Hft fənninin vəzifələri və bölmələri. Təhlükəsizlik – həyat fəaliy­yətinin məqsədini təşkil edir və buna nail olmaq üçün «həyat fəaliyyətinin təhlükəsizliyi»



Yüklə 238,34 Kb.
səhifə8/15
tarix15.04.2023
ölçüsü238,34 Kb.
#98324
1   ...   4   5   6   7   8   9   10   11   ...   15
cvb

30.Nisbi nəmliyin təyini
İŞİN MƏQSƏDİ: Sanitar gigiyenik şəraiti qiymətləndirmək üçün havanın temperaturunu və nisbi nəmliyini təyin etməkdən ibarətdir.
NƏZƏRİ HİSSƏ: Orqanizmin xaricə istilik verməsi onu əhatə edən mühitin temperaturundan, orqanizmdən ayrılan tərin miqdarından və görülən işin ağırlıq dərəcəsindən asılıdır. Yüksək temperatur şəraitində tərləmə nəticəsində orqanizmdən çoxlu miqdarda duz ayrılır ki, bu da insanın normal həyat fəaliyyətinə pis təsir göstərir.
Xarici mühit ilə orqanizm arasında gedən istilik mübadiləsi prosesinə həmin mühitin nəmliyi də çox böyük təsir göstərir. Məsələn, otaqda nəmliyin 85%-dən çox olması orqanizmin tərləmə yolu ilə xaricə istilik verməsini çətinləşdirir ki, bu da onun temperaturunun yüksəlməsinə səbəb olur və normal iş fəaliyyətinin pozulmasına gətirib çıxarır. Nəmliyin çox az olması isə nəfəs yollarında quruma hallarının baş verməsinə səbəb olur.
Temperaturu ölçmək üçün texniki şüşə termometrlərdən, müqavimət termometrlərindən, termocütlərdən və özüyazan-termoqraflardan istifadə edilir.
İş yerlərində havanın temperaturu civəli və spirtli termometrlərlə ölçülür. İsti şüalaryayılan iş yerlərində havanın temperaturunun termometr cütü ilə ölçmək lazəmdır. Bu vaxt istifadə edilən civəli termometrlərdən birini civə rezervuarı qara rənglə, digərinin rezervuarı isə gümüşlə örtülməlidir.
Nəmlik üç cürdür: Mütləq, maksimal və nisbi nəmlik.
Mütləq nəmlik – verilmiş temperaturda 1m3 havadakı su buxarlarının qramlarla miqdarına deyilir (q/m3).
Bmüt = Pyaş –α(tquru – tyaş) × H q/m3
Burada: Pyaş – yaş termometrin göstərişinə uyğun temperaturda tyaş  doymuş su buxarının təzyiqi, mm.c.süt. Həmin temperatura əsasən cədvəl 1 – dən götürülür.
 -psixrometrik əmsaldır, qiyməti havanın hərəkət sürətindən asılı olaraq, cədvəl 1- dən götürülür.
tquru – quru termometrin göstərişi, C0; tyaş – yaş termometrin göstərişi, C0;
H – müşahidə olunan faktiki barometrik təzyiqdir. (mm.c.st. ilə)
Maksimal nəmlik (P quru) – verilmiş temperaturda 1 m3 havanın özündə saxlaya biləcəyi su buxarlarının qramlarla maksimal miqdarıdır. Quru termometrin göstərişinəəsasən cədvəl 1-dən götürülür (q/m3).
Nisbi nəmlik – mütləq nəmliyin maksimal nəmliyə olan nisbətinin faizlə ifadəsinə deyilir və aşağıdakı kimi tapılır:

Nəmliyi ölçmək üçün Avqust və Assman psixrometrlərindən istifadə edilir.
Avqust psixrometri. Cihaz iki civəli termometrdən ibarətdir (şəkil 2). Cihazın civə kürələrindən biri tənziflə bükülərək su ilə isladılır. Ölçmələr zamanı yaş və quru termometrin göstərdiyi qiymətlərə əsasən cədvəl 2-dən nisbi nəmliyin təqribi qiyməti təyin edilir.
Assman psixrometri. Bu psixrometrin üstünlüyü ondan ibarətdir ki, o, nisbi nəmliyin qiymətini daha dəqiq təyin edir. Bu psixrometrlər 2 ədəd termometrdən (quru və yaş) ibarətdir. Yaş termometrlərin üzərində xüsusi tənzif vardır. Assman psixrometrinin ölçmə dəqiqliyi Avqust psixrometrinə nisbətən yüksəkdir. Çünki onun üzərində olan ventilyator 4 m/san sabit sürətli hava axını yaradır ki, bu da otaq şəraitində havanın sürətinin dəyişməsinin cihazın göstərişinə təsir etməsinin qarşısını alır. Bu cihazda hər iki termometr metal borular içərisində yerləşir. (şəkil 1)
Termometrin civəli hissələri nikellənmiş qoşa gilizlərlə əhatə olunmuşdur ki, bu, nəm hava selinin axmasına imkan verir, həm də termometrin civəli hissələrini günəş şüaları ilə qızmaqdan qoruyur. Yuxarı hissəsində saat mexanizmi və ya kiçik mühərriklə işləyən ventilyator yerləşdirilmişdir. Ventilyator havanı sabit sürətlə metal borular vasitəsilə sovurur və gövdədəki xüsusi yolla xaric edir. Beləliklə, bütün təcrübə ərzində termometrin ətrafinda hava sabit sürətlə axır. Ventilyator işə salındıqdan 3-5 dəqiqə sonra termometrin göstəricisi qeyd edilir və cədvəl 3 –dən nisbi nəmliyin təqribi qiyməti təyin edilir.
İŞİN GEDİŞİ: Avqust və Assman psixrometrlərinin yaş termometrlərini pipetkadan istifadə edərək distillə olunmuş su ilə isladırıq və Assman psixrometrinin ventilyatorunu işə salırıq. Yaş termometrlərin tənziflərindəki suyun buxarlanması hesabına onların temperaturu azalır. 3-5 dəqiqədən sonra həm quru və həm də yaş termometrlərin göstərişini qeyd edirik.
Bu göstərişlərdən istifadə edərək nəzəri hissədə göstərilən düstur vasitəsilə nisbi nəmliyi hesablayırıq. Bu üsuldan başqa, nisbi nəmliyi cədvəl və nomoqramma vasitəsilə də tapmaq olar.
(Cədvəl 2 və 3-dən nisbi nəmliyin cədvəl üsulu ilə təyin olunmasında, şəkil 3-dən isə nisbi nəmliyin nomoqramma üsulu ilə təyin olunmasında istifadə edilir). Alınmış nəticə işin protokolunda olan cədvəldə qeyd olunur.

Yüklə 238,34 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin