4. Hindistanda Maurya imperiyası
B.e.ə. 500-cü ilə yaxın Qanq çayının üzərində yeni siyasi və mərkəzi kimi
Maqadxa meydana gəldi. Buddizmin banisi Sidhartha Qautama - Budda (Sanskrit
dilində hərfi mənada «işıqlanmağa çatmış, işıqlanmış» deməkdir) öz təlimi ilə brəhmən
kahinlərinin dinini sıxışdırdı.
Budda öz təlimi ilə Maurya sülaləsi hökmranlığının əsasını qoydu. Bu dövlət
Makedoniyalı Aleksandrın Hindistana yürüşündən (b.e.ə. 327-325-ci illər) sonrakı
dövrdə fəaliyyətə başlamışdı və b.e.ə. II əsrə qədər Hindistanın şimalında və şimali-
qərbində davam etmişdi. Maurya dövlətinin b.e.ə. 321-ci ildə çar Çandraqupta
yaratmışdı. B.e.ə. III əsrin əvvəlində çar Aşokanın hökmranlığı dövründə bu dövlət
şimali və mərkəzi Hindistanı birləşdirib, böyük tərəqqiyə çatmışdı.
Aşoka da əvvəllər işğal siyasəti aparırdı, lakin bir yürüşü çox qan axıdılmasına
səbəb olduqda, bu ona olduqca güclü təsir göstərdi. Müharibənin dəhşətindən qorxuya
düşən Aşoka hökmranlığının sonrakı dövrlərində dövlətini humanist prinsiplər
əsasında təşkil etdi, zorakılığa deyil, ictimai xeyirə və sülhə can atdı. Bunlar
təbəələrinin davranışını nizamlayan çox saylı ediktlərdə öz əksini tapdı. Onları ölkənin
hər yerindəki daş dirəklərdə və qayalarda nəqş etmişdilər və bu, Aşoka yazıları
adlanırdı. Həm də bu yazılar sanskritdə deyil, orta hind dilində yazılmışdı.
Ediktlərinin birində Aşoka həkimlərə adamları və vəhşi heyvanları necə müalicə
etmək barədə məsləhətlərini verirdi. Digərlərində o, tələb edirdi ki, hər bir kəs atasına
və anasına qulaq assın. Onun qərarları yeni hüquqi normaları müəyyən edirdi, hətta
çarın öz vəzifələrini də nizamlayırdı. Çar təbəələrinə öz uşaqları kimi baxmalı idi və
onun hökmranlığı dövründə bu dinin sferası Hindistanda daim genişlənirdi. Lakin
Aşoka həm də digər dinlərə dözümlülük nümayiş etdirirdi.
B.e.ə. 273-cü ildə ellinist Baktriyası tərəfindən Hindistan subkontinentinin şimal-
şərq hissəsinin işğal edilməsi ilə Aşokanın Maurya dövləti parçalandı. Onun yerində
müstəqil dövlətlər yarandı. Hindistanda yunan-hindli ağalığı adlanan dövr meydana
gəldi, onu isə saklar dağıtdı.
Dostları ilə paylaş: |