Tədqiqat işinin elmi yeniliyi.
Dissertasiya işində tələbələrin fərdi inkişafını
və formalaşmasını müəyyən edən psixoloji amillər sistemi açıqlanmışdır.Bu
dissertasiya işində tələbələrin emosional inkişaf səviyyəsinin təlim-tərbiyə
prosesində oynadığı pozitiv rola aydınlıq gətirilmiş və onun tətbiqinin yol və
vasitələri göstərilmişdir. Tələbələrin “Mən”-konsepsiyasının və şəxsiyyətinin
emosional sahəsinin, müxtəlif korreksiya proqramlarından, NLP üsullarından
istifadə edilməklə pozitiv inkişaf dinamikası müəyyənləşdirilmişdir.
Tədqiqat işinin elmi-nəzəri əhəmiyyəti.
Dissertasiyada irəli sürülən elmi-
nəzəri fikirlər və müddəalar ümumi psixologiyanı yeni biliklərlə zənginləşdirir,
tələbələrdə psixo-emosinal inkişafına mane olan amillərin aradan qaldırılması
işinin təşkilində yeni elmi istiqamətlərin ortaya çıxmasına zəmin yaradır.
Tədqiqat işinin praktik əhəmiyyəti.
Tədqiqatda alınan nəticələr ali
məktəblərin ümumi, sosial psixologiya üzrə fənlərin tədrisində, müxtəlif
mərkəzlərdə, xəstəxanalarda çalışan mütəxəssislərin fəaliyyət sahələrində tətbiq
oluna bilər.
Tədqiqat işininstrukturu.
Dissertasiya işi giriş, 2 fəsil, 6 yarımfəsil, nəticə,
istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.
9
I FƏSİL.ŞƏXSİYYƏTİN FORMALAŞMASINA PSİXO-EMOSİONAL HALLARIN
TƏSİRİNİN NƏZƏRİ-TARİXİ MƏSƏLƏLƏRİ VƏ ƏDƏBİYYATDA QOYULUŞU
1.1
Emosiyaların tədqiqinin ümumi nəzəri-tarixi məslələri
Bu bölmədə psixoemosional hal və emosional vəziyyət anlayışlarının
psixoloji mahiyyəti açıqlanır, problemə əsas yanaşmalar müqayisəli şəkildə təhlil
edilir, insan davranışına qarşılıqlı münasibətlərinə onun təsiri izah olunur. Aparılan
təhlillərdə həm klassik, həm də müasir psixologiya elmində emosiyalar haqqındakı
mənbələrə istinad edilir. Bu mənbələr əsasında emosiyaların təkamülü, emsiyaların
təbiəti haqqında nəzəri təsəvvürlər, insanın emosiyaları və motivasiya sistemi,
psixoloji funksiyaların həyata keçirilməsində emosiyaların tənzimləyici rolu
emprik surətdə açıqlanır. Bir sıra tədqiqatçılar İ.F.Herbart, F.Dyufur, Ç.Darvin,
V.Vundt,
U.Ceyms,
K.Q.Lanqe,
U.Kennon,
P.Barda,
Z.Freyd,
D.Rapaport,İ.Ueynbaum, P.Zayans, Adelman, C.Dyui, E.Klapared, L.Festinger,
D.Hebb, V.Vundt, T.Ribo, C.Düma, o cümlədən,İ.P.Pavlov və P.K.Anoxin, U.
Mak-Dauqoll və b. apardıqları tədqiqatlarda emosiyalar haqqındakı faktlar
ümumiləşdirilir.
V.K.Vilyunas haqlı olaraq qeyd edirdi ki, elmdə bir çox şeylər birləşdrilərək
“nəzəriyyə” adlandrılır, həqiqətdə isə bunlar müəyyən anlayışın öyrənilməsi üçün
ayrı-ayrı fraqmentlərdən başqa bir şey deyildir[22,s.6].Bu məsələ emosiyaların
öyrənilməsinə də aid edilə bilər.
Elmdə inteqrasiya yarandıqdan psixologiya elmi tədricən daxilində olduğu
fəlsəfə, ilahiyyat elmindən ayrıldıqdan sonra, filosof və təbiətşünas alimlərin
emosiyaların təbiəti və mahiyyəti haqqında iki müxtəlif mövqeyi meydana çıxdı.
İ.F.Herbart (1824-1825) və onun tərəfdarları təsdiq edirdilər ki, emosiyalar psixi
hadisələrin nəticəsi kimi üzvi, təbii formada təzahür edir. İ.F.Herbarta görə,
emosiyalar müxtəlif təəssüratların arasında əlaqə kimi meydana çıxır. Emosiya-
təəssüratlar arasında konfliktdir, psixi pozuntu kimi ifadə olunur. Affektiv hal kimi
qeyri-ixtiyari vegetativ dəyişikliklər törədir.[33,s.66]
10
Digər mövqenin tərəfdarları sensualistlər, əksinə, iddia edirdilər ki, təbii
reaksiyalar psixi hadisələrə təsir göstərir. Bu mövqenin tərəfdarı F.Dyufur (Dufour,
1883) qeyd edirdi: “Mənə elə gəlir ki, mən kifayət qədər aydın izah etdim ki,
bizim ehtiraslarımıza təbii meyilliliyimizin mənbəyi ruhumuzda, psixikamızda
deyil.”[33, s.66]
Bu 2 müxtəlif mövqe sonralar U.Ceyms və K.Q.Lanqenin emosiyalar
haqqında Cems-Lanqe koqnitiv nəzəriyyəsində geniş inkişaf tapdı.
Emosiyalar haqqında Çarlz Darvinin təkamül nəzəriyyəsi mövcuddur.
Emosiyaların tədqiqinin nəzəri-tarixi məsələlərini araşdırarkən adı çəkilən
nəzəriyyənin nəzərdən keçirilməsi önəmlidir.
Çarlz Darvin 1872-ci ildə “İnsanlarda və heyvanlarda emosiyaların
təzahürü” adlı kitabını nəşr etdirdi. Adı çəkilən əsərində Ç.Darvin emosiyaların
inkişafının təkamül yolunu göstərdi və emosiyaların fiizoloji təzahürünün
yaranması şərtlərini əsaslandırdı. Çarlz Darvinə görə, emosiyalar bir çox hallarda
vacib və əhəmiyyətlidir, mühüm psixi proses kimi təzahür edir, bəzi hallarda isə
müxtəlif məqsədyönlü reaksiyaların qalığı, son nəticəsi kimi meydana çıxır.
Ç.Darvin qeyd edirdi ki, yaşamaq uğrunda mübarizə prosesində emosiyalar da
mühüm dəyişikliklərə uğramışdır. Qəzəblənmiş insan qızarır, çətinliklə nəfəs alır
və yumruqlarını düyünləyir, çünki qəzəb emosiyası ilkin meydana çıxma, ibtidai
formada təzahür etmə tarixçəsində insanları münaqişə və əlbəyaxa formada
cərəyan edən konfliktə aparırdı. Belə münaqişə forması isə əzələlərdən enerji, təbii
olaraq, tənəffüs və qan dövranın inkişafını, sürətliliyini tələb edirdi. [26, s.201]
Çarlz Darvinin emosiyaların təzahürü haqqında ideyaları digər
nəzəriyyələrin meydana çıxmasında, yaranmasında təkanverici qüvvə oldu.
Xüsusilə də, U.Ceyms və K.Q.Lanqe tərəfindən yaradılan emosiyaların Ceyms-
Lanqe “periferik” nəzəriyyəsi bu qəbildəndir.
Vilhelm Vundtun emosiyalar haqqında “assosiativ nəzəriyyəsi”
emosiyaların tədqiqində mühüm mərhələlərdən hesab olunur.
11
Vundtun 1880-ci ildə ortaya qoyduğu emosiyaların assosiativ nəzəriyyəsi və
bu nəzəriyyədə verilən anlayışlar kifayət qədər eklektikdir. Bu nəzəriyyə bir
tərəfdən İ.F.Herbartın emosiyalar haqqında mövqeyini dəstəkləyirdi. Belə ki,
İ.F.Herbarta görə təəssüratlar hisslərə bir çox hallarda təsir göstərir. Digər tərəfdən
V.Vundt belə hesab edirdi ki, emosiyalar ilk növbədə şəxsiyyətin daxili
dəyişiklikliyidir. Belə daxili dəyişiklik hisslərin təəssüratlara vasitəsiz təsirlərilə
xarakterizə olunur.
V.Vundt təbii üzvi, vital (maddi) reaksiyaları hisslərin nəticəsi kimi
nəzərdən keçirirdi. Məsələn: iyrənmək, nifrət mimikası (alt dodağın önə çıxması) o
zaman meydana çıxır ki, insan ağzına xoşuna gəlməyən nə isə qoyur.
Emosiyaların öyrənilməsi sahəsində önəmli rola malik U.Ceyms
K.Q.Lanqenin “periferik” nəzəriyyəsini nəzərdən keçirək.
Amerikalı psixoloq U.Ceyms (1884) emosiyaların “periferik” nəzəriyyəsini
hazırlanmışdır. Bu nəzəriyyəyə görə, emosiyalar müəyyən fizioloji reaksiyalarla
əlaqəlidir. O, yazırdı: “Adətən insanlar belə ifadələr işlədir, müəyyən emosiyaları
ifadə edərkən obrazlı düşünür: Mən hər şeyimi itirdim, kədərliyəm və ağlayıram,
biz meşədə ayı ilə rastlaşdıq, qorxduq və qaçmağa üz tutduq; mən düşmənə qarşı
çox qəzəbliyəm, son həddəyəm və ona zərbə vururam. Əgər mənim hipotezamla
razılaşsaq, hadisələrin sırası başqa cür olmalıydı. Məhz belə olmalı idi. İlkin ruhi
vəziyyət asanlıqla ikinciyə dəyişilmir. Bu iki ruhi vəziyyət, emosional hal arasında
fiziki əlaqə olmalıdır. Buna görə də bir çox hallarda rasional olaraq insanlar
emosional halını belə ifadə edir: biz kədərliyik, buna görə də ağlayırıq; dəhşətə
gəldim, affektə düşdüm, çünki digər birini döyürəm, fiziki olaraq zərbələr
endirirəm, qorxuram, ona görə də əsirəm....” [27, s.275]
U.Ceymsdən asılı olmayaraq ingilis psixoloqu K.Q.Lanqe 1895-ci ildə
emosiyalar haqqında tədqiqat apardı. Öz nəzəriyyəsində K.Q.Lanqe aşağıdakı
sxemi təklif edirdi:
12
1.
Hərəki innervasiyanın
1
zəifləməsi→ məyusuluq, xəyal qrıqlığı, ümidsizlik.
(“Xəyallarım suya düşdü” (türk atalar sözü) ifadəsi burada yerinə düşür).
2.
Hərəki innervasiyanın zəifləməsi+ büzüşmə→ kədər
3.
Hərəki innervasiyanın zəifləməsi+ büzüşmə+əzələlərin iflici→ qorxu, fobiya
4.
Hərəki innervasiyanın zəifləməsi+ koordinasiyanın pozulması→ xəcalət,
utancaqlıq, həya.
5.
Hərəki innervasiyanın artması → səbirsizlik.
6.
Hərəki inervasiyanın artması+ qan dövranın sürətlənməsi→sevinc
7.
Hərəki innervasiyanın artması+qan dövranın sürətlənməsi+koordinasiyanın
pozulması→qəzəb
Əgər Ceyms-Lanqenin nəzəriyyəsi ilə razılaşsaq, emosiyaların təzahürünü
obrazlı şəkildə bu sxemlə göstərə bilərik: (şəkil 1)
Şəkil 1.Ceyms-Lanqenin nəzəriyyəsinə görə emosiyaların təzahürü.
Emosiyaların tədqiqində U.Kennon və P.Bardanın nəzəriyyəsinin öz yeri
var.
U.Kennon öz nəzəriyyəsində fərqəndirdi: fizioloji reaksiyalar müxtəif
emosiyaların nəticəsində meydana çıxır, onlar bir çox hallarda biri digərinə
bənzəyir. Bu, birinci hadır. 2-ci halda isə demək mümkündür ki, bu fizioloji
reaksiyalar tədricən, yavaş-yavaş təzahür edir. Lakin emosional təəssüratla dərhal
təzahür edir, hətta fizioloji reaksiyaları qabaqlayır.
U.Kennona görə, emosiyaların meydana çıxma etaplarının sxemi aşağıdakı
kimidir:[37,s.131](şəkil 2)
1
İnnervasiya latın sözüdür, anatomiya elmində bədənin və ya toxunmanın qeyri-bərabər
elementlərlə təchizi kimi ifadə olunur. Burada hərəki nahiyələr kimi , hərəki fəallıq kimi nəzərdə
tutulur. Tibb elmində insanın dermatomları, onurğa beyninin afferent sinirlərinin innervasiya
mərhələləri kimi anlayışlar da istifadə olunur.
qıcıqlayıcı
fizioloji
dəyişikliyin
meydana çıxması
bu dəyişikliklər
haqqında beyinə
gedən siqnallar
emosiyalar,
emosional
təəssürat
13
Şəkil 2.Emosiyaların meydana çıxma etapları (U.Kennona görə)
Sonralar, U.Kennonun emosiyalar nəzəriyyəsi inkişaf tapdıqdan sonra,
P.Bard (Bard, 1934) tədqiqatarla göstərdi ki, emosional təəsüratlar və fizioloji
reaksiyalar eyni məzmunlu oxşardır, biri digəri ilə əlaqəlidir, onlar demək olar ki,
eyni anda təzahür edir.
P.Bard öz nəzəriyyəsini aşağıdakı sxemlə ifadə edir [33, s.73].(şəkil 3 və
şəkil 4)
14
Şəkil 3.Emosiyaların meydana çıxması (P.Bard)
və ya
Şəkil 4.Emosiyaların meydana çıxması (P.Bard)
15
Emosiyaların tədqiqində psixoanalitik yanaşma da mövcuddur. Belə ki,
Avstriya psixoloqu Ziqmund Freyd və onun ardıcıllarının bu sahədə tədqiqatları
mövcuddur.
Bu faktı da qeyd edək ki, Z.Freyd və onun ardıclıları, bu zaman
D.Rapaportun adını xüsusi qeyd etməliyik (Rapaport, 1960), yalnız neqativ
emosiyaları nəzərdən keçirmişlər. Bu zaman konfliktə meyillilik zamanı meydana
çıxan neqativ emosiyalar tədqiq olunmuşdur. Z.Freyd və onun ardıcılı D.Rapaport
affektin 3 aspektini fərqləndirir[52,s.105].(şəkil 5)
1.
İnstinktiv meylin energetik komponenti→affektin “yetişməsi”;
2.
Affektin “işə düşməsi” ;
3.
Meydana çıxan duyğular, emosiyalar, təəssüratlar.
Şəkil 5.Z.Freyd və onun ardıcılı D.Rapaporta görə affektin 3 istiqaməti.
Emosiyaların mexanizminin freydçi anlamı şüursuzluqla bağlıdır. Bir çox
tədqiqatçılar tərəfindən emosiyaların Freydçi-psixoanaitik yanaşması tənqidə
məruz qamışdır.(Holt, 1967 və b.)
16
Emosiyaların tədqiqində İ.Ueynbaum və onun modifikasiyası maraq
doğurur.
XX əsrin əvvəllərində İ.Ueynbaum belə bir mövqe ortaya qoydu: üz
əzələləri ilə beyin sıx əlaqəlidir, üz əzələləri ilə sinir rabitələri, qan dövranı
arasında sıx qarşılıqlı təsir mövcuddur. Buradan belə bir nəticəyə gəldik ki, üz
əzələləri sinir rabitələrinə, qan dövranına tənzimedici təsir edir. Hətta vena və
arteriyaya əks təsir göstərərək, beyinə qanın çatdrılmasında mühüm rola malikdir.
Bu proses isə bilavasitə subyektiv təəssüratlarla müşayiət olunur. [33, s.74]
Müasir dövrdə P.Zayans bu nəzəriyyəni bir qədər modifikasiya etdi.
İ.Ueynbaumdan fərqli olaraq o , belə hesab edirdi ki, əzələlər arteriya qan
dövranını deyil, venoz dövranını tənziməlyir. Bununla bağlı P.Zayansın
tədqiqatları
o, Adelmanla birgə aparmışdır.(Adelman, Zajons, 1989)
İ.Ueynbaumun aşağıda verliən fikri maraq doğurur:”Beyin əslində 1,5 kq yağ və
suyun qarışığıdır. İnsanın üz əzələləri tərpəndikcə, məsələn gülüş zamanı, beyin,
necə deyərlər, ona “aldanır ”, həmin an serotonin istehsal edir. Hər şeyə, ota
böcəyə gülün!”
P.K.Anoxinin bioloji nəzəriyyəsi emosiyaların tədqiqində önəmli rola
malikdir. Bu nəzəriyyədə emosiyalar təkamül prosesinin bioloji məhsulu kimi
araşdırılır. P.K.Anoxinin fikrincə, emosiyalar canlı aləmin həyatında
adaptasiyaedici faktor rolunu oynamışdır. Yaşamaq uğrunda mübarizədə
emosiyalar
canlıların
həyata
uyğunaşmasında
mühüm
rola
malik
olmuşdur.(P.K.Anoxin, 1949, 1968).
Emosiyaların frustrasiya nəzəriyyəsi C.Dyui (Deway, 1895) tərəfindən
yaradılmışdır. Yəni ilkin işləmə və tədqiqatlar ona məxsusdur. Bu nəzəriyyə
neqativ emosiyaların meydana çıxma səbəbi kimi tələbatların ödənilməməsini,
uğursuzluğunun nəticəsi kimi izah edir. Belə ki, qəmginlik, qəzəb, qəddarlıq, affekt
qorxunun meydana çıxması məqsədə yönələrkən uğursuzluğa düşmə ilə
əlaqədardır. C.Dyuinin fikirlərini E.Klapared (1928) davam etdirmiş və
17
emosiyaların tədqiqində ona yaxın mövqe tutmuşdur. Onun fikrincə, emosiyalar o
zaman meydana çıxır ki, bu və ya digər səbəbdən adaptasiya zamanı çətinliklər
yaranır. Əgər insan çətinliklərdən qaça bilirsə, qorxu hiss etmir.[33, s.75]
Emosiyaların frustrasiya nəzəriyyəsinin inkişafına L.Festinqerin ideyaları da
təsir göstərmişdir. L.Festingerin koqnitiv dissonans və koqnitiv konsonans
anlayışları bu qəbildəndir(Festinger, 1962).
Bir faktı da qeyd edək ki, emosiyaların tədqiqinin ümumi nəzəri-tarixi
məsələlərini araşdırarkən S.Şexterin emosiyaların koqnitiv-fizioloji nəzəriyyəsi
(1964), M.Arnoldun (1960), R.Lazarusun (1991) emosiyaların koqnitiv
konsepsiyası, P.B.Simonovun emosiyaların informasiya nəzəriyyəsi[59,s.7],
K.İzardın emosiyaların differensial nəzəriyyəsi [35,s.55], E.D.Xomskaya,
N.Y.Batovun emosiyalar haqda tədqiqatları, daha doğrusu, emosional reaksiyaların
meydana çıxmasının reflektor mexanizimləri haqqında tədqiqatları, H.Ayzenkin
tələbəsi olan C.Qreyin emosiyaların anatomik-fizioloji nəzəriyyəsi diqqətimizi cəlb
etdi. Bu nəzəriyyələri ümumiləşdirərək, belə bir qənaətə gəlmək olar: emosional
reaksiyalar fizioloji mexanizmə malikdir.
Aşağıdakı cədvəl bu fikri sübuta yetirir. [33, s.94] (
Dostları ilə paylaş: |