Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə128/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   124   125   126   127   128   129   130   131   ...   141
sitologiya

10.3. HÜCEYRƏ BÖLÜNMƏSİ
Hüceyrə bölünməsi bütün canlılarda görülən və təkhüceyrəli canlılarda coxalmaçcoxhüceyrəli canlılarda isə böyümə və törəmə hüceyrələrinin formalaşması üçün reallaşan bioloji bir prosesdir. Bölünmənin reallaşması üçün hüceyrənin ilkin olaraq həcmcə böyüməsi lazımdır. Hüceyrələrin lazimi böyüklüyə çata bilmələri üçün də hüceyrə tsiklinin G1 fazasında dayandığını bilirik. Lazimi böyüklüyə çatan hüceyrə DNT-sini replikasiya edər və daha sonra bölünər.

Prokariot canlılarda DNT replikasiyası reallaşdıqdan sonra hüceyrə ikiyə ayrılır və hər hüceyrənin genetik materialı alması həyata keçirilir. Bu canlılar üçün hüceyrə bölünməsi törəmə məqsədiylə aparılır.

Eukariotlarda isə hüceyrə bölünməsi hüceyrə tsikli olaraq adlandırılan, son dərəcə mürəkkəb və ciddi nəzarət edilən bir zaman müddəti ilə idarə olunur. Eukariotlarda hüceyrə tsikli hüceyrənin böyüməsi (G1 fazası), DNT replikasiyası (S fazası), DNT-nin ayrılmasının əvvəli (G2 fazası), və DNT-nin ayrılması (M fazası) hissələrindən ibarətdir. Hüceyrə tsiklinin nəzarəti və reallaşması xətanın ən aşağı səviyyədə getməsi baxımından cox vacibdir, çünki hüceyrə tsikli prosesində hər hansı bir xəta xüsusilə xərçəng ilə əlaqədardır.

Prokariotlardan fərqli olaraq eukariotlarda xromosomların hüceyrənin əks qütblərinə çəkilməsində hüceyrə orqaneli olan sentrosomlardan əmələ gələn və iy sapları olaraq adlandırılan quruluş formaları əsas rola malikdir. Prokariotlarda sentrosom yoxdur və replikasiya ilə çoxalan DNT əks qütblərdəki plazma zarına tutunaraq iki qiz hüceyrə keçməsi reallaşır.



Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin