«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə


AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNDƏ EHTİYATDA OLANLARIN XİDMƏT KEÇMƏSİ



Yüklə 0,95 Mb.
səhifə7/12
tarix28.01.2017
ölçüsü0,95 Mb.
#6550
1   2   3   4   5   6   7   8   9   ...   12

AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNDƏ EHTİYATDA OLANLARIN XİDMƏT KEÇMƏSİ

 169. Hərbi və ya alternativ xidmətdən buraxılmış, habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş hərbi qulluqçular (xəstəliyə görə hərbi  uçotdan çıxarılanlardan başqa) ehtiyata keçirilirlər.

 170. Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikası Silahlı Qüvvələri  sıralarından buraxılan hərbi qulluqçular, habelə hərbi xidmətdən azad edilən və ehtiyata keçirilən şəxslər yaşayış yerlərinə çatandan sonra  üç gün müddətində hərbi uçota durmaq üçün hərbi komissarlıqlara gəlməyə borcludurlar. [60]

 Yaşayış yerlərini 3 aydan artıq müddətə dəyişən hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerləri üzrə hərbi uçotdan çıxmalı, yeni, yaxud  müvəqqəti yaşayış yerində hərbi uçotda durmalıdırlar.

 Ehtiyata keçirilən şəxslər vaxtaşırı rayon (şəhər) hərbi komissarlıqlarında belə məqsədlər üçün yaradılan tibbi müayinə komissiyalarında  tibbi müayinəyə cəlb edilirlər. Bu halda hərbi və ya alternativ xidmət keçmədən xəstəliyinə görə ehtiyata keçirilmiş hərbi vəzifəlilər 35 yaşına  çatanadək hərbi xidmət keçməyə yararlı sayıldıqda çağırışçıların uçotuna qaytarılır (Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla) və onlar ümumi qayda üzrə müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Bu komissiyaların tərkibində  iştirak etmək üçün həkimlər və başqa lazımi tibbi heyət müalicə müəssisələrindən müvafiq icra hakimiyyəti orqanları tərəfindən ayrılırlar. [61]

 Göstərilən komissiyaların işinə cəlb edilən tibbi heyətə daxil olan şəxslərin iş yerlərində onların orta əmək haqları saxlanılır.

 171. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyat şəxsi heyəti aşağıdakılardan yaradılır:

 a) əsgərlərdən, matroslardan və çavuşlardan:

 Azərbaycan Respublikasının «Hərbi xidmət haqqında» Qanununa uyğun olaraq həqiqi hərbi xidməti qurtardıqdan sonra, habelə  xəstəliklərə, yaxud ailə vəziyyətinə görə ehtiyata buraxılmış əsgərlərdən, matroslardan, çavuşlardan və hərbi inşaatçılardan;

  rayon (şəhər) çağırış komissiyalarının qərarı ilə dinc dövrdə hərbi xidmətə yararsız sayılmış kişi cinsindən olan çağırış yaşlı (18—35  yaşlı) vətəndaşlardan;[62]

  Azərbaycan Respublikasının «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın Əsasları haqqında» Qanununun tələblərinə,  yaxud Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fərmanlarına uyğun olaraq həqiqi hərbi xidmətdən  möhlət almış və son çağırış yaşına (35 yaşa) qədər hərbi xidmət keçməyən kişi cinsindən olan vətəndaşlardan; [63]

  bu maddədə göstərilən cəzaçəkmə müəssisələrindən azad edilmiş və məhkəmənin hökmü ilə müəyyən edilmiş cəza növlərini çəkib  qayıtmış vətəndaşlardan; [64]

 b) müddətdən artıq həqiqi hərbi xidmət əsgərlərindən, matroslarından və çavuşlarından;

 Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq könüllü həqiqi hərbi xidmət keçmiş və müxtəlif əsaslara görə ehtiyata  buraxılmış hərbi qulluqçulardan;

 Azərbaycan Respublikası Silahlı Qüvvələrində əsgər, matros və çavuş vəzifələrində könüllü surətdə həqiqi hərbi xidmət keçmiş və müxtəlif  əsaslara görə ehtiyata buraxılmış qadın hərbi qulluqçulardan;

 Azərbaycan Respublikasının ali və orta ixtisas məktəblərində, Azərbaycan Respublikasının KHVİTC-nin təhsil təşkilatlarında, kurslarda,  yaxud əməli işdə tibbi və başqa ixtisaslara yiyələnmiş, yaxud «Ehtiyatda olan gizir, miçman, əsgər və çavuşların uçotu haqqında Təlimatda  göstərilən ixtisaslar almış, Azərbaycan Respublikası Silahlı Qüvvələri ehtiyatında olan 19 yaşından 45 yaşına qədər hərbi xidmətə yararlı  olan qadınlardan;

 v) gizirlərdən və miçmanlardan:

 Azərbaycan Respublikası Silahlı Qüvvələrində könüllü həqiqi hərbi xidmət keçmiş və müxtəlif əsaslara görə ehtiyata buraxılmış gizir və  miçmanlardan;

 q) zabitlərdən:

 həqiqi hərbi xidmətdən buraxılıb ehtiyata keçirilmiş zabitlərdən;

  həqiqi hərbi xidmət keçmiş və ehtiyata buraxılarkən müəyyən olunmuş imtahanları verdikdən sonra zabit rütbəsi almış ali təhsilli  çavuşlardan, əsgərlərdən və matroslardan;

  mülki ali və orta ixtisas məktəblərində hərbi hazırlıq keçmiş müəyyən olunmuş imtahanları verdikdən sonra zabit rütbəsi almış  şəxslərdən;

  hazırlıq profilinə görə müvafiq hərbi ixtisasa yaxın olan mülki ali, yaxud orta ixtisas təhsili almış gizirlərdən, miçmanlardan,  çavuşlardan, əsgərlərdən və matroslardan onlara zabit rütbəsi verildikdən sonra;

  həqiqi hərbi xidmətdə olmuş ali və orta təhsillə təlim toplanışlarından sonra ehtiyat zabitləri hazırlanması üçün müəyyən olunmuş  imtahanları vermiş ehtiyatda olan gizirlərdən, miçmanlardan, çavuşlardan, əsgərlərdən və matroslardan.

 172. Azərbaycan Respublikasının «Hərbi xidmət haqqında» Qanununa uyğun olaraq, ehtiyatda olan hərbi vəzifəlilər yaş dərəcələrinə  bölünür və aşağıdakı yaş hədlərinə qədər ehtiyatda qalırlar:

 

Hərbi vəzifəli qadınlar yaşlarından və hərbi rütbələrindən asılı olmayaraq üçüncü dərəcəli ehtiyata keçirilirlər.

 Hərbi vəzifəli qadınların ehtiyatda olmasının yaş həddi 50 yaşdır.

 Hərbi həkim komissiyası tərəfindən xəstəliyə görə dinc dövrdə 6, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə, müharibə dövründə  hərbi xidmətə yararsız sayılan hərbi vəzifəlilər üçüncü dərəcəli ehtiyata keçirilirlər.

 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan gizirləri, miçmanları, çavuşları, əsgərləri və matroslarının uçotu qaydası  «Ehtiyatda olan gizir, miçman, əsgər və çavuşların uçotu» haqqında Təlimata» uyğun tərzdə təşkil olunur, hərbi vəzifəlilərin və ehtiyatda  olan zabit heyətinin attestasiyası, ehtiyatda olan hərbi vəzifəlilərin hərbi qulluqçuların ilk ehtiyat zabiti rütbəsinə təqdim olunmaları, ehtiyat  zabitlərinin növbəti hərbi rütbələrə təqdim edilmələri, habelə ehtiyat zabitlərinin uçotunun təşkili qaydaları Azərbaycan Respublikası Silahlı  Qüvvələrinin ehtiyat zabitlərinin uçotu və attestasiyasına dair Təlimatın tələbləri əsasında təşkil edilir.

 173. Ehtiyatda olmağın yaş həddini keçmiş, yaxud hərbi-həkim komissiyaları tərəfindən hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız  sayılmış hərbi qulluqçular hərbi uçotdan çıxarılır və istefaya keçirilirlər.

 174. Hərbi vəzifəlilər hər an Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında durmaq üçün daim hazır olmağa, özlərinin hərbi  hazırlıqlarını inadla artırmağa borcludurlar.

 175. Hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi (təlim və yoxlama) və xüsusi toplanışlara çağırılırlar.

 Hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi toplanışlara aşağıdakı qaydada çağırılırlar:

 birinci dərəcəli ehtiyatda olanlar — hər dəfə iki ay müddətinə olmaqla beş dəfə, lakin il ərzində bir dəfədən çox olmayaraq;

  ikinci dərəcəli ehtiyatda olanlar — hər dəfə iki ay müddətinə olmaqla üç dəfə, lakin il ərzində bir dəfədən çox olmayaraq;

  üçüncü dərəcəli ehtiyatda olanlar — bir ay müddətinə bir dəfə. Ehtiyatda olan birinci dərəcəli uçuş heyəti bu maddədə göstərilən təlim  toplanışlarında iştirakdan başqa, birinci dərəcə üzrə ehtiyatda olma müddətində, habelə uçuş təlimi keçmək üçün hər biri 40 gün  müddətinə olmaqla beş dəfə toplanışa çağırılırlar.

 Toplanışlar arasında ehtiyatda olan zabitlərlə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və hərbi komissarlıqlar  tərəfindən təşkil edilən 30-60 tədris saatı həcmində komandir məşğələləri keçirilir. Ehtiyatda olan zabitlər komandir məşğələlərinə üç ildə bir  dəfə cəlb olunurlar. Məşğələlər yaşayış yerləri üzrə keçirilir: şəhərdə yaşayanlarla — istehsalatdan ayrılmadan, yaxud cüzi ayrılmaqla (bütün  təlim müddətində iki sutkayadək): kənd yerlərində yaşayanlarla — istehsalatdan ayrılmaqla.

 Zabit vəzifəsi tutmaq üçün hazırlanan birinci dərəcəli hərbi vəzifəlilər üç aylıq təlim toplanışına çağırılırlar.

 Hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 günlük hərbi yoxlama toplanışlarına da çağırıla bilərlər.

 Hərbi toplanışların vaxtı və müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 Hərbi toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayı hər il Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən  müəyyənləşdirilir.

 Ehtiyatda olma dövründə hərbi toplanışların ümumi müddəti 18 aydan çox olmamalıdır.

 Hərbi vəzifəlilər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə fövqəladə vəziyyət şəraitində, fövqəladə  vəziyyətlərin nəticələrini aradan qaldırmaq, yaxud qarşısını almaq üçün (böyük qəzalar, təbii fəlakət, güclü epidemiya və başqa hallarda  respublika əhalisinin hamısının, yaxud bir qisminin həyatını, yaxud normal həyat şəraitini təhlükəyə uğradan, yaxud uğrada bilən  vəziyyətlərdə) üç ay müddətinə xüsusi toplanışlara çağırıla bilərlər.

 Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə lazım gəldikdə hərbi vəzifəlilər qüvvədə olan qanunlara əsasən  müəyyən edilmiş hərbi və xüsusi toplanışlarda vaxtından artıq üç ay müddətinə saxlanıla bilərlər.

 176. Hərbi vəzifəlilərə ilk zabit rütbəsi bu Əsasnamənin 57 və 58-ci maddələrinə əsasən Azərbaycan Respublikasının müvafiq icra  hakimiyyəti orqanı tərəfindən verilir.

 177. Ehtiyatda olan zabitlərin hərbi rütbələrdə olma müddəti belə müəyyən edilir:

 kiçik leytenant rütbəsində — 3 il;

  leytenant rütbəsində — 3 il;

  baş leytenant rütbəsində — 4 il;

  kapitan rütbəsində — 4 il;

  mayor rütbəsində — 5 il;

  polkovnik-leytenant rütbəsində — 6 il.

 178. Ehtiyatda olan zabitlərə baş leytenant hərbi rütbəsi də daxil olmaqla baş leytenantadək növbəti hərbi rütbələr bu Əsasnamənin 177-ci  maddəsinə əsasən əvvəlki rütbədə olma müddəti bitdikdən sonra və müsbət attestasiya olunduqda verilir.

 Ehtiyatda olan zabitlərə kapitandan polkovnikədək (polkovnik hərbi rütbəsi də daxil olmaqla) növbəti hərbi rütbələr bu Əsasnamənin  177-ci maddəsinə əsasən əvvəlki rütbədə olma müddəti bitdikdən sonra, müsbət attestasiya olunduqda və vəzifəsi üzrə tədris toplanışlarını  müvəffəqiyyətlə keçdikdə verilir.

 Verilmiş hərbi rütbədə olma müddətində toplanışlardan keçməmiş ehtiyat zabitlərinə kapitandan başlayaraq yuxarı növbəti hərbi rütbələr  xalq təsərrüfatında hərbi uçot ixtisaslara yaxın lazımi iş təcrübəsi, yaxud onların həqiqi hərbi xidmətə çağırılacaqları halda təyin ediləcəkləri  vəzifələr nəzərə alınmaqla zabit heyəti vəzifələrində xidmət təcrübəsi olduqda verilir.

 179. Dinc dövrdə ehtiyatda olan zabitlərə hərbi rütbələr aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən verilir:

 kiçik zabitlərə — Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;

  baş zabitlərə — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;

  ali zabitlərə — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı.

 180. Ehtiyatda olan zabitlərə növbəti hərbi rütbələr ardıcıllıqla verilir.

 Yüksək hazırlıqlı və hərbi xidmətdə tətbiq edilən ixtisaslar üzrə böyük təcrübəsi olan ayrı-ayrı ehtiyatda olan zabitlərə, onlar həqiqi hərbi  xidmətə təyin edildikdə (çağırıldıqda), yaxud müharibə dövründə qabaqcadan vəzifəyə təyin edildikdə, istisna qaydasında, xidməti illərindən  asılı olmayaraq, bu Əsasnamənin 177-ci maddəsində nəzərdə tutulduğu qaydada, lakin onun təyin edildiyi vəzifədə nəzərdə tutulan hərbi  rütbədən yuxarı olmayaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun hərbi rütbəsindən bir — üç pillə  yuxarı hərbi rütbə verilə bilər.

 181. Ehtiyatda, yaxud istefada olan şəxslər hərbi intizamı, ictimai qaydaları pozduqda, yaxud hərbi şərəfi və hərbi rütbənin şöhrətini  alçaldan nalayiq hərəkət törətdikdə, əgər əvvəl görülmüş intizam və ictimai tədbirlər kömək etməyibsə, onların rütbələri aşağıda göstərilən  vəzifəli şəxslər tərəfindən bir pillə aşağı salına bilər:

 gizirlərin və miçmanların — Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı,  zabit rütbələri — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı.

 Ehtiyatda, yaxud istefada olan dövrdə hərbi rütbəsi aşağı salınmış şəxslər istehsalatda və digər ictimai faydalı işlərdə özlərini doğrultduqları  hallarda hərbi rütbənin aşağı salınmasından ən azı 3 il keçdikdən sonra onların hərbi rütbələrini aşağı salmış şəxslər tərəfindən əvvəlki hərbi  rütbələrinə bərpa edilə bilərlər.

 Ehtiyatda, yaxud istefada olan şəxslərin həqiqi xidmət dövründə aşağı salınmış hərbi rütbələri həmin göstərilən şərtlər əsasında Azərbaycan  Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən əvvəlki hərbi rütbə bərpa edilə bilər.

 Ehtiyatda, yaxud istefada olan ali zabitlər heyətindən olan şəxslərin hərbi rütbələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti  orqanı tərəfindən aşağı salına, sonra müvafiq halda müsbət xasiyyətnaməyə layiq görüldükdə bərpa oluna bilər. Ehtiyatda, yaxud istefada  olan həqiqi hərbi xidmət dövründə hərbi rütbəsi aşağı salınmış ali zabitlər heyətindən olan şəxslərə əvvəlki rütbələri yenidən verilə bilər.

 Əvvəlki hərbi rütbələrində bərpa edilmiş ehtiyatda, yaxud istefada olan şəxslərə onların hərbi rütbələri aşağı salınana qədər istifadə etdikləri  hüquq və güzəştlər verilir.

 Həqiqi hərbi xidmət dövründə hərbi rütbəsi aşağı salınan şəxslərə hərbi rütbələri ehtiyatda, yaxud istefada olarkən əvvəlki hərbi rütbələri  verilibsə, onda onlar həqiqi hərbi xidmətdən buraxıldıqları vaxt müəyyən olunmuş hüquq və güzəştlərdən istifadə edirlər.

 182. Ehtiyatda, yaxud istefada olan şəxslər ağır və ya xüsusilə ağır cinayətə görə məhkum edildikdə, məhkəmənin hökmü ilə hərbi  rütbələrindən məhrum edilə bilərlər. Ehtiyatda, yaxud istefada olan gizirlər, miçmanlar və zabitlər müvafiq icra hakimiyyəti orqanı, ali  zabitlər isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi rütbədən məhrum edilə bilərlər. [65]

 Hərbi rütbələrindən məhrum edilmiş ehtiyatda, yaxud istefada olan şəxslərə onların qüsursuz davranışlarından sonra bu Əsasnamənin 68-ci  maddəsinə əsasən hərbi rütbələr verilə bilər.

 183. Ehtiyatda, yaxud istefada olan şəxslərin hərbi forma daşımaqdan məhrum edilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  İntizam Nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir.

 184. Ehtiyatda, yaxud istefada olan şəxslərin hərbi forma daşımaq hüququndan məhrum edilməsi, hərbi rütbələrinin bir pillə aşağı  salınması, hərbi rütbələrindən məhrum edilməsi və hərbi rütbələrində bərpa edilməsi barədə təqdimatlar hərbi komissarlıqlar tərəfindən irəli  sürülür və Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılır və  qərar verilmək üçün yuxarı rəislərə göndərilir.

XIII fəsil



MÜHARİBƏ DÖVRÜNDƏ HƏRBİ XİDMƏT KEÇMƏNİN XÜSUSİYYƏTLƏRİ

 185. Müharibə dövründə hərbi qulluqçular hərbi xidməti bu fəsillə və müharibə dövrü üçün qəbul edilmiş digər normativ hüquqi aktlarda  nəzərdə tutulan xüsusiyyətlərin uçotu ilə keçirlər.

 Bu fəsildə və müharibə dövrü üçün qəbul edilmiş başqa normativ hüququ aktlarda müharibə dövründə hərbi qulluqçularla iş aparılması,  onlara hərbi rütbələr verilməsi, attestasiyadan keçirilməsi, məzuniyyətlərin verilməsi və hərbi qulluqçuların həqiqi hərbi xidmətdən  buraxılması qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının xüsusi sərəncamı ilə tətbiq olunur.

 186. Səfərbərlik elan edildikdə:

 a) həmin müddət ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edən bütün şəxslər, o cümlədən toplanışlara  çağırılmış hərbi vəzifəlilər xüsusi sərəncam alınanadək saxlanılırlar (bu Əsasnamənin 21-ci maddəsi). Hərbi hissələrin heyətləri  siyahısından çıxarılmamış hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları barədəki əmrlər, xəstəliklərinə görə istefaya  buraxılanlardan başqa ləğv edilir. Bu hərbi qulluqçular əvvəlki vəzifələrini icra etməyə başlayırlar, bu vəzifələrin başqa hərbi  qulluqçular tərəfindən tutulduğu təqdirdə — müvafiq birbaşa rəislərinin göstərişləri ilə istifadə olunurlar;

 b) bütün məzuniyyətlər, xəstəliyə, hamiləliyə və doğuşla əlaqədar məzuniyyətlərdən başqa (bu Əsasnamənin 119-cu maddəsi), habelə  ezamiyyətlər (bu Əsasnamənin 145-ci maddəsi) dayandırılır və məzuniyyətdə olan hərbi qulluqçular dərhal öz xidmət yerlərinə  qayıtmağa borcludurlar;

 v) müəyyən edilmiş müddətli xidmət yerlərində xidmət edən hərbi qulluqçuların dəyişdirilməsi dayandırılır;

 q) hərbi vəzifəlilər səfərbərlik əmrnamələrində, rayon (şəhər) hərbi komissarlarından aldıqları çağırış vərəqələrində, yaxud əmrlərində  göstərilən müddət ərzində məntəqələrə gəlməlidirlər;

 d) həqiqi hərbi xidmətdə olan və müharibə dövrünün ştatına görə əvvəlcədən vəzifələrə təyin edilmiş hərbi qulluqçular, habelə hərbi  hissələrə təhkim edilmiş hərbi vəzifəlilər səfərbərliyə görə əvvəlcədən təyin olunduqları öz vəzifələrinin icrasına başlayırlar.

 Səfərbərliklə əlaqədar göstərilmiş məntəqələrə vaxtında gəlməyən hərbi vəzifəlilər, vətəndaşların bu çağırış məntəqələrinə vaxtında  gəlmələrinə mane olan idarə, müəssisə və təşkilatların, o cümlədən təhsil müəssisələrinin vəzifəli şəxsləri və başqa vəzifəli şəxslər, habelə  üzürlü səbəblər olmadan məzuniyyətlərdən və ezamiyyətlərdən öz xidmət yerlərinə qayıtmayan hərbi qulluqçular müharibə dövrünün  qanunları ilə məsuliyyət daşıyırlar.

 187. Müharibə dövründə hərbi vəzifəlilərin həqiqi hərbi xidmətə səfərbərliyə görə sonrakı çağırılmaları Azərbaycan Respublikasının  müvafiq icra hakimiyyəti orqanını Fərmanına əsasən müvafiq icra hakimiyyəti orqanının əmrlərinə müvafiq olaraq hərbi komissarlıqlar  tərəfindən həyata keçirilir.

 188. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti müharibə dövründə bu Əsasnamənin 32, 33, 38, 40 («b» və «q» bəndlərindən  başqa) və 171-ci maddələrinə uyğun hərbi qulluqçularla və hərbi vəzifəlilərlə komplektləşdirilir.

 189. Hərbi rütbələrin verilməsi (bu Əsasnamənin 190-cı maddəsi ilə müəyyən edilmiş döyüş fəaliyyətində iştirak edən hərbi qulluqçuların  hərbi rütbələrdə xidmət müddətləri nəzərə alınmaqla), hərbi rütbələrin aşağı salınması, vəzifələrə təyin edilmə, hərbi qulluqçuların müharibə  dövründə xidmət yerinin dəyişdirilməsi dinc dövrdəki kimi yerinə yetirilir.

 190. Döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin hərbi qulluqçuları üçün hərbi rütbədə olması müddəti aşağıdakı kimi müəyyən  edilir:

 

Korpus idarələri hərbi qulluqçuları üçün qoyulmuş xidmət müddətləri müharibə dövründə növbəti hərbi rütbə verilərkən Azərbaycan  Respublikasının müvafiq icra hakimiyyəti orqanı idarələrinin, müstəqil şöbələrinin, Silahlı Qüvvələrin növləri xidmətlərinin hərbi  qulluqçularına onların döyüş əməliyyatlarında yerinə yetirdikləri tapşırıqların xarakterindən və əhəmiyyətindən asılı olaraq tətbiq oluna  bilər. Belə hallarda hərbi rütbədə olma illərinin ixtisarı məsələsini şəxsən göstərilən hərbi qulluqçulara şəxsən növbəti hərbi rütbə verən  rəislər icra edir.

 191. Müharibə dövründə hərbi qulluqçuların hərbi rütbədən məhrum edilməsi, yaxud rütbədə bərpa olunması bu Əsasnamənin 5-ci fəslində  müəyyən edilmiş qaydalar üzrə yerinə yetirilir.

 Müharibə dövründə hərbi rütbədən məhrum edilmiş şəxslərə sonradan özlərini əvvəlki, yaxud ona bərabər vəzifələri tutmağa layiq  göstərsələr, onda onlara əvvəlki rütbələrinə bərabər, yaxud aşağı rütbələr verilə bilər. Belə hallarda rütbələrin verilməsi bu rütbəni verməyə  hüququ olan vəzifəli şəxslər tərəfindən icra olunur.

 192. Müharibə dövründə hərbi qulluqçuları vəzifələrə təyin etmək hüququna malik olan komandirlər və rəislər boş qalan yerləri vaxtında komplektləşdirmək məqsədi ilə daim vəzifədə irəli çəkilmək üçün namizədlər ehtiyatına malik olmalıdır.

 Döyüş əməliyyatlarında iştirak edən hərbi hissələr, birləşmələr və idarəetmə orqanları hərbi qulluqçularla birinci növbədə daha tam  komplektləşdirilməlidir.

 193. Müharibə dövründə gizirlərin, miçmanların və zabitlərin attestasiyadan keçirilməsi onların xidmət üzrə başqa hərbi hissələrə  yerdəyişməsi zamanı, eləcə də yuxarı birbaşa rəislərin tələbləri ilə aparılır. Attestasiya, onu imzalayan şəxsin alay (briqada), əlahiddə tabor  komandirləri və onlara bərabər komandirlərdən aşağı olmayan ən yaxın birbaşa rəisi tərəfindən, attestasiya komissiyasında baxılmadan  təsdiq edilir.

 194. Müharibə dövründə hərbi qulluqçulara məzuniyyət yerlərinə gedib-qayıtma vaxtı sayılmadan 10 gün müddətində (bu Əsasnamənin  129-cu maddəsi) qısa müddətli məzuniyyətlər verilə bilər:

 Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin komandanlarına, qoşun növləri  komandanlarına (rəislərinə), birbaşa Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına tabe olan idarələrin, müstəqil  şöbələrin, xidmətlərin rəislərinə, korpus (diviziya), alay (briqada) komandirlərinə, həmçinin onların müavinlərinə — müvafiq icra  hakimiyyəti orqanı tərəfindən;

 Silahlı Qüvvələrin və qoşun növlərinin əlahiddə bölmələri, hərbi hissələrin və birləşmələrin komandirlərinə və onların müavinlərinə qoşun  növlərinin komandanları tərəfindən;

 Mərkəzə tabe olan əlahiddə bölmələrin hissələrinin komandirlərinə, habelə onların müavinlərinə Azərbaycan Respublikasının müvafiq icra  hakimiyyəti orqanına qoşun növlərinin komandanları (rəisləri), idarə, müstəqil şöbələri rəisləri tərəfindən;

 Qalan hərbi qulluqçulara — hərbi hissə komandirləri və onlara bərabər və yuxarı birbaşa rəislər (onların bilavasitə rəislərinin razılığı ilə)  tərəfindən.

 195. Müharibə dövründə hərbi qulluqçuların müalicəsi müalicə müəssisələrində başa çatdırılmalıdır. Hərbi həkim komissiyasının qərarı ilə  müstəsna hallarda hərbi hissələrin komandirləri (bəzi hallarda isə hərbi hissənin siyahısından çıxarıldıqda hərbi müalicə müəssisəsinin  rəisləri) tərəfindən xəstəliyə görə 30 gün müddətində məzuniyyət verilə bilər. Bu müddət qurtardıqdan sonra hərbi-həkim komissiyasının  qərarı ilə xəstəliyə görə məzuniyyət yenə bu müddətə artırıla bilər, müvafiq tibbi göstəricilərə görə daha bir dəfə artırıla bilər. Ümumilikdə  xəstəliyə görə məzuniyyət üç aydan çox olmamalıdır. Xəstəliyə görə məzuniyyət başa çatdıqdan sonra hərbi-həkim komissiyası hərbi  qulluqçunun hərbi xidmətə yararlı olub-olmaması barədə qərar çıxarır.

 196. Həqiqi hərbi xidmətdə olan, hərbi-həkim komissiyası tərəfindən müharibə dövründə hərbi uçotdan silinməklə hərbi xidmətə yararsız  sayılan hərbi qulluqçular xəstəliyə görə istefaya buraxılırlar. Müharibə dövründə 6, yaxud 12 aydan sonra yenidən tibbi müayinədən  keçməklə hərbi xidmətə yararsız sayılanlar isə ehtiyata buraxılırlar;

 onların buraxılma əmrlərində göstərilən müddət keçdikdən sonra  yenidən tibbi müayinədən keçmələrinin zəruri olduğu göstərilir.

 Müharibə dövründə hərbi-həkim komissiyasının qərarına görə hərbi xidmətə yararsız, yaxud 6, ya da 12 aydan sonra yenidən tibbi  müayinədən keçirilməklə müharibə dövründə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmasını bu  Əsasnamənin 160-cı maddəsində göstərilən, dinc dövrdə buraxılmanı həyata keçirən rəislər icra edirlər.

 197. Səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Fərmanına əsasən icra edilir.

 Səfərbərlikdən tərxisetmə üzrə hərbi xidmətdən buraxılan hərbi qulluqçular bir dəst geyim və ayaqqabı ilə təmin olunurlar. Belə hərbi  qulluqçuların yaşayış yerlərinə aparılması və yolda qida ilə təmin edilməsi dövlət hesabına edilir.

 198. Müharibə dövründə hərbi qulluqçuların uçotunun xüsusiyyətləri «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin  uçotuna dair Təlimat»la müəyyən edilir.

«Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə


1 saylı əlavə

___________________________________________ Komandirinə (rəisinə)

«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsinə müvafiq olaraq son yaş həddindən artıq 5 il müddətinə qədər həqiqi hərbi xidmətdə saxlanmaları məqsədəuyğun olan ______________________________________________________________ siyahısını təqdim edirəm.

(hərbi hissənin adı, hərbi qulluqçuların heyəti)


Sıra №-si

Hərbi rütbəsi, soyadı, adı, atasının adı və tutduğu vəzifə

Təvəllüdü, nə vaxt və hansı hərbi, yaxud mülki ixtisas məktəbini bitirmişdir

Hansı müddətə xidmətdə saxlanması təklif edilir

Xidmətdə saxlanmasının məqsədəuyğunluğunun əsaslandırılması

1

Azərbaycan Respublikasının Milli Qəhrəmanı polkovnik Cəfərov İlqar Mahmud oğlu, Bakı Ali hərbi Birləşmiş, Komandanlıq məktəbinin taktika kafedrasının rəisi (ştat kateqoriyası polkovnik-leytenant)

28 yanvar 1946-cı il, Frunze adına Hərbi Akademiya, 1976-cı il, hərb elmləri namizədi

_____ ilə qədər

Yüksək ixtisaslı, döyüş təcrübəsinə malik mütəxəssisdir

________________________________

(hərbi hissənin adı)



komandiri (rəisi) _____________________________________

(hərbi rütbəsi, imzası, soyadı)

«_____»____________________ 19___ il




















 

 

 



 

 

 



 

 

 



 

 

«Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə


2 saylı əlavə

__________________________________ Komandirinə (rəisinə)

«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsinə müvafiq olaraq son yaş həddindən artıq həqiqi hərbi xidmətdə saxlanmaları məqsədəuyğun olan ____________________ _______________________________________________________________________________________

(hərbi hissənin adı, hərbi qulluqçuların heyəti)

siyahısını təqdim edirəm.



Sıra №-si

Hərbi rütbəsi, soyadı, adı, atasının adı və tutduğu vəzifə

Təvəllüdü, nə vaxt və hansı hərbi, yaxud mülki ixtisas məktəbini bitirmişdir

Hansı müddətə xidmətdə saxlanması təklif edilir

Xidmətdə saxlanmasının məqsədəuyğunluğunun əsaslandırılması

1

2

3

4

5

1

Baş gizir Rzayev Samir İmran oğlu, radio stansiyasının rəisi

18 avqust 1950-ci il, Bakı Rabitə texnikumu Xidmət illəri: (təqvim üzrə) — 18 il 7 ay,

güzəştli ____ il



_____ ilə qədər

İş bacarandır.

Xidmət illəri 20 il olana qədər



________________________________

(hərbi hissənin adı)



komandiri (rəisi) _____________________________________

(hərbi rütbəsi, imzası, soyadı)

«_____»____________________ 19___ il




















Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin