I fəsil. Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğində ümummilli liderimiz Heydər Əliyevin rolu


Nizami Gəncəvinin «Sirlər xəzinəsi» məsnəvisinin şərhi



Yüklə 7.02 Mb.
Pdf просмотр
səhifə9/9
tarix23.12.2016
ölçüsü7.02 Mb.
1   2   3   4   5   6   7   8   9

Nizami Gəncəvinin «Sirlər xəzinəsi» məsnəvisinin şərhi  
Tehran universitetinin nəşriyyatı, 2008 Nizaminin adının İlyas olduğunu şairin özü 
«Leyli və Məcnun» poemasında yazmışdır. (səh. 44)  
Nizaminin arvadının adı Afaq Qıpçağı idi ki, Dərbənd hökmdarı Ərzincan padşahı 
Fəxrəddin Bəhram  şah  şairə bağışlamışdı. Nizami «Xosrov və  Şirin»  əsərində  Şirinin 
ölümündən sonra bunu xatırladaraq yazır ki, mən Afaqı nəzərdə tutub bunu yazmışam. 
(«Xosrov və Şirin» səh 430)  
Oğlunun  adının Məhəmməd olması barədə bütün təzkirəçilər qeyd etmişlər.  
Afaqdan sonra Nizaminin ikinci arvadı da olub ki, onu da «Leyli və  Məcnun»u 
yazandan sonra itirmişdir. («İqbalnamə» səh. 61)  
Şairin öz yazılarına görə onun üçüncü qadını da olmuşdur. («İqbalnamə» səh. 61). 
Bu, Nizaminin sonuncu arvadı olmaqla o da həyatını qeyb etmişdir. Sonralar şair daha 
evlənməmiş, tək yaşamağa üstünlük vermişdir.  

125 
 
 
Deyilənlərə görə Nizaminin ilk övladı oğlan olmuş və 8-10 yaşında ikən dünyasını 
dəyişmişdir.  
Məhəmməd isə «Xosrov və  Şirin» yazılanda 7 yaşında, «Leyli və  Məcnun» əsəri 
tamamlananda 14 yaşında imiş. Şairin «Leyli və Məcnun» dastanında oğluna nəsihəti və 
yaşının da göstərilməsi bunu bir daha təsdiqləyir.  
 
Nizaminin doğulduğu yer və mənşəyi 
Nizaminin doğulduğu yer Gəncə  və  şöhrət tapdığı  şəhər də  Gəncədir.  Şair öz 
iqamətgahında xəmsəsini yazmışdır. Buna sübut kimi Nizaminin «Sirlər xəzinəsi» səh. 
180; «Xosrov və şirin» səh. 37; «Şərəfnamə» səh. 25; «İqbalnamə» səh 29-da Gəncəyə 
həsr etdiyi misralardan aydın görmək olar. Bunu o dövrün təzkirə yazanları da təsdiq 
etmişlər.  Əvfi və Dövlətşah Səmərqəndi onun Gəncədə doğulduğunu və  Gəncəvi 
təxəllüsünü götürdüyünü göstərmişlər. Lakin bəziləri onun əhli Qum olduğunu iddia 
edirlər. Ancaq görünür bu fikir sonradan əlavə edilmişdir. Digər tərəfdən nəsli Qumdan 
olsa belə  vətəni Gəncə olduğuna  şübhə yeri qalmır. Azərbaycan alimləri və rus 
şərqşünası Bertels onun Gəncəli olduğunu vurğulamışlar. Lakin başqa bir təzkirəçi 
Əbdülqəni sahib yazır ki, şeyxin əcdadı Qumdandır və onun atası Gəncəyə gəlib orada 
evlənib Nizami də Gəncədə anadan olmuşdur.  
Böyük  İran alimi Vəhid Dəstgerdi yazır ki, bütün bu mülahizələri sübut edəcək 
dəlillər  əlimizdə yoxdur. Onun İraqdan olması fikirləri də mövcuddur, ancaq Gəncədə 
doğulduğu hamı  tərəfindən qəbul edilmişdir. Nizami «Şərəfnamə»  əsərinin 53-cü 
səhifəsində, “İqbalnamə”nin 29-cu səhifəsində  İraq, Qum və  Gəncə adlarını  çəkir. 
Ancaq bəzi təzkirəçilərin onun əslən  İraq  əcəmlərindən olması fikri heç bir yerdə 
təsdiqlənmir. Bütün bunlar mülahizələrdir. Əsas odur ki, Nizami Gəncəlidir.  
 
Nizaminin doğum tarixi. 
Ayrı-ayrı təzkirəçilər Nizaminin doğum tarixini müxtəlif illərlə göstərmişlər.  
1.
 
Ripka və Bertels şairin təvəllüdünü hicri 535 göstərmişlər.  

126 
 
 
2.
 
Məctəbi Minui 535.  
3.
 
V.Dəstgerdi 533-dən 540-a qədər.  
4.
 
Minnreski 541-dən 551 hicri arasında.  
5.
 
Darab Xan (Sirlər xəzinəsini ingiliscəyə mütərcimi) 540 hicri.  
6.
 
Doktor Məhəmməd Moin 542-543 hicri.  
7.
 
Doktor Zəkihulla Səfa 530 hicri.  
8.
 
Doktor Şəhabi 530-540 arasında hicri.  
9.
 
Mirabbas Bağırzadə 520 hicri hesab edir.  
Ancaq bir mətləb var ki, Gəncə zəlzələsi 534 hicridə baş vermiş və Nizami onun 
törətdiyi dəhşətləri göstərmişdir.  
 
Nizaminin ölüm tarixi 
Şairin vəfat etmə tarixi də müxtəlif illərlə göstərilir:  
1.
 
Təzkirəçi Dövlətşah Nizaminin ölüm tarixini hicri 576 göstərir.  
2.
 
Qəzvini, Gəncə qeydlərində şairin vəfatını hicri 590 qeyd edir.  
3.
 
Hacı Xəlifə isə 596-597 kimi təqdim edir.  
4.
 
Bertels və Ripka 599 hicriyə təsadüf etdiyini iddia edirlər.  
5.
 
Şəbli «Əcəm şeri» əsərində hicri 599-u təsdiq edir.  
6.
 
Bəzi nüsxələrdə doktor Şəfa hicri 589 göstərir.  
7.
 
Doktor Məhəmməd Moin və doktor Zəbihulla Səfa 614 hicri qeyd edir.  
8.
 
Vəhid Dəstgerdi 600-602 hicri arası izah edir.  
9.
 
Müxtəlif təzkirəçilər 576, 586, 596, 597,602, 606 hicri tarixlərilə vermişlər. 
 

127 
 
 
Nizaminin dəfn olduğu yer. 
Nizami Gəncədə dəfn edilmişdir. Onun məzarı ziyarətgaha çevrilmiş və movzoley 
şəklindədir.  
Nizaminin xəmsəsi. 
Nizaminin 5 məsnəvisi xəmsə kimi məşhurdur. Nizami bu məsnəviləri xəzinə 
adlandırmışdır. «Şərəfnamə»  də xəzinələr deyə müraciət etmişdir. (Şərəfnamə səh.78)  
 
“Sirlər xəzinəsi”  
Bu poema 2288 beytdir və  səri bəhrində yazılmışdır.  Şair bu mənzuməni Məlik 
Fəxrəddin Bəhram  şaha həsr etmişdir. Bunun müqabilində  şah, Nizamiy 5 min dinar 
mükafat vermişdir. Əlavə olaraq qıpçaq qızı Afaq adlı kənizi də ona bağışlayıb, 5 hektar 
da yer ayırmağı  əmr etmişdir. Bu əsər irfan və  əxlaq üzərində qurulmuşdur.  Şair iki 
yerdə  xəlqedəndən bəhs etdikdən sonra 20 məqalat yazır ki, onların hər biri ayrı-
ayrılıqda bir dastanı xatırladır.  
 
 
“Xosrov və Şirin”  
Bu əsər 6500 beyt olub müsəddəs bəhrində yazılmış, Toğrul İbn Arslan Səlinqi və 
Atabəy  Şəmsəddin Məhəmməd Cahan pəhləvan ibn Eldəgiz, Qızıl Arslan ibn Eldəgiz 
üçün başlanıb və Toğrul Qızıl Arslan xatirinə sona çatır. Bu əsər eşq macərası olsa da, 
yenə hikmətlərlə  əlaqəlidir. Buna görə  də Nizamiyə  hətta kənd  də bağışlamışdır və 
«Xosrov və Şirin» tezliklə dillər əzbəri olmuşdur. Bu mənzumə Firdovsi «Şahnamə»sinə 
oxşayışı ilə diqqəti cəlb edir.  
 
“Leyli və Məcnun”  
Bu məsnəvi 4130 beytdən ibarət olub musəddəs bəhrində yazılmışdır. Bu əsər 
Şirvanşah Cəlaləddin Əbu Müzəffər Axistan ibn Mənuçehrə həsr edilmişdir. Bu dastan 
Qeysin və Leylinin eşqinə həsr edilmişdir ki, onların hər ikisi Bəni Amir qəbiləsindən 

128 
 
 
olmuşlar. Bu dastan ərəb  şifahi xalq ədəbiyyatında olsa da zəmanəsinin hökmdarı 
Mənuçehrin xahişi ilə Nizami onu nəzmlə yenidən yazmalı olur. Bu məsnəvi Nizaminin 
sayəsində daha da məşhurlaşır.  
 
“Yeddi Gözəl”  
Bu əsərə «Bəhramnamə» və «Yeddi Gözəl» adları da verilmişdir. Bu mənzumə 5 
min beytdən artıq olub xəfif müsəddəs bəhrində yazılmışdır. Əsər Sultan Ələddin Kürp 
Arslan Marağa hakiminə ithaf edilmişdir. Nizamidən əvvəl bu dastan Firdovsi tərəfindən 
nəzmə  çəkilmişdir. Bu mənzumə Sasani hökmdarı 5-ci Bəhramın həyat və 
fəaliyyətindən bəhs edir. Ona Bəhrami Gur deyərdilər. Nizami Bəhramın taxta 
çıxmasından onun 7 gözəllə evlənməsini, 7 künbəz, 7 iqlim, 7 rəngi göstərir. Bəhramın 
hər künbəzdə bir ölkənin qadınlarının yerləşdirib və həftənin bir gününün onların yanına 
gedib birlikdə keçirməsini yazır. Nizami bu 7 gözəlin dili ilə 7 dastan danışıb rəvayət 
şəklində çatdırır. Müəllif fars şeir üslubundan istifadə edib bu əsəri çox gözəl bir 
şeriyyatla oxucuya təqdim etdi.  
 
“İskəndərnamə”  
Bu poema iki hissədən ibarətdir:  
1.
 
Şərəfnamə ki, 6800 beytdir;  
2.
 
İqbalnamədir ki, 3700 beytdir.  
Bəzən buna «Xerədnamə», «Ağılnamə» və ya «Nəsihətnamə» də deyirlər.  
Bu əsər mütəqarib bəhrində yazılmışdır, Nüsrətəldin Əbubəkir İbn Məhəmməd İbn 
Eldəgizə ithaf olunmuşdur.  
Qeyd edək ki, heç kəs Nizamiyə qədər bu haqda yazmamışdır.  
Nizami Şərəfnaməni 50 yaşında hicri tarixi ilə 576, 577, 578-ci illərdə tamamlayır 
və Nüsrəddin şahın taxta çıxması münasibətilə ona təqdim edir.  
Şairin «İskəndərnamə» mənzuməsinin proloqunda yazdığına görə bu əsər onunun 
sonuncu poeması və ən fəlsəfi fikirlərin təcəssümüdür.  

129 
 
 
Nizami  İqbalnaməni Məlik  İzzələdin Məsudin Arslan Səlimqiyə  həsr etmiş  və 
yaşının 63 il yarımında vəfat etmişdir.  
 
Nizami divanı 
Nizami divanı  qəsidə, qəzəl, qitə  və rübailərdən ibarət olmuşdur ki, onların bir 
hissəsi itmiş,  əlimizə  gəlib çatmamışdır. Digər tərəfdən başqa «Nizami» təxəllüslü 
şairlərin yazdıqları ilə qarışdırılmışdır. Bunlardan Nizami Təbrizi, Nizami Əstərabadi və 
Səfəvi dövrü Nizamiləridir ki, müəyyən dövrlərdə yaşamışlar. Nizami şeirlərinin bəzi 
nüsxələri Mançestr, Oksford, Kəlküttə və Rampurda mövcuddur. Bu barədə V.Dəstgerdi 
məlumat vermişdir.  S.Nəfisi də 1928-ci ildə buna işarə etmişdir. Məhəmməd Əvfi Sahib 
isə 625-ci ildə yəni Nizaminin vəfatından azca sonra onun divanından söz açmış və bəzi 
nümunələri göstərmişdir.  
Səbəbsiz deyil ki, Nizami hələ sağlığında «həkim» adına layiq görülmüş, «şeyx» 
mərtəbəsinə  qədər yüksəlmişdir. Səbəb odur ki, o bütün elmlərə vaqif olmuşdur. 
Xüsusilə o dövr üçün qapalı sayılan astronomiya elmində çox yeniliklər etmiş, onun 
dəqiq açıqlamasını göstərə bilmişdir.  Əlavə olaraq türk, kürd, ərəb, fars və yunan 
dillərini yaxşı bildiyi üçün «İskəndərnamə» kimi bir əsəri yazıb meydana gətirmişdir.  
Nizami özündən sonra əbədi və ədəbi bir məktəb qoyub getmişdir. Ondan nə qədər 
bəhrələnsək də bitən-tükənən deyil. Bunu Nizamidən sonra gələn şairlər etiraf etmiş və 
ondan faydalandıqlarını vurğulamışlar. Təsvir Nizamidə o qədər güclü olmuş ki, onu 
indi də təsəvvür etmək mümkün deyil. Nizami dilindəki sinonim, omonim və antonimlər 
o qədər ustalıqla verilmiş ki, insan istər-istəməz heyran olub mat qalır.  
Bir sözlə Nizami, allah-təalanın bəşəriyyətə  bəxş etdiyi çox nadir insanlardan 
biridir ki, heç bənzəri yoxdur. Həqiqətən də onu oxuyub araşdırdıqca özün də heyran 
olub düşünürsən ki, bu qədər fitri istedad sahibi olmaq üçün gərək allahın nəzəri daima 
üzərində ola.  
 
 

130 
 
 
«Sirlər xəzinəsi»  
Nizami Gəncəvi bu ilk məsnəvisini  Ərzincan hökmdarı  Fəxrəddin Bəhram  şaha 
hədiyyə etmişdir. O da öz növbəsində 5 min dinar, müxtəlif mükafatlar və üstəlik Afaq 
adlı qıpçaq qızını şairə göndərmişdir. «Sirlər  xəzinəsi» poemasının yazılma səbəbi və 
tarixi  əsərin 26-cı  səhifəsində Nizami tərəfindən göstərilmişdir. Qədim və indiki 
nüsxələrdə 550-561 tarixləri arasında göstərilir.  
Bu  əsərlə Nizami özünün irfan və  əxlaq sahibi olduğunu göstərmiş, özünün 
şəxsiyyətini açmağa müvəffəq olmuşdur.  
Bu kitabın mənbəyi bir neçə sirdən ibarətdir ki, şair ona həqiqi ürək vermişdir. 
Ariflər də onu həqiqət məcrası kimi qəbul etmişlər.  Şairin hər məqaləsi ayrıca bir 
əsərdir.  
Doktor Barat Zəncani 
əslən Zəncan azərbaycanlılarındandır. Onun 
araşdırmalarında Nizaminin doğum və ölüm tarixləri verilir. Müəllim göstərir ki, ayrı-
ayrı  tədqiqatçılar  şairin olum və ölüm tarixlərini 10 il fərqlə göstərirlər. Lakin bu, o 
qədər də önəmli rol oynamır. 
Əsəri barədə məlumat verən B. Zəncani onların bir neçə beytdən olması və yazılma 
səbəbini göstərir. 
Nizaminin İrana xüsusi rəğbəti olduğu və fars dilinə pərəstiş etdiyi göstərilir. 
Lakin bizim fikrimizcə buna əsas səbəb  İran  şahlarından və farsca yazmasına 
dəlalət edir.  
 
 
 
 
 
 
 
 

131 
 
 
Ustad Məhəmməd Tağı Cəfəri 
NİZAMİ GƏNCƏVİNİN ŞEİRLƏRİNDƏ HİKMƏT  
İRFAN VƏ ETİK MÖVZULAR 
 İlyas Yusif oğlu Nizami Gəncəvi 520 hicridə Azərbaycanın qədim şəhəri Gəncədə 
bir sənətkar ailəsində anadan olmuşdur. Atası Yusif, anasının hansı qəbilədən olduğu və 
adı məlum deyildir. Şairin yaşadığı dövrdə Gəncə şəhəri böyük karvan yolunun üstündə 
olduğundan dünyanın müxtəlif ticarət karvanları bu şəhərlə əlaqə saxlayırdılar. Burada 
böyük saraylar, mədrəsələr və çox geniş bir bazar var idi. Bu səbəbdən Gəncədə 
mədəniyyətin başqa sahələri kimi şeir də geniş vüsət almışdır. Eyni zamanda o dövr 
Gəncədə ipək, saxsı, dəmir karxanaları da mövcud idi. Şeir və  şairlər ancaq şah 
saraylarına xidmət edirdi. Azərbaycan saray şeiri hələ beşinci  əsrdə inkişafına 
başlamışdır. Bu zaman Şəddadilər hökmranlıq edirdilər. O dövr Gəncədə yaşayan 
Qətran Təbrizi öz qəsidələri ilə məşhur idi. VI əsrdən başlayaraq Xaqani Şirvani, Fələki, 
İzzəddin Şirvani kimi söz ustaları meydana çıxmışdı. Bu şairlər arasında yalnız Xaqani 
öz etiraz səsini qaldırıb saraydan uzaqlaşır. O, öz mütərəqqi fikirləri ilə şahların zülmünə 
qarşı  çıxır və  şairlərin azad şəkildə istədiklərini yazmaq kimi mühüm məsələni ortaya 
atır.  
Nizamiyə gəldikdə isə o, saray qulluğunda duranlara nifrət bəsləyib belə deyir:  
Bu qarın otaran duzsuz şairlər  
Sayəmdə dünyanı basıb yedilər. (87-12) 
Şikarı tutmağa aslan gərəkdir  
Tülkünün işi də müftə yeməkdir.  
Əlimin muzdu ilə dolanıram mən  
Cəlalım yaranır söz xəzinəmdən,  
Şahlar məclisindən kənar ol, kənar  
Pambıq od görəndə alışıb yanar. (87-12) 
 Nizaminin  sevincli  günlərindən  ən mühümü qıpçaq qızı Afaqa qovuşmaq, kədəri 
isə onu itirmək olmuşdur.  

132 
 
 
Şair «Xosrov və Şirin» mənzuməsində buna belə toxunmuşdur:  
İbrət gözüylə bax sən bu əsərə  
Özünü çox uydurma əfsanələrə.  
Çünki tez tərk etdi o, bu aləmi  
Cavanlıqda soldu qızıl gül kimi,  
Qıpçaq bütün təki ox kimi süzdü  
Afaq sevgilimin sanki özüydü.  
O, Dərbənd şahının bir töhvəsiydi  
Saf, ağıllı, gözəl gül qönçəsiydi.  
Əğyara qəzəbli, mənə mehriban  
Könül yoldaşımdı o nazlı canan. (87-318) 
Nizaminin müəllifi olduğu «Sirlər xəzinəsi», «Xosrov və  Şirin», «Leyli və 
Məcnun» və «İskəndərnamə» əsərlərində aşağıdakı mövzular diqqət mərkəzindədir:  
1.
 
Dini-fəlsəfi dünyagörüşü.  
2.
 
Məntiq.  
3.
 
Məhəbbət mövzusu və ilahi eşq (irfan).  
4.
 
Nəsihət.  
5.
 
Zülmə qarşı mübarizə.  
6.
 
Elmi mövzular.  
7.
 
Əxlaq və etik normalar.  
Nizami hər  şeydən  əvvəl  İslam fəlsəfəsi ilə silahlanmış bir şair və arifdir. O, öz 
fikirlərini və ilahi eşqi açıqladıqda mey, şərab, meyxana, qədəh, məstlik və s. 
terminlərdən faydalanmışdır. Lakin hamıya aydındır ki, bunlar həqiqi mənada deyil, 
məcazi anlamda işlədilmişdir.  
Nizami  əsərlərini məntiq və hikmətlə  təchiz edən  şair və sözü bədii dildə dolayı 
yolla deyil, bir başa ifadə edən sənətkardır. O, «Şərəfnamə»də belə deyir:  
Qəbrimə gələrkən qədəhi doldur  
Nizami yatdığı yerə qədəh vur.  

133 
 
 
Ey uğurlu xızır sanma ki, mənim,  
Qədəhdən içilən meydir məqsədim. (87-386) 
Aydındır ki, Nizami mey içməmiş, hətta, Qızıl Arslan onu mey məclisindən mey 
nuş etmədiyi üçün çıxarır. Nizami bunu belə təsvir edir:  
Xəbər veriləndə ki, gəldi Nizami  
Dərhal əmr verildi yığdırdı meyi.  
Nizami allahı daima nəzərdə tutub deyir:   
Bütün insanlara sual ver bu dəm
Nə yolla boşluqdan yarandı aləm? (87-116) 
Şair insanları inama, nizam-intizama və düşünməyə çağırır.  
Nizami yerin hərəkətdə olması, kürə  şəklində  fırlanması, torpaq, külək, su, hava, 
atəş kimi elmi və təbii mövzulara toxunub onları fələyin möcüzəsi adlandırır.  
Yerin hüdudundan o tərəfdə də  
Buludlar, fələklər qaçışır yenə  
Onlar bir-birinə sarılmış bərk-bərk  
Hamısı top kimidir, gəzir kürətək  
Hər xətt ki, hərlənir yuvarlaqdır bil …  
Pərgar xətti kimi dolanan fələk  
Yalnız bu qaydayla dövr edir, gerçək … (87-258) 
Nizami insanın hələ çox bilmədiyini və zaman gələcək ki, elm və bilik vasitəsiylə 
bi sirlərə bələd olacağına inanır.  
 
Şeirin vəzifəsi, şairliyin məsuliyyəti 
Şeir–şairin daxilində xüsusi bir ritmlə  səslənib, insanın düzgün mövqeyini 
həqiqətlər və onlardan necə faydalanmaq yollarını  bəyan etmək barəsində insanın 
düzgün mövqeyini göstərən bir fenomendən ibarətdir.  
Şair yazdığı şeirin mahiyyətinə varmalı və ona məsuliyyət daşımalıdır.  

134 
 
 
İslamın müqəddəs kitabı Qurani Kərimdə  şeir və  şairə o qədər də yüksək qiymət 
verilməmişdir. Ancaq Həzrəti Əli yaxşı şeirləri əzbərləmiş, hətta yeri gəldikdə onlardan 
nümunələr gətirmişdir.  
Nizamiyə gəldikdə isə pis şeirlərdən azad olub, həqiqi şeir yazanlara qiymət verib 
üz tütmalıyıq:  
Şeirdən  ucalıq umma dünyada  
Çünki Nizamiylə qurtardı o da … (87-472) 
Görəsən səmərəsiz və mənasız şeir kimə lazımdır? Şair olan şəxs də bu məsuliyyəti 
duymalıdır.  
Dahi Nizaminin əsərlərinin müqəddiməsində söylədiyi irfan və hikmət məsələləri 
haqda bəzi mülahizələr.  
I. Müqəddimə  
 Poema sənəti vasitəsilə özünə yüksək elm, əxlaq, irfan, hikmət prinsiplərini bəşəri 
düşüncənin sahələrinə daxil edən böyük tarixi şəxsiyyətlər arasmında tam ləyaqətlə 
«həkim» ləqəbi qazanan Nizami Gəncəvi xüsusi yer tutur. O, mərifət, düşüncə aləmində 
elə bir mövqe qazanmışdır ki, bəzi nəzəriyyəçilərə görə Cəlaləddin Məhəmməd Mövləvi 
ilə müqayisə edilə bilər. Bu alimlər qeyd edirlər ki, Mövləvi, Nizamidən faydalanmışdır. 
Bu müddəanı sübut etmək üçün onların arxalandığı dəlillər də maraqlıdır. Əgər şeriyyət 
baxımından yanaşsaq Nizami, Mövləvidən üstün şairdir. Digər tərəfdən Nizaminin 
farscası o qədər zəngindir ki, bəlkə  də misilsizdir. Lakin dini baxış  və islam elmi, 
kamalı, hikməti, irfanı, psixologiyası, əxlaqı və təfsiri Mövləvidə daha güclüdür. Ancaq 
Nizamidə ərəb və fars sözlərinin düzümü o qədər güclüdür ki, elə düzgün qurulmuş ki, 
mətləb tamamiylə aydın olur.  
II. Müqəddimə   
Nizami  şeriyyətin gücü ilə hikmət və  əxlaq, eləcə  də irfan o dərəcə yüksək 
yazılmışdır ki, onun yenidən mədhə ehtiyacı qalmır.  Əslində böyük şəxsiyyətlərin 
barəsində fikir söyləmək çətindir. Şairin bütün müraciətlərində allah birinci yerdə durur. 

135 
 
 
Əsər onun adı ilə başlayıb, onun varlığı ilə  də sona çatır. Yeri-göyü xəlq edən və 
insanlara ağlı verənin allah olduğu Nizamidə açıqca təsdiqini tapır.  
Nizami Gəncəvi münacatlarının təfsiri.  
Qeyd etdik ki, Nizami Gəncəvi  əsərlərindəki başlanğıc münacatları ilahiyyət, 
əxlaqiyyət, hikmət, irfan sahələrində yüksək keyfiyyətə malik olan maarifləndirici sözlər 
getmişdir. Şairin ayrı-ayrı dünyagörüşü, ideologiya və s. sahələrə aid olduğu təşəbbüslər 
irəli sürülmüşdür. Lakin təəssüflə qeyd edək ki, onların haqqında ətraflı və əsaslı izaha 
rast gəlmədik. Bu sahədə hələ xeyli işlər görülməlidir. Şair demişdir: «Hər əhəmiyyətli 
iş allahın adı ilə başlamasa, o iş naqisdir».  
Varlıq aləminin mövcudatını yaradan və onları yaşadan ilk əzəl də Allah-təaladır. 
Allaha müraciət etdiyi beytlərin hamısında bu aşkar  şəkildə özünü göstərir. Allah bir 
şeyi xəlq etməzdən əvvəl onu necə yaradacağını bilir və buna görə də Allahdır.  
O, hökmü və hakimiyyəti aşkar,  
Hikməti gizli olan Allahdır.  (İqbalnamə) (71-468) 
Nizami bu beytlərdə ədəbiyyat, irfan, kəlam, hikmət kimi maraqlı məsələləri irəli 
sürmüşdür. Kainatın sirli və böyük sehirgahına baxmışam, onu öyrənib təsvir etməkdə 
çox düşünmüşəm, bu səyahətdə özümə suallar vermişəm. Bu, fitrət, vicdan və ağlımın 
birlikdə  mənə vadar etdikləri maraqlandırıcı  səyahət idi. Bunların hamısını  mənə o 
böyük yaradan bəxş etdi. Hər  şeyin mahiyyətini öyrənmək, o şeyi yaratmaq kimidir. 
Nizami  əxlaqı  əsas prinsip hesab edib, onun etik normalar çərçivəsində  işlətməyin 
tərfdarı olmuşdur. Allaha yaxın olanların əxlaqının pak və təmiz olma şərtlərini Nizami 
göstərmiş və bu normaların insanlar arasındakı münasibətlərin ali dərəcəsinə çatacağına 
inanmışdır. Şair ömrü boyu bəşəriyyəti doğruluğa səsləmişdir.  
Nizaminin irfan, hikmət və etik məsələlərindən böyk bir kitab yazan ustad 
Məhəmməd Tağı Cəfəri hər cür təqdirə layiqdir. O bütün Nizami əsərlərini oxuyub geniş 
təhlil etməyi bacarmışdır. Bu da Nizami fəlsəfəsinə bələd olmaqdır. 
 
 

136 
 
 
NƏTİCƏ  
Yazdığımız elmi işin mahiyyəti ondan ibarətdir ki, dahi Azərbaycan  şairi Nizami 
Gəncəvinin həyat və yaradıcılığına bir daha nəzər salıb, onun əsl azərbaycanlı olmasını 
tutarlı  dəlillərlə  əsaslandıraq. Artıq indi bütün dünya ədəbiyyatşünas, alim və 
şərqşünasları etiraf edirlər ki, Nizami Azərbaycan xalqının layiqli oğludur.  
İran alimlərinə gəlincə əvvəllər bunu etiraf etməkdən çəkinsələr də, indi göstərilən 
faktlar onu sübut etdi ki, Nizami, Gəncə şəhərinin ən hörmətli sakinlərindən biri olmuş 
və bu şəhərdə də dünyaya göz açmışdır.  
Gəlin nəticə olaraq aşağıdakılara nəzər salaq:  
1.
 
Nizami doğulub boya-başa çatdığı Gəncə şəhərini özünə təxəllüs seçmişdir.  
2.
 
Şairin məzarının da məhz bu şəhərdə olması əsas amillərdən biridir.  
3.
 
Atası, babası və dayısı da o dövr Gəncənin savadlı və tanınmış adamlarından idilər.  
4.
 
O dövr yəni XII əsrdə Azərbaycanda intibah dövrü sayılır. Gəncədə Əbu Üla Gəncəvi, 
Qivami Gəncəvi, Məhsəti Gəncəvi kimi şairlərin olması, sənətkarlıq, ipəkçilik, 
xalçaçılıq, dulusçuluq və ticarətin inkişafı, ipək yolunun Gəncədən keçməsi Nizami 
kimi bir şəxsiyyətin də yetişməsində böyük rol oynamışdır.  
5.
 
Nizaminin farsca yazmasına səbəb orta əsr şeir dilinin fars dili olmasıdır. Axı, Nizami 
bu  ənənədən geri qala bilməzdi.  Əks halda o, bütün Yaxın və Orta Şərqdə 
tanınmayacaqdı.  
6.
 
Nizamidə  işlədilən türk sözləri və Azərbaycan zərbi-məsəlləri hətta fars şeirinin 
əsasını qoyan Firdovsidə də yoxdur. Ona görə Nizamini 30 il tədqiq etmiş böyük İran 
alimi V.Dəstgerdi demiş ki, Nizamidən türklük qoxusu gəlir. O, Nizamini 100 
dəfədən çox oxuyan, onu ən çox tədqiq edən alimdir.  
7.
 
Nizami, dünyanı  fəth etmiş  İskəndəri Azərbaycana gətirməklə, onu Bərdə hökmdarı 
Nüşabənin qarşısında çətin duruma salması, ancaq şairin vətənpərvərliyi ilə bağlıdır.  
8.
 
İran  ədəbiyyatşünasları  dərk etmişlər ki, onların  ədəbiyyatı dünya ədəbiyyatının 
dəyərli hissəsidir. Əgər Nizamini oradan təcrid etsələr, onda bu ədəbiyyat yetim qalar.  
9.
 
Nizamini təhlil və tədqiq etməklə dünya ədəbiyyatına töhfələr vermiş olarlar.  

137 
 
 
10.
 
SSRİ-nin o zamankı rəhbəri Stalin əmr vermişdir ki, Nizaminin 800 illik yubileyi 
böyük təntənə ilə keçirilsin. 1941-ci ildə alman faşizminin Sovet İttifaqına hücumu 
buna mane olsa da, 1943-cü ildə müharibənin  şiddətli bir vaxtında Leninqradın 
blokadası zamanında  əzəmətli Ermitajda şairin yubileyi keçirilir. Hər kəsə 50 qram 
çörək verilməklə oradan bir başa cəbhəyə yollanırlar.  
Alman komandanlığı  məəttəl qalır ki, acından ölən bir xalq, hələ  mənəviyyatini 
itirməmişdir. Öz dahilərinə ehtiramını ölüm ayağında da göstərir.  
11.
 
Yeri gəlmişkən onu da qeyd etmək yerinə düşər ki, ümummilli liderimiz Heydər 
Əliyev Nizami irsinin öyrənilməsi haqda iki fərman vermişdir. Bu fərmanlar  şairin 
800-850 illik yubileylərini layiqincə keçirilməsi və müasir gəncliyin öz irsini 
öyrənilməsi baxımından çox vaxtında və vacib verilmiş fərmanlar idi. 1979 və 1981-
ci ildəki bu fərmanlardan sonra Azərbaycanda Nizami yaradıcılığına xüsusi bir 
yanaşma müşahidə olundu. Nəticədə illərcə yazılmayan, tərcümə edilməyən mövzular 
meydana çıxdı.  
12.
 
İndi  İranda elə bir konqres, konfrans, şairlərin yığıncağı olmur ki, Nizamidən 
danışılmasın. Ondan bəhs edilməsin.  
13.
 
Aparılan tədqiqat işlərinin və elmi yazıların hamısında göstərilir ki, Nizami 
Gəncədə anadan olmuş, təhsilini orada almış və oradan da kənara çıxmamışdır. Necə 
ola bilər ki, bu dahi insan hansısa başqa bir yerin sakini olsun?!  Riyaziyyatda belə bir 
fikir mövcutdur ki, aksiyomaların isbata ehtiyacı yoxdur.  
Əlbətdə, bir elmi dissertasiya çərçivəsində bütün İran alimlərinin Nizami barədə 
yazdıqlarını  cəmləşdirib  şərh etmək mümkün deyil. Bizcə bu alimlərdən dünya 
şöhrətlilərinin  əsərlərini və onların yazdıqlarını  tədqiq işlərini göstərib, onların elmi 
mahiyyəti haqqında açıqlama vermək daha məqsədə uyğun olardı. Bu baxımdan 
Nizamidən ilk araşdırmalar aparan alimlərdən başlayaraq, ta indiki zəmanəmizə  qədər 
məşhur olan alimlərin əsərlərini araşdırmağa çalışdıq.  
Söz yox ki, V.Dəstgerdi bu işin başında dayanır. S.Nəfisinin də araşdırmaları 
diqqəti cəlb edir. Şəhabi, Zərrinkub, M.Sərvət, K.Əhmədnejad, M.Cəfəri kimi alimlərin 

138 
 
 
də  tədqiqatları  və elmi fikirləri diqqətdən kənarda qalmamalıdır. Bu alimlər ayrı-ayrı 
dövrlərdə bəzi yanlışlıqlara yol versələr də, Nizami haqqında yeni mülahizələr, dəyərli 
tədqiqatlr aşkar etmişlər.  
Arzu edərdik ki, İran alimlərinin Nizami haqqındakı bu qədər çalışmaları, 
Azərbaycan alimləri üçün bir örnək olsun.  
Şairin vətənində açıq etiraf etməliyik ki, onun irsi hələ də layiqincə araşdırılmamış, 
tədqiqata ehtiyac duyulan sirləri bağlı olaraq qalmaqdadır. Xüsusiylə  də Nizaminin 
ölməz xəmsəsinin yalnız bir dəfə Azərbaycan dilinə  tərcüməsi və onunla da 
kifayətlənmək, bizcə doğru olmazdı. Çünki, bu tərcümələrdə çatışmayan cəhətlər 
çoxdur. Fikirlərimizi dəqiqləşdirmək üçün bəzi misallara müraciət edək:  
Qoftən ze mən , əz to kar bəstən  
Bikar nəmitəvan neşəstən.  
                                   (orijinalda)  
Məndən söyləməkdir, səndən eşitmək,  
Bir insan əliboş gəzməsin gərək. (87-32) 
                                     (tərcümədə) 
Orijinaldan məlum olur ki, əgər sən iş görsən,  əlin boş qalmayacaq və  sən öz 
təminatını ödəyə biləcəksən.  
Tərcümədən belə çıxır ki, mən deməliyəm, sən eşitməlisən. Nizami yaxşı bilirdi ki, 
hər eşidilən sözə  əməl edilməz. Digər tərəfdən «eşitmək» feli orijinalda ümumiyyətlə 
yoxdur. Tərcüməci bu feli hardan ağlına gətirmiş, hələ də şübhə doğurur.  
Digər bir misala nəzər salaq:  
 Mikuş be hər vərəq ke xani,  
Ta mənaye an təmam dani.  
                                    (orjinalda)  
Bir elmi öyrənmək istədikdə sən, 
Çalış ki, hər şeyi kamil biləsən. (87-32) 
                                     (tərcümədə)  

139 
 
 
Bu beytdə də yenə yanlışlıq var. Söhbət ancaq oxuduğumuz vərəqdən gedir. Burada 
elmdən danışılmır. Digər tərəfdən biz Nizamini öz səviyyəmizlə ölçməyə ixtiyarımız 
yoxdur. Nizamidəki dil zənginliyi, rəvan yazı, füsunkar şeir forması  və gözəl nitq 
mədəniyyəti ona imkan vermir ki, poliqlot olan Nizami, elmə, palançıya və pinəçiyə 
«kamil» deyə. Xeyir, Nizamiyə görə elm kamil, palançı mahir, papqçı yaxşı ustadır.  
Bunu daha da artırmaq olar. Lakin bizim məqsədimiz ondan ibarətdir ki, Nizamini 
hər bir iranlı orjinaldan oxuyub anlaya bilər. Biz özümüz isə ancaq tərcümə vasitəsi ilə 
onu başa düşməyə çalışırıq. Bu da yuxarıda qeyd etdiyimiz kimi yanlışlıqlara gətirib 
çıxara bilir.  
İran alim, ədəbiyyatşünas və Nizamişünaslarının mütəmadi olaraq Nizami 
barəsindəki elmi araşdırmaları öz bəhrəsini vermiş, hətta o dərəcəyə gəlib çatmışdır ki, 
şairi özlərinki hesab edərək, onu digər xalqlara belə də təqdim etməyə çalışmışlar.  
Bizcə, artıq Azərbaycan alimlərinin də bu sahədə deyiləcək sözlərinə meydan 
vardır. Belə bir şairi biz ancaq yubileydən-yubileyə yad etsək, itirdiklərimiz içərisində 
ən qiymətli qaş-daşı da qeyb edəcəyik. Gəlin bütün qonşularımızın yaxşı cəhətlərindən 
faydalanaq, pis tərəflərini dərk edib vaxtında əncam qılaq.  
Biz zülməti boğmasaq,  
Zülmət bizi boğacaq…  
Son olaraq demək lazımdır ki, İran alim, ədəbiyyatşünasları Nizaminin əsərləri 
farsca yazıldığından, onu dəfələrlə oxuyub öyrənmiş  və  tədqiq etmişlər. Hətta bəzən 
əndazədən çıxaraq  şairi farslaşdırmağa çalışmışlar. Göstərilən müəlliflərin hamısı yeri 
düşər-düşməz Nizamini fars şairi adı ilə qələmə verib, ona bu prizmadan yanaşmışlar.  
Lakin olanlara olduğu kimi nəzər saldıqa görürük ki, Nizamidə  işlədilən türk 
sözləri və Azərbaycan zərbi-məsəlləri onun xəmsəsi boyu öz əksini tapmış, heç bir İran 
şairinin əsərində bu qədər türk sözləri olmamışdır.  
Nizami xəmsəsini diqqətlə mütaliə etdikdə orada təxminən 120 türk sözü və kifayət 
qədər Azərbaycan zərbi-məsəlləri mövcuddur ki, bu sözlər fars dilində yoxdur, ibarələr 
isə ancaq Azərbaycan dilinə xasdır. Bu kəlmə  və ibarələrdən bir neçəsinə  nəzər salaq: 

140 
 
 
Alaçıq, amac, tutuq, çirkin, dağ, qırmızı, kişmiş, dolma, köç, kömək və s. Atalar 
sözlərini Nizami böyük ustalıqla iki misraya çevirib fars oxucusuna çatdırmışdır:  
“Sirkə nə qədər tünd olsa, öz qabını çatladar”.  
Nizaminin “Xosrov və Şirin” poemasında:  
Şirin bu sözləri birdən eşitcək, 
Tündləşdi sirkətək, coşdu şirətək. (87- 370)  
“Acın toxdan nə xəbəri var”.  
Nizamidə: Ac üçün kəpək də yağlı çörəkdir,  
Tox üçün yağ-çörək sanki kəpəkdir. (87-101)  
“Pişik balasını istədiyindən yeyər”.  
Atalar sözü Nizamidə:  
Qorbe ço bovəd nazok pusti,  
Bəççeye xod ra xorəd əz dusti. (87- 642)  
Belə misalların sayını artırmaq olar. Lakin buna ehtiyac duymuruq. Nəticə 
etibariylə o qənaətə  gəlirik ki, dünyaca tanınmış dahi Azərbaycan  şairi hansı dildə 
yazmağından asılı olmayaraq istər  şərq, istərsə  də  qərb alim, şərqşünas və 
ədəbiyyatşünasları  tərəfindən Azərbaycan xalqının o cümlədən Gəncə  şəhərinin dünya 
arenasına bəxş etdiyi misilsiz şairidir.  
Güman edirik ki, 900 ilə yaxın bir məsafə keçsə  də Nizami bəşəriyyət tərəfindən 
öyrəniləcək və  tədqiq ediləcəkdir. Çünki, hələ Nizamidə açılmayan mətləblər 
qalmaqdadır. Elə Nizami də öz inci xəmsəsini yazarkən bəşəriyyətin xoşbəxtliyini 
nəzərdə tutmuşdur.  
«Nizami  İran ədəbiyyatşünaslığında» mövzusu Azərbaycanda ancaq bir dəfə alim 
Gülçin xanım Hüseynova tərəfindən araşdırıliışdır. Mən bu işi ilk dəfə yazıldığı üçün 
alqışlayıram. Lakin bununla belə iradlarımı da bildirmək istərdim: Əvvəla Gülçin xanım 
ancaq 3-4 müəllif üzərində dayanmışdır. Bu sahədə yazdığı  məqalələr də 3-4 olmaqla 
ancaq konfrans çıxışlarına əsaslanmışdır. Xaricdə heç məqaləsi dərc edilməmişdir. Mən, 

141 
 
 
əlbətdə anlayıram, dövr, zaman, təlimat və  tələblər dəyişir. Elm də bir yerdə dayana 
bilməz. 
Guman edirəm bizim yazdığımız dissertasiya işi «İran  ədəbiyyatşünaslığında 
Nizami irsinin tədqiqi» Nizamişünaslıqda qabağa doğru atılmış addım kimi 
qiymətləndiriləcəkdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

142 
 
 
ƏDƏBİYYAT 
1.
 
Ağamirov C. Nizami yaradıcılığında işlədilən türk sözləri və Azərbaycan zərbi – 
məsəlləri. Gəncə, 2005. 65 s.  
2.
 
Ağamirov C. Nizami və türklük. Monoqrafiya 140 s. Gəncə, 2008. 
3.
 
Abbasov Ə. Nizami Gəncəvinin “İskəndərnamə” poeması.  182 s. 
4.
 
Ağah Sirri Ləvənd Arp. Fars və türk ədəbiyyatında Leyla və  Məcnun hikayəsi, 
Ankara, 1959. 126 s.  
5.
 
Axundov A. və Məmmədov N. Dilçiliyə giriş. Bakı, 1966. 210 s. 
6.
 
Axundov A.  Dil və üslub məsələləri, Bakı, 1966. 88 s. 
7.
 
Axundov  Ə. Nizami Gəncəvi və xalq yaradıcılığı. Azərbaycan SSR EA xəbərləri. 
Bakı, 1954, № 2  
8.
 
Arif  M. Nizami Gəncəvinin “Yeddi gözəl” poeması. Bakı, 1983. 165.s 
9.
 
Arzumanlı V. Nizami Gəncəvinin dünya şöhrəti. Bakı, 1992. 322 s. 
10.
 
Araslı H. Nizami Gəncəvi. Bakı, 1947. 146.s.  
11.
 
Araslı H. Azərbaycan ədəbiyyatı: tarixi və problemləri. Bakı, 1998. 420 s. 
12.
 
Araslı H. Şərqdə “Leyli və Məcnun” əsərləri və Nizami. Bakı, 1940. 208 s. 
13.
 
Araslı H. Nizami əsərlərinin el variantları. Bakı, 1941. 342 s. 
14.
 
Araslı H. “Yeddi gözəl” və “Yeddi cam” əsərlərinin müqayisəsi. Bakı, 1941. 310 s.  
15.
 
Araslı H. Nizami və Azərbaycan xalq ədəbiyyatı. Bakı 1947. 442 s. 
16.
 
Araslı H. Nizami və Vətən. Bakı, 1948. 158 s. 
17.
 
Araslı H. Şairin həyatı. Bakı, 1967. 78 s. 
18.
 
Araslı H. Nizami Gəncəvi “Sirlər xəzinəsi” Bakı, 1981. 218 s. 
19.
 
Araslı H. Nizami və qadın obrazları. “Azərbaycan qadını” jurnalı, Bakı, 1939 №10.  
20.
 
Araslı H. Nizamidə xalq sözləri və xalq ifadələri. SSRİ EA Azərbaycan filialı 
xəbərləri. 1942 № 8  
21.
 
Araslı H. Nizami (həyat və yaradıcılığı) “Azərbaycan” jurnalı, Bakı, 1946 № 10  
22.
 
Araslı N. Nizami və türk ədəbiyyatı. Bakı, 1980.  280 s. 

143 
 
 
23.
 
Apoyev B. Nizami Gəncəvinin pedaqoji görüşləri. Bakı, 2008.242 s. 
24.
 
Baldırev A. N. Xaqani, Nizami, Rustaveli M. – L. 1935.  294 s. 
25.
 
Beqdeli Q. Şərq ədəbiyyatında “Xosrov və Şirin” mövzusu. Bakı, 1971. 374 s. 
26.
 
Budaqov B. Nizami əsərlərində  təbiət. “Ədəbiyyat və incəsənət” qəzeti Bakı, 26 
sentyabr, 1980.  
27.
 
Bertels Y. E. Nizami Gəncəvinin 5 poeması, Moskva, 1968. 560 s. 
28.
 
Bertels Y. E. Nizami Gəncəvi, Bakı, 1940. 112 s. 
29.
 
Bertels Y. E. Nizami və Firdovsi. Bakı, 1940. 248 s. 
30.
 
Bertels Y. E. Böyük Azərbaycan şairi Nizami Gəncəvi. 1940. 174 s. 
31.
 
Bünyadov Z. Azərbaycan Atabəylər dövləti. (1136 - 1225) Bakı, 1978. 326 s. 
32.
 
Cəfər Məmməd. Nizaminin fikir dünyası. Bakı, 1982. 128 s. 
33.
 
Cəfər Məmməd. Ədəbi düşüncələr. (sözlərin hakimi məqaləsi) Bakı, 1958.  
34.
 
Cəmaləddin Məhəmməd. Divan, Tehran, 1320. 480 s. 
35.
 
Cavad Heyət. Nizami haqqında qeydlər.  Ədəbiyyat və incəsənət qəzeti. (1970 - 
1990)  
36.
 
Cəhani Q. Azərbaycan ədəbiyyatında Nizami ənənələri, Bakı, 1979. 224 s. 
37.
 
Dəstgerdi V. Nizami Gəncəvi. Tehran. 1318. 188 s. 
38.
 
Ələkbərov M. Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı. “Azərbaycan 
məktəbi” jurnalı. Bakı, 1938.  
39.
 
Ələkbərov M. Nizami və xalq yaradıcılığı. Namizədlik disertasiyası, Bakı, 1947.  
40.
 
Əliyev R. Nizaminin hikmət və nəsihətləri. Bakı, 1982. 410 s. 
41.
 
Əliyev R. Nizami. Bakı, 1982. 210 s. 
42.
 
Əliyev R. Nizami Gəncəvi “Yeddi gözəl” Bakı, 1983. 302 s. 
43.
 
Əliyev R. Nizami və Azərbaycan renossansı. “Ədəbiyyat və incəsənət” qəzeti. Bakı 
10 fevral 1979.  
44.
 
Əliyev R. Nizaminin naməlum müasiri “Ədəbiyyat və incəsənət” qəzeti. Bakı, 14 
sentyabr 1979.  

144 
 
 
45.
 
Əliyev R. Nizami poemalarında Qıpçaq – Oğuz gözəli. “Azərbaycan” jurnalı.Bakı, 
1980 № 4.  
46.
 
Əliyev R. Nizaminin tərcümeyi – halına dair yeni araşdırmalar. “Azərbaycan” 
jurnalı. Bakı, 1981, № 6.  
47.
 
Əliyev R. Yeganə səfər. “Ədəbiyyat və incəsənət” qəzeti. Bakı 26 sentyabr 1980.  
48.
 
Əliyev R. Nizaminin doğma xalqına məhəbbəti “Ədəbiyyat və incəsənət” qəzeti 29 
may 1981.  
49.
 
Əliyev R. Nizami və dünya ədəbiyyatşünaslığı. “Ədəbiyyat və incəsənət” qəzeti. 4 
sentyabr 1981.  
50.
 
Əliyev Q. Nizamişünaslığın izi ilə “Azərbaycan müəllimi” qəzeti 2 oktyabr 1987.  
51.
 
Əliyev Q. Məhinbanu surəti və onun tarixi şəxsiyyəti. Azərbaycan SSR EA 
məruzələri. Bakı, 1957, № 2.  
52.
 
Əliyeva D. Nizami əsərləri gürcü dilində.Azərbaycan SSR EA xəbərləri Bakı, 1978 
№ 4.  
53.
 
Əliyeva D. Gürcü dilində “Yeddi gözəl” poeması. Azərbaycan SSR EA xəbərləri. 
Bakı 1975 №4.  
54.
 
Əlizadə M. Nizami yaradıcılığına Azərbaycan folklorunun təsiri. “Ədəbiyyat” 
qəzeti. 24 iyun 1938 № 29.  
55.
 
Əlizadə M. Nizaminin sənətkarlıq xüsusiyyətləri. “Ədəbiyyat və incəsənət” qəzeti. 
12 dekabr 1953.  
56.
 
Ə. Əhmədov. Nizami elmşünas. Bakı, 2001. 324 s. 
57.
 
Ərəb – fars sözləri luğəti. Bakı, 1965. 496 s. 
58.
 
Ərmağan jurnalı. Tehran, 1318, 
59.
 
 Nəbiyev B. H.Əliyev və Azərbaycan ədbyyatı. Bakı, 2009. 
60.
 
Fərzanə M. Ə. Nizamidən 30 qəzəl. Tehran, 1370. 60 s. 
61.
 
Hatəmi N. Z. Fars dili, Bakı 1984. 298 s. 
62.
 
Həsənzadə S. Nizaminin “xəmsə” də  işlətdiyi Azərbaycan zərb məsəlləri. Gəncə 
2005. 70 s. 

145 
 
 
63.
 
 “Hikmət” jurnalları.AMEA və İİR M M Bakı, 2003 – 2008.  
64.
 
“Xalq” qəzeti. H. Əliyev Azərbaycan  ədəbiyyatının böyük himayədarıdır. 29 
oktyabr 2003.  
65.
 
H. Əliyev. Ədəbiyyat və incəsənət haqqında. Bakı 2004.  
66.
 
H. Əliyev. Vicdanımızın normaları ilə. Bakı, 1979.  
67.
 
H. Əliyev. Qoy ədalət zəfər çalsın. Bakı 1981.  
68.
 
Xalisbəyli T. Nizami Gəncəvi və Azərbaycan qaynaqları. Bakı, 1991. 286 s. 
69.
 
Xalisbəyli T. Nizaminin mənşəyinə dair bəzi qeydlər. “Elm və həyat” jurnalı. Bakı, 
1984.  
70.
 
Xalisbəyli T. Nizami Gəncəvi və Azərbaycan termini. Azərbaycan terminologiyası 
problemləri. APİ nəşri Bakı, 1988.  
71.
 
Xuduyev N. Heydər Əliyev və Azərbaycan dili. Bakı, 1977. 308 s. 
72.
 
İbrahimov M. Günəş kimi parlaq Nizami Gəncəvi. “Leyli və Məcnun” Bakı, 1983. 
174 s. 
73.
 
İsmayılzadə R. Nizaminin musiqi dünyası, Gəncə 2001. 126 s. 
74.
 
İstanbul Universiteti aylıq dərgiləri, 1960 – 1990.  
75.
 
Kərimli T. Nizami və tarix. Bakı, 1986. 258 s. 
76.
 
Krımski A. E. Nizami və onun öyrənilməsi, Bakı, 1977. 286 s. 
77.
 
Köçərli F. Azərbaycan ədəbiyyat tarixi I cild, Bakı, 1960. 318 s. 
78.
 
Quliyev C. Nizami yaradıcılığı və mənəvi tərbiyə. “Azərbaycan müəllimi” qəzeti, 
Bakı 16 may 1979.  
79.
 
Quliyev H. Klassik irsin tətqiqi və  nəzəriyyə  məsələləri. “Azərbaycan” jurnalı, 
Bakı, 1971.  
80.
 
Qasımov Q. Nizami dövründə musiqi alətləri “Ədəbiyyat” qəzeti. Bakı, 27 sentyabr 
1947.  
81.
 
Qasımov Q. Nizami dövründə musiqi mədəniyyəti “Ədəbiyyat” qəzeti 30 iyun 
1947.  
82.
 
Quluzadə M. Nizami Gəncəvi. Həyat və yaradıcılığı. Bakı, 1953. 164 s. 

146 
 
 
83.
 
Məhəmməd Moin. “Həft peykəre Nezami” Tehran, 1338. 208 s. 
84.
 
Məmmədov K. Nizami poemalarında zəhmətkeş insan obrazları. Azərbaycan SSR  
EA xəbərləri. Bakı, 1954 №2. 
85.
 
 Mir Cəlal. Yeddi gözəldəki hekayələr haqqında. Bakı, 1947.120 s. 
86.
 
Nizami Gəncəvinin farsca xəmsəsi. Tehran. 1330. 510 s. 
87.
 
 Nizami xəmsəsinə daxil olan 5 poema. Bakı, 1991-1992. 320-500 s. 
88.
 
Nizaminin 5 poeması. Rusca. Bakı, 1989. 310 s. 
89.
 
Nizami Gəncəvi. Xəmsə, Tehran, 1882. 490 s. 
90.
 
Nizami Gəncəvi. Xəmsə, Tehran, 1276. 520 s. 
91.
 
Nizami Gəncəvi. Kolliyate Nezami, Təbriz, 1904. 506 s. 
92.
 
Nizami Gəncəvi. Divan. Azərbaycan MEA-nın mətnşünaslıq şöbəsi. Bakı, 1990. 
93.
 
Nəfisi S. Nizami Gəncəvi, Tehran, 1338. 469 s. 
94.
 
Ordubadi M.S. Nizami dövrü və həyatı. Bakı, 1940. 282 s. 
95.
 
Ordubadi M.S. Qılınc və qələm. Bakı, 1961. 422 s. 
96.
 
Paşayev S. Nizami və folklor. Bakı, 1976. 182 s. 
97.
 
Paşayev S. Nizami və xalq əfsanələri. Bakı, 1983. 168 s. 
98.
 
Rəfili M. Nizamiyə qədər Azərbaycan kulturası. Bakı, 1940. 140 s. 
99.
 
Rəfili M. Nizami, həyat və yaradıcılığı. Bakı, 1939. 116 s. 
100.
 
Rəfili M. Nizami Gəncəvi. Bakı, 1939. 108 s. 
101.
 
Rəsulzadə M.Ə. Azərbaycan şairi Nizami. Bakı,1991. 246 s. 
102.
 
Rüstəmova A. Nizami Gəncəvi. Bakı, 1979. 278 s. 
103.
 
RüstəmovaA. Azərbaycan epik şerinin inkişaf yolları. Bakı. 1975. 86 s. 
104.
 
Səfərli Ə. Nizami Gəncəvi 850. Bakı, 1992. 316 s.  
105.
 
Sultanov M. Bir daha Nizami divanı haqqında. «Ədəbiyyat və incəsənt» qəzeti, 
Bakı, 12 oktyabr 1974. 
106.
 
Şaqinyan M. Nizami haqqında etiüdlər. Yerevan, 1955. 94 s. 
107.
 
Şəhabi Əli Əkbər. Nizami. Tehran, 1350. 304 s. 
108.
 
Şirvani Y.Z. «Leyli və Məcnun» əsərinin meydana gəlməsinə dair. Bakı, 
1941.148 s. 

147 
 
 
109.
 
Şükürov S. Heydər Əliyev: Ədəbiyyatımız və mədəniyyətimiz. Bakı, 2005. 204 s. 
110.
 
Vurğun S. Dahi Azərbaycan  Şairi. «Azərbaycan müəllimi» qəzeti. Bakı, 26 
sentyabr, 1947. 
111.
 
Vurğun S. Böyük Azərbaycan şairi. «Ədəbiyyat qəzeti». 2 sentyabr 1939. 
112.
 
 «Yeni Azərbaycan» qəzeti. 2 iyul 1977. 
113.
 
Yusifov M. Heydər Əliyev və Azərbaycançılıq ideologiyası. Bakı, 2003. 276 s. 
114.
 
Yusifov X. Nizaminin lirikası. Bakı, 1968. 274 s. 
115.
 
 Yusifov X. Şərqdə intibah və Nizami Gəncəvi. Bakı, 1982. 184 s. 
116.
 
Zəkiyev M. «Sirlər xəznəsi». Bakı, 2007. 216 s. 
117.
 
Zərinəzadə H. Fars dilində Azərbaycan sözləri. Bakı, 1962. 284 s. 
  
 
 

Document Outline

  • Binder1.pdf
    • DSC_0317
    • DSC_0318 - копия
    • DSC_0319
    • DSC_0320



Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə