Boyl (və ya Boyl - Mariott) qanunu. 1662 – ci ildə Robert Boyl özünün qazlarının sıxılmasına həsr olunmuş işində göstərdi ki, sabit temperaturda sabit kütləli hər hansı qazın V həcmi onun P təzyiqi ilə tərs mütənasibdir :
Sonrakı illərdə aparılmış tədqiqatlar nəticəsində müəyyən olundu ki, heç də istənilən şəraitdə qazlar Boyl qanununa tabe olmur. Lakin sıxlıqları az olan bütün qazlar bu qanuna nisbətən yaxşı tabe olurlar.
Şarl (və ya Gey-Lyüssak) qanunu. 1787 – ci ildə Şarl sabit təzyiqdə qazların genişlənməsini tədqiq edərkən müəyyən etdi ki, bu zaman həcm xətti olaraq artır. Əgər qrafiki uzatsaq onda görərik ki, o, temperatur oxu ilə -273,15° C nöqtəsində kəsişir. Analoji ölçmələr digər qazlar üçün də aparılarsa yenə eyni nəticə alınacaqdır. Belə güman etmək olar ki, temperatur -273,15° C olduqda bütün qazlarda V = 0 olacaq. Əslində isə, qazlar göstərilən temperatura çatmamışdan xeyli əvvəl sıxılır və ya genişlənir.
-273,15° C temperaturu yeni təklif olunan Kelvin temperatur şkalası üzrə 0 qəbul edildi. Bu temperatura həm də mütləq sıfır temperaturu deyilir. Əgər şəkildə təsvir olunan düz xətt Kelvin şkalası üzrə sıfıra doğru meyllənirsə, onda bu düz xəttin tənliyi aşağıdakı kimi olacaqdır :
V = kT
Burada, T – temperatur, k – sabitdir. Bu tənlik Şarl qanununun riyazi ifadə formasıdır. Başqa sözlə:
“Sabit təzyiqdə, verilmiş kütləli qazın həcmi onun temperaturu (Kelvin ilə ifadə olunmuş) ilə düz mütənasibdir.” Qeyd edək ki, bu qanun 1787 – ci ildə Şarl tərəfindən formalaşdırılmış, 1802 – ci ildə isə Gey-Lyüssak tərəfindən dəqiqləşdirilmişdir.
Ədəbiyyat 1.Fizika 10 (dərslik)
2. https://www.kimyachi.com/ideal-qaz-qanunlari
3.https://fizika.xyz/pdf-materiallar/termodinamika/24-termodinamikann-birinci-qanunu.html