Məktəbdənkənar müəssisələr hüquq tərbiyəsi sahəsində müəyyən rol oynayır. Uşaq-gənclər evi və sarayları, mədəniyyət saraylarında fəaliyyət göstərən dərnək və bölmələr, gənc təbiətçilər stansiyaları, uşaq kitabxanaları yuxarıda göstərilən bir çox iş formalarından istifadə edir (hüquq universitet və lektoriyaları, gənc hüquqşünas dərnək və klubları və s.).
Sinifdənxaric və məktəbdənkənar işlər uşaq və yeniyetmələrin asudə vaxtının səmərəli təşkilində böyük əhəmiyyət kəsb edir. Təcrübə göstərir ki, məktəblilərin, xüsusən yeniyetmələrin asudə vaxtı düzgün təşkil edilmədikdə onların bir qismi günlərini boş-boşunakeçirir, nəzarətsiz qalır, bəzən mənfi təsir altına düşür, hətta hüquqazidd hərəkətlərə (xuliqanlıq, sərxoşluq, narkomaniya və s.) yol verirlər. Yeniyetmə cinayətkarlığının təhlili göstərir ki, onların böyük qismi (60-70%-i), bir qayda olaraq, idman, mütaliə, bədii özfəaliyyət və digər ictimai-mədəni fəaliyyətlə məşğul olmamışlar. Bunu nəzərə alıb, şagirdlərin dərsdənkənar fəaliyyətini mənalı təşkil etmək, onları müxtəlif fəaliyyət növlərinə - idmana, ictimai-faydalı əməyə, elmi-texniki və bədii yaradıcılıq işlərinə, mütaliəyə geniş cəlb etmək lazımdır.
Məktəbdənkanar və mədəniyyət müəssisələrində hüquq tərbiyəsinin aşağıdakı üsulları və formaları mövcuddur;
A) Şifahi, sözlü;
B) Təcrübi;
C) Əyani.
Hüquqi tədbirlər prosesində hüquq tərbiyəsi üzrə işin formaları müvəqqəti və daimi olmaqla iki yerə bölünür. Müvəqqəti fəaliyyət göstərən formalara mühazirələr, söhbətlər, məruzələr, görüşlər, sual-cavab və tematik gecələr, şifahi jurnallar, disput və olimpiadalar, bədii və sənədli filmlərə baxış, məhkəmə iclaslarında iştirak və s. daxildir.
Daimi fəaliyyət göstərən formalara isə «hüquq fakültələri» və ya lektoriyaları, «Gənc hüquqşünas», «16 yaşlılar klubu», «Qılınc və qalxan», «Polisin gənc dostları», «Gənc ləpirçilər guşəsi» daxildir.
Dostları ilə paylaş: |