Hs L naz rl y azərbaycan döVL



Yüklə 0.55 Mb.

səhifə1/8
tarix16.07.2017
ölçüsü0.55 Mb.
  1   2   3   4   5   6   7   8

 



AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y  

 

AZƏRBAYCAN DÖVLƏT  QT SAD UN VERS TET  

 

 



“Beynəlxalq münasibətlər” kafedrası 

 

 



 

Bakalavr pilləsi üçün 

 

 



 

 

 

 

AVROPA VƏ AMER KA ÖLKƏLƏR  

TAR X  

 

fənninin 

 

 

P R O Q R A M I



 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

.

 



 

 

БАКЫ – 2015 



 

Програм Азярбайжан Дювлят Игтисад 



Университетинин «Бейнялхалг мцнасибятляр» 

кафедрасында щазырланмышдыр. 

 

 

 



 

 

Tərtibçilər: 

 

t.ü.f.d S. Budaqova 

b/m T.Qarayeva  

  

   

 

 

Redaktor:  



 

dos. R.M.Qurbanov  

 

Rəyçilər:   

 

dos. S.M.Gözəlova 

t.ü.f.d A.K.Eyyubov  

 

 

 

 

 

 

 



 



Tədris fənlərinin öyrənilmə məqsədləri 

-  Qədim  sivilizasiya  tarixinə,  onun  inkişaf  yollarının  xüsusiyyətlərinə,  Avropa  və 

Amerika ölkələrində tarixi proseslərin xüsusi cəhətlərini şərtləndirən amillərə dair dərin 

və çoxcəhətli anlayışları formalaşdırmaq 

 

- Təhsil müəssisəsini bitirdikdən sonra əldə edilmiş biliklərdən araşdırma və təhlil 



işində istifadə etməyi öyrənmək. 

 

I Mövzu.  



Giriş

Avropa və Amerika ölkələri tarixinin öyrənilməsinə əsas yanaşmalar. Dövrləşdirmə 

və xronologiya problemi. Tarixi mənbələr və ədəbiyyat. 

 

 

II Mövzu. Qədim Yunanıstan və Qədim Roma. 

Qədim Yunanıstan. 

Krit  və  Miken  sivilizasiyası  (e.ə  XI  əsrədək  ).  XVIII-XV  əsrlərdə  Krit  dəniz 

dövlətinin  tərəqqisi.  XIV-  XIII  əsrlərdə  Mikenin  üstünlük  qazanması.  XII-XI  əsrlərdə 

dorilərin köçürülmələri və Miken dövlətlərinin süqutu. 



Yunanıstan Homerin dövründə (XI - IX əsrlər)  qtisadiyyatın tənəzzülü. Yunan 

tayfalarının Egeida adalarında və Kiçik Asiyanın qərb sahilərində məskunlaşdırılması. 



Qədim  Yunanıstan  (VIII-VI  əsrlər)  Böyük  yunan  kolonizasiyası.  Qədim  şəhər-

dövlət fenomeni. Vətəndaşlıq anlayışı. Peloponnes ittifaqı və onun xarici siyasəti. Afina 

demokratiyasının dövlət sistemi və rolu. 

Klassik  Yunanıstan  (V-IVəsrin  I  yarısı)  Yunan- ran  müharibələri.  ranlıların 

Yunanıstana ilk müdaxiləsi, Marafon döyüşü. 481 ildə Korinf qurultayı. Salamin, Plateya 

və  Mikaledə  iranlıların  məğlub  olması.  Afinanın  hegemonluğu  və  müttəfiqlərin 

narazılığı.  Kalli  sülhü.  Klassik  dövrdə  Yunanıstanın  iqtisadi  inkişafı.  Peloponnes 

müharibəsi. IV əsrin birinci yarısında Yunanıstanın siyasi tarixi. Spartanın hegemonluğu 

və  buna  münasibət.  Sparta- ran  müharibəsi  və  onun  nəticələri.  Korinf  müharibəsindən 

sonra  Yunanıstanda  ranın  təsirinin  güclənməsi.  Levktra  və  Mantineya  döyüşləri  və 

Peloponnes ittifaqının dağılması.  kinci Afina dəniz ittifaqı. 



Makedoniyanın  yüksəlişi.  Makedoniya  II  Filippin  dövrünə  qədər.  II  Filippin 

fəaliyyəti.  Afina  Makedoniyanın  əsas  rəqibidir.  Xeroneya  döyüşü  və  Yunanıstanda 

Makedoniya  hegemonluğunun  bərqərar  edilməsi.  Korinf  (panellin)  konqresi  və  orada 

rana yürüş barədə qərar qəbul edilməsi. 



Ellinizm  dövrü.  Aleksandr  Makedonskinin  Şərq  yürüşləri.  Aleksandr 

Makedonskinin  istila  olunmuş  ərazilərdə  siyasəti.  Aleksandr  Makedonskinin  “varisliyi” 

uğrunda  mübarizə  və  ellin  dövlətləri  sisteminin  yaranması.  Ən  böyük  ellin  dövlətləri: 

Misir, Selevkilər dövləti, Perqam çarlığı. Onların quruluşunda ümumi və xüsusi cəhətlər. 

Makedoniya çarlığı. Romanın Makedoniya çarlığını darmadağın etməsi və Yunanıstanın 

demaqoq “müstəqilliy”inin elan edilməsi. 



Qədim Roma. 

Padşahlıq  dövrü  (VIII-VI  əsrlər).  Romanın  əsasının  qoyulmasına  dair  Roma 

ə

nənəsi.  Roma  vətəndaş  cəmiyyətinin  formalaşması.  Romada  padşah  hakimiyyəti. 



Tarkvinilərin Etrusk sülaləsi. Padşahlığın süqutu və Roma respublikasının yaradılması. 

 



Erkən  Respublika  (V-III  əsrlər).  Erkən  respublikanın  dövlət  quruluşu.  Senat. 

Roma  magistratlar  sistemi.  V-III  əsrlərdə  Romanın  xarici  siyasəti.  taliyanın  Roma 

tərəfindən  tam  ələ  keçirilməsi.  taliya  sərhədləri  xaricində  Romanın  hərbi  ekspansiya 

sahəsindəki  ilk  addımları.  Karfagenlə  müharibələr.  Birinci  Pun  müharibəsi  və  onun 

nəticələri.  kinci  Pun  /  Hannibal/  müharibəsi.  Hannibal  yürüşü.  Müharibənin  nəticələri. 

Romanın Şərqi Aralıq dənizində ekspansiyası. Makedoniya və Yunanıstanın darmadağın 

edilməsi. 



Son  Respublika  (II-I  əsrlər).  Romanın  istila  olunmasının  taliyada  sosial-iqtisadi 

proseslərin sürətlənməsinə təsiri. II-I əsrlərin sonuncu rübündə Roma cəmiyyətində sinfi 

və ictimai ziddiyyətlərin kəskinləşməsi. 

Böhran  və  Roma  respublikasının  süqutu.  Mitridat  VI  Yevpator  -  şərq 

vilayətlərində  antiroma  hərəkatının  lideridir.  Sulla  diktaturası.  Spartakın  başçılığı  ilə 

qullar  üsyanı.  Pompeyin  Şərq  yürüşləri.  Birinci  triumvirat  antisenat  qüvvələrin  təşkilatı 

kimi.  Sezar  konsulluğu.  Sezarla  Pompey  arasında  vətəndaş  müharibələri.  Sezar 

diktaturası. Qay Yulius Sezar. Oktavian.  kincu triumviratın yaradılması. Filipp döyüşü. 

Mark  Antoni  Şərqdə.  Kleopatra.  Oktavianla  Antoninin  ali  hakimiyyət  uğrunda 

mübarizəsi.  Antoninin  ölümü.  Romada  vətəndaş  müharibələrinin  sona  çatması.  Roma 

hüququnun  mənbələri.  Mülki  hüququn  əsas  prinsipləri.  Pretor  hüququ.  Yustinian 

kodlaşdırılması.  

Prinsipatlıq dövrü. Oktavian Auqust və Yuli-Klavdi və Flavi sülalələri. Britaniya, 

Qalliya  və  udeyada  üsyanlar.  Neron.  Flavi  sülaləsinin  bərqərar  olması.  Antoninlər 

sülaləsi.  Roma  imperiyasının  “Qızıl  dövrü”.  “Roma  sülhü”  anlayışı.  Trayanın 

hakimiyyəti. Roma imperiyasının sonuncu ərazi ekspansiyası. Strateji müdafiə siyasətinə 

keçid.  lk qala tipli sərhəd istehkamlarının tikilməsi. Prinsipatın nəticələri. 

III əsr böhranı. 193-197 illərin siyasi böhranı və vətəndaş müharibəsi. Qalliyenin 

dövründə  imperiyanın  siyasi  cəhətdən  dağılması.  Barbarların  sərhəd  istehkamlarını 

yarması  və  Roma  ərazisində  onların  ilk  yaşayış  məntəqələrinin  yaranması.  III  əsrdə 

Roma iqtisadiyyatının böhranı. Xristianlığın yaranması və erkən tarixi. Xristian kilsəsinin 

genezisi. Dövlət orqanları ilə tədricən yaxınlaşma istiqamətində kilsənin təkamülü. 

Son  Roma  mperiyası  (IV-V  əsrlər).  Roma  mütləqiyyəti.  Xristianların  təqib 

olunması. Konstantinin fəaliyyəti. Konstantinin dövründə dini siyasətin dəyişməsi. Nikey 

kilsəsi  –  kilsə  ilə  dövlət  arasındakı  münasibətlərdə  dönüş  nöqtəsidir.  Konstantinopolun 

ə

sasının qoyulması və imperiya iqamətgahının oraya köçürülməsi. Barbarların əyalətlərdə 



məskunlaşması və Roma imperiyasının barbarlaşdırılmasının başlanması. 

Qərbi  Roma  imperiyasının  süqutu.  Xalqların  böyük  köçünün  başlanması. 

Vestqotların  ölkəyə  soxulması.  Adrianopol  döyüşü.  I  Feodosun  imperiyanın  tamlığını 

qoruyub saxlamaq uğrunda mübarizəsi. Roma imperiyasının Qərb və Şərq imperiyalarına 

/  Bizansa  /  bölünməsi.  Vestqotlar,  hunlar  və  vandalların  taliya  ərazisinə  soxulması.  V 

ə

srin  50-70-ci  illərində  imperiyanın  möhkəmləndirilməsi  üçün  son  uğursuz  cəhdlər  / 



Mayoran islahatları /. Romul Avqustul – sonuncu imperator. 

  

III Mövzu. Avropa Orta əsrlərdə (V-XVII əsrin ortaları). 

Xalqların  böyük  köçü  və  barbar  çarlıqlarının  yaranması.  II-III  əsrlərdə  alman 

tayfalarının  yer  dəyişdirmələri.  Qotlar  III-IV  əsrlərdə.  Hun  yürüşü.  Vestqotlar  IV  əsrin 

sonuncu  rübü  -V  əsrin  əvvəllərində.  Vandallar,  alanlar  və  sveylər  IV  -V  əsrin 

ə

vvəllərində. Burqundlar III-V əsrin birinci yarısında. Hunlar V əsrdə. Franklar, anqllar, 



sakslar,  yutlar  və  frizlər  III-V  əsrlərdə.  Ostqotlar  V  əsrdə.  Odoakr  dövləti.  VI-VII 

 

ə



srlərdə  xalqların  köçmə  prosesinin  xüsusiyyətləri.  Lanqobardlar,  hepidlər,  herullar, 

slavyanlar, ərəblər. 



Erkən  orta  əsrlərdə  feodal  münasibətləri  elementlərinin  formalaşması  (V-XI 

ə

srlər)  Qərbi  Roma  imperiyasının  siyasi  inkişafı.  Böyük  torpaq  sahiblərinin  siyasi 

müstəqilliyinin artması. IV-V əsrlərdə xristian kilsəsi. IV əsrin sonu-V əsrdə Qərbi Roma 

imperiyası beynəlxalq münasibətlər sistemində. 



Feodal Avropası klassik orta əsrlərdə(XII-XV əsrlər). X-XI əsrlərdə Avropanın 

siyasi  xəritəsi.  Feodal  torpaq  mülkiyyətlərinin  sərhədlərinin  dəqiq  olmaması  siyasi 

quruluşun səciyyəvi amili kimi. Feodal müharibələri. Xarici siyasət amili: ərəb, norman 

və  macar  basqınları.  Ərəblər  və  onların  VII-XI  əsrlərdə  dövləti.  Norman  yürüşləri. 

Macarlar  XI  əsrə  qədər.  Qərbi  Avropaya  yürüşlərə  qarşı  mübarizənin  nəticələri  və 

ə

həmiyyəti. Bir çox Avropa ölkələrində feodalizmin formalaşma prosesinin başa çatması. 



Feodalizmin  bərqərar  olma  mərhələsində  sosial  münaqişə  formalarının  səciyyəvi 

xüsusiyyətləri. 



Son  orta  əsrlərdə  Qərbi  Avropa  ölkələrinin  inkişafında  əsas  tendensiyalar 

(XVI-XVII  əsrlər).  XV  əsrdə  iqtisadi  inkişafın  sürətlənməsinin  səbəbləri.  XV-XVI 

ə

srlərdə  ən  mühüm  texniki  ixtiralar  və  onların  istehsala  tətbiqi.  Kapitalist 



manufakturasının  yaranması.  lkin  kapital  yığımı  anlayışı.  XVI  əsrdə  kapitalın  sənaye 

istehsalına  təsiri.  Kənd  təsərrüfatında  kapital.  Son  orta  əsrlərdə  kapitalist  burjuaziyası. 

Muzdlu işçilər. Kəndlilərin təbəqələşməsi. Mütləq monarxiya anlayışı. Qərbi Avropanın 

mütləq  monarxiyalarının  tarixi  taleyi.  Qərbi  Avropada  humanist  ideyaların  yayılması. 

Reformasiya  ictimai-siyasi  hərəkatının  başlanması.  Qərbi  Avropada  əsas  reformasiya 

nəzəriyyələri: lüteranlıq, svinqlianlıq, kalvinism. 



Erkən orta əsrlərdə  katolik kilsəsi və Papalıq (V-XI əsrlər). Papalıq təsisatının 

yaranması.  Roma  ilə  Konstantinopol  arasında  ziddiyyətlər.  Ümumdünya  kilsə  məclisi. 

VI-VIII əsrlərdə katolik kilsəsinin yaradılması. Roma Papasının seçilmə qaydası və onun 

təkamülü. X əsrin sonu-XI əsrin birinci  yarısında Papalığın siyasi cəhətdən güclənməsi. 

Kilsənin  iqtisadi  qüdrətinin  artması.  Kilsənin  mərkəzləşdirmə  siyasəti.  Alman 

imperatorları  ilə  münaqişənin  başlaması.  VII  Qriqori  və  onun  investitura  uğrunda 

mübarizəsi. Vorm konkordatı. 

Klassik  orta  əsrlərdə  Papalıq  və  katolik  kilsəsi  (XII-XV  əsrlər).  XIV-XV 

ə

srlərdə  Papalığın  siyasi  qüdrətinin  zəifləmə  səbəbləri.  Qərbi  Avropa  monarxiyalarının 



mərkəzləşdirilmə  siyasəti  Papalığın  zəifləmə  amili  kimi.  “Papaların  Avinyon  “əsarəti.” 

Katolik kilsəsində böyük parçalanmalar. Milli kilsələr barədə Avropa ideyası. 



Son  orta  əsrlərdə  katolik  kilsəsi  və  Papalıq  (XVI-XVII  əsrlər).  XVI  əsrin 

ə

vvəllərində Papalığın iqtisadi və siyasi vəziyyəti. Papalıq katolik irticasının dayağı kimi. 



Son  orta  əsrlərdə  Papalığın  beynəlxalq  münasibətlərdə  istifadə  etdiyi  siyasi  üsullar. 

Yezuitlər ordeni(cəmiyyəti). 



Səlib yürüşləri. Orta  əsrlərdə səlibçi hərəkatı anlayışı. Səlib  yürüşlərinin  müxtəlif 

növləri.  Başqa  cür  düşünən  və  digər  dinlərə  sitayiş  edənlərə  qarşı  səlib  yürüşləri. 

Müsəlmanlara qarşı səlib yürüşləri. XI əsrdə Papalığın Şərq siyasəti. Müsəlmanlara qarşı 

yürüşlərin  məqsədi.  lk  səlib  yürüşləri.  Klermon  kilsəsi.  Səlib  istilalarının  sabit 

olmamasının  səbəbləri.  IV  səlib  yürüşü  səlib  hərəkatının  tənəzzül  göstəricisi  kimi. 

Konstantinopolun  ələ  keçirilməsi  və  Bizans  dövlətinin  bölüşdürülməsi.  XIII  əsrdə  səlib 

hərəkatının  zəifləməsi.  Müsəlman  Şərqinə  səlib  yürüşlərinin  başlıca  nəticələri  və  tarixi 

ə

həmiyyəti. 



Böyük coğrafi kəşflər. Portuqaliyalıların və ispanların coğrafi kəşflərinin səbəbləri. 

Səyahətlərin  başlıca  istiqamətləri.  Bartolomeo  Diaş.  Vasko  da  Qama.  Kristobal  Kolon. 



 

lk  dünya  səyahəti.  Hindistan  və  Hind-Çində  Portuqaliya  koloniyaları.  Meksika  və 



Perunun  istila  olunması.  XVI  əsrin  ikinci-XVII  əsrin  birinci  yarısında  coğrafi  kəşflər. 

Avropalıların  istila  etdikləri  Amerika  və  Asiya  xalqları  ilə  qarşılıqlı  əlaqələri.  Böyük 

coğrafi kəşflərin ictimai-iqtisadi əhəmiyyəti. 

Bizans  imperiyası  V-XI  əsrlərdə.  Roma  imperiyasının  şərq  hissəsinin  və  erkən 

Bizans imperiyasının inkişaf xüsusiyyətləri. Bizans dövləti Böyük Yustinianın dövründə. 

Qərbdə  işğalçılıq,  Şərqdə  isə  müdafiə  müharibələri.  Yustinian  tərəfindən  aparılan 

müharibələrin  nəticələri.  VI  əsrdə  slavyanların  zorla  bu  ərazilərə  soxulması.  VI-VII 

ə

srlərdə  slavyanların  Bizans  ərazisində  məskunlaşmasının  nəticələri.  Bizansda 



feodalizmin  formalaşma  xüsusiyyətləri.  Bizansda  “barbar  məsələsi”.  Bizans  tarixinin 

“qaranlıq  əsrlər”i.  VII  əsrin  ikinci-IX  əsrin  birinci  yarısında  Bizansın  beynəlxalq 

vəziyyəti.  Birinci  Bulqar  çarlığı  və  onun  Bizansla  mübarizəsi.  Ərəb  xilafəti  ilə 

müharibələr.  Bizans  Makedoniya  sülaləsi  dövründə.  Xristianlaşdırma  xarici  siyasət 

vasitəsi  kimi.  Bizans  və  Rusiya.  XI  əsrdə  ölkənin  müdafiə  qabiliyyətinin  zəifləməsi. 

Bizansda siyasi böhran və Makedoniya sülaləsinin sonu. Səlcuq türkləri və normanlar. XI 

ə

srin 50-70-ci illərində hakimiyyət uğrunda mübarizə. Komninlər. 



Bizans  imperiyası  XII-XV  əsrlərdə.  Komninlər  dövründə  Bizans  dövlətinin 

yenidən  tərəqqi  etməsi.  Feodalizmin  formalaşması  prosesinin  başa  çatması.  XII  əsrdə 

dövlətin  mərkəzləşdirilməsinin  güclənməsi.  Bizansın  beynəlxalq  əlaqələri.  Səlibçilərin 

Konstantinopolu ələ keçirməsi. Bizans dövlətinin bərpa edilməsi. Paleoloqlar. XIII əsrin 

ikinci  yarısında  Bizans  torpaqları.  Paleoloqların  xarici  siyasətində  Qərb  istiqaməti. 

Katolik Roma ilə ittifaq. Şərq sərhədlərində beynəlxalq vəziyyət: Osmanlı türkləri. Kiçik 

Asiya  və  Balkan  yarımadasında  türk  ekspansiyaları.  Konstantinopolun  süqutu.  Bizans 

imperiyasının süqutetmə səbəbləri. 



Karolinqlərin Frank dövləti. Pipin Heristallı. Karl Martel və onun daxili siyasəti. 

Gödək  Pipin.  Kilsə  islahatı.  Kral  titulunun  III  Pipinə  keçməsi.  taliya  yürüşləri  və 

dünyəvi  Papa  vilayətinin  yaranması.  Böyük  Karl.  Karolinqlər  sülaləsi.  Böyük  Karlın 

yürüşləri  nəticəsində  Frank  dövlətinin  genişlənməsi.  Kilsə  mülkiyyətçi  kimi.  Torpaq 

asılılığı  və  şəxsi  asılılığın  müəyyən  edilməsi.  Böyük  Karl  imperiyasının  davamlı 

olmamasının səbəbləri. 817-ci il bölgüsü. Almaniyalı Lüdovik, Lotar və Daz Karl. 843-cü 

il  bölgüsünün  əhəmiyyəti.  IX  əsrin  ikinci  yarısında  Verden  qurultayı  nəticəsində 

meydana  gəlmiş  dövlətlərin  qarşılıqlı  əlaqələri.  Mersen  müqaviləsi.  Sonuncu 

Karolinqlərin vəziyyəti. Hüqo Kapet. Birinci Kapetinqlər (1060-cı ilədək). 

Fransa  XI  əsrin  sonu-XV  əsrdə.  XI  əsrdə  Fransanın  siyasi  xəritəsi.  XII  əsrdə 

Birinci  Kapetinqlər  dövründə  dövlət  hakimiyyəti.  Fransa  kralının  hakimiyyətinin 

güclənməsi.  XII  əsrin  ortalarında  Plantagenetlərin  Fransa  torpaq  mülkləri.  ngiltərə  ilə 

mübarizənin  başlanması.  Vəliəhdlik  prinsipinin  bərqərar  olması.  IX  Lüdovik.  Onun 

islahatları.  XIII  əsrin  sonunçu  rübündə  Fransa  hökumətinin  xarici  siyasəti.  XIII  əsrin 

sonu-XIV  əvvəllərində  kral  xanədanının  ərazi  əldə  etməsi.  Fransa  kralları  ilə  Papalığın 

qarşılıqlı  əlaqələri.  XIV-XV  əsrlərdə  Fransa  parlamentinin  ölkənin  siyasi  həyatındakı 

rolu.  XIV  əsrin  birinci  rübündə  kral  hakimiyyətinə  qarşı  müxalifət.  Jakeriya.  Fransa 

yüzillik müharibədə. Janna d’Ark. XV əsrin ortalarında fransız kralının Fransa və Qərbi 

Avropada mövqeyinin möhkəmlənməsi. XV əsrin sonlarında Baş Ştatların ölkənin siyasi 

həyatında əhəmiyyəti. XI Lüdovikin xarici siyasəti. Fransa ərazilərinin birləşdirilməsinin 

başa çatması. 



Fransa  XVI  əsrin  I  yarısı-XVII  əsrlərdə.  XV  əsrin  sonunda  Fransanın  siyasi 

xəritəsi.  Sənayesinin  inkişafı.  lk  manufakturalar.  Toxuculuq  istehsalının  coğrafiyası. 

Zinət  əşyaları  və  silahın  manufaktura  üsulu  ilə  istehsalı.  Metallurgiya.  Fransa 


 

mütləqiyyəti.  Baş  Ştatlar  XV  əsrin  sonu-XVII  əsrin  əvvəllərində.  Kral  sarayı,  ölkənin 



siyasi  həyatında  onun  əhəmiyyəti.  Kral  tribunalları.  Aşağı  idarəetmə  orqanlarının 

funksiyaları  və  ictimai  həyatda  və  mütləqiyyətin  inkişafında  onların  rolu.  spaniya  ilə 

qarşıdurmanın başlaması. Fransada gedən vətəndaş müharibələrində  spaniyanın iştirakı. 

Kardinal Rişelye və Fransanın otuzillik müharibədə iştirakı. XVII əsrin birinci yarısında 

Fransanın Avropada rolu. Fransada islahat. Varfolomey gecəsi. Nant fərmanı. IV Henrix. 

XIII Lüdovik. Fransanın milli mədəniyyətinin formalaşması. 



Britaniya  VIII-XI  əsrlərdə.  Anqlo-saks  icmasının  təkamülü.  Vikinqlər  basqını. 

Alfredin  qələbəsi  və  ölkənin  birləşdirilməsi.  Vesseks  sülaləsi  X  əsrdə.  Böyük  Knutun 

Britaniya  siyasəti.  ri  torpaq  sahiblərinin  təkamülünün  sürətlənməsi.  Mömin  Edvard. 

Vesseks  sülaləsinin  sonu.  ngiltərənin  normanlar  tərəfindən  istila  olunması.  Fateh 

Vilyam.  Fəthin  nəticələri.  ngiltərədə  feodalizmin  formalaşmasının  başa  çatması. 

ngiltərə kral hakimiyyətinın möhkəmlənməsi. 



ngiltərə  XI  əsrin  sonu-XV  əsrdə.  Feodal  ngiltərəsinin  siyasi  sisteminin 

xüsusiyyətləri.  Norman  sülaləsi.  ngiltərədə  kral  hakimiyyətinin  inkişaf  etməsinin  əsas 

tendensiyaları.  

I  Henrix.  Londonun  vəziyyəti.  XII  əsrin  ikinci  yarısında  siyasi  böhran  və 

Plantagenetlər sülaləsinin hakimiyyətə  gəlməsi. II Henrixin islahatları. “Ümumi hüquq” 

anlayışı.  XII-XIII  əsrlərdə  kral  hakimiyyəti  ilə  kilsənin  qarşılıqlı  əlaqələri.  XII  əsrdə 

xarici  siyasətin  əsas  istiqamətləri.  “Böyük  Xartiya”(və  ya“Magna  Carta”).  III  Henrixin 

daxili  siyasəti.  Parlamentin  tərkibi  və  vəzifələri.  Böyük  Şuranın  əhəmiyyəti.  XIII  əsrin 

sonunçu  rübündə  I  Edvardın  kral  hakimiyyətinin  güclənməsi.  III  Edvardın  Papalıqla 

münaqişəsi  və  kilsənin  islahat  aparmaq  cəhdləri.  “Köhnə”  və  “yeni”  zadəganlar.  Kənd 

təsərrüfatında  icarə  münasibətlərinin  yayılması.  XIV  əsrin  sonunda  ölkədə  daxili  siyasi 

vəziyyət  və  Lankasterlər  sülaləsinin  hakimiyyətə  gəlməsi.  VI  Henrix.  XV  əsrin  40-cı 

illərində  siyasi  böhran.  IV  Edvard  və  onun  daxili  siyasəti:  ngiltərədə  mütləqiyyətin 

ə

sasının qoyulması. Henrix Tüdor. 



ngiltərə  Tüdorlar  dövründə.  XVI  əsrdə  sənayenin  inkişafı.  Yun  parçaların 

istehsal  olunduğu  əsas  rayonlar.  Mahud  istehsalının  iqtisadiyyatda  rolu.  ngiltərə 

metallurgiyasının  xüsusiyyətləri.  XVI  əsrdə  “çəpərləmələr”.  ngiltərədə  aqrar  inqilabın 

mahiyyəti. 

ngiltərə  mütləqiyyətinin  xüsusiyyətləri.  Gizli  Şura.  Mərkəzi  kral 

məhkəmələri.  Magistrat  təsisatının  inkişafı.  XVI  əsrdə  parlamentin  vəziyyəti.  ngilis 

reformasiyası. Anqlikan kilsəsi. VI Edvard və I Merinin dini siyasəti. Yelizaveta Tüdorun 

“39  maddə”si.  Böyük  Armadanın  məğlub  olmasının  ngiltərə  üçün  nəticələri.  Britaniya 

hökumətinin  rlandiya  siyasəti.  ngilis  kalvinizmi:  onun  ictimai  kökləri  və  XVI  əsrin 

sonuncu  rübündə  vəziyyəti.  Monarxiya  ilə  parlament  arasında  ixtilafın  yaranması. 

ngiltərə-Şotlandiya münasibətləri. 

Almaniya  IX-X  əsrlərdə.  IX  əsrin  sonlarında  Almaniya  (Şərqi  Frank)  krallığının 

inzibati-ərazi bölgüsü. Saks sülaləsi. Vahid erkən alman feodal dövlətinin yaranması. X-

XI  əsrlərdə  alman  xarici  siyasətinin  əsas  istiqamətləri.  “Şərqə  hücum”:  ilkin  mərhələ.  I 

Otto və kral hakimiyyətinin güclənməsi. “Müqəddəs Roma  mperiyası”. II Henrix. Kral 

və  imperiya  hakimiyyətlərinin  zəifləmə  səbəbləri.  IV  Henrix.  Papalıqla  investitura 

uğrunda mübarizə. XIII əsrin əvvəllərində investitura uğrunda mübarizənin güzəştlə başa 

çatması. Vorm konkordatı. 


: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə