BİOSFER
Yer kürəsinin səthi canlılar və cansızlar arasında bölünmüşdür. Yerin
cansız aləminin yaşı 5 mlrd. il, canlı aləminin yaşı isə 3 mlrd. il olaraq qəbul
edilmişdir. Məhz bu səbəbdən bəzi alimlərin fikrincə, yerin cansız aləmi canlı
aləminin yaranması üçün başlanğıc rolunu oynamışdır. Yer kürəsinin ,əsasən,
həyatın mövcud olduğu məkanlar mühit adlanır. Mühit anlayışı özü də iki cür
olur: daxili və xarici mühit.
Hər bir mühit ekoloji sistemlərdən təşkil olunmuşdur. Ekosistem və ya
ekoloji sistem – konkret mənada cansız və canlı komponentlərin qarşılıqlı
ə
laqəsi nəticəsində fəaliyyət göstərən sistemdir. Həmçini ekosistemlər təbii cə
antropogen olaraq fərqləndirilir
Təbii ekosistem – təbiətin təkamülü nəticəsində
yaranmış olan ekoloji sistemlərə deyilir. Antropogen ekosistem isə insane
fəaliyyəti nəticəsində yaranmış ekoloji sistemlərdir. Ekologiya fənninin əsasını
da məhz təbii ekosistemlər təşkil edir.
Yer səthində ekoloji vəziyyət heç də həmişə eyni cür olmur. Müəyyən
dövrlərdə yerdəki vəziyyət böhran həddinə gəlib-çatır. Bu böhranlar ekoloji
böhran adlanır.
Müasir təbiətdə baş verən böhranların bir nömrəli səbəbi insak faktoru,
yəni antropogen təsirdir. Yer səthində ayrı-ayrı dövlətlərin iqtisadiyyatlarının və
sənayelərinin inkişafı təbiətə bərpaolmaz zərərlər vurur ki, bunun da nəticəsində
ekoloji böhranlar qlobal xarakter alır və ekosistemdə ekoloji partlayış təhlükəsi
artıt.
Biosfer anlayışını elmə ilk dəfə avstriyalı alim Eduard Zyuss daxil
etmişdir. Yunancadan tərcümədə “bios”- həyat, “spheria” - kürə mənasını verir.
Biosfer haqqında təlimi böyük rus alimi, akademik Vladimir İvanoviç Vernadski
(1863-1945) yaratmışdır. Onun fikrincə biosfer Yerin həyat yayılan xarici
qabığıdır. Bura bütün canlı orqanizmlər və onların məskunlaşdığı mühit daxildir.
V.İ. Vernadski təsdiq edirdi ki, Yerin canlı orqanizmləri biosferin ən güclü
qüvvəsi olub onun funksiyasını maddi və enerji cəhətdən təyin edir.
Məlum olduğu kimi Biosferə ozon səthinə kimi atmosferin bir hissəsi
(20-25 km), litosferin üst hissəsi, əsasən aşınma gedən qabıq (orta hesabla 2-3
km) və bütün hidrosfer (okeanın dibindən 1-2 km aşağı) daxildir.
Biosferin ümumi qalınlığı 40 km-ə çata bilər.
Vernadskinin fikrincə, biosferin maddəsi mütəlif olub geoloji cəhətdən
qarşılıqlı əlaqədə olan 7 hissədən (canlı maddə, biogen maddə, radioaktiv
maddə, kosmik mənşəli maddə, seyrək yayılmış atomlar, atil (kosniy), biratil
(biokos) ibarətdir.
•
Canlı maddələrə bitkilər, heyvanlar və mikroorqanizmlər daxildir.
www.behruzmelikov.com
•
Biogen maddələrə geoloji tarix boyu canlı orqanizmlər tərəfindən
yaradılan üzvi və üzvi-mineral maddələr (daş kömür, torf, neft, əhəng, gil,
mərmər, qranit və b.) daxildir.
•
Atil (kosniy) maddələrə qeyri üzvi mənşəli dağ süxurları, su canlı
orqanizmlərin yaşaması üçün substrat və ya mühit sayılır.
•
Biokos maddələr canlı və cansız (atil) maddələrin sintezindən yaranır.
Vernadskinin fikrincə, bu maddələr biosferdə canlı orqanizmlərlə və atil
proseslərlə eyni vaxtda yaranıb bir-birinin dinamik tarazlıq sistemini təşkil edir.
Orqanizmlər biokos maddələrdə mühüm rol oynayır. Planetin biokos
maddələrinə çöküntü süxurları, aşınma qabığı, bütün təbii sular, torpaq, sualtı
torpaq (lil) və s. daxildir. Canlı və cansız maddələrin biokosda nisbəti tərəddüd
edir. Məs. torpağın tərkibi orta hesabla 93% mineral (atil) və 7% üzvi (canlı və
biogen) maddələrdən ibarətdir.
Biosfer açıq sistemdir. Yəni o, həm daxildən, həm də xaricdən, yəni
kosmosdan təsirlərə məruz qalır. Xarici təsirin əsasını günəş aktivliyi təşkil edir.
Həmçinin günəş aktivliyi yerdəki maddələr dövranı üçün lazımi zəmini yaradır.
Planetdəki bütün orqanizmlərin məcmusunu Vernadski canlı maddə
adlandırır. Biosferə adi görünüş verən enerji kosmik mənşə daşıyır. O,
Günəşdən şüa enerjisi formasında çıxır. Lakin məhz canlı orqanizmlər, həyatın
məcmusu bu kosmik şüasının enerjisini Yerin kimyəvi enerjisinə çevirir və
həyatımızın sonsuz müxtəlifliyini yaradır. Bu canlı maddələr özünün tənəffüsü,
qidalanması, metobolizmi, ölümü (məhv olması) və özünün parçalanması, daim
öz maddəsindən istifadə etməsi, başlıcası isə yüz milyon illərlə fasiləsiz olaraq
nəsillərini dəyişməsi, özünün doğulması, çoxalması, biosferdən başqa digər
yerdə mövcud olmayan müdhiş planetar hadisələrdən birini törədir.
Yer sətinə daxil olan enerjinin 99%-dən çoxunu Günəş şüalanması təşkil edir.
Bu enerji hidrosfer, atmosfer və litosferdə əksər fiziki və kimyəvi proseslərə
hava və su kütlələrinin qarışmasına, buxarlanmaya, maddələrin yenidən
paylanmasına, qazların udulmasına, ayrılmasına və s. sərf olunur.
Təbiətdə əsas iki maddələr dövranı mövcuddur: böyük (geoloji) və kiçik
(biogeokimyəvi) dövran.
Böyük və ya geoloji dövranı belə baş verir. Maqmatik suxurların aşınması
hesabına əmələ gələn çökmə suxurlar yer qabığının hərəkətdə olan zonasında
yenidən yüksək temperatur və təzyiq zonasına daxil olurlar. Bu suxurlar orada
ə
riyərək maqmatik suxurlar üçün yeni mənbə rolunu oynayırlar. Bu suxurlar
təkrarən yerin səthinə çıxdıqda aşınma proseslərinin təsiriylə onlar təzədən
çöküntü suxurlara transformasiya olunurlar. Bu halda, maddələr mübadiləsinin
simvolu dairə deyil, spiralvaridir.
Təbiətdə, həmçinin suyun quru və okean arasındakı atmosfer vasitəsilə
reallaşan böyük dövranı da mövcuddur.
www.behruzmelikov.com
Kiçik və ya biogeokimyəvi dövran böyük dövrandan fərqli olaraq yalnız
biosfer daxilində baş verir və tamamlanır. Biogeokimyəvi dövranın biosferdə
həyatın mövcudluğu üçün əsas faktorlardan hesab olunur. Canlı maddələrin
yaranması, müəyyən inkişaf yolu keçməsi və nəhayətində məhv olması
nəticəsində biosferdə həyatın varlığı öz davamlılını qoruyub-saxlayır.Bu halda
da dövranın əsas hərəkətverici qüvvəsi günəş enerjisi hesab olunur.