında
xüsusi qeydiyyata alınanlar.
46.2. Toplanışları keçməkdən azad etmək barəsində qərarı hərbi vəzifəlilərin hərbi
qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanının rəhbəri qəbul edir.
Dostları ilə paylaş: |