Aviasiya Təhlükəsizliyi İdarəsinin Nəzarət-buraxılış xidməti 03.09.2012-ci ildə yaradılmışdır. Nəzarət-buraxılış xidmətinin məsuliyyət dairəsinə VIP, CIP və biznes aviasiya zalları, habelə nəzarət-buraxılış məntəqələri və vəsiqələr şöbəsi daxildir. Xidmət öz fəaliyyətini dörd növbəli iş rejimində işləyən 303 nəfərdən ibarət şəxsi heyət vasitəsilə gecə-günüz həyata keçirir.
Nəzarət-buraxılış xidmətinin əsas vəzifəsi xidməti heyətin və digər şəxslərin, habelə nəqliyyat vasitələrinin nəzarət edilən zonalara və girişi məhdudlaşdırılmış mühafizə edilən zonalara təhlükəsiz buraxılışını təmin etməkdən, VIP, CIP və biznes aviasiya zallarında sərnişinləri və onların əl əşyalarını və baqajlarını aviasiya təhlükəsizliyi məqsədilə yoxlamaqdan ibarətdir.Nəzarət-buraxılış məntəqəsi qurğularla təchiz olunub.
Nəzarət-buraxılış məntəqələrindəki bu qurğuları nəzərdən keçirək.iki qurğu vardır.Bunlar:
HI-SCAN 5180si - HI-SCAN 5180i sisteminə əsaslanır. Üstəlik, təkmilləşdirilmiş, multi-enerjili rentgen generatoru ilə təchiz edilmişdir.
HI-SCAN 8380 - Mərkəzləşdirilmiş şəkil analizinə malik, masaya inteqrasiya olunmuş rentgen təftiş sistemi. Konveyerə birləşdirilmək üçün də çox münasibdir.
HI-SCAN 5180sinin əsas xüsusiyyətləri bunlardır:
-Optimallaşdırılmış spektrum ilə rentgen generatoru .
-Aydın görüntünü təmin edən XADA sensor texnologiyası.
-Daha geniş həcmli xidmətlərlə, yeni HiTraX II sistem platforması
-İkili, aydın təsvir nümayişi
Bu gurğunun əlavə xüsusiyyətləri var:
-37mm qalınlığında polad təbəqədən materiala nüfuz edə bilər.
-Fərdi sistem konfiqurasiyası üçün ProLine sistem dizaynı
HI-SCAN 5180si sistemi-dünya üzrə 6000-dən çox quraşdırılmaqla, öz seriyasından olan məhsullar içində ən çox uğur qazanmış rentgen təftiş sistemlərindən biridir. HI-SCAN 5180i sisteminin sonradan təkmilləşdirilmiş versiyasıdır.
Bununla belə, HI-SCAN 5180si sistemi HI-SCAN 5180i sisteminə sadəcə zahirən bənzəyən adi rentgen sistemi deyil. Onun tədqiqat və inkşaf prosesi, rentgen sensorlarında ciddi dönüş yaradan texnologiya və şəkil işləmə texnologiyasının iştrakı ilə aparılmışdır.
HI-SCAN 5180si elektronikanın yeni nəsli və aydın analizi təmin edən təkmilləşdirilmiş, multi enerjili generator ilə təmin olunmuşdur. Sistem əvvəllər əldə olunmamış, yüksək səviyyəli əməliyyat nümayiş etdirir.
HI-SCAN 5180si real, fiziki piksellərin sayını ikidən çox artırmaqla, son dərəcə aydın rentgen təsvirləri yaradır. İmkanları əhəmiyyətli dərəcədə artırılmış təsvir aydınlaşdırma funksiyası, skan olunan obyektlərin görüntülərini dəyərləndirmək üçün həlledici üstünlük təqdim edir.
HI-SCAN 5180si -yeni texnologiyadan faydalanmaqla, yüksək təhlükəsizliyin zəmanəti deməkdir.
HI-SCAN 8380nin əsas xüsusiyyətləri:
-Nəzarət-buraxılış prosesində baqajın optimal təftişi-görüntülənməsi
-Konveyer xətlərinə birləşmək üçün, yeni dizayn
-Şəklin operativ işlənməsi üçün HiTraX texnologiyasından istifadə
-HI-MAT Plus texnologiyası ilə materialın daha keyfiyyətli fərqləndirilməsi
Əlavə xüsusiyyətləri isə bunlardan ibarətdir:
IMS:şəkil bazasının idarəolunması (seçənək)
Şəbəkə interfeysi
HI-SCAN 8380 sistemi konveyer sistemlərinə inteqrasiya olunmaq üçün yaradılmışdır. Xaricdən idarə olunan konveyer kəmərləri ilə baqajötürən daxili sistemləri birləşdirmək üçün, sistemin innovativ dizaynı münasib və rahat metoddur.
Mərkəzləşdirilmiş şəkil analizinə malik vahid nəzarət-buraxılış masaları ilə tətbiq olunmaq üçün, HI-SCAN 8380 sistemi alçaqda quraşdırılmış konveyer və şəbəkəyə qoşulan texnologiya sayəsində əla bir rentgen təftiş sistemidir.
HI-SCAN 8380 öz bənzəri olan HI-SCAN 16580 sistemi ilə birlikdə, iki ayrı konveyer xəttini birləşdirərək, daha az yer tutan və çevik sistem konfiqurasiyası yarada bilər.82 sm hündürlüyü olan tuneli sayəsində, HI-SCAN 8380 sistemi çox böyük ölçülü baqajı təftiş etmək üçün tələblərə cavab verir.
Müasir HiTraX texnologiyası, onlayn şəkil analizetmə metodları, həmçinin, erqonomik dizaynlı, istifadəçiyə rahat operator interfeysi HI-SCAN 8380 sistemini nəzarət-buraxılış masa-sistemləri üçün təsirli bir vasitəyə çevirir.
Mənbə: http://smiths-heimann.az/?page=283
http://smiths-heimann.az/?page=284
https://www.azal.az/az/information/security
Dostları ilə paylaş: |