I fəsil. Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğində ümummilli liderimiz Heydər Əliyevin rolu



Yüklə 7.02 Mb.
Pdf просмотр
səhifə3/9
tarix23.12.2016
ölçüsü7.02 Mb.
1   2   3   4   5   6   7   8   9

Doktor Kamil Əhmədnejad 
Nizami Gəncəvi əsərlərinin təhlili 
     Fars dilinə bələd olanlar arasında Nizami əsələri çox məşhurdur. Nizami ilk şairdir 
ki, “Leyli və Məcnun” dastanını nəzmə çəkmişdir. “Yeddi gözəl” əsəri ədəbiyyatda yeni 
bir mərhələnin açılışıdır. Müəllif Nizamini Firdovsi ilə müqayisə edərək göstərir ki, 
Fərhad surəti  Firdovsidə ötəri verilirdisə də, Nizamidə əsas surətlərdən birinə 
çevrilmişdir. “İskəndərnamə” əsəri ilə Nizami bir ağıl dəryası kəşf etmiş, antik və öz 
dövrünün alimlərindən bəhs etmiş və hikmət dünyası yaratmışdır
1
.  
    Doktor Kamil qeyd edir ki, Nizami dövründə Arran və Azərbaycandakı şairlərin heç 
bir məqsədi yox idi, ancaq saray şairləri olaraq şahlara tərif yazırdılar. Bu sahədə 
Nizami onların hamısından qabağa getmiş oldu

.  
     Digər ədəbiyyatşünaslar kimi Kamil Əhmədnejad da Nizami əsərlərinin təhlilinə çox 
yer ayırmış və bir qayda olaraq İran ədəbiyyatşünasların hamısı Vəhid Dəstgerdini 
özlərinə “ustad” seçmişlər. Lakin qeyd edilməlidir ki, bu müəlliflər ustalarını təkrar 
etməmiş,əsərləri təhlil edərkən öz şəxsi fikir və mühazirələrini söyləmiş, yeni faktları 
göstərmişlər.  Ancaq bir məsələ bu müəlliflərin fikrində hakim olaraq qalmış ki, 
Nizamini fars şairi kimi göstərsinlər. 
     Bizim fikrimizcə bu, xülyadan başqa bir şey deyildir. Nizaminin  Gəncədən kənara 
çıxmaması və əsərlərini kimə ithaf etməsi, daha sonra İskəndər kimi böyük sərkərdəni 
Azərbaycana gətirməsi məsələləri şairin öz torpağına vurğunluğu və vətənpərvliyi ilə 
əlaqədardır. Hər halda Nizami əsərlərinin təhlilinə görə biz İran alimlərinə hörmətlə 
yanaşırıq. 
 
1. Doktor Kamil Əhmədnejad, Nizami Gəncəvi əsərlərinin təhlili, Tehran, 1376, səh.51. 
2. Yenə orada səh.52 

36 
 
 
Doktor Barat Zəncani 
Müəllif 2008-ci ildə Nizami “Xəmsə”sindəki ilk dastan “Sirlər xəzinəsi”ni şərh etmişdir. 
Nizaminin doğum və ölüm tarixləri ayrı-ayrı alimlər tərəfindən müxtəlif cür göstərilir. 
1.Ripka və Bertels hicri 535 təvəllüdünü. 
2. Məctəbi Minuri 533-540 arası. 
3. V.Dəstgerdi 533-540 arası. 
4. Minureski 541-541 arası. 
5. Darab xan 540. 
6. Məhəmməd Moin 542-543. 
7. Doktor Zəbihulla Səfa 530. 
8. Doktor Şəhabi 530-540. 
9. Mirabbas Bağırzadə 520. 
Nizaminin ölüm tarixi 
1. Təzkirəsi Dövlətşah Səmərqəndi 576. 
2.Qəzvini 590. 
3. Hacı Xəlifə 596-597. 
4. Bertels və Ripka 599. 
5. Şəbli 599. 
6. Doktor Şəfa 589. 
7.  Doktor Məhəmməd Moin 614. 
8. Vəhid Dəstgerdi 600-602. 
9. Müxtəlif təzkirəçilər 576,586,596,597,602,606 yazırlar. 

37 
 
 
    Ayrı-ayrı müəlliflərin yazdıqları tarixləri nəzərə alaraq Nizaminin XII əsrdə yaşayıb-
yaratdığı  şübhə doğurmur. Digər tərəfdən  Nizami Azərbaycanın qədim  şəhərlərindən 
biri sayılan Gəncə torpağının yetişdirməsi olması öz təsdiqini avtomatik surətdə tapmış 
olur.  ədəbiyyatların hamısında  şərqşünaslar bu fikri vurğulamışlar. Məzarının da 
Gəncədə olması buna əyani sübutdur. Lakin İran alimləri “İran  ədəbiyyatı tarixi” 
kitablarında nədənsə Nizamini fars şairləri sırasına salmışlar


     Bizim fikrimizcə bununla heç cür razılaşmaq olmaz. Ona görə ki, fars dilində yazan 
şairlərin hamısını  “İran, fars şairi” adlandırmağa  əsas yoxdur. Bu hal təkcə Nizamidə 
deyil, C.Rumidə də özünü göstərmişdir. 
   Ancaq  Azərbaycan alimləri də boş oturmamalı, elmi dəlillərlə bu fikirləri alt-üst 
etməlidirlər. Barat Zəncani Nizaminin divanı olduğunu təsdiqləyib göstərir ki, şairin 
divanında olan qəzəl, qəsidə, qitə  və rübailər tam əlimizə  gəlib çatmamışdır. Onun 
müxtəlif hissələriniu Mançestr, Oksford, Kəlküttə, Rampurda və Leninqradda 
mövcuddur. Bu sahədə V.Dəstgerdi, 1928-ci ildə müəyyən məlumatlar vermiş  və 
nümunələr vermişlər. Ancaq təəssüf olsun ki, Nizami divanı indiyə  qədər tam şəkildə 
əldə  edilməmişdir. 
   Nizaminin  özünün  də  İrana və fars dilinə böyük rəğbəti olmuşdur. Bunu İran 
Şahlarından istifadə etməsi və fars dilinin bütün məna çalarlıqlarından istifadə etməsini 
aydınca görürük. 
   Barat    Zəncani tərəfindən acıqlanan Nizami “Xəmsə”si Nizamişünaslıqda irəliyə 
atılmış bir addımdır. Lakin onun Nizamiyə Azərbaycanlı kimi yanaşmaması ilə 
barışmaq olmaz. 
 
 
 
 
 
 
1. İran ədəbiyyat tarixi, Tehran, 1330, səh. 42. 

38 
 
 
Bəhruz Sərvət 
Nizami “Xəmsə”sinin yenidən işlənib, nəşr edilməsinin əhəmiyyəti. 
    Iran  ədəbiyyatşünasları arasında son dövrlərdə Nizami irsinin öyrənilməsi və 
tədqiqində çox böyük əməyi vardır. Müəllif, 1363-1379-cu illərdə Nizami əsərlərini 
yenidən təhlil edərək nəşr etdirməyə nail olmuşdur. B.Sərvət bugünə  qədər Nizami 
əsərlərini təhlil edən nə qədər alimlər varsa, onların yazıları ilə tanış olmuş, digər Şərq 
və Avropa müəlliflərinin Nizami əsərlərinə münasibətlərindən faydalanmışdır. Alim, hər 
bir müəllifin yazılarına xoş münasibətlə yanaşmış, onlara xüsusi rəğbət bəsləmişdir. 
Lakin müasir dövrün tələblərini nəzərə alaraq daha geniş  və müfəssəl  şəkildə Nizami 
poemalarını açmağa müvəffəq olmuşdur. 
    Ancaq Nizamini fars ədəbiyyatının ən uca zivəsində dayandığını söyləyən ədib, onu 
farslaşdırmaqdan yan keçməmişdir. Bizə elə gəlir ki, İran ədəbiyyatşünaslığında bu hal 
ümumi bir bəlaya çevrilmişdir. Görünür onlar bu ənənədən əl çəkə bilməyəcəklər, ta o 
vaxta qədər ki, biz onlardan daha çox yazıb Nizamini dünya ictimaiyyətinə çatdıra bilək. 
     Son  illərin məhsulu olan Səid Həmidinnin 2011-ci ildə yazdığı  və  nəşr  etdirdiyi 
“Nizami Gəncəvinin 5 poeması” kitabında müəllif yeni çalarlardan bəhs etsə də, açıqca 
bu  əsərin Vəhid Dəstgerdinin yazdıqları  əsasəında tərtib edildiyi göstərilir. Demək, 
Nizaminin İran şairi, fars ədəbiyyatının önündə gedən sənətkarı fikirləri gündəmdə qalır. 
Bizə elə gəlir ki, bu ənənəni onların şüurundan çıxarmaq üçün çox çalışmalıyıq. 
Ustad Məhəmməd Tağı Cəfəri 
Nizami Gəncəvi şeirlərində hikmət, irfan və etik mövzular. 
     Ipək yolunun üstündə duran qədim Gəncə  şəhəri XII əsr Azərbaycan intibahının 
mərkəzi,  şeir, sənət ocağı, ipək, xalça, dulusçuluq, dəmir karxnaları ilə  məşhur idi. O 
zaman Şəddadilərin hökmranlıq dövründə təsadüf edirdi. Qətran Təbrizi öz qəsidələrini 
burada yazırdı. Bu dövrdə Xaqani Şirvani, Fələki Şirvani kimi şairlər meydana çıxmışdı. 

39 
 
 
Bu  şairlərin  əksəriyyəti saray mühitini və ordakı  şahlara tərif yazmaqla məşqul idilər. 
Yalnız Xaqani buna etiraz edərək oranı  tərk etmişdir. Nizami isə açıq-açığına saray 
qulluğunda  dayanan şairlərə nifrət edib şahlara mədh yazanlara gülürdü. Cəsarətlə 
şahları doğru yola dəvət edir, şairləri isə  əsl həyatı görməyə  və  hər  şeyi real yazmağa 
çağırırdı.  
Bu qarın otaran duzsuz şairlər, 
Sayəmdə dünyanı basıb yedilər. 
Şikarı tutmağa aslan gərəkdir, 
Tülkünün işi də müftə yemekdir. 
Əlimin muzdu ilə dolanıram mən, 
Cəlalım yaranır söz xəzinəmdən. 
Şahlar məclisindən kənar ol, kənər, 
Pambıq od görəndə alışıb yanar. 
Nizaminin sevimli anları Afaqla yaşaması, kədəri onu itirməsi olmuşdur. 
Şair “Xosrov və Şirin” dastanında buna toxunur. 
Əğyara qəzəbli, mənə mehriban, 
Könül yoldaşımdı o nazlı canan. 
Nizaminin müəllif olduğu “Sirlər xəzinəsi”, “Xosrov və  Şirin”, “Leyli və  Məcnun” və 
“İskəndərnamə” əsərlərində aşağıdakı  mövzular diqqət  mərkəzindədir. 
1. Dini-fəlsəfi dünyagörüşü 
2. Məntiq 

40 
 
 
3.Məhəbbət mövzusu və ilahi eşq (irfan) 
4. Nəsihət 
5. Zülmə qarşı mübarizə 
6.Elmi mövzular 
7. Əxlaq və etik normalar. 
Nizami hər  şeyi açıq ifadə edən, bədii dildə onu birbaşa deyən sənətkardır. Bütün 
əsərlərində biz, bunun şahidi oluruq. 
   Ustad Məhəmməd Tağı Cəfəri, Nizami hikmətini o qədər gözəl açmışdır ki, orada 
hikmət, irfan, əxlaq, nəsihət bir-birini tamamlamış, elə bir  əlaqə yaratmışdır ki, mədhə 
ehtiyac qalmamışdır. Şairin bütün müraciətlərinin başlanğıcında allah durur. 
                                    O, Hökmü hakimiyyəti aşkar
Hikməti gizli olan Allahdır. (İqbalnamə 468) 
          Beləliklə, 
İran mütəxəssislərinin Nizami Gəncəvi haqqındakı elmi 
araşdırmalardan aydın olur ki, Nizami onlar üçün bitməz-tükənməz bir xəzinədir. Bu 
xəzinədən hələ çoxları faydalana bilər. Həqiqətən də Nizamini hər dəfə oxuyanda yeni 
bir mövzu özün üçün kəşf edirsən.  Şairin dahi, mütəfəkkir, filosof, şeyx və  həkim 
adlarını özündə cəmləşdirməsi də məhz bununla əlaqədardır. 
          Onu  qeyd  etmək lazımdır ki, indiyə  qədər elmi iş kimi “Nizami İran 
ədəbiyyatşünaslığında” mövzusuna aid  bir namizədlik dissertasiyası yazılmışdır. 1990-
cı ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Gülçin xanım Hüseynova 
göstərilən mövzuya toxunmuşdur onu müvəffəqiyyətlə müdafiə edib filologiya elmlər 
namizədi dərəcəsinə layiq görülmüşdür. Əslində Gülçin Xanım hər cür tərifə layiqdir ki, 

41 
 
 
belə bir çətin mövzunun öhdəsindən gəlmişdir. Çünki, Nizami yaradıcılığı çox 
genişəhatəli bir mövzudur. Iran ədəbiyyatşünaslığından və Nizamidən söhbət gedirsə, 
müəllif mütləq fars dilini bilməlidir. Bu baxımdan dissertant ikiqat əziyyət çəkməlidir 
ki, bunun da öhdəsindən Gülçin Hüseynova məharətlə gəlmişdir. Mən, Gülçin xanımın 
yazdığı dissertasiya işi və avtoreferatı ilə tanışam. Aydındır ki, hər bir dissertasiya işi 
xeyli zəhmət tələb edir. Mən özüm də bu əziyyətləri görüb Gülçin xanıma qibtə edirəm. 
Nizami İnstitunda yazılan bu elmi mövzu AAK-nın bütün o zamankı tələblərinə uyğun 
yazılmışdır. 
    Lakin bundan artıq 24 il ötür. Indi təlimatlar, göstərişlər, fərmanlar dəyişdirilmiş, yeni 
bir mərhələyə qədəm qoyulmuşdur. Belə ki, indi dissertant xarici dövlətlərin heç olmasa 
birində mövzuya aid bir elmi məqalə çap etdirməlidir. Kitab və monoqrafiya yazmalıdır. 
    Yuxarıda sadaladığım bu göstəricilərin hamısı tərəfimdən yerinə yetirilmişdir. Əlavə 
olaraq 20 məqalə yazılmışdır. Çox böyük məsuliyyət hissi ilə məsələyə yanaşmışam. 
    Üç  xarici  dövlətdə (Qazağıstan,Rusiya və Türkiyədə) məqalələrim çıxmışdır. On iki 
məqaləm Azərbaycanın müxtəlif elmi təşkilatlarında nəşr edilmiş, 1 monoqrafiya 2 kitab 
və Fars dili dərslik kitabım, 10 minlik Farsca-Azərbaycanca lüğətin müəllifi kimi onu 
TQ üzrə DK-na təqdim etmişəm.  
      Bütün  bunlar  əlbətdə, Gülçin xanımda yoxdur. O, ancaq 4 konfrans məqaləsiylə 
kifayətlənmişdir. 
      Digər tərəfdən mən 600 nəfər  İran müəlliflərinin  əsərlərinin Nizami haqqındakı 
kitabiyyatını göstərmişəmsə, Gülçin Hüseynovada ancaq 10 müəllifdən söhbət açılır. 
       Iran  ədəbiyyatşünaslarının ancaq Gülçin xanım 5-6 nəfərini  əsas götürüb 
açıqlayırsa, məndə onların sayı 15-dir. 

42 
 
 
     Gülçin  Hüseynova  İran  ədəbiyyatşünaslarının 1 əsərini belə tam Azərbaycan dilinə 
tərcümə etməmişdir. Mən isə 8 əsəri dilimizə tərcümə etmişəm ki, dissertasiyaya baxan 
hər bir şəxs üçün aydın olsun ki, İran alimləri Nizamidən nə? və necə ? yazmışlar. 
     Ümid edirəm ki, mənim bu sahədə çəkdiyim zəhmət hədərə getməyəcəkdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

43 
 
 
III FƏSİL 
TANINMIŞ İRAN ƏDƏBİYYATŞÜNASLARININ NİZAMİ HƏYAT, 
YARADICILIĞI VƏ ƏSƏRLƏRİNƏ AİD YAZDIQLARI ELMİ 
ARAŞDIRMALARIN BƏZİ TƏRCÜMƏLƏRİ. 
 
       Nizami irsinin daha dərindən öyrənilməsi və tədqiqi üçün İran alim və 
ədəbiyyatşünaslarının yazdıqları elmi əsərlərin tərcüməsini bilmək çox vacibdir. Ona 
görə ki, digər xalqlara nisbətən iranlılar fars dili dövlət dili olduğundan Nizamini daha 
yaxşı baş düşürlər. Bu baxımdan hesab edirik ki, bu əsərlərin Azərbaycan dilinə 
tərcüməsi vacibdir. 
Vəhid Dəstgerdi. Nizaminin Xəzinəsi. 
  
Dünya  ədəbiyyatı tarixində Nizami Gəncəvini bu qədər sevən və onu təbliğ edən 
ikinci bir adama rast gəlmək mümkün deyil.  
Söhbət böyük İran alimi Vəhid Dəstgerdidən gedir. Bu böyük alim ömrünün 30 
ilini Nizami yaradıcılığına sərf etmiş və onu hamıdan yaxşı açmağa müvəffəq olmuşdur.  
Nizaminin həyatı, dövrü, əsərləri haqqında  ən dəyərli məlumatları  məhz 
V.Dəstgerdi vermişdir.  
Onun yeddinci dəftərdəki elmi məqalələri “Ərməğan” jurnalında çap olunmuşdur. 
Bu məqamlar Nizami yaradıcılığına bələd olmaq istəyənlər üçün çox faydalıdır. 
V.Dəstgerdi Nizamini 100 dəfədən çox oxuyub araşdıran alimdir. Elə  “Ərməğan” 
jurnalındakı silsilə yazıları bunu təsdiq edir. Qəribə orasıdır ki, o, hər dəfə yeni fikirlər 
tapmışdır.  
Biz də yuxarida deyilənləri nəzərə alaraq böyük alim V.Dəstgerdinin 7 dəftərindən 
toplanmış Nizami Gəncəvi haqqındakı elmi məqalələri araşdırmağa çalışacağıq. 
Pak allahın adıyla.  
Alihəzrət Rza şah Pəhləvi Nizami əsərlərinin çap olunması üçün şərait yaratdı. 
Əslində bu dünya şöhrətli  şairin  əsərlərinin yayılması elə dünyanın özünün iftixarıdır. 

44 
 
 
Biz bu yeddi dəftərdə  cəmləşdirdiyimiz elmi və  bədii yazıları  “Ərməğan” jurnalında 
ərməğan edə bildik. Nəticədə həkim Nizaminin şeir, qəzəl, qəsidə aləmilə tanış olmaq 
imkanı əldə etdik.  
Bir neçə xatırlama.  
Axtarışlar nəticəsində Nizami əsərlərinin 8 nüsxəsini əldə edə bildik. Bu nüsxələr 
dünyanın müxtəlif kitabxanalarından götürülmüşdür. Berlin, Badilin, Oksford, 
İngilistan, Rampur, Kələküttə, Hindistan və s. toplanmışdır.  
Baxer və Ripkanın yazılarını da əlavə edib bir gül çələngi düzəltmişik.  Əlbətdə 
onları bir yerə toplayıb kamilləşdirmişik.  
Nizamilər məsələsinə  gəlincə o dövrdə onların sayı istənilən qədər idi. Köhnə 
təzkirələrdən onlardan bir neçəsini xatırladaq: Nizaməddin Qəməri, Nizam Esterabadi, 
Nizami Cami, Nizam Buxarayi, Nizami Əruzi, Nizami Moniri, Molla Nizami Təbrizi və 
s. Bütün bu Nizam və Nizamilər ancaq Nizami Gəncəvi adı ətrafında birləşmişlər. Bizə 
məlum olan Nizaminin 56 qəzəli, 2 qitə, 9 rübai, şübhəli 30 qəzəli vardır. 25 qəzəl də 
professor Ripka tərəfindən  İstanbul nüsxəsindən götürülmüşdür. 9 qəzəl Xalxali 
tərəfindən tapılmışdır. 12 qəzəl isə Sahibin arxivindən götürülmüşdür.  
 
İLYAS YUSİF OĞLU İBN ZƏKİ MÜƏYYƏDDİN YƏNİ HƏKİM NİZAMİ 
GƏNCƏVİNİN TƏRCÜMEYİ-HALI  
 
Dəfələrlə belə  qərara gəldim ki, bu dünya şöhrətli həkim haqqında söz deyəm, 
ancaq gördüm ki, qüdrətim çatmır. Söz paltarını ona geyindirəndə gördüm ki, bu, çox 
qısadır. Altı  dəftər yazandan sonra nəhayət yeddinci dəftəri açmalı oldum. Digər 
tərəfdən bu əbədi insanı öyrənmək xatirinə topladığım materiallara isnad etməli oldum:  
1.
 
Şairin ailə şəcərəsi: adı, ata-anası, arvadı, oğlu.  
2.
 
Doğulduğu yer, tarixi, rəhmət vaxtı.  
3.
 
Adət, elm, irfan, əxlaq mərtəbəsi.  
4.
 
Şairlik istedadı, özündən əvvəlki şairlərlə müqayisəsi.  

45 
 
 
5.
 
Olmayanların tərif etməməyin səbəbi, doğruluğu seçib, pisdən imtina etmək.  
6.
 
Avropalıların Nizami xəmsəsindən gətirdiyi nümunələrə münasibət.  
7.
 
Nizami əsərlərinin müxtəlif dillərə tərcüməsi və bu sahədəki orijinallıq.  
8.
 
Nizami dövründə yaşamış 6 padişah haqqında müxtəsər məlumat.  
9.
 
Əlyazmaları və Hindistan çapı ilə Nizami yazılarının müqaisəsi.  
10.
 
Təzkirəçilər yazdıqları müxtəlif məqamlar.  
11.
 
Digər xəmsə yazanlarla Nizaminin fərqi.  
12.
 
Müasir şeirin təcəlliyatı və Nizamiyə həsəd.  
13.
 
Nizami dövrünə aid olan mövzuları və tarixi şəxsiyyətləri dərk etməklə.  
14.
 
Nizami yaşadığı dövr və qədim ədəbiyyatı gözəl təcəssüm etdirmişdir.  
15.
 
Nizaminin qəsidə, qəzəl, qitələrdən ibarət divanı əldə edilməmişdir. Ona görə də 
əlimizdə olan Hindistan nəşri və  bəzi nümunələr haqqında söhbət açacağıq. 
Məqsədimizə tam yetişməsək də şair haqqında təsvvür yaratmaq imkanımız olacaqdır.  
Dəstgerdi, Nizami haqqında geniş  məlumat verir. Bu məlumatlarla  şairin 
tərcümeyi-halı  bəlli olur. Qeyd edək ki, müəllif, Nizami yaradıcılığı ilə 30 il məşğul 
olmuş  və «Xəmsə»ni 100 dəfədən çox oxumuşdur. Bu da ona geniş danışmaq imkan 
verir. V.Dəstgerdinin üstün cəhəti odur ki, o, digər  şərqşünasların da yazdıqlarını 
nəzərdən keçirmiş və ümumi nəticəyə gəlmişdir. 
 
 
Şairin adı, nəsli, qadını və övladı.  
Nizaminin həyatı haqqında geniş və müfəssəl bir məlumat yoxdur. Yalnız bəzi alim 
və təzkirəçilərin yazdıqları ilə kifayətlənməli oluruq. Biz isə şairin “Leyli və Məcnun” 
dastanındakı özünün yazdıqlarına üstünlük veririk.  
Məlum olur ki, onun adı İlyas, ləqəbi Nizami yəni əbcəd hesabı ilə 1001 deməkdir. 
Bəzi mənbələrdə onun adının Veys olduğu göstərilsə də, bu tamamilə yanlışdır, həqiqətə 
uyğun deyil. Bununla heç cür razılaşmaq olmaz.  
 

46 
 
 
Ata, babası və ulu babası kimlərdir?  
Atasının adı Yusif, babası  Zəki, ulu babası Müəyyəd olmuşdur. Yenə  şairin öz 
yazdığı beytlərdən bu, aydın olur. Oğluna müraciətdə isə Məhəmməd Nizami oğlu deyə 
təsdiqləyir.  
Nizaminin anası: Bu qadın kürd qəbiləsindəndir. Bunu şairin özü də yazır:  
Gər madəre mən rəiseye kord,  
Madər sefətanə pişe mən mord.  
Anam  kürdün rəisəsi olsa da,  
Qarşımda ana sifətində öldü. (103-19) 
Şairin dayısı: bu adam Xacə Ömər olmuş, dövrünün mütərəqqi adamı sayılmış və 
Nizaminin savad almasında əsas rol oynamışdır. Nizami bu barədə yazır:  
Xacə Ömər mənim dayım idi,  
Həm də mənim qol-qanadım idi. (103-21) 
Nizaminin qadını:  Onların sayı 3-dür. Lakin şair onları bir-birinin ölümündən 
sonra almışdır. Özünün yazdığına görə  ən gözəl günlərini birinci arvadı  qıpçaq qızı 
Afaqla keçirmişdir. Oğlu Məhəmməd də elə  həmin Afaqla izdivacındandır. Dərbənd 
şahı Afaqı Nizamiyə  kəniz kimi göndərsə  də,  şair Afaqıın təmiz xislətini görüb onu 
özünə ömür-gün yoldaşı etmişdir.  Şair “Xosrov və  Şirin” poemasını yazarkən Afaqı 
nəzərdə tutduğunu vurğulamışdır.  
Nizaminin ikinci və üçüncü qadını olduğu təsdiqlənsə  də, nə  şair özü, nə  də 
təzkirəçilər heç onların adlarını belə  çəkməmişlər. Fikrimizcə, Nizami Afaqı sidq 
ürəkdən sevdiyi üçün, digər o iki qadınla sadəcə olaraq bir yerdə yaşamaq xatirinə 
evlənmişdir.  
“Xosrov və  Şirin”  əsərinin 429-cu səhifəsində Nizami göstərir ki, Afaqın ölümü 
onu çox sarsıdır və o, bundan sonra yaşamağın ləzzətini itirir. Daha sonra “Leyli və 
Məcnun” və “İqbalnamə”də də buna işarə edir, təəssüflənir.  
Nizaminin oğlu.  Şairin özünün işarə etdiyi kimi onun Məhəmməd adlı bir oğlu 
olmuşdur. Nizami “Xosrov və Şirin” poemasında onun 7, “Leyli və Məcnun” dastanında 

47 
 
 
14, “Yeddi Gözəl”  əsərində 18-19 yaşında olduğunu göstərmişdir. Lakin “Şərəfnamə” 
və “İqbalnamə” də bu haqda söhbət açmır.  
Məhəmməd də çox ağıllı bir övlad olduğundan  şair olmaq istəmiş, lakin Nizami 
onun həkim olmasını arzulamışdır. Onun sonrakı taleyi barədə heç bir məlumat yoxdur.  
Bu məqamda Hindistanlı professor Şəblinin bir yanlış fikrini də araşdırmağa dəyər. 
O, isnad edir ki, guya Nizaminin bir qızı da varmış. Lakin onun adını belə çəkə bilmir. 
Əlbətdə, bu fərziyə ilə  əssasız yerə razılaşmaq olmaz. Həqiqətdə isə digər mənbələrin 
hamısında Nizaminin bir övladı Məhəmməd olduğu göstərilir.  
Nizaminin iqamətgahı, doğum yeri, tarixi, vəfatı  və  dəfn olunduğu yer. Bu 
mətləbi doğru açmaq üçün ki, Nizaminin vətəni Gəncədir, yaxud o, İraqda doğulub uşaq 
vaxtı atası ilə birlikdə Gəncəyə gəlmişlər, sadəcə olaraq fərziyələrdir. Əksər təzkirəçilər 
şairin atasının İraq əsilli olub, Gəncəyə köçməsini göstərirlər və etiraf edirlər ki, Nizami 
məhz Gəncədə doğulmuşdur. O, müsəlmandır. Nizaminin özünün “Xəmsə”sindəki 
beytlərə nəzər salsaq o zaman görərik ki, şair özü də Gəncə və İraq adlarını çəkir.  
“Sirlər xəzinəsi” dastanının 179-cu səhifəsində:  
“Mən Gəncədəyəm, indi İraq məndən uzaqdadır”. 
“Xosrov və Şirin” poemasının 361-ci səhifəsində:  
“Bütün ədəb və elm sahibləri İraqın çərxindən keçmişlər”.  
“Şərəfnamə” hissəsinin 53-cü səhifəsində Nizami yazır:  
“İraqın elmi, onu dünyada ucaltmışdır”.  
“İqbalnamə” bölməsində belə bir beytə rast gəlirik ki,  
 “Gəncədə olsam da, Qum şəhərinin əhliyəm”.  
Bu beyt inandırıcı deyil, çünki, Nizaminin “İskəndərnamə”  əsərinin köhnə 
nüsxələrində buna rast gəlinmir.  
Bizcə, bu təzkirəçilərin sonradan uydurduğu mülahizələrdir.  
Lakin bu elmi işi ələ alan və onun açıqlanmasına çalışan bir insan kimi bu beytin 
müxtəlif mənaları olduğunu söyləmək olar:  

48 
 
 
1.
 
Əgər Nizaminin atası İraqdandırsa da, ora əlbətdə “qumluq” bir sahədir və şair də 
buna işarə edir.  
2.
 
Qum şəhəri İranda böyük şəhərdir. Nizami ora işarə etmir.  
3.
 
Ləzgilərin Qax rayonunda bir Qum kəndi var Nizamini ora aparıb çıxartmaq 
gülüncdür. Yenə  İraq, Gəncə  və  İranın Qumu inkişaf etmiş yerlərdir, oradan Nizami 
yetişib çıxa bilər. Amma Qum kəndindən Nizaminin yetişməsi heç cür mümkün deyil. 
Digər tərəfdən bütün təzkirəçilər, Nizamişünaslar ömür boyu təsdiq ediblər ki, Nizami 
Gəncədə doğulub, təhsilini burada alıb, xəmsənin 5 əsərini bu şəhərdə yazıb, buradan 
heç kənara çıxmayıb və burada da dəfn olunub və  məzarı indi də ziyarətgaha 
çevrilmişdir.  
V.Dəstgerdi professor Ripkanın da Nizaminin Gəncədə olması fikirlərini də 
göstərir. Buna misal olaraq “Xosrov və Şirin”dəki 14-cü səhifə, “Şərəfnamə”dəki 44-cü 
səhifələri göstərmək kifayətdir.  
Şairin doğum tarixi. Bu sahədə də azı 10 il fərqlərlə müəyyən fikirlər mövcuddur. 
Lakin bizim dəqiqləşdirməmizə görə Nizami 1141-ci ildə  Gəncədə  təvəllüd etmişdir. 
Bunu əksər Şərq və Qərb şərqşünasları göstərir.  
Şairin rəhmətə getməsi. Nizami özü “İqbalnamə”nin 279-cu səhifəsində qeyd edir 
ki, onun 63,5 yaşı var idi. Belə  təxmin edilir ki, 0, 2-3 il daha yaşamış  və  rəhmətə 
getmişdir. Bütün təzkirəçilər də bu fikirlə razılaşırlar. Ancaq Dövlətşah Səmərqəndi 
şairin ölüm vaxtını 66 il göstərir. Onun da əldə heç bir dəlili yoxdur. Hər halda şairin bu 
yaş arasında dünyasını dəyişdiyi ehtimal olunur.  
Onun dəfn olunduğu yer. Nizaminin dəfn olunduğu yer Gəncədir ki, buna heç 
şəkk-şübhə yoxdur. Indiki Gəncə şəhərinin 7 verstliyində şairin çox da böyük olmayan 
məzarı mövcud olmuş və onu da rus hökümətinin icazəsi ilə inşa etmişlər. Bura tez bir 
zamanda ziyarətgaha çevrilmişdir. Nizami məzarının fotosunu çəkmək mümkün 
olmuşdur. Bu qəbir  şairə layiq olmasa da, xalq tərəfindən bir ziyarətgah kimi inanc 
yerinə çevrilmişdir.  

49 
 
 
Mərhum Hacı Fərhad Mirzeyi özünün “Səfərnamə” kitabında Nizami qəbri və onun 
üzərindəki kiçik kümbəzdən bəhs edir. O, yazır ki, kiçik kümbəz və  qəbr  şəhərin 7 
verstliyində çox dağnıq  şəkildədir.  Əsərin 20-ci səhifəsində müəllif yazır ki, rus 
qarovullar ora atlara verilmək üçün saman tökmüşdülər və heç kəsi də yaxına 
buraxmırdılar.  
Lakin buna dözə bilməyən Gəncəlilər yığışıb şairin məzarının yerini dəyişməyə və 
adına layiq bir məzar tikmək istəmişlər. Mərhum ağaye Seyyid Əbdülrəhim Xalxali 
“Yeni fikir” qəzetindəki Tiflisdə  dərc edilirdi. 1304-cü il hicri-şəmsi tarixində bir 
tərcümə edib onu “Ərməğan” jurnalında dərc etdirmişdir. Bu tərcümə miladi tarixi 25 
noyabr 1923-cü ilə  təsadüf edir. “Ərməğan” jurnalı 256-257-ci nömrələrdə çap 
edilmişdir. Bu barədə aşağıdakı bilgiləri əldə etmək olar:  
Əgər siz Bakıdan Gəncəyə müsafirlik etsəniz, görərsiniz ki, Gəncə çayı bu şəhəri 
iki hissəyə bölür. Körpünün sol tərəfində  dəmiryol xəttinin sol tərəfində  xərabəlikdə 
böyük  şair Nizaminin məqbərəsi mövcuddur. Həmən  şeyx Nizaminin ki, İranın  ən 
böyük şairi və Azərbaycanın iftixarıdır.  
“Qafqaz”.  
Bu, o Nizamidir ki, 800 il bundan əvvəl hikmət və əxlaqı öz xəmsəsində yazmış, 
İslam qadını haqqında, onun hüququ barədə, həyat tərzi haqqında qələm işə salıb, onu 
məharətlə açmağa müvəffəq olmuşdur.  
Şərq ədəbiyyatında Nizamidən əvvəl və sonra qadın azadlığı, onun analıq qayğısı 
və məğrurluğunu heç kəs göstərə bilməmişdir.  
Tarixi sənədlər onu göstərir ki, Gəncə XI əsrdə artıq abad bir şəhər olmuşdur. 
Indiki Gəncə  şəhərinin  əsasını 1015-ci ildə  Şah Abbas Səfəvi qoymuşdur. Nizami 
məqbərəsi şəhər kənarındakı xarabalıqda qalmışdır. Əlbətdə Gəncənin qeyrətli oğulları 
bununla barışa bilməzdilər ki, dünyalarca tanınmış şair, həkim, şeyx Nizaminin məzarı 
bərbad halda qalsın.  

50 
 
 
Gəncə ziyalıları, o cümlədən Adıgözəl adlı bir Gəncə sakini Nizami məqbərəsi və 
kümbəzi təmir edir. Onun övladlarından biri Əsgər Adıgözəlov Gəncənin sabiq 
bələdiyyəsi bu işi davam etdirir.  
Nəhayət 1922-ci ildə Mirzə Məhəmməd Axundzadə tərəfindən Nizami məqbərəsini 
təmir etmək üçün xüsusi bir komissiya yaradılır. Buraya Gəncə ziyalılarından Cavadbəy 
Rəfibəyov, Mir Kazım Mir Süleymanzadə kimi adlı-sanlı adamlar daxil idi.  
Onlar  Şah Abbas məscidi  ətrafında məqbərəni hazırlayandan sonra Nizaminin 
sümükləri köhnə qəbirdən müəmmalı şəkildə yoxa çıxır. Sonralar məlum olur ki, guya 
ruslar onu ekspertizaya aparmışlar. Beləcə şairin məqbərəsi başı bəlalı qalır.  
Nizaminin özünün dediyi kimi: 
                  Sərxoşluq edən dövlət huşyar olacaq bir gün,  
                  İllərcə yatan bəxtin bidar olacaq bir gün. (87-326) 
Doğrudan da bir gün gəldi ki, o da şairin 800 illiyinə  təsadüf etdi onun sovet 
dönəmində olsa belə məzarı yenidən qurulub mücəssəməsi ucaldı. 
Sevindirici  haldır ki, Nizaminin dünya şöhrəti nəzərə alınaraq Azərbaycan xalqının 
müstəqillik  əldə etdikdən sonra dahi şairin məzarı yenidən bərpa olundu. Lakin hələ 
bizim fikrimizcə Nizami barədə çox işlər görülməlidir. Onun məktəbi yaradılmalı 
ensklopediyası hazırlanmalıdır. 
Böyük İran alimi V.Dəstgerdinin yazdıqları ilə razılaşmamaq olmur. 
Həqiqətən də Nizaminin həyatı haqqında bilgilər çox azdır. Ümumiyyətlə klassik 
şairlərin hamısı barədə bunu demək olar. Ancaq doğruluq bundan ibarətdir ki, Nizami 
Gəncədə doğulub, burada yaşayıb-aradıb, oradan kənara çıxmayıb və orada da dəfn 
edilmişdir. 
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə