Hövzə Ayətullah Xameneinin sözlərində



Yüklə 0,66 Mb.
səhifə9/10
tarix03.04.2017
ölçüsü0,66 Mb.
#13195
1   2   3   4   5   6   7   8   9   10

3. Şəhid Mütəhhəri

Şəhid Mütəhhərinin əsərlərində olan yeni baxış

Gənclər, xüsusən də elmlə məşğul olan ruhani, müəllim, tələbə və yazıçılar Şəhid Mütəhhərinin əsərləri ilə yaxından ünsiyyətdə olsunlar, onun kitablarını oxusunlar. Bu kitablar oxucuya həqiqətən, geniş və çox zaman yeni baxış bəxş edir.235


Şəhid Mütəhhərinin elmi şəxsiyyəti

Mərhum Şəhid Mütəhhəri çox dərin, düşüncəli və dolu bir insan idi, bu tədqiqatlar üçün lazımi elmi vardı: fəlsəfə bilirdi, kəlam bilirdi, fiqh və tarix bilirdi. Araşdırdığı mövzunun bütün tərəflərini çək-çevir edirdi. Məhz buna görə də əsərləri çox dəyərlidir. Mən bir dəfə hövzə tələbələrinə dedim ki, insan təkcə onun əsərlərini əvvəldən axıra qədər diqqətlə oxusa, İslam maarifinin yüksək bir səviyyəsinə yiyələnə bilər. İndi siz bu əsərləri ixtisar etmiş, nizama salmısınız. Bu, çox yaxşı və dəyərli işdir.236


Şəhid Mütəhhəri və İslam düşüncəsinin istehsalı

O özünün güclü fikri və yüksələn düşüncəsi ilə o zamana qədər dini məsələlər arasında heç kəsin girmədiyi mövzulara girişdi və ölkədə yayılmış, yaxud yayılmaqda olan təfəkkürlərlə, Şərqin və Qərbin tərcümə ilə idxal etdiyi fikirlərlə mübarizəyə başlayıb, özünü dərin, geniş və tükənməz elmi işlərə daxil etdi. O, həm marksistlərlə mübarizədə çox dəqiq bir cihada başladı, həm də Qərb təfəkkürləri və liberalistlərlə mübarizədə.237


Şəhid Mütəhhərinin idxal olunmuş düşüncələrə qarşı elmi mübarizəsinin təsirləri

O dövrdə Şəhid Mütəhhərinin hünəri bu idi ki, ictihad qüvvəsi ilə, insafla, nəqli və əqli elm mədəniyyəti ilə cəbhənin ortasında dayandı və bu düşüncələrlə əlbəyaxa oldu, İslam təfəkkürünü aydın, təmiz və şübhəsiz şəkildə ortaya qoydu. Onun əleyhinə çox danışdılar, çox iş gördülər, amma o, işini davam etdirdi. Bu çox əhəmiyyətli bir roldur və cəmiyyətimizin sonrakı təfəkkürlərinin bünövrəsinə çevrildi. Mən qəti şəkildə inanıram və dəfələrlə də demişəm ki, bizim inqilabımızın, quruluşumuzun islami təfəkkür cərəyanı əsas etibarilə Şəhid Mütəhhərinin təfəkkürlərinə söykənir. Yəni onlar islami bünövrə və təməllərdir; biz İslam təfəkkürlərində onlardan bəhrələnmiş və İslam quruluşuna nail olmuşuq. Şəhid Mütəhhərinin fikirləri o zaman da islami fikir arzusunda olan və əcnəbilərin güclü təfəkkür zərbələri altında qalan gənclər üçün təhlükəsiz yer idi. Marksistlər bir cür hücuma keçirdilər, qərbpərəstlər bir cür. Bu hücumlar həm universitetlərdə vardı, həm digər yerlərdə, həm də hətta elm hövzələrində. Şəhid Mütəhhəri bu dərin və möhkəm təfəkkürün sayəsi altında qorunmaq üçün bu şəxslərə bir səngər və sığınacaq oldu. Onlar bununla həm öz dinlərini qorudular, həm müdafiə olundular, həm də yeni sözləri oldu.238


Şəhid Mütəhhərinin müvəffəqiyyətinin sirri

Şəhid Mütəhhəri nə üçün uğur qazandı? Nə üçün bizim düşüncə mühitimizdə belə güclü və geniş təsir buraxdı? Çünki özünü hazırlamaq üçün çoxlu elmi səy göstərdi və sonra da bu elmi ehtiyatı xərcləməkdə heç zaman tənbəllik etmədi. Mərhum Mütəhhərinin rahatlığı yox idi; daim qeydlər götürmək, qeydləri sahmana salmaq, çıxış hazırlamaq, dini fikir və düşüncə sahələrində müxtəlif şübhələri tapmaq və cavab verməklə məşğul idi. Bu insanda ümumiyyətlə, tənbəllik yox idi. O, elmi ehtiyatı və əməli işi ilə təsir buraxa bildi.239


Mübariz din alimləri

Ölkənin din elminə təqdim etdiyi mübariz alimlərinə görə Fars vilayətinin bənzəri azdır. Mirzə Şirazini hamı tanıyır. Böyük alim olan mərhum Seyid Əliəkbər Əsiri Şiraz şəhərində qiyam edib ingilislərin, xaricilərin müdaxiləsinə qarşı çıxdı və sonra da sürgün edildi, lakin işinin təsiri qaldı. İkinci Mirzə - Mirzə Məhəmmədtəqi Şirazi Birinci Dünya Müharibəsindən sonrakı illərdə ingilislərin işğalı qarşısında İraq xalqının apardığı mübarizənin rəhbəri idi. Mərhum Seyid Əbdülhüseyn Lari təxminən yüz il öncə Fars vilayətinin qeyrətli və şücaətli əşirətlərinin köməyi ilə mübarizəyə qalxan dəyərli və üstün bir şəxsiyyət idi... Mərhum Seyid Nurəddin Hüseyni Şiraz şəhərində xalqın müqəddəslərini təhqir edən əcnəbi səfirlik əməkdaşını yerə uzadıb öz əli ilə şallaqladı, ilahi hökmü icra etdi və tam şücaətlə zalım rejimə qarşı siyasi və ictimai mübarizəyə qalxdı.

Ruhani mübarizələrinin başlandığı dövrdə də mərhum Ayətullah Şəhid Dəstğeyb, mərhum Ayətullah Məhəllati və digər alimlər Şirazın Ətiq came məscidini öz mübarizələrinin mərkəzinə çevirdilər. Şiraz alimlərinin mübarizələrinin şöhrəti və o ruhaniliyin sözçüsü kimi mərhum Ayətullah Dəstğeybin həmin günlərdə çıxışları İranın hər tərəfinə yayıldı.240
Şəhid Mütəhhəridə kamil müəllim cəhətləri

Böyük şəhidimiz olan mərhum Ayətullah Mütəhhəri barədə bu cümləni də deyim: O böyük insanın rəftarı həqiqətən kamil və məsuliyyətli bir müəllimin rəftarı idi. O, bir İslam mütəfəkkirinə ehtiyac duyulan heç bir sahəyə girməkdən çəkinmədi. Nəyisə nəzərə almaq və hansısa mülahizələr onun önünü kəsə bilmədi; istər siyasi sahələrdə, istər düşüncə sahələrində.

O dövrdə bizim gənclərimizin beyninə dolmuş müxtəlif suallara cavab verərkən Şəhid Mütəhhəri bəzi dini aydınlıq iddiaçıları kimi din məntiqi və din məzmunu haqda dini pərdə altında və dini qəliblə əcnəbi fikirlərini təqdim etmədi. O bunun tam əksinə olaraq, əsl dini məfhumları günə, dinləyicilərin sual və ehtiyacına münasib şəkildə təqdim edirdi, xüsusi bir dəstənin, qrupun, düşüncə cərəyanının tərifi barədə düşünmürdü. Düşüncə geriliyi, mürtəcelik, din sahəsində ehkamçılıq və köhnəpərəstlikdən irəli gələn səhv düşüncələrlə şiddətli mübarizə apardı; bidətlərlə, azdırıcı və eklektik düşüncələrlə apardığı mübarizə kimi. Bu, o böyük insanın xüsusiyyəti idi.

O yorulmadı, daim çalışdı. Universitet və hövzə titulu ardınca da düşmədi. Fikir və düşüncə sahəsinin bir döyüşçüsü kimi meydana atıldı. İxlasla işlədi, Allah-Taala da işinə bərəkət verdi. Bu gün şəhadətindən otuz il ötdükdən sonra o böyük insanın sözləri yenidir, canlıdır, sanki bu gün üçün yazılmışdır. O zaman da müxtəlif düşüncə səviyyələrində olan bəzi şəxslər onun söz və düşüncəsindən istifadə edir, cavablarını alırdılar, düşüncələrin inkişaf etdiyi və araşdırıcı beyinlər üçün çoxlu məsələlərin həll olunduğu bugünkü gündə də yeni suallara cavab verir. Bu, ixlasla yanaşı olan dərin düşüncənin xüsusiyyətidir.



1 Universitet mənsubları və elmi hövzə tələbələri ilə görüşdə çıxışından: 1989.

2 Fiqin ali-ixtisas (xaric) dərsinin əvvəlindəki söhbətlərdən: 1991.

3 Mübarək ramazan ayı ərəfəsində məscid imamları, ruhani və təbliğatçılarla görüşdə çıxışından: 1993.

4 Müqəddəs Ərdəbilinin xatirəsinə həsr olunan elmi konfransın Ali Şurasının üzvləri ilə görüşdə çıxışından: 1996.

5 Qum Elm Hövzəsinin Ali Şurasının üzvləri ilə görüşdə çıxışından: 1996.

6 Əhvaz Elm Hövzəsində Xuzistan ruhaniləri ilə görüşdə çıxışından: 1997.

7 Yenə orada.

8 Yenə orada.

9 Feyziyyə mədrəsəsində Qum Elm Hövzəsinin alim, müəllim və tələbələrinin böyük toplantısında çıxışından: 2000.

10 Qum əhalisi ilə görüşdə çıxışından: 2001.

11 Ölkənin elmi hövzələrinin müəllimləri, tələbələri, təbliğatçıları və tədqiqatçıları ilə görüşdə çıxışından: 2007.

12 Yenə orada.

13 Həzrət Mehdinin (ə) doğum gününün ildönümündə Qum Elm Hövzəsinin alim, müəllim və tələbələrinin toplantısında çıxışından: 1992.

14 Hövzə və Universitetin Birliyi Günü münasibətilə tələbələrlə görüşdə çıxışından: 1993.

15 İslam Fiqh Ensiklopediyasının elmi-ixtisaslı konfransına müraciətindən: 1994.

16 Yenə orada.

17 Fiqhin ali-ixtisas (xaric) dərsindəki söhbətlərdən: 1994.

18 Ali Məhkəmənin sədri, məsul şəxsləri və hakimləri ilə görüşdə çıxışından: 1995.

19 Mazandaran vilayətinin ruhaniləri ilə görüşdə çıxışından: 1995.

20 Qum Elm Hövzəsinin alim və müəllimləri ilə görüşdə çıxışından: 1995.

21 Yenə orada.

22 Yenə orada.

23 Məşhəd Elm Hövzəsinin tələbələri ilə görüşdə çıxışından: 1997.

24 Yenə orada.

25 Yenə orada.

26 Yenə orada.

27 Yenə orada.

28 Fiqhin ali ixtisas (xaric) dərsindəki söhbətlərdən: 2000.

29 Yenə orada.

30 Yenə orada.

31 Feyziyyə mədrəsəsində Qum Elm Hövzəsinin müəllim, alim və tələbələrinin böyük toplantısında çıxışından: 2000.

32 Yenə orada.

33 Elmi hövzə tədqiqatçılarının nəzəriyyə kürsüləri haqda məktubuna cavabdan: 2003.

34 “Pak hikmət” konfransının təşkilatçıları ilə görüşdə çıxışından: 2004.

35 Yenə orada.

36 Yenə orada.

37 Yenə orada.

38 "Tühəf əl-üqul", səh: 50.

39 Buşəhr vilayətinin Elm Hövzəsinin ruhani və tələbələri, cümə və məscid imamları ilə görüşdə çıxışından: 1992.

40 "Ali-İmran"/187.

41 Yenə orada.

42 Həzrət Mehdinin (ə) anadan olmasının ildönümündə Qum Elm Hövzəsinin nümunəvi tələbələrinə hədiyyə verilməsi və bəzi tələbələrin əmmaməqoyma mərasimində çıxışından: 1992.

43 İmam Baqir (ə) adına elmi hövzənin xarici ölkələrə ezam olunan tələbələri ilə görüşdə çıxışından: 1992.

44 Fiqhin ali-ixtisas (xaric) dərsinin yeni mərhələsinin başlanğıcındakı söhbətlərdən: 1992.

45 Mübarək ramazan ayı ərəfəsində məscid imamları, ruhani və təbliğatçılarla görüşdə çıxışından: 1993.

46 Yenə orada.

47 Yenə orada.

48 Təbrizin alim və ruhaniləri ilə görüşdə çıxışından: 1993.

49 Fiqhin ali-ixtisas (xaric) dərsinin birinci günündəki söhbətlərdən: 1993.

50 Fiqhin ali ixtisas (xaric) dərsindəki söhbətlərdən: 1994.

51 Mazandaran vilayətinin ruhaniləri ilə görüşdə çıxışından: 1995.

52 Fiqhin ali-ixtisas (xaric) dərsindəki söhbətlərdən: 1994.

53 "Bihar əl-ənvar", c. 2, səh: 67.

54 Yenə orada.

55 Qum Feyziyyə mədrəsəsində iranlı və xarici ruhani və tələbələrlə görüşdə çıxışından: 1995.

56 Yenə orada.

57 Ayətullah Musəvi Ərdəbili ilə görüşdə söhbətlərindən: 1995.

58 “Məhəhmməd Rəsulullah” diviziyasının komandirləri ilə gorüşdə çıxışından: 1996.

59 "Əl-Kafi", c. 1, səh: 32.

60 Urmiya müsəllasında ruhanilərlə görüşdə çıxışından: 1996.

61 Ölkənin cümə imamları ilə görüşdə çıxışından: 1996.

62 Əhvaz Elm Hövzəsində Xuzistan ruhaniləri ilə görüşdə çıxışından: 1997.

63 Məşhəd Elm Hövzəsinin tələbələri ilə görüşdə çıxışından: 1997.

64 Fəqih rəhbərin universitetlərdəki nümayəndəliklərinin üzvlərilə görüşdə çıxışından: 1997.

65 Yenə orada.

66 Ərdəbil vilayətinin gəncləri ilə görüşdə çıxışından: 2000.

67 Bu, İmam Sadiqin (ə) Mömin ət-Taqa buyurduğu bir hədisdir: "Tühəf əl-üqul", səh: 313.

68 "Nəcm"/12.

69 Fiqhin ali ixtisas (xaric) dərsindən: 2000.

70 Yenə orada.

71 Yenə orada.

72 Yenə orada.

73 Qəzvin şəhərinin alim və hövzə tələbələri ilə görüşdə çıxışından: 2003.

74 Yenə orada.

75 “Pak hikmət” konfransının təşkilatçıları ilə görüşdə çıxışından: 2004.

76 Ayətullah Müctəhidi adına elmi mədrəsənin tələbə və müəllimləri ilə görüşdə çıxışından: 2004.

77 Yenə orada.

78 Yenə orada.

79 Yenə orada.

80 Yenə orada.

81 Fiqhin ali-ixtisas (xaric) dərsindəki söhbətlərdən: 1991.

82 Həzrət Mehdinin (ə) doğum gününün ildönümündə Qum Elm Hövzəsinin alim, müəllim və tələbələri ilə görüşdə çıxışından: 1992.

83 Yenə orada.

84 Yenə orada.

85 Fiqhin ali-ixtisas (xaric) dərsinin birinci günündəki söhbətlərdən: 1993.

86 Yenə orada.

87 Yenə orada.

88 Şagird və tələbələrlə görüşdə çıxışından: 1995.

89 Qum Elm Hövzəsinin Ali Şurasının üzvləri ilə görüşdə çıxışından: 1996.

90 Yenə orada.

91 Yenə orada.

92 Məşhəd Elm Hövzəsinin tələbələri ilə görüşdə çıxışından: 1997.

93 Qum Elm Hövzəsinin Ali Şurasının üzvləri ilə görüşdə çıxışından: 1997.

94 Fəqih rəhbərin universitetlərdəki nümayəndəliklərinin üzvlərilə görüşdə çıxışından: 8 1997.

95 Fiqhin ali-ixtisas (xaric) dərsindəki söbhətlərdən: 1999.

96 Yenə orada.

97 Yenə orada.

98 İmam Hadi (ə) müəssisəsinin üzvləri ilə görüşdə çıxışından: 2001.

99 Yenə orada.

100 Qum Elm Hövzəsinin tələbə və müəllimlərinin nümayəndələri ilə görüşdə çıxışından: 1989.

101 Yenə orada.

102 Yenə orada.

103 Yenə orada.

104 Həzrət Mehdinin (ə) doğum gününün ildönümündə Qum Elm Hövzəsinin alim, müəllim və tələbələrinin toplantısında çıxışından: 1992.

105 Fiqhin ali ixtisas (xaric) dərsinin birinci günündəki söhbətlərdən: 1993.

106 İslam Elmlərinin Kompüter Tədqiqatları Mərkəzinin üzvləri ilə görüşdə çıxışından: 1993.

107 Şiraz şəhərində keçirilən illik namaz toplantısına müraciətindən: 1994.

108 Qum Elm Hövzəsinin alim və müdirləri ilə görüşdə çıxışından: 1995.

109 Yenə orada.

110 Yenə orada.

111 Qum Elm Hövzəsinin Ali Şurasının üzvləri ilə görüşdə çıxışından: 1995.

112 Qum Elm Hövzəsinin Ali Şurasının üzvləri ilə görüşdə çıxışından: 1997.

113 Ayətullah Əmini və Dini Ekspertlər Məclisinin bir neçə tədqiqatçısı ilə görüşdə söhbətlərindən: 2000.

114 Yenə orada.

115 Yenə orada.

116 "Yusuf"/53.

117 Ayətullah Əmini və Dini Ekspertlər Məclisinin bir neçə tədqiqatçısı ilə görüşdə söhbətlərindən: 2000.

118 Feyziyyə mədrəsəsində Qum Elm Hövzəsinin müəllim, alim və tələbələrinin böyük toplantısında çıxışından: 2000.

119 Qumda hövzə tələbələrinin ixtisaslı sərgisinə baxış keçirərkən etdiyi söhbətlərdən: 2000.

120 Yenə orada.

121 Yenə orada.

122 Yenə orada.

123 Yenə orada.

124 Yenə orada.

125 İmam Hadi (ə) müəssisəsinin üzvləri ilə görüşdə çıxışından: 2001.

126 Yenə orada.

127 Teleradio Verilişləri Şirkətinin əməkdaşları ilə görüşdə çıxışından: 2004.

128 "İslam mədəniyyəti və düşüncəsi" Tədqiqat Mərkəzinin üzvləri ilə görüşdə çıxışından: 2004.

129 Yenə orada.

130 İslam Respublikası quruluşunun məsul şəxsləri ilə görüşdə çıxışından: 2006.

131 Həzrət İmam Xomeyninin vəfatının 18-ci ildönümü mərasimində çıxışından: 2007.

132 Həzrət Fatimeyi-Zəhranın (ə) doğum gününün ildönümü ərəfəsində alim qadınlarla görüşdə çıxışından: 2007.

133 Yenə orada.

134 Mübarək Qədir-Xum bayramında xalqın müxtəlif təbəqələri ilə görüşdə çıxışından: 2007.

135 Siqətül-İslam Küleyninin xatirəsinə dair beynəlxalq konfransa müraciətindən: 2009.

136 Yenə orada.

137 Qum Elm Hövzəsinin tələbə və müəllimlərinin nümayəndələri ilə görüşdə çıxışından: 1989.

138 Universitet mənsubları və elmi hövzə tələbələri ilə görüşdə çıxışından: 1989.

139 "Tühəf əl-üqul", səh: 356.

140 Həzrət Mehdinin (ə) anadan olmasının ildönümündə Qum Elm Hövzəsinin nümunəvi tələbələrinə hədiyyə verilməsi və bəzi tələbələrin əmmaməqoyma mərasimində çıxışından: 1992.

141 Qum Elm Hövzəsinin müəllim və tələbələrinin toplantısında çıxışından: 1992.

142 Yenə orada.

143 Fiqhin ali-ixtisas (xaric) dərsinin yeni mərhələsinin başlanğıcındakı söhbətlərdən: 1992.

144 İslam Fiqh Ensiklopediyasının elmi ixtisas konfransına müraciətindən: 1994.

145 Fiqhin ali-ixtisas (xaric) dərsindəki söhbətlərdən: 1995.

146 Mazandaran vilayətinin ruhaniləri ilə görüşdə çıxışından: 1995.

147 Babul şəhərində universitet mənsubları və mədəniyyət işçiləri ilə görüşdə çıxışından: 1995.

148 Qum Elm Hövzəsinin alim və müəllimləri ilə görüşdə çıxışından: 1995.

149 Yenə orada.

150 Məşhəd Elm Hövzəsinin tələbələri ilə görüşdə çıxışından: 1997.

151 Fiqhin ali-ixtisas (xaric) dərsindəki söhbətlərdən: 1999.

152 Həqqani mədrəsəsinin üzvləri ilə görüşdə çıxışından: 1999.

153 Fiqhin ali ixtisas (xaric) dərsindən: 2000.

154 Yenə orada.

155 Feyziyyə mədrəsəsində Qum Elm Hövzəsinin müəllim və tələbələri ilə görüşdə çıxışından: 2000.

156 Qəzvinin hövzə alimləri və tələbələri ilə görüşdə çıxışından: 2003.

157 “Pak hikmət” konfransının təşkilatçıları ilə görüşdə çıxışından: 2004.

158 Kermanın alim və ruhaniləri ilə görüşdə çıxışından: 2005.

159 Yenə orada.

160 Kürdüstan vilayətinin şiə və sünni ruhaniləri və hövzə tələbələri ilə görüşdə çıxışından: 2009.

161 Universitet mənsubları və elmi hövzə tələbələri ilə görüşdə çıxışından: 1989.

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin