Hündürlüyü 188 santimetr olan abidə "iPhone 4" smartfonunun modeli



Yüklə 20.55 Kb.
PDF просмотр
tarix18.05.2017
ölçüsü20.55 Kb.

34

316 Mart  2013

ELM


ELM

Hündürlüyü 188 santimetr olan abidə “iPhone 4” smartfonunun modeli 

şəklində  hazırlanmışdır.  iPhone-un  ön  panelində  yerləşən  sensor  ekran 

vasitəsilə  layihənin  saytına  daxil  olmaq  mümkündür.  Burada,  həmçinin 

S.Cobsun tərcümeyi-halı və onun çıxışlarının video görüntüləri ilə də tanış 

olmaq olar. Arxa paneldə isə Cobs haqqında sayta daxil olmaq üçün QR-

kod yerləşir.

Abidənin sensor ekranı –30°C-dək temperaturda işləmək qabiliyyətinə 

malikdir. iPhone-un maketinə abidənin yaxınlığında olan insanları lentə 

alan  kamera  da  quraşdırılmış,  eləcə  də  abidənin  yerləşdiyi  ərazi  Wi-Fi 

şəbəkəsi ilə təmin olunmuşdur.

Qeyd  edək  ki,  Stiv  Cobs  mədəaltı  vəzinin  xərçəngi  xəstəliyindən 

əziyyət  çəkdiyinə  görə,  2011-ci  ilin  avqustunda  “Apple”  şirkətinin  baş 

direktoru  vəzifəsindən  getmiş,  həmin  ilin  oktyabrında  dünyasını 

dəyişmişdir.

Rusiyanın Sankt-Peterburq şəhərində dünyanın məşhur informasiya 

texnologiyaları şirkəti olan “Apple” korporasiyasının yaradıcısı Stiv Cobsun 

şərəfinə abidə ucaldılmışdır 

STİV  COBSUN  ŞƏRƏFİNƏ  İNTERAKTİV  ABİDƏ 

Mühərrik benzin və ya elektrik enerjisi ilə yox, sıxılmış hava ilə işləyir.  Perspektivdə bu mühərrik 100 km 

yola  cəmi  2  litr  yanacaq  işlədəcəkdir.  Air  Hybrid  mühərriki  daxili  yanma  prinsipi  ilə  işləyən  adi  benzin 

mühərriki, sıxılmış hava üçün hidravlik kompressor və dəyişdirilmiş ötürücülər qutusundan ibarətdir. Maşın sırf 

sıxılmış  hava  ilə  işləyən  mühərriklə  60  km/saat  sürətlə  hərəkət  edə  bilir.Bu  zaman  maşın  ətraf  mühiti  əsla 

çirkləndirmir.

Fransız mütəxəssislər bildirmişlər ki, əgər belə mühərriklə Citroen C3 və ya Peugeot 208 avtomobili təchiz 

olunarsa, maşın 100 km yola cəmi 2,9 litr yanacaq sərf edəcəkdir.

PSA Peugeot Citroen konserni sıxılmış hava ilə işləyən maşınları 2016-cı ildə istehsal etmək niyyətindədir.

Fransanın PSA Peugeot Citroen avtomobil konserni Air Hybrid adlı

 innovasiyalı mühərrik hazırlamışdır

İNNOVASİYALI  MÜHƏRRİK

İnformasiya texnologiyaları sahəsində ABŞ-ın nəhəng şirkətlərindən biri olan “Apple” 

saat  kimi  qola  taxılacaq,  brasletə  oxşar  kompüter  üçün  patent  almaq  məqsədilə  müraciət 

etmişdir.

ABŞ-ın patent və ticarət markaları Agentliyi patent almaq üçün müraciət barədə məlumat 

yaymışdır. Bu, çevik sensor ekrana malik qol kompüteri olacaqdır.

Belə naqilsiz qol kompüteri digər portativ qurğularla, məsələn smartfonlarla əlaqə yaratmağa imkan 

verəcəkdir.



Apple” şirkəti qol kompüteri üçün patent almaq məqsədilə müraciət etmişdir

QOL  KOMPÜTERİ

O,  tırtılda  hərəkət  edir  və  torpağın  qazılması  üçün  iki  mexanizmə  malikdir.  Onlar  maneələrin  aradan 

qaldırılmasına kömək üçün də istifadə oluna bilər. 

Aparat 18 kiloqram yük daşımaq gücünə malikdir. Kosmik raketin sınağı 2014-cü ildə keçiriləcəkdir.



NASA təbii peykində avtomatik laboratoriya yerləşdirmək və xüsusi robotun 

köməyi ilə tədqiqat üçün material əldə etməyi planlaşdırmışdır

AMERİKALI  ALİMLƏR  AYIN  ÖYRƏNİLMƏSİNİN 

 YENİ  PLANINI  TƏQDİM  ETMİŞLƏR

35

316 Mart  2013

A.Hacıyev  qeyd  etmişdir  ki,  tarixdə  ilk  klaviatura  ingilis  dilinə 

uyğunlaşdırılmış  və  mexaniki  çap  maşınlarının  əsasında  yaradılmışdır.  Çap 

maşınlarında isə tez-tez rast gəlinən hərflər arasında məsafə qoyulmuşdur ki, çap 

maşınlarında  problem  yaşanmasın.  Amma  bunu  kompyuter  klaviaturalarına 

tətbiq etmək düzgün deyil, çünki yazının sürətinin artması və əlin yorulmaması 

üçün tez-tez rast gəlinən hərflər yanaşı yerləşməlidir. Yeni yaradılan klaviatura 

buna  hesablanmışdır.  Az  enerji  itirməklə,  maksimum  sürət  əldə  etmək  yeni 

klaviaturanın başlıca prinsiplərindən biridir.

Yeni klaviaturanın layihəsi üçün patent də alınmışdır.



AMEA-nın müxbir üzvü Asəf Hacıyev yeni klaviaturanın vizual görünüşcə 

hazırda istifadə etdiyimiz klaviaturalardan fərqlənməyəcəyini, sadəcə 

hərflərin Azərbaycan əlifbasındakı kimi düzüləcəyini söyləmişdir

AZƏRBAYCANIN  MİLLİ  KLAVİATURASI  HAZIRLANMIŞDIR

Əvvəllər  belə  hesab  olunurdu  ki,  beyində  hər 

kateqoriyanın altında onun öz zonası vardır.

Berklidəki  (ABŞ)  Kaliforniya  Universitetindən 

olan  tədqiqatçılar  eksperiment  zamanı  digər  bir  neçə 

mexanizm  aşkarlamışlar.  Onlar  iki  saat  ərzində 

könüllülər  üçün  müxtəlif  videokliplərdən  parçalar 

nümayiş  etdirmiş  və  bununla  maksimal  sayda 

“kateqoriyaları”  əhatə  etməyə  çalışmışlar.  Nəticədə 

tədqiqatçılar  beynin  1700  ümumiləşdirilmiş  əlamətin 

təyin olunmasına cavab verən 30 min sahəsini ayırmağa 

nail olmuşlar.

Lakin  aydın  olmuşdur  ki,  beyin  heç  də  hər  bir 

əlaməti  ayrılıqda  dəyərləndirmir  və  dərhal  onların 

arasında oxşarlıq dərəcələrini təyin edir. 

Əgər beynin obyektlərin kateqoriyalara ayrılmasına cavab verən sahələrinin üçölçülü “atlas”ını çəkmək 

mümkün olsaydı, onda bu, şaxələnmiş ağaca bənzəyərdi. Beyin neyronlarının fəallığı kateqoriyalar arasındakı 

yaxınlıq dərəcəsinə uyğundur. Maraqlıdır ki, həmin ”kateqoriya xəritəsi” yalnız görmə qabığını deyil, digər 

zonaları da əhatə edir. 

Alimlər söyləyirlər ki, “fikirlərin oxunması” üçün qarşımızda daha bir yüksəktexnologiyalı imkan vardır. 

Bu  xəritənin  və  tomoqrafın  köməyi  ilə  insanın  nəyi  gördüyünü  irəlicədən  dəqiq  demək  olar. 

Xatırladaq ki, . Kaliforniya Universitetində çalışan amerikalı alimlər 2007-ci ildə beyin dalğalarını mətnə və 

səsə çevirən xüsusi qurğu yaradaraq, insanın daxili monoloqunu “dinləməyi” öyrənmişlər. Neyrofizioloqlar 

2010-cu ilin əvvəlində tomoqrafın köməyi ilə “fikirləri oxumağa” imkan verən eksperimentlər aparmışlar. 

Məlumdur ki, peşəkar musiqiçilər pianoçunun səssiz videoyazısını gözdən keçirməklə melodiyanı eşidə 

bilirlər. Bu zaman onların beyinlərində səsi qəbul edən zonalar fəallaşır. Məhz bu fakt tədqiqatçıları əks prosesi 

də sınaqdan keçirmək fikrinə cəlb etmişdir. 

Əgər  “fikirlərin  oxunması”  istiqaməti  bu  cür  sürətlə  inkişaf  edərsə,  bir  neçə  onillikdən  sonra  alimlər, 



doğrudan da, fikirləri oxumaq imkanı əldə edəcəklər. 

Alimlər çoxdan bəri beynin ümumiləşdirilmiş xassələri 

necə gördüyünü aydınlaşdırmaq istəyirdilər 

ÜÇÖLÇÜLÜ  TƏFƏKKÜR  XƏRİTƏSİ  YARADILMIŞDIR

Document Outline

  • Page 24
  • Page 25


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə