1
|
Salam
Hollandiya!
Səciyyəvi Holland memarlığı
İndi birlikdə
Mədəniyyət, dizayn və təhsil
“Hollandiyalı istedaddan örnək”
Texnologiya və innovasiyalar
Qeyri-adi ilham mənbəyi
2
| İnsanlar və cəmiyyət
3
Ön söz |
Səmimi və qəlbiaçıq Hollandiyalılar
İnsanlar, cəmiyyət və səhiyyə
Tarixi və müasir Hollandiya
Dizayn, mədəniyyət və təhsil
Avropaya açılan qapı
İqtisadiyyat, ticarət və fermer təsərrüfat
Dünyanı gəzən və vasitəçilik edən
hollandiyalılar
Beynəlxalq sülh və təhlükəsizlik
Sabahın ölkəsi
Su, texnologiya və innovasiya
En ook
Betaalbare zorg voor iedereen
Nederlands OMA over hele wereld actief
Internationale studenten over Nederland
Wij willen gezonde voeding!
‘Den Haag: hoofdstad van internationaal recht’
Sterk staaltje unieke technologie
Wonen aan het water
Hollandkunde
Kaart Nederland
4 - 9
10 - 15
16 - 21
22 - 27
28 - 33
6
12
14
18
24
30
34
35
36
Photo: United Photos/Hollandse Hoogte
Bu il biz Niderland Krallığı ilə Azərbaycan Respublikası arasında mövcud olan diplomatik
əlaqələrin 20 illiyini qeyd edirik.
Xalqlarımız arasındakı əlaqə və münasibətlərin tarixi daha qədim zamanlara təsadüf edir. Bellə
ki, hələ 17-ci əsrdə tanınmış səyyah Yan Yanson Streys (Jan Janszoon Struijs) tərəfindən dərc
edilmiş səfər xatirələrində Suraxanıda yerləşən od məbədinin (Atəşgah) adı çəkilir. Hollandiya
rəssamlıq sənətinin Qızıl Əsrində yaşayıb yaratmış mahir fırça ustalarının qədim Niderlandı əks
etdirən rəsm əsərlərinə Bakı Dövlət İncəsənət Muzeyində tamaşa etmək mümkündür. Bu muzey
binasını isə bizim birgə tariximizin təcəssümü kimi də qələmə vermək olar. Belə ki, sözügedən
muzey binası neft bumu dövründə “Nafta” kommersiya şirkətində çalışmış (əslən hollandiyalı)
cənab Debur tərəfindən istismara verilmişdir.
1992-ci ildən etibarən ölkələrimiz arasında perspektivli münasibətlər inkişaf edir. Azərbaycan
həmin keçid illərində ikitərəfli texniki yardım proqramlarından yararlanmış və hər iki ölkənin
diplomatiya akademiyaları arasında sıx əməkdaşlıq bağları qurulmuşdur. Bu yaxınlarda isə
hər iki dövlətdə daimi səfirliklər açılmışdır. Həm ikitərəfli münasibətlər, həm də Avropa Birliyi
kontekstində ölkələrimizin siyasi liderləri, millət vəkilləri və hökumət nümayəndələri arasında
müntəzəm görüşlər keçirilir. Ölkələrimiz həmçinin “ISAF” (Beynəlxalq Təhlükəsizliyə Yardım
Qüvvələri) kimi beynəlxalq əməliyyatlar çərçivəsində də birgə əməkdaşlıq edirlər. Hal-hazırda,
Hollandiya ərazisində minlərlə azərbaycanlı yaşayır, hollandiyalı iş adamlarının Azərbaycandakı
biznesi isə durmadan genişlənir.
Bir sözlə, həyatımızın bütün sahələrində hökumətlərimiz, vətəndaşlarımız və institutlarımız
arasında qarşılıqlı əlaqələr gün-gündən artır. Eyni zamanda, ölkələrimizi bir-birinə bağlayan
ümumi amillər də kifayət qədər çoxdur.
Bu jurnal Azərbaycan Respublikasında təmsil etmək şərəfinə layiq görüldüyüm Niderland Krallığı
haqqında məlumatı olmayan insanları ölkəmizlə tanış edir.
Aryen Uyterlinde
Niderland Krallığının Azərbaycandakı Səfiri
Diplomatik
əlaqələrin 20 illiyi
Tekst te lang
192 tekens
24 woorden
nog vertalen
4
| İnsanlar və cəmiyyət
5
İnsanlar və cəmiyyət |
Səmimi və ürəyi açıq insanlar
Narahatçılıq olmadan.
Hollandlar lüzumsuz
nəzakətə ehtiyac duymurlar. Biz çəkinmədən restorana
cinsdə gedə bilərik. Onların burada çox cüzi bir iyerarxiya
hissləri var. Belə ki, Ulyahəzrət Kraliça Maksima uşaqla
danışmaq üçün səmimiyyətlə aşağı əyilir. Yəqin ki, onlar çox
maraqlı söhbət edirlər, çünki Holland uşaqlar öz fikirlərini
söyləməkdən çəkinmirlər.
Hamı birlikdə
Müxtəlif təbəqələrdən olan müxtəlif
sosial statuslu insanlar Hollandiyada olduqları müddət ərzində
xoşbəxtliklə yan-yana yaşayırlar. Keçmişdə onlar hamısı
bir yerdə sahələrimizi və ayaqlarımızı quru saxlamaq üçün
birləşərək çətinliklərə sinə gərmişlər və indi də onlar bir
araya gələrək əməkdaşlıq edirlər. Əgər dünyanın hər hansı
bir yerində təbii fəlakətdən sonra pul yığmaq lazım olursa.
Əgər Hollandiya futbol komandası bizim dəstəyimizə ehtiyac
duyursa. Və ya əgər biz az enerji sərf edən lampalardan
istifadə etməklə və ya tullantılarımızı təcrid etməklə qlobal
istiləşmənin qarşısını bir az da olsa ala biləriksə. Holland
cəmiyyəti az gəlirli insanlara kömək etmək üçün bütün
vasitələrə, yüksək səviyyəli səhiyyə sisteminə və fəal üzvləri
olan klub və birliklərə güclü həmrəylik hissi ilə diqqət yetirir.
Detoksifikasiya günü
Xoşməramlı dövlət
bütün Holland vətəndaşlarına ləyaqətli həyat vəd edir. Belə
ki, Hollandiyanın səhiyyə sistemi Avropada ən yaxşıların
arasındadır. Dövlət bunu hətta demoqrafik yaşlanma ilə
əlaqədar olaraq qayğıya tələbatın artması qaçılmaz olduqda
da qoruyub saxlamaq istəyir. Bu çox pul tələb edəcək və
Hollandiya artıq səhiyyəyə çox pul xərcləyən bir ölkədir.
Buna görə də biz bazara öz işini görməyə imkan verir və
əsas diqqətimizi profilaktik tədbirlər və informasiyalar
üzərində cəmləşdiririk. Ağır yeməkdən və şənlikdən sonra
“detoksifikasiya günü” indi Hollandiyada məşhur bir
konsepsiyadır.
Azadlıq və Tolerantlıq
Eyni zamanda,
Hollandların xoşuna nə gəlirsə onu da edirlər. Biz azadlıq və
tolerantlıq sayəsində böyük ehtiyat yaradırıq belə ki, onlar
ziddiyyətli və hətta digər ölkələrdə qadağan olunmuş şeyləri
qəbul etməyə daha çox meyllidirlər.
Hamı bərabərdir hətta, kral ailəsi də
Photo: WFA
6
| İnsanlar və cəmiyyət
7
ölkədə hər addımbaşı ilk tibbi xidmət
məntəqələri və bir neçə yüksək səviyyəli
xəstəxana fəaliyyət göstərir. Buna görə
də tibbi yardıma ehtiyacı olan hər bir kəs
bilavasitə yaşadığı və ya işlədiyi yer üzrə
müvafiq məntəqəyə müraciət edə bilər.
Hollandiyanın səhiyyə sistemi həmçinin
özünəməxsus strukturu ilə seçilir. Bununla
bağlı dövlət müvafiq parametrləri özü
təyin edir və tibbi sığorta şirkətləri və
tibbi müəssisələr istehlakçının seçimini
qazanmaq üçün (bu parametrlərdən kənara
çıxmamaqla) öz aralarında mübarizə
aparırlar. Məqsəd isə birdir: müştəri, yəni
pasient münasib qiymətə yaxşı xidmət əldə
edə bilsin”.
Bu sistemi yalnız
Niderlandda tətbiq etmək
olarmı?
“Əlbəttə yox! Bu sistemi başqa ölkələrdə
də asanlıqla tətbiq etmək mümkündür.
Məsələn, İsveçrədə də oxşar sistem var
və artıq Amerika Birləşmiş Ştatları bizim
sistemin müəyyən hissələrini tətbiq edir.
Lakin biz özümüz də başqa ölkələrdən,
məsələn, səhiyyə sistemini regionlara
bölmüş İspaniyadan və ya həkimlər ilə ilk
tibbi yardım mütəxəssislərinin çiyin-çiyinə
çalışdıqları tibb müəssisələrinə malik olan
Hindistandan nümunə götürürük”.
Bu unikal sistem özünü
doğruldurmu?
“Bu yaxınlarda ümumi təyinatlı patentsiz
dərmanların dəyərini 90% azaltmağın
mümkün olduğunu aşkar etdikdən sonra,
biz təxminən yarım milyard avroya qənaət
edə bilmişik. Tibbi sığortaçı kimi, biz tibbi
xidmətlərdən istifadə edərkən qiyməti də
nəzərə almalıyıq”.
Niderland proqressiv
ölkədirmi?
“Əlbəttə! Misal üçün götürək interneti - bu
gün məhz internet sayəsində pasientlərin
imkanları nəzərəçarpacaq dərəcədə artıb.
Ölkədə sürətli internet bağlantısı olmayan
ev demək olar ki, yoxdur. Pasientlər
öz virtual qruplarını yaradır, müalicə
təcrübələrini başqaları ilə bölüşürlər.
Təbii ki, bu, təchizatçılar arasında
gərginlik yarada bilər, lakin əvəzində
indi pasientlərin də maraqları onların
siyahısında birincidir”.
Niderland Krallığında yaşayan hər bir kəsin tibbi sığortası
var və insanlar istədikləri sığorta şirkətini dəyişmək
hüququna malikdirlər. Sığorta şirkətləri isə sadə sığorta
paketi üçün müraciət edən şəxslərdən imtina edə bilməzlər.
Bu, Hollandiya dövlət və özəl səhiyyə sistemlərinin təmin
etdiyi üstünlüklərin özünəməxsus vəhdətindən irəli gəlir ki
bu da dünya ictimaiyyətinin diqqətindən yayınmamışdır.
“Dünyaya stimul vermiş
kompleks yanaşma tərzi”
Hər bir kəsin ümid
edə biləcəyi qayğı
Öz “xəstələnmiş” oyuncaq ayısı
üçün narahat olan körpələr indi
sevimli oyuncaqlarını xüsusi
həkim yanında “müayinə”
və “müalicə” etdirə bilərlər.
“Xəstələnmiş” oyuncağı
“sağaltmaq” üçün əllərindən
gələni edən bu həkimlər isə
tibb məktəbinin tələbələridirlər.
Niderlandın səkkiz klinikasında
tətbiq edilən bu xüsusi
layihənin məqsədi uşaqlara
xəstəxanada nə baş verdiyini
izah etmək, habelə xəstəlik,
xəstəxanalar və həkimlər
qarşısında onların qorxusunu
azaltmaqdır. Eyni zamanda,
tələbələr uşaqlarla necə
rəftar etmək lazım olduğunu,
eləcə də pediatriya və uşaq
psixologiyasını dərindən
öyrənilər.
“Xəstə” ayılar xüsusi ambulator
klinikada “müalicə” olunur.
Həkim stetoskopla oyuncaq
ayının sinəsinə “qulaq asa”,
yaxud “yarasına” sarğı qoya
bilər. Uşaqlara valideyn rolunu
oynamağa icazə verməklə,
bəzən həkimə müraciət etməyin
lazım olduğu onlara təlqin
edilir.
“Oyuncaq Ayı Xəstəxanası”
ildə bir dəfə Beynəlxalq Tibb
Tələbələri Assosiasiyası
Federasiyasına (BTTAF) üzv
olan Hollandiya Tibb İnstitutu
tələbələri tərəfindən təşkil
edilir.
“
mənim
oyuncaq
ayim
xəstələnib
...”
“Xəstələnmiş” oyuncaqlar üçün xüsusi cərrahiyə
Photo: zorginbeeld.nl/Frank Muller
|
Məsələn, öz səhiyyə sistemlərində
islahatlar aparmaq istəyən amerikalılar
örnək götürmək üçün məhz bu ölkəyə
gəlmişlər. Niderland Krallığında səhiyyə
sisteminin strukturuna dair hərtərəfli
məlumatı olan şəxs ölkənin keçmiş səhiyyə
naziri, hazırda isə Hollandiyadakı dörd
ən böyük tibbi sığorta şirkətindən biri -
“Menzis” şirkətinin prezidenti cənab Rocer
van Boksteldir (Roger van Boxtel). Hətta bir
vaxtlar cənab Bokstel Niderland Krallığının
səhiyyə sistemi barədə mühazirə ilə çıxış
etmək üçün ABŞ senatına dəvət edilmişdi.
Hollandiya səhiyyə siste-
minin unikallığı nədədir?
“Hər şeydən əvvəl, bu ölkədəki tibbi
xidmət standartları çox yüksəkdir. Son
bir neçə il ərzində biz Avropanın səhiyyə
istehlakçıları siyahısına başçılıq etməyə
müvəffəq olmuşuq. Bundan əlavə,
nog vertalen
e hebben
een
fijnmazig netwerk
van eerstelijnszorg én
topziekenhuizen
W
| İnsanlar və cəmiyyət
|
Bütün problemlərinizi unudana və ritmlər ruhunuzu tam çulğalayana qədər
musiqiyə qərq olun.
Burada sizin köməyinizə Armin van Buuren çatacaq. Belə
ki, bunu onun kimi bacaran yoxdur. Artıq dörd ildir ki, Britaniyanın “DJ Mag”
jurnalının oxucuları onu dünyanın ən yaxşı disk-jokeyi (DJ) seçirlər. Armin
bütün dünyada bu cür müvəffəqiyyət qazanmış ilk disk-jokeydir.
Ülyahəzrət Kraliçanın doğum günü, futbol yarışları,
konki sürmə - bütün bunlar
hollandiyalıların təpədən-dırnağa narıncı rəngə bürünmələri üçün əla fürsətdir.
Narıncı pariklər, eynəklər, papaqlar... bu zaman nə qədər qeyri-adi görünsən,
bir o qədər yaxşıdır. Milli rəng olan narıncı rəng 16-cı əsrdə İspanlara qarşı
qiyam qaldırmış və millətin atası sayılan “William of Orange” (Oranjist Vilhelm)
ilə bağlıdır.
Yenidən istismara verilmiş A2 saylı Amsterdam avtomagistralında təcrübəli
sürücünün ürəyi həyəcandan bir az tez-tez döyünməyə başlayır.
Üç zolaqdan altı
zolağa genişləndirilmiş bu avtomagistralda nəqliyyat tıxaclarının sayı xeyli
azalmışdır. Lakin qəribə də olsa bir həqiqətdir ki, yol açıldığı gündən etibarən sürət
həddinin pozulması ilə bağlı cərimələrin də sayı xeyli çoxalmışdır.
Sizcə konki ilə təbii buz üzərində bir gündə 200 kilometr məsafəni qət etmək
ağılsızlıqdırmı?
Bəlkə də, elədir, lakin qış kifayət qədər sərt olarsa, Friesland
əyaləti Elfstedentocht - on bir Friesland şəhəri arasında marafon yarışları təşkil
edir. Bu, milli bir tədbirdir və 1997-ci ildən bəri keçirilməsə də, hər qış
hollandiyalılar dərin maraqla hava proqnozunu izləyir və həmin il buzun kifayət
qədər qalın olub olmayacağını bilmək istəyirlər.
Ocaq başında
mahnı
Hər il dekabr ayının 5-də
axşam vaxtı Niderlandın
küçələri demək olar ki,
tam boşalır. Uşaqdan
tutmuş böyüyə kimi hamı
evdə oturaraq öz sədaqətli
köməkçisi Zwarte Pieten
(Qara Peter) ilə damdan-dama
səyahət edən ağ atlı Müqəddəs
Nikolayın (St Nicholas)
gəlməyini gözləyirlər. Dekabr
ayının 5-i ərəfəsində isə
uşaqlar öz ayaqqabılarını ocaq
başının (qeyd: burada kamin)
qarşısına qoyur və xüsusi
mahnı oxuyurlar ki, Müqəddəs
Nikolay onların ayaqqabılarına
hədiyyə və pepernoten (kiçik
ədviyyatlı peçenyelər) qoysun.
Klederdracht
Vroeger zag je meteen uit welk
dorp iemand kwam. Elk dorp
had namelijk z’n eigen kleding.
Tegenwoordig wordt deze
klederdracht bijna niet meer
gedragen. Toch zijn er nog
steeds bewoners van dorpen
als Volendam, Staphorst of
Arnemuiden die zich dagelijks
in klederdracht hullen om zo de
traditie te behouden.
9
8
“Noğuldu oğul balam,
qızıldı qız balam”
Hollandiyalılar yeni uşağın dünyaya göz açmasını bayram
etmək üçün üstünə cirə səpilmiş xırtıltılı krekerlər (“beschuit
met muisjes”) hazırlayırlar. Çəhrayı cirə qız, mavi cirə isə oğlan
uşağı üçündür. Bu, xalis holland adət-ənənəsidir. Səpilən cirələr
muisjes, yaxud “kiçik siçanlar” adlanır. Tarixçilər bu adın mənşəyi
xüsusunda fikir ayrılığına düşüblər. Belə ki, bəzi tarixçilərin
fikrincə, şəkərlə örtülmüş cirənin kiçik quyruqlu forması onun bu
cür adlandırılmasının əsas səbəbidir. Digərləri isə inanırlar ki, bu
ad siçanların tez-tez balalaması ilə bağlıdır.
Uşaqlarla dolu olan velosiped
arabaları
Niderland şəhərlərinin velosiped yolları simurq quşu kimi küldən
yaranan fenomenlə - araba qoşqulu velosipedlərlə doludur. Öz
valideyn borcuna ciddi yanaşan insanlar bu yolla öz uşaqlarını
evdən məktəbə, idman klubuna və yenidən evə daşıyırlar. Yağışlı
havada bəzi arabalar mobil inkubator kimi şəffaf örtük çəkilmiş
bağlı vaqona çevrilir. Bu velosipedlər təkcə uşaqları daşımaq
üçün istifadə olunmur, belə ki, tədarük olunmuş azuqələrin, ev
heyvanlarının və idman çantalarının da məhz bu üsulla daşınmasına
rast gəlmək olar.
Kiloqramlarla biyan
Niderland Avropa Birliyində biyanın (hollandiya dilində “drop”)
ən böyük istehsalçısıdır. Biz hərəmiz orta hesabla ildə iki
kiloqram biyan yeyirik. “Drop” sözünün haradan yarandığı isə
müəmmalıdır. Alman dilində biyan “Lakritz”, italyan dilində
“liquirizia”, fransız dilində isə “ réglisse” adlanır. Lakin bu
ölkələrin istehsal etdikləri biyanın dadı bizim biyanın dadından
fərqlənir. Qəribədir ki, biz “drop”un tərkibini tam bilmirik, çünki
əslində bütün şirniyyata bu adla istinad etmək olar.
İlk qadın tibb tələbəsi
olan Aletta Cakobs (Aletta Jacobs)
1871-ci ildə təhsil almaq üçün
Leidenə getmişdir. Təhsilini başa
vurduqdan sonra o, Niderlandın ilk
qadın həkim-terapevti olmuşdur.
Cəmiyyətdə öz yerini tutmaq üçün
mübarizə aparmış Aletta Cakobs
Niderlandda qadınların bərabərliyi
naminə ilk addımı atmışdır.
1871
Hollandiyada sizə
qəhvə ilə bir yerdə peçenye də
təklif edəcəklər. Xoşbəxtlikdən, biz
hollandiyalılar çoxlu qəhvə içirik,
yəni orta hesabla gündə üç fincan
və ya ildə təxminən 140 litr.
140
Photo: Erik Smits
Photo: Ton Borsboom
Photo: Inge Yspeert/ Hollandse Hoogte
Photo: Taco van der Eb / Hollandse Hoogte
Photo: Ton Lammerts
Photo: AFAC
Photo: Gaby Kooijman
Nog vertalen >
10
| Cultuur & onderwijs
11
Mədəniyyət və təhsil |
Tarixi və müasir Hollandiya
Niderlandın şah əsəri Amsterdam kanalları boyunca
səyahət edən qonaqlar özlərini açıq havada yerləşən
17-ci əsr muzeyində hiss edə bilərlər. Sahillərində
möhtəşəm binalar sıralanmış kanallar paralel əyrilərlə
uzanaraq son nəticədə Amstel çayına axır. YUNESKO-
ya görə “insanın ixtiraçılıq qabiliyyətinin şah əsəri”
olan kanal rayonu memarlıq və planlaşdırmanın nadir
nümunəsidir və Qızıl Dövründə Niderlandın iqtisadi,
siyasi və mədəni sahələrdə çiçəklənməsini əks etdirir.
Çiçəklənən mədəniyyət
Qızıl
Dövründə yetişmiş sənətkarların - məsələn, Rembrandt
və Yohan Vermeerin əsərləri hələ də bütün dünyanı
heyran edir. Filosof Spinoza bu sənətkarlarla eyni əsrdə,
humanist Erasmus isə daha əvvəl yaşamışdır. Qızıl
Dövrün sənətkarlarından sonra 19-cu və 20-ci əsrlərdə
Vinsent van Qoq və Piet Mondrian kimi rəssamlar
yetişir. Mondrianın əsərləri bir çox müasir Hollandiya
dizaynerinə, o cümlədən Gerrit Rietveldin əl işlərinə
ilham vermişdir.
İndi Niderland
əsl mədəniyyət beşiyidir.
Niderland cəmiyyəti xarici təsirlərə məruz qalmışdır:
dəb, qida məhsulları, idman, festivallar, interyer
dizaynı. Niderlandın mədəniyyəti inkişaf edərək
çiçəklənir. Amsterdamın “Concertgebouw” orkestri
dünyada yuxarıdan birinci beş yeri tutan simfonik
orkestrlərin arasındadır və “Netherlands Danstheater”
(Niderland rəqs teatrı) dünya səviyyəli müasir rəqs
şirkətidir. Siz dünyanın hər yerində əsərləri beynəlxalq
miqyasda alqışlanan Niderland dizaynerlərinə, sənaye
dizaynerlərinə və memarlarına rast gələ bilərsiniz. Hər il
təxminən 200 kitab 50 müxtəlif dilə tərcümə olunur.
Bəs gələcəkdə necə olacaq?
Gələcək dövr Hollandiyanın elektron mədəniyyəti
üçün xüsusən vədedici görünür. Mədəniyyət getdikcə
rəqəmsal format alır və artıq biz interaktiv vasitələrsiz
keçinə bilmirik. Buna görə də, universitet və digər ali
təhsil müəssisələrinin interaktiv media və oyun dizaynı
peşələrini təklif etməsi kifayət qədər məntiqidir. Bizim
açıq mədəni mühit və incəsənət təhsili sayəsində
Hollandiyanın rəqs, dizayn, musiqi və ədəbiyyat sahələri
çağdaş dünyamızın təmayüllərini təyin edir. Təklif
olunan ali təhsil kurslarının rəngarəngliyinin isə misli-
bərabəri yoxdur və demək olar ki, hamının təhsil almaq
imkanı var. Təhsil sistemi müstəqilliyi dəstəkləyir və
yüksək elmi standartlara cavab verir. Təəccüblü deyil ki,
bir çox gənclər Niderlanda gələrək burada təhsil almaq
istəyirlər.
Amsterdam kanalları: UNESCO-nun Dünya
Mədəni İrsi guşəsi
Photo: Siebe Swart/Hollandse Hoogte
10
|
13
12
| Mədəniyyət və təhsil
Pekində Çin Dövlət Televiziyasının baş ofisi, Rotterdamda
“Kunsthal” muzeyi, Las-Veqasda “Guggenheim” muzeyi
və Nyu-Yorkdakı “Prada” mağazası bir ümumi cəhətə
malikdir – bu binaların layihəsi hollandiyalı memar Rem
Koolhaas tərəfindən təsis edilmiş “OMA” memarlıq firması
və tədqiqatçılar qrupu tərəfindən hazırlanıb. “OMA”-nın
əsas ofisi hələ də Rotterdamda yerləşir. İcraçı tərəfdaş
Victor van der Chijs bizə beynəlxalq aləmdə məşhur olan
“Biz həmişə
axıra qədər gedirik”
Dünya memarları
çiyin-çiyinə işləyirlər
Hər gün ziyarətçilər axınla
Amsterdamın “Rijksmuseum”
muzeyinə gəlirlər və onlar
Rembrandtın şah əsəri olan
Gecə Keşiyi əsərinin qarşısında
heyranlıqla dayanırlar.
“Rijksmuseum” muzeyinin
kolleksiyası çoxu 17-ci əsrin
Holland sənətkarlarının
işləri olan 1 milyondan çox
maddi-mədəniyyət qalıqları
ilə öyünür. “Rijksmuseum”
muzeyi Hollandiyanın ən
böyük və ən əhəmiyyətli milli
muzeyidir. Əsas bina ilk dəfə
13 iyul1885-ci il tarixində
açılmışdır. İllər keçdikcə qoşa
tavanlardan və ikinci dərəcəli
divarlardan tutmuş hava
nəzarət sistemlərinə kimi
müxtəlif sistemlərə və hər cür
offislərə bir çox dəyişikliklər
edilmişdir. Nəhayət ki,
hərtərəfli əsaslı təmirin vaxtı
gəlib çatmışdır, belə ki, indi
bina təmir olunur, yenilənir və
bərpa olunur və təsəvvür edilə
bilməyəcək dərəcədə mürəkkəb
işlər görülür. Xoşbəxtlikdən
təmir işləri ictimaiyyətin buraya
gələrək 17-ci əsrin heyrətamiz
abidəsindən zövq almasına
mane olmur. Ötən 125 il
ərzində ziyarətçilərin sayı 1885-ci
ildə 250.000-dən 20-ci əsrin
sonlarında təxminən 1 milyona
qədər artmışdır.
Yeni stilli “Rijksmuseum” muzeyi
19-cu əsrin abu-havasını yenidən
əks etdirən çox möhtəşəm
və həmçinin bir çox müasir
avadanlıqlar ilə təmin olunmuş
bina olacağını vəd verir. Bu muzey
milyonlarla Hollandiyalı və xarici
insanların millətin bütün tarixini
əhatə edən zəngin kolleksiyasını
bütün gözəllikləri ilə seyr edə
biləcəkləri yerdir.
Dostları ilə paylaş: |