Hidrologiyanın məqsədi, vəzifələri və tədqiqat üsulları



Yüklə 5.01 Kb.

səhifə1/9
tarix30.06.2017
ölçüsü5.01 Kb.
  1   2   3   4   5   6   7   8   9

Hidrologiya. 
 
1.
 
Hidrologiyanın məqsədi, vəzifələri və tədqiqat üsulları.............................. 
2.
 
Hidrologiyanın inkişaf tarixi və hidroloji öyrənilməsi................................ 
3.
 
Təbiətdə suyun paylanması........................................................................ 
4.
 
Suyun əsas fiziki xassələri....................................................................... 
5.
 
Hidroloji rejim və axımın ölçü vahidləri................................................. 
6.
 
Çay və çay sistemləri. ............................................................................. 
7.
 
Çay hövzəsi və morfometrik göstəriciləri................................................ 
8.
 
Çayların mənbəyi və mənsəbi.................................................................. 
9.
 
 Çay dərəsi və çay məcrası....................................................................... 
10.
 
Çayların eninə və uzununa profili............................................................ 
11.
 
Çaylarda suyun hərəkət mexanizmi......................................................... 
12.
 
Yeraltı suların mənşəyi və təsnifatı.......................................................... 
13.
 
Yeraltı suların fiziki, kimyəvi tərkibi və hərəkəti.................................... 
14.
 
Su rejiminin ünsürləri üzərində müşahidə və onların hesablanması........ 
15.
 
Çayların qida mənbələri və hidroqrafın genetik parçalanması................ 
16.
 
Su rejiminin fazaları və rejiminə görə çayların təsnifatı.......................... 
17.
 
Gətirmələrin əmələ gəlməsi və xarakteristikası....................................... 
18.
 
Su anbarları, növləri və kanalların lillənməsi.......................................... 
19.
 
Göllərin təsnifatı və morfometrik ünsürləri............................................. 
20.
 
Göldə dinamiki proseslər, termik və buz rejimi....................................... 
21.
 
Bataqlıqların əmələ gəlməsi və təsnifatı.................................................. 
22.
 
Buzlaqların hidrologiyası......................................................................... 
23.
 
Dünya okeanının hissələri, tərkibi və səviyyə tərəddüdü........................ 
24.
 
Su obyektlərinin çirklənməsi və onlardan istifadə................................... 
Behruz Melikov
Behruz Melikov

1. Hidrologiyanın məqsədi, vəzifələri və tədqiqat üsulları. 
 
Təbiət sularının hərəkət və paylanma qanunlarını,  əhatə olunduğu mühitlə 
qarşılıqlı  əlaqəsini, onun keyfiyyət və  kəmiyyət dəyişməsini  hidrologiya  elmi 
öyrənir. Hidrologiya sözünün mənası  su haqqında  elm deməkdir. Hidrologiya su 
obyektlərini-okeanları, dənizləri, çayları, gölləri, buzlaqları, bataqlıqları və yeraltı 
suları öyrənir.  
Hidrosferdəki sular iki qrupa bölünür: okean(dəniz) suları  və quru suları. 
Quru sularına çay, göl, bataqlıq və buzlaqların suları aiddir. Okean və dənizlərdə 
mövcud olan proseslər çay, göl, buzlaq və bataqlıqlardakından çox fərqləndiyindən 
ümumi hidrologiya iki hissəyə bölünür: okeanologiya və qurunun hidrologiyası. 
Quru sularının hidrologiyası isə öz növbəsində: 

 
Çay hidrologiyasına (patomologiya); 

 
Gölşünaslıq və ya göllərin hidrologiyasına (limnologiya); 

 
Bataqlıqşünaslıq və ya bataqlıqların hidrologiyasına (telmatologiya); 

 
Buzlaqların hidrologiyasına (qlyatsiologiya); 

 
Yeraltı suların hidrologiyasına (hidrogeologiya);   bölünür. 
Quru sularının öyrənilməsində  tətbiq olunan metodlara görə hidrologiya bir 
neçə hissəyə bölünür: 

 
Ümumi hidrologiya; 

 
Hidrometriya; 

 
Hidroqrafiya; 

 
Mühəndis hidrologiyası; 
 Ümumi hidrologiya-hidroloji hadisələrin  əsas qanunlarını  və fiziki 
mahiyyətini öyrənir. 
Hidrometriya-su obyektlərində, suyun hərəkət və vəziyyətini səciyyələndirən 
kəmiyyətləri təyin edən üsul və vasitələri öyrənən elmdir. Beləliklə, hidrometriya 
suyun sürətini, səviyyəsini, dərinliyini və s. ölçmə üsullarından bəhs edir.  
Hidroqrafiya-müəyyən ərazilərdəki su obyektlərinin təsvirini verir və onların 
həmin  ərazinin fiziki-coğrafi  şəraiti ilə qarşılıqlı  əlaqəsini və yayılması 
qanunauyğunluqlarını öyrənir.  
Mühəndis hidrologiyası-çayların hidravliki rejimini, su balansını, çay 
axımının təyini üsullarını, yatağın formalaşma prosesini və s. yəni su təsərrüfatı 
məsələləri üçün lazım olan hidroloji hesablamalar və proqnoz üsullarını öyrənir. 
Hidrologiyanın və hidroloji hesablamaların su təsərrüfatı tikintisi işlərində 
böyük  əhəmiyyəti var.suvarma kanallarının, su anbarlarının, körpülərin və b. 
hidrotexniki, meliorativ tikintilərin layihələndirilməsində su obyektlərinin hidroloji 
rejiminə dair məlumatlardan geniş istifadı edirlər. Sahələrin suvarılmasında və 
bataqlıqların qurudulması  işlərində, çayların göllərin, bataqlıqların və digər su 
obyektlərinin rejiminin öyrənilməsi geniş  əhəmiyyət kəsb edir. Çayın hidroloji 
rejimini öyrənmədən onun suvarma və su təchizatı qabiliyyətini müəyyən etmək 
mümkün deyildir. 
Axımı nizamlamaq məqsədilə layihələndirilən su anbarlarına aid aparılan 
ilkin hesablamaların  əsasını hidroloji hesablamalar təşkil edir. Anbardakı olan  
 
1
Behruz Melikov
Behruz Melikov

suyun miqdarı, ondan buxarlanmaya və suvarmaya sərf olan itkilər, anbara aid olan 
hidrotexniki qurğuların hesabi sərfləri hidroloji hesablamalar yolu ilə 
müəyyənləşdirilir.  
Müasir hidrologiya elminin həll etdiyi əsas məsələlərə su obyektlərinin 
müəyyən edilməsi, onların hesabi sərflərinin təyini, axımın paylanması, çay 
hövzəsindən və su səthindən olan buxarlanmanın təyini, su obyektlərinin hidroloji 
rejiminin paylaşdırılması, təbii suların çirklənməsi və ona qarşı mübarizə 
tədbirlərinin hazırlanması və s. daxildir. 
Hidrologiyada müxtəlif tədqiqat üsullarından istifadə olunur. Bunların  ən 
geniş yayılmışları ekspedisya, stasionar və laboratoriya üsullarıdır.  
Ekspedisya üsulunda geniş  ərazilərin suları  və ya hidroloji obyektlər 
kompleks  şəkildə, xüsusi hazırlanmış proqramlar əsasında öyrənilir. Bu üsul 
zamana görə  ləng dəyişən, lakin ərazi üzrə,  əksinə, kifayət qədər dəyişkən olan 
hidroloji hadisələrin öyrənilməsində daha çox tətbiq edilir. 
Hal-hazırda çöl tədqiqatlarında hidroloji elementlərin (səviyyə, axınlar, 
dalğalanma, suyun temperaturu, buz hadisələri və s.) ölçülməsinin müasir 
üsullarından geniş istifadə edilir. Belə  tədqiqatların nəticələri yalnız su 
obyektlərinin regional təsviri üçün deyil, həm də hidroloji proseslərin və onların 
amillərinin öyrənilməsi üçün vacibdir.  
Stasionar müşahidələr üsulu, su obyektlərinin hidroloji rejim ünsürlərinin 
zamana görə dinamikasını öyrənmək üçün çox əlverişlidir. Hidrometeoroloji 
məntəqələrdə suyun səviyyəsi və  sərfi, dalğalanma, gətirmələrin hərəkəti və s. 
üzərində müntəzəm müşahidələr aparılır. Bu müşahidələr elmin və praktikanın 
tələblərinə müvafiq olan vahid proqramla yerinə yetirilir.  
Hidrometeoroloji məntəqələrin və çöl ekspedisyalarının məlumatları xüsusi 
informasiya mərkəzlərində toplanır. Orada bu məlumatlar işlənir və coğrafi 
ümumuləşdirmələrdə, məlumat kitablarının, xəritə  və atlasların, hidroloji 
proqnozların tərtib edilməsində geniş istifadə olunur. Ekspedisya şəraitində 
eksperimental tədqiqatlar da yerinə yetirilir. Məsələn, elmi-tədqiqat gəmilərində 
okeanla atmosferin qarşılıqlı  əlaqəsi problemi üzrə elmi eksperiment həyata 
keçirilir. Ayrı-ayrı ekosistemlərin su balansının dəyişməsini öyrənmək üçün xüsusi 
stasionarlarda eksperimentlər aparılır. 
Laboratoriya üsulu suyun fiziki və kimyəvi xassələrini öyrənməyə, 
hidrodinamiki prosesləri modelləşdirməyə imkan verir. Laboratoriya modellərində 
müxtəlif hidroloji hadisələri tədqiq etmək mümkündür. Məsələn, çay yataqlarının 
modellərində axınların, su sərfinin, dib gətirmələrinin tərkibinin məcra proseslərinə 
təsiri öyrənilir. 
 
2
Behruz Melikov
Behruz Melikov

2. Hidrologiyanın inkişaf tarixi və hidroloji öyrənilməsi. 
 
Su mənbələri və ehtiyatlarının düzgün qiymətləndirilməsi üçün onların 
hidrologiyasının hərtərəfli öyrənilməsi böyük əhəmiyyətə malikdir. Hələ 5-6 min il 
əvvəl, qədim Misirdə, Mesopotamiyada, Çində, Cənubi və  Mərkəzi Amerikada 
hidrotexniki qurğular-irriqasiya kanalları, su anbarları, dambalar və s. inşa 
edilmişdir. Bunları bilmək üçün çayların rejimi haqqında müəyyən biliklər tələb 
olunurdu. Eramızdan 3000 il əvvəl Nil çayının daşqın səviyyələri qeydə alınırdı. 
Buna görə də hidrologiya ən qədim elmlərdən biri sayılır.  
Elmi hidrologiyanın vətəni Fransa hesab olunur və onun tarixi XVII əsrdən 
başlayır. 1674-cü ildə fransız alimi Perro “Bulaqların mənşəyi haqqında ” adlı 
kitabını çap etdirmişdir. 
1694-cü ildə Almaniyada E.Melxior “Hidrologiyada üç hissədə” adlı kitab 
çap etdirmişdir. “Hidrologiya” termininə ilk dəfə məhz bu kitabda rast gəlinir. Rus 
ədəbiyyatında bu termin ilk dəfə XVIII əsrdə işlənmişdir.  
XVIII  əsrdə Avropanın iri çaylarında hidroloji müşahidə  məntəqələri təşkil 
olunmağa başlandı: Reyn, Dunay, Elba(1727), Sena(1732), Tibr(1782), 
Volqa(1792) və s. 
XIX  əsrdə  bəzi Avropa ölkələrində  səth sularının öyrənilməsi üzrə xüsusi 
idarələr yaradıldı: Fransada(1853), Almaniyada(1883), Macarıstanda(1886), 
İsveçrədə(1891). 
1919-cu ildə Rusiyada məhşur Dövlət Hidrologiya İnstitutu təşkil olundu.  
İlk hidroloji illiklər Avstriyada(1893), Macarıstanda(1896), 
Bavariyada(1898), ABŞ-da (1906) və s. çap olunmağa başlandı.  
XIX  əsrdə hidrologiyanın inkişafında A.Penk (Avstriya), Şrayber, 
Rixter(Almaniya), Montanari(İtaliya), Qemfis, Abbot, Nyuell(ABŞ), 
N.Berdmor(İngiltərə), A.İ.Voyeykov (Rusiya) və b.  böyük rol oynamışlar.  
XX   əsrdə Ven Te Çou, U.Vissmen (ABŞ), Q.Keller (Almaniya), C.K. Rodda 
(İngiltərə), Azit K. Bisvas (Kanada), G.G.Svanidze (Gürcüstan), S.H. Rüstəmov, 
S.A.Axundov, M.Ə.Məmmədov, F.Ə.İmanov (Azərbaycan), D.L.Sokolovski, 
A.İ.Çebotaryov, A.V.Rojdestvenski, A.M.Vladimirov (Rusiya) və b. xüsusilə qeyd 
etmək  lazımdır. 
Bir çox ölkələrdə (Rusiya, ABŞ, Almaniya, Fransa, İspaniya və s.) hidroloji 
informasiya dövri olaraq illiklərdə çap olunur. Bəzi ölkələr haqda bu məlumatları 
əldə etmək çox çətindir. Son  dövrdə  dünya  çayları üzərində aparılan müşahidə 
məlumatlarını YUNESKO xüsusi kitablarda çap etmişdir. Bu kitablarda dünyanın 
250 çayı haqda məlumat var (hər bir ay və il üçün orta aylıq su sərfləri ). 
Bir çox ölkələrdə çay  axımının  xəritəsi tərtib olunmuşdur (Rusiya, Çin, ABŞ, 
Kanada, Avstraliya və s.).  Bu  xəritələr kifayət qədər etibarlıdır, çünki  çoxlu  sayda  
müşahidə  məntəqələrinin  məlumatına  əsasən   hazırlanmışlar. 
Qurunun 11%-də çay şəbəkəsi yoxdur. Bu ərazidə quruya düşən armosfer 
yağıntılarının hamısı buxarlanmaya sərf olunur. Bütün Avropa  (Yunanıstandan 
başqa),  Avstraliya  və Asiyanın,  Şimali Amerikanın  əsas hissələri üçün çay axını 
haqda kifayət qədər məlumat  var.  Bu məlumatlar  çay axımının  xəritələrində və ya  
 
1
Behruz Melikov
Behruz Melikov

müşahidə    məlumatları    şəklindədir. Cənubi Amerikanın ¼  hissəsi hidroloji 
cəhətdən ən zəif öyrənilmiş ərazilərdir. İndoneziya, Yeni Zelandiya və Kanadanın  
şimal hissəsi də çox pis öyrənilmişdir. Bu ərazilər haqda məlumat o qədər azdır ki, 
su balansının hətta kiçik miqyaslı xəritələrini belə tərtib etmək mümkün deyildir. 
Burada ancaq çox böyük çayların su sərfləri ölçülür. Misal olaraq Amazon çayını 
göstərmək  olar. Belə  ərazilər üçün çay axını interpolyasiya əlaqələrinə görə 
hesablanmış böyük çayların  məlumatlarından  alınan  nəticələrə  nəzarət məqsədi 
ilə istifadə edilmişdir. 
Yerin quru hissəsinin təqribən yarısı üçün çay axımı və onun yeraltı toplananı 
(yeraltı axım) haqda  məlumat kifayət qədərdir. Bu ərazilərdə  yeraltı axın 
hesablamaq üçün çayların hidroqrafı qurulur və bu hidroqraflar çayların qida 
mənbələrinə  görə parçalanır. Qurunun təqribən 10%-i üçün yeraltı axın 
hesablamaq üçün orta aylıq su sərflərinə görə hidroqraflar qurulmuş  və sonra bu 
hidroqraflar  parçalanmışdır.  
Təbiidir ki, çay axımının normasını hesablamaq üçün bütün çaylarda eyni bir 
müşahidə dövrü seçmək mümkün deyildir. Əslində bu heç lazım da deyil, çünki 
Yer  səthinin  quru  hissəsi  çox  böyükdür  və qurunun  müxtəlif  hissələrində  
azsulu  və  çoxsulu  dövrlər  eyni  illərdə  müşahidə  olunmur. 
Keçmiş SSRİ-nin, ABŞ-ın və Avropa ölkələrinin  çaylarında 80-100 illik 
müşahidə dövrü 30-50 ilə  bərabərdir. Göstərilən  ərazilərin çaylarının axım 
normasını hesablamaq üçün elə hidroloji sıraların orta  qiyməti tapılmışdır. Lakin 
nəzərə almaq lazımdır ki, son 20-30 ildə insanın təsərrüfat fəaliyyəti nəticəsində 
çayların rejimi dəyişir, daha doğrusu, çaylardan su götürüldüyünə görə su sərfləri 
azalır.  Nəticədə  hidroloji  sıraların  orta  qiyməti  azalır. 
Su mənbələri və ehtiyatlarının düzgün qiymətləndirilməsi üçün onların 
hidrologiyasının hərtərəfli öyrənilməsi mühüm əhəmiyyətə malikdir. 
Respublikamızın  ərazisindəki axan Kür və Araz çayları haqqında qədim yunan 
alimlərindən olan Heradot, Stabon və b. əsərlərində ilk məlumatlar verilir.  
Suvarma  əkinçiliyinin inkişafı ilə  əlaqədar  olaraq  hələ VI-VII əsrlərdə    bəzi 
çayların  axım xüsusiyyətləri  nəzərə  alınmaqla  bir sıra  kanallar çəkilir. Bunların 
içərisində  Arazdan  başlanan  Kovurarxı göstərmək olar. XIX  əsrin  əvvəllərinə  
kimi olan dövrdə Azərbaycanın su mənbələri  haqqında olan əsasən səyyahların 
əsərlərində verilmiş məlumatlarından   ibarət idi. Cihazlarla aparılan ilk ölçü işləri 
1814-cü ildən başlayıb Kür çayının  mənsəbindən Mingəçevirə kimi olan 
hissəsinin gəmiçiliyə yararlı olmağını öyrənməkdən ibarət olub. 1860-ci illərdə 
ingilis alimləri Belli, Qabb və d. tərəfindən  Kür hövzəsinin bir çox çaylarının  
hidroloji tətqiqi aparılır. 1886-cı ildə M.A Gersevanova  tərəfindən  və “ Qafqaz 
ölkəsinin hidoqrafiyası ” kitabı  tərtib olunur. Bu kitabda  müxtəlif  təşkilatların ( 
əkinçilik, balıqçılıq, gəmiçilik, dəmir yolu və s.) çaylarda apardığı  bütün ölçü 
işləri daxil edilir. 1890-cı ildə Qafqazda  təşkil edilmiş, sonralar su  idarəsi  
adlanan “ Müfətişliy” in fəaliyyətində su  anbarlarının  öyrənilməsi  xüsusilə qeyd 
etmək  lazımdır. 
         Respublikamızda ilk hidrometrik məntəqələr Kür üzərində Yevlax, Zərdab və 
Sabirabadda 1888-ci ildə, Səlyanda isə 1898-ci ildə təşkil edilmişdir. 
 
2
Behruz Melikov
Behruz Melikov

        1910-1916-cı illərdə su idarəsi Arazdan başlayan Yuxarı Muğan (Əzizbəyov), 
Orta Muğan və Aşağı Muğan kanallarının çəkilməsilə əlaqədar olaraq Kür, Araz, 
Samur, Türyançay, Tərtər, Qarqar, Əlincəçay, Qudyalçay, Pirsaat, Zəyəmçay,  
Girdimançay  və  Bolqarçayda hidrometrik məntəqələr təşkil edir. 1911-ci ildən 
başlayaraq hidroloji kəşfiyyat işlərinin nəticəsi hər il Qafqaz su idarəsinin 
“hesabat”larında və “bülleten”lərində  dərc edilir. Bu dövr ərzində  cədvəllər, 
qrafiklər və xəritələrlə müşayət edilən 42 hesabat dərc edilir. 
        Su idarəsinin  1913-cü ildən  “Əsərləri” içərisində  A.M Essenin “ hidrometik 
məlumatın  statistik  üsul  ilə işənməsi”, “Daşqınların öyrənilməsi”  və  xüsusən də  
“ Zaqafqaziyanın  hidroqrafiyası”  daha  maraqlıdır. Bu əsərdə Azərbaycanın  29 
çayının  qısa hidroqrafik   xarakteristikası və  xəritələri verilmişdir. 
     1928-ci ilin  axırlarında  yaxın hidrometrik məntəqələrin  sayı  92-yə  çatır və 
bunların  40-da çay axımı    öyrənilir. Hidrometeoroloji  məntəqələr  şəbəkəsi  
həmin  idarəyə  verilir. Həmin ildə  respublikada  Azərbaycan və  Xəzər 
hidrometeoroloji  institutları    təşkil edilir. 1933-cü ildə  bu  iki institut 
birləşdirilərək  Azərbaycanda  vahid  hidrometeoroloji  Xidmət  İdarəsi  yaradılır. 
     1931-ci ildən  su  kadastrının  tərtib   edilməsinə  başlanır  və   1935-ci ilə kimi  
olan  müşahidə  məlumatları  nəşr  etdirilir. 1936- cı ildən   başlanaraq  “ hidroloji 
illiklər”  nəşr  olunur. “Su  kadastrı “ və “hidroloji illiklər”in  məlumatları  
tətqiqatların  genişlənməsinə      və müşahidələrin  sistemli  yekunlaşdırılmasına  
imkan verir.  Bu  tədqiqatların   çox hissəsi    bütün    SSRİ,  o  cümlədən  
Azərbaycan  ərazisi  üçün  Dövlət  Hidroloji   İnstitutu  tərfindən  yerinə  yetirir. 
Su  kadastrı    məlumatlarına  əsasən  B.D.Zaykov  və  S.Y  Blinkov  axımın 
xəritəsini  tərtib etmişlər.1937-ci ildə V.L. Sokolovskinin  SSRİ    çaylarının  yaz  
daşğınlarının  maksimal  axım  xəritəsi, 1938-ci ildə    M.İ. Lvoviçin  qida  
mənbələrinə  görə  SSRİ      çaylarına  təsnifatı, 1944-cü ildə V.K Davidov  
tərəfindən T.İ.  Şamov  tərəfindən, SSRİ    ərazisinin  bütün  çaylarının  asılı 
gətirmələri  haqqındakı    məlumatları, 1951-ci ildə isə    çay  gətirmələrinin  
qranulometrik  tərkibi   əsərini  nəşr etdirir. Təbii  suların  kimyəvi  xassəsinə  həsr 
olunmuş  tətqiqatı  O.A. Alyekin  1948-ci  ilədək  nəşr  etdirir. Bu  dövrlərdə  çay  
yatağının  dinamikası  və axım  xüsusiyyətləri  barədə   bir sıra   nəzəri  tətqiqatlar  
meydana   gəlir.  
        Azərbaycan  EA  coğrafiya  İnstitutu  1945  ildən  başlayaraq  respublika  
çaylarının  və  göllərinin  mükəmməl  hidroqrafiyasını  isə  öyrənmək  məqsədilə  
tədqiqat   işlərinə    başlanmışdır. 1952-ci ildən isə    Azərbaycan  hidrometoroloji  
xidmət  idarəsi,   dövlət  hidroloji   institutu  və    Azərbaycan  EA  Coğrafiya  
İnstitutu  bu  işlərin  birlikdə   görürlər. Aparılan  işlərin  nəticəsi 
  “Azərbaycanın  
hidroqrafiyası”  adlı  4-cildlik  kitab  kimi  nəşr  edilmişdir. 1946-47-ci  illərdə  
çayların  orta  illik  axım  və  əmsalı  xəritələri   və  sonra   isə su  enerjisi  kadastrı   
tərtib  edilir. Bu   məlumatlar    əsasında  Energetika  İnstitutu  Azərbaycan  
çaylarının  hidroenerji  ehtiyatlarına  aid  monoqrafik  əsər  dərc  etdirir. 
Tətqiqatçılar  tərəfindən  sonralar  çay  gətirmələri      və suda həll  olunmuş  
maddələr  öyrənilir. 
 
3
Behruz Melikov
Behruz Melikov

        1947-ci  ildə  Bakı  hidrometoroloji  rəsədxanasının  yaranması  ilə  və səth  
sularının  hidroloji  öyrənilməsi  genişlənir. Gəncə, Mingəçevir,  Naxçıvan, 
Lənkəran  və  Quba   şəhərlərində  ixtisaslaşdırılmış   hidroloji  stansiyalar  təşkil  
olunur.  Ərazi  üçün  tipik  sayılan  Qudyalçay, Gürmükçay, Gəncəçay, Gilançay  
və Təngərud  hövzələrində  axım  elementlərinin  təyini  dəqiqləşdirilir. 
 Qlyasioloji  işlərin  təşkili  ilə  əlaqədar  1950-ci ildən  qar  örtüyü, 1956-cı 
ildən  buzlaqları  rejimi  və  onların  çayların  qidalanmasındakı    rolu    tədqiq  
olunmaqla  başlayır. Bir  neçe  ildən  sonra   bu tədqiqatlarda  vertolyotdan  da   
isifadə  olunmağa  başlayır.  
1921-1962-ci illər arasında Azərbaycanda 132 çay üzərində müxtəlif dövrlü 
396 hidrometrik məntəqə olmuşdur, yəni hər 200 km
2
  ərazidə bir məntəqə 
yerləşmişdir. 
1978-ci ildən sonra nəşr olunan “hidroloji illik”lərin tomu VII-dir. Son kitab 
1988-ci ilin məlumatlarını əhatə edir.  
Azərbaycanın səth sularının təbiətinin öyrənilməsi sahəsində EA Coğrafiya və 
Energetika institutlarının, Bakı Dövlət Universiteti, Hidrometeorolji Komitə, Su 
təsərrüfatı institutu, “Azərsu” təsərrüfat layihə, Hidrotexnika və Meliorasiya və s. 
təşkiltalarının müəyyən əməyi olmuşdur. 
 
4
Behruz Melikov
Behruz Melikov

3. Təbiətdə suyun paylanması və su dövranının tərkib hissələri

 
         Su,  yerin    coğrafi  təbəqəsindəki canlıların  həytında böyük əhəmiyyətə 
malikdir. O təbiətdə baş verən fiziki, kimyəvi və bioloji proseslərin demək olar ki, 
hamısında iştirak edir. Yerin inkişafının ilk dövründə, yəni onun səthində 
temperatur bir neçə min dərəcə azaldığı dövrdə oksigen və hidrogendən ilkin su 
buxarları  əmələ  gəlmişdir. Yer qabığının sonrakı inkişaf tarixi bilavasitə su ilə 
əlaqədar olmuşdur. Ərimiş halda olan minerallar kütləsi tədricən soyuduqda suyun 
bir hissəsi yüksək təzyiq altında bərkiyərək su buxarlarını digər qazlarla birlikdə 
məhlul şəklində özündə saxlayır. 
       Yer qabığının sonralar daha da soyuması nəticəsində su buxar halından maye 
halına keçərək planetin səthində  əmələ  gəlmiş ilkin çökək sahələrə  yığılmışdır. 
Təqribən 2.5 milyard davam edən dövr ərzində  sərbəst halda olan suyun miqdarı 
sabit qalmışdır. Hal-hazırda baş verən bəzi proseslər nəticəsində  su    möhkəm 
birləşmələrə daxil olur və beləliklə bilavasitə su halında ola bilmir. Lakin yer 
qabığının dərin qatlarında  əks prosesə rast gəlinir. Belə ki, yüksək təzyiq və 
temperatur şəraitində yenidən müəyyən miqdarda su əmələ gəlir.   
       Yer kürəsində suyun ümumi miqdarı 1.386
⋅10
9
  km
3
-dir və bu bizim planetin 
kütləsinin 0.03% -ni təşkil edir. Bunun təqribən 94% -i dünya okeanı, qalan 
hissəsini isə yeraltı suları  təşkil edir. Yer kürəsindəki okean və  dənizlər vahid 
dünya okeanını  əmələ gətirir. 
        Ümumi    sahəsi   510 mln. km
2
  olan yer kürəsinin 361 mln. km
2
  sahəsini 
dünya okeanı və 149 mln. km
2
  quru təşkil edir. Belə ki, okean və dəniz sularının  
qurunun sahəsindən 2.4 dəfə çoxdur (cədvəl 1.). Quru və su sahələri  Yer kürəsində 
qeyri- bərabər paylanmışdır.  Qurunun çox hissəsi  şimal yarımkürəsində, yalnız 
19.1% -i  isə cənub yarımkürəsindədir. 
      Yer kürəsinin quru hissəsi axarlı və axarsız sahələrə bölünür:  117 mln.  km
2
 
axarlı, qalan 32 mln. km
2
 isə axarsız sahələrdir. Çayların axımı bilavasitə okean və 
dənizlərə tökülən quru hissəsinə axalı sahə  deyilir. 
      Yer  kürəsinin  su ehtiyatı çox böyükdür. Okean və  dənizlərdə olan suyun 
ümumi həcmi dəniz səviyyəsindən hündürdə olan qurunun həcmindən 13 dəfə 
artıqdır.  Əgər bu su bərabər  şəkildə yer kürəsinə yayılarsa, onda 2.5 km 
qalınlığında su layı əmələ  gətirər. 



  1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə