Dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və oğlu Heydər
Əliyev Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin
məzarını ziyarət etdilər.
Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin
rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana
gəlmişdilər.
Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu.
Azərbaycanın dövlət himni səsləndi.
Dövlətimizin başçısı İlham Əliyev və oğlu Heydər Əliyev Ulu Öndərin ömür-
gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da
məzarı üzərinə gül dəstələri qoydular.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də
xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.
Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində
Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Meh-
diyev və digər rəsmi şəxslər iştirak ediblər.
Dostları ilə paylaş: |