I fəsil. Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğində ümummilli liderimiz Heydər Əliyevin rolu


II FƏSİL  İRAN   ƏDƏBİYYATŞÜNASLIĞINDA  NİZAMİ  İRSİNİN ÖYRƏNİLMƏSİ VƏ



Yüklə 7.02 Mb.
Pdf просмотр
səhifə2/9
tarix23.12.2016
ölçüsü7.02 Mb.
1   2   3   4   5   6   7   8   9

II FƏSİL 
İRAN   ƏDƏBİYYATŞÜNASLIĞINDA  NİZAMİ  İRSİNİN ÖYRƏNİLMƏSİ VƏ 
TƏDQİQİ. 
Demək lazımdır ki,  ədəbiyyatşünaslıq elmi yeni elmlər siyahisinə daxildir. Iranda 
Nizamiyə diqqət çox böyükdür. Onu demək kifayətdir ki, 600 nəfər müəllif Nizamidən 
yazmış, onun əsərlərini təhlil etməyə çalışmışlar. Bu alimlər içərisində V.Dostgerdi, 
S.Nəfisi,  Ə.Şəhabi, M,Sərvət,  Ə.Zərrinkub, B.Zəncani, S.Həmidi və başqalarını 
göstərmək olar. Göstərilən alimlərin Nizaminin öyrənilməsi, tədqiqi və  təbliğində 
əvəzedilməz əmək və zəhmətləri vardır. Digər tərəfdən Nizaminin şair kimi dahiliyi və 
əsərlərini farsca yazmasını da nəzərə alsaq, maraq dairəsinin nə  dərəcədə    geniş 
olacağına  şübhə yeri qalmır. Ancaq onu da demək lazımdır ki, İran mütəxəssislərinin 
Nizamiyə fars prizması ilə baxılmasının da əsas səbəbi onun fars dilində yazılmasıyla 
əlaqədardır. Bir çox müəlliflərin  əsərlərində  hətta,  internet səhifələrində buna rast 
gəlirik. Baxmayaraq ki, Nizaminin Gəncədə doğulmasını heç bir ədəbiyyatşünas inkar 
etmir, lakin yeri gəldikdə onu farslaşdırma meylləri özünü göstərir. 
   Azərbaycan  ədəbiyyatşünasları M.Rəfili, H.Araslı, A.Rüstəmova, R.Əliyev sübut 
etmişlər ki, Nizami məhz Azərbaycan şairidir. M.Ə.Rəsulzadə isə fakt, arqument, sübut 
və dəlillərlə bunu bir daha təsdiq etdi. 
    Digər tərəfdən  onu vurğulayaq ki, İran ədəbiyyatı çox qədim köklərə  malik dünya 
ədəbiyyatının  ən parlaq bir hissəsidir. Heç təsadüfi deyil ki, bu ədəbiyyat Firdovsi, 
Xəyyam, Ənvəri, Sədi,Hafiz, Şəhriyar kimi sənətkarları dünya ədəbiyyat səhnəsinə  bəxş 
etmişdir. 
         Əgər Firdovsi bu ədəbiyyatın bünovrəsini qoymuşsa, Xəyyam öz fəlsəfəsi ilə 
bəşəriyyəti mat qoymuş, Sədinin öyüd və nəsihətlərini demək olar ki, dünyada bilməyən 
insan yoxdur. 
       Hafiz  kimi  qəzəlxan hələ yetişməmişdir. Müasir İran  ədəbiyyatının görkəmli 
nümayəndəsi Şəhriyar isə dünyaya səs salmışdır. 

24 
 
 
    Sadaladığımız bu şairləri yetişdirən torpaq, heç şübhəsiz ki, ədəbiyyat və 
ədəbiyyatşünaslıq  sahəsində inkişaf etməli idi. 
       Iran ədəbiyyatşünaslığından danışarkən demək lazımdır ki, hələ orta əsrlərdən bu iş 
öz təşəkkülünü tapmışdır. Bir çox təzkirəçilər bu barədə öz fikirlərini ifadə etmişlər. Az 
da olsa bizim əlimizdə olan məlumatlara görə məşhur təzkirəçi Dövlət Şah Səmərqəndi 
ədəbiyyatşünaslıqdan xəbər verir. Lakin ədəbiyyatşünaslığın ayrıca bir elm sahəsi kimi 
inkişafı XIX əsrə təsadüf edir. Bu zərurət İran əhalisinin ədəbiyyata həddindən çox meyl 
etçəsiylə  əlaqədardır. Iranda elə bir insan tapmaq olmaz ki, Firdovsi, Xəyyam, Sədi, 
Hafiz və  Şəhriyardan bir neçə beyt əzbərdən bilməsin.  Şeirə olan maraq 
ədəbiyyatşünasların yetişməsinə zəmin yaratdı. Belə demək mümkünsə, bu qədər oxucu 
kütləsi qarşısında yüzlərcə şair və yazıçısı olan bir ölkədə mütləq ədəbiyyatşünaslar da 
olmalı, onlar nəyi oxuyub, necə təhlil etməyi millətə izah etməlidirlər. 
     Irana  şəxsi səfərlərim zamanı bunun bir daha şahidi oldum. Tehranda 
 
“İnqilab”meydanında dörd yol ayrıcında  onlarla kitabxanalar mövcuddur ki, bu satış 
mərkəzlərində istənilən  şair və yazıçıların  əsərlərini tapmaq mümkündür. Kitab 
mağazalarında alıcı izdihamı hökm sürür. 
   Nizamiyə gəldikdə isə, dahi şairin farsca yazması və dünyada heç bir şairlə müqayisəsi 
mümkünsüz görünməsi buna təkan vermiş və zəmin yaratmışdır. Demək yerinə düşər ki, 
İranda 600 nəfər Nizami əsərlərinə və onun təhlilinə vaxt ayırmışır. Nəticədə şairi bizə 
məhz onlar daha yaxşı tanınmışlar. Bu sahədə İran ədiblərinin rolu  danılmazdır. 
    Ədəbiyyat haqqında elm “ Ədəbiyyatşünaslıq” adlanır. Onun sahələri:  ədəbiyyat 
nəzəriyyəsi,  ədəbiyyat tarixi və  ədəbi tənqiddən ibarətdir
1
 .  Azərbaycan 
ədəbiyyatşünaslığının  əsası  qədimlərə söykənsə  də, inkişafının yüksək mərhələsi 
M.F.Axundovun, daha sonra isə F.B.Köçərlinin adı ilə bağlıdır. 
 
1. Xəlilov P. Ədəbiyyatşünaslığın əsasları, Bakı, 1963 səh.4 

25 
 
 
    M.F.Axundovun ədəbiyyat haqqındakı fikirləri indi də öz əhəmiyyətini itirməmişdir. 
F.B.Köçərli isə minlərcə  zəhmət bahasına II cilidlik “Azərbaycan  ədəbiyyat tarixi” 
kitablarını  yazmaqla bu sahədə misilsiz iş görmüşdür. 
     Klassik  ədəbiyyatda XI əsr Qətran Təbrizidən başlayan  ədəbiyyat sonralar “Divan 
ədəbiyyatı” adıyla məşhurlaşır. Füzuli və Saib Təbrizi dövründə (XVI-XVII əsr) özünün 
yüksək inkişaf dövrünə qədəm qoyur. 
    Əgər  ədəbiyyatşünalığın daha qədim dövrünə  nəzər salsaq görərik ki, Antik Yunan 
ədəbiyyatının yetişdirdikləri dahi şəxsiyyətlər Homer, Sofokl, Esxil, Aristofan, Evripid, 
Pifaqor, Heraklit,  Demokrit, Sokrat, Platon , Aristotel kimi nəhəng dühalar məhz bu 
dövrdə yetişmişlər və dünya elminə böyük tövhələr vermişlər. Adları çəkilən bu alimlər 
filosoflar olsa da “Poeziya haqqında” çox dəyərli fikirlər söyləmişlər
1

        Azərbaycan intibah dövrü sənətkarlarından X.Şirvani, M.Gəncəvi və Nizami 
Gəncəvi intibahın nəticəsində yetişsələr də, özləri də intibaha böyük tövhələr vermişlər. 
Xüsusilə Nizaminin bu sahədə  əcvəzedilməz rolu vardır. O, həm ictimai fikir, həm 
poeziya və həm də fəlsəfi ideyalar tərənnümcüsü kimi şöhrət qazanmışdır. 
    Avropada intibah daha sonralar yaranır və Şekspir, Leonardo da Vinci, Lope de Veqa, 
Servantes kimi sənətkarlar yetişir. 
    Azərbaycan ədəbiyyatşünaslığı əsasən ilk cücərtilərini XI-XII əsrdə Xətib Təbrizi və 
Yusif Xoylu yaradıcılığı Nizami əsərinin  ədəbi-estetik fikrinin yaranmasında möhkəm 
bünövrə olmuşdur. (K.Talıbzadə). 
      Iran  ədəbiyyatşünaslığının formalaşması  və ayrıca bir elm sahəsi kimi fəaliyyəti 
adlarını sadalayacağımız  şair, yazıçı, alim, şərqşünas və  ədəbiyyatşünasların böyük 
zəhməti vardır. Nizami onlar üçün məbəddir. 
 
 
 
1.Əlimirzəyev X.Ədəbiyyatşünaslığın elmi-nəzəri əsasları, Bakı, 2008. Səh. 30 
 

26 
 
 
1. Böyük alim Vəhid Dəstgerdi 
Iran ədəbiyyatşünaslığında Nizami əsərlərini, şairin doğum, ölüm, yaşadığı yer, dövrü və 
məfkurəsi haqqında  ən dəqiq məlumatları  məhz Vəhid Dəstgerdi vermişdir.  Ədibin 
yeddinci dəftərindəki yazıları  məqalələr  şəklində  “Ərməğan”  jurnalında  nəşr 
olunmuşdur. Müəllifin özünün yazdığına görə o, 30 il ömrünü Nizami yaradıcılığına  
sərf etmiş, “Xəmsə”ni 100 dəfədən artıq oxunmuş və hər oxuduqda yeni mətləblər kəşf 
etmişdir
1

      V.Dəstgerdinin bu qədər Nizamiyə diqqəti İran şahı Rza şah Pəhləvinin fikrini cəlb 
etmiş və o alimin Nizami haqqındakı yazılarının dərc edilməsinə sərəncam vermişdir.   
    Ilk  olaraq  Nizami  şeir, qəzəl, məsnəvi, rübai sahəsində, daha sonra “Xəmsə” ustadı 
kimi tanınmağa başlanır. 
    Iran ədəbiyyatşünaslığının inkişafı ilə əlaqədar olaraq Nizami daima ön sırada durur. 
Lakin V.Destgerdi bəzən onu Fars-İran  şairi kimi göstərir
2
. Bununla heç cür barışmaq 
olmaz. Əvvəla müəllif özü göstərir ki, Nizami Gəncə torpağının yetişdirməsidir. Şair bu 
şəhərdə doğulub boya-başa çatmış, buradan kənara çıxmamış,  əsərlərini də bu şəhərdə 
yazmışdır. Tarixi nöqteyi- nəzərdən də Azərbaycan  hökmdarları Atabəylər də  şairə 
böyük ehtiram göstərmişlər. Bəs necə ola bilər ki, Nizami birdən birə fars şairi olsun?. 
Bu fikir qətiyyən öz təsdiqini tapmır. Digər tərəfdən Nizami kimi bir şairi bütün dünya 
xalqları öz sıralarında görməkdən iftixar edərdilər. Görünür V.Dəstgerdi İran şahına, öz 
millətinə xoş gəlsin deyə bu yola əl atmışdır.  
    Bütün bunlara baxmayaraq ustad V.Dəstgerdinin Nizami barəsindəki yazı və fikirləri 
dahi şairin yaradıcılığına verilən qiymət tədqirəlayiqdir. 
     V.Dəstgerdinin araşdırmalarının nəticəsi olaraq Nizami əsərlərinin 8 nüsxəsi ilə tanış 
olmuşuq. Berlin, Badilin,Oksford, İngilistan, Rampur, Kəlküttə, Hindistan və s. yerlərdə  
alimin əldə etdiyi nüsxələr nadir tapıntıdır. 
 
1. Dəstgerdi V. Nizami Gəncəvi, Tehran, 1318 səh. 13 
2. Yenə orada səh. 47 

27 
 
 
 Əlbətdə, hər bir şair yaradıcılığa şeirlə başlayır. Ancaq Nizamini məşhurlaşdırıb dünya 
arenasına  çıxaran onun ölməz “Xəmsə”sidir ki, onu  da ustad V.Dəstgerdi sayəsində 
dahi  şairin  əsərləriylə tanış olmuşlar, onda alimin zəhməti  əvəzedilməz görünür. 
Xatırlatmaq yerinə düşər ki, məhz  
V.Dəstgerdinin sayəsində Nizami əsərlərinin həm farscası, həm də ingiliscəsi bütün 
dünyaya yayılmışdır. 
 
                                       2.  Görkəmli alim Səid Nəfisi. 
 
        Araşdırmalar göstərir ki, Nizami İran  ədəbiyyatşünaslığında XX əsrin birinci 
rübündən başlayaraq elmi şəkildə öyrənilməyə başlamışdır. Buna qədər  şairin ancaq 
ayrı-ayrı  şeir, qəzəl, qəsidələri nəşr olunur, əsərləri haqqında məlumat verilirdi. Lakin 
onların elmi izahları kölgədə qalırdı. XX əsr Nizami yaradıcılığına bir təkan nöqtəsi 
oldu. Bu araşdırmalar içərisində görkəmli İran alimi Səid Nəfisinin böyük rolu vardır. O, 
Nizaminin dövrü, həyatı, mənşəyi haqqında geniş  məlumatlar toplamış  və onları elmi 
şəkildə izah etmişdir. Bu baxımdan  S.Nəfisinin yazdıqları diqqəti cəlb edir. Ona qədər 
ancaq Nizaminin adı  çəkilmiş,  şairin həyatı haqqında qısa məlumat verilmiş,  əsərləri 
mövzusuna səthi toxunulmuşdur. Məhz S.Nəfisinin fədakarlığı  nəticəsində Nizami 
irsinin öyrənilməsi və tədqiqi sahəsi geniş vüsət almışdır
1

     Ümumiyyətlə götürsək İran ədəbiyyatşünaslığının  inkişafında “Ərmağan” jurnalının 
böyük rolu vardır. Müxtəlif  şairlərin elmi şəkildə  əsərlərinin elmi təhlili bu jurnalın 
sayəsində öz əksini tapmışdır. “Ərmağan” jurnalı Nizamişünaslıqda müstəsna rol 
oynamışdır. Çünki, müxtəlif alimlər Nizami haqqındakı  tədqiqatlarını  məhz bu jurnal 
vasitəsiylə geniş oxucu kütləsinə çatdırmışlar. 
      
 
1. S.Nəfisi, Həkim Nizami Gəncəvi,Ərməğan, 5-ci il,51-ci nömrə 

28 
 
 
Səid Nəfisi Tehran universitetinin professoru olmaqla bərabər o, həm Avropa 
şərqşünasları və həm də rus şərqşünasları ilə tanış idi. O, bir neçə dəfə sovet ittifaqına 
gəlmiş, xarici alimlərlə fikir mübadiləsi aparmışdır. 
    Səid müəllim 1335 (1956) ildə Nizaminin lirikasını çap etdirmişdir ki, bu da üç 
əlyazmadan ibarətdir.  
Daha sonra 1339 (1960) ildə Nizami divanını nəşr etdirir. Bu, mükəmməl bir əsər idi
1

Müəllif 3 mənbədən istifadə etmişdir ki, bunlar hələ elm aləminə məlum deyildi.  
    Bununla da Nizami poeziyası izahlı  şəkildə Avropa, rus və fars oxucusuna çatdırıldı. 
Divanda Nəfisi tərəfindən 16 qəsidə, 192 qəzəl, 5 qitə, 14 və 68 rübai verilmişdir. 
V.Dəstgerdi ilə müqayisədə 4 qəsidə, 51 qəzəl və 16 rübai çoxdur. Lakin bəzi yazıların 
təkrarı, yaxud onların müxtəlif variantlarda verilməsi çaşdırıcı xarakter daşıyır. Bu isə 
mətinşünaslıq baxımından çətinlik yaradır. Digər tərəfdən Səid Nəfisi bəzən Nizamini 
İran şairi, fars poeziyasının görkəmli nümayəndəsi kimi göstərməsi ilə razılaşmaq olmaz 
(92 – 276) 
 Nizami  divanının kiçik bir hissəsi Hacı  Məhəmməd Ağa Naxçıvanidən yadigar 
qalmışdır. Professor Ripka isə köhnə  İstanbul nüsxəsinin  əksini çəkərək “Ərmağan” 
jurnalına göndərmişdir. 
      Dünyanın müxtəlif kitabxanalarının rəflərində Nizami divanının  şeir hissələrinin 
olması onu göstərir ki, bu divan mövcud olmuş, ancaq təəssüf ki, indiyə qədər gəlib bizə 
çıxmamışdır. 
       Göstərdiyimiz bu işi Səid Nəfisi davam etdirmiş Nizaminin dünyaya yayılmasında 
çox iş görmüşdür. Nəticədə Nizami daha geniş alanda yer almışdır. 
     Ona da qeyd edək ki, Nizami divanındakı şeirlərin bir hissəsi Saltıkov Şedrin adına 
Sankt-Peterburq  şəhərinin mərkəzi kitabxanasında saxlanılmaqdadır. Bütün bunları 
nəzərə alsaq görərik ki, həqiqətən  Nizaminin tam divan olmuşdur.  
 
1. S.Nəsifi, Nizaminin Qəsidə və Qəzəllər divanı, onun Şərhi, Tehran, 1338. 
 

29 
 
 
Elə fikrimizcə bu şeirlər divanını Nizamişünasların  bir yerə toplamaq vaxtının gəlib 
çatmasını göstərir.  
S.Nəfisinin 1338-ci ildə yazdığı “Asar- o əhval – o divan-e qəsaed-o qəzəliyyat-e Həkim 
Nizami Gəncəvi”  əsəri 316 səhifəlik bir kitabda cəmləşdirilmişdir. Digər tərəfdən  şair 
haqqındakı bilgiləri də ilk olaraq Səid Nəfisi vermişdir.  Şairin anadan olma və ölüm 
tarixi 5-10 il fərqlə göstərilsə də, ailəsi haqda qısa bioqrafik məlumat verilmiş, 
5 dastanını  təhlil etmiş  və mahiyyətini açıqlamışdır. Bütün bunları  nəzərə alsaq Səid 
Nəfisinin Nizami araşdıranlar içərisində xüsusi əməyi olduğu bariz bir şəkildə görünür. 
          
3. Əliəkbər Şəhabi. 
Iran  ədəbiyyatşünasları içərisində V.Dəstgerdi və    S.Nəsifidən sonra üçüncü yeri 
Ə.Şəhabi tutur. O, Tehran universitetinin professoru adına Nizamidən doktorluq işi 
yazdığına görə layiq görülmüşdür.  Ə.Şəhabi Nizami “Xəmsə”sinin təhlilinə geniş yer 
vermiş  və müəyyən mənada onları  aşmağa nail olmuşdur. O, poemalardakı beytlərin 
izahına geniş yer ayırmış  və farsların özü üçün naməlum olan məqamlara aydınlıq 
gətirmişdir. Lakin Ə.Şəhabinin Tehranda nəşr edilən 1350-ci ildəki “Dastanyazan İran 
şairi Nizami” başlığı ilə yazılan kitabı ilə heç cür razılaşmaq olmaz. Əgər özündən 
əvvəlki V.Dəsgerdi Nizamiyə bəzən İran şairi deyirdisə də, onun Gəncəli olduğunu və 
ondan türk qoxusu gəldiyini də etiraf edirdi. S.Nəfisi də ona fars şairi deməkdən 
çəkinmirdisə  də, lakin  Gəncəli olmasıyla sovet şərqşünasları Bertels və Marr ilə 
razılaşırdı. 
     V.Dəstgerdi Nizaminin Qumda anadan olma versiyasını inkar edib, onun sonradan 
mirzələr tərəfindən salınmasını iddia edirdisə  də,  Şəhabi birbaşa Nizamini İran  şairi 
adlandırmaqdan çəkinmir,  əsərinin adından göründüyü kimi və Qum məsələsini də 
açıqca qabardır. Bir halda ki, əksər dünya şərqsünasları Nizaminin Gəncədə doğulduğu, 
oradan kənara çıxmadığı, orada da yazıb-yaratdığı  və  məzarının da Gəncədə olmasını 
təsdiq edirlərsə, belə olduqda Şəhabinin Nizamiyə  İran  şairi deməsi  əsassızdır. Bəzən 
fars idealogiyası özünü göstərir. Hətta,  Şəhabi Nizamini Furdovsi ilə müqayisə edib, 

30 
 
 
üstünlüyü Firdovsiyə verir. Halbuki dünya ədəbiyyatında Nizamiilə müqayisə ediləcək 
hələ elə bir şair yoxdur. Beləliklə biz, Şəhabinin Nizami əsərlərinin təhlilinə və ondan 
doktorluq yazmaq işinə müsbət baxırıq. Ancaq Nizamini farslaşdırmağa yox deyirik. 
Ümumiyyətlə Nizaminin Qumda doğulması versiyası  şərqşünaslar arasında müzakirə 
mövzusu olmuşdur. Nizaminin ilk tədqiqatçısı V.Dəstgerdi göstərir ki, şairin  əvvəlki 
nüsxələrində Qumla əlaqəli beyt olmamışdır. Bu, sonradan salınmışdır,Rus  şərqşünası 
Bertels də bu fikri təsdiq edir. Lakin digər alim Zərrinkub sübut etməyə çalışır ki, 
Nizaminin babası əcəm (fars) tayfasına aiddir və sonradan Gəncəyə köçmüş və Nizami 
Gəncədə anadan olmuşdur. Digər rus şərqşünası Krumski Qum versiyasını əsas götürsə 
də, sonradan Bertelsin təkidi ilə  və Stalinin qorxusundan sözünü geri götürərək: “Bu 
gələcək şərqşünasların işidir” deyir. Çox mübahisə doğuran bir məsələ də Z.Bünyadovla 
bağlıdır. Ziya müəllim bizə  dərs tədris etdiyi üçün biz onu yaxşı tanıyırdıq. Onun da 
Nizaminin Qumda anadan olması yazısı vardır. Dərs zamanı biz o sualı Ziya müəllimə 
ünvanladıq ki, siz bu versiyanı haradan almısınız? Cavabında dedi ki, mən  İran – 
Azərbaycan dostluq cəmiyyətinin sədriyəm.  İran alimləri Nizaminin Qumda 
doğulmasını İranın Qum şəhərinə  aparırdılar. Onlar iddia edirdilər ki, Nizami kimi dahi 
ancaq bizim Qum şəhərində doğula bilər. Mən də  Nizamini Azərbaycana qaytarmaq 
üçün dedim ki, Qum kəndi bizim Qax rayonundadır və Nizami orada anadan olmuşdur... 
     Lakin  sonralar  Nizaminin  yubileyi  ərəfəsində görkəmli  şərqşünaslar R.Əliyev və 
A.Sarovlu Azərbaycan höküməti tərəfindən Qax rayonu Qum kəndinə məsələyə aydınlıq 
gətirmək üçün ezam olunurlar. Qayıdıb gəldikdə onlardan hesabat tələb edəndə cavab bu 
olub ki, Qum kəndi kiçik bir kənddir. Oradakı savadlı insanların sayını barmaqla saymaq 
olar. XII əsrdə Azərbaycanın intibah dövründə orada Nizami kimi bir dahinin yetişməsi 
mümkün deyil. Nizaminin doğma vətəni Gəncədir. Çünki, Gəncə intibah mərkəzi idi və 
Nizami ancaq belə mühitdə yetişə bilərdi. Lakin güman etmək olardı ki, məsələ bununla 
həllini tapmışdır. Ancaq son zamanlar sapı özümüzdən olan baltalar bu məsələni bir 
daha qabardırlar. Təəssüflər olsun ki, Azərbaycanda yaşayan azsaylı xalqların 

31 
 
 
nümayəndələri ləzgi və saxurlar iddia edirdilər ki, Nizami Qum kəndindəndir və demək 
ki, bizə mənsubdur. Əhməd İsayeva və Yunis Nurməmmədov kimi yarımçıq ziyalılara 
biz fakt, arqument, dəlil və sübutlarla cavab vermişik. Görünür  belə yazılara heç 
münasibət bildirib cavab vermək doğru deyil. Artıq Nizaminin 800,840,850 və 870 illik 
yubileylərində  məsələ öz həllini tapmışdır. Dünyanın qəbul etdiyi bir qanunu yenidən 
gündəmə gətirməyə heç  bir ehtiyac hissi qalmır. 
Müasir İran ədəbiyyatşünaslığında Nizami irsinin öyrənilməsi və tədqiqi. 
Nizami mövzusu daima aktual olaraq qalır. Şairin fars dilində yazmasını nəzərə alsaq, 
İranda buna biganə qalan heç bir şair, yazıçı,  ədəbiyyatşünas,  şərqşünas tapmaq 
mümkün deyil. Bunlardan Ə.Zərrinkub, M.Sərvət, K.Əhmədnejad, B.Zəncani, B. Sərvət, 
M.T.Cəfəri və s. göstərmək olar. Elə bu alimlərin səyi  nəticəsində Nizami  dəfələrlə 
nəşr edilib ingilis və fars dillərində bütün dünyaya yayılmışdır. Adama elə gəlir ki, daha 
Nizami haqqında hər  şey deyilmişdir. Ancaq hər beytini təkrarən oxuduqda yeni 
mətləblər meydana çıxır. Sanki, bu, bitməz-tükənməz bir xəzinədir. Maraqlıdır  ki, 
Nizamini öyrədib tədqiq edənlər bir-birini təkrarlamamış, hər kəs öz dərk etdiyi kimi 
izah vermişdir. Iran ədəbiyyatşünaslığında Firdovsi və Nizamidən başqa bu qədər 
tədqiqt əsərinə rast gəlmək mümkün deyil. Digər tərəfdən Nizaminin çox mükəmməl və 
fəsahətli dili də az rol oynamır. 
Doktor Əbdülhüseyn Zərrinkub 
 Dünya ədəbiyyatının mühüm bir hissəsi olan İran ədəbiyyatı zəngin ənənələrə söykənən 
və güclü şairlərə malik olmaqla yanaşı  həm də  dərin köklərə söykənir. Bəzən bu 
ədəbiyyatı farsdilli ədəbiyyatın konteksindən cıxarılıb, fars ədəbiyyatı kimi təqdim 
etməyə çalışırlar. Nəzərə alsaq ki, Rudəki, Cami, Farabi, C.Rumi, Nəvai, Xaqani, 
Məhsəti, Nəsimi, Füzuli kimi nəhəng sənətkarlar fars dilində yazıb yaratmışlar, fars 
dilinin rolu danılmazdır. Lakin adları göstərilən sənətkarların hamsını farsmənşəli qəbul 
etmək olmaz. 

32 
 
 
     Bu nöqteyi- nəzərdən də Nizami də istisna deyil. Ancaq Nizaminin dünya şöhrəti və 
əsərlərini farsca yazması iranlılar tərəfindən illərcə onu fars şairi kimi qələmə vermişlər. 
Hətta, internet səhifələrində yazmaqdan belə  çəkinməmişlər. Müasir İran alim və 
ədəbiyyatşünasları da bu xülyadan əl çəkmək istəmirlər. Dolayısı ilə dünyanın  ən 
görkəmli alimi Ə.Zərrinkub da istisna deyil. Müasir İran  ədəbiyyatşünası Tehran 
universitetinin professoru, Əfqanistan, Hindistan, İsveç və ABŞ-da Oksford 
universitetlərində İran ədəbiyyatından dərs demişdir. 
 Son illərdə daha doğrusu 2004-cü ildə Nizamiyə həsr etdiyi “Gəncə piri və ya utopiya” 
əsəri Gəncə şəhəri, Atabəylər dövləti, Nizaminin həyat və yaradıcılığı, onun məfkurəsi 
haqqında dolğun məlumat verir. Yazılarından hiss olunur ki, Ə.Zərrinkub doğurdan da 
çox güclü alimdir. Lakin Nizaminin mənşəyinə  gəldikdə onun Gəncədə doğulmasını 
təsdiq etsə  də, babasının  İraqdan köçüb Gəncəyə  gəlməsi və burada məskunlaşması 
versiyasını irəli sürür. Halbuki buna heç bir əsası yoxdur. Bizcə bu  məsələ elə ehtimal 
olaraq da qalacaqdır. 
   Bütün  bunlara  baxmayaraq  Zərrinkub Azərbaycan, Gəncə, o  dövrün tarixi 
şəxsiyyətləri, Nizaminin həyat, yaradıcılığı, məfkurəsi, hansı dinə inanması  və  əsərləri 
barədə çox müfəssəl məlumat verir. “Xəmsə”si haqqında olduqca gözəl təhlil 
aparmışdır. Yazdıqlarından da məlum olur ki, kim pir tapmaq istəyirsə  də, Gəncədə 
Nizaminin ətəyindən yapışsa kifayətdir. 
  
Ancaq 
yazılanlarında bir qədər utopiya olduğuna işarə vurur. Bununla belə tarixi 
hadisələrin və  şəxsiyyətlərin yaşadığı dövrləri Nizaminin doğru yazdığına görə  şairə 
minnətdarlıq edir. Ə.Zərrinkub Nizamini  fars ədəbiyyatının   incisi adlandırılması  və 
Firdovsi qədər sevilməsini  vurğulayır. Əlbətdə , bu fikir öz-özlüyündə çox qiymətlidir. 
Ancaq Nizamini fars ədəbiyyatı daxilində verib, Azərbaycan şairi kimi göstərməməklə 
biz, heç cür razılaşa bilmərik. Bu sahədə bizim də günahımız az deyildir. Biz, Nizaminin 
800 illik yubileyinə  qədər ondan heç söhbət açmamışıq.  İran  ədəbiyyatşünasları isə 
Nizami ilə ciddi məşqul olub onun fars və ingilis dillərində bütün dünyaya yayılmasına 
səbəb olmuşlar. 

33 
 
 
      Indi  bu  nəticəyə  gəlmək olur ki, biz daha çox çalışmalı, dahi şairin 900 illik 
yubileyində bu tilsimi sındırmalıyıq. Bunun üçün orta və ali məktəblərdə xüsusi Nizami 
dərsləri, Nizami mərkəzləri, Nizami ensiklopediyası yaratmalıyıq.  Əks halda biz, bu 
sahədə İranlıları keçə bilməyəciyik. Demək lazımdır ki, AMEA Nizami adına Ədəbiyyat 
İstitutu bu sahədə xeyli iş görmüşdür və hazırda da bu işlər davam etdirilir. 2013-cü ildə 
şairin vətəni Gəncə  şəhərində AMEA  Gəncə bölməsində Nizamişünaslıq  şöbəsi 
yarandı. Lakin 1 il vaxt keçməsinə baxmayaraq adı çəkilən İnstitutda 1 nəfər də olsun 
şərqşünas, fars dilini bilən mütəxəssiz yoxdur. Görəsən Zərrinkub kimi alimin qarşısında 
bunlar necə cavab vereceklər?. Əgər bu yarımçıq mütəxəssislər Azərbaycanca yazılmış 
tərcümələrdən istifadə edib, qabağa getmək fikrindədirlərsə də, bu, yerində saymaqdan 
başqa bir şey deyildir. Belə gedərsə, biz heç bir müvəffəqiyyətdən danışmağa cürət 
etməyəciyik. Nizami bizimdir deməklə məsələ həllini tapmır, gərək elmin yüksək ola. 
Mənsur Sərvət 
Nizami  əsərlərində hikmət xəzinəsi, çox yaxşı haldır ki,  İran alimlərinin yazdığı elmi 
araşdırmalar bir-birini təkrarlamır. Nizamiyə  hər bir alimin öz yanaşması vardır. Belə 
alimlərdən biri də  Mənsur Sərvətdir. Müəllif öz tədqiqaqıtını “Nizaminin hikmət 
xəzinəsi” adlandırmışdır. 
     Müəllif belə qərara gəlir ki, Nizamiyə müraciət etməyi əbəs deyil, çünki, onda eşq, 
əxlaq, nəsihət və ağıl insanı gözəlliyə aparır. Hətta, insan bunlardan birini götürüb əməl 
etsə, yenə böyük həzz alar. Nizami əsərlərini təhlil edərkən iki fikrə gəldim: 
 əvvələn özümdən soruşdum ki, Nizamiyə nə üçün “həkim” deyirlər?. 
    Əsərlərini araşdırdıqdan sonra anladım ki, o yeni eşq, fəlsəfi fikir, ağlın gücü və 
hikmətinə görə bu ləqəbi almışdır. 
      Ikincisi  odur  ki,  Nizami  fars  ədəbi dilində o qədər gözəl yazmışdır ki, onu dərk 
etməmək mümkün deyil. Bu rəvan dil onu Sədi, Hafiz, Mövlana,Firdovsi Xəyyam və  
 
1. Sərvət Mənsur, Nizami Əsərlərinin ictimai və siyasi tarixi, Tehran, 1378, səh. 71 
 

34 
 
 
başqalarından fərqləndirmişdir, Nizami dünya xalqları  və onların mədəniyyətləri 
haqqında o qədər məlumat verir ki, bu da hər kəs üçün maraqlıdır. Mənsur Sərvət 
araşdırmalarında diqqəti cəlb edən fikir ondan ibarətdir ki, o, Atabəy Məhəmməd  İbn 
Eldəgizin İran, İraq və Azərbaycanda möhtəşəm bir dövlət yaratdığını bütün tarixləri ilə 
göstərir. Səlcuqlar ərazi baxımışdan 18 bölgəyə ayrılırlar
1

     Lakin bütün İran ədəbiyyatşünaslarında olduğu kimi Mənsur Sərvət də yeri gəldikdə 
Nizamiyə fars prizması ilə yanaşmış, onu fars ədəbiyyatının  ən yüksək  şairi kimi 
göstərmişdir. 
    Müəllif bir tərəfdən Nizaminin türk olmasına şübhə etmir, əsərlərində ən çox Atabəy 
və Eldəgizlərdən danışdığını göstərir. Ancaq fars şairi kimi qələmə verməsi məntiqlə 
uyğun gəlmir
2

     Onu qeyd etmək lazımdır ki, iran mütəxəssilərində bu ənənə indiyə qədər davam edir. 
Ona görə də  Azərbaycanda Nizamidən daha çox yazıb araşdırmaq zamanıdır. III fəsildə 
bu əsərlərin tərcümələrini verməyi vacib hesab edirik. 
      Təhlilin sonunda Mənsur  Sərvət belə  qərara gəlir ki, dünyada elə bir şair, yazıçı, 
mütəfəkkir, filosof olmaz ki, heç olmasa cüzi səhv etməmiş olsun. Nizami də istisna 
deyil. Ancaq onun yazdıqları qarşısında bunlar zərrəcikdir. Müəllifin fikrincə 
aşağıdakılara nəzər salmaq lazımdır: 
1.  Nizami bütün tarixi faktları olduğu kimi verməmişdir. Iskəndər  Azərbaycana 
gəlməmişdir. 
2. İslamda olan bəzi dini ayinlər Xristianlıqda yoxdur. Məs: kənizin İskəndərin əlinə su 
tökməsi. Bu, Məsihidə yoxdur. 
3. Nizamidə həyatla din arasında bəzi anlaşıqsızlıqlar var. 
4. Nizami xürafata inanmasa da, hekayələrində buna rast gəlirik. 
5. Nizami son əsərinin axırında tələskənliyə yol vermişdir. Bu da qocalıqla əlaqədardır. 
     
2. Yenə orada, səh. 86 
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə