“Hidravlika və hidravlik maşınlar”



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə2/38
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#43670
1   2   3   4   5   6   7   8   9   ...   38
Hidravlika ve hidravlik mashinlar” fenninden laboratoriya ishleri

 

 

 

Rəy verənlər:  

Azərbaycan Texniki Universitetinin “Xüsusi 

texnologiyalar və avadanlıqlar” kafedrasının 

professoru, t.e.d. Sadıxov Əli Hidayət oğlu.  

Bakı 

Mühəndislik 



Universitetinin 

“Mexanika 

mühəndisliyi” 

kafedrasının 

müdiri  dosent,  t.f.d.  Mirzəyev  Hüseyn 

İbrahim oğlu. 



 

 

 



 

 

Bakı Mühəndislik Universiteti – 2020 



 


 

Ön söz 

Hərəkəti ötürmə texnikasında hidravlik ötürmələr geniş 

yayılmaqdadır.  Bu  baxımdan  hidravlika  mühəndislər 

üçün  əsas  fənlərdən  biridir.  Metodik  vəsaitdə  konkret 

hidravlik stendin texniki imkanları əsasında tərtib edilmiş 

laboratoriya  işləri  müxtəlif  növ  hidravlik  sistemlərin 

praktik  olaraq  mənimsənilməsi  üçün  çoxsaylı  işlərini 

yerinə  yetirməyə  imkan  verəcəkdir.  Laboratoriya 

işlərinin  yerinə  yetirilməsində  hidravlik  simvollar, 

onlarla  qurulmuş  sxemlər  və  elementlər  sadədən 

mürəkkəbə doğru tədricən öyrəniləcəkdir.  

Hər  bir  laboratoriya  işi  tətbiq  olunan  elementlərin  ilk 

növbədə  təqdimatından  başlayır.  Növbəti  olaraq, 

elementlərin  hidravlik  sistemdə  vəzifəsi  və  funksiyaları 

izah olunmuş, laboratoriya işlərinin yerinə yetirilməsinin 

sadələşdirilməsi 

üçün  hidravlik  sxemlər  təqdim 

olunmuşdur.  

Bəzi 


laboratoriya 

işlərində  ölçmə  əməliyyatları 

aparıldığından  tələbələr  ölçmə  bacarıqlarına  da 

yiyələnəcəklər.  Bundan  əlavə  laboratoriya  işlərində 

ölçmələrin 

planlaşdırılması 

və 

nəticələrin 



qiymətləndirilməsi  üçün  konkret  ölçmədən  alınmış 

cədvəllər və qrafiklər təqdim olunmuşdur.  

Stendin  lövhəsi  böyük  ölçüdə  hazırlandığından  eyni 

laboratoriya  işini    iki  qrup  şəklində  yerinə  yetirmək 

mümkündür.  Eyni  zamanda  yerinə  yetirilən  müxtəlif 

laboratoriya 

işləri 

onların 


müqayisəli 

şəkildə 


qiymətləndirilməsinə imkan verir.  

Stend elementləri uzun müddətli imtinasız iş rejmi üçün 

layihələndirildiyindən, 

fasiləsiz 

davam 

edən 


eksperimentlər qurğunun işinə mənfi təsir etmir.  


 

Hidravlik  qurğuların  geniş  tətbiq  olunduğu  ötürmə 



sistemləri  bir  çox  praktik  tətbiqlərdə  elektrik  siqnalları 

vasitəsi  ilə  idarə  olunur.  Buna  görə  də  hidravlika  ilə 

yanaşı 

elektro-hidravlika 

hidravlikanı 

öyrənən 


mütəxəsislər üçün əsas sahədir.  

İstifadə  edəcəyimiz  G.U.N.T.  firmasının  istehsalı  olan 

RT701  elektrohidravlik  təchizat  vasitəsi  ilə  elektrik 

siqnalları  ilə  idarə  olunan  müxtəlif  hidravlik  ötürmələr 

yığmaq  olar.  RT701  texniki  təchizat  sistemi  yalnız 

RT700  hidravlik  təchizat  sistemi  ilə  birgə  tətbiq 

olunmalıdır.  

Elektrohidravlika  laboratoriya  işlərində  əhəmiyyətli 

olan beş laboratoriya işlənəcəkdir. Hər bir laboratoriya işi 

məsələnin 

qoyuluşundan, 

hidravlik 

və 

elektrik 



sexmlərdən ibarətdir. Sxemlərin qoşulub işlədilməsi üçün 

hidravlik  biliklərlə  yanaşı  baza  elektrik  biliklərinin  də 

olması vacibdir. 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin