Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə29/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   25   26   27   28   29   30   31   32   ...   141
sitologiya

DNT-nin reduplikasiyası. Hüceyrənin fərdi inkişafının müəyyən dövründə xüsusən hüceyrənin mitoz bölünməsində interfazanın S dövründə DNT molekulu ikiləşir. Bu zaman DNT molekulunun ikiqat zənciri bir ucundan dezoksiribonukleaza fermentinin iştirakı ilə açılmağa başlayır. DNT zənciri açıldıqda böş qalan hər bir zəncirə komplementarlıq prinsipinə tam uyğun olaraq xarici mühitdən müvafiq nukleotidlər birləşir və yeni zəncir yığılır. Beləki, hər bir adenin qarşısında timin, quanin qarşısında sitozin yığılır. Nəticədə bir DNT molekulu əvəzinə tamamilə əvvəlki nukleotid tərkibinə malik iki molekul yaranır. DNT-nin yeni əmələ gəlmiş hər bir molekulunda zəncirinbiri əvvəlki molekulundan götürülür, digəri isə yenidən sintez olunur. DNT-nin sintezi fermentativ prosesdir. DNT ancaq nukleotidlərin yerləşməsi ardıcıllığını verir, reduplikasiya prosesini isə zülal-ferment yerinə yetirir. Fərz edilir ki, ferment elə bil DNT-nin uzun ikiqat molekulu boyuca onun bir ucundan o birinə doğru sürünür və özündən arxada iki eyni DNT molekulu qoyur. Hüceyrədə xromosomların ikiləşməsinin əsaasında DNT-nin ikiləşməsi durur. Ikiləşmiş xromosomlar qız hüceyrələrə düşməklə DNT üzərindəki irsi informasiyalarıda qız hüceyrələrinə paylayırlar. Elə ona görə də DNT-yə hüceyrənin irsiyyət molekulu, irsiyyət daşıyıcısı deyildir.

DNT hüceyrədə olan bütün kimyəvi birləşmələrdən birdə onunla fərqlənir ki, DNT-nin hüceyrədə miqdarı həmişə sabit qalır. Hüceyrədə olan molekullar içərisində DNT yeganə molekuldur ki, bütün fərdi inkişaf dövründə dəyişilmir.

DNT relikasiyası DNT-nin Uotson Krik modelinə tam müvafiqdir və DNT-nin relikasiyasını bu modelə görə çox yaxşı izah etmək mümkündür. Uotson Krik modelinin əhəmiyyəti ondan ibarətdir ki, bu modelə görə DNT-nin fiziki-kimyəvi və bioloji xüsusuiyyətlərini, xüsusən hüceyrənin çoxalması mexanizmini izah etmək mümkün olmuşdur.

Uotson Krik modelinin əsas xüsusiyyətləri aşağıdakılardır:



  1. Hər DNT molekulu iki uzun antiarallel olinukleotid zəncirindən ibarət olub, mərkəzi ox ətrafında burulmuş ikiqat spiral əmələ gətirir.

  2. Hər bir nukleotid spiralın oxuna perpendikulyar səthdə yerləşir.

  3. Zəncirlərdən hər biri digəri ilə hidrogen rabitələri ilə birləşir.

  4. Nukleotidlərin birləşməsi yüksək dərəcədə spesifikdir. Belə ki, nukleotidlərin karbohidrat komponentlərinin arasındakı məsafə 11A0-dir.

  5. Zəncirlərdən birinin nukleotidlərinin ardıcıllığı digər zəncirin nukleotidlərinin ardıcıllığını müəyyən edir.

1-ci zəncirdə T,Q,S,T,Q,T,Q,Q,T,A-dirsə

2-ci zəncirdə A,S,Q,A,S,A,S,S,A,T-olmalıdır.

Uotson-Krik modeli DNT-nin digər xüsusiyyətləri də müəyyənləşdirməyə imkan verir. Məsələn, DNT molekulunu qızdırmaq hidrogen rabitələrinin qırılmasına səbəb olur. Molekulu tədricən soyutmaqla yenidən komplementar zəncirlər birləşərək ikiqat zənciri əmələ gətirirlər. Əgər molekulu sürətlə soyutsaq komplementar zəncirləri ayrılıqda almaq mümkündür, hətta həmin zəncirlərin digər RNT zəncirləri ilə hibridinidə almaq mümkündür.


Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin