Həzrət Əli: İnsan dilinin altında gizlənir. Danışmayınca onun ağıllı və ağılsız olduğu bilinməyir


Şad və ya bəd xəbərin çatdırılması



Yüklə 199,63 Kb.
səhifə5/9
tarix13.12.2023
ölçüsü199,63 Kb.
#175026
1   2   3   4   5   6   7   8   9
Mövzu -14 (1)

Şad və ya bəd xəbərin çatdırılması. Mütəxəssislər təsdiqləmişlər ki, informasiyanın özü də dərəcəsinə görə ilk vaxtlar çox kəskin təsir göstərmək gücündədir. Hansısa bir bəd xəbərin (çox zaman şad xəbərin də) təsirinə insanın tab gətirməyib həlak olması (xalq arasında buna “ürəyi partladı”, “çartlayıb öldü” də deyilir) halları çoxlarına bəllidir. İki yeniyetmə oğlunın dənizdə çimərkən batması xəbərini eşidən ana huşunu itirmiş, bir daha özünə gəlməmişdi. Yaxud, atasının ölüm xəbərini eşidən qız özünü dənizə atıb həlak etmişdir və s.

Adamlar başqasına əzizi, yaxın adamının ölüm xəbərini verərkən “vəziyyəti ağırdır”, “özündə deyil”, “huşunu itirib”, “halı yaxşı deyil” və s. kimi ifadələrlə müsahibini bu dəhşətli hadisəyə, bir növ, hazırlamağa çalışırlar. Bəzi hallarda xəstə, əsəbləri zəif adamlardan belə xəbərlər gizli saxlanılır. Yadımdadır ki, (N.Abdullayev) kəndimizdə Ceyran adlı bir qarının üç oğlu cəbhəyə getmiş, az keçməmiş onların üçündən də qara kağız gəlmişdi. Bütün kənd bu dəhşətli xəbəri anadan gizlətdi. Ana cəbhədən qayıdanların hamısından Hümməti, Heybəti, Həmidi xəbər alırdı. Ananı ovundurmaq üçün hərə bir əhvalat uydurub onu yola verirdi. Kənd bu minvalla ananı xeyli yaşatdı.


Bəd xəbərlərin münasib formada başqasına çatdırılması insanlara qay-ğıdır, mərhəmətdir, onların dərdlərinə şərik olmaqdır. Bu, hər bir mədəni adamın başlıca keyfiyyətlərindəndir.

Qəfildən alınan şad xəbərin, onun yaratdığı hissi halların, gərginliyin də bəzən adamlar üçün ağır nəticələri olur. Uzun müddət itkin düşmüş oğlunun intizarında olan anaya qəfildən oğlunun sağ olması, yaxud gəlib çıxması xəbərini verməyin ana üçün hansı fəsadla qurtaracağını təsəvvür etmək çətin deyildir. Adamlar sanki bunu nəzərə alaraq gətirdikləri şad xəbəri “Muştuluğumu ver”, “Gözün aydın olsun”, “Sənə bir şad xəbər gətirmişəm” və s. ifadələrlə birdən-birə deyil, tədricən sahibinə çatdırırlar.


Müsbət emosiyaların törətdiyi gərginliklər də bəzən ağır nəticə verən bilir. Məsələn, Babilistan və Yunanıstan şəhərlərini darmadağın etmiş İran şahı Kserkis öz şöhrətinin zirvəsinə çatarkən bərkdən güldüyü üçün ölmüşdür.


Pyer Bomerşenin atası oğlunun “Seviliya bərbəri”ni oxuyarkən gülmək-dən, sevincindən dünyasını dəyişmişdir.





Yüklə 199,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin