HeydəR ƏLİyev ndu-nun rektoru, amea-nın müxbir



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix31.01.2017
ölçüsü2,5 Mb.
#6980
1   2   3   4

Mina Qasımova

Təhsil naziri hamiliyə verilmiş 

ixtisaslarda təhsil alan tələbələrlə

görüşüb

3  / GÜNDƏM                       

YENİ FİKİR

OKTYABR 2015

N

axçıvan  Muxtar  Respublikası



Ali Məclisi Sədrinin 2015-ci il

iyulun 27-də imzaladığı “Ali və orta

ixtisas təhsili müəssisələrində ixti-

sasların müvafiq təşkilatlara hamiliyə

verilməsi  haqqında”  Sərəncamına

uyğun  olaraq  müvafiq  nazirlik,

komitə  və  digər  təşkilatlatın

əməkdaşları Naxçıvan Dövlət Uni-

versitetində  olur,  tələbələrlə

görüşürlər. Sərəncamdan irəli gələn

vəzifələrin icrası ilə bağlı Naxçıvan

Muxtar  Respublikası  Mədəniyyət

və Turizm Nazirliyinin tədbirlər pla-

nına uyğun olaraq Azərbaycan Res-

publikasının Xalq artistləri Kamran

Quliyev, Rza Xudiyev, Həsən Ağa-

soy Naxçıvan Dövlət Universitetində

olub,  ali  məktəbin  İncəsənət

fakültəsinin “aktyor sənəti” ixtisası

üzrə təhsil alan tələbələrilə görüşüb,

onlara ustad dərsləri keçiblər.

Universitetin 

İncəsənət

fakültəsinin  dekanı,  Azərbaycan

Respublikasının  Əməkdar  artisti

Mübariz Əsgərov Naxçıvan teatrının

səhnəsində  müxtəlif  tamaşalarda

çıxışlar  edən,  onlarla  yaddaqalan

və  unudulmaz  obrazlar  yaradan,

həmişə  tamaşaçını  öz  obrazlarının

təbiiliyinə inandıran və surətin daxili

aləmini yüksək sənətkarlıqla ortaya

çıxaran, Naxçıvan ictimaiyyəti ara-

sında nüfuz və böyük tamaşaçı sev-

gisini qazanan tanınmış aktyorların

tələbələrlə  görüşünü  yüksək

dəyərləndirib.

Universitetdə artıq ənənə halı

alan ustad dərslərinin keçirilməsinin

əhəmiyyətindən bəhs edib, aktyor ol-

maq  üçün  ilk  addımlarını  atan

gənclərin belə dərslərdə iştirakının

böyük səmərə verəcəyini vurğulayıb.

Görüşdə Cəlil Məmmədqulu -

zadə adına Naxçıvan Dövlət Musi-

qili  Dram  Teatrının  direktoru,

Azərbaycan Respublikasının Xalq ar-

tisti  Rza  Xudiyev  öz  çıxışında

sərəncamdan  irəli  gələn  vəzifələri

nəzərə  çatdırıb.  Qeyd  olunub  ki,

tələbələrlə bu cür görüşlərin daimi

keçirilməsi nəzərdə tutulub. Xalq ar-

tistinin  sözlərinə  görə,  ali  və  orta

ixtisas təhsili müəssisələrində ixti-

sasların müvafiq təşkilatlara hamiliyə

verilməsi öz növbəsində incəsənət

sahəsində bacarıqlı və eyni zaman-

da yaradıcı gənc kadrların da hazır-

lanmasına böyük imkanlar yarada-

caqdır. Natiq həmçinin zəngin və çox

qədim    Azərbaycan  incəsənətinin

gənclərin əxlaqi-mənəvi tərbiyəsin -

dəki rolundan, ölkəmizdə mədəniy -

yətə,  incəsənətə  göstərilən  yüksək

qayğıdan, sənət adamlarının yaradı-

cılığına verilən qiymətdən danışıb.

Naxçıvan  Muxtar  Respub -

likası  Mədəniyyət  və  Turizm  Na-

zirliyinin  Aparatının  məsləhətçisi,

Azərbaycan  Respublikasının  Xalq

artisti Kamran Quliyev “Teatrda ak-

tyor  rejissor  münasibətləri”,  Cəlil

Məmmədquluzadə adına Naxçıvan

Dövlət  Musiqili  Dram  Teatrının

aktyoru, Azərbaycan Respublikası-

nın Xalq artisti Həsən Ağasoy “Ak-

tyorun rol üzərində işi” mövzularında

çıxışlar  ediblər.  Tanınmış  sənət

adamları,  həmçinin,  universitetdə

teatr və aktyor sənətinin tədrisi üçün

yaradılan şəraitdən məmnunluq ifadə

edib, gənc istedadların üzə çıxarıl-

masında, istiqamətləndirilməsində,

onlara  peşəkarlığın  sirlərinin

öyrədilməsində  əllərindən  gələni

əsirgəməyəcəklərini söyləyiblər. 

Tələbələrdən Fidan Qasımova,

Səyyad Məmmədov, Mehri Nəbiye -

va, Nurbəniz Niftəliyeva, Məhərrəm

Quliyev  və  başqaları  müxtəlif  ob-

razlar  ifa  edərək,  sənət karlardan

dəyərli məsləhətlər alıblar. Tanınmış

aktyorlar da yeni aktyor məktəbinin

inkişaf  etdirilməsi  və  peşəkarlıq

səviyyəsinin artırılması üçün gənc

aktyorlara    bir  sıra  əhəmiyyətli

tövsiyələr veriblər. 

Görüş  zamanı  aktyor  və  ta-

maşaçı münasibətləri, müasir aktyor

texnikası, kamera önündə aktyorun

işi və digər məsələlər də müzakirə

olunub, tələbələri maraqlandıran su-

allar cavablandırılıb.

Mina Qasımova

Tanınmış sənətkarlar ali təhsil ocağının hamiliyə

götürülmüş ixtisaslarında ustad dərsləri keçiblər

N

axçıvan Dövlət Universitetində



18 oktyabr Dövlət Müstəqilliyi

gününə həsr olunmuş “Heydər Əliyev

və Azərbaycanın dövlət müstəqilliyi”

mövzusunda konfarns keçirilib. Uni-

versitetin elmi işlər üzrə prorektoru,

fi zika  üzrə  fəlsəfə  doktoru,  dosent

Mü bariz Nuriyev konfransı giriş sö -

zü  ilə  açaraq Azərbaycan  xalqının

döv lət müstəqilliyinə çoxəsrlik keş -

mə keşli mübarizə nəticəsində nail ol -

du ğunu xatırladıb. Bildirilib ki, 1991-

ci  il  oktyabrın  18-də  Azərbaycan

Res  pub likasının Dövlət Müstəqilliyi

haq qında  Konstitusiya  Aktı  qəbul

edilməklə milli müstəqilliyimiz uzun

illərdən  sonra  yenidən  bərpa  olun-

muşdur.  Ümummilli  lider  Heydər

Əliyev  siyasi  anarxiya,  vətəndaş

müharibəsi  təhlükəsi,  iğtişaşların

güc ləndiyi ağır ictimai-siyasi şəraitdə

hakimiyyətə gələrək siyasi sabitlik və

həmrəyliyi bərqərar etmiş, qətiyyətli

daxili və xarici siyasəti, inkişaf stra-

tegiyası  ilə  dövlət  müstəqilliyinin

xilaskarına,  qarantına  çevrilmişdir.

Mübariz Nuriyev kollektivi bu əla -

mət dar bayram münasibətilə təbrik

edə rək gənc nəslə vətənpərvər ruhda,

yük sək ixtisaslı, intellektli kadr kimi

ye tiş mək, müstəqilliyimizin keşikçi-

si olmaq arzularını çatdırıb. 

Konfransda Azərbaycan tarixi

kafedrasının dosenti, tarix üzrə fəlsəfə

doktoru Elçin Zamanov “Müstəqilliyi

əbədiləşdirən lider”, Mühasibat uçotu

və maliyyə kafedrasının müdiri, iq -

ti sad  üzrə  fəlsəfə  doktoru,  dosent

Mehdi Bağırov “Azərbaycan iqtisa -

diy  yatı müstəqillik illərində”, Azər -

bay can  tarixi  kafedrasının  dosenti,

tarix üzrə fəlsəfə doktoru Xəzər Hü-

seynov “Naxçıvan Muxtar Respub -

li kası müstəqillik illərində” mövzu -

sun da məruzələr ediblər. Məruzələrdə

ümummilli liderin XX əsrin son la rın -

da ölkədə siyasi sabitliyin yara  dıl ması,

iq tisadi-siyasi tərəqqiyə nail olunması,

beynəlxalq əlaqələrin inkişafındakı

əvəzsiz rolundan bəhs olunub. Qeyd

olunub ki, Heydər Əliyev hələ res-

publikamız keçmiş Sovet İttifaqının

tərkibində olduğu zaman böyük siyasi

uzaqgörənliklə  gələcək  müstəqil

Azərbaycan  üçün  sosial-iqtisadi,

milli-mənəvi, hərbi baza, stimul ha-

zırlamışdır. Azərbaycanın bugünkü in-

kişaf yolu ümummilli lideri Heydər

Əliyevin müəyyən etdiyi siyasi xəttin

ardıcıl davam etdirilməsinin nəticəsi -

dir. Heydər Əliyev müstəqil Azərbay -

can dövlətinin ideya əsaslarını, stra-

teji inkişaf istiqamət lərini müəyyən -

ləş dirmişdir. Azərbaycan iqtisadiyyatı

müstəqillik illərində aparılan iqtisa-

di  islahatlar,  neft  müqavilələrinin

bağlanması, xarici kapital qoyuluşu-

nun artması, tarazlaşdırılmış iqtisadi

siyasət nəticəsində dinamik şəkildə in-

kişaf etmişdir. Ölkənin ən mühüm ge-

ostrateji, geosiyasi zonası olan Nax-

çıvan milli müstəqillik hərəkatının be-

şiyi olmuşdur. Heydər Əliyevin Nax-

çıvan  Muxtar  Respublikasının  Ali

Məclisinə rəhbərliyi dövründə dövlət

atributlarının  təsdiqi,  SSRİ-nin

tərkibindən  çıxmaq  haqqında  refe-

rendumun keçirilməsi, tarixi “Qars

müqaviləsi”nin  yenilənməsi  kimi

mühüm  siyasi  qərarlar  qəbul  edil-

mişdir. Muxtar respublika bu gün də

ümummilli liderin siyasi dəst-xəttini

rəhbər tutaraq inkişaf  etməkdədir. Bu

gün  həm  siyasi,  həm  də  iqtisadi

cəhətdən 

dünyanın 

qüdrətli


dövlətlərindən  birinə  çevrilən

Azərbaycan öz müstəqilliyini bundan

sonra da qoruyub yaşadacaq.

Mehriban Sultan

NDU-nun Mətbuat şöbəsinin müdiri

Müstəqilliyi əbədiləşdirən lider

N

axçıvan  Muxtar  Respublikası



Ali Məclisi Sədrinin 2015-ci il

iyulun 27-də imzaladığı “Ali və orta

ixtisas təhsili müəssisələrində ixti-

sasların müvafiq təşkilatlara hamiliyə

verilməsi  haqqında”  Sərəncamına

uyğun  olaraq  müvafiq  nazirlik,

komitə  və  digər  təşkilatların

əməkdaşları Naxçıvan Dövlət Uni-

versitetində  olur,  tələbələrlə

görüşürlər. Sərəncamdan irəli gələn

vəzifələrin icrası ilə bağlı Naxçıvan

Muxtar  Respublikası  Ədliyyə

Nazirliyinin  tədbirlər  planına  uy-

ğun  olaraq  adı  çəkilən  nazirliyin

əməkdaşları Naxçıvan Dövlət Uni-

versitetində olub, ali məktəbin Sosial

idarəetmə  və  Hüquq  fakültəsinin

“hüquqşünaslıq”, “dövlət və bələ diy -

yə idarəetməsi” ixtisasları üzrə təhsil

alan tələbələrilə görüşüblər.

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət

şöbəsinin rəisi, kiçik ədliyyə müşa-

viri Emin Səfərov çıxışında sərən -

cam dan irəli gələn vəzifələri nəzərə

çatdırıb.  Nazirliyin  Şöbə  rəisinin

sözlərinə  görə,  ali  və  orta  ixtisas

təhsili  müəssisələrində  ixtisasların

mü vafiq təşkilatlara hamiliyə veril -

məsi hüquq və bələdiyyə sahəsində

də  bilikli,  həmçinin  öz  ixtisasına

düzgün  yiyələnən  gənc  kadrların

hazırlanmasına böyük imkanlar ya-

radacaqdır. 

“Azərbaycanın  tutduğu  yol

müstəqil Azərbaycan Respublikası,

demokratik hüquqi cəmiyyət qurmaq

yoludur!”- deyən ümummilli lider,

xalqımızın xilaskarı Heydər Əliyev

digər sahələrdə olduğu kimi, hüquq

sahəsində  də  islahatlar  aparmış,

ölkəmizdə  ədliyyə  sisteminə  hər -

tərəfli diqqət və qayğı göstərmişdir.

Ümummilli  liderimizin  dövlət

quruculuğu  xəttini  uğurla  davam

etdirən  Azərbaycan  Respublikası-

nın Prezidenti cənab İlham Əliyev

tərəfindən həyata keçirilən tədbirlər

nəticəsində  ədliyyə  və  məhkəmə

sisteminin  müasirləşdirilməsi  üzrə

mühüm qərarlar qəbul olunmuşdur.

Ölkə başçısının insan hüquqlarının

etibarlı qorunması, hüquqi xidmətin

yaxşılaşdırılması, ədalət mühakimə -

si nin  səmərəliliyinin  artırılması

barədə  tapşırıqlarının  icrası  üzrə

görülmüş  tədbirlər  nəticəsində

Naxçıvanda ədliyyə sistemi öz in-

kişafının yeni, müasir mərhələsinə

qədəm qoymuşdur”- bu fikirləri ça-

lışdığı nazirliyin fəaliyyəti haqqında

tələbələrə  geniş  məlumat  verən

Azərbaycan  Respublikası  Ədliyyə

Nazirliyinin Məhkəmə Ekspertizası

Mərkəzinin Naxçıvan Filialının rəis

müavini, ədliyyə müşaviri Elman Ab-

basov bildirib.

“Xalqımızın ümummilli lideri

Heydər Əliyevin ikinci dəfə siyasi

hakimiyyətə gəldikdən sonra, ictimai

həyatın  bütün  sahələrində  köklü

islahatlar  həyata  keçirilmişdir.

İslahat ların  ən  geniş  vüsət  aldığı

sahələrdən  biri  də  bələdiyyələrlə

bağlı  inkişaf  oldu.  Bu  təsisatın

yarandığı ötən 15 il ərzində ölkənin

hər yerində olduğu kimi, Naxçıvan

Muxtar Respublikasında da bələdiy -

yə lər hərtərəfli qayğı ilə əhatə olu-

nub”-  bu  fikirləri,  Nazirliyin

Bələdiyyələrlə  İş  Mərkəzinin  baş

məsləhətçisi, ədliyyə müşaviri Səttar

Zamanov “Bələdiyyələrin fəaliyyəti -

nə inzibati nəzarət” mövzusundakı çı-

xışı  zamanı  səsləndirib.  Eyni  za-

manda vurğulanıb ki, bələdiyyələrin

fəaliyyətinə inzibati nəzarətin həyata

keçirilməsi qanunvericiliklə Naxçı-

van  Muxtar  Respublikası  Ədliyyə

Nazirliyinə həvalə olunub.

Görüş zamanı hüquq ədəbiy -

ya tı və bələdiyyələrin fəaliyyəti ilə

bağlı 5 adda 40 ədəd kitab hədiyyə

olunub, tələbələri maraqlandıran su-

allara aydınlıq gətirilib.

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin əməkdaşları 

Naxçıvan Dövlət Universitetində olub

N

axçıvan Dövlət Universitetində



hər  il  ənənəvi  olaraq  I  kurs

tələbələri arasında idmanın müxtəlif

növləri üzrə keçirilən seçmə yarış-

larına  start  verilib.  Bu  yarışların

keçirilməsində  məqsəd,  diqqəti

tələbələrin  fiziki  tərbiyəsinə

yönəltmək  və  istedadlı  tələbələri

universitetdə  fəaliyyət  göstərən

idman məşğələlərinə cəlb etməkdir.

Yarışı giriş sözü ilə açan universite-

tin rektoru, AMEA-nın müxbir üzvü

Saleh  Məhərrəmov  Azərbaycanın

qədim idman tarixindən, ölkədə id-

manın inkişafına göstərilən diqqət və

qayğıdan danışıb. Seçmə yarışların

tələbələr arasından ən müxtəlif idman

növləri üzrə perspektivli idmançıların

müəyyənləşdirilməsinə, universite-

tin respublika və beynəlxalq miqyaslı

idman  yarışlarında  uğurla  təmsil

olunmasına şərait yaradacağını vur-

ğulayıb. Rektor, yarış iştirakçılarına

uğurlar arzulayıb və ilk olaraq oğ-

lanlar arasında keçirilən voleybol tur-

nirini açıq elan edib.

Tədbirdə  velosiped yarışı üzrə mux-

tar respublika birinciliyində müka-

fata layiq görülmüş tələbələr təltif

edilib.

Sonra  yarışlara  start  verilib.  Qeyd



edək ki, seçmə yarışlar  bir neçə gün

davam edəcək.



Mina Qasımova

Naxçıvan Dövlət Universitetində

seçmə yarışlara start verilib

4 / GÜNDƏM                                                                                  

YENİ FİKİR

OKTYABR 2015

N

axçıvan Dövlət Universitetin də



dünya təhsil sisteminə inteqra-

siya,  Boloniya  sisteminin  tam

tətbiqinə nail olunması üçün təcrübə

mübadiləsi,  beynəlxalq  əlaqələrin

inkişafı  istiqamətində  əhəmiyyətli

işlər görülməkdədir. Bu sahədə atı-

lan  mühüm  addımlardan  biri  də

müəlllim,  tələbə  mobilliyidir.

Universitet əməkdaşları beynəlxalq

layihələrdə, simpozium və konfrans -

larda,  təkmilləşdirmə  kurslarında

iştirak etməklə ali məktəbdə zəngin

təcrübə əldə edir, tədrisin və təlimin

dünya standartlarına uyğun, müasir

səviyyədə  qurulmasında fəal iştirak

edirlər. Universitetin İngilis dili və

tərcümə  kafedrasının  müəllimi,  fi-

lologiya  üzrə  fəlsəfə  doktoru

Süsənbər Ağamalıyeva bu günlərdə

Gürcüstanın paytaxtı Tiflis şəhərində

İvane Çavaxişvili adına Tiflis Dövlət

Universitetinin, Şota Rustaveli adı-

na Gürcüstan Ədəbiyyat İnstitutunun

və Gürcü Müqayisəli Ədəbiyyat As-

sosiasiyasının birgə təşkilatçılığı ilə

keçirilən  "Ədəbiyyatın  müasir

ənənələri" mövzusunda ənənəvi 9-cu

beynəlxalq simpoziumda iştirak edib.

Gürcü  ədəbiyyatının  klassiki,

görkəmli  Akaki  Tsereteliyə  həsr

olunmuş,  18  ölkədən  120  nüma -

yəndənin  iştirak  etdiyi  beynəlxlaq

simpoziumda Naxçıvan Dövlət Uni-

versitetini  uğurla  təmsil  edən

Süsənbər  Ağamalıyeva  “Müasir

Amerika  nəsrində  Heminquey

ənənələri”  adlı  elmi  məruzə  ilə

ingiliscə çıxış edib. Məruzəçi ümum-

milli lider Heydər Əliyev tərəfindən

əsası qoyulmuş Amerika-Azərbaycan

ədəbi-mədəni əlaqələrinə toxunaraq

vurğulayıb  ki,  bu  cür  beynəlxalq

simpoziumlarda ədəbiyyatın, mədə -

niy  yətin vəzifəsi bütün dünyaya sülh

və  sabitlik,  xalqlar  arasında

mehribanlıq  və  dostluq  aşılamağa

xidmət edir. O, həmçinin ulu öndər,

Heydər  Əliyevin  "Mən  istərdim

Azərbaycan gəncləri Şekspiri ingilis

dilində, Puşkini rus dilində, Nizamini

isə Azərbaycan  dilində  oxusunlar"

müdrik  kəlamını  xatırladaraq  dahi

şəxsiyyətin  müdrik  ideyalarının

ölkəmizdə həyata keçirilən düzgün

daxili və xarici siyasət nəticəsində re-

allığa çevrildiyini qeyd edib. 

“Bu gün dünyada baş qaldıran

bütün proseslərdə terror, ziddiyyətli

və çaxnaşmalı hadisələr içərisində biz

bütün dünyaya göstərə bilirik ki, 20

faiz  torpaqları  işğal  altında  olan

Azərbaycan Avropa mədəniyyətinə,

Amerika ədəbiyyatına və ali bəşəri

dəyərlərə böyük diqqət göstərir və bu

dəyərləri təbliğ edir", - deyə S.Ağa-

malıyeva bildirib. 

Məruzədə Azərbaycanın mul-

tikulturalizm ideyaları ilə zəngin bir

tolerant ölkə, xalq olması tədbir iş-

tirakçılarının  diqqətinə  çatdırlıb:

"Multikulturalizm xalqımızın həyat

tərzidir və biz bu həyat tərzi ilə ge-

dirik.  Biz  bununla  dünya  ədəbiy -

yatını,  mədəniyyətini  öyrənirik  və

eyni  zamanda  bu  gün  böyük

dəyərlərə sahib olan ölkəmizi dün-

yaya  tanıda  bilirik.  Qeyd  etmək

istəyirəm ki, bu gün Azərbaycanda

sabitlik,  yüksək  iqtisadi  inkişaf,

düzgün siyasət vardır. Dahi şəxsiyyət

Heydər Əliyevin siyasətinin uğurla

davamının nəticəsində biz gənclər bu

cür beynəlxalq simpoziumlarda fəal

iştirak  edir,  həm  özümüzü,  həm

ölkəmizi tanıdır, həm də dünyanı ta-

nıyırıq. Biz eyni zamanda buradan

bütün dünyaya bir mesaj göndəririk

ki,  ədəbiyyatın  vəzifəsi  tərbiyədir,

mədəniyyətdir, insani xüsusiyyətlər

formalaşdırmaqdır. Azərbaycan xalqı

ziddiyyətlərdən,  müharibələrdən,

çaxnaşmalardan  kənar  yaşayan

mədəni  bir  xalqdır  və  multi kultu -

ralizm  məkanıdır.  Azərbaycan

müxtəlif  xalqların  və  millətlərin

uzun  əsrlər  boyu  birgə  yaşayış

mərkəzi olub və biz dünya ilə məhz

bu  konteksdə  öz  əlaqələrimizi

genişləndirmək istə yi rik." 

“Ernest Heminquey və “Şərq”

mövzusunda  ciddi  elmi  axtarışlar

aparan filologiya üzrə fəlsəfə doktoru

Süsənbər Ağamalıyeva, məruzəsində

XX  əsr  Amerika  ədəbiyyatının

görkəmli  nümayəndəsi  Ernest  He-

minqueyin  yaradıcılığının  müasir

Amerika nəsrinin for malaşması və

inkişafına  təsir  məsələlərinə  toxu-

naraq, yazıçının ədəbi irsinin böyük

məktəb rolu oynadığını bildirib. O,

Heminqueyin  əsələrindən  sitat

gətirərək yazıçının islamafobiyaya,

ksenofobiyaya qarşı olduğunu, xalq-

lar  arasında  dini,  irqi  fərqin

qoyulmasını  və  diskrimi na si yanı

pislədiyini  bildirib.  O,  Ernest

Heminqueyin  “Əcəl  zəngi”  roma -

nında Azərbaycan adını çəkməsindən,

Azərbaycan  ədəbiy yatında  və

ədəbiyyatşünaslı ğında yazıçıya olan

münasibətdən bəhs edib, onu  Şərqlə

bağlayan məsələlərə toxunub. S.Ağa-

malıyeva qeyd edib ki, bütün yara-

dıcılığı boyu müharibə əleyhinə olan

Ernest  Heminqueyin  əsərləri

müharibə şəraitində olan Azərbay -

canda və onun ayrılmaz parçası - 25

ildir ki, ermənilər tərəfindən bloka-

daya  alınmış  Naxçıvanda  sevilə-

sevilə öyrənilir. Müharibənin yarat-

dığı ağrıları öz tarixində və taleyində

görən  bir  tədqiqatçı  kimi  S.Ağa -

malıyeva beləb bir elmi qənaətlə çı-

xış edib ki, Heminqueyin ədəbi və

publisistik  irsi  bütün  dövrlər  üçün

aktualdır.

Gənc  tədqiqatçı  alimin  elmi

məruzəsi öz aktuallığ ilə seçilib  və

maraqla  qarşılanıb.  Belə  ki,

simpoziuma təqdim edilmiş ən yaxşı

məruzələrdən  biri  hesab  olunaraq,

digər  8  azərbaycanlı  almin  elmi

məruzəsi ilə yanaşı nəşrə tövsiyə olu-

nan simpozium məqalələri sırasına

daxil edilib, eyni zamanda Təşkilat

Komitəsinin sertifikatına layiq gö-

rülüb.

Naxçıvan  Dövlət  Universi -



tetinin  müəllimi  Gürcüstanda

keçiriləcək  növbəti  elmi  konfrans-

larda iştirak etmək üçün dəvət alıb.

Mehriban Sultan

NDU-nun Mətbuat şöbəsinin müdiri

Gürcüstanda  keçirilən  beynəlxalq  simpoziumda

Naxçıvan Dövlət Universiteti də uğurla təmsil olunub

N

axçıvan Muxtar Respublikası



Ali Məclisi Sədrinin 2015-ci il

iyulun  27-də  imzaladığı  “Ali  və

orta ixtisas təhsili müəssisələrində

ixtisasların  müvafiq  təşkilatlara

hamiliyə  verilməsi  haqqında”

Sərəncamına uyğun olaraq Naxçıvan

Muxtar Respublikası Səhiyyə Na-

zirliyinin  də  tədbirlər  planı  hazır-

lanmışdır.  Naxçıvan  Muxtar

Respublikası  Səhiyyə  Nazirliyi

həmin  Sərəncamdan  irəli  gələn

vəzifələrin icrası ilə bağlı Naxçıvan

Dövlət  Universitetinin  Tibb

fakültəsində hamiliyə götürülmüş ix-

tisaslarında təhsil alan tələbələrlə gö-

rüş keçirib.

Naxçıvan Dövlət Universite -

tinin tədris işləri üzrə prorektoru, fi-

lologiya üzrə fəlsəfə doktoru, dosent

Surə  Seyid  çıxış  edərək,  27  iyul

2015-ci il tarixli sərəncamın mühüm

əhəmiyyətindən danışıb, sərəncam -

dan  irəli  gələn  vəzifələri  nəzərə

çatdırıb.  Azərbaycanda  və  onun

ayrılmaz tərkib hissəsi olan MR-da

tibb təhsilinin inkişafına göstərilən

dövlət qayğısından danışıb, univer-

sitetin tibb fakültəsində təhsil alan

tələbələr üçün hər cür şərait yara-

dıldığını  bildirib.  Prorektor  tibbi

kadrlara olan tələbatı ödəmək üçün

1999-cu ildə ali təhsil müəssisəsində

Tibb fakültəsinin yaradıldığını, ən

yeni  tibbi  avadanlıqlarla  təchiz

edilən  Universitet  Xəstəxanasının

mövcud olduğunu nəzərə çatdırıb.

Natiq, bu Sərəncamın tibb sahəsinə

də  böyük töhfələr verəcəyini qeyd

edib. 

Naxçıvan Muxtar Respublika -



sı səhiyyə nazirinin müavini Sona

Məmmədova 

bildirib 

ki,


Sərəncamdan irəli gələn vəzifələrin

icrası muxtar respublika səhiyyəsi

üçün mühüm əhəmiyyət kəsb edir.

Yüksək ixtisaslı həkim kadrlarının

hazırlanması işi Səhiyyə Nazirliyi-

nin  qarşısında  duran  vacib

məsələlərdəndir.  Bu  gün  muxtar

respublikada  ali  və  orta  ixtisas

təhsili müəssisələrində tibb təhsili

alanların  praktik  iş  qabiliyyətinə

yiyələnmələri daim diqqətdə saxla-

nılır. Vurğulanıb ki, Naxçıvan MR

Stomatoloji  Mərkəzdə  Stomatolo-

giya ixtisasında təhsil alan tələbələrə,

protez  hazırlamaları  üçün  alətlər

verilmiş,  sərbəst  işləmələri  üçün

hər cür şərait yaradılmışdır. Qeyd

olunub ki, 27 iyul 2015-ci il tarixli

Sərəncam  muxtar  respublika

səhiyyəsi  üçün  çox  vacibdir  və

muxtar  respublikada  fəaliyyət

göstərən  tibbi  kadr  potensialına

böyük  töhfə  verəcəkdir.  Səhiyyə

nazirinin müavini səhiyyənin ümu-

mi  inkişafına  da  nəzər  salaraq

bildirib ki, səhiyyə sisteminin yeni

dövrün  tələblərinə  uyğunlaşdırıl -

ması, əhalinin sağlamlığının etibarlı

təminatına imkan verən müasir tibb

infrastrukturunun yaradılması, mux-

tar  respublikada  uğurla  davam

etdirilən  genişmiqyaslı  quruculuq

işlərinin  mühüm  tərkib  hissəsinə

çevrilib.  İnsanların  sağlamlığının

yaxşılaşdırılması,  əhalinin  bütün

təbəqələrinin  keyfiyyətli  tibbi

xidmətlə təmin edilməsi məqsədilə

muxtar  respublikada  mühüm  işlər

görülür.  Bütün  bunlarla  yanaşı,

həkimlərin  peşə  vərdişlərinin

artırılması  məqsədilə  çoxsaylı  se-

minarlar, konfranslar keçirilir, tibb

işçiləri  Bakı  şəhərinə  və  Türkiyə

Respublikasının  müxtəlif  klinika

və xəstəxanalarına təkmilləşdirmə

kurslarına  göndərilir.  Bunların

nəticəsidir ki, muxtar respublikadan

olan  həkimlər  müstəqil  şəkildə

xəstələr  üzərində  açıq  ürək,  lapo-

roskopik, TUR, LOR, göz və digər

mürəkkəb cərrahi əməliyyatlar apa-

rırlar. Natiq bildirib ki, ən qiymətli

kapital sayılan insan problemlərinin

həllinə  həssaslıqla  yanaşmaq,

üzləşdiyi çətinliklərin qısa zaman-

da aradan qaldırılması istiqamətində

həyata keçirilən tədbirlər də məhz bu

inkişafın hesabına mümkün olur.

Sonda  bir  sıra  təkliflər  irəli

sürülüb, həmçinin tibb sahəsinə aid,

tələbələri maraqlandıran suallar ca-

vablandırılıb.



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin