Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış


Türkiyə olayları.  Saxta hökm verən hakimlər haradadır?



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə19/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   ...   15   16   17   18   19   20   21   22   ...   105
4. Çingiz xanın monqol imperiyası 

 

Monqollar Asiyada qəribə bir sürətlə hakimiyyətə qalxdılar. Müasir 

Monqolustan regionundakı çoban xalq klanlarda və tayfalarda sərbəst qaydada təşkil 

olunmuşdular və çox vaxt bir-birilə müharibələr aparırdılar. Liderlərdən biri Temuçin 

Monqol tayfalarını birləşdirəndə və 1206-cı ildə Çingiz xan (1162-1227-ci illər) titulunu, 

bu, «Kainat hökmdarı» mənasını verirdi, qəbul edəndə həmin vəziyyət dəyişdi. O 

vaxtdan etibarən Çingiz xan güclü hərbi qüvvə yaratdı və özünü döyüşlərə, yürüşlərə 

həsr etdi. Çingiz xan qeyd edirdi ki, «İnsanın ən yüksək sevinci qələbədədir: öz 

düşmənlərini məğlub etməkdə, onları təqib etməkdə, mülkiyyətlərindən məhrum 

etməkdə, əzizlərini ağlatmaqda, atlarını çapmaqda, arvadlarını və qızlarını 

qucaqlamaqdadır». Çingiz xan öldükdən sonra onu bərabər qaydada səriştəli olan 

oğlanları və nəvələri əvəz etdi.  

Monqollar XIII əsrdə səhnəyə qasırğa kimi çıxdılar, onlar şərqə tərəf irəliləyib

Çini və Koreyanı işğal etdilər. Çingiz xanın nəvələrindən biri Xubilay xan Çində işğalı 

başa çatdırıb, hökmdarları Yuan kimi tanınan yeni Çin sülaləsini yaratdı. 1279-cu ildə 

Xubilay xan Çinin paytaxtını Xanbalığa («Xanın şəhərinə») köçürdü, sonralar bu şəhər 

Pekin kimi Çin adı ilə tanındı.  

Monqollar həmçinin qərbə tərəf, İslam imperiyasına qarşı hərəkət etdilər. Persiya 

1233-cü ildə təslim oldu, 1258-ci ildə isə onlar Bağdadı işğal edib, Abbasid xilafətini 

məhv etdilər. 1230-cu illərin əvvəllərindən Avropanın içərilərinə hərəkət etdilər. Onlar 

Rusiyanı işğal edib, Polşaya və Macarıstanın içərilərinə irəlilədilər və 1241-ci ildə 

polyak qüvvələrini və Tevton cəngavərlərini Sileziyada darmadağın etdilər. Elə bil ki

Avropaya bir xoşbəxtlik bəxs olundu. Monqol orduları daxili vuruşmalara görə geri 

döndülər. Qərbi və cənubi Avropa beləliklə monqolların qəzəbindən yayınmalı oldu. 

Bütövlükdə, monqollar Avropada kiçik təsirə malik oldular, baxmayaraq ki, onlar 

tərəfindən Rusiyanın işğalı müəyyən qədər saxlanıb, qalmaqda davam edən effektlərə 

malik oldu.  

 


Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin