1
O,
PEYĞƏMBƏR
DEYİLDİ
Həsən ibn Fərhan əl-Maliki
II nəşr
Bakı – 2013
2
3
Allahın adıyla...
GİRİŞ
Allahın köməyi ilə başladığımız tərcüməni bitirdik. Mövzunun
əhəmiyyətini nəzərə alaraq, bu qiymətli tədqiqat əsərini ərsəyə gətirən Şeyx
Həsən ibn Fərhana dərin minnətdarlığımızı bildiririk...
Vəhhabilik və Məhəmməd ibn Əbdülvəhhab bərəsində çoxlu elmi və
tənqidi əsərlər yazılmışdır. Ancaq onların hamısının həqiqəti əks etdirdiyini
demək çətindir. Kitabın müəllifi Şeyx Həsən Səudiyyə Ərəbistanında
anadan olmuşdur. Özünün də qeyd etdiyi kimi, dini təhsilini vəhhabilərin
arasında almışdır. Bu mühitdə keçirdiyi uzun illər ərzində fikirlərinin
vəhhabi ideologiyasına uyğun olmadığı qənaətinə gəlmişdir. Bunun nəticəsi
olaraq da, vəhhabiliyə qarşı tənqidi yazılarını qələmə almışdır. Bu əsnada
orta yolu təqib etməyə çalışmış, bacardığı qədər ifrat fikirlərdən uzaq
durmuş, İslam birliyinə və bərabərliyinə önəm vermişdir. Əsərin
Azərbaycan oxucusu tərəfindən maraqla qarşılanacağına ümid edərək, onun
tərcüməsinə qərar verdik.
Təəssüf ki, günümüzdə İslamı sidq ürəklə yaşamaq istəyənlər bəzi
həqiqətlərdən xəbərsizdirlər. Məqsədim qətiyyən kiminsə seçdiyi əqidəyə
müdaxilə etmək deyildir. Əlbəttə ki, müsəlman kimi məni maraqlandıran
əsas məsələ İslama bağlı əqidə məktəbinin nəyə görə digərlərini kafirlikdə
ittiham etməsi, hətta bəzən onların öldürülməsini də məqbul görməsidir.
Bizim bildiyimiz İslam nəinki bir müsəlmanı, hətta tutarlı səbəb olmadan
günahkar bəndəni öldürməyi də qadağan etmişdir. Belə olan halda ortaya
sual çıxır: Ya bizim oxuduğumuz Quran və hədislər onların oxuduqları ilə
eyni deyil, ya da İslamın əsas mənbələri hesab olunan bu qaynaqları
istədikləri kimi başa düşürlər. Şübhəsiz ki, hamımız eyni Quranı oxuyuruq.
Etiqad və əməldə bəhrələndiyimiz və etibar etdiyimiz hədislər eynidir. Elə
isə niyə özünə müsəlman deyənlər özləri kimi düşünməyən digər
müsəlmanların öldürülməsini rəva bilsin?
4
Bu gün nəinki təkfirçi vəhhabilərdə, hətta mötədil hesab
olunanlarında belə, başqa İslam məzhəblərinə qarşı mənfi münasibətin
şahidi oluruq. Təkfir əleyhinə kitab yazaraq müsəlmanları kafirliklə ittiham
etmənin düzgün olmadığını qeyd edən Nasiruddin Albani, Əbdüləziz ibn
Baz, Məhəmməd İbn Üseymin və Salih ibn Fövzan kimi “mötədil” hesab
olunan vəhhabi alimləri belə başqa məzhəbləri küfr və ən yaxşı halda
bidətdə ittiham edirlər. Onlar təsəvvüf əhlini
1
və şiələri
2
şirkdə (Allaha
şərik qoşmaq), əhli-sünnənin əksəriyyətini təşkil edən əşəriləri
3
və
maturidiləri
4
isə bidətdə ittiham edərək, əhli-sünnə xaricində sayırlar.
Onlara görə yeganə əhli-sünnə sələfi-vəhhabilikdir.
Bütün bu suallara cavab tapmaq üçün Məhəmməd ibn Əbdülvəhhab
və vəhhabilik haqqında qısa məlumat vermək vacibdir.
Məhəmməd ibn Əbdülvəhhabın həyatı
Nəcdli Əbdülvəhhab oğlu Məhəmməd Bəni Təmim qəbiləsindəndir.
1703-cü ildə (h/1115) Üyəynədə (indiki Səudiyyə Ərəbistanı Krallığının
ərazisində) doğulmuş və 1792-ci ildə (h/1206) Dəriyyədə vəfat etmişdir. İlk
təhsilini atasından aldıqdan sonra Mədinəyə gedərək Şafii və Hənbəli
məzhəblərinə bağlı bəzi alimlərin dərslərini dinlədikdən sonra bir müddət
təhsilini Məkkədə davam etdirmişdir. Nəhayət Şamda təhsilini başa vuraraq
Nəcdə qayıtmış və xalqı “tövhidə dəvət etmək, şirkdən uzaqlaşdırmaq”
üçün səfərə çıxmışdır.
5
Bağdad, Şam və bəzi mənbələrə görə, Həmədan və
İsfahanda fikirlərini yaymağa çalışmışdır. Daha sonra atasının yaşadığı
Hurəymiləyə (Riyadın şimalında) gəlmiş və ən məşhur əsəri olan “Kitabut-
Tövhid”-i burada qələmə almışdır.
6
Atasının vəfatından sonra Üyəynəyə qayıtmışdır. Burada fikirlərini
yaymaqla qalmamış, onları həyata keçirməyə başlamışdır. Üyəynə
1
Bax. http://www.binbaz.org.sa/mat/10231; http://www.4salaf.com/vb/showthread.php?p=63573
2
Bax. http://www.binbaz.org.sa/mat/4170
3
http://www.binbaz.org.sa/mat/10237; http://www.alfawzan.af.org.sa/node/8396
4
http://ar.islamway.net/fatwa/18047
5
Yusuf Ziya Yörükan, Vehhabilik, Ankara Universiteti İlahiyat Fakultəsi Jurnalı, 1-ci sayı, II cild,
Ankara, 1953, səh. 55.
6
Batı İslam Ensiklopediyası, Vəhabilik, s. 263.
5
ətrafındakı yaşayış məntəqələrdəki türbələr, yüksək məzarlar və xalqın
mübarək hesab etdiyi mağaralar, ağaclar onun fətvası ilə dağıdılmışdır.
Səhabə Zeyd ibn Xəttabın Cübeylədəki türbəsi şəxsən Məhəmməd ibn
Əbdülvəhhab tərəfindən dağıdılmışdır. Üyəynə və ətrafındakı təhsil, irşad
fəaliyyətləri ilə bərabər Hicaz, Yəmən alimlərinə və əmirlərinə məktub
göndərərək əqidəsini onlara aşılamağa başlamışdır. Çox keçməmiş onun
fəaliyyəti Əhsa və ona bağlı bölgələrin hakimi olan Bəni Xalid qəbiləsinin
rəisi Süleyman ibn Urayrın diqqətini çəkmişdir. Onun apardığı təbliğat
nəticəsində bölgədəki nüfuz tarazlığının pozulacağından ehtiyatlanan İbn
Urayr Üyəynənin əmiri Osman ibn Həmdə məktub yazaraq ondan
Məhəmməd ibn Əbdülvəhhabın qarşısını almasını istəmişdir. Bundan sonra
Üyəynəni tərk etmək məcburiyyətində qalan İbn Əbdülvəhhab Dəriyyə
əmiri Məhəmməd ibn Səuda sığınmışdır. İbn Səud onu himayəsi altına
almaqla yanaşı, təlimini yaymaqda ona dəstək verəcəyini vəd etmişdir. İbn
Əbdülvəhhab isə əvəzində zəfərə qədər bu ittifaqa sadiq qalacağına təminat
vermişdi. “Dəriyyə biətləşməsi” adlanan bu ittifaq Nəcd tarixinin önəmli
hadisələrindən
biridir. İttifaqın mənsubları fikirlərini və siyasi
hakimiyyətlərini qəbul etməyən qəbilələrə qarşı “cihad” adı altında hərbi
hərəkata başladılar. Bütün Nəcd, Əsir və Yəmənin bir hissəsi təxminən 15
il ərzində itaət altına alındı. Riyad şəhəri də ələ keçirildi. Nəticədə
Məhəmməd ibn Əbdülvəhhabın öldüyü 1792-ci ilədək Ərəbistan
yarımadasının böyük hissəsini birləşdirən dövlət meydana gəldi.
7
Məhəmməd ibn Əbdülvəhhab onun əqidəsini qəbul etməyən
müsəlmanları “öldürülməsi vacib sayılan kafirlər” elan etmişdir. Həzrət
Məhəmmədin (s.ə.s) türbəsi də daxil olmaqla bütün müqəddəs məkanları
dağıtmağa, mübarək şəhərlərin sakinlərini qətlə yetirməyə və həcc
ziyarətinə gələnlərə öz əqidəsini yeritməyə çalışmışdır. Geniş vüsət almış
bu üsyan yalnız 1818-ci ildə Osmanlı dövləti tərəfindən yatırılmışdır.
Bununla da, müstəqil siyasi güc kimi yeni meydana gələn vəhhabilik
hərəkatının qarşısı qismən alınmışdır.
8
Lakin sonrakı dövrlərdə Osmanlını
7
Böyükkara Mehmet Ali, Suudi Arabistanı ve Vehhabilik, İstanbul, 2004, səh. 22 – 24.
8
Hodgson M.G.S, İslam’ın Serüveni, Bir Dünya Mədəniyətində Şuur və Tarix, çevirənlər:
Ercüment Akar, Mete Akçok, Birol Çetinkaya, Deniz Diker, Nurdan Hacıislamoğlu, Metin
6
parçalamağa çalışan Qərb dövlətlərinin köməyi ilə Ərəbistan yarımadasında
möhkəmlənmiş və Səudiyyə Ərəbistanı dövlətinin yaranması ilə birlikdə
dövlətin rəsmi ideologiyasına çevrilə bilmişdir.
9
ƏSƏRLƏRİ:
Məhəmməd ibn Əbdülvəhhabın geniş həcmli əsəri yoxdur. Yalnız
müəyyən mövzuları izah edən risalələr yazmışdır. Üyəynə və
Dəriyyədəykən qonşu qəbilə başçılarına və dövrünün alimlərinə dəvət
məktubları yazmışdır. İbn Əbdülvəhhabın həyatı haqqında əsər yazan Əmin
Səid öz kitabında “ Dəvət məktubları” başlığı ilə onun bəzi məktublarının
mətnlərini vermişdir. Məhəmməd ibn Əbdülvəhhabın ən məşhur əsəri
“ Kitabut-Tövhid”-dir. Bu kitaba çox saylı şərhlər yazılmışdır. Nəvələri
Süleyman ibn Abdullah və Əbdürrəhman ibn Həsən də “ Kitabut-Tövhid”-ə
şərh yazanlardandır. Sonralar Əbdürrahman ibn Həsən tərəfindən bu əsər
qısaldılmış və nəşr olunmuşdur.
Digər məşhur əsəri isə “ Kəşfüş-şübuhat”-dır. Burada tövhidi pozan,
müsəlmanları şirkə aparan əməllər barədə məlumat vermiş, tövhidin qəlblə
təsdiq etmək, dillə elan etmək və əməllərlə həyata keçirməkdən ibarət
olduğunu izah etmişdir. O, “Təfsirul-Fatiha”, “Səlasətül-üsul”, “Şurutus-
salat”, “Fəzailül-İslam”, “Üsulul-iman”, “Əl-Ərbaul-qavaid”, “Məsailul-
cahiliyyə”
10
və s. kimi kiçik həcmli əsərlər də qələmə almışdır.
FİKİRLƏRİ:
Məhəmməd ibn Əbdülvəhhabın xüsusilə “təkfir” və “cihad”
haqqındakı fikirlərinin ətraflı araşdırılmasına ehtiyac var. Çünki yalnız
onun davamçıları özlərini İslama olduğu kimi riayət edən yeganə firqə kimi
hesab edirlər. Bununla yanaşı, digər İslam məzhəblərinə qarşı da əsassız
Karabaşoğlu, Ercümənt Karataş, Feray Özen, Ümit Sönmezler, Muhammet Şeviker, Sedef Tenim,
Akile Zorlu, İstanbul, 1993, 3.cild, səh. 170 – 172.
9
Vəhhabiliyin Səudiyyə Ərəbistanındakı tarixi və hal-hazırdakı vəziyyəti ilə əlaqəli bax. Mehmet Ali
Büyükkara,
İhvan'dan Cüheyman'a: Suudi Arabistan ve Vehhabilik
, İstanbul, 2010
10
Ahmet Vehbi Ecer, Tarihte Vehhabi Harekatı ve Etkileri, Ankara, 2001, səh. 59 – 64. Bu mövzuda
yazılmış başqa önəmli bir kitab da Vasilyev tərəfindən qələmə alınmışdır.
А. М. Васильев, История
Саудовской Аравии
(1745 – 1973), Moskva, 1982. Geniş məlumat əldə etmək istəyənlər bu kitablara
müraciət edə bilərlər.
7
ittihamlar irəli sürürlər. Demək olar ki, bu ittihamlar bütün məzhəblərə
qarşı səsləndirilmişdir. Məhəmməd ibn Əbdülvəhhabın açıq şəkildə Allaha
şərik qoşmaqda günahlandırdığı isə təəssüf ki, əsl kafirlər deyil, məhz
müsəlmanlardır. Barələrində müqəddəs savaş – cihad elan edilənlər də
müsəlmanlardır.
Bu iddialar isə tamamilə Quran və Peyğəmbərin (s.ə.s) sünnəsinə
ziddir. Çünki Allah (c.c) vəhhabi kimi tanınanların dediklərini təkzib edir.
Burada diqqət çəkən bəzi məsələləri qeyd etmək istəyirəm:
Məhəmməd ibn Əbdülvəhhabın fikirlərinə görə, Allahın (c.c)
sonuncu elçisi Məhəmməd (s.ə.s) İslamiyyətdən öncəki müşrik kimi
tanıdığımız ibadət edən, həccə gedən, sədəqə vərən və Allahı zikr edən
qövmə göndərilmişdir.
11
Yəni onun sözlərinə görə, Məhəmməd
peyğəmbərdən (s.ə.s) öncə də Məkkə və ətrafında yaşayanlar əməlisaleh
insanlar idilər. Onlar ibadət edir, həccə gedir, sədəqə verir və Allahı zikr
edirmişlər.
Bu fikir İslamın təməl dəyərlərini zərbə altında qoyur. Ərəblər
Məhəmmədə (s.ə.s) peyğəmbərlik veriləndə bu qədər inanclı idilərsə, o
zaman elçinin və xəbərdar edicinin Allah tərəfindən göndərilməsinə nə
ehtiyac vardı? Bütə sitayiş edən, zina edən, qız uşaqlarını diri-diri torpağa
basdıran,
12
haqsız yerə insan öldürən, Kəbəni çılpaq təvaf edənlər necə
əməlisaleh ola bilərlər? Halbuki, Allahın evi bütlərlə dolmuşdu. Hətta
Peyğəmbərin (s.ə.s) nübüvvətini qəbul etməyən tədqiqatçılar belə,
Ərəbistan yarımadasında daim bir-biri ilə döyüşən qəbilələrin qısa
müddətdə necə vahid dövlətdə birləşmələrini başa düşə bilmirlər. Qısacası,
hər kəsə məlum olduğu kimi Məkkə əhalisinin və ətrafındakı ərəb
qəbilələrinin böyük əksəriyyəti müşrik idi. Necə ki, Allah (c.c) da buyurur:
“(Allah) göyləri və yeri haqq olaraq yaratmışdır, (Allah) Ona şərik qoşulan
bütlərdən ucadır!”
13
Uca Allah digər ayədə isə sanki Məhəmməd ibn
11
Kəşfüş-Şübuhat, səh. 5–6.
12
“Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzü qapqara qaralar. Verilən müjdənin
pisliyi üzündən tayfasından qaçıb gizlənər. (Allah bilir!) Görəsən, onu (o körpəni) zillət içində
saxlayacaq, yoxsa torpağa göməcək? (Diri-diri basdıracaq?) Bir görün onlar necə pis mühakimə
yürüdürlər! (Oğlanları özlərinə götürüb qızları Allaha isnad edirlər)”.(Nəhl surəsi, 58–59).
13
Nəhl surəsi, 3.
8
Əbdülvəhhabın iddialarını cavablayır: “Məgər Biz müsəlmanları kafirlərlə
eynimi tutacağıq?! (Ey kafirlər! Siz dünyada yoxsul möminlərdən var-
dövlətcə üstün olduğunuz kimi, axirətdə də onlardan üstün olacağınızı,
yaxud ən azı onlarla eyni olacağınızı iddia edirsiniz). Sizə nə olub, necə
mühakimə yürüdürsünüz?”
14
Bu mövzuda onlarla ayə vardır, lakin biz yuxarıda sadaladıqlarımızla
kifayətlənirik.
Məhəmməd ibn Əbdülvəhhab “Kəşfüş-Şübuhat” əsərində deyir:
“Bu müşriklər, yəni Qüreyş kafirləri təkcə Allahın yaradan olduğuna və
Onun şəriki olmadığına, Ondan başqa ruzi verənin olmadığına, həyat
vermək, öldürmək, hər şeyi nizama qoymaq, bütün səmanın və onun içində
olanların, yeddi qat yerin və onun içində olanların yalnız Ona aid olduğuna,
onların Onun qulları və Onun əmri və cahabdehliyi altında olduqlarına
şəhadət edərdilər”.
Dediklərinin yanlış olduğunu və son peyğəmbər Həzrət Məhəmməd
(s.ə.s) nübüvvətini elan etməmişdən əvvəl ərəblərin zəlalət içində
olduqlarını isə Quran belə xəbər verir: “(Əksəriyyəti yazıb-oxumaq
bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. (Bu
Peyğəmbər) əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, onlara (Allahın)
ayələrini oxuyar, onları (günahlardan, şirk və küfr çirkabından) təmizləyər,
onlara Kitabı və hikməti (Quranı və şəriəti) öyrədər.”
15
“Kəşfuş-şübuhat”
kitabının 9-cu səhifəsində Qüreyş və digər kafirlərin “gözəlliklərini” belə
təsvir edir: “Onlar gecə və gündüz hər cür nöqsandan uzaq olan Allaha
ibadət edirdilər! Onlardan bəziləri islah olmaları və Allahın onları
bağışlamaları üçün mələklərə ibadət edirdilər. Yaxud da, Lat kimi övliyaya
və ya İsa kimi peyğəmbərə də bu məqsədlə ibadət edirdilər! Peyğəmbərin
(s.ə.s) etdikləri şirkə və ibadətlərinin xalis olmaları üçün onlara qarşı savaş
açdığını bilirsən! Peyğəmbər (s.ə.s) bütün ibadətlərin, nəzirlərin,
qurbanların, kömək diləmənin və hər cür ibadət növünün Allah adına
olması üçün onlarla savaşdı”.
14
Qələm surəsi, 35-36.
15
Cümə surəsi, 2
9
Xeyr! Əsla cahiliyyə ərəbləri onun dediyi kimi gecə-gündüz Allaha
ibadət etmirdilər, əksinə Ona şərik qoşurdular. Buna görə də Allah (c.c)
elçisinə belə deməyi əmr etdi: “(Ya Rəsulum) De: “Sizin Allahdan qeyri
tapındığınız bütlərə ibadət etmək mənə qadağan edilmişdir”. De: “Mən
sizin nəfsinizin istəklərinə əsla uymaram. Belə ola biləcəyi təqdirdə mən
(haqq yoldan) azar və doğru yola yönəlmişlərdən olmaram!”
16
.
İbn Əbdülvəhhabın qəribə fikirləri davam edir: “Ey müşrik!!
Qurandan və Peyğəmbərin (s.ə.s) hədislərindən mənə qarşı gətirdiyin
şeylərin mənalarını başa düşmürəm…!”
İbn Əbdülvəhhabın qarşısında dayanmış bir müşrik təsəvvür edin ki,
Kitabdan və sünnədən dəlil gətirir. Onlara inansaydı, ona müşrik deyilərdi,
yoxsa mömin? İnanmayan, hətta bu barədə düşünmək istəməyən kəslər nə
vaxtdan özünü haqlı çıxarmaq üçün İslam mirasına yönəlir və orada özünə
dəlil axtarır?!
43-cü səhifədə: “Peyğəmbərin (s.ə.s) öldürdükləri bunlardan daha
ağıllı və daha az şirkə sahib idilər”.
Əlbəttə, bütün bu ittihamlar hər nə qədər asan başa düşülməsə də,
İbn Əbdülvəhhab onları sıralamağa davam edir.
Ümumi hücumlardan başqa yazdıqlarının yenə önəmli bir
bölümündə ayrı-ayrı məzhəb və şəxslərə qarşı ittihamlar yer almaqdadır.
Hədəfində əsasən, təsəvvüf əhli və şiələrdir.
Həsən ibn Fərhan da bu məsələni xüsusi ilə qeyd etmişdir: “Hənbəliləri
təkfir etməsi ilə müqayisədə İmamiyyəni təkfir etmək asandır.” İbn
Əbdülvəhhab: “Onların küfründən şübhə edən də kafir olar”,- deyir.
17
Təəssüf ki, əsrlərlə davam edən məzhəblərarası ixtilaflar həddini
aşaraq qarşılıqlı təkfir və bidət ittihamları səviyyəsinə çatmışdır. Bu
müzakirə və mübarizələrdə məsum insanların qanı tökülmüş, ən böyük
zərəri isə müsəlman cəmiyyəti görmüşdür.
Müsəlmanlara böhtan atmaq İslami baxımdan çox təhlükəlidir. Çünki
Allah (c.c) inananlara bundan çəkinməyi buyurmuşdur: “Şübhəsiz ki,
mömin kişi və qadınları (dinlərdən döndərmək üçün) bəlaya düçar edən,
16
Ənam surəsi, 56
17
Dürər, X cild, səh. 369.
10
sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxan atəş
əzabı gözləyir.”
18
Bütün bunlarla yanaşı, İbn Əbdülvəhhabın fikirlərində ziddiyətlər də
diqqət çəkməkdədir. O, bir yerdə dediklərini başqa yerdə təkzib edir.
Səbəbindən asılı olmayaraq, bu qəbul edilməz haldır. Bunlardan bir
neçəsini qeyd etmək istəyirəm.
1) Bir yerdə dörd məzhəbin kitablarını batil saydığını inkar edir.
19
Başqa bir yerdə isə onları şirkin özü adlandırır.
20
2) “Altı yüz ildir ki, insanların inancı yoxdur” dediyini rədd edir.
21
O,
belə bir şey olmadığını söyləyir. Ancaq onun Nəcd və Hicaz
müsəlmanlarının çoxunu (hicri üçüncü və dördüncü əsrdən bəri yaşayan)
ittiham edən ifadələri var. Bəzi ibarələrindən təkfiri son əsrə və ya iki əsrə
qədər qısaltdığını anlayırıq.
3) Övliya insanlara təvəssül edənləri təkfir etdiyini rədd edir.
22
Məhəmməd ibn Əbdülvəhhabın ən böyük xətası müsəlmanlara qarşı
savaşmağı məqbul hesab etməsi və məsum insanların öldürülməsini mübah
görməsidir. Təkrar söyləmək ehtiyacı hiss edirəm ki, onun cihad fikri əhli-
küfrə qarşı deyil, əhli-imana qarşıdır.
Onun fikirlərinə görə, köhnə inanclarında qalmaqda israr edən
müsəlmanlar ölümlə cəzalandırılacaq. O, türklərin Allahı inkar etdiyini
bildirir. Çünki onun fikrincə türklər Məhəmmədin (s.ə.s) özünə ibadət
edirlər. Özününsə bu bütpərəstliyi ortadan qaldırmaq üçün göndərildiyini
iddia edir. Əsas missiyasının bir olan Allaha ibadəti bərqərar etmək
olduğunu bildirir.
23
Vəhhabilər Məkkə və Mədinəni ələ keçirdikdən sonra (Səud əl-Kəbir
dövründə) yerli alimləri sənəd imzalamağa məcbur etdilər. Sənəddə belə bir
hökm yer almaqda idi: “Məkkə və Mədinə xalqı fəthdən (vəhhabilərin bu
18
Buruc surəsi, 10.
19
Dürər, 1/ 34, 10/ 13.
20
Dürər, 2/ 59.
21
Dürər, 9/ 34, 10/ 13.
22
Dürər, 9/ 34. 10/ 13.
23
Lous Alexandre Olivier də Corancez, The History Of The Wahabis, (Eric Tabet tərəfından İngilizcə
tərcüməsindən istifadə edilmişdir), İngiltərə, 1995, s 15.
11
şəhərləri işğal etməsindən) əvvəl böyük küfr içində idilər. Buna görə
onların qanları və malları halal idi. Yerdə qalan müsəlman ölkələri də o gün
böyük şirk içindədirlər!”
24
Məkkəi-Mükərrəmə alimlərinin nüsxəsi
Təkfir nüsxəsi Səud ibn Əbdüləziz ibn Məhəmməd dövründə
yazılmışdır. O, İbn Əbdülvəhhabın tələbələrindən idi. Məkkə alimləri o
sənədə imza atmışlar: “Biz, Məkkə alimləri imzalarımız və möhürlərimizlə
şahidlik edirik ki, Məhəmməd ibn Əbdülvəhhabın gətirdiyi və
müsəlmanların imamı Səud ibn Əbdüləzizin dəvət etdiyi bu din Allahın
tövhidindəndir və məqsədi şirkdən uzaqlaşdırmaqdadır. Bu kitabda qeyd
olunanlar şübhəsiz haqqdır. Keçmişdən günümüzədək Məkkə və Mədinədə,
Misirdə, Şam və digər bölgələrdə meydana gələnlər şirkin növlərindəndir.
Onların küfrü mübah, qanı və malı halaldır. Əbədi odda qalmaq onlara
vacibdir. Kim Məhəmməd ibn Əbdülvəhhabın gətirdiyi dinə girməz, onunla
əməl etməz, biət etməz, düşmənləri ilə savaşmazsa, o bizə görə Allaha və
axirət gününə qarşı küfrdədir. Müsəlmanların imamına
25
və müsəlmanlara
onlarla savaşmaq (tövbə edərək bu dinin tələbinə görə əməl edinədək) və
öldürmək vacibdir!!! Əvvəllər İbn Əbdülvəhhabın və vəhhabiliyin
əleyhində olanlar bu sənədə adlarını yazdılar və imza atdılar.
Mədinə-i Münəvvərə nüsxəsi
Mədinə nüsxəsi kəlmə və məna baxımından Məkkə nümunəsinə
yaxındır: “Keçmişdən bu günədək Məkkə, Mədinə, Şam, Misir və digər
bölgələrdə bu kitabda qeyd olunan şirk növləri ortaya çıxdı. O da, (bu yolda
olanların) qanının və malının halal sayıldığı küfrdür. Bu dinə girməyən,
onunla iman edib, əməl etməyən kəs Allaha və axirət gününə
inanmamışdır. Müsəlmanların imamına və bütün müsəlmanlara onlara qarşı
cihada qalxmaq, şirk və inad əhlini öldürmək vacibdir. Misir, Şam, İraq
24
Dürər, 1/ 314 – 317.
25
Səud ibn Əbdüləziz qəsd edilir.
12
xalqından kim bu kitaba müxalif çıxaraq, indi olduqları dinlərinin əmrlərini
yerinə yetirməyə davam edərsə, o, kafir və müşrikdir.”
26
Hər iki sənədə diqqətlə baxmağınızı tövsiyyə edirəm. Məhəmməd
ibn Əbdülvəhhabın gətirdiyi “dinə” girməyən müsəlman deyildir. Bunun
hansı din olduğunu, şərtlərinin nə olduğunu bilən var? Bizim bildiyimiz
İslama girməyin şərti Allahın birliyinə və Məhəmmədin (s.ə.s) Onun qulu
və elçisi olduğuna şəhadət etməkdir. Min ildən çoxdur ki, əqidə məsələləri
üç nöqtədə birləşmişdir - Allahın birliyinə, axirətə və peyğəmbərlərin haqq
olduğuna inanmaq. Bunu qəbul edən əsla nə kafir ola bilər, nə də müşrik.
Amma haqsız yerə müsəlmanları öldürməyin cəzası isə çox ağırdır. “Hər
kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı
Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük
əzab hazırlar!”
27
Hədis-i şərifdə isə bu cür buyrulmuşdur: “Müsəlmana
söymək fasiqlik, öldürmək isə küfrdür.”
28
Müsəlman din qardaşı ilə münasibətdə həlim olmalıdır.
29
Bütün bu
ayrılıqlar və ixtilafların nəticəsində təəssüf ki, Allahın əmrini unuduruq.
Əslində vəd olunan müvəffəqiyyətin sirri bundadır. Haqqı tapdanan, əzilən,
məzlum vəziyyətə düşənlərin tək çarəsi birlikdir. “Hamılıqla Allahın ipinə
(dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən)
ayrılmayın!” (Ali-İmran, 103).
Dostları ilə paylaş: |