I fəsil. Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğində ümummilli liderimiz Heydər Əliyevin rolu



Yüklə 7.02 Mb.
Pdf просмотр
səhifə8/9
tarix23.12.2016
ölçüsü7.02 Mb.
1   2   3   4   5   6   7   8   9

 
SÖZÜN QÜDRƏTİ  
Nizami qədər qüdrətli söz deyə bilən ikinci bir şairə rast gəlmək çətin məsələdir. 
Fars ədəbiyyatında çox qudrətli söz ustadları vardır, lakin Nizami qədər hər sözü yerli 
yerində demək onlara nəsib olmayıb. İran ədəbiyyatında şeir Nizami vasitəsi ilə yüksək 
səviyyəyə, mədəni formaya gəlib çıxmışdır. Böyük iftixar hissi ilə deyə bilərik ki, bugün 
Şərqin  şeiriyyatı Nizami kimi dühaların sayəsində dünya poeziyasının  ən pik nöqtəsi 
sayılır. Bu nöqteyi-nəzərdən Nizami əvəzsiz sənətkar olaraq bəşəriyyətin hafizəsində 
əbədi yaşayacaqdır.  

111 
 
 
Alim Mənsur Sərvət başqa  ədəbiyyatşünaslardan fərqli olaraq Nizaminin 
türklüyünə daha çox toxunmuşdur. Onun türk  Səlcuqlarının xronoloji şəkildə harada 
yerləşib və dövlət qurduqlarını göstərməsi  tarixi baxımından əhəmiyyəti önəmlidir. 
Buradan aydın olur ki, səlcuqlar 18 böyük dövlətə çevrilmişdir. 
Azərbaycan Atabəyləri  bunların içərisində ən qabaqcıllarından biri kimi göstərilir. 
Nizaminin də belə bir  mühitdə yetişməsi təsadüfi deyil. 
 
DOKTOR KAMİL ƏHMƏDNEJAD 
 
NİZAMİ GƏNCƏVİ ƏSƏRLƏRİNİN TƏHLİLİ 
 
Nizami əsərləri fars dilinə bələd olanlar arasında çox məşhurdur. 
Nizami 536-cı ildə təvəllüd etmiş və 605-ci ildə dünyasını dəyişmişdir. 
Nizami 570-ci ildə «Sirlər xəzinəsi»ni yazmış, 576-cı ildə «Xosrov və  Şirin»i 
tamamlamışdı. Firdovsi Nizamidən  əvvəl Xosrovdan söhbət açsa da, Fərhad surəti 
Nizami vasitəsiylə daha qabarıq verilmişdir. «Xosrov və Şirin» əsərində Nizami «Sirlər 
Xəzinəsi»ndən uzaqlaşsa da, ancaq hikmət və  nəsihətlər qalmışlar.  «Leyli və 
Məcnun»dakı  eşq isə    əflatuni dərəcəsinə çatır. Bu məhəbbətin «Xosrov və  Şirin» 
eşqiylə böyük fərqi vardır. 
Nizami ilk şairdir ki, «Leyli və Məcnun» dastanını nəzmə çəkmişdir. 
«Yeddi gözəl»  əsəri  ədəbiyyatda tamam yeni bir işin başlanğıcı hesab olunur. 
Beşinci Sasani hökmdarı  Bəhrami Gurdan danışan bu əsər Nizaminin fəlsəfi biliyi və 
astronomiyanı nə qədər dərin öyrənməsi məsələsini tam açır. 
Əsərin yeddi gözələ aid olan hər bir hissəsində Nizami dünya görüşü, xalqların 
adət-ənənələri və rənglərin proporsionallığı özünü tam şəkildə açıqlaması ilə göstərir. 
Vəzir Rast Rövşənin mənfi siması layiqincə öz əksini tapır.  Əgər «Sirlər 
xəzinəsi»ndə Nizami qısa hekayət, öyüd və  nəsihətlərlə kifayətlənirdisə, «Xosrov və 
Şirin»  əsərində Xosrov Pərvizin həyat tərzi ustalıqla verilir. «Yeddi gözəl»də  Bəhram 
şahın bütün həyat fəaliyyəti öz əksini tapır. 

112 
 
 
«İskəndərnamə»  əsəri vasitəsilə o dövrün ağıl dünyasına baş vurmuş, Sokrat, 
Əflatun, Ərəstun kimi dünya şöhrətli alimlərdən söz açmışdır. 
«İskəndərnamə» Nizami yaradıcılığının bir hikmət xəzinəsidir. 
 
Nizami əsri 
VI əsrin ikinci yarısında Azərbaycanda (Arran və Azərbaycan) çox rövnəq şairlər 
mövcud idi. Ancaq bu şairlərin öz mətləbləri yox idi. Onlar ancaq saray şairləri olaraq 
hökmdarları vəsf edir, ya da bir-birləri ilə yarışa girirdilər. 
Zindanlara yol tanımayan bu şairlər müəllim-şagird kimi bir-birini tərənnüm 
edirlər. Lakin bəzən biri digərinin yazdığı şeirlə ölümünə səbəb olurdu. 
Bu dövrdə  Səlcuq qələmindən çıxmış Nizami meydana gəlmişdi ki, o, 
başqalarından fərqlənirdi. Bu, elə bir dövr idi ki, səlcuqların hakimiyyəti sona çatmış və 
onların hökumətləri kiçik məhəlli bölgələrə parçalanmışdı. Bu səlcuqlar türkmənlərin 
gəz (əgəz) tayfalarından olub Seyhun və Ceyhun çaylarının arasında Xəzər və Aral 
sahillərində çadırlarda həyat sürürdülər. Onların məşğuliyyəti heyvandarlıq idi ki, bu da 
onların yaylaqdan qışlağa getməsinə  səbəb olurdu. Mahmud Qəznəvi dövründə onları 
xərac verməyə cəlb etmişdilər. Mahmudun ölümündən sonra onun oğlanları Məhəmməd 
və  məsud bir-biriylə  çəkişməyə başladılar, nəticədə  Məsud məğlub oldu. Abbasi 
xəlifəsinin Xorasandakı  təxtini  ələ keçirib, Toğrul Mikayıl oğlunun rəhbərliyi ilə ta 
Bağdada qədər irəlilədilər, onun canişini Alp Arslan Səlcuqların inkişafında böyük rol 
oynayır. 
Bu dövrdə Azərbaycan Atabəyləri hicri-qəməri 531-ci ildə  Səmsəddin  Eldəgizin 
rəhbərliyi ilə qüdrətli bir dövlət yaratmışlar. Onun oğlu Cahan Pəhləvan  İraqdan 
Azərbaycana qədər hicri-qəməri 568-581 hökumət yaratdıqdan sonra qardaşı  Qızıl 
Arslan onun yerini tutub hicri-qəməri 581-587-yə qədər bu səltənətə rəhbərlik etmişdir. 
Bundan sonra hakimiyyət Cahan Pəhləvanın oğlu Nüsrəddin  Əbubəkr, nəhayət o biri 
oğlu Müzəffərəddin Özbək tərəfinə keçib davam edir. 

113 
 
 
Azərbaycan Atabəyləri  şairlərə xüsusi maraq göstərirdilər və o zaman tanınmış 
şairləri Zəhir Farabi, Mücirəddin Beyləqani, Xaqani Şirvani onların məclislərində iştirak 
etmişlər. Nizami Gəncəvi də «Xosrov və  Şirin», «İskəndərnamə»  əsərlərini Atabəylər 
sarayında onlara hədiyyə etmişdir. Nizami dövründə  Şirvanşah Səlcuqilərinin 
hakimiyyəti zamanı  Xaqan Əkbər, Mənuçehr və onun oğlu Asitan şeir, sənət vurğunu 
idilər. Onlar Əbu Üla Gəncəvi, Xaqani, Fələki kimi şairlərə qiymət verirdilər. Lakin 
Nizami bunların fövqündə dayandığı üçün məhz Asitan İbn Mənuçehr «Leyli və 
Məcnun»u yazmağı ondan xahiş etmiş, Nizami də bu xahişə  əməl etmişdir. Onu qeyd 
etmək yerinə düşər ki, əsərin kim tərəfindən və necə sifariş edilməsindən asılı 
olmayaraq, misilsiz şairlik istedadına malik olan Nizami ədəbiyyat aləminə gözəl bir 
əsər bəxş etmişdir. Bu rəvayət hekayə  şəklində  Ərəbistandan bütün şərqə keçsə  də, 
Nizami  şeriyyatı bunu daha da rövnəqləndirmişdir. 
Nizaminin  əsərləri qonşuları Gürcüstan və Ermənistandan daha çox İranı 
maraqlandırmışdır. Çünki, bu ölkə  şeirə daha çox meyilli idi və  şeirin mərkəzi hesab 
olunurdu. Digər tərəfdən Nizaminin farsca yazması bunu daha real edirdi. 
Səlcuqilərin dövründə ordu, elm, məktəb,  əkinçilik,  şeir, sənət dövlət nəzarətində 
idi. 
Azərbaycanda bu dövrdə islamı  qəbul etmiş olsalar da sufilik çox yayılmışdır. 
Nizamini tam sufii saymaq olmasa da, onu sufilikdən kənar da tutmaq olmaz. Gəncə o 
zaman böyük şəhər olaraq inkişafda idi. Nizami belə bir mühitdə dünyaya göz açmış, 
əsərlərində bu mühitin siyasi, ictimai və iqtisadi mənzərəsini  əks etdirmişdir. Lakin 
Nizami nə  qədər dəvət alsa da, o, saraya gedib «saray şairi» olmaqdan imtina edib 
sərbəst olmağa üstünlük vermişdir. O, saraya getməyərək qeylü-qaldan azad olmuş  və 
istədikldərini daha dəqiq təsvir etmək imkanı olmuşdur. Bunu Ripka «İran  ədəbiyyatı 
tarixi»  əsərində  və Bertels «Böyük Azərbaycan  şairi» məqaləsində açıq-aydın 
göstərmişdir. Nəticə etibariylə belə fikrə gəlmək olar ki, Nizami ideyalarını heç bir təsir 
almadan həyata keçirməyin üstün olduğunu nəzərdə tutmuşdur. 
 

114 
 
 
Nİzamiylə tanışlıq 
Nizaminin həyat və yaşayışının dəqiq  şəhrini vermək çətindir, ona görə ki, bu 
barədə tam məlumat yoxdur. 
Əlbəttə, şair öz əsərlərinin bəzilərində buna toxunsa da, hələ bu da ardıcıl şəkildə 
deyil. Onun əsl adının  İlyas, təxəllüsü Nizami, atasının adı Yusif, anası isə kürd 
tayfalarından olduğunu bütün təzkirəçilər qeyd etmişlər. Nizaminin şairlikdən başqa 
parçaçılıq, tikiş  işləri və yaxud o zaman Gəncədə  ipəkçiliyin inkişafı ilə  əlaqədar bu 
sənətlərin birini bilməyi ehtimal olunur. Səid Nəfisi və Bertels bu barədə «Leyli və 
Məcnun» əsərinin 29-cu səhifəsindəki yazıya əsasən bu fikri yürüdürlər. Ancaq orada da 
konkret bir şey söyləmək çətindir. 
Nizaminin özünün əsərlərindəki deyilənlərdən məlum olur ki, Atasının adı Yusif, 
anası kurd qızı, qadını Afaq, oğlu Məhəmməd yeganə övladı və  dayısı Xacə Ömərdir. 
Məhəmməddən başqa övladı olmasına işarə edilməmişdir. Məhəmməd də Nizaminin 
«Xosrov və Şirin», «Leyli və Məcnun» və «Yeddi gözəl» poemalarını oxumuş və  şair 
oğluna nəsihət də yazmışdır. 
 
Nizaminin anadan olduğu yer 
Nizaminin doğulduğu yer Gəncə və ömürboyu yaşadığı yer də elə oradır. Bir dəfə 
Qızıl Arslanın dəvətiylə Gəncədən 30 kilometrlik bir məsafəyə qısa səyahətə çıxmışdır. 
Heç yerdə Nizaminin yaşayış  və ölümü barədə müfəssəl məlumat verilmir. 534-cü il 
Gəncə zəlzələsi haqqında Nizami məlumatından belə anlaşılır ki, o, zəlzələdən özündən 
böyüklərdən eşitmişdir. Özü isə zəlzələdən 2 il sonra dünyaya gəlmişdir şairin özünün 
işarə etdiyi kimi «Xosrov və Şirin»i yazanda artıq onun 40 yaşı var imiş. Aydındır ki, 
«Xosrov və  Şirin» hicri-qəməri tarixiylə 576-cı ildə yazılmışdır.  Bununla Nizaminin 
təvəllüd tarixini bilmək olar.  «İqbalnamə» beytlərinin sonunda  da şairin  yaş 
əndazəsinə toxunulur. Buradandır ki, onun 63 il 6 ay yaşadığı  məlum olur. Nəhayət 
«İskəndarnamə»  əsərini bitirdikdən sonra 599-cu ildə  vəfat etmişdir ki, bu da qəbul 
olunmuşdur. 

115 
 
 
 
Nizaminin söz yaradıcılığı 
Nizami  şerinin səbkisi Xorasan və  İraq  şeir formaları arasındadır.  Əgər fars şeir 
dilini Xorasan, İraq, Hind məktəbi ilə müqayisə etsək onda belə  qənaətə  gələrik ki
Nizami poeziyası  İraq  şeir nümunələrinin bariz oxşarıdır. Onun məsnəvi, ürəyəyatan, 
düzülüş qaydası, xeyli ərəb kəlmələrinin işlədilməsi buna dəlalət edir. Bununla belə 
şeirdəki fars üslubu, Nizaminin öz dəsti-xətti olması, hətta Qərb təmayülü və Yunan 
forması da özünü göstərir. Sokratdan əvvəlki fəlsəfə  və islam dəyərləri Nizami 
yaradıcılığında özünü biruzə verir. Digər tərəfdən elmi istilahlar, xüsusiylə 
astronomiyaya bələdlik onun əsərlərində özünü tam göstərir. Nizaminin saraydan uzaq 
olmasına gətirib çıxardır ki, bu da şairin yaradıcılığına müsbət təsirsiz ötüşməmişdir. Bu 
da onun şahlara mədh yazmaqdansa, əxlaq, hikmət və  cəmiyyətin real həyatından 
yazmağa imkan vermişdir. Nizami şeriyyatının gücü ondadır ki, o, acı, mənfi işləri 
göstərsə  də,  əsas etibariylə  işıqlığa can atan sənətkar kimi özünü göstərmişdir.  Əksər 
vaxt da xeyrin şər üzərindəki qələbəsi, haqqın nahaqqa qalibiyyətini deməklə öz 
ideyalarını tərənnüm etmişdir. Bunları söyləməyə hünər tapmışdır. Onun ilk əsəri «Sİrlər 
xəzinəsi», sonuncu dastan «İskəndərnamə»dən fərqlənsə  də, öz aralarında bir 
həmahənglik təşkil edir. Nizami cavanlıqdan bir əxlaqı götürüb sona qədər də onunla 
gedir. Bədii şeir təsvirinə gəlincə Nizami qədər onu ilahi bir qüvvəyə çevirə biləcək bir 
adam, və yaxud ikinci bir  şairə rast gəlmək müşkül məsələdir. 
 
Nizaminin əsərləri  
Nizami  əsərlərinə vaqif olduqda ilk növbədə onun istifadə etdiyi məxəzlərdən 
qədim tarix, islam, İskəndər nəzəri çəkir. Digər tərəfdən mütailəsi və  şəxsi çıxardığı 
fikrilər köməklik edir.  
“Sirlər xəzinəsi” 
Nizaminin ilk mühüm və çətin əsəri Sirlər xəzinəsidir. Bu çətinlik şairin yaşadığı 
keşməkeşli dövrlə birbaşa əlaqəlidir. Digər tərəfdən onun gənclik illəri və özünə ad-san 

116 
 
 
qazanması ilə bağlıdır. Nizaminin bu kiçik və qısa məsnəvisi Allahın, peyğəmbərlərin, 
Fəxrəddin Bəhram  şahın, kitabın yazılma səbəbi, sözün fəziləti kimi mövzuları  əhatə 
etməklə 20 hissədən ibarətdir. Bəzi təzkirəçilərin fikrincə 21. Hətta 22 hekayədən ibarət 
olduğu iddia edilir. Ancaq qədim nüsxələrdə 20 hissədən ibarətdir ki, Əmir Xosrov 
Dəhləvi də ondan faydalanaraq 20 məqaləlik bir sirlər xəzinəsini nəzirə yazmışdır. 
Görünür 21-ci məqalə sonradan artırılmışdır.  
Nizami özü əsərin başlanğıcında belə söyləmişdir:  
Qəbul etdiyimi ar bilməmişəm,  
Ürəyim deyəni mən söyləmişəm.  
Düşünməyə əsas verir ki, Nizami “Sirlər xəzinəsi”ni yazarkən Sənainin  “Hədiqət 
əlhəqiqi” əsərindən faydalanmışdır. Sənai o dövrdə çox şöhrət qazanmışdı və bu üzdən 
Xaqani və Nizami kimi şairlər ondan bəhrələnmişlər. Ancaq qeyd etmək yerinə düşər ki
Nizaminin elmi bilikləri özünün sələf və  xələflərini geridə qoymuş yeni bir şeir aləmi 
yaratmışdır. “Sirlər xəzinəsi” 2400 beytdən ibarətdir, səri bəhrində yazılmışdır. Böyük 
alim Səid Nəfisi Nizami yaradıcılğından bəhs edərkən səri bəhrindən Rudəki və Nasir 
Xosrov da istifadə etdiyini göstərmişdir.  
Nizami “Sirlər xəzinəsi” dastanını Fəxrəddin Bəhram şaha Ərzincan sahibinə həsr 
etmişdir.  Əsərin başlanğıcında onun adını  çəkmişdir.  Şair  ədalətin zəfər çaldığına, 
zülmün dəf olmasına çalışıb  ədalətli  şah fikrini bəyan etmişdir. Nizami “Sirlər 
xəzinəsi”ni yazmaqla böyük bir ədəbi məktəbin başlanğıcını qoydu, o, eyni zamanda 
əxlaq, hikmət və elmin təcəssümünü əks etdirdi. “Sirlər xəzinəsi” didaktik baxımdan çox 
dəyərli bir əsər olaraq öz təravətini itirməyəcək.  
Eşq kitabı  
Nizami  əxlaqla dolu “Sirlər xəzinəsi”ndən sonra bir eşq dastanı yazmaq fikrinə 
düşür.  Şairə görə dünyanı  eşq, mehr, məhəbbət və sevgisiz təsəvvür etmək olmaz. Bu 
eşq  əsəri Sənainin “Hədiqətəl Həqiqe” və  Fəxrəddin Gürganinin “Vis və Ramin” 
əsərlərindən tamamiylə  fərqlənirdi. “Xosrov və  Şirin” poemasında da şair  ənənəsinə 
sadiq qalaraq əxlaq, mənəviyyat məsələlərini unutmamış, yeri gəldikdə onları  bəzi 

117 
 
 
şəkildə göstərmişdir. Bu eşq məsnəvisinin yazılmasında onun Qıpçaq qızı həyat yoldaşı 
Afaqın rolu az olmamışdır. Nizami Afaqla yaşadığı illəri özünün ən xoşbəxt illəri sayır 
və “Xosrov və  Şirin”i yazdıqda öz Afaqını gözünün önünə  gətirdiyini vurğulayır. 
Nizamidən  əvvəl yazılan eşq məsnəviləriylə  əlbəttə,  şair tanış idi, lakin o elə bir 
məhəbbət dastanı yaratmışdır ki, o birilərini kölgədə qoymuşdur.  
Nizaminin hər iki əsəri Səlcuq qələmindən çıxmış  və Cahan Pəhləvanla Qızıl 
Arslana ithaf olunmuşdur.  Ədəbi nöqteyi-nəzərdən də “Vis və Ramin”, “Xosrov və 
Şirin”ə çatmır.  
“Xosrov və Şirin” dastanı əvvəldən axıra qədər sasani tarixindən bəhs edir və İran 
şahlarından olan Xosrov Pərvizin həyatını tam əks etdirir. Xosrovun Hörmüzün oğlu 
olduğu və şah nəslinin davamçısı kimi bütün kitablarda göstərilmişdir. Rum türkü olan 
Şirin də Azərbaycan hökmdarıdır. Bu tarixi şəxslərdən başqa digər adamlar da əsərdə 
iştirak edirlər, onlar Nizaminin öz təxəyyülünün məhsuludur. Həqiqətən  Şirin Fərhada 
vurulur, ancaq o, Xosrovu sevir. Xosrovun isə  Məryəm və  Şəkərlə evlənməsi tarixdə 
yoxdur. Bunlar Nizaminin öz düşüncəsi kimi qəbul edilir. Bertelsin fikrincə Nizami 
əfsanəvi gürcü gözəli Tamaradan xəbərdar olmuş, bəzi cizgiləri Şirin üzərinə gətirməklə 
bu Qafqaz gözəlini vəsf etmişdir.  
Nizami “Xosrov və  Şirin” dastanını 576-cı ildə Azərbaycan Atabəylərindən 
Məhəmməd Cahan Pəhləvana həsr edib təhvil vermişdir. Ancaq 581-ci ildə Cahan 
Pəhləvanın ölümündən sonra onun qardaşı  Qızıl Arslan əsəri  əlinə keçirir. Lakin necə 
olsa da, “Xosrov və  Şirin” bir qiymərli  əsər kimi həm  şahlar tərəfindən, həm də xalq 
içərisində böyük rəğbətlə qarşılanır.  
Nakam eşq  
Hicri tarixiylə beşinci  əsrin ortalarında Nasir Xosrovun şərəfnaməsində göstərilir 
ki, Hecaz qəbiləsinin yaşadığı uçuq qalanın divarları Leyligilin oturaq məntəqəsi idi. 
“Məcnun və Leyli” ərəb şifahi ədəbiyyatında nəsrlə mövcud idi. Asitan İbn Mənuçehr 
isə Nizaminin “Xosrov və  Şirin” dastanı ilə tanış olduğu üçün şairdən “Leyli və 

118 
 
 
Məcnun”u nəzmə çəkməyi xahiş etmişdir. Nizaminin oğlu Məhəmməd də atasından bu 
əsərin yenidən yazılmasını rica etmişdir.  
Nizami ilk şairdir ki, bu əsəri nəzmə  çəkmiş  və bundan sonra bütün “Leyli və 
Məcnun” yazanlara yol açmışdır. Əbuəlfərəc İsfahani də bu əsərə müraciət etmiş və bəzi 
məxəzləri göstərmişdir. Bu səpkidə yazanların əsərlərinə qəti rəy vermək doğru olmazdı, 
hər kəs müəyyən zəhmət çəkmiş, ancaq demək lazımdır ki, Nizami həm bu dastanı 
nəzmə çəkən ustad və şeriyyət baxımından əvəzsiz şair kimi mislsizdir.  
Ərəb mənbələrindən götürülən faktlar bizə əsas verir ki, bu eşq mövcud imiş. Bu 
dastan  şairlərin dilində hicri IX əsrə  qədər davam etdirilmişdir. “Leyli və  Məcnun” 
dastanı  ərəb, hind və fars ədəbiyyatında geniş vüsət almışdır və görünən budur ki, 
Nizami bunlardan xəbərdar idi. Lakin doğurdan da Nizaminin bunlardan fərqli olaraq öz 
dəsti-xətti mövcuddur. Əflatuni eşq burada özünü göstərir.  Ərəb təbiri ilə nakam eşq 
anlamına gəlir. Aşiq və məşuqun bir-birlərinə qovuşmasının səbəbi o ictimai quruluşla 
əlaqədardır.  
Nizami təsiri bir şərqlə bitmir o, özündən sonra yazıb-yaradan qərb dramaturqu 
Şekspirə belə təsir etmişdir. Nizami Xaqaninin “Töhfeye-əleraqeyn” vəzniylə “Leyli və 
Məcnun” məsnəvisini yazmışdır. Lakin Nizami əxlaqi və ictimai məsələlərə toxunmuş, 
onları qabartmışdır.  
Beləliklə Şivanşah hökmdarı Axistanın xahişi ilə 400 beytlik əsəri 14 aydan da az 
bir müddətdə Nizami tamamlamışdır.  
Hazırda 50-dən artıq  şair farsca və türkcə “Leyli və  Məcnun” dastanına nəzirə 
yazmışlar ki artıq onlar tanınırlar.  
“Yeddi gözəl”  
Nizaminin “Yeddi gözəl” mənzuməsi tarixi mənbə,  əfsanə  və  şairin öz bilik və 
təfəkkürü əsasında yazılmışdır.  
Hadisələr Sasani hökmdarı Bəhrami Gurdan (beşinci Bəhram) bəhs edir. Bu haqda 
Firdovsi özünün məşhur “Şahnamə”  əsərinda yazmışdır. Lakin Nizami bu mövzuya 

119 
 
 
müraciət etməklə yeni bir əsərin yaranmasına səbəb olmuşdur. Onun Küpr Arslana dua 
və nəsihəti göstərir ki, bu poemanı Küpr Arslanın xahişi ilə yazılmışdır.  
Nizami sözün hikməti, oğluna nəsihətdən sonra dastanı  Bəhramla belə başlayır. 
Memar Simnarın Bəhrama müəzzəm bir saray tikməsini tərənnüm etdirir. Əsərdə 
göstərilir ki, birinci Yəzdgerd Bəhramın atasının ölümündən sonra taxt-taca sahib olmaq 
üçün Bəhrama ciddi cəhd göstərir. Lakin camaat onun da atası kimi zülümkar 
olacağından qorxub istəmirlər. Ancaq Bəhram öz gücü vasitəsiylə buna layiq olur. Bu 
hadisənin böyük Firdovsi tərəfindən qələmə alındığı da tarixdə həqiqətdir. Oxşarlıq da 
ondadır ki, Firdovsidə Bəhramın kənizi Azadə, Nizamidə Fitnə adlandırılmışdır.  
Fitnə ilə  Bəhramın mübahisəsi  şairin öz amalından doğan fikirdir ki, adət etmək 
vərdiş yaradır.  
Dövlətşahın yazdığına görə Nizaminin xəmsəsi 20 min beytdən ibarət olmuşdur. 
Əldə olunan dəlillər də bunu sübut edir. Nizaminin özündən sonra gələn  şairlərə 
təsirindən danışarkən, onu qeyd edək ki, uzun müddət bu təsir özünü göstərmişdir. 
Azərbaycan və Tacikistan ədəbiyyatında  əsrlərlə davam etmişdir. 1953-cü ildə Mirzo 
Tursunzadə, 1940-cı ildə Səməd Vurğun, 1949-cu ildə Nazim hikmət yaradıcılığında öz 
əksini tapmışdır. Xosrov Dəhləvi 2 il Nizami xəmsəsindən bəhrələnərək ömrünü sərf 
etmişdir. Nizami 5 dastanına 30 il sərf etmişdir.  
 
“İskəndərnamə”  
Iki böyük hissədən ibarət olan Nizaminin bu sonuncu əsəri “Şərəfnamə” və 
“İqbalnamə” adlanır.  
“Şərəfnamə”  
Nizami ömrünün axırıncı illərini “İskəndərnamə”yə  sərf etmişdir. Bu fateh 
haqqındakı dastan uzun zaman Şərq və Qərbdə müxtəlif xalqların dilində şifahi və yazılı 
şəkildə mövcud olmuşdur. Lakin Nizami yaradıcılığında bu əfsanə bir əbədilik 
simvoluna çevrilmişdir. Nizamidən öncə tarix, təvsir, İskəndərnaməyə aid yazılarda və 
Firdovsi “Şahnamə”sində xeyli deyilmişdir. “Şərəfnamə” də təxminən 6800 beyt vardır. 

120 
 
 
“İqbalnamə” ikinci hissə olaraq 3500 beyirdən ibarətdir. Burada İskəndərin  şəxsi 
yaşayışı, himmət və peyğəmbərliyindən bəhs edilir. Belə aydın olur ki, Nizami 
“Şərəfnamə”ni Nüsrəddin  Əbubəkr Məhəmməd Cahan Pəhləvanın oğlu və  Qızıl 
Arslanın  əmisi oğluna Atabəylər nəslinə ithaf etmişdir. Azərbaycanda Atabəylərin 
hörməti çox olduğundan Nizami onların xahişini rədd etməmişdir.  Şair bu əsər 
vasitəsiylə bəyan edəcəyi sözləri demiş və özü də etiraf etmişdir ki, onun ən dəyərli əsəri 
məhz “İskəndərnamə»dir. Nizami iskəndər barədə mövcud olan yəhudi və  pəhləvi 
dilində yalnız məlumatları nəzərdən keçirmiş, öz şairlik istedadı nəticəsində onlara yeni 
həyat vermişdir. 
Dastanın başlanğıcı 
Rumda cavan və adlı-sanlı bir şah var idi ki, ona Filqus deyərdilər. Rum və rus 
onun hökmdarlığı altında idi. Filippin oğlu olan bu şəxs Yunan tarixində  və  islam 
tarixlərində mühüm yer tutumuşdur. Yunan, Rum və İslam mənbələrinə  əsasən demək 
olar ki, qərbdən  şərqə ta okeanlara qədər böyük ərazini istila etmişdir. Bu rum və 
yunanlar müştərək idilər. Onların yaşayış  tərzi, məzhəbi və  əxlaqı çox oxşardır. Bir 
iranlının vəsiyyətinə görə İskəndər böyük Daranın oğlu, kiçik Daranın isə qardaşı hesab 
olunur. Nizami isə bu vəsiyyətləri qəbul etmir və İskəndərin Filquis oğlu olduğunu iddia 
edir.  İskəndərin müəllimi isə  Ərəstu olduğuna işarə edir. İskəndər də  həmişə öz 
müəlliminə qulaq asmış və  ona hörmətlə yanaşmışdır. İskəndərin dünyaya şahlıq etmək 
arzusunu Ərəstu ona tövsiyə etmişdir. 
İskəndərin taxta çıxmasından bir müddət sonra bütün ölkədə ədalət bəqərar oldu. O, 
ölkəni tutub dağıtmadı. Yalnız özünə tabe etdirib xərac alırdı.  İskəndər atasından 
qüvvətli, tədbirli və dostpərəst idi. Nizami öz fikirlərini «Sirlər xəzinəsi»ndən 
başlayaraq  ədalətli  şah prinsipini sona qədər aparmağı qarşısına məqsəd qoyduğundan 
dünyanı yalnız ədalətlə idarə etməyin mümkünlüyünü vurğulayır. 
Zəncilər  içərisinə hücum və  qələbə  İskəndəri Misirdən Ruma qədər məşhur-
laşdırmışdır. Bundan sonra İskəndəri hətta, peyğəmbər kimi qəbul etməyə  başlayırlar. 
İskəndərin zəncilər üzəridəki qələbəsi və Misirdə ədalət və sakitliyin bərpasından sonra 

121 
 
 
dəniz kənarında  İskəndəriyyə  şəhərinin salınmasına başlanılır. Bu iş sonradan davam 
etdirilib 12-13 şəhərin salınmasına gətirib çıxarılır. 
İskəndər bundan sonra Yunana qayıdır. Lakin xərac vermək bütün dövlətləri razı 
salmır. Ona görə  də Dara İskəndərlə müharibəyə başlayır. Ancaq İran xalqı Dara 
zülmündən qurtarmaq üçün İskəndərin bu yerlərə gəlməsini məqbul sayırlar. 
Nizami «Şərəfnamə» də yazır ki, ağıllı filosoflar İskəndərin Daranın zülmünə son 
qoymağın vaxtı çatdığını deyirlər. İskəndər və Daranın bir-birinə göndərdiyi məktublar 
bir fayda vermədiyindən müharibə labüdləşir. Hətta, ordu başçıları da  Dara əlindən 
zinhara gəldiyini deyib İskəndərə  təslim olurlar. Onlar Daranı öldürməyə hazır olduq-
larını  İskəndərə  bəyan edirlər.  İskəndər buna inanmasa da, alimlərin nəsihəti yadına 
düşür ki, «Hər yerin dovşanını onun öz tazısı tutar» nəzərnə  gəldi.  İki ordu başçısına 
tapşırdı  və onlar da öz növbələrində fürsət tapıb Daranı öldürdülər. Qorxuya düşən 
İranlıların sülhdən başqa bir çarəsi  qalmadı. Rəvayətə görə Dara yaralanıb yataqda ikən 
İskəndər onun yanına gəlir. Bu səhnəni Firdovsi və Nizami böyük ustalıqla vermişlər. 
Qəribə burasıdır ki, iki böyük sərkərdə ağır döyüşlərlə bir-biriylə vuruşmuş, ancaq biri-
nin məğlubiyyəti o  birini sevindirməmişdir. İskəndərin ürəyi yumşalıb Daranın vəsiy-
yətlərinə əməl edəcəyinə söz vermişdir. 
Daranın ondan üç xahişi olmuşdur: Birincisi odur ki, ona xainlik edənləri 
cəzalandırsın, ikncisi ailəsi ilə  işi olmasın, üçüncüsü isə  qızı Rövşənəki özünə arvad 
etsin. Nizami bu yerdə yazır: 
İskəndər qəbul etdi, Dara hər nə dedi, 
                 Qəbul edən qalxdı, deyən dünyadan getdi. (87-235) 
Bundan sonra matəm günlərinin qara örtükləri  şadlıq libası ilə  əvəz olur və  İsfa-
handa İskəndər  Rövşənəklə şahlara məxsus toy edir. Bundan sonra İskəndər Rövşənəki 
Ruma aparır və ondan İskəndərus adlı bir oğlu olur ki, onu da Ərəstun tərbiyə edir. 
Daha sonra İskəndərin  ərəb ölkələrinə  səfəri başlayır, o, hətta Kəbəni ziyarətə 
gedir. Nəhayət  İskəndər Bərdə və Abxaza gəlir. Əslində tarixdə İskəndərin Kiçik Asiya 
və Qafqaza gəlişi olmamışdır. 

122 
 
 
Nizami  Şəddadilərin dövründə kürdlərin onun vətəni Gəncədə gördüyü işləri 
qabartmaq üçün, öz anasının kürd olması onun «Yeddi gözəl» poemasındakı müsbət 
kürd surəti bu millətə hüsnü-rəğbətindən xəbər verir. 
Bərdə də Azərbaycanın o vaxtkı paytaxtı olduğundan Nizami İskəndəri oraya türk 
qadını Nüşabənin qarşısında mat qoyur. Bunu şairin vətənpərvərliyi və öz xalqına 
sevgisi ilə izah etmək olar. Nüşabə dastanı  «İskəndərnamə»  əsərinin  ən maraqlı 
bölümüdür. Maraqlı burasıdır ki, dünyanı fəth edən İskəndər qadının belə ədalətlə dövlət 
idarə etməsinə heyran qalır. 
Əlbətdə, ədaləti şah prinsipini ilk əsəri «Sirlər xəzinəsi» dastanından qarşıya qoyan 
Nizami öz ənənəsinə sadiq qalır. 
İskəndər sonra Dərbəndə  gəlib oraya sədd çəkdirib Dərbənd qalasının 
düşmənlərdən qorunmasıana şərait yaradır. 
İskəndər Keyxosrovun qalasına tələsib orada oturmaq istəyir. Keyxosrovun 
nəvələrindən oln Sərir hakimi İskəndəri layiqincə qarşılayıb onu Keyxosrovun təxtində 
otuzdurur. 
İskəndərin səfərləri Rey və Nişapura davam edir. Nizami İskəndərdən  əvvəl 
Keyxosrovun gəzdiyi  şəhərləri xüsusilə  Bərdəyə  gəlişini  İskəndərə  şamil etməklə 
vətənini sevdirməyə çalışmışdır. İskəndərin istilaları davam edir, o, bu dəfə Hindistana 
hərbi yürüş edir. 30 ilə yaxın bir ömr yaşamasına baxmayaraq tarixdə bu qısa zaman 
kəsiyində dünyanın bir çox ölkələrini fəth edir. Hindistana gedib çıxması da buna 
işarədir. İskəndər Çinə və Tibetə tarixdə getməsə də, Nizami yeni bir övqat yaratmışdır. 
Müxtəlif ölkələrin hikmət və  mədəniyyətlərindən danışaraq dünya xalqlarının adət-
ənənələri və sivilizasiyası poeziyada şairin böyük ustalıqla verilməsinə heyran olursan. 
İskəndərin Qıpçaq çölünə  gəlməsi və burada qadınların üzü örtüksüz gəzməsi onu 
heyrətə salır. Burada Nizami öz qadını Afaqın yurdundan söz açaraq bu yerlərdə 
qadınların cəsarətindən bəhs edir. Qadının cəmiyyətdə böyük qüvvə olduğunu 
göstərməyə çalışır. 
 

123 
 
 
İskəndərin ruslarla müharibəsi 
Nizami İskəndər surəti vasitəsiylə ədalətli hökmdar prinsipinə sadiq qalaraq abxaz 
və rusların Bərdəyə hücumunun qarşısını almaq və Nüşabəni onların zülmündən 
qurtarmaq üçün ruslara qarşı müharibə edir. Nizami bunu göstərməklə öz kinini ruslara 
bildirmiş  və onların istilalarını pisləmişdir. 332-333-cü illər arasında hicri tarixində 
rüslar Bərdəni işğal altında saxlamışlar. Nizami yazılarından başqa bir mənbə 
olmadığından biz onunla razılaşmalı oluruq. Rusları  qırmızı sifət və sarı tüklü kimi 
təsvir edən Nizami Abxazların da  qəsbkarlıqda əli olmalarını təsdiq edir. 
Ruslar  İskəndərin gəlməsini eşidib səfərbər olurlar. Hər iki tərəf müharibəyə 
başlayır. 6 gün şiddətli döyüşlər gedir, hər iki tərəf xeyli itki verir. Nəhayət  İskəndər 
qələbəni bayram edir. İskəndər bu döyüşdən xeyli qənimətlər  əldə edir. Bununla da 
İskəndər camaatı o cümlədən Nüşabəni ruslardan azad edir. Rusların ordusu darmadağın 
edilir. Çoxu öldürülür, bir hissəsi  əsir düşür, sağ qalanları qaçıb canını qurtarır. 
Nizaminin vətəni azad görmək arzuları çin olur. 
İskəndərin bu qələbəsi ona ölməzlik rəmzi gətirir və buna görə  də, dirilik suyu 
axtarışına çıxır. 
«İqbalnamə» 
Nizami «İskəndərnamə» poemasını iki yerə bölməklə onun I hissəsini «Şərəfnamə» 
adlandırılıb daha çox İskəndərin qoçaqlığı, hərbi yürüşlərdəki  şücaəti və  ədalətindən 
bəhs edir. II hissəni «İqbalnamə» adlandıraraq  şair burada hikmət,  əxlaq və elmə 
üstünlük verir. Digər tərəfdən dünyada heç nəyin  əbədi olmadığına işarə edir. Ancaq 
yaxşılıq və pislik kimi iki qutbün olduğuna ehkam vurur.Şubhəsiz, Nizami heç də 
tarixdəki hikmətdən danışmaq istəməmiş, amma bəşəri hisldərdən də geridə qalmaq 
istəməmişdir. Çünki, onun seçdiyi qəhrəman da  elə bu  nəticəyə gəlir. Nizami göstərir 
ki, dünyanı güc və zor hesabına deyil ağıl və    ədalətin təntənəsi ilə idarə etmək olar. 
Nizami qədim Yunan tarixini bilib, bütün islamı  dəyərlərdən istifadə etmişdir. Nizami 
bu qədim mədəniyyətləri tərənnüm etdirmiş, dünyanın yadından çıxanları bir daha 
xatırlatmışdr.  Şair xristian və müsəlmanların yaxşı  nəyi varsa əxz etmişdir. O, Bizans 

124 
 
 
imperiyası, qədim yunan elmi, əxlaqını  dəqiq verməklə bütün bunlar barəsində doğru 
fikir yaratmışdır. Əlbəttə, yunan mədəniyyəti daha qədimdən mövcud idi, lakin Nizami 
onu Şərqlə-Qərb vəhdətində birləşdirən yeganə adam olmuşdur. 
İskəndərin  ən böyük işi onun İskəndəriyyə  şəhərini saldırıb adını tarixdə  əbədi 
olaraq yaşatmaq idi ki, o da ona müyəssər oldu. İskəndəriyyə bu gün də Misirin ən 
böyük və gözəl liman şəhərlərindən biridir. 
hər bir işin başlanğıcı olduğu kimi sonu da vardır. İskəndər də doğulur, məşhurlşır 
və ölür, ancaq Nizami qələmiylə o, əbədi bir dirilik simvoluna çevrilir. Nizami qələmi 
və elminin gücü bəşəriyyətin qibləgahı kimi daima səcdə yeri olaraq qalacaqdır. 
Doktor Kamil Əhmədnejad Nizamini özünəməxsus meyarlarla açmışdır. Nizamini 
şahlara tabe olmamaq, saraydan qaçmaq və sərbəst işləməsini özəl olaraq vurğulayır ki, 
bu da doğrudur. 
 
Doktor Barat Zəncani 
 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə