Hist 1113 – World History and Civilization Dünya tarixi və sivilizasiyası Müəllim: Əliyeva Sədaqət Məmmədhüseyn qızı



Yüklə 200 Kb.
səhifə5/10
tarix02.01.2022
ölçüsü200 Kb.
#2356
növüDərs
1   2   3   4   5   6   7   8   9   10
Akademik vicdansızlıq. Mənbəni göstərmədən internet saytlarından və digər elektron sənədlərdən kəsib yapışdırma plagiatızm, aldadtma forması və akademik ədalətin pozulması sayılır. Bunun ardınca nizam-intizam bərpasını tələb edən qaydalar tətbiq edilir (AU kataloqunda və veb-saytda təfsilat göstərilir).

Fənnin və müəllimin dəyərləndirilməsi. Tələbələr anonim sorğular və tələbə-pool vasitəsiylə semestrin sonunda fənnin və müəllimin dəyərləndirməsini aparır. Bu zəruri və şəffaf bir prosedurdur.
Dərsə davamiyyət:

Dünya tarixi və sivilizasiyası üzrə dərsə davamiyyətə diqqət ciddidir. Bu məsələdə istisnaları müəllimdən xahiş etməyin. Dərsə 05 dəqiqə gecikmə qayıb, iştirak etməmək sayılır və yekun qiymətə təsir edir. İştirak etməmək üçün üzürlü (hüquqi) səbəblər bunlardır: 1) xəstəlik (həkimdən arayış təqdim olunmalıdır); 2) ailədə bədbəxt hadisənin baş verməsi; 3) dini bayramlar. İş tələblərinə görə dərsdən qalma üzürlü qayıb sayılmır. Üzürlü qayıblar qayıb həddini aşmamalıdır. Fənlərdə qayıbların həddi 15% dir. (həftədə 1 dəfə olan dərslərdə 2, həftədə iki dəfə olan dərslərdə 4, həftədə 3 dəfə olan dərslərdə 6 qayıb). Bu həddi keçəndə yekun qiymətdən ballar çıxılacaq (həftədə bir dəfə olan dərslərdə hər qayıba görə 2, həftədə 2 dəfə olan dərslərdə hər qayıba görə 1, həftədə 3 dəfə olan dərslərdə hər qayıba görə 1). Müəyyən bir dərsə gəlmədikdə, gecikmə halı olduqda və ya tez çıxma haqqında nəzakət əlaməti olaraq, müəllimə əvvəlcədən xəbər verilməlidir. Müəlliminiz iştirak etmədiyiniz dərs haqqında sizi məlumatlandırmağa borclu deyil. Bu zaman elektron poçt ünvanına və yaxud qrup yoldaşlarınıza arxalanın. Bundan əlavə, tələbə iştirak edə bilməyəcəyi imtahandan əvvəl müəllimi qabaqcadan xəbərdar etməlidir. Tələbə imtahanda iştirak etməmişdən əvvəl müəllim xəbərdar edilməyibsə, bu hal həmin imtahan üçün sıfır qiymətlə nəticələnir.

Yüklə 200 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin