Hüquqlarimiz uğrunda çarpişan qadinlar


Buraxılışımızın ötən sayındakı "Ailədaxili zorakılıq" rubrikasında sizi ailədaxili zorakılığın mifləri və gerçəklikləri ilə tanış etmişdik



Yüklə 205,5 Kb.
səhifə2/3
tarix02.01.2022
ölçüsü205,5 Kb.
#2617
növüYazı
1   2   3
Buraxılışımızın ötən sayındakı "Ailədaxili zorakılıq" rubrikasında sizi ailədaxili zorakılığın mifləri və gerçəklikləri ilə tanış etmişdik.

Növbəti buraxılışlarda da biz ailə daxilindəki problemlərlə bağlı materiallar dərc edəcəyik. Budəfəki məqalə isə inanırıq ki, sizə bir çox problemlərdən yaxa qurtarmaqda, yaxınlarınızla toqquşdurası məqamlardan qaçmaqda kömək edəcək.
İNSİDENTLƏR ÜÇÜNCÜ MƏRHƏLƏNİN BİTDİYİ AN BAŞLAYIR

Psixoloqlar ailədaxili zorakılığın 3 mərhələdə baş verdiyi qənaətindədirlər

GÜLDİYAR, NAİLƏ



1-ci mərhələ - Gərginliyin artması
İnciklik törədən, zorakılığa meyli ər bir qayda olaraq konfliktli situasiyalara neqativ reaksiya verir. Gündəlik həyatında o özünü kobud və eqoistcəsinə aparır. Bu halda onun tərəf-müqabili anlaşılmazlıqlardan yayınmağa çalışır, qadın özünü daha xoşqılıq aparmağa, münaqişənin daha da gərginləşə biləcəyi anlarda onun gözünə az görünməyə, yaxud heç görünməməyə çalışır. Çox vaxt qadınlar bu qənaətdə olurlar ki, onlar incidiklərini büruzə verməməlidirlər. Belə hallar - qarşı tərəfin passiv mövqeyi - zorakını daha da haldan çıxarır və o özünü ələ ala bilmir.
Bəllidir ki, belə gərginlikdə olan qadınlar illərlə döyülür və bilirlər ki, zorakılıq halları çox ağır və gərgin olur. Buna baxmayaraq, qurban belə nəticə çıxarır ki, yaşananların günahkarı odur və bunun bir də baş verməməsi üçün hərəkətlərinə diqqət yetirməyə çalışır. Çünki zorakı əsəblərini cilovlaya bilməyəndə qurban bu qənaətə gəlir ki, o özü hansısa məqamda hadisələri nəzarətsiz buraxıb.
Bəzi məqamlarda qurbanın nifrət hissi o qədər güclü olur ki, özünü çətinliklə saxlayır. Bu məqamda zorakı qorxur ki, qurban ona adekvat cavab verə bilər. Kişi - zorakı - daha da eqoist, qısqanc olur və qadını daha bərk qorxutmağa çalışır. Zorakı və qurban ilk mərhələdə gərginlik hiss edirlər, hər ikisinə vəziyyəti idarə etmək çətin olur. Hər iki tərəf özündə əsəbilik hiss etməyə başlayır. Fasiləsiz yorucu stres onları özündən çıxarır. Zorakı qarşı tərəfdə suç əlamətləri axtarır, hətta o bunu inkar edəndə də münsibəti dəyişmir. Hər addımı ikrah yaradır. Tərəflər arasındakı gərginlik dözülməz həddə çatır. Təcavüzün qaçılmaz olduğu məqamda cütlük ikinci mərhələyə - zorakılıq aktına qədəm qoyurlar.
2-ci mərhələ - Zorakılıq aktı
Bu mərhələ gərginliyin azalmasını özündə əks etdirir və az bir müddətdə davam edir. O bir neçə dəqiqədən bir neçə saatadək davam edə bilər. Bu anda qarşı tərəf anlayır ki, zorakının əsəbləri idarə olunmayandır. Baxmayaraq ki, hər şey təcavüzkarın "ona bir balaca dərs vermək lazımdır" fikrindən başlayır və onun lazım bildiyi anda bitir. Nəticədə, təcavüzkarın qurbana ciddi ziyan vurduğu bəlli olur. Bəzən o özü də anlamır ki, bütün bunlar necə baş verə bilər. Bu mərhələdə təcavüzkarın özünü idarə edə bilmədiyinə səbəb onun daxili durumu və ya xarici görünüşü ola bilir. Belə zorakılıq aktı şok, inamsızlıq və baş verənlərin inkarı ilə müşayiət edilir. Zorakı və qurban bu halda baş verənlərə haqq qazandırmaq istəyir. Zorakılıq qurbanı 24 - 28 saat müddətində emmosional ruh düşkünlüyü yaşayır ki, bu da depresiya, özünə hörmətsizlik duyğusu ilə müşayiət edilir. Döyülmüş qadınlar yalnız yuxarıda qeyd edilən zamandan sonra zorakılıq aktının baş verməsi ilə bağlı kömək üçün müraciət edirlər.
3-cü mərhələ - Bal ayı
Əgər ikinci mərhələdə zorakı kobud və qəddardırsa, bu mərhələdə o daha xeyirxahdır ki, bu da onun "günahını yuyacaq" hərəkətlərlə yadda qalır. O hiss edir ki, hərəkətlərində çox dərinlərə gedib və qurbanın könlünü almağa çalışır. Bunu hər iki tərəf qəbul edir, lakin bu məqam qadınların viktimizasiyası (ingilis dilindən tərcümədə "qurban" anlamına gəlir) hesab edilir. Yəni o, tamamilə qurbana çevrilir.
Bu məqamda zorakı fasiləsiz olaraq öz sevgisini izhar etməyə çalışır. Hərəkətlərinə görə üzr istəyir, sevdiyi qadına əl qaldırmayacağı, eyni zamanda hərəkətlərinə nəzarət edəcəyi barədə vədlər verir. Bununla bərabər o, ürəyində hesab edir ki, öz ikinci yarısına kifayət qədər "dərs verib" və bundan sonra onu bir də fiziki "güc tətbiq etməyə" vadar etməyəcək.
Bu mərhələdə təcavüzkar qurbanı hədiyyələr, güllər, şirnilər və bəzək əşyaları ilə şirnikləndirir. Bu prosesə ailə üzvləri, dostlar da cəlb edilir. Və qadını inandırmağa çalışırlar ki, münasibətlərin kəsilməsi heç də son və düzgün nəticə deyil. Ailə üzvləri və dostların məsələyə qatılması ərin hərəkətlərinə təəssüf etdiyini və sonrakı həyatında dəyişiklik edəcəyinə, ailənin yükünü öz üzərinə götürməyə hazır olduğuna inandırmağa xidmət edir. Ətraf qurbanı inandırmağa çalışır ki, uşaqlara ata lazımdır, digər yandan ona eyham vurular ki, zorakının başına gələ biləcək hər hansı bir hadisədə o məsuliyyət daşıyır.
Üçüncü mərhələdə qurban həqiqi məhəbbət barədə arzularının gerçəkləşdiyini görür. Qadın öz tərəf-müqabilini zorakı hərəkətlərə qabil birisi kimi deyil, sevməyi bacaran ər kimi qəbul etməyə üstünlük verir. Bu anda o kişinin köməksiz və zəif cəhətlərini görə bilər. Qadın özünü kişinin sabit emosionallığında körpü rolunu oynayır. Bu halda zorakını təcavüzkarlıqdan tərgitmək üçün peşəkarlara müraciət edəcəyinə inanmaq çətindir. Təcrübə göstərir ki, zorakı yalnız qarşı tərəfin onu atacağını hiss etdiyi halda köməyə ehtiyac duyur. O hesab edir ki, qurbanı yolundan saxlamaq yalnız bununla mümkündür.
Məhz üçüncü mərhələdə münasibətlərin ideal və arzuolunan səviyyədə olması qurbanın hüquqi yardım axtarmaq və ya münasibətlərin kəsilməsi barədə düşünməsində çətinliklər yaradır. Əgər qadının ürəyində şübhələr varsa, o getmək barədə qərar verir. Lakin belə mərhələdə ətrafdakı sevgi mühiti onu bu yoldan saxlayır.
Üçüncü mərhələnin davamlılığını düşünmək çətindir. Əksər qadınlar etiraf edir ki, birinci mərhələyə xas olan insidentlər üçüncü mərhələnin bitdiyini anladıqları məqamda baş verir. Son illərin tədqiqatları müxtəlif münasibətlərdə bu mərhələnin ömrünün qısa olduğunu deməyə əsas verir.
Ailədaxili zorakılığın səbəblərini psixoloq Leyla İsmayılova şərh edir:
- Bu ilk növbədə depresiya, özünəinam hissinin itməsi və özünəqəsd fikrinin alınması ilə müşayiət edilir. Sonradan isə bütün bunlar həyata maraq və gələcəyə inam hissini itirir. Qorxu və nifrətlə müşahidə edilən aqressiv hərəkətlər qurbanın adi həyat normasına çevrilir.
Leyla İsmayılovanın izahına görə, daimi fiziki zorakılıq qurbanın sağlamlığında və psixikasında pozuntular yarada bilər. Bu həmçinin seksual həyatda pozuntular, növbəti mübahisədə isə ölümlə nəticələnə bilər. Ailədaxili zorakılığın sosial səbəbləri daha ağır nəticələrə gətirib çıxarır. Bu məhkəmə çəkişmələri və ya azadlıqdan məhrumetməyə səbəb ola bilər. Belə məqamlarda uşaqların başsız qalma təhlükəsi də var.
Bu əlamətlərə görə siz ailədaxili zorakılığın nəticələrinin qarşısını ala bilmənizi müəyyən edə bilərsiniz:
- Əgər siz zorakılıqda və inciklik yaradan münasibətlərdə özünüzü günahlandırmaqdan əl çəkmisinizsə
- Zorakılıq edən şəxsin əməllərinə görə məsuliyyəti daha öz üzərinizə götürmürsünüz.
- Ailənin lazımi səviyyədə qeydinə qalmaq üçün ilk növbədə özünüzdən başlamanızı dərk edirsiniz.
- Etiraf edirsiniz ki, şəxsi hiss hüququna maliksiniz və sizin hissləriniz diqqətəlayiqdir.
- Yanılmaq olar və anlayın ki, sizi seviblər və ideal olmağa heç də gərək yoxdur.
- Öz keyfiyyətlərinizi və sərbəstliyinizi qiymətləndirirsiniz.
- Real hadisələri qəbul edir və onun barəsində xəyallara qapılmırsınız.
Ailədaxili zorakılığa haqq qazandırmaq olmaz. İstənilən zorakılıq cinayətdir. Siz ailədaxili zorakılıqla bağlı problemlərinizi (aylu@azeronline.com) ünvanına göndərə bilərsiniz.







Yüklə 205,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin