3
Ön söz
Hərəkəti ötürmə texnikasında hidravlik ötürmələr geniş
yayılmaqdadır. Bu baxımdan hidravlika mühəndislər
üçün əsas fənlərdən biridir. Metodik vəsaitdə konkret
hidravlik stendin texniki imkanları əsasında tərtib edilmiş
laboratoriya işləri müxtəlif növ hidravlik sistemlərin
praktik olaraq mənimsənilməsi üçün çoxsaylı işlərini
yerinə yetirməyə imkan verəcəkdir. Laboratoriya
işlərinin yerinə yetirilməsində hidravlik simvollar,
onlarla qurulmuş sxemlər və elementlər sadədən
mürəkkəbə doğru tədricən öyrəniləcəkdir.
Hər bir laboratoriya işi tətbiq olunan elementlərin ilk
növbədə təqdimatından başlayır. Növbəti olaraq,
elementlərin hidravlik sistemdə vəzifəsi və funksiyaları
izah olunmuş, laboratoriya işlərinin yerinə yetirilməsinin
sadələşdirilməsi
üçün hidravlik sxemlər təqdim
olunmuşdur.
Bəzi
laboratoriya
işlərində ölçmə əməliyyatları
aparıldığından tələbələr ölçmə bacarıqlarına da
yiyələnəcəklər. Bundan əlavə laboratoriya işlərində
ölçmələrin
planlaşdırılması
və
nəticələrin
qiymətləndirilməsi üçün konkret ölçmədən alınmış
cədvəllər və qrafiklər təqdim olunmuşdur.
Stendin lövhəsi böyük ölçüdə hazırlandığından eyni
laboratoriya işini iki qrup şəklində yerinə yetirmək
mümkündür. Eyni zamanda yerinə yetirilən müxtəlif
laboratoriya
işləri
onların
müqayisəli
şəkildə
qiymətləndirilməsinə imkan verir.
Stend elementləri uzun müddətli imtinasız iş rejmi üçün
layihələndirildiyindən,
fasiləsiz
davam
edən
eksperimentlər qurğunun işinə mənfi təsir etmir.
4
Hidravlik qurğuların geniş tətbiq olunduğu ötürmə
sistemləri bir çox praktik tətbiqlərdə elektrik siqnalları
vasitəsi ilə idarə olunur. Buna görə də hidravlika ilə
yanaşı
elektro-hidravlika
hidravlikanı
öyrənən
mütəxəsislər üçün əsas sahədir.
İstifadə edəcəyimiz G.U.N.T. firmasının istehsalı olan
RT701 elektrohidravlik təchizat vasitəsi ilə elektrik
siqnalları ilə idarə olunan müxtəlif hidravlik ötürmələr
yığmaq olar. RT701 texniki təchizat sistemi yalnız
RT700 hidravlik təchizat sistemi ilə birgə tətbiq
olunmalıdır.
Elektrohidravlika laboratoriya işlərində əhəmiyyətli
olan beş laboratoriya işlənəcəkdir. Hər bir laboratoriya işi
məsələnin
qoyuluşundan,
hidravlik
və
elektrik
sexmlərdən ibarətdir. Sxemlərin qoşulub işlədilməsi üçün
hidravlik biliklərlə yanaşı baza elektrik biliklərinin də
olması vacibdir.
Dostları ilə paylaş: