Ümumtəhsil məktəblərində yadro itələmə atletika idmanın bir növü kimi şagirdlərdə sürət-güc qabiliyyətinin inkişaf etdirilməsi üçün ən səmərəli vasitə hesab olunur.
Bu hərəkətin icra texnikası onun bütün tarixi ərzində inişaf etmiş, dəyişmiş və təkmilləşmişdir. Yerindən, addımdan, tullan- madan, sıçrayışdan və nəhayət dairə daxilində dönmələrdən yadronun itələnmə tex-nikası formalaşmışdır. Hazırda müasir idmançılar kürəyi atma istiqamətinə sıçrayışdan eyni zamanda dönmələrdən yadronun itələnməsi üsullarından istifadə edirlər.
Hərəkətin icrası zamanı aşağıdakı fazalara diqqət yetirmək lazımdır:
-alətin tutulması;
-qaçışa (sıçrayış, dönmə) hazırlıq:
-sıçrayış (dönmə);
-final sǝyi (alətin itələnməsi);
-hərəkətin dayandırılması, müvazinətin saxlanılması.
-yadronun sıçrayışdan itələnməsi
Alətin tutulması.
Yadro ovucun içində barmaq (daha çox) falanqalarının əsası üzərində dayanır və yandan baş barmaqla tutulur. Barmaqlar bir yerdə tutulur. Əgər yadronu itələyən zaman barmaqlar arxaya əyilirsə, o zaman barmaq əzələlərinin kifayət qədər. Güclənməsinə qədər yadronu ovuca daha yaxında saxlamaq tövsiyə olunur.
Alətin tutulması:
Dostları ilə paylaş: |