Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə24/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   ...   20   21   22   23   24   25   26   27   ...   105
2.

 

Portuqaliyalıların yeni torpaq axtarışları 

 

Portuqaliyalılar hələ çoxdan Afrika sahillərini tədqiq etmək sahəsində Avropada 



əslində aparıcı mövqeyə malik idi. 1441-ci ildə Portuqaliya gəmiləri Keyp Verdedən bir 

qədər şimalda olan Seneqal çayına çatdılar və vətənə qara afrikalılardan ibarət olan 

yüklə qayıtdılar. Onların çoxu sonra qul kimi Avropanın hər tərəfindəki varlı alıcılara 

satıldı. Bir neçə il ərzində ildə bir minə qədər qul həmin zonadan Lissabona daşınırdı.  

1471-ci ildə portuqaliyalılar Qərbi Afrikada qızıl mənbəyi tapdılar (bu zona 

avropalılar üçün həmin vaxtdan Qızıl sahil kimi tanınır). Bir neçə il sonra onlar Mərkəzi 

Afrikada Zair (Konqo) çayının mənsəbinə çatdılar. Qızıl, fil sümüyü və qul ticarətinə 

yiyələnmək üçün portuqaliyalılar yerli hökmdarlardan torpağı icarəyə götürüb, orada 

sahil boyunca daş istehkamlar tikdilər. 1498-ci ildə Vasko da Qama on il ondan əvvəl 

Bartolomey Diasın kəşf etdiyi Xoş Ümid Burnunu dolanıb keçərək, cənubi-qərbi 

Hindistan sahilindəki limana (Kelikat) gəlib çıxdı. O, burada «xristianları və 

ədviyyatları» axtarmağa gəlmişdi, lakin heç bir xristian tapmadı, axtardığı ədviyyatları 

isə tapdı. Salamat qalan gəmilərini ədviyyatla doldurub, geri qayıtdı, buna sərmayə 

qoyanlar bir neçə min faizlə ölçülən mənfəətə sahib oldular.  

Portuqaliya donanması hər il bu zonaya yollanır, ərəb gəmilərinin yükünü ələ 

keçirmək və ədviyyat ticarətində öz inhisarını qurmaq istəyirdi. 1509-cu ildə 

Portuqaliya armadası birgə türk və hind gəmilərindən ibarət donanmanı Hindistan 

sahilində məğlub etdi və Qırmızı dənizin girişinə blokada qoydu. Bu vaxt onlar 

ədviyyat ticarəti üçün daha geniş axtarışlara başladılar, 1511-ci ildə Malay 

yarımadasındakı Malakka limanına gəlib çıxdılar. Molukkalara, indi ora Ədviyyat 

adaları kimi tanınır, yol üzərində stansiya qurdular. Qanlı döyüşdə portuqaliyalılar 

şəhəri tutub, yerli ərəb əhalisini qırdılar, bu, iki xalq arasında qəzəbli mübarizənin 

başlanmasına səbəb oldu. Portuqaliya imperiyası Hindistanın və Çinin sahillərində 

postlar yaratdılar, onlar Asiya regionunu müstəmləkəyə çevirməyi arzu edirdilər. Bu 

istəyin reallaşmasında onların uğuru toplarına və fərasətli dənizçilərinə əsaslanırdı.  

 

 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin