Humanitar elmləRİn riyazi ÜSÜllari və xronologiyasi



Yüklə 18,64 Kb.
tarix02.01.2022
ölçüsü18,64 Kb.
#42456
1620356869494 2 5217430416100691034


HUMANİTAR ELMLƏRİN RİYAZİ ÜSÜLLARI VƏ XRONOLOGİYASI

Tarixi sənədlərin və hadisələrin müasir xronoloji sistemi o dərəcədə ənənəvi xarakter alıb ki, çox zaman tarixdə müxtəlif zaman sistemlərinin olması haqqında məlumat unudulur. Müasir dövrümüzdən və 400-500 il əvvəldən danışarkən, biz zamandan əvvəl «bizim eramız», min il əvvəldən danışarkən isə «eramızdan əvvəl» ifadəsini işlədirik. Mənbələrin yaranma tarixinin müəyyənləşdirilməsinin mürəkkəbliyi ilk növbədə müxtəlif region və ölkələrin müxtəlif astronomik hesablama metodlarından və təqvim sistemlərindən istifadə etməsi idi. Məhz buna görə tarix elmində xronoliji sistemlərin öyrənilməsi və bir sistemdən digərinə keçidin hesablanması tədqiqatçılar üçün əhəmiyyət kəsb edən əməliyyatdır. Çox zaman tarixi hadisə və mənbələrin yazılma tarixini müəyyənləşdirmək üçün xronoloqlar hər konkret il üçün ayrıca xronoloji cədvəl hazırlayırlar. Tarixdə mənbə və hadisələrin tarixiləşdirilməsi bəzən müəyyən inzibati-idarə sistemləri əsasında aparılır və belə hallarda tarixi hadisə və sənədin dəqiq ilini müəyyənləşdirmək mümkün olmur. Məs., 312-ci ildə Roma imperatoru Konstantin vergilərin yığılması üçün iddia sistemi təsis etmişdir. 15 ildən ibarət bu sistemin əhatə etdiyi mənbə və sənədlər normal qəbul edilən təqvim ilinə görə deyil, sistemin siklinə uyğun tarixləşdirilmişdir. Bu sənəd və mənbələrin dəqiq ilinin müəyyən edilməsi üçün xronoloqlar 312-ci ili başlanğıc il kimi götürərək, mənbədə verilən ildən onu çıxıb 15-ə bölürdülər. Mənbə və hadisələrin tarixinin dəqiqləşdirilməsində ortaya çıxan bir problem də illərin müxtəlif region və ölkələrdə müxtəlif aylardan başlanmasıdır. Məs., yunan və Konstantinopol təqviminə görə il sentyabrın 1-də başlanırdı. İmperiya və Sezar dövründə təqvim b.e. 312-ci ilində sentyabrın 24-də, 313-cü ilində isə yanvarın 1-də başlamışdır. Qədim təqvimlərdə ilin mart ayında başlanmasına daha çox təsadüf olunur. “Mart təqvimi”nin yaranması da məhz bu ənənə ilə bağlıdır. Müsəlman hicri təqvimində də il məhz mart ayından başlanır. Çox zaman ay təqvimi adlanan bu təqvim ayın bütün nöqtələrdə hərəkətini izləyərək, onun ayın yenidən eyni gündə hansı nöqtədə olmasını qeydə alır. Bu sikl 15 ildən bir baş verir və bu cür hesablama b.e.XII əsrindən başlanır. Tarixdə qeydə alınmış təqvim sistemlərindən biri də günəş təqvimidir. Bu sistem 28 ildən ibarətdir və ayın günlərinin həftənin günləri ilə müümkün əlaqəsinə əsaslanır. Siklin sonunda başlanğıcda olduğu qeydə alınır.

Hal-hazırda isttifadə etdiyimiz və qriqorian adlanan təqvim qədim günəş təqvimi ilə müqayisədə, 10 gün fərq qeydə alınmaqla qəbul olunub. Bu təqvim romalıların bir ili 365 gün qəbul etməsinin, uzun ilin xüsusiyyətlərini nəzərə almaq və roma təqvimindən 10 gün çıxmaq şərtilə qəbul edilmişdir. Papanın elan etdiyi dekretə əsasən 1582-ci il oktyabrın 4-ü 1582-ci il oktyabrın 15-i kimi qəbul edilmişdir. Təqvim sistemində baş verən bu ciddi dəyişikliklər XYIII əsr tarixi ədəbiyyatında qədim və yeni stil kimi qeydə alınır. Təqvim sistemindəki dəyişikliklərin təkcə tarix üçün deyil, cəmiyyət üçün də mühüm problemlər yaratmasına baxmayaraq, yeni dövrdə bir sıra sosial-siyasi axınların təsiri altında Avropada təqvim sistemində dəyişikliklər baş vermişdir.Beləliklə, tarixi mənbə və hadisələrin dəqiq yaranma və baş vermə tarixinin müəyənləşdirilməsi, mövcud saxtalaşdırmaların aradan qalıdırılması üçün tarixçi həm də xronoloq olmalı, təqvim sistemləri, onların hesablanması və bir-birlərinə keçid mexanizmini bilməlidir.

MÖHÜR


Sənədin rəsmiləşdirilməsi üçün möhürdən istifadə olunmasının çox qədim tarixi var. Hələ Misir və Babilistan dövründə heroqrafik möhür sənəti mövcud olmuş, onların küllü miqdarda qalıqları bu mədəniyyətin dağıntıları arasında aşkarlanmışdır. Romalılar lazımi və məxfi məlumatların məzmununun gizli saxlanılması üçün sənədlərin möhürlənməsindən istifadə edirdilər. Lakin qədim dövrlərə aid bu tarixi qalıqlar əsasən arxeologiya tərəfindən tədqiq edildiyindən burada orta əsr və yeni dövr möhürlərinin tədqiq olunması və əhəmiyyəti probleminə toxunulacaq. Möhürlərin tarixçilər tərəfindən öyrənilməsi iki prinsipial məsələnin - 1) mənbənin həqiqiliyinin və 2) rəsmi əhəmiyyətinin müəyyənləşdirilməsi üçün lazımdır. Müəyyən zaman keçdikdən sonra möhürün təsdiq etdiyi rəsmi sənəd hüquqi mahiyyətini itirir. Sənəddə əks olunan fikir və ifadələr isə yalnız onun həqiqiliyi və tarixiliyi təsdiq olunduqdan sonra müəyyən əhəmiyyət kəsb edir. Möhr bu həqiqiliyi təsdiqləyən ən vacib nişan olduğu üçün onun öyrənilməsi zəruridir. Hakimiyyət nümayəndələrinin nə zamandan möhrdən istifadə etdiklərini müəyyənləşdirmək mümkün olmasa da qərbdə müəyyən edilmiş ən qədim möhürlənmiş sənəd Meravinqlər dövrünə aiddir. Sənəddə nə zamansa əks olunan möhür silinə və ya korlana bilər, lakin onun nə vaxtsa mövcud olması haqqında nişanələr sənəd haqqında ciddi mülahizələr yürütməyə imkan verir. Qədim zamanlarda mühüm əhəmiyətli sənədlərin surətinəolan ehtiyacı ödəmək üçün onun yaradıcıları perqamentin eyni üzündə sətrlərin arasında sözləri iri hərflərlə yazır, sonra isə dalğavari şəkildə bu sözlərin arası ilə iki yerə bölürdülər. Beləliklə, sənədin iki nüsxəsi alınırdı. Yarandığı qədim zamanlardan müasir dövrə qədər möhürlər metal və ya mumdan hazırlanırdı. Möhürə bərkidilən qızıl yüksək əhəmiyyətə malik sənədlərə vurulurdu və «qızıl qanun” adı daşıyırdı. Mum orta əsrlərdən bu günə qədər möhür üçün işlədilən başlıca material olaraq qalır. Möhürlərin rənginə gəldikdə isəsənədi yaradanlar müxtəlif rənglərdən istifadə edirdilər. Müqəddəs Roma imperiyasında XY əsrdə qırmızı möhür yalnız imperiya əhəmiyyətli sənədlərə vurulurdu. Möhürün vurulması texnikası sənədlərin tarixinin müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. İlk vaxtlar mum hara yaxşı möhkəmlənirdisə, möhür həmin yerə vurulurdu. Sonralar dairəvi və xaç formalı möhürlərin hazırlanması ənənəyə çevrildiyindən möhür sənədin hər iki tərəfində əks olunurdu. Möhürün istifadə olunmasının ilk dövrlərindən XII əsrə qədər möhürlərin formalarının xüsusi əhəmiyyət kəbs etdiyi qeydə alınmamışdır. XII əsrdən başlayaraq,

mərkəzləşdirilmiş siyasi hakimiyyətin parçalanması və ayrı-ayrısosial təbəqələrin, qrupların siyasi və iqtisadi müstəqilliklərinin artması və möhkəmlənməsi onların özünəməxsus möhür formaları təsis etməsi ilə nəticələndi. Məs., orta əsrlərdə oval formalı möhürlər qadınlara, qalxanvari möhürlər cəngavər vəzadəganlara məxsus idi. Möhürlərin hakimiyyəti təsdiq edən ən vacib nişanə olması tez bir zamanda möhür hazırlayan vasitələrin istifadəsi üzərində vəsadətliyin yaradılmasına təkan verdi. Çox zaman hər hansı bir möhür sahibi vəfat edərkən onun möhrünün hazırlanması üçün istifadə edilən vasitələr tam məhv edilirdi.Bunda əsas məqsəd isə möhrün lazım olmayan sənədlər üzərində yerləşdirilməsinin qarşısını almaq idi. Belə ki, tarixdəçox zaman möhrlərin əsl deyil, saxta sənədlərin üzərinə vurulması hallarına rast gəlinirdi. Məhz bu baxımdan mənbənin həqiqiliyinin və obyektivliyinin təsdiq olunması ilə yanaşı onun mənbənin mətninə nə dərəcədə uyğun gəlməsi də müəyyənləşdirilməlidir.Möhrün birbaşa sənədə birləşdirildiyi vaxtlar onların yalnız bir dəfə istifadəsi mümkün idi. Asma möhürlər icad olunduqdan sonra onların ikinci dəfə sənədə birləşdirilməsi və saxta sənədlər üzərində peyda olunmasına şərait yarandı. Ali hakimiyyətdən gələn möhürlərin çox zaman kiçik tərs üzü olurdu ki, bu da möhürün ikinci dəfə istifadəsinə imkan vermirdi. Bu kiçik forma orta əsrlərdə secretum adlanırdı və rəsmi sənəd nişanəsinin təkrar istifadə olunmayacağına zəmanət verirdi. Möhürlərdə olan emblemalar qətiyyən təkrar olunmur və onların yaranması üçün heç bir vahid sistem mövcud deyildi.Möhür emblemalarının tədqiqi və öyrənilməsi dövlət strukturlarının iş fəaliyəti və xüsusiyyəti haqqında geniş məlumat verirdi. Onlar həm mənbələrin həqiqiliyini, həm də mətnin orijinallılığının təsdiqi üçün əsas şahidlik rolunu oynayırdılar. Məhz bu baxımdan möhürlərin, xüsusilə də diplomatik sənədlərin möhürlərinin və emblemalarının tədqiqi tarixçiyə bu sahədə qiymətli biliklər verir.

HEROQLİF

Tarixi materialların tədqiqatçısı üçün heraldikaya aid biliklər mühüm əhəmiyyət kəsb edir. Heraldika təkcə möhür və emblemalarda deyil, qravyura və miniatyürlarda da əks olunur, sənədin həqiqiliyinin, müəllifinin müəyyənləşdirilməsi üçün qiymətli informasiya verir. Müasir dövrdə heç bir rəsmi hakimiyyəti, sosial mənsubiyyəti müəyyən etməyən heraldika orta əsrlərdə həqiqətən də feodal cəmiyyətinin mühüm xüsusiyyətlərini, institutların rəsmi imtiyazlarını əks etdirirdi. Adətən orta əsr mənbələrinə xas olan və mühüm tarixi informasiya daşıyıcısı olan heraldika xüsusi təlim tələb edən sahələrdəndir. Tarixdə heraldikanın hərbi fəaliyyət ilə əlaqədar yaranması fikri üstünlük təşkil edir. Lakin Norman işğallarına qədər heraldikanın sistematik formasına rast gəlinmir. Heraldika adətən, müəyyən hərbi şəxslər üçün hazırlanır və onların şəxsi qabiliyyət və bacarıqlarını, imtiyaz, hüquq və vəzifələrini müəyyən edirdi. Müxtəlif ölkələrin hərbi cəmiyyətləri xüsusi nişanların təsvirinə malik idilər və bu, döyüşçülərə və rəhbərlərə onların hansı kontingentə daxil olmaları haqqında məlumat verirdi. Tarixdə müəyyənləşdirilmiş ən qədim emblema 1193-cü il Robert de Çartresə məxsus heraldikadır. Müasir tarixçilər heraldikanın iki tipini müəyyənləşdirirlər:

1) hərbi xüsusiyyəti müəyyənləşdirən nişanələr;

2) nəsli mənsubiyyəti müəyyənləşdirən nişanələr.



Orta əsr feodal silki nümayəndələri arasında vətəndaş xidmətində olan, lakin hərbi və digər imtiyazlara malik olmayan şəxslər xüsusi nişanələrə malik idilər. Bu nişan ələr onların cəmiyyətdə tutduqları yeri, malik olduqları səlahiyyətlıri təsdiqləyən mənbələr idi. Heraldikanın tədqiqi ilə məşğul olan müasir tədqiqatçıların əsas vəzifəsi heraldik nişanələrin müəyyənləşdirilməsi deyil, mənbə haqqında m əlum olmayan, itirilmiş informasiyanın toplanmasıdır. Heraldika ilə məşğul olan tədqiqatçılar sənədlərin operativ tədqiqi və tarixinin müəyyənləşdirilməsi üçün xüsusi süni lüğət yaradıblar. Bu lüğətdə dövrünə görə olduqca böyük əhəmiyyət kəsb edən heraldik nişanələrin (əsasən fransız mənşəli nişanələrin) təsviri verilir. Bu cür nəşrlər tarixi tədqiqatların asanlaşdırılmasına, mənbələrin tarixiliyi və həqiqiliyinin müəyyənləşdirilməsinin sürətləndirilməsinə imkan yaradır. Heraldika tarixi tədqiqatın bir vasitəsi kimi mənbə tədqiqinin yalnız bir üzünü təşkil edir. Orta əsr tarixinin bir mərhələsi olaraq, ailə, təbəqə, silk və siniflər arasında demarkasiya rolunu oynayan heraldik nişanələr müharibələrin ehtiyacları üzündən yaradılmasına baxmayaraq, orta əsr ruhunun müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Yüklə 18,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin