Hüquq Maarifçiliyi Cəmiyyəti Demokratiyaya Dəstək Fondu (ned) MƏHKƏMƏLƏRİn monitoriNQİ



Yüklə 218.7 Kb.
səhifə1/3
tarix10.06.2017
ölçüsü218.7 Kb.
  1   2   3

Hüquq Maarifçiliyi Cəmiyyəti



Demokratiyaya Dəstək Fondu (NED)

MƏHKƏMƏLƏRİN MONİTORİNQİ




ARALIQ HESABAT
May-iyun, 2006


Bakı - 2006


Məhkəmələrin monitorinqi. Aralıq hesabat (May-iyun, 2006). Ba­­­­kı, «GISO Enterprise», 2006-cı il, 84 səh.


Hesabat Hüquq Maarifçiliyi Cəmiyyətinin

ABŞ-ın Demokratiyaya Dəstək Fondunun (NED) dəstəyi ilə həyata keçirdiyi

Azərbaycanda məhkəmə sisteminin islahatı layihəsi çərçivəsində hazırlanıb


Redaktor:

İntiqam Əliyev

 Hü­­­­quq Ma­­­­a­­­­rif­­­­çi­­­­li­­­­yi Cə­­­­miy­­­­yə­­­­ti

MƏHKƏMƏLƏRİN MONİTORİNQİ ÜZRƏ

ARALIQ HESABAT
May-iyun 2006
Hüquq Maarifçiliyi Cəmiyyəti 2006-cı ilin may ayından ABŞ-ın Demokratiyaya Dəstək Fondu (NED) ilə əməkdaşlıq çərçivəsində reallaşdırdığı Azərbaycanda məhkəmə sisteminin islahatı layihəsi çərçivəsində məhkəmə proseslərinin monitorinqini keçirir.
Monitorinqlər əsasən mülki işlər üzrə məhkəmə proseslərini əhatə edir.

Bu hesabat 01.07.2006-01.09.2006-cı il tarixədək məhkəmə proseslərinin müşahidəsinin nəticəsində hazırlanıb. Müşahidələr Ali, Apellyasiya və İqtisad məhkəmələrində, Bakının Nizami, Suraxanı, Yasamal rayon, Gəncənin Nizami və Kəpəz rayon, Masallı və Lənkəran rayon məhkəmələrində aparılıb.

Müşahidə zamanı ədalətli məhkəmə araşdırması hüququnun müxtəlif aspektlərinə toxunulub.

Açıq məhkəmə araşdırması hüququ

Məhkəmə proseslərinin müşahidəsi zamanı rast gəlinən əsas pozuntulardan biri açıq məhkəmə araşdırması hüququ ilə bağlı olub. Açıq məhkəmə araşdırması hüququ həm yerli1, həm də beynəlxalq aktlarla2 mühafizə edilən və ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi olan prinsipdir.


Din­­lə­­mə­­lə­­rin açıq xa­­rak­­te­­ri əda­­lət mü­­ha­­ki­­mə­­si­­nin ic­­ti­­ma­­i nə­­za­­rət ol­­ma­­dan məx­­fi hə­­ya­­ta ke­­çi­­ril­­mə­­sin­­dən tə­­rəf­­lə­­ri qo­­ru­­yur. Bun­­dan baş­­qa, o, ic­­ti­­ma­­iy­­yə­­tin əda­­lət mü­­ha­­ki­­mə­­si­­nə və məh­­kə­­mə­­lə­­rə ina­­mı­­nı sax­­la­­maq üçün va­­si­­tə­­dir. Məh­­kə­­mə araş­­dır­­ma­­la­­rı­­nın əda­­lət­­li­­li­­yi­­nin (6-cı mad­­də­­nin məq­­sə­­di məhz əda­­lət­­li məh­­kə­­mə araş­­dır­­ma­­sı­­dır) tə­­min edil­­mə­­si­­nə əd­­liy­­yə si­s­te­­mi tə­­rə­­fin­­dən şə­­ra­­it ya­­ra­­dıl­­ma­­sı, de­­mok­­ra­­tik cə­­miy­­yət­­də mü­­hüm əhə­­miy­­yət da­­şı­­yır.3 Açıq din­­lə­­mə mət­­bu­­a­­ta da im­­kan ve­­rir ki, özü­­nün mü­­hüm ro­­lu­­nu, yə­­ni ic­­ti­­ma­­i nə­­za­­rət­­çi ro­­lu­­nu hə­­ya­­ta ke­­çir­­sin. Bi­­rin­­ci ins­­tan­­si­­ya məh­­kə­­mə­­sin­­də din­­lə­­mə açıq ke­­çi­­ril­­mə­­dik­­də, əgər apell­­ya­­si­­ya or­­qa­­nı tam sə­­la­­hiy­­yət­­lə­­rə ma­­lik de­­yil­­sə, adə­­tən apell­­ya­­si­­ya şi­­ka­­yə­­ti bu qü­­su­­ru ara­­dan qal­­dır­­mır.
Bəzi məhkəmələrdə müşahidəçilərin məhkəmə zalına daxil olması ilə bağlı problemlər olub. Nizami rayon məhkəməsində katib müşahidəçini prosesin keçirildiyi otağa buraxmayıb4, faktiki olaraq hakimin otağında 45 dəqiqə davam edən prosesdən sonra hakimə iclasın hansı səbəbdən qapalı keçirilməsi ilə bağlı sual verdikdə o, əvvəlcə prosesin açıq olduğunu, daha sonra tərəflərin tələbi ilə kənar şəxsləri buraxmadığını bildirib. Apellyasiya Məhkəməsində binaya giriş nəzarətçilər tərəfindən qeydiyyat aparıldıqdan sonra mümkün olur.5 Apellyasiya Məhkəməsində yalnız o şəxslərin binaya daxil olmasına imkan verilirdi ki, nəzarətçilərə təqdim olunan həftəlik proseslərin siyahısında iddiaçı və ya cavabdeh kimi adları qeyd edilmişdi. Proseslərdə iştirakçı olmayan, müşahidəçi vəsiqəsini təqdim etməyən şəxslərin məhkəməyə daxil olması müşkül işdir6.
Əksər məhkəmələrdə müşahidəçilər onların kimliyi, hansı məqsədlə məhkəmə proseslərini izləmələri ilə əlaqədar geniş soruşdurmaya məruz qalıblar, onların vəsiqələrinə baxdıqdan və qeydiyyatdan keçirdikdən sonra məhkəməyə buraxılıblar. Halbuki MPM istənilən şəxsin bu cür yoxlamalara məruz qalmadan məhkəmə proseslərində iştirakını nəzərdə tutur.
Qanunun tələbinə görə, yalnız işdə iştirak edən şəxs olmayan və ya şahid qismində dəvət edilməyən 16 yaşına çatmamış şəxslər məhkəmə iclası zalına buraxılmırlar7. Digər şəxslər barəsində qanunun heç bir qadağası yoxdur. Proseslərdə yetkinlik yaşına çatmayanların iştirakına tez-tez rast gəlmək olar ki, bu da qanunvericiliyin pozuntusudur. Hakimlər çox zaman buna göz yumurlar8.
Açıq məhkəmə araşdırması hüququnun təmin edilməsi baxımından məhkəmələrin baxacaqları işlərin siyahısının öncədən açıqlanması çox önəmlidir. Müşahidə aparılan məhkəmələrin əksəriyyətində həftəlik siyahıların yerləşdirildiyi lövhələr asılıb. Lakin əksər məhkəmələrdə siyahılarda yerləşdirilən məlumatlar çox xəsisliklə təqdim olunur: işə baxan hakim, məhkəmə baxışının yeri və vaxtı, cavabdehlər (xüsusilə vəzifəli şəxsin qanunsuz hərəkətindən verilən şikayətlər üzrə) haqqında məlumatlar siyahıda əks olunmur9.
Əksər hallarda proseslər aşağıdakı formada təqdim edilir:
1. İddiaçı: Qurbanova Gülçöhrə

Cavabdeh: ----------------------

İşin adı: Vəzifəli şəxsin hərəkətlərindən şikayət
2. İddiaçı: Rzayeva Nərminə Kabir q.

Cavabdeh: -------------------------

İşin adı: Vəzifəli şəxsin hərəkətlərindən şikayət10
Bəzən lövhədə asılan siyahılardakı məlumatlar ötən həftənin proseslərinə aid olur11 və ya həmin məlumatlar məhkəmənin girişindəki lövhədə yox, başqa yerdə yerləşdirilir12. Lövhədəki siyahıların səliqəsiz, üst-üstə yerləşdirilməsi, yazıların solğun olması, lövhənin çox yuxarıdan asılması halları da vətəndaşların proseslər barədə məlumat almaq imkanını məhdudlaşdırır.
Bu hüququn təminatının ən səmərəli vasitələrindən biri də məhkəmə işləri haqqında məlumatların yerləşdirildiyi məhkəmələrin saytları ola bilərdi. Cəmi bir neçə məhkəmənin (Ali Məhkəmə, Apellyasiya Məhkəməsi) saytı var ki, orada da çox informasiya yükü olan, əsasən yeniləşməyən məlumatlar göstərilib. Nə Ədliyyə Nazirliyinin, nə də Məhkəmə-Hüquq Şurasının saytında məhkəmələrin adlarını, təsnifatını, onların kontakt məlumatlarını, o cümlədən baxılmalı cinayət və mülki işlərinin siyahısını görmək mümkündür.
Riyepan Avstriyaya qarşı məhkəmə işində (2000) Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edib ki, əgər ictimaiyyət məhkəmə araşdırmasının vaxtı və yeri barədə məlumat ala bilmirsə və həmin yerə ictimaiyyətin asanlıqla daxil olması mümkün deyilsə, bu halda məhkəmə araşdırması açıqlıq tələbinə cavab vermir. Məhkəmələr ictimaiyyətin lazımi qaydada məlumat almasını və oraya maneəsiz daxil olmasını təmin etmək üçün tədbirlər görməlidir.
Məhkəmələrin əksəriyyətində iclas zalları az, eyni günə və eyni vaxta təyin olunan proseslər isə çoxdur. Məsələn, Nizami rayon məhkəməsində bir iclas zalı var, orada adətən cinayət prosesləri keçirilir. Müşahidəçi S.Hacıyevanın prosesdə iştirak etmək istədiyini bildikdə, mülki işi zalda keçirməli olan hakim H.Hüseynov, icraatında cinayət işi olan digər hakimin – A.Abdullayevanın müdaxiləsi ilə prosesi öz otağında keçirmək məcburiyyətində qalıb13.
Siyahılara nəzər saldıqda eyni tərkib üçün eyni vaxta həddən çox prosesin təyin olunduğu aşkarlanır; fiziki cəhətdən bu proseslərin hamısını keçirmək mümkün deyil, odur ki, faktiki təyin olunan proseslərin heç də hamısı təyin olunan vaxtda keçirilmir. Bu halda proseslərin keyfiyyətindən də danışmağa dəyməz14. Proseslərin təyin olunan vaxtdan həddən artıq gec başlaması faktları müşahidə aparılan bütün məhkəmələrdə qeydə alınıb ki, bu da qanunun müddəalarının pozulması kimi qiymətləndirilməlidir15.
Bu sahədə ən ağır vəziyyət Ali Məhkəmədə və Apellyasiya Məhkəməsindədir. Məhkəmə proseslərinin eyni vaxta təyin olunması bu məhkəmələrdə artıq ənənə halını alıb. Bu ona gətirib çıxarır həm məhkəmənin qarşısında, həm də kassasiya və apellyasiya şikayətlərinin baxıldığı binanın zirzəmilərindəki dəhlizlərdə 50, 60, 70 adam toplaşır. Havasızlıq şəraitində bu qədər insanın toplaşması və onların saatlarla proseslərinin nə vaxt başlayacağını gözləmələri, hakimlərin, məhkəmə nəzarətçilərinin və məhkəmə iclas katiblərinin bəzi hallarda etik qaydalara uyğun olmayan rəftarı, kobudluğu insanların haqlı narazılığına səbəb olur.
Saat 11:30-də zirzəminin dəhlizində 36 nəfər var. Onlar iştirakçısı olduqları proseslərin başlanmasını gözləyirlər. Proseslər saat 10:00 və 11:00-a təyin olunsa da, hələ başlamayıb”16.
Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qarşısında səhər saat 9:50-də 65 nəfər var; 10:25-də zirzəminin dəhlizində prosesləri saat 10-a təyin olunan 57 nəfər gözləyir”17.
Müşahidə zamanı əksər rayon məhkəmələrində (Nizami, Nəsimi, Yasamal, Masallı, Lənkəran və s.)18 məhkəmə iclaslarının əsasən hakimlərin kabinetində keçirildiyi aydın olub. Hakimlər zallarda prosesləri əsasən o hallarda keçirirlər ki, məhkəmə binasında monitorinqçilərin olması barədə məlumatları olur.
Avropa Konvensiyasının 6-cı mad­­­­­­­də­­­­­­­nin 1-ci bən­­­­­­­di tə­­­­­­­ləb edir ki, din­­­­­­­lə­­­­­­­mə­­­­­­­lər (“din­­­­­­­lə­­­­­­­mə” de­­­­­­­dik­­­­­­­də, şi­­­­­­­fa­­­­­­­hi məh­­­­­­­kə­­­­­­­mə araş­­­­­­­dır­­­­­­­ma­­­­­­­sı ba­­­­­­­şa dü­­­­­­­şü­­­­­­­lür – red.) açıq ke­­­­­­­çi­­­­­­­ril­­­­­­­sin. Din­­­­­­­lə­­­­­­­mə­­­­­­­lə­­­­­­­rin açıq xa­­­­­­­rak­­­­­­­te­­­­­­­ri əda­­­­­­­lət mü­­­­­­­ha­­­­­­­ki­­­­­­­mə­­­­­­­si­­­­­­­nin ic­­­­­­­ti­­­­­­­ma­­­­­­­i nə­­­­­­­za­­­­­­­rət ol­­­­­­­ma­­­­­­­dan məx­­­­­­­fi hə­­­­­­­ya­­­­­­­ta ke­­­­­­­çi­­­­­­­ril­­­­­­­mə­­­­­­­sin­­­­­­­dən tə­­­­­­­rəf­­­­­­­lə­­­­­­­ri qo­­­­­­­ru­­­­­­­yur. Bun­­­­­­­dan baş­­­­­­­qa, o, ic­­­­­­­ti­­­­­­­ma­­­­­­­iy­­­­­­­yə­­­­­­­tin əda­­­­­­­lət mü­­­­­­­ha­­­­­­­ki­­­­­­­mə­­­­­­­si­­­­­­­nə və məh­­­­­­­kə­­­­­­­mə­­­­­­­lə­­­­­­­rə ina­­­­­­­mı­­­­­­­nı sax­­­­­­­la­­­­­­­maq üçün va­­­­­­­si­­­­­­­tə­­­­­­­dir. Məh­­­­­­­kə­­­­­­­mə araş­­­­­­­dır­­­­­­­ma­­­­­­­la­­­­­­­rı­­­­­­­nın əda­­­­­­­lət­­­­­­­li­­­­­­­li­­­­­­­yi­­­­­­­nin (6-cı mad­­­­­­­də­­­­­­­nin məq­­­­­­­sə­­­­­­­di məhz əda­­­­­­­lət­­­­­­­li məh­­­­­­­kə­­­­­­­mə araş­­­­­­­dır­­­­­­­ma­­­­­­­sı­­­­­­­dır) tə­­­­­­­min edil­­­­­­­mə­­­­­­­si­­­­­­­nə əd­­­­­­­liy­­­­­­­yə si­s­­­­­­te­­­­­­­mi tə­­­­­­­rə­­­­­­­fin­­­­­­­dən şə­­­­­­­ra­­­­­­­it ya­­­­­­­ra­­­­­­­dıl­­­­­­­ma­­­­­­­sı, de­­­­­­­mok­­­­­­­ra­­­­­­­tik cə­­­­­­­miy­­­­­­­yət­­­­­­­də mü­­­­­­­hüm əhə­­­­­­­miy­­­­­­­yət da­­­­­­­şı­­­­­­­yır.19 Açıq din­­­­­­­lə­­­­­­­mə mət­­­­­­­bu­­­­­­­a­­­­­­­ta da im­­­­­­­kan ve­­­­­­­rir ki, özü­­­­­­­nün mü­­­­­­­hüm ro­­­­­­­lu­­­­­­­nu, yə­­­­­­­ni ic­­­­­­­ti­­­­­­­ma­­­­­­­i nə­­­­­­­za­­­­­­­rət­­­­­­­çi ro­­­­­­­lu­­­­­­­nu hə­­­­­­­ya­­­­­­­ta ke­­­­­­­çir­­­­­­­sin. 20
Azərbaycan qanunvericiliyi məhkəmə proseslərinin dövlət rəmzlərinin yerləşdirildiyi məhkəmə iclas zalında keçirilməsini müəyyən edir.
Prosesləri “mənzillərində” keçirən bəzi hakimlərin otaqlarında dövlət rəmzləri olsa da, ictimaiyyətin nümayəndələrini ora buraxmırlar, otaqlarda bir qayda olaraq 4-5 stul olur ki, prosesdə iştirak edənlər ayaq üstə prosesi dinləməyə məcbur olurlar21. Bütün bunlar məhkəmələrə inamı və etimadı azaldır.
Bəzi zallarda isə hətta dövlət rəmzlərinin heç də hamısı olmur (“Zalda dövlət rəmzlərindən yalnız bayraq var idi 22”, “II zalda dövlət rəmzi olan bayraq yox idi23”).

Açıq məh­­kə­­mə araş­­dır­­ma­­sı hü­­qu­­qu mül­­ki və ya ci­­na­­yət pro­­ses­­lə­­rin­­də məh­­kə­­mə qə­­ra­r­­la­­rı­­nın «açıq elan edil­­mə­­si» hü­­qu­­qu­­nu eh­­ti­­va edir. 6-cı mad­­də­­nin 1-ci bən­­din­­də yer alan açıq məh­­kə­­mə araş­­dır­­ma­­sı hü­­qu­­qu əd­­liy­­yə sis­­te­­mi­­nin fə­­a­­liy­­yə­­ti­­nə ic­­ti­­ma­­i nə­­za­­rə­­ti tə­­min et­­mək üçün nə­­zər­­də tu­­tu­­lub və bu, məh­­kə­­mə qə­­rar­­la­­rı­­nın açıq elan edil­­mə­­si tə­­lə­­bi­­nə tam haqq qa­­zan­­dı­­rır. La­­kin məh­­kə­­mə qə­­rar­­la­­rı­­nın açıq elan edil­­mə­­si tə­­lə­­bi Avropa İnsan Hüquqları Məh­­kə­­məsi tə­­rə­­fin­­dən hər­­fi mə­­na­­da şərh edil­­mir, yə­­ni qə­­ra­­rın hök­­mən məh­­kə­­mə za­­lın­­dan kə­­nar­­da oxun­­ma­­sı tə­­ləb olun­­mur. Məh­­kə­­mə bə­­yan et­­di ki, döv­­lət­­da­­xi­­li hü­­quq­­da «məh­­kə­­mə qə­­ra­­rı­­nın» açıq elan edil­­mə­­si for­­ma­­sı is­­tə­­ni­­lən hal­­da hər bir pro­­se­­sin öz xü­­su­­siy­­yət­­lə­­ri­­nin işı­­ğın­­da qiy­­mət­­lən­­di­­ril­­mə­­li, elə­­cə də 6-cı mad­­də­­nin pred­­met və məq­­sə­­di nə­­zə­­rə alın­­ma­­lı­­dır.24 Məh­­kə­­mə qə­­ra­­rı­­nın açıq elan edil­­mə­­si­­nə məh­­du­­di­y­yət qo­­yu­­la bil­­məz.


MPM-in 10.11 maddəsinə əsasən, məhkəmə aktları bütün hallarda açıq elan edilir. Lakin müşahidə aparılan proseslər zamanı məhkəmə tərkibi qətnaməni elan edərkən katibin yalnız həmin iş üzrə tərəfləri zala dəvət etməsi, digər şəxsləri isə zala buraxmadığı hallar müşahidə olunub. Apellyasiya Məhkəməsində 23.05.2006-cı il tarixdə G.Quliyevin sədrliyi ilə keçirilən məhkəmə proseslərində25 belə faktlar olub.
Yuxarıda sadalanan faktlar məhkəmənin nüfuzuna toxunur, onun ədalət mühakiməsini həyata keçirməsini şübhə altına alır, insanların narazılığına səbəb olur, tərəflərin, nümayəndə və vəkillərin vaxtlarının itirilməsi ilə nəticələnir.
Pulsuz tərcüməçi xidmətindən istifadə hüququ
MPM-in 11.2 maddəsinə əsasən, işdə iştirak edən, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərə işin bütün materialları ilə tanış olmaq, izahat, ifadə və rəy vermək, məhkəmədə çıxış etmək, vəsatət qaldırmaq, ana dilində şikayət vermək, həmçinin pulsuz tərcüməçi xidmətindən istifadə etmək hüququ izah və təmin olunur.
Müşahidələr zamanı tərcüməçinin iştirak etdiyi 2 mülki icraatın hər ikisində pozuntular aşkar olunub. Nizami rayon məhkəməsində A.Abdullayevanın sədrlik etdiyi prosesdə tərcüməçi kimi zala məhkəmə iclas katibi tərəfindən çağırılan T.Kərimov adlı şəxs həmin məhkəmədə məhkəmə nəzarətçisi vəzifəsində çalışır26. Halbuki MPM-in 65.3-cü maddəsinə görə, prosesin digər iştirakçıları dilləri bilsələr də, tərcüməçi vəzifəsini öz üzərinə götürə bilməzlər.
Nizami rayon məhkəməsində hakim H.Hüseynovun sədrliyi ilə Z.Əlizadənin Sterlinq İnternational MMC-ə qarşı əmək haqqı tələbinə dair prosesdə27 tərcüməçi cavabdehin təşəbbüsü ilə prosesə qoşulsa da, tərcümə keyfiyyətsiz, qeyri-dəqiq və natamam aparılırdı. Məsələn, “soyuqqanlılıq” sözü “xolatnost” (“səhlənkarlıq” – müş.) kimi tərcümə edildi, tərcüməçi “vəsatət” sözünü tərcümə edə bilmədi, hakim ona kömək etdi.
Məhkəmə proseslərində katibin tərcüməyə müdaxilə etdiyi, hakimin prosesi gah azərbaycan, gah rus dilində aparması müşahidə edilib28.
Azərbaycan məhkəmələrində tərcüməçinin pulsuz xidmətilə bağlı problemlərin subyektiv səbəbləri (məhkəmələrin işini düzgün təşkil etməməsi) ilə yanaşı obyektiv səbəbləri də var. Belə ki, dövlət büdcəsindən tərcüməçi xidməti üçün ayrılan vəsait olduqca cüzidir29 ki, bu da məhkəmələrdə peşəkar tərcüməçi çatışmazlığına, nəticə etibarilə keyfiyyətsiz xidmət göstərilməsinə gətirib çıxarır.
Tərəflərə hüquqlarının izahı
İşin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq üçün məhkəmə işdə iştirak edən şəxslərə hüquq və vəzifələrini izah etməlidir30. Tərəflərə hüquqlarının izahı ilə bağlı məhkəmələrdə problemlər var. Bir çox hakimlər hüquqları izah etsə də onları başa düşülməyəcək dərəcədə tez və tamamilə demirlər, bəzi proseslərdə hakim “qanunda nəzərdə tutulan hüquqlara maliksiniz” sözləri ilə kifayətlənir31.
Apellyasiya Məhkəməsinin hakimi Q.Abbasov məhkəmə tərkibini elan edir və M.İbrahimova müraciətlə «Siz özünüz hüquqşünassınız. Hüquqlarınızı bilirsiniz.» deyir və hüquqlar elan olunmur32. Elə iclaslar olur ki, tərəflərə ümumiyyətlə hüquq və vəzifələri izah edilmir33.
Prosesin elə iştirakçıları var ki, onlara xüsusi hüquqlarının izahı vacibdir. Belə iştirakçılardan biri şahiddir. Şahidlərə arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməmək, imtina etmək hüququnun olduğu bildirilməlidir34. Qanunda birbaşa əksini tapan ümumi hüquqlar izah olunmadığı halda, digər hüquqların yada düşmə ehtimalı azdır, yaxud həddən artıq yüklənən məhkəmə tərkibi bunları qeyd etməyə ehtiyac görmür və vaxtını itirmək istəmir. Hakimlər əksər hallarda hüquqlardan bəzilərinin adını çəkib “və s.” ifadəsini işlətməklə qalanlarını ixtisara salırlar:
Sədr tərəfə hüquqlarını tam şəkildə izah etmədi. Belə ki, sədr tərəflərə hüquqlarını izah edir kimi işin materialları ilə tanış olmaq, izahat vermək, vəsatət vermək hüquqlarının adını çəkdikdən sonra “və s. hüquqlarınız var” deməklə kifayətləndi.”35

Nizam-intizam və məhkəmə iclasında qayda
MPM-in 2.2-ci maddəsinə görə, mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın yaradılmasına, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə yönəlir. Bu vəzifənin bir hissəsi ədalət mühakiməsini həyata keçirən məhkəmələrin üzərinə düşür. Məhkəmələrə hörmətlə yanaşılması və onun nüfuzunun qorunması məhkəmə iclaslarının necə keçirilməsindən asılıdır. Məhkəmə iclaslarının vaxtında başlamaması məhkəmələri nüfuzdan salan faktlardan biridir. Aparılan müşahidələrə əsasən demək olar ki, bütün proseslər vaxtından çox gec başlayır36:
Proses saat 11.00-də başlamalı idi, lakin saat 13.17-də başladı” (Apellyasiya Məhkəməsi, 26.05.2006; tərkib: Q.Abbasov (sədr), A.Allahverdiyev, N.Nəsibov)

Proses saat 11.00-da başlamalı idi, 2 saat yarım gec – 12.32-də başladı” (Apellyasiya Məhkəməsi, 11.05.2006; tərkib: Ə.Əhmədov (sədr), F.Kərimov, C.Məmmədov)


Saat 15:00-da başlanmalı olan proses saat 17:05-də başlayır”(Apellyasiya Məhkəməsi, 27.06.2006; tərkib: Q.Abbasov (sədr), S.B.Hüseynov, N.M.Nəsibov)
Proses 2 saat 30 dəqiqə gec, 17:00-da başladı” (Apellyasiya Məhkəməsi, 20.06.2006; tərkib: C.Məmmədov (sədr), Ə.Əhmədov, F.Kərimov)
Hakimlər zala təyin olunan vaxtdan 82 dəqiqə gec – saat 11:22-də daxil oldular” (Apellyasiya Məhkəməsi, 13.06.2006; tərkib: C.Məmmədov (sədr), Ə.Əhmədov, F.Kərimov)

C.Məmmədovun sədrliyi ilə məhkəmə prosesi təyin olunduğu vaxtdan 51 dəqiqə gec, 10:51-də başladı” (Apellyasiya Məhkəməsi, 06.06.2006; tərkib: C.Məmmədov (sədr), Ə.Əhmədov, F.Kərimov)


Hakimlər zala təyin olunan vaxtdan 65 dəqiqə gec – 12:05-də gəldilər” (Apellyasiya Məhkəməsi, 05.06.2006; tərkib: H.Həmidov, Məmmədov, Səfərov)
Saat 11:00-a İntiqam Əliyevin Vəkillər Kollegiyasına qarşı iddiası üzrə kassasiya şikayəti ilə bağlı təyin olunmuş proses saat 12:22-də Ali Məhkəmənin Plenum zalında başladı” (Ali Məhkəmə, 24.05.2006; tərkib: Q.Allahverdiyev (sədr), Ə.Rüstəmov, V.İbayev)
Belə hallar proses iştirakçılarının haqlı narazılıqlarına səbəb olur.
«Bunlar insanları dolayıblar. Bura sud deyil ki...» (Apellyasiya Məhkəməsi, 16.06.2006, tərkib: M.Hüseynova (sədr), B.Şükürov, S.Babayev)
«İşə baxılmasının 1-ci ili olanda saat 1-ə, 2-yə kimi saxlayırdılar. İndi saat 4-ə, 5-ə kimi saxlayırlar. Elə bil həbs olunmuşuq. Belə məhkəmə olar? Belə mülki işə mən də baxaram. Get, bir həftədən sonra gəl” (Apellyasiya Məhkəməsi, 27.06.2006, tərkib: Q.Abbasov (sədr), S.Hüseynov, N.Nəsibov).37
Bəzən nümayəndənin prosesin gec başlaması ilə bağlı hakimə bildirdiyi narazılıq həddən artıq sərt qarşılanır:
İddiaçının nümayəndəsi: 6 saatdır kalyaskada gözləyir, mənə hüquqdan danışırsız!
Hakim (əsəbiləşir, uca tonla): Seymur (nəzarətçi – müş.), yatmısan?! Atın bayıra bunu!”38
Məhkəmə iclas zalları kiçik olduğundan prosesi ayaq üstə dinləyənlər olur, bəzən hakim ayaq üstə olanların zalı tərk etməsini istəyir: “Ayaq üstə olanlar çölə çıxsın, adam çox olanda istidən adam boğulur, ayaq üstə olmaz axı!”39. Belə halların yaranması tək məhkəmə zallarının kiçikliyi, soyutma sistemlərinin olmaması ilə deyil, həm də yuxarıda qeyd etdiyimiz kimi, eyni vaxta çoxlu proseslərin salınması, hakimlərin prosesləri vaxtında başlamamaları ilə əlaqəlidir.
Qanunun tələbinə görə, məhkəmə iclası başladıqdan sonra sədrlik edənin razılığı olmadan məhkəmə iclas zalına daxil olmaq və oradan çıxmaq olmaz40. Bu müddəa xüsusilə Apellyasiya Məhkəməsində daha tez-tez pozulur. Telefonu zəng çalan proses iştirakçıları zalı tərk edib bir müddət sonra yenidən zala qayıdırlar, hakimlər isə əksər hallarda buna reaksiya vermirlər. Proses iştirakçıları bir yana, hakimlərin prosesin gedişində telefonla danışdığı hallara tez-tez rast gəlmək olur: bəziləri bunu gizlin etməyə çalışır, digərləri isə aşıq-aşkar. Telefonla danışa-danışa hakimlərin zalı tərk etdikləri hallar da az müşahidə olunmur:
A.Ş.Allahverdiyev iclas zamanı hündürdən mobil telefonla danışırdı” 41 (Apellyasiya Məhkəməsi, 26.05.2006)
Proses zamanı tərkibə daxil olan hakimlərdən – Q.Kərimov əvvəlcə telefonu əli ilə gizlədərək bir müddət danışdı, sonra danışa-danışa zalı 2 dəqiqəyə tərk edib, qayıtdı. Məhkəmə bir müddət onsuz davam etdirildi”42 .
Sədrlə Z.Mirzəkulla arasında bu mövzuda mübahisə getdiyi müddət ərzində məhkəmə iclas katibi 1 dəqiqə müddətində mobil telefonla danışır. Digər hakimlər isə ümumiyyətlə prosesə fikir vermir nə isə oxuyurdular. Məhkəmə iclas zalında isə sədrin də tanıdığı (çünki proses başlamamışdan əvvəl sədr həmin şəxsdən “Cəmil müəllim, sizin işiniz nədir?” - deyə sual vermişdi) bir nəfər şəxsin mobil telefonu dəfələrlə zəng çalır və nəhayət o, mobil telefonla danışmağa başlayır. Sədr və digər hakimlər buna heç bir münasibət bildirmirlər (Apellyasiya Məhkəməsi, tərkib: Ə.Əliyev (sədr), G.Quliyev və M.Tağızadə)43
Hakim H.Həmidov telefonla danışdı: “Hə, prokuror! 4 saylı zaldayam, təzə gəlmişəm, gözlədim, gəlmədin”44 (Apellyasiya Məhkəməsi, 05.06.2006)
Proseslər zamanı çağırışlara məhəl qoymayan şəxslərin çağırılması üçün hakimlər telefonla danışmağa məcbur olur:
Məruzəçi C.Məmmədov torpaqla bağlı məsələni həll etmək üçün telefonla torpaq şöbəsində Akif adlı şəxslə danışdı: “Axı neçə dəfə sizə məlumat verməliyik?!” Telefon danışığını bitirdikdən sonra “Dəlixanadı e, bura! Cərimələyəcəyəm axırda bunları!» - deyə hirsini tökdü. 45
24.05.2006-cı il tarixdə Apellyasiya Məhkəməsində L.Nəbiyevin sədrliyi, hakimlər R.Allahverdiyeva, M.Hüseynovun iştirakı ilə keçirilən proses zamanı zala daxil olan şəxslər katibin yanında əyləşir, onunla söhbət edir, prosesi aparan hakimlərdən biri – R.Allahverdiyeva ona qoşulur46.
Məhkəmə prosesləri zamanı tərəflər ardıcıllığı gözləmədən bir-biri ilə mübahisə edir, belə hal bir neçə dəqiqə davam edir, zalda əyləşənlər prosesə maneə olacaq səviyyədə ucadan danışır, lakin hakim bununla bağlı heç bir tədbir görmür. Başqa bir prosesdə (Apellyasiya Məhkəməsi, 02.06.2006) hakim B.Şükürov danışanlardan birini xəbərdarlıq etmədən zaldan çıxarır; o, prosesin əvvəlində hüquqların izahı zamanı məhkəmənin müəyyən etdiyi qaydalara əməl edilməsinin vacibliyini tərəflərə xatırladılmasını xəbərdarlıq kimi qiymətləndirdi47. Məhkəmə iclaslarında dəfələrlə belə bir hal müşahidə olunub ki, tərəf kimi çıxış edənlər hakimin yanına yaxınlaşıb müzakirəni orada davam etdirirdilər, zalın axırıncı sıralarında prosesin bu hissəsini eşitmək olmurdu48. Bu, həm də açıqlıq prinsipinin pozulması kimi qiymətləndirilə bilər.
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə