I fəsil. Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğində ümummilli liderimiz Heydər Əliyevin rolu



Yüklə 7.02 Mb.
Pdf просмотр
səhifə6/9
tarix23.12.2016
ölçüsü7.02 Mb.
1   2   3   4   5   6   7   8   9

IV FƏSİL 
«İskəndərnamə» 
Nizaminin axırıncı əsəri «İskəndərnamə»dir ki, onun vasitəsiylə ağıl və  qələminin 
gücünü göstərmişdir.  Şair, tanınmış  sərkərdə  İskəndər Zülqədəri  əsas surət seçməklə 
həm dastanı maraqlı etmiş, həm tarixi simanı  ədəbiyyata gətirmiş, həm də öz fikir və 
mülahizələrini əxz etdirməyə çalışmışdır. O, əfsanəvi ağıl şəhəri simasında şəriət, təbiət, 
ictimaiyyət, behcət və səadətin bir məkanda mümkün olacağı ideyasını göstərmişdir. 
Bu bilik şəhərində  bərabərlik, azadlıq, qardaşlıq, kimi nəcib işlər hələ Nizaminin 
ilk  əsəri «Sirlər xəzinəsi»ndə özünü göstərmişdir.  İskəndər obrazı  əsasında  şair bir 
mühəndis və memar kimi dünyanı sanki özü tərtib etmiş, onun gərdişini və keçmişdə, 
indi və  gələcəkdə görmüşdür. Bu əsərdə  Şərqlə  Qərbin təması, dünyanın məhvəri, 

82 
 
 
müharibə  və sülhün əlaqəsi öz təntənəsini tapır. Nizami bütün bunları  İskəndərin 
simasında cəmləşdirib vermək istəmişdir.  Əsər iki hissədən ibarətdir. «Şərəfnamə»də 
İskəndərin fatehliyi və kiçik bir zaman çərçivəsində dünya ölkələrinin çoxunu 
tutmasından, onun şərəf və qabiliyyətindən bəhs edir. Ancaq Nizamiyə görə  hər bir 
hərbin sonu sülhdür prinsipi əsərin ikinci hissəsi «İqbalnamə»də (bunu bəzən 
«Ağılnamə» də adlandırırlar. 
İskəndərin İran şahı Dara və ruslarla müharibəsi onun iyirmi yaşından iyirmi yeddi 
yaşına qədər təsadüf edir. o, Misir, Babil, Hindistanı ələ keçirir. Nəhayət qıpçaq torpa-
ğına, Bərdəyə yürüş edir. İskəndər hətta əbədi yaşamaq üçün dirilik suyu axtarır. 7 illik 
döyüşlər və cahangirliyi İskəndəri  peyğəmbərlik mərtəbəsinə qalxmağa sövq edir. lakin 
bu arzu ona  16 ildən artıq nəsib olmur. O 36 yaşında ölür. Ancaq onu demək lazımdır 
ki, İskəndər o qədər filosofları başına toplamışdır ki, özü də alim kimi olmuşdur. Bu da 
ona döyüş taktikasında kara gəlmişdi.  İskəndər tutduğu ölkələrin xalqlarına zülm 
etməmiş,  əraziləri dağıtmamışdır. 27 yaşlı  İskəndər peyğəmbər adı alır. Dərbənd üçün 
«qapı» və «bənd» düzəltdirir. Digər tərəfdən  İskəndər filosof Flippin oğlu olduğundan 
ağıllıdır. Bunun nəticəsidir ki, «hakim» və «həkim» ideyası ona yabancı deyil. Nizami 
dünyanın hər yerində  ağıllı adamların olacağına işarə edir. Şair, Qərblə  Şərqi birləş-
dirərək dünyanın bir olduğunu izah edir. Bu filosofluq və  fəlsəfə Nizaminin qəhrəma-
nından çox onun özünə aiddir. Nizaminin yazılarında  şairin təxəyyülü olsa da, əksər 
məxəzlərdən istifadə etdiyi heç şübhəsiz nəzərə çarpır. Şair atəşpərəstlikdən çox söhbət 
açır. Həqiqətən bu islamdan daha qədimə gedib çıxır.  İskəndərin igid bir sərkərdə ol-
duğu Firdovsinin «Şahnamə» əsərindəki Rüstəm pəhləvan obrazına çox yaxındır. Niza-
mi qəhrəmanlıq motivlərindən məharətlə istifadə etmişdir. Nəticədə  əsrlər ötür, böyük 
rus yazıçısı Lev Tolstoy özünün məşhur romanı  «Hərb və Sülh»də bunu təsdiq edir. 
İskəndərin zəncilərlə döyüşündə  həm sərkərdəlik bacarığı, həm də elmi ona çox 
kömək edir. Əsir zəncilərdən birini seçib onu öldürtdürür və ətini bişirib yeyəcəyini əmr 
edir. Əslində isə o qara qoyunu bişirib başını yeyir. Zəncilər onu adamyeyən zənn edib 

83 
 
 
qaçırlar. Bu xəbər tezliklə Misirə yayılır. Bu psixoloji təsir Misirin daha tez məğlub 
olmasıyla nəticələnir. 
Nizami Gəncəvi böyük məharətlə göstərir ki, bəzən qılıncın gücündən elmin gücü 
daha böyükdür. Bu üsulla İskəndər tutduğu ölkələrin çoxunu müharibəsiz təslim edirdi. 
Nizaminin İskəndəri Bərdəyə gətirməsi  şairin öz təxəyyülü idi. İskəndər bu yerlərə 
heç vaxt gəlməmişdi. Onun Nüşabə ilə qarşılaşması  səhnəsi çox maraqlıdır. Arranda 
qonağı duz-çörəklə qarşılayırlar. Nüşabə isə bir boşqabda xörək  əvəzinə  İskəndərin 
qarşısına qızıl və gövhər qoyur. Buna məəttəl qalan İskəndər Nüşabə xanımdan soruşur 
ki, bu nədir? Cavabında eşidir ki, sən bura xörək yemək üçün deyil, var-dövlət üçün 
gəlmisən, buyurub apara bilərsən. Nüşabənin bu müdrik cavabı  İskəndəri Bərdədən 
əliboş getməyə vadar edir. Nizami ağlın hər şeydən üstün olduğunu bir daha göstərməyə 
çalışır. 
Lakin  İrana hücum edən  İskəndər bir çox sahəni tutur. O, Gilandan Reyə  və 
Xorasana hərbi yürüş edir. oradan Hindistana hərbi səfər etdiyini görən Hind şahı 
müharibənin qarşısını almaq üçün öz qızını, bir həkim və bir filosofu İskəndərə hədiyyə 
edir. Bunu görən Çin xaqanı ölkəsinə hücum olmasın deyə, Bərdə hökmdarının 
siyasətindən istifadə edir və düşünür ki, müharibəyə qalsa İskəndər güclüdür, məğlub 
olacaq. Böyük ikramiyyə  təşkil edib, İskəndərə  hədiyyələr verməklə sülhə nail olur. 
Üstəlik xoşüzlü və incəsəsli bir kənizi ona verir. Bütün bunların fonunda ruslar Bərdəyə 
hücum edir, oranı dağıdıb İskəndərin dərin rəğbətini qazanmış  Nüşabəni əsir götürürlər. 
İskəndər bu hadisədən kədərlənir və Nüşabəni ruslardan xilas etmək üçün Arrana, 
Bərdəyə gəlir. 
Nizami bu qıpçaq torpağına ona görə belə bağlı idi ki, öz Afaqı bu yerlərdən idi. 
İskəndər demək olar ki, bütün Şərqi tutmuşdur. Budəfəki, Qıpçağa gəlişində 
qadınların kişilərlə  bərabər düşmənə qarşı vuruşduğunu, açıq üzlə örtüksüz gördükdə 
heyrətə  gəlir və onların üzlərini örtməsini kişilərdən xahış edir. lakin cavab alır ki, 
qadınların həqiqi gözəlliyi örtük altında itir. Bu fikir İskəndərin xoşuna gəlir və o 
razılaşır.  İskəndər rus qoşunları ilə altı gün öz ordusuyla vuruşur. Yeddinci gün 

84 
 
 
müharibə  İskəndərin qələbəsi ilə bitir. O, Nüşabəni rus əsirliyindən azad edir. Nizami 
rusların iç üzünü açan ilk şairdir. Görünür Gəncəli  şair öz mütaliəsi sayəsində dünya 
xalqlarının əksəriyyətini yaxşı tanıyırmış. 
Bu müharibədən sonra qoca bir kişi  İskəndərə  nəql edir ki, bundan sonra sənə 
dirilik suyu tapmaq lazımdır ki, sən əbədi yaşayasan və o su bu yaxınlardadır, mən onun 
yerini sənə göstərərəm.  İskəndər Xızır adlı  sərkərdəsini ora göndərir. Xızır suyu tapıb 
ondan içir,  lakin İskəndər yetişənə  qədər su birdən yox olur. Xızır,  İskəndərdən aralı 
gəzməyə başlayır. Söz var ki, Xızırla birlikdə İlyas da o dirilik suyundan içib ki, o da 
əbədi yaşayıb. Ancaq İskəndər 40 gün suyun axtarışında olsa da, nəticə əldə edə bilmir. 
Öz qoşununun yanına qayıdır və naçar belə  qərara gəlir ki, hər kəsin ölümü gəldikdə 
ölməlidir. Oradan İskəndər rus torpağına yaxınlaşır. Burada şair əsərin birinci hissəsini 
sona çatdırır ki, bu «Şərəfnamə» idi. 
«İqbalnamə»  şairin özünün qocalıq vaxtına təsadüf edir. Bu əsərin meydana 
gəlməsi Nizaminin Rum tarix və  ədəbiyyatından xəbərdar olması ilə  əlaqədardır. 
Nizaminin yunan dilini bilməsi də öz güclü təsirini göstərir.  Əsər boyu yunan 
filosoflarının «ağıl» və «ağılnamə»lərini göstərən gəncəli  şair deyilənləri sübut edir. 
burada  şairin açdığı söhbətlər tarixə tam dəqiqliyi ilə söykənmir, rəvayətlər  əsasında 
qurulmuşdur. İskəndərin sevib hörmət etdiyi filosoflar arasında Sokrat xüsusi seçilirdi. 
İskəndərin ona böyük hüsnü-rəğbəti var idi. Onu da qeyd edək ki, Nizami yunan, rum, 
hind, misir və iran mədəniyyətlərindən bəhrələnmişdir. İskəndər peyğəmbərlik rütbəsinə 
çatmasında başına topladığı alimlərin və aldığı elmin nəticəsində  gəlib yetişmişdi. 
Nizaminin 30 illik dastan yazma tarixi bununla sona çatır. 
Müasir İran tədqiqatçılarından  Ə.Zərrinkub daha böyük nüfuza malik bir alimdir. 
O, Əfqanistan, Pakistan, Hindistan, Avropa və Oksford univesitetində çalışmış, Tehran 
Universitetinin sayılıb-seçilən professorlarındandır. Nizami haqqında yazıları da öz 
müfəssəlliyi ilə diqqəti çəkir. Lakin onun dediklərində ziddiyyətli fikirlər mövcuddur. 
O, Gəncə barədə geniş və dolğun məlumat verir. Nizami əsərlərinin təhlilinə dəqiq 
yanaşır. Lakin farslığa xas olan xüsusiyyət onu açıqca göstərir. Nizaminin farsca 

85 
 
 
yazması, onun farslığa dəlaləti, yaxud İraqdan köçüb gələn valideynlərinin fars 
qəbilələrindən olması fikirləriylə  qəti razılaşmaq olmaz. Əvvəla ona görə ki, İraqda 
xeyli miqdarda türk qəbilələri yaşamış və indi də Türkmənlər əhalinin əsas hissələrindən 
birini təşkil edir. Ikincisi əlimizdə  dəqiq məlumat yoxdur ki, Nizaminin ata babası  nə 
zaman köçmüşdür? Ancaq məlum olan odur ki, Nizami Gəncə torpağında, Azərbaycanın 
intibah dövründə anadan olmuş, burada yaşamış, yaratmış  və burada da rəhmətə 
getmişdir. Məzarı da bu ulu torpaqdadır. 
 
Mənsur Sərvət  
Nizami əsərlərində hikmət xəzinəsi  
Mənim üçün bu mövzuya girişib baş vurmaq çox maraqlı idi. Çünki, insanı daima 
eşq, əxlaq, nəsihət, hikmət və ağıl gözəlliyə aparmışdır. Hətta, əgər insan bunların hər 
hansı birinə  əməl etməsə belə, yenə onları  eşitməkdən ləzzət almalıdır. Mən bunları 
həkim  şair Nizaminin dilindən eşidəndən sonra belə fikrə  gəldim ki, bundan böyük 
mükafat ola bilməz. Buna görə də mən iki fikrə gəldim:  
Əvvələn özümdən soruşdum ki, nə üçün Nizamiyə «həkim» demişlər?  
Əsərlərini oxuduqda anladım ki, bütün dastan yazan şairlərdən o, yeni eşq, fəlsəfi 
fikir, ağılın gücü və hikmətinə görə bu ləqəbi almışdır.  
İkincisi odur ki, Nizami fars ədəbi dilində o qədər gözəl yazmışdır ki, onu dərk 
etməmək mümkün deyil. Çünki, onun çox asan şivəsi və rəvan, anlaşıqlı, cazibədar dili 
vardır. Bu da onu böyük və qüdrətli şairlər Sədi, Hafiz, Mövlana, Firdovsi, Xəyyam və 
başqalarından fərqləndirmişdir. Maraqlı burasıdır ki, indiyə qədər Nizami yazdıqlarının 
heç birinə düzəliş verib dəyişmək mümkün olmamışdır. Nizami dünyanın qədim xalqları 
fars və yunanlardan söhbət açaraq onların həyat tərzi ilə oxucularını tanış etmişdir. 
Şairin xəmsəsindəki beş  əsər vasitəsi ilə oxucu xeyli məlumat toplayır. Diqqəti çəkən 
odur ki, heç bir şair indiyə  qədər ona tənqidlə yanaşa bilmir, ona irad tuta bilmir. Bu 
günə kimi bütün yazıçı,  ədəbiyyatçı  və  şərqşünaslar Nizamidən ağızdolusu danışmış, 
ondan bəhrələnmiş və ona minnətdarlıq hissi ilə yanaşmışdır.  

86 
 
 
 
I FƏSİL  
Nizami əsərinin ictimai və siyasi tarixi 
Nizami əsərinin tarixi elə bir vaxta düşür ki, İran dövləti Sultan Səncərin vaxtında 
müharibələr nəticəsində  zəifləmiş,  əvəzində böyük Səlcuqlar yaranmış ki, bu da çoxlu 
ərazini əhatə etmişdir.  
Nizaminin təvəllüd dövrünün 533-cü il olduğunu nəzərdə tutsaq, onda Səncər ilə 
Qazanın arasındakı müharibə başlayır 548-ci ildə deməli o zaman şairin 15 yaşı 
olmuşdur. Bu zaman Səlcuqların yüksəliş dövrünə təsadüf edir. Elə buna misal Atabəy 
Məhəmməd  İbn Eldəgizi göstərə bilərik. O, İran,  İraq və Azərbaycanda möhtəşəm bir 
dövlət yaratdı. Səlcuqlar dövləti aşağıdakı kimi formalaşıb  ərazi baxımından belə 
bölünmüşdür:  
1.
 
Kiçik Asiya Səlcuqları. (455-700 h.q)  
2.
 
Şam Səlcuqları. (470-511)  
3.
 
İraq Səlcuqları. (511-594)  
4.
 
Kirman Səlcuqları. (433-583)  
5.
 
Xarəzmşahiyan. (490-628)  
6.
 
Azərbaycan Atabəyləri. (531-622)  
7.
 
Fars Səlğəri Atabəyləri. (543-686)  
8.
 
Lərestan Atabəyləri. (543-686)  
9.
 
Yəzd Atabəyləri. (536-718)  
10.
 
Şirvan Xaqanları. (550-906)  
11.
 
Məluk Şəbankarı. (488-556)  
12.
 
Şəddadilər. (340-595)  
13.
 
Məluk Təbərestan. (426-625)  
14.
 
Məluk Nimruz. (432-625)  
15.
 
Quryan. (542-612)  
16.
 
Malik Quryə. (596-686)  

87 
 
 
17.
 
Əhmədilyan (Marağada). (516-624)  
18.
 
Mənqucək. (464-650)  
Bunlardan  əlavə yarımmüstəqil qədim  İran tayfalarından  Əlböhran,  Əlxəcənd və 
Əlsaed kimiləri də olmuşlar. Bütün bunlar altıncı əsr qədim İranın mənzərəsini yaradır.  
Səlcuqların böyük dövlətlərindən başqa hökümətin zəifliyindən başqa xırda 
xəlifələr də rəhbərlik fikrinə düşmüşlər ki, Bağdaddakı Abbasi xəlifəsini göstərmək olar.  
Bu dövrdə Səlib müharibələri də baş qaldırmışdır ki, (490-690) bunun da təsiri var 
idi. Ona görə müsəlman və  məsihilər arasında gedən daimi müharibələr müsəlman 
ölkələrinə təsirsiz ötüşmürdü.  
Nizami bu silsilələrin hamısı ilə deyil, ancaq Azərbaycan Atabəyləri, Əhmədliyan, 
Şirvanşahlarla daha çox maraqlanırdı. Onun əsərlərinin hamısını da onlara həsr etməsi 
buna əyani sübutdur.  
M.Sərvət Səlcuq dövlətlərini tarixi baxımdan çox doğru yazmışdır. Lakin bəzən o 
da Nizamiyə fars şairi kimi müraciət etmişdir. Bununla qətiyyən razılaşmaq olmaz. 
Qeyd etmək yerinə düşər ki, müəlliflərin farsca yazılarını tərcümə etdikcə onların 
dobru fikirləri ilə razılaşmaq, yanlış fikirlərinə öz etirazımızı bildirmişik. Bununla da 
həqiqətin zəfər çalmasını istəmişik. 
 
1.
 
Azərbaycan Atabəyləri 
  
Bu zümrə o Atabəylərdəndirlər ki, onlar 531 dən ta 622-yə qədər Azərbaycanda və 
gah da İraqda hökmranlıq etmişlər.  Şəmsəddin Eldəgiz bu dövlətin başında dururdu. 
555-ci ildə İraq əmiri Süleymanşah İbn Məhəmməd devrildi, Atabəy öz oğlu Arslan İbn 
Toğrulu səltənətə gətirdi. Beləliklə də İraqı da öz təsiri altına saldı.  
Şəmsəddin Eldəgizdən sonra oğlu Məhəmməd Cahan Pəhləvan atasının yerini tutdu 
və böyük qüdrətlə 568-ci ildən etibarən ta 581-ci ilə qədər hökümətin başında dayandı. 
Əldən-ələ keçən hakimiyyət nəhayət Nüsrəddin  Əbubəkir və Müzəffərəddin Özbəklə 
622-yə qədər davam edir.  

88 
 
 
Atabəylərin yaxşı cəhətlərindən biri şairlərə və elm adamlarına fikir vermələri idi. 
Bu cəhətdən Nizami kimi şair kənarda qala bilməzdi. Onlar dərk etmişlər ki, Nizaminin 
bir yazısı böyük bir ordunun zəfəri qədərdir.  
 
 
2.
 
Əhmədilyan  
Səlcuqların istilasından sonra 501-ci ildə Marağaya hakim Əmir  Əhmədili təyin 
edirlər. Onun adına Kürp Arslan deyirlər. Bunun mənası Azərbaycanca «Gec yetişən 
meyvə» deməkdir. Bəzən buna «körpə» deyirlər ki, bu da «kiçik şir» anlamına gəlir. Hər 
halda Kürp Aslan kimi qəbul olunmuşdur. O, 604-cü ildə dünyasını dəyişmişdir.  
 
3.
 
Şirvanşahlar 
Bakıxanov yazır ki, bunlar böyük Xaqandan əvvəl olmayıblar.  Şirvanşahlar da 
Azərbaycanda uzun zaman səltənət başında olmuşlar. Xaqani və  Fələki onlardan bəhs 
etsələr də tam acıqlama verə bilməmişlər. Axırıncı  Şirvanşah 946-cı ildə ömrünü 
tapşırmışdır. Bizim əldə etdiyimiz məlumata görə onları göstərək:  
Azərbaycan Atabəylərinin şəcərəsi.  
1.
 
Şəmsəddin Eldəgiz. 531 h.q  
2.
 
Şəmsəddin Əbu Cəfər Məhəmməd Pəhləvan Cahan İbn Eldəgiz. 568   
3.
 
Müzəfərəldin Qızıl Arslan Osman İbn Eldəgiz. 581  
4.
 
Nüsrəddin İbn Əbubəkr Məhəmməd. 587  
5.
 
Müzəffərəldin Özbək Pəhləvan İbn Məhəmməd. 607  

89 
 
 
Eldəgiz (Şəmsəldin)  
 
 
 
      Məhəmməd Cahan Pəhləvan                                 Qızıl Arslan  
                                                         
 
Nizami əsrinin mədəni səciyyəsi. 
Nizami  əsri müxtəlif müharibələr, çoxməzhəblilik, insani, əxlaqi,  əqli, mənəvi 
cəhətlərin toqquşduğu bir dövr; eyni zamanda ev qırğınları, şahların zülmü, məmurların 
xalq kütlələrinə təcavüzü və zəlzələ bu dövrün səciyyəsidir. Bunula belə şairlərin şahlara 
mədh yazmaları  və  əhalinin vəziyyətinin günbəgün çətinləşdiyi bir dövrdə saraya 
getməmək və məddahlıqdan əl çəkib, zəmanəsindəki sadalanan əyrilikləri görən Nizami 
bütün bunları olduğu kimi elə ilk əsəri «Sirlər xəzinəsi»ndə göstərməyə nail olmuşdur. 
Güman etmək olardı ki, Nizaminin bu hərəkətləri  şahları, xaqanları ona qarşı 
çevirəcəkdir. Lakin belə olmadı. Məhz Nizami kamalı  və  qələmi qarşısında hamı aciz 
qaldı.  Şair müsəlman dəyərləri, islam dininə aid nümunələri qurandan gətirərək, 
insanları gördüyü işlərə həm öz, həm də Allah qarşısında cavabdeh olmağa səslədi.  
Nizami, elmə xüsusi qiymət verməyin  əsas olduğunu və qabiliyyətli insanların 
qiymətləndirilməsini əsas meyar hesab edir. Bu tarixi inkişaf elə 5-6 əsrdən başlayır. IV 
əsrin sonlarına qədər davam edən zorakılıq və özbaşınalığa qarşı indi son qoymaq vaxtı 
gəlib çatmışdır. Bu dövrdə «Ağıl elmi» deyilən bir elm meydana gəlir ki, ona «Tətil 
elmi» demişlər. Misal olaraq Sənai və  İbn Sina kimi alimləri artıq qiymətləndirməyə 
başlayırlar. Siyasətçilər də bundan faydalanmağa başladılar. Onlar İran siyasətindən 
uzaqlaşıb özlərinə xas Səlcuq siyasətlərini qurmağa başladılar. Onlar yaxşı dərk edirdilər 
ki,  İraqdan, Orta Asiyaya, oradan da Azərbaycana qədər olan böyük bir ərazini bir 
siyasətlə eyni cür idarə etmək olmaz. Ona görə  də  hər ölkədə olan siyasətçi öz 
müxalifətindən ehtiyatlanaraq hərəkət etməyə başlamışdır. Bu barədə siyasətçi və 
məzhəblər bilicisi Xale Nezam Əlmülk Tusi yazmışdır. «Müharibələrdən bezən xalq 
artıq elm və irfanı dərk etməyə başlamış, elə çıxış yolunu da bunda görmüşlər».  

90 
 
 
Nizaminin «Sirlər xəztnəsi» əsəri yuxarıda deyilənləri təsdiq edir.  
Bu dövrün şairlərindən Xaqani,Əbu Əla Gəncəvi, Cəmaləddin Əbdülrəzzaq öz nalə 
və şikayətlərini etsələr də, onlar Nizami qədər real və kəskin söyləyə bilməmişlər. Lakin 
Nizami saraya getməsə belə, bilik, bacarıq və  şeriyyatının gücü ilə diqqətdən kənarda 
qalmamışdır.  
Nizaminin həyat və əsərlərinin şərhi 
Tanışlıq:  ümumən onun adı  «İlyas  İbn Yusif İbn Zəki  İbn Müəyyəd» kimi zəbt 
edilmişdir. Tağıəddin  Əvhədi, Nizamini «Əhməd  İbn Yusif İbn Müəyyəd» digər 
müəlliflər onun Cəmaləddin adı olduğunu, Ləbəllübab  şairin adının «Həkim  Əlkamil 
Nizami Gəncei» olduğun vurğulayır. Qədim müəlliflər ümumən Nizami adı ilə 
yazanların çoxluğunu nəzərə alıb ona «Mərtəzi» adının verildiyini söyləyirlər. İranda və 
başqa yerlərdə VI əsrdə xeyli «Nizami» adına rast gəlirik. Nizami Ərvəzi Səmərqəndi, 
Nizami  Əsiri Nişapuri, Nizami Mənizi Səmərqəndi; Bu imtiyazı Nizamiləri 
fərqləndirmək üçün Nizami Gəncəvini «Mətrəzi» adlandırmışlar.  
Nizaminin dünyaya tanınmış adı elə «Nizami» qəbul edildiyindən və o biri 
Nizamiləri kölgədə qoyduğundan dəyişməmiş və bu günə qədər qalmışdır.  
Onun anasının adı «Rəisə» olduğu və kürd tayfalarına mənsubluğu artıq 
ədəbiyyatşünaslar və tarixcilər tərəfindən təsdiqini tapmışdır.  
Bunu «Leyli və Məcnun» dastanında şairin özü təsdiq edir:  
Gər madəre mən Rəiseye kord  
Madər sefətane pişəm mord. (103-19)  
Tərcüməsi: Kürd Rəisəsi olan anam, qarşımda ana sifətində öldü.  
Nizaminin dayısı Xacə Ömərin adı fəxrlə çəkilir. Çünki, Nizami kiçik yaşlarından 
valideynlərini itirir. Onun təhsili və yaşayışı ilə  məhz dayısı Xacə Ömər məşğul olur. 
Ona yaxşı müəllimlər tutur, onun tərbiyəsi ilə məşğul olur. Yazılanlara görə Xacə Ömər 
böyük tacir və zəmanəsinin sayılan adamlarından imiş.  
Digər tərəfdən Nizaminin atası  İraqdan Gəncəyə mühacirat etmişdir. Hər halda 
şairin ailəsi savadlı  və dövrünün mütərəqqi  şəxslərindən olmuşlar. Nizaminin Qivami 

91 
 
 
adlı qardaşı olmuş ki, o da həmin dövrdə Qivami Mütrəzi təxəllüsü ilə yazmış 
şairlərdəndir. Elə Nizaminin Mütərzi ləqəbi götürməsi də bununla əlaqələndirilir. Lakin 
mərhum V. Dəstgerdi bunu rədd edir.  
Nizami üç dəfə evlənsə  də, onun ancaq bir Məhəmməd adlı  oğlu var idi ki, ona 
nəsihəti bunu sübut edir. «Sirlər xəzinəsi»  əsərindən başqa qalan dastanlarında 
Məhəmmədin 7,14,20 yaşında olduğu vaxt şeirlər yazıb ona vəsf etmişdir. Nizaminin 
«Xosrov və  Şirin», «Leyli və  Məcnun» və  «İqbalnamə» yazarkən qadınları ömürlərini 
qeyb etmişlər.  
Nizaminin döğum tarixi ayrı-ayrı  ədəbiyyatşünas və  şərqşünaslar tərəfindən 
müxtəlif illərlə göstərilir. Şairin təvəllüd tarixini Ripka və Bertels 535, Şəbli, Moin və 
Vəhid 533, Nəfisi 540 qəbul edir. Müxtəlif məcmuələrdə 533 lə 544 arasında verilir. 
Sovetlər məzar daşında 535 tarixini həkk etmişlər. Ölüm tarixində  də biz 576-614 
arasında qalırıq. Sovetlər həmin qəbir daşında 599 yazmışlar.  
Doğulduğu yer Gəncədir, vəfat etdiyi yer də oradır. Gəncədən kənara demək olar 
ki, çıxmamışdır. Nizaminin daimi iqamətgahı elə Gəncədir.  
Bir dəfə Qızıl Arslanın xahişi ilə o, qısa səfərə çıxmışdır. O da «Xosrov və Şirin» 
dastanını  Məhəmməd Cahan Pəhləvana həsr etdiyindən padşahın da əcəl ölümü buna 
imkan vermədiyi üçün onun qardaşı ilə görüşür. Bu görüşü Qızıl Arslanla Nizami 
əsərində qeyd edir.  
Nizami Gəncədə doğulub boya-başa çatsa da, onun hərdən ata yurdu İraq 
düşündürmüş və bu barədə «Sirlər xəzinəsi» dastanında qeyd etmişdir.  
 
Nizaminin məsləyi 
Nizaminin müsəlman olması və sünni məsləkliyi aydın görünür. Nizaminin allaha, 
qurana, Məhəmməd Peyğəmbərə inamı bütün əsərlərində  tərənnüm edilmişdir. Amma 
bəzi alimlər o cümlədən Dövlətşah Səmərqəndi onu Sufi təriqətinə inamını təsdiq edir. 
Ehtimal edilir ki, Nizami «əxi» qardaşları cəmiyyətinin fəal üzvlərindən biri olmuşdur. 
Lakin Nizami əsərlərində bunlar çox cüzi bir şey təşkil edir. Şairin dünyəvi olduğu onun 

92 
 
 
yazdığı real hadisələrlə ölçülür. Nizamidə guşəneşinlik olmayıb, ona görə elə onu sırf 
sufi adlandırmaq da doğru olmaz. Bu üzdəndir ki, Nizamiyə «Arif», «Həkim» deyilmiş, 
nəinki Sufi.  
Nizaminin şəxsiyyəti  
Nizami elə bir şəxsiyyətdir ki, o, fitri şairlik istedadı ilə kifayətlənməmiş, dövrünün 
tarixi, onun simaları, ictimai, siyasi məsələləri öz ölməz xəmsəsində əks etdirmişdir. O, 
dövrünün adamlarının bütün təbəqələrindən yazmış, şeirin və hikmətin vəhdətini təşkil 
edərək öz işinin dəyərini bilmişdir. Nizami dənizi o qədər dərindir ki, bu dənizdən 
damla-damla oğurlasalar belə qurtarıb bitən deyil. «Yeddi gözəl»i yazarkən Nizami yaşa 
dolduğunu etiraf etsə də, bunu müdrükləşəndə daha yaxşı yazacağına əmin idi. Təbii ki, 
belə də oldu. Nizami oğlu Məhəmmədə nəsihət verərkən ona savadlı bir peşə seçməyi 
tövsiyə edir, həkim olmasını arzulayır. Savadlı  sənətkar Nizamiyə görə  şairlikdən 
yüksəkdir.  
Nizami pulla şeir yazanlara qarşı çıxır, onları qızıl və gümüşə satılmamağa çağırır. 
Çünki, onda söz qiymətdən düşür. Neçələrini görmüşəm ki, qızılla bəzədilsə də, qılıncla 
başları kəsilib. O, işarə etmişdir ki, qızıl karvanı eşqdir.  
 Şərəfnamədə şair deyir: «Mən qızıl-gümüş hərisi deyiləm eşq aləminin hərisiyəm 
ki, orada hər şey vardır». Buradan Nizaminin təbiəti və amalı aydın olur. Bu baxımdan 
o,  şahlardan qaçır, özünü onlardan yüksəkdə sayır. «Xosrov və  Şirin» yazılıb  şaha 
təqdim edildikdə Nizami məcburən  əyilmək istəyib təzim etmək fikrini şah görüb 
qoymur.  Əvəzində «Həmduniyan» adlı bir kəndi  şairə baxışlayır. Məlum olur ki, bu 
kəndi Abxazlar qarət edib, xırda bir kənddir, ancaq kiçik əkin sahələri var.  
Cavanlıq köç edəndə Nizami hiss edir ki, çöhrəsinin qızartısı saralmaya doğru 
gedir. Qocalıqdan şikayət edən şair cavanlıqda oyaq və huşyar olmağı tövsiyə edir.  
Beləliklə, Nizamiyə nəzər saldıqda əxdaqı, şairliyi, səbri, iffəti, qaneliyi, nəzakəti, 
evə-ailəyə münasibəti,  şəhərinə vurğunluğu, qohumlara istiqanlılıq, qısa danışıqlı 
şəxsiyyət ancaq məsum ola bilər. Bu nöqteyi-nəzərdən Nizami zəmanəsindəki bütün 
insanların ən ümdəsi sayılır.  

93 
 
 
 
Nizaminin şairlik məqamı və əsərləri  
Əgər bütün məşhur şairləri bir-biri ilə ölçsək Vəhid Dəstgerdi demişkən onda gərək 
bu ölçünün fövqundə Nizami dayana. Digər tərəfdən Nizami elə farsdilli şairdir ki, o, 
Firdovsi və Sədi ilə fars dilinin təkamülündə istisna rol oynamışdır. Onun farscası çox 
anlaşıqlı bir üslubda yazılmışdır. O, sözləri yerli-yerində  işlətməkdə, istiarə  və 
bənzətmələrdə fövqəladə qələmə malikdir. Nizami sözün hər bir mənasını duyan və onu 
yerli yerində işlədən bir şairdir. Onun əndazəsiz bir şeir yazma qabiliyyəti var ki, bunu 
heç kəs edə bilməmişdir.  Şairin  ən böyük imtiyazi şeirdən dastan yaratmağıdır. Onun 
təsir qüvvəsi 5 dastan vasitəsiylə o qədər oldu ki, sonrakı şairlərin hamısı onun yolunu 
getmək istədi, ancaq ona çata bilmədilər.  
Hətta,  Əmir Xosrov Dəhləvi, Cami, Vəhşi Bafti, Salman Savcı, Xacu Kermani, 
onlarla başqaları Nizami qədər şeirin qüdrətini ucalda bilmədilər. Digər tərəfdən farsın 
böyük şairləri Nəzir Mölanə, Sədi və Hafiz də bu zirvəni fəth edə bilmədilər.  
 
Nizaminin müasirləri  
Nizaminin müasirlərinin hamısı ondan bəhrələnmişlər. Çünki, Nizamidən sonra 
gələn yazıçı  və  şairlərin hamısı onun əsərlərini oxumuşlar.  Şairin  ədəbi təsiri onların 
yaradıcılığına etkisiz ötüşməmişdir. O şairlərdən aşağıdakıların adlarını çəkə bilərik:  
Nasir Xosrov, Məşud Səid Səlman M., Xəyyam, Həkim Sənayi, Xacə Nizam-
Əlmülk, Xacə Abdulla Ənsari, İmam Məhəmməd Qəzali, Bəhayəddin Bağdadi və s.  
Ancaq Nizaminin özünün yaşadığı dövrdə belə ədəbi fəaliyyətlə məşğul olan şairlər 
onunla dostluq etmiş, onun yazdıqlarına qibtə etmişlər. Onlardan: Ənvəri, Mücirəddin 
Beyləqani, Cəmaləddin  İsfahani, Zəhir Farabi, Fələki  Şirvani, Xaqani Şirvani və s. 
göstərmək olar.  
Nizamiyə qiymət verənlər  
Nizami yüksək qiymətləndirən şəxslər aşağıdakılardır:  

94 
 
 
1.
 
Məlik Fəxrəddin Bəhramşah idi ki, o, Mənqucəki sülaləsindən idi. Onlardan eyni 
zamanda Gürcüstan və Bizansda hökmranlıq edirdilər. Bu sülalənin ən mühüm xanədanı 
Fəxrəddin Bəhramşah 1155-1218 miladi tarixində yaşamışdır. O, ağıllı sərkərdə olmaqla 
bərabər şeir və ədəbiyyatı çox sevmişdir. O, Xaqaniyə hüsnü-rəğbət bəsləmiş. Nizamiyə 
xüsusi ehtiramla yanaşmış  və Nizamidən xahiş etmişdir ki, ona bir dastan həsr etsin. 
Nizami özünün xəmsədəki ilk əsəri «Sirlər xəzinəsi»ni məhz Fəxrəddin Bəhram  şaha 
572-ci il h.q. həsr etmişdir. Bunun müqabilində Bəhram şah şairə 5 min pul mükafatı, bir 
sürü qatır və bahalı paltarlar göndərmişdir.  
2.
 
Əbutalib Toğrul Arslan padşah Səlcuqi və Atabəy  Şəmsəddin  Əbu Cəfər 
Məhəmməd Eldəgiz, oğlanları Cahan Pəhləvan və Atabəy Qızıl Arslan bunlar 
Azərbaycan, Həmədan və  İraqa qədər böyük bir hökmranlıq edirdilər. Nizami ikinci 
dastanı «Xosrov və  Şirin»i Cahan Pəhləvanın sifarişi ilə yazmışdır. Bunun mükafatı 
olaraq onlar Nizamiyə Həmdünyan kəndini bağışlamışlar.  
3.
 
Əbzəlmüzəffər  Şirvanşah Asitan Mənuçehr  İbn Asitan Nizamiyə üçüncü əsəri 
«Leyli və  Məcnun» yazmağı xahiş etmişdir.  Şair bu xahişi yerinə yetirib 584-585-də 
təhvil vermişdir.  
4.
 
Nizaminin dördüncü dastanı «Yeddi Gözəl»i Əlaəldin Məhəmməd Kürp Arslanın 
göstərişinə yazıb və onunla şəxsən görüşmüşdür.  
5.
 
Atabəy  Əzəm Məlik Nüsrəddin  Əbubəkir Səlcuqi, Cahan Pəhləvanın oğlu kimi 
Azərbaycanda hakimiyyətə  gəlmişdir və  İraqda da padşahlıq edirdi. «İskəndərnamə» 
əsərinin «Şərəfnamə» hissəsi ona həsr edilmişdir. Bu 593-cü ildə baş tutmuşdur.  
6.
 
Məlik  İzəddin Məsud  İbn Arslan Səlcuqi ki 599-cu ildə padşahlıq edirdi 
Nizaminin oğlu Məhəmmədin təhriki ilə  «İskəndərnamə» dastanının ikinci hissəsi 
«İqbalnamə» ona həsr edilmişdir.  
Beləliklə, Nizami öz xəmsəsindəki  əsərləri yəni bu beş poemanı  zəmanəsinin 
şahlarına həsr etməsi aydın görünür. Lakin Nizami heç vaxt saraya gedib məddahlıqla 
məşğul olmur. Onun yaradıcılığının ilk nümunələri qəzəl, qəsidə, rübai və s. şeir 
formaları olmuşdur. Elə bu şeirlər xoşa gəldiyi üçün Nizamidən xoşları gələn kütlə və 

95 
 
 
şahlar daha çox şeylər gözləmişlər ki, nəticədə  şeiriyyət xəzinəsinin incisi «Xəmsə» 
meydana gəlmişdir.  
Nizaminin əsərləri  
1.
 
«Sirlər xəzinəsi». 2260 beytdir. Bu əsər Nizami şəxsiyyəti, irfan və  əxlaq 
haqqında geniş  təsəvvür yaradır. Alimlər bu əsəri həqiqət təsviri adlandırırlar. Burada 
ayrı-ayrı hekayələrdən bəhs edilsə  də, bütövlükdə kamil bir əsər yaranır. Bu məsnəvi 
səri bəhrində yazılmışdır.  
2.
 
«Xosrov və  Şirin». 6500 beytdən ibarət olub, müsəddəs bəhrində yazılmışdır. 
Sasani sülaləsindən olan Xosrov Pərvizdən bəhs edən bu əsər eşq barəsində yazılan 
dastanların ən yüksəyidir. Eyni zamanda türk gözəli Şirindən Ərmən hökmdarından bəhs 
edir. Bu əsər 576-cı ildə ərsəyə gəlmişdir.  
3.
 
«Leyli və Məcnun». 4720 beyt həcmində olub 584-cü ildə yazılmışdır. Nizami bu 
əsəri 4 ay müddətinə hazırlamışdır. Bu dastan ərəb şifahi xalq ədəbiyyatında olmuş və 
tarixi həqiqətlər üzərində qurulmuşdur. Qeys ibn Məluh, Bəni Amer qəbiləsindən 
olmuşdur. Leyli Binti Səid də həmin qəbilədəndir.  
Nizami mövcud olan bu nəsr  əsərindən möhtəşəm fars dilli nəzmin  əsasını 
qoymuşdur.  
4.
 
«Yeddi gözəl». Bu dastan yeddi qadının hər birinə inşa edilmiş künbəzlərin sayı 
ilə əlaqədardır. Bunları Bəhrəmşah tikdirmişdir. Əslində Bəhrami Gur olan bu şah qəsrin 
divarlarındakı təsvirləri qadınların gözəlliyi və onların ölkələrinin iqliminə uyğun təsvir 
etdirmişdir. Bu əsər 5136 beyt olmaqla 593-cü ildə yazılıb tamamlanmışdır.  
Sasanilər sülaləsindən olan Bəhram Gur uşaqlıqdan qocaq olmuş bir çox vərdişləri 
və bacarığı ilə hamını heyran etmişdir. Bəhram yeddi kümbəzi tikdirib 7 qadınla evli 
olduğundan həftənin bir gününü onlarla keçirir. Onlarda öz növbələrində axşamlar 
Bəhrama bir hekayə danışırlar.  
Bəhram Gurun vəziri  şahın eyş-işrətə qarışdığını görüb ölkəyə zülm etdirir. 
Nəhayət Bəhram bunu duyub vəzir Rast Rövşəni cəzalandırır. Bu əsərlə Nizami əslində 
zülmə və çoxarvadlılığa qarşı çıxmışdır.  

96 
 
 
5.
 
«İskəndərnamə».    İskəndərnamə iki hissədən ibarətdir: «Şərəfnamə» və 
«İqbalnamə». «Şərəfnamə»  İskəndərin  şan-şöhrəti və ölkələri tutmasından bəhs edir. 
«İqbalnamə» isə onun dünyadan heç nə aparmadığından danışır. Bəzən «İqbalnamə» 
«Ağılnamə» də adlanır.  
«Şərəfnamə» 6800 beyt olub 597-ci ildə tamamlanmış, «İqbalnamə» 599 da 
yekunlaşıb 3680 beytdir. Beləliklə də Nizaminin yazdığı bu 5 dastan ədəbiyyat aləmində 
xəzinə adlandırılıb və «Xəmsə» kimi bütün dünyada şöhrət qazanmışdır.  
Şərqşünaslar və Nizami  
Yan Ripka «Yeddi Gözəl»in tərcüməsi müqəddəməsində yazır: «Bəziləri 
Nizaminin adını eşidib, onun əsl və həqiqi mənada kim olduğunu bilmir. Çoxları onun 
əsərlərini oxuyub, ancaq təhlil edə bilməməsi şüurunun Nizami səviyyəsində olmaması 
ilə izah edilə bilər».  
Nizami Avropada şərqşünaslar tərəfindən Firdovsi, Sədi, Xəyyam və Hafizdən gec 
tanınmışdır. Yalnız Alman şərqşünası Vilhelm, Nizaminin dərk edib onun əsərləriylə 
maraqlanmışdır. Bu gəncəli şair ancaq 1786-cı ildən etibarən tanınmağa başladı. Həmin 
il Kələküttə də «Asiya döyüşü» adlı bir kitab çap oldu ki, İran ədəbiyyatı müntəxəbatı 
kimi Nizaminin «Sirlər xəzinəsi» poemasından 20 hekayə  də orada mövcud idi. Daha 
sonra 1802-ci ildə Almaniyanın Leypisik şəhərində bu 20 hekayə Latın dilində  nəşr 
edildi. Bundan sonra Hindistan alimləri Bədr  Əli və Mir Hüseyn Əli tərəfindən  şairin 
«İskəndərnamə» dastanı şərhlərlə birlikdə çap olundu. Bu tərcümə və çaplar Gəncə soz 
ustadının Avropada yayılmasına səbəb oldu.  
1826-1828 illərdə Qazanda rus şərqşünası Fransua Ardman tərəfindən 
«İskəndərnamə» çap oldu və «Ruslarla döyüş» adı ilə oxucu kütləsinə çatdırıldı.  
1836-cı ilə  qədər Nizamini ancaq «Sirlər xəzinəsi» və  «İskəndərnamə» müəllifi 
kimi tanıyırdılar. Bu illərdə İngilis şərşünası J.Atkinson «Leyli və Məcnun» poemasını 
ingilis dilinə  tərcümə etdi.  Sonralar Londonda 1894-1895-ci illərdə yenidən nəşrinə 
müvəffəq oldu.  
1852-ci ildə Hindistan şərqşünası Ağa Məhəmməd Şüştəri tərəfindən çap edildi.  

97 
 
 
1881-ci ildə «Nizami xəmsəsinin xülasəsi» adlı  şeirlər kitabı Lidən  şəhərində 
çapdan çıxdı. Beləliklə Avropada sonralar «Xosrov və  Şirin», «Yeddi gözəl» çap 
olmağa başladı.  
Eyni zamanda Vilhelm Baxer «Nizaminin tərcümeyi-halı və əsərləri» adlı kitabını 
yazıb Almanca çapına nail oldu.  
Nizaminin həyat və yaradıcılığı haqqında  ən geniş  və müfəssəl yazıb elmi 
araşdırmalar aparan böyük rus alimi və  şərqşünası Bertels olmuşdur. O, Nizaminin 
«Xəmsə»sini ruscaya tərcümə etmiş, XX əsrdə Nizamidən  ən çox yazıb araşdırmalar 
aparan şərqşünasdır.  
Ümumiyyətlə götürsək indinin özündə də bütün dünya şərqşünasları Nizamini tam 
açmaq üçün böyük maraq göstərirlər. Çünki, Nizami elə bir dühadır ki, onda hələ 
açılmayan mətləblər çoxdur. Onu dərk etmək üçün yalnız özünün səviyyəsində 
olmalısan.  
Nizaminin etiqadı  
Çox nadir şair, yazıçı hətta mütəfəkkir filosof ola bilər ki, səhv etməmiş olsun. Belə 
böyük işləri görən Nizami də istisna deyil. Belədirsə onda aşağıdakıları  nəzərə almaq 
lazımdır:  
1.
 
Nizami bütün tarixi faktları tam olduğu kimi verməmişdir. Bu, onunla əlaqədardır 
ki, şair onu öz təxəyyülü ilə açıqlamışdır. İskəndər, Azərbaycana gəlməmişdir. Şair isə 
onu Nüşabə ilə qarşılaşdırır.  
2.
 
İslamda olan bəzi dini ayinlər Xristianlıqda yoxdur. Ancaq Nizami İskəndərin 
müsəlman qaydalarına əməl etməsini göstərir. Halbuki, İskəndərə bu iş yaddır. Məsələn, 
kənizin İskəndərin əlinə su tökməsi ki, o, əlini yusun. Məsihidə (xristianlıqda) belə adət 
yoxdur.  
3.
 
Nizamidə həyatla din arasında bəzi anlaşılmazlıqlar mövcuddur.  
4.
 
Nizami xürafata etiqat etməsə də bəzi hekayələrində bu hal görünməkdədir.  
5.
 
Nizami  əsərlərinin sonunda qocalıqla  əlaqədar kəmhövsələliyə, tələskənliyə yol 
vermişdir. Bu hal «İqbalnamə» dastanında özünü göstərir. Görünür şair ömür vəfa 
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə